Məhkəmə qərarları › İş №2-1(112)-727/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-727/2023

07.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-727/2023 07.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Məmmədzadə Səbunə Firəddin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin təyin olunması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində 80 (səksən) faiz itirilmiş əmək qabiliyyətinin əlillik dərəcəsinin fevral ayı 2021-ci il tarixdən bərpa olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 15 noyabr 2007-ci il tarixdə istesalatda baş vermiş bədbəxt hadisə nəticəsində, yəni iş yerində (dörd) metrə yüksəlikdə yıxılaraq “sağ qol mil sümüyünün bilək yerindən qapalı sınığı” diaqnozu ilə xəsarət almışdır. Baş vermiş hadisə nəticəsində ona 16 fevral 2010-ci il tarixdə 2-ci dərəcədə əlillik təyin edilmişdir. Bununla əlaqədar olaraq hər il Tibbi Sosial Ekspertiza Komissiyasından keçərkən əlillik dərəcəsi təsdiqlənmiş və o, hər ay müavinət və pensiya almışdır. Lakin 2021-ci il tarixdə fevral ayında cavabdeh heç bir səbəb və əsas gətirmədən istesalatda baş vermiş bədbəxt hadisə nəticəsində təyin edilmiş 2-ci dərəcə əlilliyin xx.xx.2021-ci il tarixdə müayinə zamanı təyin edilmədiyini bildirmişdir. Bu səbəbdən hər ay aldığı pensiya və müavinət fevral ayı 2021 -ci ildən bu günə kimi dayandırılmışdır. Halbuki hər il TSEKnin müayinədən keçdiyi aşağıda göstərdiyi kimidir: TSEK-SER TSE -01 № 101250 saylı 71 nömrəli xx.xx.2010-cu il tarixli ilkin müayinə aktı, TSEK SER TSE-02№ 027420 saylı 168 nömrəli xx.xx.2012-ci il tarixli müayinə aktı, TSEK-SER TSE-02№- 243283saylı 180 nömrəli xx.xx.2012-ci il tarixli müayinə aktı, TSEK-SER TSE-01 № 063451 saylı 212 nömrəli xx.xx.2013-cü il tarixli müayinə aktı, TSEK-SER TSE-01 Na 247877 saylı 227 nömrəli xx.xx.2014-ci iİ tarixli müayinə aktı, TSEK-SER TSE-01 № 520170 saylı 123 nömrəli xx.xx.2015-ci il tarixli müayinə aktı, TSEK № xxxxxxx0004 nömrəli xx.xx.2016-cı il tarixli müayyinə aktı ilə növbəti müayinə tarixi xx.xx.2021-ci il tarixdə təyin edilmişdir. Lakin xx.xx.2021-ci il tarixdə növbəti müayinə vaxtı Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin 9 saylı Tibbi Sosial Ekspert Komissiyası əlillik dərəcəsini təmin etməmişdir. Bununla belə aldığı hər ay pensiya və müavinətin verilməsi dayandırılmışdır. Eyni zamanda qeyd etmək etmişdir ki, 10 saylı BŞX-sı tərəfindən bir ildə üç dəfə forma 88 rəsmiləşdirilmişdir və Tibbi Sosial Ekspert Komissiyasına göndərilmişdir. Lakin xx.xx.2021ci il tarixli xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli cavabları ilə imtina cavabı verilmişdir. Sonuncu xx.xx.2021-ci il tarixli 0105003AAB7W nömrəli göndərişində TSEK imtina edərək, dövlət səhiyyə müəsissəsi tərəfindən rəsmiləşdirilmiş göndərişin natamam doldurulması və köməkçi diaqnostik müayinələr tam aparılmaması göstərilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İnzibati iş Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iddiaçının əlillik vəziyyətinə 10 saylı Birləşdirilmiş Şəhər Xəstəxanasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Əmək zədəsi; X1: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G50-G59 - Ayrı-ayrı sinirlərin, sinir köklərinin və kələflərinin zədələnməsi => G54 - Sinir köklərinin və kələflərinin zədələnmələri =>G54.0- Bazu kələfinin...; Diaqnozun mətni: boyun fəqələlərinin yayılmış osteokandiozu daimi kökcök ağrıları ilə. sağ tərəfli postravmatik pleksit. kəskin bronxit. arterial hipertenziya. sağ yuxarı ətraf əzələlərinin atrofiyası; meyar: 2.2. ikinci dərəcə əlillik => digər: boyun fəqələlərinin yayılmış osteokandiozu daimi kökcök ağrıları ilə. sağ tərəfli postravmatik pleksit. kəskin bronxit. arterial hipertenziya. ...” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. 10 saylı Birləşdirilmiş Şəhər Xəstəxanasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Əmək zədəsi; X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S10- S19 - Boynun travmaları => S13 - Boyun səviyyəsində kapsul-bağ aparatının çıxığı, gərilməsi və həddən...; Diaqnozun mətni: Boyun fəqərələrinin osteoxondrozu. Kökcük ağrıları ilə; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Boyun fəqərələrinin osteoxondrozu. Kökcük ağrıları ilə” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi : Əmək zədəsi; X1: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G50-G59 - Ayrı-ayrı sinirlərin, sinir köklərinin və kələflərinin zədələnməsi => G54 - Sinir köklərinin və kələflərinin zədələnmələri => G54.0 - Bazu kələfinin...; Diaqnozun mətni:boyun fəqələlərinin yayılmış osteokandiozu daimi kökcök ağrıları ilə sağ tərəfli postravmatik pleksit. kəskin bronxit. arterial hipertenziya. sağ yuxarı ətraf əzələlərinin atrofiyası; meyar: 2.2. ikinci dərəcə əlillik => digər: boyun fəqələlərinin yayılmış osteokandiozu daimi kökcök ağrıları ilə. sağ tərəfli postravmatik pleksit. kəskin bronxit. arterial fıipertenziya. ...” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Bakı Pirallahı Tibb Mərkəzinin xx.xx.2021-ci il tarixli 0105003AABWY saylı göndərişi əsasında baxılmış və “X1: Xİİİ Sinif - Sümükəzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M40-M54 - Dorsopatiyalar => 50- M54 - Digər dorsopatiyalar => M50 - Boyun şöbəsinin fəqərəarası disklərinin zədələnməsi ...; Diaqnozun mətni: Əsas diaqnoz M50.3 Boyun şöbəsinin fəqərəarası : diskərinin digər degenerasiyası, Boyun feqerelerinin osteoxondrozu davamli agri = sindromu ile. ETT ve Ol-tu 29.01,2021-ci il 961/1039 sayli Arayis. Ağırlaşma G54 Sinir köklərinin və kələflərinin zədələnmələri, Sag tərəfli postravmatik bazu pleksiti. Ağırlaşma M24.5 Oynaqların kontrakturası, Sag bazu dirsek oynaginin kontrakturasi.Sol yuxarı ətrafin hereket məhdudluğu. Ağırlaşma R52.0 Kəskin ağrı, Sağ bazu ve dirsək oynağının artrozu davamli ağrı sindromu.Sol yuxari ətrafin hereket mehdudlugu. Yanaşı xəstəliklər l10 Essensial [birincili] hipertenziya, Arterial hipertenziya 11(11) Yanaşı xəstəliklər H52.4 Presbiopiya, OU-presbiopiya; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: -Müalicə potensial səmərəliliyini və Son bir ildə ixtisaslaşmış müalicə kursunun yetərli deyil stasionar şəraitdə əlavə müayinə və müalicə olunmasi qərarı verilir. -Xəstənin əsas diaqnozun agirlaşmasi reyster məlumati aktiv sürücülük vəsiqəsi ilə uyğunsuzluq yaradir. (sürücülük vəsiqəsi 2016 ) dəqiqləşdirilsin yardımçı müayinələr tam aparılmayıb” səbəbi ilə imtina verilmişdir. Bakı Pirallahı Tibb Mərkəzinin xx.xx.2021-ci il tarixli 0105003AAB02 saylı göndərişi əsasında baxılmış və “X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M40-M54 - Dorsopatiyalar => M40-M43 - Deformasiyaedən dorsopatiyalar => M42 - Onurğanın osteoxondrozu => M42.1 - Yaşlıl...; Diaqnozun mətni: Onurğanın osteoxondrozu, Onurganin yayilmis poliseqmentar osteoxondrozu (2007). 3 saylı SKX-si 31,05.2021-ci il 4438 sayli x/tar. Ağırlaşma R52.0 Kəskin ağrı, Boyun feqerelerinin üstünlüyü ilə davamlı ağrı sindromu. Ağırlaşma G54 Sinir köklərinin və kələflərinin zədələnmələri, Sag terefli postravmatik bazu pleksit. Ağırlaşma M24.5 Oynaqların kontrakturası, Sağ bazu ve dirsək oynağının kontrakturasi. xx.xx.2021-ci ilde ETT ve Ol-tu 961/1039 sayli arayış. Ağırlaşma M19 Digər artrozlar, Sağ bazu ve dirsək oynağının artrozu. Ağırlaşma M99 Başqa rubrikalarda təsnif olunmayan biomexaniki pozğunluqlar, Sag yuxari ətrafda hərəkət məhdudluğu. Ağırlaşma G45.0 Vertebrobazilyar arterial sistem sindromu, Xroniki Vertebrobazilyar qan- dövranı çatmamazlığı İ fs. Yanaşı xəstəliklər 110 Essensial [birincili] hipertenziya, Hipertoniya xesteliyi ll(ll).Xroniki bronxit. Yanaşı xəstəliklər F48.0 Nevrasteniya, Asteno-nevrotik sindrom. Yanaşı xəstəliklər H52.4 Presbiopiya, OU-Presbiopiya.; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Əlavə müalicə-ixtisaslaşmış müalicəyə ehtiyacı var” səbəbi ilə imtina verilmişdir. Bakı Pirallahı Tibb Mərkəzinin xx.xx.2021-ci il tarixli 0105003AAB7H saylı göndərişi əsasında baxılmış və “X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M40- M54 - Dorsopatiyalar => M50-M54 - digər dorsopatiyalar => M50-Boyun şöbəsinin fəqərəarası disklərinin zədələnməsi Diaqnozun mətni: M50.3 Boyun şöbəsinin fəqərəarası disklərinin digər degenerasiyası , Onurganin yayilmis poliseqmentar (2007)osteoxandrozu. boyun fəqərələrinin üstünlüyü davamli ağrı sindromu ile.ETT ve Ol-tu xx.xx.2021 -ci il 961/1039 sayli arayış ağırlaşma R52.0 Kəskin ağrı, sağ bazu ve dirsek oynaginin artrozu davamli agri sindromu.sol yuxari ətrafın hərəkət məhdudlugu Ağırlaşma G54.0 Bazu kələfinin zədələnməsi, Sağ tərəfli postravmatik bazu pleksit; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Bakı ET Travmatologiya və Ortopediya İnstitutundan yeni rəy alması məsləhət görülür” səbəbi ilə imtina verilmişdir. Bakı Pirallahı Tibb Mərkəzinin xx.xx.2021 -ci il tarixli 0105003AAB7W saylı göndərişi əsasında baxılmış və “X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M40-M54 - Dorsopatiyalar => M50-M54 - Digər dorsopatiyalar => M50 - Boyun şöbəsinin fəqərəarası disklərinin zədələnməsi ...; Diaqnozun mətni: Boyun şöbəsinin fəqərəarası disklərinin digər degenerasiyası, onurğanın yayılmış poliseqmenta (2007) osteoxandrozu. boyun fəqərələrinin üstünyülü davamli ağrı sindromu ilə ETT ve Ol-tu xx.xx.2021-ci 961/1039 saylı arayış Ağırlaşma.124.5 Oynaqların kontrakturası, sağ bazu dirsək oynağının kantrokturası. sağ yuxarı ətrafın hərəkət məhdudluğu; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması-Səbəb: Köməkçi diaqnostik müayinələr tam aparılmamışdır” səbəbi ilə imtina verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydasının və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1 -ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itrilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X4 iddiaya etiraz edərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsi məlumatına əsasən xx.xx.1968-ci il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarından müəyyən olunur ki, İddiaçı istehsalatda 2007-ci ildə baş vermiş bədbəxt hadisə nəticəsində xəsarət almış, ona 2010-cu ildə ikinci dərəcə əlillik təyin edilmiş, sonuncu dəfə əlillik müddəti bitdiyi xx.xx.2021-ci ildən etibarən yeni əlillik təyinatı ilə bağlı Bakı Pirallahı Tibb Mərkəzinin xx.xx.2021-ci il tarixli 0105003AABWY saylı göndərişi, xx.xx.2021-ci il tarixli 0105003AAB02 saylı göndərişi, xx.xx.2021-ci il tarixli 0105003AAB7H saylı göndərişi əsasında baxılmış, “Əlavə müalicəyə ehtiyacın olması, göndərişin natamam doldurulması” səbəbi ilə əlillik təyinatlarından imtina edilmişdir. İddiaçının əlillik vəziyyəti sonuncu dəfə Bakı Pirallahı Tibb Mərkəzinin xx.xx.2021-ci il tarixli 0105003AAB7W saylı göndərişi əsasında qiymətləndirilmiş, “Əsas diaqnoz: M50.3 Boyun şöbəsinin fəqərəarası disklərinin digər degenerasiyası, onurğanın yayılmış poliseqmenta (2007) osteoxandrozu. boyun fəqərələrinin üstünlüyü davamlı ağrı sindromu ilə. ETT və Ol-tu xx.xx.2021-ci 961/1039 saylı Arayış, Ağırlaşma M24.5 Oynaqların kontrakturası, sağ bazu dirsək oynağının kantrokturası. sağ yuxarı ətrafın hərəkət məhdudluğu, Ağırlaşma G54.0 Bazu kələfinin zədələnməsi, sağ tərəfli posttravmatik bazu pleksit, Ağılrlaşma R52.0 Kəskin ağrı, sağ bazu və dirsək oynağının artrozu davamlı ağrı sindromu ilə sol yuxarı ətrafın hərəkət məhdudluğu; Mərkəzə göndərilmənin/imtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Köməkçi diaqnostik müayinələr tam aparılmamışdır” səbəbi ilə imtina edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5939/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə İddiaçı əyani müayinəyə dəvət edilərək əlillik vəziyyətinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyində qiymətləndirilməsi üçün 20 günlük müddət təyin edilmişdir. Sözügedən qərardadın icrası ilə əlaqədar olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2022-ci il tarixli, **********7 nömrəli məktubunda qeyd olunmuşdur ki, Xəzər rayon sakini İddiaçı əyani müayinəyə cəlb edilməsi barədə Bakı İnzibati Məhkəməsinin 18 aprel 2022-ci il tarixli 2-1(112)-5939/2022 nömrəli məktubuna Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində baxılmışdır. Bildiririk ki, İddiaçı xx.xx.2022-ci ildə Agentlikdə nəzarət qaydasında komissiyada əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və əyani müayinənin nəticəsi olaraq barəsində 'Tam reabilitasiya olması" qərarı qəbul edilmişdir. Belə ki, şəxsin obyektiv vəziyyətinin müayinəsi zamanı göndərişdə və tibbi sənədlərində əsas xəstəlik və ağırlaşması kimi qeyd edilmiş “Boyun şöbəsinin fəqərəarası disklərinin degenerasiyası. Sağ bazu-dirsək oynağının kontrakturası” diaqnozu - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə"yə müvafiq olaraq əlilliyin təyininə əsas vermir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komissiyasının 19 may 2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, Bakı şəhər sakini xx.xx.1968-ci il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsinin göndərişləri əsasında xx.xx.2021ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə şəxsin iştirakı olmadan qiymətləndirilmiş və bütün hallarda əlilliyin təyin edilməsindən imtina qərarları verilmişdir. Məhkəmənin qərardadı əsasında əyani müayinə aparılaraq vətəndaşın tibbi- sosial ekspertizası həyata keçirildi. Müəyyən olundu ki, İddiaçı xx.xx.2014-cü il tarixdə tibbisosial ekspert komissiyasında təkrar müayinə olunaraq “əmək zədəsi” səbəbi ilə bir il müddətinə ikinci dərəcə əlilliyin və əmək qabiliyyətinin 80%(səksən faiz) itirilməsinin təyini barədə qərar verilmişdir, xx.xx.2015-ci il tarixdə təkrar müayinə zamanı həmin qərar qüvvədə saxlanılmışdır. Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 6.1. bəndinə müvafiq olaraq 30.01,2016-cı il tarixdə şəxsin ikinci dərəcə əlilliyi və əmək qabiliyyətinin 80% (səksən faiz) itirilmə müddəti onun iştirakı olmadan Əlillik Altsistemi tərəfindən beş il müddətinə uzadılmışdır. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı dəri və görünən selikli qişaları adi rəngdədir, normal bədən quruluşuna malikdir. Əsas şikayətləri boyunda və sağ dirsəkdə olan ağrılardan və hərəkət məhdudluğundandır. Obyektiv müayinə zamanı hər iki yuxarı ətrafda əzələ gücü saxlanılıb, reflekslər canlı olub D=S. Sağ dirsək oynağında hərəkət ağrılıdır, xəstə oynağın hərəkət həcmini müəyyən etməyə imkan vermir, ətrafı 90 dərəcə qatlanmış vəziyyətdə saxlayır, açma və bükmə hərəkətlərini etməyə mane olur. Xəstənin təqdim etdiyi xx.xx.2022-ci il tarixli rentgen müayinədə oynaq yarığı açıqdır, kontraktura təsdiqini tapmır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair dair Əsasnamə” yə uyğun olaraq şəxsdə hazırda əlilliyin təyininə əsas verən ağırlaşmalar(sağ dirsək oynağında dirsək oynağının funksional yararsız vəziyyətdə (60 dərəcədən az və ya 150 dərəcədən çox) olması və ya sağ yuxarı ətrafın parezi) aşkar edilmir və tam reabilitasiya - hazırda əlillik əlaməti aşkar edilməməsi və peşə əmək qabiliyyətinin bir il müddətinə 20% (iyirmi) faiz itirilməsi barədə qərar verilir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5939/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə hazırkı iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X3 ekspertlərinə həvalə edilmişdir. Sözügedən qərardadın icrası ilə əlaqədar olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-X8 X5” X7 xx.xx.2022-ci il tarixli, 3867 nömrəli məktubla göndərimiş T 441/2022 nömrəli xx.xx.2022-ci il tarxli ekspert rəyində qeyd olunmuşdur ki, 1968-ci il təvəllüdlü İddiaçı məhkəmə-tibbi müayinəsinə, adına tərtib edilmiş sənədlərə və qərarda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: 1-3.İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı Bakı Pirallahı Tibb Mərkəzində tərtib edilmiş xx.xx.2021 -ci il tarixli 0105003AAB7W saylı Forma 88-də qeyd olunan diaqnoz stasionarda şəxsin kliniki, laborator instrumental müayinələri əsasında müəyyən edilmiş və hazırda da həmin xəstəliklərdən o, əziyyət çəksə də həmin diaqnoz nəzərə alınmaqla, şəxsin əyani müayinəsi zamanı aşkar edilmiş patofunksional dəyişikliklər əlillik dərəcəsinin təyininə əsas vermədiyindən ona 413 nömrəli qərarla təsdiq Əsasnamənin meyarlarını aid etmək mümkün olmadı. Lakin, xəstəlik “əmək zədəsi” ilə əlaqədar olduğundan vət. İddiaçı istehsalat zədəsi ilə bağlı olduğundan peşə əmək qabiliyyətinin bir il müddətinə Mərkəzi TSEK-də 20 % (iyirmi) faiz itirimasi təyin edilmişdir. 4.İddiaçı həmin xəstəliklərlə əlaqədar əlavə bərpa müalicəsinə hazırda ehtiyacı yoxdur, lakin xəstəliklər kəskinləşərsə onda müvafiq ixtisas sahəsi üzrə həkimə müraciət edə bilər. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5939/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə hazırkı iş üzrə əlavə məhkəmə-tibbi ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X3 ekspertlərinə həvalə edilmişdir. Sözügedən qərardadın icrası ilə əlaqədar olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-X8 X5” X7 xx.xx.2023-cü il tarixli, 1418 nömrəli məktubla göndərimiş 31 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, 1968-ci il təvəllüdlü İddiaçı adına tərtib edilmiş tibbi sənədlərə, məhkəmə-tibbi ekspert rəylərinə və iş materiallarına əsaslanaraq, qərarda qoyulmuş suallara uyğun olaraq aşağıdakı nəticəyə gəlinir: 1-3. İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı Bakı Pirallahı Tibb Mərkəzində tərtib edilmiş xx.xx.2021-ci il tarixli 0105003AAB7W saylı Forma 88-də qeyd olunan diaqnoz stasionarda şəxsin kliniki, laborator instrumental müayinələri əsasında müəyyən edilmiş və hazırda da həmin xəstəliklərdən o, əziyyət çəkir. Vətəndaş İddiaçı xx.xx.2023-cü il tarixdə Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında əyani müayinə zamanı “Diskogen C3-C4, C-4-C5, C6- TH1 radinulopatiya, C5-C6 2,6 mm orta medion, sol paramedian geniş əsaslı yırtı, Servikalgiya kökcük ağrı sindromu hərəkət məhdudluğu ilə, astenodepresiv vəziyyət. Gərginlik baş ağrısı” diaqnozu qoyulmuşdur. Xəstəlik “əmək zədəsi” ilə əlaqədar yarandığından vət. İddiaçı istehsalat zədəsi ilə bağlı olduğundan peşə əmək qabiliyyətinin bir il müddətinə Mərkəzi TSEK-də 20 % (iyirmi) faiz itiriməsi təyin edilmişdir. 4. İddiaçı həmin xəstəliklərlə əlaqədar əlavə bərpa müalicəsinə hazırda ehtiyacı yoxdur, lakin xəstəliklər kəskinləşərsə onda müvafiq ixtisas sahəsi üzrə həkimə müraciət edə bilər. Beləliklə, sonuncu dəfə iddiaçının əlillik vəziyyətinə Bakı Pirallahı Tibb Mərkəzinin xx.xx.2021-ci il tarixli 0105003AAB7W saylı tibbi göndərişdə qoyulmuş diaqnoza münasibətdə qiymətləndirilmə aparılaraq Göndərişin natamam doldurulması - Səbəb: Köməkçi diaqnostik müayinələr tam aparılmamışdır” əsası ilə əlillik dərəcəsinin təyinatından imtina edilmişdir. Hazırkı iddiasında iddiaçı əllillik dərəcəsinin təyin olunmasını inzibati məhkəmə icraatında mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İddia mahiyyət üzrə əsassızdır. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: -3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.2-ci maddəsinə görə əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. İddiaçının sonuncu dəfə əlillik vəziyyətinin qiymətləndirilərkən və əlillik təyinatından imtina edilərkən əsas götürülmüş (qüvvədə olmuş) hüquq münasibətlərini tənzimləyən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin: -2.2-ci bəndinə əsasın ikinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın -2.3-cü bəndinə əsasən üçüncü dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (ünsiyyət, sosial uyğunlaşma, hərəkət, əmək fəaliyyəti) məhdudlaşması hallarında təyin edilir. Əmək fəaliyyətinin məhdudlaşması məfhumunda görüləcək işin həcmi ilə bərabər, ixtisasın enməsi, anatomik qüsur nəticəsində professional əməyin çətinləşməsi də nəzərdə tutulur. -4.1-ci bəndinə əsasən birinci dərəcə əlillik və tibbi göstəriş olan xüsusi hallarda ikinci və üçüncü dərəcə əlillik müddətsiz müəyyən edilir. -4.2-ci bəndinə görə ikinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir.İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: -1.2-ci bəndinə görə Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra - Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra - TSEK) tərəfindən həyata keçirilir. -1.3-cü bəndinə görə TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. -1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. -2.1-ci bəndinə görə şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. -2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. -2.3-cü bəndinə görə göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. -2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. -2.5-ci bəndinə əsasən TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. -2.6-cı bəndinə görə qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. İş materiallarından müəyyən olunur ki, iddiaçı barəsində əlillik dərəcəsi təyinatı yuxarıda adı çəkilən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”də göstərilmiş meyarlara əsasən qiymətləndirilmişdir. İddiaçı barəsində sonuncu dəfə tərtib edilmiş tibbi göndərişdə əsas diaqnozu: M 50.3 Boyun şöbəsinin fəqərəarası disklərinin digər degenerasiyası, onurğanın yayılmış poliseqmenta (2007) osteoxandrozu. boyun fəqərələrinin üstünlüyü davamlı ağrı sindromu ilə, Ağırlaşmaları- M24.5 Oynaqların kontrakturası, sağ bazu dirsək oynağının kantrokturası. sağ yuxarı ətrafın hərəkət məhdudluğu, G54.0 Bazu kələfinin zədələnməsi, sağ tərəfli posttravmatik bazu pleksit, R52.0 Kəskin ağrı, sağ bazu və dirsək oynağının artrozu davamlı ağrı sindromu ilə sol yuxarı ətrafın hərəkət məhdudluğu” qeyd edilmiş, həmin tibbi göndəriş üzrə yoxlama zamanı iddiaçının qeyd edilən diaqnoz üzrə nəticəyə gəlinməsi üçün köməkçi diaqnostik müayinələrin aparılmasının zəruri olduğu bildirilmişdir. Beləliklə, həmin köməkçi diaqnostik müayinələrin nəticəsində diaqnoz öz təsdiqini tapdığı təqdirdə əlillik təyinatına əsas olması barədə mövqe ifadə edilmişdir. Bununla əlaqədar məhkəmə icraatı gedişində göndərişin natamam doldurulması səbəbi ilə verilmiş imtinanın yuxarıda qeyd edilən əsaslarından çıxış edərək məhkəmə qərardadı ilə iddiaçının TSERA həkim Komissiyası tərəfindən əyani müayinəsinə göndərilmiş və komissiyanın xx.xx.2022-ci il tarixli qərarı ilə iddiaçının sağlamlıq vəziyyətinin hər iki yuxarı ətrafda əzələ gücünün saxlanıldığı, reflekslər canlı olub D=S. Sağ dirsək oynağında hərəkət ağrılı olduğu, xx.xx.2022-ci il tarixli rentgen müayinədə oynaq yarığı açıq olmaqla kontraktura təsdiqini tapmadığı və nəticə etibarı ilə iddiaçının tibbi göndərişdə qoyulmuş ağırlaşmanın, yəni -M24.5 Oynaqların kontrakturası, sağ bazu dirsək oynağının kantrokturası. sağ yuxarı ətrafın hərəkət məhdudluğu” diaqnozunun Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” də qeyd edilmiş 2.3.2-ci bəndin meyarının (“dirsək oynağının funksional yararsız vəziyyətdə (60 dərəcədən az və ya 150 dərəcədən çox) olması, yaxud saidin tam supinasiya və ya pronasiya halında qalması, ankilozu və ya kəskin kontrakturası (hərəkətin həcminin 10 dərəcədən artıq olmaması) (M21.2,M24.5- M24.6,M25.6,M67.1,M99.0)”) iddiaçıda aşkar edilmədiyi, bununla da tibbi göndərişdəki diaqnozun iddiaçının sağlamlıq vəziyyətinə uyğun gəlmədiyindən əlillik əlaməti aşkar edilməməsi qərarı verilmişdir. Məhkəmə icratı gedişində əldə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-X8 X5” X7 T 441/2022 nömrəli xx.xx.2022-ci il tarxli ekspert rəyində iddiaçı barəsində tibbi göndərişdəki diaqnoznun şəxsin əyani müayinəsi zamanı aşkar edilmiş patofunksional dəyişikliklər nəticəsində əlillik dərəcəsinin təyininə əsas vermədiyi nəticəsinə gəlinmişdir. Sonuncu ekpsertiza tədqiqatı zamanı iddiaçı xx.xx.2023-cü il tarixdə Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına əyani müayinəyə göndərilmiş və müayinənin nəticələrinə uyğun olaraq 31 nömrəli ekspert rəyində iddiaçıda aşkar olunan xəstəlik diaqnozunun Diskogen C3-C4, C-4-C5, C6-TH1 radinulopatiya, C5-C6 2,6 mm orta medion, sol paramedian geniş əsaslı yırtı, Servikalgiya kökcük ağrı sindromu hərəkət məhdudluğu ilə, astenodepresiv vəziyyət. Gərginlik baş ağrısı” olduğu müəyyən olunmuşdur. Məhkəmə qeyd edir ki, iddiaçının hazırkı sağlamlıq vəziyyətinə uyğun qoyulmuş xəstəliyin təsnifatı kodu- “Diskogen C3-C4, C-4-C5, C6-TH1 radinulopatiya, C5-C6” nə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamədə, nə də hazırkı halda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda öz əksini tapmamışdır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının hazırkı sağlamlıq vəziyyəti onun əlillik təyinatına imkan vermədiyindən əlilik təyinatının aparılmasından cavabdehin imtinası qanunazidd olmamış və iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Odur ki, iddiaçının əlillik dərəcəsinin təyin edilməsi barədə tələbi təmin oluna bilməz. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 58.2-ci maddəsinə görə məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının tibbi göndərişində qoyulmuş diaqnozu onun əlillik təyinatına imkan vermədiyindən cavabdehin imtinası qanunazidd olmamış və iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Odur ki, iddiaçının əlillik dərəcəsinin təyin edilməsi barədə tələbi təmin oluna bilməz. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin təyin olunması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar