Məhkəmə qərarları › İş №2-1(112)-7274/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7274/2025

22.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7274/2025 22.01.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı “əlilliyin bərpa edilməsi” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 29) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İ. Mübahisəli hüququn qısa xülasəsi

1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müvafiq dərəcəli əlilliyinin bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçının ərizəsinə əsasən məhkəmə qərardadı ilə iddia tələbi “cavabdehin xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi, İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik səbəbi ilə əlillik dərəcəsinin (hazırda qüvvədə olan meyarlara əsasən orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisinin) bərpa edilməsi” kimi dəyişdirilmişdir.

3. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı, xx.xx.1961-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1993-cü ildə Suraxanı Rayon Hərbi Komissarlıq tərəfindən hərbi xiddmətə çağrılmışdır. Döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1994-cü ildə xəsarət almış və xx.xx.1994-cü ildə MN Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyası tərəfindən tibbi şəhadətləndirilməsi nəticəsində “sağ əlini dəlib keçən odlu silah güllə yaralanması nəticəsində 4-5 barmaqların əsas falanqalarının bitişmiş sınıqları, açıcı kontrakturası, əl funksiyasının cüzi pozulması” diaqnozu təyin edilmiş və həmin komissiyanın qərarına əsasən Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmış hərbi travma olması müəyyən edilmişdir. Uzunmüddətli stasionar müalicələr müsbət effekt verməmişdir. Belə ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının qərarına əsasən, İddiaçı aldığı travmanın hərbi travma olduğu və Azərbaycan Respublikasının müdafiəsi zamanı alındığı öz təsdiqini tapmışdır. Bundan sonra 3-cü qrup əlillik təyin edilmişdir. 2003-cü il tarixdən isə 3-cü qrup əlillik müddətsiz təyin edilmişdir. Əlillik dərəcəsinin təkrar qiymətləndirilməsi zamanı ona “Qeyri-stabil stenokardiya, Ürəyin işemik xəstəliyi. Gərginlik stenokardiyası 3-5 fs.Qan dövranı sisteminin digər və dəqiqləşdirilməmiş pozğunluqlar, Qan dövranı çatışmazlığı 2 fs.Aortokoronar şuntli transplantatın olması, AKŞ x3 əməliyatından sonrakı vəziyyət” diaqnozu qoyulmuş və xx.xx.2017-ci il tarixindən etibarən, Azərbaycan Respublikasının ərazi bötüvlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcəli əlillik təyin edilmişdir. Əlillik müddəti xx.xx.2022-ci il tarixinədək müəyyən olunmuşdur. 2022-ci il tarixdə keçirilən qiymətləndirmə zamanı cavabdeh inzibati orqan Tibbi Sosial Ekspert Komissiyası tərəfindən diaqnozun əlillik əlaməti təyin etməməsi səbəbindən ona təkrar əlilliyin təyin edilməsindən imtina etmişdir. Lakin aşağıdakı hallara əsasən hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən qanunvericiliyin tələbləri pozulmuş və buna görə də təyin edilmiş əlillik dərəcəsi bərpa edilməlidir.

4. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2sosial ekspert komissiyasının xx.xx.2024-cü il tarixli Qərarında aşağıdakılar göstərilmişdir: Bakı şəhər sakini xx.xx.1961-ci il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsinin 0034003AACNM nömrəli xx.xx.2017-ci il tarixli göndərişi əsasında qiymətləndirilmiş və “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2.1. bəndinə müvafiq olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 5 (beş) il müddətinə ikinci dərəcə əlillik təyinatı barədə qərar qəbul edilmişdir. Vətəndaş xx.xx.2003-cü il tarixli Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz üçüncü dərəcə əlillik təyinatı barədə qərarının (TSEK arayışının nömrəsi: 633057) Əlillik altsisteminə daxil edilməsi üçün müraciət etmişdir. Vətəndaşın müraciəti əsasında xx.xx.2024-cü il tarixində əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2023-cü il tarixli 120 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Sağ əlin dəlib keçən odlu silah güllə yaralanması (xx.xx.1994) nəticəsində İV-V barmaqların əsas falanqalarının bitişmiş sınıqları, açıcı kontrakturası, əl funksiyasının cüzi pozulması ilə” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı boyun nahiyəsində olan hərəkət məhdudluğundan şikayətlənmişdir. Anamnestik məlumatlarında 1994-cü ildə yuxarı ətrafda güllə yaralanması aldığını, 2017-ci ildə aorta koronar şuntlama əməliyyatı (AKŞ) keçirdiyini, qəbul etdiyi medikamentoz preparatların adlarını xatırlamadığını bildirmişdir. Müayinə zamanı yuxarı və aşağı ətraflarda hərəkətlər sərbəst və ağrısız olmuş, əlin tutma funksiyası pozulmamış, hərbi şəhadətnamədə qeyd olunmuş xəstəliyin əlillik təyinatına əsas verən ağırlaşmaları aşkar edilməmişdir. Auskultasiya zamanı ürək tonları aydın, aritmik olmuş, arterial təzyiqi 200/80 mm cv. st. müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən xəstəliyin hərbi səbəb-əlaqəsi təsdiqlənməmişdir. X10 xx.xx.2022-xx.xx.2022-ci il tarixli 2332 nömrəli Çıxarışında diaqnoz “ÜİX. Gərginlik stenokardiyası İİİ fs. AKŞ əməliyyatından (2017) sonrakı vəziyyət. Xroniki ürək çatışmazlığı İİİ fs (NYHA). Sol ayağın tam blokadası. Hipertoniya xəstəliyi, İİ dərəcəli. İV risk qrupu” kimi qeyd edilmiş, əlillik təyinatına əsas vermişdir. Akademik C.Abdullayev adına X7 İnstitutunun xx.xx.2022-ci il tarixli Tibbi rəyində diaqnoz “ÜİX. Stabil gərginlik stenokardiyası İİ FS. İnfarktdan sonrakı kardiosleroz. Aorta koronar şuntlama əməliyyatından sonrakı vəziyyət (2017). Arterial hipertenziya, İİ dərəcə. Xroniki ürək çatışmazlığı, İİİ f.s. LVEF-37%” kimi qeyd olunmuş, əlillik təyinatına əsas vermişdir. ƏƏSMN tabeliyində DTSERA xx.xx.2024-cü il tarixli Transtorakal Exokardioqrafiya müayinəsinin nəticəsi “AKŞ əməliyyatından sonrakı vəziyyət (2017). Sol mədəciyin sistoladiastolik ölçüləri böyüməyib, sistolik funksiyası (LVEF-50%) cüzi azalıb. Sol qulaqcıq cüzi dilatasiya olub. Sağ boşluqlar normaldır. İVS və İAS tamdır. Seqmentar divar hərəkət qüsuru-anteroseptumun bazalı, midi hipokinetikdir. Aorta kökü və qapaqları, digər qapaq aparatı normaldır. Sol mədəciyin diastolik disfunksiyası relaksativ tip. Perikard səhifələrinin sağ qulaqcığın sərbəst divarının ətrafında 8 mm genişlənməsi izlənilir (Perikardial maye yüngül dərəcə). PDA, ASD, VSD yoxdur. Rəngli Doppler EXO KQ-də min-PÇ qeyd edilir.” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas vermişdir. Nəticədə, xx.xx.2003-cü il tarixli Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar müddətsiz üçüncü dərəcə əlillik təyinatının Əlillik altsisteminə daxil edilməsi barədə qərar qəbul edilmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq xx.xx.2024-cü il tarixindən Xüsusi səbəbdən Tam reabilitasiya olunması və tibb müəssisəsi tərəfindən ümumi xəstəlik səbəbindən yeni göndəriş rəsmiləşdirildiyi halda Ümumi xəstəlik ilə əlaqədar 1 (bir) il müddətinə orqanizmin funksiyalarının 40 faiz pozulması barədə qərar qəbul edilmişdir.

5. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komissiyasının 3-17-4/3-3-5982/2024 saylı 14 avqust 2024-cü il tarixli qərarına əsasən Komissiya xx.xx.2024-cü il tarixində aşağıda adları göstərilən 16 nəfər vətəndaşın müraciətlərinə əsasən əyani müayinəsini həyata keçirmiş və aşağıdakıları müəyyən etmişdir:

16. Bakı şəhər sakini xx.xx.1961-ci il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsinin 0034003AACNM nömrəli xx.xx.2017-ci il tarixli göndərişi əsasında qiymətləndirilmiş və “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2.1. bəndinə müvafiq olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 5 (beş) il müddətinə ikinci dərəcə əlillik təyinatı barədə qərar qəbul edilmişdir. Vətəndaş xx.xx.2003-cü il tarixli Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz üçüncü dərəcə əlillik təyinatı barədə qərarının (TSEK arayışının nömrəsi: 633057) Əlillik altsisteminə daxil edilməsi üçün müraciət etmişdir. Vətəndaşın müraciəti əsasında xx.xx.2024-cü il tarixində əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2023-cü il tarixli 120 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Sağ əlin dəlib keçən odlu silah güllə yaralanması (xx.xx.1994) nəticəsində İV-V barmaqların əsas falanqalarının bitişmiş sınıqları, açıcı kontrakturası, əl funksiyasının cüzi pozulması ilə” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı boyun nahiyəsində olan hərəkət məhdudluğundan şikayətlənmişdir. Anamnestik məlumatlarında 1994-cü ildə yuxarı ətrafda güllə yaralanması aldığını, 2017-ci ildə aorta koronar şuntlama əməliyyatı (AKŞ) keçirdiyini, qəbul etdiyi medikamentoz preparatların adlarını xatırlamadığını bildirmişdir. Müayinə zamanı yuxarı və aşağı ətraflarda hərəkətlər sərbəst və ağrısız olmuş, əlin tutma funksiyası pozulmamış, hərbi şəhadətnamədə qeyd olunmuş xəstəliyin əlillik təyinatına əsas verən ağırlaşmaları aşkar edilməmişdir. Auskultasiya zamanı ürək tonları aydın, aritmik olmuş, arterial təzyiqi 200/80 mm cv. st. müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən xəstəliyin hərbi səbəb-əlaqəsi təsdiqlənməmişdir. X10 xx.xx.2022-xx.xx.2022-ci il tarixli 2332 nömrəli Çıxarışında diaqnoz “ÜİX. Gərginlik stenokardiyası İİİ fs. AKŞ əməliyyatından (2017) sonrakı vəziyyət. Xroniki ürək çatışmazlığı İİİ fs (NYHA). Sol ayağın tam blokadası. Hipertoniya xəstəliyi, İİ dərəcəli. İV risk qrupu” kimi qeyd edilmiş, əlillik təyinatına əsas vermişdir. Akademik C.Abdullayev adına X7 İnstitutunun xx.xx.2022-ci il tarixli Tibbi rəyində diaqnoz “ÜİX. Stabil gərginlik stenokardiyası İİ FS. İnfarktdan sonrakı kardiosleroz. Aorta koronar şuntlama əməliyyatından sonrakı vəziyyət (2017). Arterial hipertenziya, İİ dərəcə. Xroniki ürək çatışmazlığı, İİİ f.s. LVEF-37%” kimi qeyd olunmuş, əlillik təyinatına əsas vermişdir. ƏƏSMN tabeliyində DTSERA xx.xx.2024-cü il tarixli Transtorakal Exokardioqrafiya müayinəsinin nəticəsi “AKŞ əməliyyatından sonrakı vəziyyət (2017). Sol mədəciyin sistoladiastolik ölçüləri böyüməyib, sistolik funksiyası (LVEF-50%) cüzi azalıb. Sol qulaqcıq cüzi dilatasiya olub. Sağ boşluqlar normaldır. İVS və İAS tamdır. Seqmentar divar hərəkət qüsuru-anteroseptumun bazalı, midi hipokinetikdir. Aorta kökü və qapaqları, digər qapaq aparatı normaldır. Sol mədəciyin diastolik disfunksiyası relaksativ tip. Perikard səhifələrinin sağ qulaqcığın sərbəst divarının ətrafında 8 mm genişlənməsi izlənilir (Perikardial maye yüngül dərəcə). PDA, ASD, VSD yoxdur. Rəngli Doppler EXO KQ-də min-PÇ qeyd edilir.” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas vermişdir. Nəticədə xx.xx.2003-cü il tarixli Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar müddətsiz üçüncü dərəcə əlillik təyinatının Əlillik altsisteminə daxil edilməsi barədə qərar qəbul edilmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq xx.xx.2024-cü il tarixindən Xüsusi səbəbdən Tam reabilitasiya olunması və tibb müəssisəsi tərəfindən ümumi xəstəlik səbəbindən yeni göndəriş rəsmiləşdirildiyi halda Ümumi xəstəlik ilə əlaqədar 1 (bir) il müddətinə orqanizmin funksiyalarının 40 faiz pozulması barədə qərar qəbul edilmişdir.

6. TSEK-in müayinələrə dair məlumatlarına əsasən: xx.xx.2003-cü il tarixdə aparılmış təkrar qiymətləndirmə nəticəsində iddiaçıya xx.xx.2003-cü il tarixdə Azərbaycan Respublikasının ərazi bötüvlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz üçüncü dərəcə əlillik təyin edilmişdir. Diaqnozun mətni: Sağ əlin dəlibkeçən odlu silah güllə yaralanması (xx.xx.1994) nəticəsində İV-V barmaqların əsas falanqalarının bitişmiş sınıqları, açıcı kontrakturası, əl funksiyasının cuzi pozulması ilə. xx.xx.2017-ci il tarixdə aparılmış qiymətləndirmə nəticəsində iddiaçıya xx.xx.2017-ci il tarixdə 5 il müddətinə ümumi xəstəlik səbəbindən ikinci dərəcə əlillik təyin edilmişdir. Diaqnozun mətni: Qeyri-stabil stenokardiya, Ürəyin işemik xəstəliyi, Gərginlik stenokardiyası İİİ-İV fs. Aortokoronor şuntlu transplantatın olması. AKŞ əməliyyatından sonrakı vəziyyət (xx.xx.2017). xx.xx.2017-ci il tarixdə aparılmış qiymətləndirmə nəticəsində iddiaçıya xx.xx.2017-ci il tarixdə 5 il müddətinə ümumi xəstəlik səbəbindən ikinci dərəcə əlillik təyin edilmişdir. Diaqnozun mətni: Qeyri-stabil stenokardiya, Ürəyin işemik xəstəliyi, Gərginlik stenokardiyası İİİ-İV fs. Qan dövranı sisteminin digər və dəqiqləşdirilməmiş pozğunluqları, Qan dövranı çatmamazlığı İİ fs. Aortokoronor şuntlu transplantatın olması. AKŞ x 3 əməliyyatından sonrakı vəziyyət (xx.xx.2017). xx.xx.2024-cü il tarixdə aparılmış qiymətləndirmə nəticəsində iddiaçıya əlillik verilməsindən imtina edilmişdir (Göndəriş üçün əsas – vaxtından əvvəl müayinə). Diaqnozun mətni: Sağ əlin dəlib-keçən odlu silah güllə yaralanması (xx.xx.1994) nəticəsində İV-V barmaqların əsas falanqalarının bitişmiş sınıqları, açıcı kontrakturası, əl funksiyasının cuzi pozulması ilə. İmtina səbəbi onunla əsaslandırılmışdır ki, tam reabilitasiya olması – tam reabilitasiya olunması barədə qərar qəbul edilmişdir. Ümumi xəstəlik ilə əlaqədar yeni forma rəsmiləşdirilməsi məsləhət görülür.

7. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X8” publik hüquqi şəxsi tərəfindən məhkəmə-tibbi ekpertizası keçirilməsi barədə xx.xx.2025-ci il tarixli məhkəmə qərardadına əsasən xx.xx.2025-ci il tarixli məktubda bildirilmilmişdir ki, İddiaçı gəlmədiyindən ekspertizanı başa çatdırmaq mümkün olmadığından sənədlər ekspertiza aparılmadan icrasız geri qaytarılır.

8. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə təkrar məhkəmə-tibbi ekpertizası təyin edilərək ekspert qarşısında aşağıdakı suallar qoyularaq Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X6 həvalə edilmişdir: iddiaçı canlı müayinə olunmaqla onda XBT 10 kodu İ20 - İ25 “Ürəyin işemik xəstəliyi” aşkar edilirmi? Əgər aşkar edilirsə, ağağıdakı qiymətləndirmə meyarlarından hansı iddiaçıda müşahidə edilir? 2.2.1. ÜDS-nin mülayim disfunksiyası: stenokardiya və ya ağrısız işemiya FS İİİ (50 Vatt və ya 2-3,9 METs); XÜÇ İİA mərhələ olduqda. Miokardın revaskulyarizasiyası mümkün olmadıqda; 2.2.2. ÜDS-nin ciddi disfunksiyası: stenokardiya və ya ağrısız işemiya, FS İİİ (50 Vatt və ya 2-3,9 METs); XÜÇ İİB mərhələ olduqda. Miokardın revaskulyarizasiyası mümkün olmadıqda; 2.2.3. ÜDS-nin ağır və davamlı disfunksiyası: stenokardiya və ya ağrısız işemiya, FS lV (25 Vatt və ya 1,1-1,9 METs); XÜÇ İİİ mərhələ olduqda. Miokardın revaskulyarizasiyası mümkün olmadıqda. XBT 10 kodu İ10-İ15 “Qan təzyiqinin yüksək olması ilə səciyyələnən xəstəliklər” xəstəliyi aşkar edilirmi? Əgər aşkar edilirsə, aşakıdakı qiymətləndirmə meyarlarından hansı iddiaçıda müşahidə edilir? 2.1.1. arterial hipertenziya İ-İİİ dərəcə, hipertoniya xəstəliyi İİİ mərhələ, hədəf orqanların funksiyalarının mülayim pozulması (zədələnməsi) ilə; 2.1.2. arterial hipertenziya İ-İİİ dərəcə, hipertoniya xəstəliyi İİİ mərhələ, hədəf orqanların funksiyalarının ciddi pozulması (zədələnməsi) ilə; 2.1.3. arterial hipertenziya İ- İİİ dərəcə, hipertoniya xəstəliyi İİİ mərhələ, hədəf orqanların funksiyalarının ağır pozulması (zədələnməsi) ilə. XBT 10 kodu İ05 - İ09 “Xroniki revmatik xəstəlikləri” xəstəliyi aşkar edilirmi? Əgər aşkar edilirsə, aşağıdakı qiymətləndirmə meyarlarından hansı iddiaçıda müşahidə edilir? 2.9.1. ürəyin qapağının (və ya qapaqlarının), ağciyər arteriyası qapağının revmatik və qeyrirevmatik xəstəlikləri, iltihabi aktivlik əlamətləri olan miokardit, endokardit və ya perikardit, ÜDS-nin funksiyasının mülayim pozulması ilə: FS İİİ (50 Vatt və ya 2-3,9 METs), XÜÇ İİA mərhələ, ağciyər hipertenziyası 2-ci dərəcə, 2-ci dərəcə ürək aritmiyası (Laun-Volf təsnifatı üzrə), sol mədəciyin atım fraksiyasının azalması; 2.9.2. ürəyin qapağının (və ya qapaqlarının), ağciyər arteriyası qapağının revmatik və qeyri-revmatik xəstəlikləri, iltihabi aktivlik əlamətləri olan miokardit, endokardit və ya perikardit, ÜDS-nin funksiyasının ciddi pozulması ilə: FS İİİ (50 Vatt və ya 2-3,9 METs), XÜÇ İİB mərhələ, ağciyər hipertenziyası 2-3-cü dərəcə, 3-cü dərəcə ürək aritmiyası (Laun-Volf təsnifatı üzrə), sol mədəciyin atım fraksiyasının azalması; 2.9.3. ürəyin qapağının (və ya qapaqlarının), ağciyər arteriyası qapağının revmatik və qeyri-revmatik xəstəlikləri, iltihabi aktivlik əlamətləri olan miokardit, endokardit və ya perikardit, ÜDS-nin funksiyasının ağır və davamlı pozulması ilə: FS İV (25 Vatt və ya 1,1-1,9 METs), XÜÇ İİİ mərhələ, ağciyər hipertenziyası 3-cü dərəcə, 4-5-ci dərəcə ürək aritmiyası (Laun-Volf təsnifatı üzrə), sol mədəciyin atım fraksiyasının 30%-dən az olması.

9. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X8 tərəfindən məhkəmə-tibbi ekpertizası keçirilməsi barədə xx.xx.2025-ci il tarixli məhkəmə qərardadı əsasında İddiaçı sağlamlıq vəziyyətinin təyininə dair tərtib edilmiş xx.xx.2025-ci il tarixli, T 758/2025 saylı ekspert rəyində komissiya nəticəyə gəlmişdir: 1-2. Vətəndaş İddiaçı xx.xx.2025-ci il tarixdə məhkəmə-tibbi müayinədən keçərkən müvafiq ixtisas həkimlərinə göndərilmiş və ona xx.xx.2025-ci il tarixdə “X1”nda aparılmış müayinələrdən sonra “İ20.8-ÜİX, stabil gərginlik stenokardiyası İ FS, infarktdan sonrakı kardiosleroz, İ44.7-hiss dəstəsinin sol ayaqcığının tam blokadası, Z95.1-aorta koronar şuntlama əməliyyatından sonrakı vəziyyət (2017), İ11.0-arterial hipertenziya İİ dərəcə, xroniki ürək çatışmazlığı, İİ f.s, LVEF-38%” diaqnozu, xx.xx.2025-ci il tarixdə “Elmi- Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu'nda isə aparılmış müayinələrdən sonra ona “Odlu silah yaralanmasından sonrakı vəziyyət, sağ əlin İV barmağının proksimal falanqasının qeyri-düzgün bitişmiş sınığı, sümük dcfekti ilə, müvafiq oynağın İ dərəcəli artrozu, dirsək sinirinin orta-ağır aksonal neyropatiyası, ağrı sindromu, funksiyanın pozulması- Y36.4; S62.6; M 19.1; S64.0; R52.2; Z73.6)” diaqnozu müəyyən edilmişdir. -Qərardadda ekspertiza qarşısında qoyulmuş müvafiq yarımbəndlərdəki sualların həlli meyarlar ilə bağlı olduğundan onlar məhkəmə-tibb ekspertləri tərəfindən deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1-ci bəndinə görə Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən həyata keçirilir.

10. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunmasını məhkəmədən xahiş etdi.

11. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etirazı müdafiə edərək iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi.

İİ. İddianın növü və mümkünlüyü

12. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”na əsasən: 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.8. Əlilliyin qiymətləndirilməsi barədə qərarın obyektivliyinin təmin edilməsi məqsədilə göndərişlər seçmə qaydada 5 (beş) TSEK-dən çox olmamaq şərtilə bir neçə TSEK-ə göndərilir. Əlilliyin qiymətləndirilməsi zamanı TSEK-dən birinin qərarı digər TSEK-lərin qərarından fərqləndikdə, bu barədə məlumatlar altsistem vasitəsilə Agentliyə ötürülür və yekun qərar bu Qaydanın 2.4-cü bəndində göstərilən müddətdən gec olmayaraq Agentlik tərəfindən qəbul edilir.

13. İddia ərizəsi məhkəməyə xx.xx.2025-ci il tarixdə təqdim edilmişdir.

14. Əlillik altsistemindən görünür ki, xx.xx.2024-cü il tarixdə aparılmış qiymətləndirmə nəticəsində iddiaçıya əlillik təyin edilməsindən imtina olunmuşdur. Həmin imtinanın səbəbi: tam reabilitasiya olunması barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-sosial ekspert komissiyasının 3-17-4/3-3-5982/2024 saylı xx.xx.2024-cü il tarixli qərarına əsasən “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq xx.xx.2024-cü il tarixindən Xüsusi səbəbdən Tam reabilitasiya olunması barədə qərar qəbul edilmiş, tibb müəssisəsi tərəfindən ümumi xəstəlik səbəbindən yeni göndəriş rəsmiləşdirildiyi halda Ümumi xəstəlik ilə əlaqədar 1 (bir) il müddətinə orqanizmin funksiyalarının 40 faiz pozulmasının müəyyən edilə biləcəyi bildirilmişdir.

15. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 59.1.5-ci maddəsinə əsasən, yazılı inzibati aktda həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat əks olunmalıdır. 73.2-ci maddəsinə əsasən, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. 59.3-cü maddəsinə əsasən, inzibati aktın məzmunu müxtəlif kod işarələri ilə ifadə oluna bilər. Belə hallarda inzibati aktın ünvanlandığı şəxsin onun məzmununu birmənalı şəkildə başa düşməsi üçün həmin akta müvafiq izahat əlavə edilməlidir.

16. İddiaçı hazırda əlilliyin bərpa edilməsini xahiş edir. Odur ki, iddia məcburetmə haqqında iddiadır.

17. İddia mümkündür. Belə ki, iddiaçı iddia tələbini düzgün cavabdehə irəli sürmüş, iddia müddətinə əməl etmiş və iddia qaldırmaqda subyektiv hüquqa malik olmuşdur.

İV. Məhkəmənin mövqeyi

18. «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun: 3.1-ci maddəsinə əsasən şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir; 3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir; 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir.

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi Qaydası»nın: 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir; 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir; 1.6-cı bəndinə əsasən orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır; 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır; 2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür; 2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir; 2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər; 2.9-cu bəndinə əsasən göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir; 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə (2022-ci il iyulun 1-dən qüvvəyə minmişdir) “Əlilliyin müəyyən olunması meyarları” təsdiq edilmiş və “Əlliliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarının 1-ci hissəsi ləğv edilmişdir. Həmin Meyarlara əsasən: 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz; 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir.

21. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçıya: - xx.xx.2003-cü il tarixdə aparılmış təkrar qiymətləndirmə nəticəsində iddiaçıya xx.xx.2003-cü il tarixli göndəriş əsasında xx.xx.2003-cü il tarixdə Azərbaycan Respublikasının ərazi bötüvlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz üçüncü dərəcə əlillik təyin edilmişdir. - xx.xx.2017-ci il tarixdə aparılmış qiymətləndirmə nəticəsində iddiaçıya xx.xx.2017-ci il tarixli göndəriş əsasında xx.xx.2017-ci il tarixdə 5 il müddətinə ümumi xəstəlik səbəbindən ikinci dərəcə əlillik təyin edilmişdir. - xx.xx.2017-ci il tarixdə aparılmış qiymətləndirmə nəticəsində iddiaçıya xx.xx.2017-ci il tarixli göndəriş əsasında xx.xx.2017-ci il tarixdə 5 il müddətinə ümumi xəstəlik səbəbindən ikinci dərəcə əlillik təyin edilmişdir. - xx.xx.2024-cü il tarixdə aparılmış qiymətləndirmə nəticəsində iddiaçıya xx.xx.2003-cü il tarixli göndəriş əsasında əlillik verilməsindən imtina edilmişdir (Göndəriş üçün əsas – vaxtından əvvəl müayinə). İmtina səbəbi – tam reabilitasiya olunması barədə qərar qəbul edilməsi olmuş, həmçinin ümumi xəstəlik ilə əlaqədar yeni forma rəsmiləşdirilməsi məsləhət görülmüşdür.

22. Göründüyü kimi, iddiaçı xx.xx.2017-cu il tarixdə DTSERA-da əyani müayinə olunmuş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2. bəndinə uyğun olaraq 5 il müddətinə ikinci dərəcə əlillik təyinatı aparılmışdır.

23. Sonuncu dəfə iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz üçüncü dərəcə əlillik təyinatı barədə xx.xx.2003-cü il tarixli qərarın əlillik altsisteminə daxil edilməsinə dair müraciəti əsasında, o, Tibbi-sosial ekspert komissiyası tərəfindən əyani müayinə olunmuş, həmin əyani müayinənin nəticələrinə uyğun olaraq xx.xx.2024-ci il tarixdə Tam reabilitasiya olunması barədə qərar qəbul edilmişdir. Əlavə olaraq qeyd olunmuşdur ki, tibb müəssisəsi tərəfindən ümumi xəstəlik səbəbindən yeni göndəriş rəsmiləşdirildiyi halda Ümumi xəstəlik ilə əlaqədar 1 (bir) il müddətinə orqanizmin funksiyalarının 40 faiz pozulması müəyyən ediləcəkdir.

24. Qərardan narazı qalan iddiaçı Komissiyanın qərarının ləğv edilməsi və əlilliyinin bərpa edilməsini xahiş edir.

25. Qeyd olunanlara əsasən müəyyən olunur ki, iddiaçıya müddətsiz üçüncü dərəcə əlillik Azərbaycan Respublikasının ərazi bötüvlüyünün müdafiəsi ilə əlaqədar xx.xx.2003-cü il tarixdə təyin olunmuş, daha sonra yeni göndəriş əsasında ümumi xəstəlik səbəbilə 5 il müddətinə ikinci dərəcə əlillik təyinatı aparılmışdır. Cavabdeh tərəfindən iddiaçının xx.xx.2003-cü il tarixli göndəriş əsasında təyin edilmiş müddətsiz əlilliyinin bərpa edilməsi haqqında müraciətinə əsasən xx.xx.2024-cü il tarixdə keçirilən əyani müayinəsinin nəticəsində onda həmin dövrdə mövcud olmuş xəstəliklərin hazırda aşkar olunmaması – hərbi şəhadətnamədə qeyd olunmuş xəstəliyin əlillik təyinatına əsas verən ağırlaşmaların aşkar edilməməsi əsas gətirilmiş və bildirilmişdir ki, müayinə zamanı yuxarı və aşağı ətraflarda hərəkətlər sərbəst və ağrısız olmuş, əlin tutma funksiyası pozulmamış, auskultasiya zamanı ürək tonları aydın, aritmik olmuş, arterial təzyiqi 200/80 mm cv. st. müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən xəstəliyin hərbi səbəb-əlaqəsi təsdiqlənməmişdir.

26. Həmin xəstəliklərin isə hazırda onda olub-olmamasının müəyyən edilməsi zərurəti ilə əlaqədar qəbul edilmiş qərardad nəticəsində Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X8 tərəfindən İddiaçı sağlamlıq vəziyyətinin təyininə dair tərtib edilmiş T 758/2025 saylı saylı ekspert rəyində öz təsdiqini tapmışdır ki, iddiaçıda hal-hazırda “İ20.8-ÜİX, stabil gərginlik stenokardiyası İ FS, infarktdan sonrakı kardiosleroz, İ44.7-hiss dəstəsinin sol ayaqcığının tam blokadası, Z95.1-aorta koronar şuntlama əməliyyatından sonrakı vəziyyət (2017), İ11.0-arterial hipertenziya İİ dərəcə, xroniki ürək çatışmazlığı, İİ f.s, LVEF-38%”, “Odlu silah yaralanmasından sonrakı vəziyyət, sağ əlin İV barmağının proksimal falanqasının qeyri-düzgün bitişmiş sınığı, sümük defekti ilə, müvafiq oynağın İ dərəcəli artrozu, dirsək sinirinin orta-ağır aksonal neyropatiyası, ağrı sindromu, funksiyanın pozulması- Y36.4; S62.6; M 19.1; S64.0; R52.2; Z73.6)” xəstəlikləri mövcuddur. Onda olan xəstəliklər məhkəmə-tibbi müayinəsi - “X1”nda və “Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu”nda aparılmış müayinələrdən aparılmış müayinələr əsasında müəyyən edilmişdir.

27. Beləliklə, iddiaçıya dair tərtib olunan Forma 88-də əks olunmuş xəstəliklər inkar edilməmiş, əksinə ağırlaşdığı qeyd olunmuş, ekspertiza nəticəsində aşkar olunmuş “İ20.8-ÜİX, stabil gərginlik stenokardiyası İ FS, infarktdan sonrakı kardiosleroz” və “İ11.0-arterial hipertenziya İİ dərəcə, xroniki ürək çatışmazlığı, İİ f.s, LVEF-38%” xəstəlikiləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə (2022-ci il iyulun 1-dən qüvvəyə minmişdir) təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda 2-ci bənd - Qan dövranı sisteminin xəstəlikləri – 2.1-ci yarımbənd – “Qan təzyiqinin yüksək olması ilə səciyyələnən xəstəliklər İ10-İ15” və 2.2-ci yarımbənd – “Ürəyin işemik xəstəliyi İ20 - İ25” əlillik (orqanizmin funksiyalarının pozulmasını) təyin edən diaqnoz kimi nəzərdə tutulmuşdur.

28. Məhkəmə hesab edir ki, iddiaçıya əlilliyin təyin olunmaması iddiaçının qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla iddiaçının vəziyyətinə mütənasib olmamışdır. Cavabdeh inzibati orqan iddiaçının müraciətinə baxılan zaman əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borclu olduğuna baxmayaraq, bunu etməmişdir, öz təşəbbüsü ilə əlavə sübutlar toplamamışdır.

29. Odur ki, iddia təmin edilməli, cavabdehin əlilliyin təyinatından imtina barədə qərarı ləğv edilməli, İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik səbəbi ilə əlillik dərəcəsinin (hazırda qüvvədə olan meyarlara əsasən orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisinin) bərpa edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.

30. İPM-in 52-ci maddəsinə görə Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

31. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

32. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ: İddia təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2024-cü il tarixli qərarı ləğv edilsin. İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik səbəbi ilə əlillik dərəcəsinin (hazırda qüvvədə olan meyarlara əsasən orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisinin) bərpa edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar