Məhkəmə qərarları › İş №2-1(112)-7277/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7277/2021

28.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7277/2021 28.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi iddiaçılar X5, İddiaçı2 və İddiaçı3, iddiaçıların vəkili Vəkil, cavabdehin nümayəndəsi X3 iştirakı ilə iddiaçılar İddiaçı1, X5, İddiaçı2 və İddiaçı3 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «fərdi yaşayış evinə dair reyestrdə qeydiyyatda dəyişiklik edilməsi və yeni reyestrdən çıxarışın verilməsi» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçılar İddiaçı1, X5, İddiaçı2 və İddiaçı3 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «fərdi yaşayış evinə dair reyestrdən çıxarışda dəyişiklik edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişlər. İddia ərizəsində bildirilir ki, 1965-ci ilin aprel ayında Bakı şəhərində Bələdiyyələşdirilməmiş Tikintilərin X1 adına verilmiş çıxarışa əsasən (175 nömrəli kitabın 7912-ci səhifəsi) 1-ci Razyezdnoy küçəsi, 5-ci dalan 4 nömrəli ev-mülk yarı payda X19ma məxsus olmuşdur. Həmin mülk vərəsəlik qaydasında hazırkı iddiaçılara – vərəsələrə keçmişdir. Belə ki, “Vərəsəliyi qəbul etmiş, lakin öz vərəsəlik hüquqlarını rəsmiləşdirmədən vəfat etmiş vərəsənin əmlakına qanun üzrə vərəsəlik hüququ haqqında” 11 mart 2003-cü il tarixli Bakı şəhəri 12 saylı Dövlət Notariat Kontoru tərəfindən verilmiş Şəhadətnamədən görünür ki, 03 avqust 1985-ci ildə vəfat etmiş X9 vərəsələri İddiaçı1, X10, İddiaçı2 və İddiaçı3dır. Şəhadətnamə verilən əmlak vərəsəliyi qəbul etmiş, lakin bu vərəsəlik hüquqlarını rəsmiləşdtirmədən 8 oktyabr 1983-cı il tarixdə vəfat etmiş X8 arvadı və qızlarıdır. Şəhadətnamə verilən əmlak Bakı şəhəri Texniki İinventarlaşdırma Bürosunda 175 nömrəli reyester kitabında 7912 səhifədə verdiyi qeydiyyat vəsiqəsinə əsasən ünvan 2-də 4/8 paydan ibarət mülkü qalmışdır. Yəni ümumi mülkün (353,9 kv.m) yarısı iddiaçılara miras qalmışdır. Reyestr 2v-İ-53 nömrəsi ilə qeyd edilmişdir. Həmin şəhadətnamə əsasında DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi İddiaçı1 adına çıxarış verərkən miras mülkün iddiaçılara düşən payın yarı hissəsinə (185,1 kv.m) səhvən digər yan hissədə payları olan üç şəxsin adı da göstərilmişdir. Halbuki onların mülkün iddiaçılara aid hissəsində payları yoxdur, onların payı ümumi mülkün digər 1/2 hissəsindədir. Lakin Bakı ŞİH Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi 17 aprel 2003-cü il tarixdə İddiaçı1 adına FM seriyalı 020806 saylı qeydiyyat vəsiqəsi verərkən aşkar yanlışlığa yol verərək, Bakı şəhəri, Qədirli küçəsi, dalan 5-də 10 otaqlı 114,2 kv.m yaşayış sahəsi, 185.1 kv.m ümumi sahəsi olan 4 saylı fərdi yaşayış evinin İddiaçı1 adına 1/8 payda, digər .payçılar üzrə X5 adına 1/8 payda, İddiaçı2 adına 1/8 payda, İddiaçı3 adına 1/8 payda, X6 adına 1/8 payda, X20mm adına 1/8 payda, X22 adına 2/8 payda xüsusi mülkiyyət hüququnu qeydiyyatdan keçirmişdir və bu barədə 175 saylı reyestr kitabında 7912 səhifədə 30/907 nömrə ilə 17 aprel 2003-cü il tarixdə qeydiyyat aparılmışdır. Halbuki, qeyd olunan ünvana dair İddiaçı1nm adına yeni qeydiyyat vəsiqəsi verilərkən həmin ünvana dair 1965-ci ilin aprel ayında Bakı şəhərində Bələdiyyələşdirilməmiş Tikintilərin X2mm adına verilmiş çıxarışa əsasən (175 nömrəli kitabın 7912-ci səhifəsi) 1-ci Razyezdnoy küçəsi, 5-ci dalan 4 nömrəli ev-mülkün yarı payda X16, digər hissəsi isə X31 və X11 məxsus olması nəzərə alınmamışdır. Həmin evə dair çəkilmiş Planla da 1-ci Razezdnoy küçəsi, 5-ci dalan 4 nömrəli ev-mülkün yarı payda X31 və Tubu Eyvaz qızına, qalan yarı payda X16 məxsus olması qeyd olunmuşdur. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən Bakı şəhəri, Oktyabr rayonu, Qədirli küçəsi, dalan 5, ev 4-ə dair Tubu Eyvaz qızı və X16 məxsus «Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid 1965-ci ilin aprel ayında çəkilərək təsdiq olunmuş pasportda tikililərin və həyətə məxsus torpağın ümumi sahəsinin 353,9 kv.m olması göstərilmişdir. Pasportda həmin sahənin 85,3 kv. metrinin həyət torpağı, qalanın isə (225,7; 9,7; 21,3; 7,3 və 4,6 kv.m.) yaşayış otaqları və digər tikililərin olması əks olunmuşdur. Göründüyü kimi, cavabdeh tərəfindən 2003-cü ildə Bakı şəhəri, Qədirli küçəsi, 5-ci dalan, 4 saylı evə dair qeydiyyat vəsiqəsi verilərkən qeyd olunan pasportda göstərilən tikililərin ümumi sahəsi 268,6 kv.m (353,9 – 85,3 = 268,6) göstərilməli olduğu halda, tərtib olunmuş yeni arayışda ümumi sahə 353,9 kv.m göstərilməklə dəyişikliyin olmaması göstərilsə də, yeni qeydiyyat vəsiqəsində ümumi sahə səhvən 185,1 kv.m kimi qeyd olunmuşdur ki, bu da iddiaçıların xüsusi mülkiyyətdə paylarının yarı hissədə azaltmaqla mülkiyyət hüquqlarını kobud surətdə pozmuşdur. Cavabdehdən həmin aşkar qeydiyyatı aparılmamış mülki hüquqlarını bərpa etməsini (ya ümumi miras mülkün-353,9 kv.metrin 1/8 hissəsinə paylara dair yeni çıxarışın verilməsini, ya da iddaçıların yarı payında adı yazılan digər vərəsələrin adını xaric etməklə yarı payın hər birinə 1/4 hissədə göstərilməklə yeni çıxarışın verilməsi yolu ilə) və iddiaçıların adına müvafiq payda yeni çıxarış və texniki pasportun verilməsi barədə qanuni tələbləri əsassız olaraq təmin edilməmişdir. Belə ki, 03 may 2021-ci il tarixdə iddiaçılar öz adından DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə sifarişli poçtla ərizə göndərərək (zəruri sənədlirin əsli və təsdiq olunmuş surətləri 12 mart 2020-ci il tarixli ərizə ilə cavabdehə göndərilmişdir) həmin aşkar yanlışlığı düzəldərək onların adına müvafiq payda yeni çıxarışın verilməsini, əks halda həmin aşkar yanlışlığın düzəldilməsi və onların pozulmuş mülkiyyət hüquqlarının bərpa olunması üçün Bakı İnzibati Məhkəməsinə müraciət etməli olacaqlarını bildirsələr də, 6 may 2021-ci il tarixdə ərizəni rəsmən qəbul edən cavabdeh bu günə kimi heç bir cavab verməmişdir. Göründüyü kimi, cavabdehin səhlənkar hərəkətləri nəticəsində iddiaçıların ümumi paylı mülkiyyətdə olan payları əhəmiyyətli dərəcədə azalmışdır. Göründüyü kimi, cavabdehin hərəkətləri nəticəsində iddiaçıların ümumi paylı mülkiyyətdə olan payları əhəmiyyətli dərəcədə azalmışdır. Cavabdeh yanlışlığını könüllü olaraq düzəltməkdən imtina etdiyindən, həmin yanlışdığın düzəldilməsi vəzifəsinin məhkəmə qaydasında ona həvalə edilməsinə zərurət yaranmışdır. Göstərilənlərə və İPM-in 2.2, 2.2.2, 33.1, 45, 46-cı maddələrinə, Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanının müddəalarına əsaslanaraq, 1965-ci ilin aprel ayında Bakı şəhərində Bələdiyyələşdirilməmiş Tikintilərin Reyestrindən verilmiş çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi, dalan 5, ev 4-ə dair Tubu Eyvaz qızı və X16 məxsus olmuş, “şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid 1965-ci ilin aprel ayında çəkilərək təsdiq olunmuş pasportda tikililərin və həyətə məxsus torpağın 353,9 kv.m ümumi sahəsinə (pasportda həmin sahənin 85,3 kv.m həyət torpağı, qalanın isə (225,7; 9,7; 21,3; 7.3 və 4,6 kv.m) yaşayış otaqları və digər tikililər) X9 1/2 payına müvafiq olaraq iddiaçıların hər birinə ümümi mülkün 1/8 payında yeni reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. Cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin İPM-in 47-ci maddəsinə müvafiq olaraq, iddiaya qarşı münasibət (etiraz) qismində məhkəməyə ünvanlanmış 18 avqust 2021-ci il tarixli məktubunda aşağıdakılar bildirilir: - İddiaçılar İddiaçı1 və digərlərinin 1965-ci ilin aprel ayında Bakı şəhərində Bələdiyyələşdirilməmiş tikintilərin reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi, 5-ci dalan, 4 saylı evə dair Tubu Eyvaz qızı və X16 məxsus olmuş, şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə dair 1965-ci ilin aprel ayında çəkilərək təsdiq olunmuş pasportda tikililərin və həyətə məxsus torpağın 353,9 kv.m ümumi sahəsinə X12 1/2 payına müvafiq olaraq iddiaçıların hər birinə ümumi mülkün 1/8 payında yeni çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbi barədə iddiası etirazla qarşılanır. İddiaçılar iddia tələbi ilə bağlı İdarəyə 17 mart 2021-ci il və 18 mart 2020-ci il tarixlərdə müraciət etmişlər. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş və hal-hazırda sökülmüş fərdi yaşayış evinə dair verilmiş sənədlər qanunamüvafiq qaydada tərtib edilərək verilmişdir. Belə ki, iddiaçı tərəfindən ərizədə qeyd olunan sənədlər (texniki pasportda qeyd olunan 225,7; 9,7; 21.3; 7,3; 4.6 kv.m) təqdim olunmuş texniki pasportda öz əksini tapmış yaşayış evlərinin və həyət tikililərinin tikintialtı sahəsidir. Qeyd olunan mülk söküldüyündən, naturada yerini təyin etmək mümkün olmamışdır. Bu səbəbdən də ərizənin icrası mümkün olmamış, iddiaçılara 13 may 2021-ci il tarixli məktub göndərilmişdir. Göstərilənlərə və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.1-ci maddəsinə, «Daşınmaz əmlakın dövlət reyestri haqında» Azərbaycan Respublikası Qanununun 8.0.9, 8.0.10, 9.1.2, 11.1, 23-cü maddələrinə əsaslanaraq, İPM-in 35.1, 48.2-ci maddələrinin tələblərini rəhbər tutaraq, iddianın mümkün sayılmaması məhkəmədən xahiş olunur. İPM-in 54.1-ci maddəsinə görə inzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. İddiaçılar məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək «fərdi yaşayış evinə dair reyestrdə qeydiyyatda dəyişiklik edilməsi və yeni reyestrdən çıxarışın verilməsi» kimi qəbul olunmasını xahiş etmişlər. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçılar X10, İddiaçı2 və İddiaçı3 iddianı müdafiə etdilər və onun təmin olunmasını xahiş etdilər. Məhkəmə iclasında iştirak edən iddiaçıların vəkili Vəkil iddia iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı münasibətdə (etirazda) göstərilənləri təsdiqlədi və iddianın əsassız olduğunu bildirdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci madfdəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. İPM-in 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. MPM-in 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İş materiallarında olan Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş 1965-ci ilin aprel ayında tərtib edilmiş “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid pasport”un surətindən görünür ki, Bakı şəhəri, Oktyabr (indiki Yasamal) rayonu, Qədirli küçəsi, dalan 5, 4 saylı ev ölüçüsü 353,9 kv.m olmaqla X18 və Tubu Eyvaz qızına məxsus olmaqla paylı müıkiyyətdədir. İş materiallarında olan Bakı şəhəri 12 saylı Dövlət Notariat Kontoru tərəfndən 22 fevral 2003-cü il tarixdə reyestr 2V-İ-53 nömrə ilə qeyd edilərək verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamədə aşağıdakılar göstərilmişdir: - 12 saylı DNK-nın notariusu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1252-ci maddəsinə əsasən təsdiq edir ki, 3 avqust 1985-ci il tarixdə vəfat etmiş X12 vərəsəsi ünvan 2 ünvanında yaşayan İddiaçı1, X10, İddiaçı2 və İddiaçı3dır. Şəhadətnamə verilən miras əmlak vərəsəliyi qəbul etmiş, lakin öz vərəsəlik hüquqlarını rəsmiləşdirmədən 8 oktyabr 1983-cü il tarixdə vəfat etmiş X8 həyat yoldaşı və qızlarıdır. Şəhadətnamə verilən əmlak Bakı şəhəri TİB-dən (175 nömrəli rey. 7912-ci səhifə) verilən qeydiyyat vəsiqəsinə əsasən ünvan 2-də 4/8 paydan ibarət miras mülkü qalmışdır. İş materiallarında olan Bakı ŞİH Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş FM seriyalı 020806 nömrəli “Qeydiyyat vəsiqəsi”nin surətindən görünür ki, Bakı şəhəri, Qədirli küçəsi, dalan 5-də yerləşən, 10 otaqlı, 114,2 kv.m yaşayış sahəsi və 185.1 kv.m ümumi sahəsi olan 4 saylı fərdi yaşayış evinin 1/8 hissəsi İddiaçı1 Zəkiriyyə qızının, 1/8 hissəsi X5, 1/8 hissəsi İddiaçı2, 1/8 hissəsi İddiaçı3, 1/8 hissəsi X6, 1/8 hissəsi X13, 1/8 hissəsi X22 mülkiyyəti kimi qeydiyyatdan keçmişdir və bu barədə 175 saylı reyestr kitabının 7912-ci səhifəsində 30/907 nömrə ilə 17 aprel 2003-cü il tarixdə qeydiyyat aparılmışdır. İş materiallarında olan DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”ın surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi, dalan 5, 4 saylı ev paylı mükiyyətdə olmaqla 1/8 hissə X14, 2/8 hissə X22, 1/8 hissə İddiaçı1, 1/8 hissə X5, 1/8 hissə İddiaçı2, İddiaçı3 və 1/8 hissə X7 mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 63-ci maddəsinə əsasən inzibati orqan öz təşəbbüsü ilə və ya maraqlı şəxslərin ərizəsinə əsasən qəbul etdiyi inzibati aktda olan yazı və hesab səhvlərini düzəldə bilər. İnzibati orqan düzəliş edilməsi zəruri olan sənədi tələb edə bilər. İnzibati aktda düzəlişlər inzibati orqanın müvafiq vəzifəli şəxsinin və ya kollegial inzibati orqanın üzvlərinin imzası ilə təsdiq olunmalıdır. İnzibati orqan inzibati akta edilən düzəlişlər barədə bu Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada maraqlı şəxslərə rəsmi məlumat verməyə borcludur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə görə 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: - (8.0.3) daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; - (8.0.5) 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; - (8.0.8) bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə “«Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” təsdiq edilmişdir. Siyahıda nəzərdə tutulmuş səınədlər sırasına aşağıdakılar da aiddir: Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair – (1.11) Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar. İPM-in 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə görə inzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir. İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublıikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Bakı şəhərinin Yasamal rayonu Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. Azərbaycan Respublikası Prezidentinin 4 may 2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, (3.0.5-ci bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələri sırasına daxildir. Cavabdeh inzibati orqan DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıların müvafiq müraciətinə baxılaraq qaldlırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. İddiaçıların hazırkı halda birgə iddiaçılar kimi çıxış etməsi İPm-in 30-cu maddəsinin tələblərini pozmur. Məhkəmə iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) də qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Mübahisənin ərazi aidiyyəti belədir ki, mübahisə Bakı şəhərinin Yasamal rayonu əraziusində yerləşən daşınmaz əmlakla bağlı hüquq münasibəti ilə əlaqədar olduğundan, bu mübahisəyə İPM-in 8.1.1-cü maddəsinin tələblərinə uyğun baxılmalıdır. Odur ki, işə baxmaqda müvafiq daşınmaz əmlakın olduğu yer (Bakı şəhərinin Yasamal rayonu) üzrə inzibati məhkəmə kimi Bakı İnzibati Məhkəməsi səlahiyyətlidir. Mübahisənin mahiyyətinə gəldikdə isə, məhkəmə aşağıdakıları diqqətə çəkir: Mövcud qanunvericilik normaları vərəsəlik hüququ haqqında şəhadətnamə və Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş fərdi yaşayış evlərinə münasibətdə şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportları daşınmaz əmlaka hüquqların qeydiyyatı üçün əsaslar sırasında müəyyən etmişdir. ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin 1/2 hissəsi mərhum X17 məxsus olmuş və onun vəfatından sonra miras əmlaka onun vərəsələri kimi hazırkı iddiaçılar İddiaçı1, X10, İddiaçı2 və İddiaçı3 bərabər həcmdə pay amışlar. Bu paylar ümumi sahəsi 353,9 kv.m olan həmin evin 1/8 hissəsi kimi mərhum X17 məxsus olmuş əmlakın 1/4 hissəsini təşkil edir, çünki, mərhuma aid hissə ümumi əmlakın yarısıdır. Lakin hazırkı işin hallarına görə daşınmaz əmlakın dövlət reyestrində həmin evə iddiaçıların mülkiyyət hüquqları Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən 1965-ci ilin aprel ayında verilmiş pasport və vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında qeydiyyata alınsa da, aparılmış qeydiyyatda iddiaçıların 353,9 kv.m ümumi sahəsi olan evə yox, onun yarısı həddində – 185,1 kv.m olan evə 1/8 pay üzrə hüquqları əks olunmuşdur. Halbuki, onların hər birinin 1/8 payı ümumi sahəsi 353,9 kv.m olan fərdi yaşayış evinə münasibətdədir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər. Dövlət vərəsəlik hüququna təminat verir. Belə olan halda məhkəmə hesab edir ki, daşınmaz əmlakın dövlət reyestrində ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə dair aparılmış qeydiyyatda dəyişiklik edilərək iddiaçıların ümumi sahəsi 353,9 kv.m olan həmin evə hər birinə 1/8 pay olmaqla paylı mülkiyyət hüquqları qeydiyyata alınmalıdır. Məhkəmə cavabdehin dəlil kimi təqdim etdiyi bir hala münasibətdə də qeyd edir ki, müvafiq fərdi yaşayış evi hazırda mövcud olmasa da (sökülsə də), həm iddiaçıların gələcəkdə digər hüquqlarının, o cümlədən kompensasiya alınması hüququnun həyata keçirilməsində çəxış edə bilən zəruri təminat kimi bərpa olunmalıdır, həm də nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Odur ki, məhkəmənin qənaətinə görə cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıların müraciəti üzrə reyestrdə aparılmış qeydiyyatın dəyişdirilməsindən (düşəliş edilməsindən) imtinası qanuna zidd və iddiaçıların hüquqlarının pozulmasına səbəb olan kimi qiymətləndirilməlidir. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək, daşınmaz əmlakın dövlət reyestrində ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə dair aparılmış qeydiyyatda dəyişiklik edilərək iddiaçılar İddiaçı1, X5, İddiaçı2 və İddiaçı3 ümumi sahəsi 353,9 kv.m olan həmin evə hər birinə 1/8 pay olmaqla paylı mülkiyyət hüquqlarının qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və İPM-in 4, 52, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Daşınmaz əmlakın dövlət reyestrində ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə dair aparılmış qeydiyyatda dəyişiklik edilərək iddiaçılar İddiaçı1, X5, İddiaçı2 və İddiaçı3 ümumi sahəsi 353,9 kv.m olan həmin evə hər birinə 1/8 pay olmaqla paylı mülkiyyət hüquqlarının qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar