Məhkəmə qərarları › İş №2-1(112)-7260/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7260/2021

02.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7260/2021 02.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı yeni qərarın verilməsi tələbinə dair inzibati iş materiallarına hazırlıq icraatı ilə bağlı açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının “hərbi xidmət dövrü ilə əlaqədar” sözünün əvəzinə Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 761 saylı qərarının 20.04.2017-ci il tarixli MN MHHK-nın 816 saylı 20.04.2017-ci il tarixli protokolunda “xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” əsassız hesab edilməlidir aprel 1995-ci il tarixli 2111 №-li Bakı Ali Komandirlər Məktəbinin arayışından əsas götürərək “hərbi travmadır hərbi xidmət vəzifələri (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır” sözləri ilə əvəz edilərək barəsində yeni qərarın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının qərarında “xidməti vəzifəsinin yerinə yetirilməsi ilə əlaqədar” sözünün əvəzinə Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 761 saylı qərarının 20.04.2017-ci il tarixli və MN MHHK-nın 816 saylı 20.04.2017-ci il tarixli protokolunda “hərbi travmadır” sözləri ilə birgə xidməti vəzifəsini yerinə yetirərkən verilən qərar əsassız hesab edilsin həmin sözlərin əvəzinə qanuna müvafiq qaydada 05.04.1995-ci il tarixli, 2111 №-li arayışını əsas gətirərək “hərbi travmadır döyüş tapşırığının yerinə yetirilməsi ilə əlaqədar” sözünün dəyişdirilməsi barəsində yeni qərarın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2-1(81)-1660/2017 saylı, 01.03.2017-ci il tarixli Baki İnzibati Məhkəməsinin qərarına əsasən o, xx.xx.1974-cü il təvəllüdlü Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar İİ qrup əlili İddiaçı 1995-ci il tarixdə Bakı şəhərində Konstitusiya quruluşu və Azərbaycan Respublikası Prezidentə qarşı döyüş əməliyyatlarında iştirak etmək üçün hərbi xidmətə çağırılmışdır. Döyüş zonasında döyüşlərdə iştirak edərkən 1991-1992-ci illərdə yaralanmışdır. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 761 saylı, 20.04.2017-ci il tarixli diaqnoz ”Aqrı sindromu ilə müşayiət olunan sol diz oynağının posttravmatik və sol dirsək sümüyünün köhnə oynaq daxili bitmiş sınığı nəticəsində dirsək oynağının İİ mərhələdə olan deformasiyaedici osteoartrozu Sağ əlin İİİ daraq sümüyünün diafızinin köhnə bitmiş sınığı” (Azərbaycan Respublikası SHXÇDX-nin Lerik şəhər İdarəsinin 25.01.2017-ci il tarixli 21 nömrəli göndərişi, 25.01.2017-ci il tarixli, 22 nömrəli arayışı, N saylı hərbi hissədən verilmiş 09.04.2008-ci il trixli 755 №-li xəstəlik haqqinda şəhadətnamə 1 saylı Bakı İnzibati-İqtisaq məhkəməsinin 01.03.2017-ci il tarixli, 2-1(81)-1660 nömrəli qərarı, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir) “HƏRBİ TRAVMADİR, HƏRBİN XİDMƏT VƏZİFƏLƏRİ (XİDMƏTİ VƏZİFƏLƏRİ) YERİNƏ YETİRƏRKƏN ALİNMİŞDİR” 09.04.2008-ci ildə N saylı hərbi hissənin hospital hərbi-həkim komissiyası tərəfindən tibbi şəhadətləndirilməsi zamanı təyin edilmiş xəstəlik - diaqnozu: ”Aqrı sindromu və dimdiyəbənzər artımlarla müşayiət olunan boyunfəqərəarası osteoxondrozu İİ mərhələ, Xroniki vertebrogen mənşəli resediv gedişli servikokranialgiya natamam remissiya mərhələsində. Vegetativ damar distoniyası (09.04.2008-ci il tarixli 755 nömrəli xəstəlik haqqında şəhadətnamə və MN MHHK-nın mütəxəsisinin rəyi təsdiq edir), 09.04.2008-ci il tarixli N saylı hərbi hissənin hospital hərbi-həkim komissiyası tərəfindən tibbi şəhadətləndirilməsi zamanı təyin edilmiş “HƏRBİ TRAVMADİR, HƏRBİN XİDMƏT VƏZİFƏLƏRİ (XİDMƏTİ VƏZİFƏLƏRİ) YERİNƏ YETİRƏRKƏN ALİNMİŞDİR”, göstərilsədə, lakin həmin qərarın yekun hissəsində (761 saylı, 20.04.2017-ci il tarixli) “XƏSTƏLİKDİR, HƏRBİ XİDMƏT DÖVRÜNDƏ ALİNMİŞDİR” kimi qeyd edilmişdir. Bununla əlaqədar qeyd etmək istəyir ki, MHHK-nın verilmiş qərarının orta və yekun hissəsində ziddiyyət təşkil etdiyindən “XƏSTƏLİKDİR, HƏRBİ XİDMƏT DÖVRÜNDƏ ALİNMİŞDİR” kimi göstərilə bilməz. Halbu ki, aprel 1995-ci il tarixli, 2111 №-li Bakı Ali Komandirlər Məktəbinin arayışında Konstitusiya quruluşunun müdafiəsi zamanı xidməti vəzifəsini yerinə yetirərkən yaralanması qeyd edilmişdir. Hesab edir ki, onun bu məsələsi yalnız məhkəmə yolu ilə həll edilə bilər. Cavabdeh iddia tələbinə qarşı etiraz vermiş və etirazını onunla əsaslandırmışdır ki, aşağıdakı səbəblərə görə vətəndaş İddiaçı iddiasını əsassız hesab edirlər. Vətəndaş İddiaçı 2017-ci ildə Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı 09.04.2020-ci il tarixli, 755 saylı xəstəlik haqqında şəhadətnamədə “TRAVMADİR, HƏRBİ XİDMƏT DÖVRÜNDƏ ALİNMİŞDİR” səbəb əlaqəsinin dəyişdirilərək “HƏRBİ TRAVMADİR, HƏRBİ XİDMƏT VƏZİFƏLƏRİNİ (XİDMƏTİ VƏZİFƏLƏRİ) YERİNƏ YETİRƏRKƏN ALİNMİŞDİR” kimi yazılması tələbi ilə 1 saylı Bakı İnzibati Məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin 01.03.2017-ci il tarixli, 2-1-(81)-1660 nömrəli qərarı ilə onun iddiası təmin edilmişdir. 1 saylı Bakı İnzibati Məhkəməsinin həmin qərarı MN MHHK-sı tərəfindən 20.04.2017-ci il tarixdə icra olunmuş və vətəndaş İddiaçı 20.04.2017ci il tarixli, 761 nömrəli qərar verilmişdir. 1 saylı Bakı İnzibati Məhkəməsinin həmin qərarının yekun hissəsində MN MHHK-nın üzərinə 09.04.2020-ci il tarixli, 755 saylı xəstəlik haqqında şəhadətnamədə “TRAVMADİR, HƏRBİ XİDMƏT DÖVRÜNDƏ ALİNMİŞDİR” səbəb əlaqəsinin dəyişdirilərək “HƏRBİ TRAVMADİR, HƏRBİ XİDMƏT VƏZİFƏLƏRİNİ (XİDMƏTİ VƏZİFƏLƏRİ) YERİNƏ YETİRƏRKƏN ALİNMİŞDİR” kimi yazılması öhdəliyi qoyulmuşdur. “Azərbaycan Respublikası Silahlı Qüvvələrində Hərbihəkim ekspertizasının keçirilməsi qaydaları haqqında Təlimatı”n 10-12-ci maddəsinə əsasən MN MHHK-sı Azərbaycan Respublikası Silahlı Qüvvələrində Hərbi-həkim ekspertizasına metodiki rəhbərliyi həyata keçirir. MN MHHK-sı xüsusi təyinatlı hərbi tibb müəssisəsidir. MN MHHK-sı Azərbaycan Respublikası Silahlı Qüvvələrində Hərbi-həkim ekspertizası üzrə ali orqandır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli, 59 saylı qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin» 7.1-ci maddəsinə əsasən keçmiş hərbi qulluqçuların aldıqları xəsarətlərin, xəstəliklərin hərbi xidmətlə səbəb əlaqəsinin təyin edilməsi hərbi həkim komissiyalarına həvalə olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli, 59 saylı qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin» 7.1.- 7.3-cü maddələrinə əsasən hərbi həkim komissiyası hərbi xidmət keçmiş vətəndaşlarda xəsarətlərin səbəb əlaqəsini o halda qiyabi (sənədlər üzrə) müəyyən edir ki, əgər vətəndaş hərbi xidmətkeçmə dövründə müalicə almış olsun və hərbi həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı vətəndaşın xəsarət aldığı zaman xidmət keçdiyi hərbi hissənin komandiri tərəfindən verilmiş travma haqqında arayışa uyğun olaraq çıxarır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin» 7.1-ci maddəsinə əsasən hərbi həkim komissiyası hərbi xidmət keçmiş vətəndaşlarda xəsarət və xəstəliklərin səbəb əlaqəsini o halda qiyabi (sənədlər üzrə) müəyyən edir ki, əgər vətəndaşda döyüş əməliyyatında iştirak etdiyi dövrdə almış olduğu bədən zədələnmələrin aşkar nəticələri olsun. Vətəndaşda olan aşkar bədən zədələnmələrinin xarakteri və müddəti məhkəmə -tibbi eksperti tərəfindən təyin edilir. Bu səbəbdən bədən zədələnmələrinin aşkar nəticələrinin (yaralanmadan sonra çapıqlar, yad cisimlər və s.) məhkəmə tibbi eksperti tərəfindən təyin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin» 7.4-cü maddəsinə əsasən “hərbi xidmətkeçmə dövründə xəsarət almış, lakin bu xəsarətin alınma şəraitini haqqında arayışı olmayan vətəndaşların şəhadətləndirilməsi zamanı hərbi həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı xəsarətin alınma şəraitini əks etdirən başqa sənədlər əsasında çıxara bilər. Vətəndaşın yaralanma və ya travma alması şəraiti haqqında şahid ifadələri hərbi həkim komissiyası tərəfindən yalnız onda döyüş əməliyyatları dövründə (atəşkəsə, yəni 12.05.1994-cü ilə qədər) alınmış bədən zədələnmələrinin aşkar nəticələri olduğu halda və bu şərtlə qəbul edilə bilər ki, ifadə bədən zədələnmələrinin alındığı dövrdə şəhadətləndirilən şəxslə bir yerdə hərbi xidmət keçmiş iki və daha artıq şahid tərəfindən verilmiş olsun. Şahidlərin ifadələri və şəhadətləndirilən şəxslə bir yerdə hərbi xidmət keçmələri faktı şəhadətləndirilən şəxsin hərbi xidmət keçdiyi hərbi hissənin komandiri və ya şahidlərin yaşayış yeri üzrə rayon (şəhər) hərbi komissarı tərəfindən təsdiq olunur. Şahid ifadələri hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçmiş vətəndaşın xəstəlik keçirməsi və ya kontuziya alması faktının təyin edilməsi üçün əsas ola bilməz. Yuxarıda qeyd olunanlara görə hesab edir, ki iddiaçının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı tələbinin heç bir qanuni əsası yoxdur və bu səbəbdən də onun iddiası rədd olunmalıdır. Məhkəmə iclasında İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verib iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh lazımi qaydada xəbərdarlıq edilmiş, lakin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə işə cavabdehin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 1660/2017 nömrəli, 01.03.2017-ci il tarixli qərarının surətindən görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasına qarşı xəstəlik haqqında şəhadətnamədə dəyişiklik edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilərək Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən İddiaçı barəsində tərtib edilmiş 09 aprel 2008-ci il tarixli, 755 saylı xəstəlik haqqında şəhadətnamənin “Travmadır, hərbi xidmət dövründə alınmışdır” hissəsində dəyişiklik edilərək, “Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidmət vəzifələri)” yerinə yetirərkən alınmışdır” kimi qeyd edilməsi vəzifəsinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasının üzərinə qoyulması qərara alınmışdır. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 20.04.2017-ci il tarixli, 761 №-li qərarından görünür ki, Lerik RHK tərəfindən 1991-ci ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı hərbi xidmət keçərkən hərbi xidmət vəzifələrini yerinə yetirərkən aldığı və 09.04.2008-ci ildə, N saylı hərbi hissənin hospital hərbi-həkim komissiyası tərəfindən tibbi şəhadətləndirilməsi zamanı təyin edilmiş travmanın nəticələri diaqnoz: “Ağrı sindromu ilə müşayiət olunan sol diz oynağının posttravmatik (1991) və sol dirsək sümüyünün köhnə oynaqdaxili bitişmiş sınığı (1992) nəticəsində dirsək oynağının İİ mərhələdə olan deformasiyaedici osteoartrozu. Sağ əlin İİİ daraq sümüyünün diafizinin köhnə bitişmiş sınığı” (Azərbaycan Respublikası SHXÇDX-nin Lerik rayon şöbəsinin 25.01.2017-ci il tarixli, 21 nömrəli göndərişi, 25.01.2017-ci il tarixli, 22 nömrəli arayışı, N saylı hərbi hissədən verilmiş 09.04.2008-ci il tarixli, 755 nömrəli xəstəlik haqqında şəhadətnamə, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 01.03.2017-ci il tarixli, 2-1(81)- 1660 nömrəli qərarı, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir) “HƏRBİ TRAVMADİR, HƏRBİ XİDMƏT VƏZİFƏLƏRİNİ (XİDMƏTİ VƏZİFƏLƏRİ) YERİNƏ YETİRƏRKƏN ALİNMİŞDİR” və hərbi xidmət dövründa aldığı, 09.04.2008-ci ildə N saylı hərbi hissənin hospital hərbi-həkim komissiyası tərəfindən tibbi şəhadətləndirilməsi zamanı təyin edilmiş xəstəlik - diaqnoz: “Ağrı sindromu və dimdiyəbənzər artımlarla müşayiət olunan boyun fəqərəarası osteoxondrozu İİ mərhələ. Xroniki vertebrogen mənşəli residiv gedişli servikokranialgiya natamam remissiya mərhələsində. Vegetativ damar distoniyası” (09.04.2008-ci il tarixli, 755 nömrəli xəstəlik haqqında şəhadətnamə və MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), 09.04.2008-ci ildə N saylı hərbi hissənin hospital hərbi-həkim komissiyası tərəfindən tibbi şəhadətləndirilməsi zamanı təyin edilmiş “XƏSTƏLİKDİR, HƏRBİ XİDMƏT DÖVRÜNDƏ ALİNMİŞDİR”. Əsas: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli, 59 nömrəli qərarı təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 7.2.bəndinin c) və ç) yarımbəndləri. MN MHHK-nin 816 saylı, 20.04.2017-ci il tarixli protokolu. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi çıxarışından görünür ki, İddiaçı 22.01.2018-ci ildən 22.01.2023-cü il tarixədək 2-ci dərəcəli əlillik təyin edilmişdir. Diaqnozu: dizin oynaqdaxili zədələnməsi, sol diz oynağın travması, oynaqların kontrakturası, Sol diz oynağın və sol dirsak oynağın kontrakturası, hərəkət mahdudluğu ilə. Digər oynaqların posttravmatik artrozu. Sol diz oynağın travmadan sonraki artrozu. Sümük sınığının pis bitişməsi. Sağ alın İİİ daraq sümüyünün diafozinin köhnə qeyridüzgün bitişmiş sınığı. Onurğanın osteoxondrozu. Ağrı sindromu va dimdiyəbənzar artımlarla müşayiat olunan boyun faqaraarast osteoxondrozu İİ mərhələ. [Durğunluq] urək çatmamazlığı olmodan, əsasən ürayin zədələnməsi ila hipertensiv [hipertoniya] xəstəlik [yi], Hipertoniya xastaliyi İİ mərhələ. Dissurkulyator ensefalopatiya. Əlillik səbəbi: “Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar əlillik”. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının iddiaçıya ünvanladığı 24.05.2021-ci il tarixli məktubundan görünür ki, ona hərbi xidmət dövründə alddığı xəstəlik və tramva ilə əlaqədar Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən 20.04.2017-ci il tarixli, 761 nömrəli qərar verilmişdir. O, hərbi xidmət keçərkən hərbi xidmət vəzifələrini yerinə yetirərkən aldığı və 09.04.2008-ci ildə N nömrəli hərbi hissənin hospital hərbi-həkim komissiyası tərəfindən tibbi şəhadətləndirilməsi zamanı təyin edilmiş travma-diaqnoz: “Ağrı sindromu ilə müşayiət olunan sol diz oynağının posttravmatik (1991) və sol dirsək sümüyünün köhnə oynaqdaxili bitişmiş sınığı (1992) nəticəsində dirsək oynağının İİ mərhələdə olan deformasiyaedici osteoartrozu. Sağ əlin İİİ daraq sümüyünün diafizinin köhnə bitişmiş sınığı” (Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lerik rayon şöbəsinin 25.01.2017-ci il tarixli, 21 nömrəli göndərişi, 25.01.2017-ci il tarixli, 22 nömrəli arayışı, N nömrəli hərbi hissədən verilmiş 09.04.2008-ci il tarixli, 755 nömrəli xəstəlik haqqında şəhadətnamə, 1 saylı Bakı inzibati-iqtisadi Məhkəməsinin 01.03.2017-ci il tarixli, 2-1(81)-1660 nömrəli Qərarı, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir) “HƏRBİ TRAVMADİR, HƏRBİ XİDMƏT VƏZİFƏLƏRİNİ (XİDMƏTİ VƏZİFƏLƏRİ) YERİNƏ YETİRƏRKƏN ALİNMİŞDİR” və hərbi xidmət dövründə aldığı, 09.04.2008-ci ildə N nömrəli hərbi hissənin hospital hərbi-həkim komissiyası tərəfindən tibbi şəhadətləndirilməsi zamanı təyin edilmiş xəstəlik-diaqnoz: “Ağrı sindromu və dimdiyəbənzər artımlarla müşayiət olunan boyun fəqərəarası osteoxondrozu İİ mərhələ. Xroniki vertebrogen mənşəli residiv gedişli servikokranialgiya natamam remisiya mərhələsində. Vegetativ damar distoniyası" (09.04.2008-ci il tarixli, 755 nömrəli xəstəlik haqqında şəhadətnamə və MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), 09.04.2008-ci ildə N nömrəli hərbi hissənin hospital hərbi-həkim komissiyası tərəfindən tərəfindən tibbi şəhadətləndirilməsi zamanı təyin edilmiş “XƏSTƏLİKDİR, HƏRBİ XİDMƏT DÖVRÜNDƏ ALİNMİŞDİR”. ƏSAS: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 7.2. bəndinin yarımbəndləri. Verilmiş qərar düzgündür, dəyişdirilməsi üçün əsas yoxdur. - Bakı Ali Birləşmiş Komandanlıq Məktəbi tərəfindən verilmiş 05.04.1995-ci il tarixli, 2111 nömrəli arayışın surətindən görünür ki, kursant İddiaçı həqiqətən də Bakı şəhərində Konstitusiya quruluşunn bərpasında iştirak edərkən yaralanmışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, ilkin məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı iddiası üzrə işə baxmış Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(81)-1660/2017 nömrəli, 01.03.2017-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir. Həmin qərar cavabdeh inzibati orqan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən icra edilmiş və 20.04.2017-ci il tarixli, 761 №-li qərar ilə Lerik RHK tərəfindən 1991-ci ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı hərbi xidmət keçərkən hərbi xidmət vəzifələrini yerinə yetirərkən aldığı və 09.04.2008-ci ildə, N saylı hərbi hissənin hospital hərbi-həkim komissiyası tərəfindən tibbi şəhadətləndirilməsi zamanı təyin edilmiş travmanın nəticələri - diaqnoz: “Ağrı sindromu ilə müşayiət olunan sol diz oynağının posttravmatik (1991) və sol dirsək sümüyünün köhnə oynaqdaxili bitişmiş sınığı (1992) nəticəsində dirsək oynağının İİ mərhələdə olan deformasiyaedici osteoartrozu. Sağ əlin İİİ daraq sümüyünün diafizinin köhnə bitişmiş sınığı” “HƏRBİ TRAVMADİR, HƏRBİ XİDMƏT VƏZİFƏLƏRİNİ (XİDMƏTİ VƏZİFƏLƏRİ) YERİNƏ YETİRƏRKƏN ALİNMİŞDİR” və hərbi xidmət dövründə aldığı, 09.04.2008-ci ildə N saylı hərbi hissənin hospital hərbi-həkim komissiyası tərəfindən tibbi şəhadətləndirilməsi zamanı təyin edilmiş xəstəlik - diaqnoz: “Ağrı sindromu və dimdiyəbənzər artımlarla müşayiət olunan boyun fəqərəarası osteoxondrozu İİ mərhələ. Xroniki vertebrogen mənşəli residiv gedişli servikokranialgiya natamam remissiya mərhələsində. Vegetativ damar distoniyası” 09.04.2008-ci ildə N saylı hərbi hissənin hospital hərbi-həkim komissiyası tərəfindən tibbi şəhadətləndirilməsi zamanı təyin edilmiş “XƏSTƏLİKDİR, HƏRBİ XİDMƏT DÖVRÜNDƏ ALİNMİŞDİR” qərarı verilmişdir. Hazırda iddiaçı həmin qərarı mübahisələndirərək “xidməti vəzifəsinin yerinə yetirilməsi ilə əlaqədar sözünün 05.04.1995-ci il tarixli, 2111 №-li arayışını əsas gətirərək “hərbi travmadır, döyüş tapşırığının yerinə yetirilməsi ilə əlaqədar” sözünə dəyişdirilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, İddiaçı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin icraatında olmuş 2-1(81)-1660/2017 nömrəli inzibati iş üzrə 09 aprel 2008-ci il tarixli, 755 saylı xəstəlik haqqında şəhadətnamənin xəstəliyinin səbəb əlaqəsi haqqında 12-ci bəndində olan “Travmadır, hərbi xidmət dövründə alınmışdır” qeydlərini mübahisələndirərək 05.04.1995-ci il tarixli, 2111 №-li arayışa istinad etmişdir. Məhkəmə tərəfindən mübahisəyə baxaraq müalicə və müayinə zamanı iddiaçıda aşkar olunan xəsarətini onun həqiqi hərbi xidmət dövrünə təsadüf etməsi müəyyən edilərək yuxarıda qeyd edilən qərarı qəbul etmişdir. İddiaçının hazırda dəyişdirilməsini istədiyi Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 20.04.2017-ci il tarixli, 761 №-li qərarı qanuni qüvvədə olan Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1660/2017 nömrəli, 01.03.2017-ci il tarixli qərarının icrası ilə bağlı qəbul edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 20.04.2017-ci il tarixli, 761 №-li qərarının qəbul edilməsinə əsas olmuş Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1660/2017 nömrəli, 01.03.2017-ci il tarixli qərarın icrası ilə bağlı müraciət edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qonunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərtələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İnzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorununan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Məhkəmə hesab edir ki, hazırki mübahisə üzrə iddianın mümkünlük şərtləri yerinə yetirilmədiyindən iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar