Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7262/2021 28.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İsmayılov Teymur Rauf oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndələri X9 və X7 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdehnə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək 03.02.2021-ci il tarixli DVX seriyalı 001563, 001561 və 001562 nömrəli “Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında” aktların nəticələrinin etibarsız hesab edilməsi, tərtib edilmiş aktlar əsasında Baş İdarənin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 15.03.2021-ci il tarixli **********3799 nömrəli Qərarının ləğv edilməsi və həmçinin sözügedən Qərarın əsasında Cəmiyyət barəsində tətbiq edilmiş 51.466,34 manat maliyyə sanksiyasının ləğv edilməsi və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” Baş İdarənin 15.03.2021-ci il tarixli **********134600 nömrəli məktubu ilə göndərilmiş Tələbnamənin etibarsız hesab olunaraq ləğv edilməsi və həmçinin İnzibati şikayətin təmin edilməməsi haqqında **********760200 saylı, 3 may 2021-ci il tarixli Qərarının ləğv edilməsi və Cəmiyyət barəsində tətbiq edilmiş 51.466,34 manat maliyyə sanksiyası nəticəsində qanunsuz və əsassız tutulmuş pulun MMC-nin hesabına geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı (VÖEN: **********, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ŞTQ, “Binə” ticarət mərkəzi) direktoru kimi onun, yəni ki, X4 Cəmiyyətdə keçirilmiş operativ vergi nəzarətinin nəticəsindən Dövlət Vergi Xidmətinə verdiyi 04.04.2021-ci il tarixli (AVİS qeydiyyatı: 05.04.2021-ci il tarixli **********021500 və **********023900 nömrəli) inzibati şikayətlərinin araşdırılmasının qanunsuz və əsassız nəticəsinə əsasən sözügedən inzibati şikayətləri İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən baxılaraq İddiaçı operativ vergi nəzarətinin nəticəsindən Dövlət Vergi Xidmətinə verdiyi 04.04.2021-ci il tarixli şikayəti təmin edilməmişdir və 03.02.2021-ci il tarixli DVX seriyalı 001566 nömrəli “Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında” akt əsasında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 15.03.2021-ci il tarixli **********3799 nömrəli Qərarı dəyişdirilmədən saxlanılmışdır. 03.02.2021-ci il tarixli DVX seriyalı 001566 nömrəli “Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında” akt əsasında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 15.03.2021-ci il tarixli **********3799 nömrəli Qərarı direktoru olduğu İddiaçı barəsində qəbul edilmişdir. İddiaçı MMC (bundan sonra - Cəmiyyət) kimi öz şikayətlərində vergi orqanı tərəfindən əsassız şəkildə Cəmiyyət barəsində maliyyə sanksiyası tətbiq edildiyini, vergi orqanı əməkdaşlarının nəzarət-kassa aparatına böyük məbləğlərdə çeklərin mədaxil edildiyini və malların hüquqi şəxslərə satıldığını iddia etdiklərini, Cəmiyyətə məxsus malları alan şəxslərin fiziki yoxsa hüquqi şəxs olduğu barədə məlumatının olmadığını, alıcılara hər zaman elektron qaimə-faktura təqdim etməyi təklif etdiklərini, satılan malların nəzarət-kassa aparatına mədaxil edilməsi və ya elektron qaimə-faktura ilə rəsmiləşdirilməsinin ƏDV, Mənfəət vergisi və ya digər öhdəliklərdən yayındırmadığını, qarşı tərəfin hüquqi şəxs olub mal alan zaman elektron qaimə-faktura tələb etməməsinin Cəmiyyətin məsuliyyətində olmadığını, 15.03.2021-ci il tarixdə 195 Çağrı mərkəzinə zəng edərək, Vergi Məcəlləsinin 58.13-cü maddəsinin Cəmiyyətə aidiyyəti olub-olmamasını dəqiqləşdirdiyini, bu halın yalnız qarşı tərəf elektron qaimə-faktura tələb etdiyi və verilmədiyi halda tətbiq edildiyini bildirərək, tətbiq olunmuş maliyyə sanksiyasının ləğv edilməsini xahiş etmişdir. Vergi orqanı bu qərarı qanunsuz və əsassız olaraq qəbul etmişdir. Uçot-baza məlumatlarına əsasən Cəmiyyət 24.01.2020-ci il tarixdə vergi ödəyicisi kimi uçota alınmışdır və əsas fəaliyyət növü kimi “İxtisaslaşdırılmış mağazalarda sair yeni malların pərakəndə satışı”dır. Cəmiyyət tərəfindən parça alışı və satışı həyata keçirilir, 514.663,42 manat məbləğində malın NKA-ya mədaxil edildiyini, ƏDV-nin hesablandığını və dövlət büdcəsinə ödənildiyini, qarşı tərəfin malı son istehlak məqsədi üçün almadığını, satıcıdan elektron qaimə-faktura tələb edilmədiyini, satıcının satılmış mal müqabilində ödənilmiş məbləği NKAya mədaxil etdiyini, ƏDV-ni ödədiyi təqdirdə satıcının heç bir məsuliyyət daşımadığını, satıcının elektron qaimə-faktura təqdim etməkdən imtina etdiyi halda Vergi Məcəlləsinin 58.13-cü maddəsinin tətbiq edildiyini, 514.663,42 manat məbləğində malı NKA-ya mədaxil edib, ƏDV bəyannaməsində göstərilməsi ilə bağlı öhdəliyini yerinə yetirdiyini, pərakəndə satış zamanı NKA-ya mədaxil edilən məbləğin qanunvericiliklə limitinin müəyyən edilmədiyini, bununla bağlı dəfələrlə 195 Çağrı mərkəzinə müraciət etdiyini, heç bir qanun pozuntusuna yol verilmədiyini, NKA-nın fiskal yaddaşından çekləri araşdırmaya təqdim edə biləcəyini, Cəmiyyət tərəfindən idxal olunmuş parçaların kq ölçü vahidi ilə alındığından, eyni ölçü vahidi ilə də satıldığını, alıcıya qiymətin metr ölçü vahidi ilə deyildiyini, metrlə alınan parçaların da çəkisini müəyyən edib sistemə satışının kq ölçü vahidi ilə daxil edildiyini, parçaların topdan və pərakəndə qaydada satıldığını, VÖEN təqdim etməyən müştərilərin ödənişlərini NKA-ya mədaxil etdiyini, “Binə” ticarət mərkəzinin fəaliyyət göstərdiyini, daimi müştərilərin razı qaldıqları malları onların dediklərinə görə öz Facebook səhifələrindən paylaşdıqlarını, bu barədə məlumatının olmadığını, “Whatsapp” vasitəsilə paylaşımlar etdiyini, müştərilərin mağazaya yaxınlaşaraq mal aldıqlarını, müştərilərə çatdırma xidməti göstərilmədiyini, bazara giriş qadağan olan müddətdə malı bazarın giriş hissəsinə çıxardaraq təhvil verdiklərini, müştəriyə Pos terminal və ya NKA çeki təqdim etdiklərini bildirmişdir. Həmçinin 2000 manat limiti vergi orqanı tərəfindən “yaradılmışdır” və qanunvericilikdə belə bir tələb mövcud deyildir. İddiaçının təqdim etdiyi vəsatətləri əsasında Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 7262/2021 nömrəli, 02.08.2021-ci il tarixli qərardadları ilə iş üzrə əsl olmayan cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti əsl Cavabdeh ilə əvəz edilmiş, iddia tələbi Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 15.03.2021-ci il tarixli **********3799 nömrəli qərarının ləğv edilməsi şəklində icraata qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, Cavabdeh tərəfindən İddiaçı MMC-yə məxsus olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ŞTQ, Lökbatan qəsəbəsi, Bazarın arxası, mağaza 24 ünvanında malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələləri üzrə 01.02.2021-ci il tarixdən 01.03.2021-ci il tarixədək (01.03.2021-ci il tarixi daxil olmaqla) operativ vergi nəzarəti həyata keçirilmişdir. Operativ vergi nəzarətinin həyata keçirilməsi zamanı 03.02.2021-ci il tarixdə saat 12:00-da Baş İdarə tərəfindən İddiaçı MMC-yə məxsus olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ŞTQ, Lökbatan qəsəbəsi, Bazarın arxası, mağaza 24 ünvanında Vergi Məcəlləsinin 58.13-cü maddəsinin tələbləri pozularaq e-qaimə tələb olunduğu halda heç bir e-qaimə verilmədən 514663,42 manat məbləğində malların topdan qaydada satılması faktı aşkar olunmuş və 03.02.2021-ci il tarixli 001566 nömrəli Akt tərtib edilmişdir. 03.02.2021-ci il tarixli 001566 nömrəli Akt İddiaçı MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X5 təqdim edilsə də, nümayəndə heç bir səbəb göstərmədən və izahat vermədən aktı qəbul etməkdən və imzalamaqdan imtina etmişdir və imtina etməsi barədə Baş İdarənin əməkdaşları tərəfindən 03.02.2021-ci il tarixli Akt tərtib edilmişdir. Nəticədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi tərəfindən İddiaçı MMC-də keçirilmiş operativ vergi nəzarətinin nəticələri naqqında 03.02.2021-ci il tarixli 001566 nömrəli akta, eləcə də Vergi Məcəlləsinin müvafiq maddəsi ilə müəyyən edilmiş qaydada tərtib edilən sənədlərin olmaması üzrə tərtib edilmiş akta və digər sənədlərə əsasən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.3-cü, 58.13-cü və 71-1-ci maddələrinin tələblərinin pozulduğu müəyyən edilmiş və İddiaçı MMC-nin 51466,34 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi qərara alınmışdır. İddiaçı MMC-nin rəhbəri X1-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə təqdim etdiyi 01.02.2021-ci il tarixli arayışda qeyd etmişdir ki, MMC-yə məxsus olan təsərrüfat subyektləri aşağıdakılardır: 1. Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Binə TM (11001); 2. Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Binə TM, 110a (11003); 3. Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Binə TM, mağaza 24 (11002). Bu ünvanlardan başqa digər yerdə malım, anbarım, saxlanc yerim yoxdur. Bu ünvanda olan mallar MMC-yə məxsusdur. Satdığımız malların üzərinə 7 faiz ticarət əlavəsi qoyuruq. MMC həftənin 7 günü olmaqla saat 09:00-dan 18:00-dək işləyir. Halhazırda yolda olan malımız yoxdur. Eyni zamanda İddiaçı MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X3-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə təqdim etdiyi 03.02.2021-ci il tarixli izahatda da bildirmişdir ki, “alıcıların elektron qaimə tələb etməməsinə görə elektron qaimə təqdim etmirik”. Məlumat üçün bildirilir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.63-cü maddəsinə əsasən, topdansatış - malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qaimə-faktura və ya elektron-qaimə faktura və ya elektron vergi hesabfaktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. Həmin Məcəllənin 13.2.62-ci maddəsinə əsasən, pərakəndə satış - malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə qaimə-faktura və ya elektron-qaimə faktura və ya elektron vergi hesabfakturası) təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. Maddənin tələbindən göründüyü kimi pərakəndə satış fəaliyyəti zamanı sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə qaimə-faktura və ya elektron-qaimə faktura və ya elektron vergi hesab-fakturası təqdim edilir, lakin topdansatış fəaliyyəti zamanı belə bir tələb yoxdur və malların alıcıya satışı (təqdim edilməsi) zamanı birmənalı olaraq elektron-qaimə təqdim edilməlidir. Operativ vergi nəzarəti tədbiri keçirilən zaman aşkar edilmiş 514.663,42 manat məbləğində olan malların topdan olaraq elektron qaimə-faktura təqdim etmədən satıldığı və əldə olunan məbləğlərin nəzarət-kassa aparatı ilə rəsmiləşdirildiyi müəyyən edilmiş, yoxlama zamanı təqdim edilmiş 1 rulonun qiyməti və miqdarı ilə bağlı izahatdan da göründüyü kimi 2000 manatdan yuxarı məbləğ təxminən 8-9 rulon və 870 metr edir ki, bu da heç bir fərdi istehlaka uyğun olmayan rəqəmlərdir. Seçmə üsulu ilə MMC tərəfindən təqdim edilmiş kassa çəklərində malın sayının və vahidinin qiymətinin əks olunmadığı, beləliklə, satılan məhsulların miqdarının qeyri-müəyyən olduğu (məsələn: 17.09.2020-ci il tarixli 548 nömrəli çekdə məhsulun sayı “1” qeyd olunmaqla, 1000,0 manat, 19.03.2021-ci il tarixli 2399 nömrəli çekdə məhsulun sayı “1” qeyd olunmaqla, 1562,0 manat, 31.12.2020-ci il tarixli 1487 nömrəli çekdə məhsulun sayı “1” qeyd olunmaqla, 945,0 manat, 18.12.2020-ci il tarixli 1404 nömrəli çekdə məhsulun sayı “1” qeyd olunmaqla, 1.213,60 manat, 29.10.2020-ci il tarixli 813 nömrəli çekdə məhsulun sayı “1” qeyd olunmaqla, 1374,0 manat mədaxil olunmuş və s.), fiziki şəxs olan istehlakçının istehlak edə biləcəyi ağlabatan məbləğdən və miqdardan yuxarı həddə pul vəsaitlərinin nəzarət-kassa aparatına mədaxil olunması halları Cəmiyyət tərəfindən satılmış malların son istehlak məqsədi daşımadığı müəyyən edilmişdir. Sözügedən hal faktiki olaraq topdan qaydada satılan və elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatın pərakəndə satış kimi rəsmiləşdirilməklə əqdin faktiki mahiyyətinin pərdələnməsi kimi qiymətləndirilir. İddiaçı MMC-nin iddia ərizəsində də alıcıların malları son istehlak məqsədi üçün almadığı və satıcıdan elektron qaimə-faktura tələb edilmədiyi qeyd edilmişdir. Göründüyü kimi İddiaçı MMC tərəfindən Vergi Məcəlləsinin 58.13-cü maddəsinin tələbləri pozularaq heç bir elektron qaimə təqdim edilmədən 514663,42 manat məbləğində mal müxtəlif vergi ödəyicilərinə topdan şəkildə satılmışdır. İddiaçı MMC-nin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə qarşı qərarın ləğv edilməsinə dair iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin 24.01.2020-ci il tarixli, **********316800 nömrəli çıxarışına əsasən İddiaçı MMC-nin qeydiyyata alındığı tarix 24.01.2020-ci il, dövlət qeydiyyat nömrəsi (VÖEN) **********, hüquqi ünvanı AZ1084, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ŞTQ, Binə Ticarət Mərkəzi, qanuni təmsilçi X6r. İş materiallarına əlavə edilmiş İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” 01.02.2021-ci il tarixli **********8825 nömrəli qərarına əsasən İddiaçı MMC-yə məxsus olan obyektdə - Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ŞTQ, Lökbatan qəsəbəsi, “Binə” Ticarət Mərkəzi, Bazarın arxası, anbarda 01.02.2021-ci il tarixdən 01.03.2021-ci il tarixədək (01.03.2021 tarixi daxil olmaqla) operativ vergi nəzarətinin keçirilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” 01.02.2021-ci il tarixli **********8828 nömrəli qərarına əsasən İddiaçı MMC-yə məxsus olan obyektdə - Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ŞTQ, Lökbatan qəsəbəsi, “Binə” Ticarət Mərkəzi, Bazarın arxası, mağaza 24 ünvanında yerləşən parça mağazasında 01.02.2021-ci il tarixdən 01.03.2021-ci il tarixədək (01.03.2021 tarixi daxil olmaqla) operativ vergi nəzarətinin keçirilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən 01.02.2021-ci il tarixli, KY211556688 nömrəli çıxarışdan görünür ki, İddiaçı MMC-yə məxsus (VÖEN: **********) Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ŞTQ, Lökbatan qəsəbəsi, Bazarın arxası, mağaza 24 ünvanında yerləşən obyektdə plandankənar (növbədənkənar) operativ vergi nəzarəti, yoxlamanın müddəti: 01.02.2021-01.03.2021-ci il, yoxlamanın predmeti və hüquqi əsasları: malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi. Reyestrdən çıxarışla Adıgözəlov.R.E 01.02.2021-ci il tarixdə tanış olmuş, bunu imzasıyla təsdiq etmişdir. İş materiallarına əlavə edilmiş Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən 01.02.2021-ci il tarixli, KY211556691 nömrəli çıxarışdan görünür ki, İddiaçı MMC-yə məxsus (VÖEN: **********) Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ŞTQ, Lökbatan qəsəbəsi, Bazarın arxası, anbarda plandankənar (növbədənkənar) operativ vergi nəzarəti, yoxlamanın müddəti: 01.02.2021-01.03.2021-ci il, yoxlamanın predmeti və hüquqi əsasları: malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaiməfakturasının tərtib edilməsinə nəzarət edilməsi. Reyestrdən çıxarışla Adıgözəlov.R.E 01.02.2021-ci il tarixdə tanış olmuş, bunu imzasıyla təsdiq etmişdir. İş materiallarına əlavə edilmiş İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin “Operativ vergi nəzarətinin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” 01.02.2021-ci il tarixli **********8830 nömrəli tələbnaməyə əsasən İddiaçı MMC-dən operativ vergi nəzarətinin aparılması üçün malların Vergi Məcəlləsi ilə müəyyən edilən qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-fakturası, idxal mallarına münasibətdə idxal gömrük bəyannaməsi əsasında alınmasını təsdiq edən sənədlər, həmin mallar vergi ödəyicisinin özü tərəfindən istehsal edildikdə isə bu Məcəllənin 130-1-ci maddəsi ilə müəyyən edilmiş qaydada tərtib edilən sənədlərin təqdim olunması tələb edilmişdir. Tələbnamənin bir nüsxəsi Adıgözəlov R.E-yə 01.02.2021-ci il tarixdə təqdim edilmişdir. İş materiallarına əlavə edilmiş “Operativ vergi nəzarətinin nəticəsi haqqında” 03.02.2021-ci il tarixli DVX seriyalı 001566 nömrəli aktdan görünür ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin 01.02.2021-ci il tarixli **********8828 nömrəli qərarına əsasən malların alışını və ya mədaxilini təsdiq edən elektron qaimə-faktura, idxal mallarına münasibətdə idxal gömrük bəyannaməsi, sənədlərin tərtib edilməsinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaiməfakturasının tərtib edilməsinə nəzarət məsələsi üzrə İddiaçı MMC-yə (VÖEN **********) məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Bazarın arxası, mağaza 24, parça mağazasında X4 iştirakı ilə operativ vergi nəzarəti tədbiri keçirilmişdir. Operativ vergi nəzarətinin həyata keçirilməsi zamanı 03.02.2021-ci il tarixdə saat 12:00-da Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Bazarın arxası, mağaza 24 ünvanında yerləşən parça mağazasında malların topdan satıldığı halda müştəriyə e-qaimə təqdim edilmədən əldə olunan 514663,42 manat məbləğin X10 fiskal yaddaşına daxil edilməsi faktı aşkar olunmuşdur. X8 aktı imzalamaqdan imtina etmişdir. İş materiallarına əlavə edilmiş 03.02.2021-ci il tarixli aktdan görünür ki, İddiaçı MMC-yə məxsus Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Bazarın arxası, mağaza 24 ünvanında yerləşən, **********-11002 kodlu parça mağazasında keçirilmiş operativ vergi nəzarəti zamanı obyektdə olan malların topdan satılması faktı tərəflərindən aşkar olunduğu halda vergi ödəyicisinin nümayəndəsi bu satışların pərakəndə qaydada satıldığını iddia edərək aşkar olunan halı təkzib etdi və bu səbəbdən tərəflərindən tərtib olunmuş 03.02.2021-ci il tarixli 001566 nömrəli aktı imzalamaqdan imtina etdi. İş materiallarına əlavə edilmiş “Operativ vergi nəzarətinin nəticəsi haqqında” 03.02.2021-ci il tarixli DVX seriyalı 001563 nömrəli aktdan görünür ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin 01.02.2021-ci il tarixli **********8825 nömrəli qərarına əsasən malların alışını və ya mədaxilini təsdiq edən elektron qaimə-faktura, idxal mallarına münasibətdə idxal gömrük bəyannaməsi, sənədlərin tərtib edilməsinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsrrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaiməfakturasının tərtib edilməsinə nəzarət məsələsi üzrə İddiaçı MMC-yə (VÖEN **********) məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Binə TM, Bazarın arxası, anbarda X4 iştirakı ilə operativ vergi nəzarəti tədbiri keçirilmişdir. Operativ vergi nəzarətinin həyata keçirilməsi zamanı 03.02.2021-ci il tarixdə saat 11:00-da Cəmiyyətə məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Binə T/M, Bazarın arxasında yerləşən anbarda YGB və E-qaimə əsasında alınmış 970180,72 manat dəyərində mal qalığı müəyəyn olunmuşdur. X2 tərəfindən imzalanmış və cəmiyyətin möhürü ilə təsdiq edilmişdir. Həmin akta 03.02.2021-ci il tarixli DVX seriyalı 000982 nömrəli malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə faktura əsasında alınmasına və elektron qaimə faktura və ya təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturası tərtib edilmədən təqdim edilməsinə nəzarət məsələsi üzrə keçirilən operativ vergi nəzarəti zamanı malların siyahısı əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 15.03.2021-ci il tarixli **********3799 nömrəli qərarından görünür ki, İddiaçı MMC-nin Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən 51466.34 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi, 25.03.2021 tarixədək 51466.34 manat məbləğin büdcəyə ödənilməsinin təmin edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “İnzibati şikayətin təmin edilməməsi haqqında” 03.05.2021-ci il tarixli **********760200 nömrəli qərarından görünür ki, İddiaçı operativ vergi nəzarətinin nəticəsindən Dövlət Vergi Xidmətinə verdiyi 04.04.2021-ci il tarixli şikayəti təmin edilməmiş, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 15.03.2021-ci il tarixli **********3799 nömrəli Qərar qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, işin sadalanan hallarından görünür ki, Dövlət Vergi Xidmətinin X18 Baş İdarəsinin 01.02.2021-ci il tarixli qərarı əsasında İddiaçı MMC-nin Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ŞTQ, Lökbatan qəsəbəsi, Binə Ticarət Mərkəzi Bazarın arxası, anbar və 24 nömrəli parça mağazasında 03.02.2021-ci il tarixdə operativ nəzarət tədbiri zamanı 514.663,42 manat məbləğində olan malların topdan olaraq elektron qaimə-faktura təqdim etmədən satıldığı və əldə olunan məbləğlərin nəzarət-kassa aparatı ilə rəsmiləşdirildiyi müəyyən edilmiş, bu barədə vergi orqanı tərəfindən 03.02.2021-ci il tarixli DVX seriyalı 001566 nömrəli akt əsasında Baş İdarənin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 15.03.2021-ci il tarixli **********3799 nömrəli Qərarı ilə Cəmiyyət barəsində 51.466,34 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Hazırkı iddia üzrə iddiaçı vergi orqanının qeyd edilən 15.03.2021-ci il tarixli **********3799 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının ləğvini mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Həmin Məcəllənin 38.3-cü maddəsinə görə inzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1-ci və 38.2-ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı aşağıdakı vaxtadək dayandırılır: -38.3.1. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun şikayət üzrə qəbul etdiyi qərardan (verdiyi yazılı cavabdan) şikayət verilməsi üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlər bitənədək (müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verilmədiyi halda); -38.3.2. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun qərarından (yazılı cavabından) müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verildiyi halda isə həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavabı) şikayətçiyə təqdim edilənədək. Mübahisələndirmə haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti iddia müddətinə riayət edilməsidir. Hazırkı iş üzrə iddiaçı cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 15.03.2021-ci il tarixli **********3799 nömrəli qərarından yuxarı inzibati orqana - Dövlət Vergi Xidmətinə şikayət vermiş, Dövlət Vergi Xidmətinin 03.05.2021-ci il tarixli **********760200 nömrəli qərarı ilə inzibati şikayət təmin edilməyərək qərar qüvvədə saxlanılmışdır. Məhkəmə iddiaçının 15.03.2021-ci il tarixli qərardan yuxarı vergi orqanına şikayət verdiyini və həmin şikayətə cavab verilənədək iddiaçının inzibati icraatın nəticəsini gözlədiyini nəzərə alaraq hesab edir ki, iddiaçı şikayətinə dair vergi orqanının 03.05.2021-ci il tarixli qərarını aldıqdan sonra 03.06.2021-ci il tarixdə iddia ərizəsini poçt xidmətinə təqdim etməklə 30 günlük iddia müddətini ötürməmişdir. İddianın mahiyyətinə gəlincə məhkəmə hesab edir ki, iddia əsassızdır. İddiaçının iddiasına görə vergi orqanı tərəfindən nəzarət-kassa aparatına böyük məbləğlərdə çeklərin mədaxil edildiyi və malların hüquqi şəxslərə satıldığı əsas gətirilərək ona maliyyə sanksiyası tətbiq edilmişdir. Halbuki, Cəmiyyətə məxsus malları alan şəxslərin fiziki, yoxsa hüquqi şəxs olması barədə onlarda məlumat yoxdur, alıcılara hər zaman elektron qaimə-faktura təqdim etməyi təklif etmişlər, satılan malların nəzarət-kassa aparatına mədaxil edilməsi və ya elektron qaimə-faktura ilə rəsmiləşdirilməsi ƏDV, Mənfəət vergisi və ya digər öhdəliklərdən yayındırmır. Alıcının hüquqi şəxs olub mal alan zaman elektron qaimə-faktura tələb etməməsi MMC-nin məsuliyyətində deyildir, 195 Çağrı mərkəzinə zəng edərək, Vergi Məcəlləsinin 58.13-cü maddəsinin Cəmiyyətə aidiyyəti olub-olmamasını dəqiqləşdirmiş və bu zaman ona bu halın yalnız qarşı tərəf elektron qaimə-faktura tələb etdiyi və verilmədiyi halda tətbiq edildiyi bildirilmişdir. Qeyd olunanlara əsasən iddiaçı ona tətbiq edilmiş maliyyə sanksiyasının tətbiqi barədə cavabdehin qərarının ləğv edilməsini mübahisələndirir. Cavabdehin mövqeyinə görə iddiaçı Vergi Məcəlləsinin 58.13-cü maddəsinin tələblərini pozaraq heç bir elektron qaimə təqdim edilmədən 514663,42 manat məbləğində malı müxtəlif vergi ödəyicilərinə topdan şəkildə satmışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: -50.1-ci maddəsinə görə operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.1.13. malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə (obyektinə) göndərilməsi zamanı bu Məcəllənin 71-1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaimə-fakturanın tərtib edilməsinə nəzarət edilməsi. -50.2-ci maddəsinə görə operativ vergi nəzarətinin həyata keçirilməsi üçün əsaslar aşağıdakılardır: 50.2.1. vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. -50.3-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. -50.4-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. İşin hallarından görünür ki, Vergi Məcəlləsinin 50.2.2-ci maddəsi rəhbər tutulmaqla vergi orqanları tərəfindən mənbəyi bəlli olan mənbələrdən əldə edilən məlumatlar əsasında Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ŞTQ, Lökbatan qəsəbəsi, “Binə” Ticarət Mərkəzi, Bazarın arxası, anbar və 24 nömrəli İddiaçı parça mağazasında 01.02.2021-ci il tarixdə operativ vergi nəzarətinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Qeyd edilən operativ vergi nəzarətinin keçirilməsi haqqında qərarlarla Cəmiyyətin direktoru R.Adıgözəlov 01.02.2021-ci il tarixdə tanış olmuş və imzalamışdır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” çıxarışa əsasən vergi orqanının keçirdiyi operativ vergi nəzarəti tədbiri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən 01.02.2021-ci il tarixli KY211556688 və KY211556691 nömrələri ilə qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” çıxarışlardan görünür ki, R.Adıgözəlov 01.02.2021-ci il tarixdə çıxarışlarla tanış olmuş və imzalamışdır. “Operativ vergi nəzarətinin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” tələbnamə təqdim edilmiş, tələbnamə 01.02.2021-ci il tarixdə R.Adıgözəlov tərəfindəzn imzalanmış və MMC-nin möhürü ilə təsdiq edilmişdir. Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən bu Məcəlləyə əsasən elektron qaiməfaktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaiməfakturasının tərtib edilmədən verilməsinə görə – malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Qeyd edilən Vergi Məcəlləsinin 58.13-cü maddəsinin tələbinə əsasən maliyyə sanksiyasının obyekti malların təqdim edilməsi əməliyyatıdır. Malların təqdim edilməsi isə ticarət əməliyyatının növündən asılı olaraq dəyişir. Adıçəkilən maddə təqdim edilmiş malların düzgün rəsmiləşdirilməsi, yəni elektron qaimə faktura verilmədən malların təqdim edilməsinə görə tətbiq edilən məsuliyət tədbiridir. Başqa sözlə, maliyyə sanksiyası əməliyyatın düzgün sənədləşdirilməməsinə, eləcə də düzgün sənədləşdirilməmiş malların təqdim edilməsinə görə tətbiq edilir. Həmçinin sözügedən maddədə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə də maliyyə sanksiyasının tətbiq edilməsi nəzərdə tutulur. Vergi Məcəlləsinin 71-1.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən edilən hallarda malları təqdim edən (göndərən), işləri görən və xidmətləri göstərən, habelə malların təsərrüfatdaxili yerdəyişməsini həyata keçirən vergi orqanında uçotda olan şəxs elektron qaimə-fakturanı aşağıdakı müddətlərdə təqdim (tərtib) etməlidir: -71-1.1.1. bu Məcəllənin 71-1.5.1-ci, 71-1.5.4-cü, 71-1.5.5-ci, 71-1.5.7-ci və 71-1.5.8-ci maddələrində nəzərdə tutulmuş hallarda – mallar göndərilən (verilən) vaxt; -71-1.1.2. əvvəlcədən sifariş edilməyən malların təqdim edilməsi üzrə – malların təhvil verilməsini təsdiq edən sənədin verildiyi tarixdən 5 gün müddətində. Deməli, əvvəlcəfən sifariş verilməyən malları satan zaman ilkin olaraq malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturası tərtib edilməli, mallar alıcıya təhvil-təslim aktı ilə verilməlidir və ən geci 5 gün müdətinə elektron qaimə-faktura göndərilməlidir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, Vergi Məcəlləsinin 58.13-cü maddəsində nəzərdə tutulmuş yuxarıda sadalanan tələblərin yerinə yetirilməsi bilavasitə malların satıcısı qarşısında qoyulan tələblərdir. Yəni malların təqdim edilməsi qaydalarına riayət edilməməsi ilə bağlı məsuliyyət birbaşa malları satan şəxsə aiddir. Vergi Məcəlləsinin: -13.2.62-ci maddəsinə görə pərakəndə satış – malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. -13.2.63-cü maddəsinə görə topdansatış – malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektron-qaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 aprel 2014-cü il tarixli 94 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”na əsasən topdansatış - şəxsi, ailə, məişət və digər bu kimi istehlak təyinatı istisna olmaqla, sahibkarlıq fəaliyyəti məqsədi ilə malların satışını həyata keçirən ticarət fəaliyyəti, pərakəndə satış - bilavasitə sahibkarlıq fəaliyyəti ilə bağlı olmayan, yalnız şəxsi, ailə, məişət və digər bu kimi məqsədlər üçün malların satışını həyata keçirən ticarət fəaliyyətidir. Eyni zamanda həmin Qaydaların 5.1-ci bəndinə əsasən topdansatış ticarəti ilə məşğul olan ticarət obyektlərində malların pərakəndə satışı qadağandır. Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2017-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın: -1.1-ci bəndinə əsasən bu Qayda Azərbaycan Respublikası Vergi Məcəlləsinin 130.1- 1-ci maddəsinə əsasən hazırlanmışdır və pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması ilə bağlı münasibətləri tənzimləyir. -1.2-ci bəndinə əsasən bu Qaydanın məqsədi pərakəndə ticarət sahəsində fəaliyyət göstərən vergiödəyicilərinin gəlirlərinin və xərclərinin müəyyən edilməsi ilə bağlı malların mədaxilinin və məxaricinin sənədləşdirilməsini, habelə bu sahədə şəffaflığın, uçot və hesabatlılığın artırılmasını təmin etməkdən ibarətdir. -1.3.1-ci bəndinə əsasən pərakəndə satış - malların alıcıya son istehlak məqsədilə və yalnız qəbz və ya nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərə onların tələbi ilə qaimə-faktura, yaxud elektron qaimə-faktura və ya elektron vergi hesab-fakturası) təqdim edilməklə satışının (təqdim edilməsinin) həyata keçirildiyi ticarət fəaliyyətidir. -4.1-ci bəndinə əsasən pərakəndə ticarət fəaliyyəti göstərən təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) nəzarət-kassa aparatı və POS-terminal tətbiq edilməklə həyata keçirilir. Belə təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) zamanı alıcıya (istehlakçıya) nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-fakturası) verilir. Malların dəyəri nağdsız qaydada (POS-terminal vasitəsilə) ödənildikdə, alıcıya (istehlakçıya) nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə qaimə-faktura və ya elektron qaimə-faktura, yaxud elektron vergi hesab-fakturası) ilə yanaşı, POS-terminaldan çıxarış verilir. -4.2-ci bəndinə görə vergi ödəyicisinin təsərrüfat subyektində (obyektdə) mallar pərakəndə və topdansatış qaydasında təqdim edildikdə, bu fəaliyyətlər üzrə malların mədaxilinin və məxaricinin (satışının) uçotu ayrılıqda aparılır. -4.3-cü bəndinə görə pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan vergi ödəyicisinin anbarlarında olan malların ticarət obyektlərinə verilməsi “Malların təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası” ilə sənədləşdirilir. Yuxarıda qeyd olunan normalardan müəyyən olunur ki, pərakəndə satış - malların alıcıya satışının son istehlak məqsədi ilə qəbz və ya nəzarət-kassa aparatının çeki təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. Yəni alıcı həmin malları alarkən son istehlakçı olmalı, həmin malları sahibkarlıq məqsədilə üçüncü şəxsə təqdim etməməlidir. Topdansatış - malların alıcıya satışının onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün ticarət fəaliyyətidir ki, bu zaman mallar müəyyən edilmiş qaydada elektron qaimə-faktura təqdim edilməklə həyata keçirilir. Vergi orqanının araşdırmasına görə iddiaçı parça mallarını idxal edərək, satışı ilə məşğul olmuşdur. Belə ki, iddiaçının 01.01.2020-ci - 02.02.2021-ci il tarix aralığında 3.974.738,06 manat gömrük dəyəri ilə qeyd olunan mal idxal etdiyi, həmin dövrdə vergi ödəyicisi tərəfindən təqdim olunmuş ƏDV bəyannamələrinə əsasən təqdim edilmiş malların dəyərinin 2.563.291,2 manat (ƏDV-li) olduğu, mal satışını nəzarət-kassa aparatı vasitəsilə həyata keçirdiyi, 2142 sayda nəzarət-kassa aparatı çekləri üzrə 1.589.731,6 manat vəsaitin mədaxil edildiyi (1 çek üzrə orta dəyər 1.589.731,6 : 2142 = 742,2 manat), seçmə üsulu ilə həmin çeklərdə malın sayının və vahidinin qiymətinin əks olunmadığı, beləliklə, satılan məhsulların miqdarının qeyri-müəyyən olduğu (məsələn: 17.09.2020-ci il tarixli 548 nömrəli çekdə məhsulun sayı “1” qeyd olunmaqla, 1000,0 manat, 19.03.2021-ci il tarixli 2399 nömrəli çekdə məhsulun sayı “1” qeyd olunmaqla, 1562,0 manat, 31.12.2020-ci il tarixli 1487 nömrəli çekdə məhsulun sayı “1” qeyd olunmaqla, 945,0 manat, 18.12.2020-ci il tarixli 1404 nömrəli çekdə məhsulun sayı “1” qeyd olunmaqla, 1.213,60 manat, 29.10.2020-ci il tarixli 813 nömrəli çekdə məhsulun sayı “1” qeyd olunmaqla, 1374,0 manat mədaxil olunmuş və s.), fiziki şəxs olan istehlakçının istehlak edə biləcəyi ağlabatan məbləğdən və miqdardan yuxarı həddə pul vəsaitlərinin nəzarət-kassa aparatına mədaxil olunması halları Cəmiyyət tərəfindən satılmış malların son istehlak məqsədi daşımadığı kimi qiymətləndirilmişdir. Vergi orqanının təqdim etdiyi inzibati icraat materiallarından görünür ki, Cəmiyyətin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X11 təqdim etdiyi 03.02.2021-ci il tarixli izahatında keçirilmiş operativ vergi nəzarəti zamanı vergi orqanı əməkdaşlarından narazılığının olmadığını, malların kq ölçü vahidi ilə alınıb-satıldığını, orta hesabla 1 rulon parçanın 23 kq, metr ölçü vahidi ilə 80-90 m təşkil etdiyini, 1 kq-nın qiymətinin 9,0 manat, 1 rulonun qiymətinin 207,0 manat olduğunu, hüquqi və ya fiziki şəxsə elektron qaimə-faktura təqdim etməkdən imtina edilmədiyini, yüksək məbləğlərdə alınan mallar zamanı müştərilərin elektron qaiməfaktura tələb etməməsinə görə məsuliyyət daşımadıqlarını, belə bir vəzifə öhdəliyinin olmadığını, pandemiya dövründə onlayn satış üçün “Facebook” sosial şəbəkəsindən paylaşımlar edilərək, kiçik həcmli sifarişlər qəbul edildiyini, onlayn qaydada sifariş edən müştərilərin razılığı ilə onların nömrələrini təqdim edə biləcəyini qeyd etmişdir. Cəmiyyətin direktoru R.Adıgözəlovun 14.04.2021-ci il və 28.04.2021-ci il tarixli izahatlarında Cəmiyyət tərəfindən parça alışı və satışının həyata keçirildiyi, 514.663,42 manat məbləğində malın NKA-ya mədaxil edildiyini, ƏDV-nin hesablandığını və dövlət büdcəsinə ödənildiyini, qarşı tərəfin malı son istehlak məqsədi üçün almadığı, satıcıdan elektron qaimə-faktura tələb etmədiyi, Cəmiyyət tərəfindən idxal olunmuş parçaların kq ölçü vahidi ilə alındığından, eyni ölçü vahidi ilə də satıldığını, alıcıya qiymətin metr ölçü vahidi ilə deyildiyini, metrlə alınan parçaların da çəkisinin müəyyən edilib sistemə satışının kq ölçü vahidi ilə daxil edildiyini, parçaların topdan və pərakəndə qaydada satıldığını, VÖEN təqdim etməyən müştərilərin ödənişlərini NKA-ya mədaxil etdiyini, “Binə” ticarət mərkəzinin fəaliyyət göstərdiyini, daimi müştərilərin razı qaldıqları malları onların dediklərinə görə öz Facebook səhifələrindən paylaşdıqlarını, müştərilərin səhifələri haqqında məlumatının olmadığını, “Whatsapp” vasitəsilə paylaşımlar etdiyini, müştərilərin mağazaya yaxınlaşaraq, mal aldıqlarını, müştərilərə çatdırma xidməti göstərilmədiyini, bazara giriş qadağan olan müddətdə malı bazarın giriş hissəsinə çıxardaraq, təhvil verdiklərini, müştəriyə Pos terminal və ya NKA çeki təqdim etdiklərini bildirmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qanunvericilik pərakəndə və topdansatış ticarət fəaliyyətləri üzrə vergi tutulan əməliyyatın məbləğ həddini nəzərdə tutmamışdır. Lakin bu hal təsərrüfat subyektlərində bir malın eyni vaxtda toplu halında satılması və ya təqdim edilən malın növü, dəyəri nəzərə alındıqda bu fəaliyyətin topdansatış ticarət fəaliyyəti kimi qiymətləndirilməsinə mane hesab olunmamalıdır. İşin hallarından bəllidir ki, iddiaçı parça mallarının təqdim edilməsini həyata keçirmişdir. İddiaçının 24.01.2020-ci il tarixdə vergi ödəyicisi kimi uçota alındığı və əsas fəaliyyət növünün “ixtisaslaşdırılmış mağazalarda sair yeni malların pərakəndə satışı” olduğu qeyd edilsə də, iddiaçının qanuni nümayəndəsinin vergi orqanına veridiyi izahatlarda həm pərakəndə, həm də topdansatışın həyata keçirdiyini, VÖEN təqdim etməyən alıcılara malların alışının nəzarət kassa aparatına vurulduğunu etiraf etmiş, eyni zamanda MMC 2020-ci il üzrə təqdim etdiyi mənfəət vergisinin bəyannaməsində topdan satışdan gəlir bölməsi 660,869.28 manat göstərmişdir. Təqdim edilmiş nəzarət kassa aparatı çekləri məlumatları ilə iddiaçının nümayəndəsinin inzibati icraatda verdiyi izahatı müqayisəli təhlil edildikdə müəyyən olunur ki, NKA-ya vurulmuş 2000 manatdan yuxarı məbləğ təxminən 8-9 rulon və ya 870 metr parçanın qiymətinə uyğun gəlir ki, bu da təqdim edilmiş qeyd edilən ölçüdə parça məhsulunun fərdi istehlak üçün alınmadığını deməyə əsas verir. Nəzərə alınsa ki, yuxarıda da qeyd edildiyi kimi topdansatış ticarəti ilə məşğul olan ticarət obyektlərində malların pərakəndə satışı qadağandır və eləcə də Nazirlər Kabinetinin 12 sentyabr 2020-ci il tarixli 336 nömrəli “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Qərarına əsasən sərtləşdirilmiş xüsusi karantin rejimində Bakı şəhəri ərazisində nəzdindəki ərzaq mağazaları və apteklər istisna olmaqla, iri ticarət mərkəzlərinin fəaliyyətinin dayandırılması qərara alınmışdır, bu halda iddiaçının elektron qaimə faktura təqdim etməli olduğu halda elektron qaimə faktura verilmədən ticarət əməliyyatını apardığı, habelə Vergi Məcəlləsinin 58.13-cü maddəsinin tələblərini pozaraq malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaiməfakturası tərtib edilmədən malları təqdim etdiyi öz təsdiqini tapmışdır. Hazırkı iş üzrə iddiaçı bilavasitə iddiasında, inzibati icraatda verdiyi izahatlarda topdansatış əməliyyatı həyata keçirdiyini etiraf etsə də elektron qaimə fakturaların təqdim edilməməsi səbəbini alıcıların özlərini vergi ödəyicisi qismində təqdim etmədiklərini, lakin vergi ödəyicisi olan iddiaçının yenə də satdığı malları NKA-ya vurmaqla vergidən yayınmadığı, satdığı mallara görə müvafiq vergiləri ödədiyindən maliyyə sanksiyasının tətbiqini əsassız hesab edir. Məhkəmə iddiaçının mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, yuxarıda da göstərildiyi kimi Vergi Məcəlləsinin 58.13-cü maddəsi bilavasitə malları təqdim edən şəxsə - satıcıya münasibətdə tətbiq edilən vergi məsuliyyəti normasıdır. Və bu normanın məqsədi satıcını vergi məbləğinin ödənilməsindən yayınmağa görə deyil, bilavasitə vergi hüquq pozmasına şərait yaradan halların aradan qaldırılmasına, həmin hallardan çəkinməyə, vergi orqanında vergi uçotunda durmayan şəxslərin bilavasitə qanuni sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa məcbur edilməsinə xidmət edir. Üstəlik qanunverici bu vəzifənin icrasını bilavasitə vergi orqanının uçota aldığı vergi ödəyicisinə həvalə edir. Başqa sözlə, qeyd edilən hüquq norması ilə müəyyən edilən hüquqi məsuliyyət qanunla təsbitlənmiş vəzifələrin varlığını, onun yerinə yetirilməsinin vacibliyini, vəzifələrin pozulduğu halda xoşagəlməz nəticələrin (sanksiyasının tətbiqini) qüvvəyə minmə imkanını nəzərdə tutan hüquqi məcburetmənin növüdür və daha çox xəbərdaredici-tərbiyəvi, preventiv funksiya mahiyyətində çıxış edir. Bu baxımdan vergi ödəyicisi olan iddiaçının VÖEN təqdim etməyən alıcılara münasibətdə mal alışını yalnız nəzarət kassa aparatına daxil etməsi onu 58.13-cü maddəsinin müəyyən etdiyi məsuliyyətdən azad etmir. Vergi Məcəllənin 56.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Vergi Məcəlləsinin tələblərinin (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) pozulması anından 3 il (xaricdə əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu hallarda həmin gəlirlər üzrə 5 il, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq təyin edilən vergi yoxlamalarında isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlb etmə müddəti) keçmişdirsə, şəxs həmin hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz. Bu mənada məhkəmə razılaşır ki, operativ vergi nəzarəti zamanı nəzarət kassa aparatı məlumatlarına əsasən 01.01.2020-02.02.2021-ci il tarixləri arasında malların alışının elektron qaimə faktura təqdim edilmədən nəzarət kassa aparatına vurulmaqla keçirilməsi halı müəyyən edilmişdir və bu halda vergi orqanı Vergi Məcəlləsinin tələblərinin pozulması anından 3 il ərzində vergi ödəyicisini həmin hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb etməyə səlahiyyətli hesab olunur. Cavabdeh vergi orqanı 514.663,42 manat məbləğində NKA-ya mədaxil edilən malın 10 % dəyəri həddində maliyyə sanksiyası tətbiq etmişdir. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh iddiaçı barəsində qəbul etdiyi 15.03.2021-ci il tarixli **********3799 nömrəli qərarının qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilmişdir. Odur ki, iddia tələbi əsassız olmaqla təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı MMC-nin Cavabdehnə qarşı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 15.03.2021-ci il tarixli **********3799 nömrəli qərarının ləğv edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-7262/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7262/2021
28.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver