Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7265/2022 22.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X8 Ağa qızının katibliyi, Cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı doğum haqqında şəhadətnamənin şəxsiyyət vəsiqəsi olmadan verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi-56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı şəxsiyyət vəsiqəsi olmadan ona doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1971-ci ildə Bakı şəhəri, Səbail rayonunda anadan olmuşdur. Onun doğumu barədə Səbail rayon Qeydiyyat Şöbəsi tərəfindən doğum akt qeydləri kitabında 21 avqust 1971-ci ildə 1347 sayla qeydiyyata alınmışdır. Barəsində doğum haqqında akt qeydləri kitabında qeydiyyat aparılmış və həmin akt qeydi əsasında ona doğum haqqında şəhadətnamə verilmişdir. Hazırda doğum haqqında şəhadətnaməsini itirmiş, təkrar doğum haqqında şəhadətnamə verilməsi üçün cavabdehə müraciət etsə də, ondan şəxsiyyət vəsiqəsi tələb edilmiş, şəxsiyyət vəsiqəsi təqdim etmədiyindən bundan imtina edilmişdir. Qeyd edir ki, doğum haqqında şəhadətnaməsi olmadığından ona şəxsiyyət vəsiqəsi verilməsi mümkün olmamışdır. Hesab edir ki, cavabdehin ona təkrar doğum haqqında şəhadətnamənin verilməsindən imtinası qanunsuzdur. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, sərəncama əsasən cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət təqdim edilərək bildirilmişdir ki, sərəncama əsasən İddiaçı doğum haqqında təkrar şəhadətnaməsinin alınması tələbinə dair sərəncamla bağlı müraciətinə baxılmış, müraciətlə bağlı “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş məlumatlar nəzərdən keçirilərkən İddiaçı doğumu Səbail rayon Qeydiyyat Şöbəsində xx.xx.1971-ci il tarixli, 1347 saylı akt qeydi qeydə alındığı aşkar edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-cü il 31 oktyabr tarixli 145 nömrəli Qərar ilə təsdiqlənmiş “X2 dövlət qeydiyyatı Qaydası”-nın 9.7-ci bəndində 16 yaşına çatmış şəxslərə onların X2 dövlət qeydiyyatı haqqında şəhadətnamələr və təkrar şəhadətnamələr barəsində müvafiq vətəndaşlıq vəziyyəti aktının tərtib olunmuş şəxslərin özlərinə verilir. Şəhadətnamələr notarial qaydada təsdiq olunmuş etibarnamə əsasında digər şəxslərə verilə bilər. Hal-hazırda vətəndaşın şəxsiyyət vəsiqəsinin olmamasını nəzərə alaraq, doğum haqqında təkrar şəhadətnamənin verilməsi imkan xaricindədir və buna görə vətəndaşa məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Doğum haqqında təkrar şhadətnamənin alınması ilə bağlı iş üzrə məhkəmənin iclasında Səbail rayon Qeydiyyat Şöbəsinin nümayəndəsinin iştirakı olmadan işin baxılmasını məhkəmənin mülahizəsinə buraxırlar. Əvvəlki məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şifahi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə şifahi məhkəmə baxışı iclasında iddiaçının iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək, iddianın təmin edilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normalarına əsasən tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan İmişli rayon İcra Hakimiyyətinin Aranlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 14 mart 2022-ci il tarixli, 172 nömrəli arayışın surətindən görünür ki, xx xxx 1971-ci ildə Bakı şəhərində anadan olmuş İddiaçı halhazırda Aranlı kəndində özünə məxsus fərdi yaşayış evi olmaqla Aranlı kəndində yaşayır. İşdə olan НЗ seriyalı, ******* nömrəli hərbi biletin surətindən görünür ki, xx.xx.1971ci il təvəllüdlü İddiaçı 1989-1991-ci illərdə hərbi xidmətdə olmuşdur. İşdə olan cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş xx.xx.2022-ci il tarixli, 05/Q-292/15 nömrəli imtina məktubunun surətindən görünür ki, iddiaçının doğum haqqında təkrar şəhadətnamənin istənilməsinə dair müraciətinə baxılaraq bildirilmişdir ki, müraciəti ilə bağlı “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş məlumatlar nəzərdən keçirilərkən İddiaçı doğumu Səbail rayon Qeydiyyat Şöbəsində xx.xx.1971-ci il tarixli, 1347 saylı akt qeydi ilə qeydə alındığı aşkar edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-cü il 31 oktyabr tarixli 145 nömrəli Qərarı ilə təsdiqlənmiş “X2 dövlət qeydiyyatı Qaydası”-nın 9.7-ci bəndində 16 yaşına çatmış şəxslərə onların X2 dövlət qeydiyyatı haqqında şəhadətnamələr və təkrar şəhadətnamələr barəsində müvafiq vətəndaşlıq vəziyyəti aktının tərtib olunmuş şəxslərin özlərinə verilir. Şəhadətnamələr notarial qaydasında təsdiq olunmuş etibarnamə əsasında digər şəxslərə verilə bilər. Həmçinin qeyd edirlər ki, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Qanunun 1-ci maddəsinə əsasən Azərbayca Respublikası ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyət vəsiqəsidir. Şəxsiyyət vəsiqəsinin olmamasına görə doğum haqqında təkrar şəhadətnamənin alınması ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İşdə olan məhkəmənin sorğusuna əsasən Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli, 05/Q-618/13 nömrəli məktubla təqdim edilmiş İddiaçı doğum haqqında akt qeydinin kserosurətindən görünür ki, İddiaçı xx xxx 1971-ci ildə Bakı şəhərində anadan olmuşdur. Ata qrafasında X1, ana qrafasında X3 göstərilmişdir. İddiaçı doğumu barəsində 1347 nömrəli, 21 avqust 1971-ci il tarixli doğum haqqında akt qeydi tərtib edilmişdir. İşdə olan İmişli rayon İcra Hakimiyyəti başçısının Aranlı kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 16.6.2022-ci il tarixli, 324 nömrəli fotoşəkilli arayışdan görünür ki, İddiaçı Hüseyn-qulu oğlu həqiqətən İmişli rayonu Aranlı kəndində yaşayır. Məhkəmə ilk öncə hazırki iddianın mümkünlük şərtlərinə qiymət verməyi zəruri hesab edərək, aşağıdakıları qeyd edir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). İddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddiaçı məhkəmədə qaldırdığı iddia ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətindən 15 mart 2021-ci il tarixli, 05/Q-292/15 nömrəli və 09 dekabr 2021-ci il tarixli, 05/Q-1795/15 nömrəli imtina məktubları almışdır. Göründüyü kimi, iddia mümkünlük şərtlərini ödəyir. İddianın mahiyyətinə gəlincə məhkəmə aşağıdakı əsaslara görə hesab edir ki, iddia mahiyyətcə də, əsaslıdır. Belə ki, işin hallarından göründüyü kimi, iddiaçı xx.xx.1971-ci il təvəllüdlü olmaqla hazırda, Bakı şəhərində anadan olmuşdur. O, hazırda İmişli rayonu Aranlı kəndində özünə məxsus fərdi yaşayış evində yaşayır. Bu halı İmişli rayon İcra Hakimiyyətinin Aranlı kənd ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış təsdiq edir. Hazırda iddiaçının doğum akt qeydi mövcuddur və ona həmin qeyd əsasında təkrar şəhadətnamənin verilməsi mümkündür. Bu səbəbdən də, iddiaçının hazırki iddia tələbi təmin edilməli və iddiaçıya təkrar doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Səbail rayon Şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir, 60-cı maddəsinin İİ hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər Azərbaycan Respublikası Konstitusiyası 60.2-ci maddəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə görə, doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Həmin Məcəllənin 159.1-ci maddəsinə əsasən X2 qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır. Həmin Məcəllənin 159.2-ci maddəsinin tələbinə görə, müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadın dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, X2 qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və X2 dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı “X2 dövlət qeydiyyatı Qaydası”nın təsdiq edilməsi haqqında Qərarının 9.1-ci bəndinə əsasən X2 qeydiyyat kitablarında və ya qeydiyyat şöbəsinin və konsulluq idarəsinin yaş kağızı kitablarında X2 qeydlərinə əsasən vətəndaşlara onların ərizəsi əsasında arzusu nəzərə alınmaqla, X2 qeydiyyatı haqqında təkrar şəhadətnamə və ya arayış verilir. Həmin qərarın 9.4-cü bəndinə əsasən əgər doğum haqqında təkrar şəhadətnamə tələb olunursa, onda göstərilən məlumatlardan əlavə valideynlərin adları, soyadları və ata adları qeyd olunur. Həmin qərarın 9.7-ci bəndinə əsasən yetkinlik yaşına çatmayan uşaqların və fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxslərin doğumu haqqında təkrar şəhadətnamələr valideynlərə, övladlığa götürənlərə, qəyyumlara, himayəçilərə, qəyyumluq və himayə orqanlarına, tərbiyə, müalicə və əhalinin sosial müdafiəsi orqanlarına verilə bilər. 16 yaşına çatmış şəxslərə, onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə təkrar şəhadətnamələr verilə bilər. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”ndan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon, şəhər qeydiyyat şöbələri inzibati orqan kimi təsnif olunmuşlar. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. xx xxx 1971-ci ildə Bakı şəhərində doğulmuş, bu barədə doğum akt qeydləri kitabında 21 avqust 1971-ci ildə 1347 nömrə ilə qeydə alınmış İddiaçı şəxsiyyət vəsiqəsi olmadan təkrar doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyi Cavabdehnə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-7265/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7265/2022
22.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver