Məhkəmə qərarları › İş №2-1(112)-7279/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7279/2023

13.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7279/2023 13.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi barədə” GİRİŞ HİSSƏSİ: Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Cəfərov Yasəmən Fərman qızının katibliyi İddiaçı İddiaçının nümayəndəsi və vəkili Vəkil Cavabdehin nümayəndəsi X2 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi” barədə iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi

1. İşin halları

İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə müraciət edərək, ona 60 yaşdan xx.xx.2021-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiyanın birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1961-ci ildə doğulmuşdur. Əmək fəaliyyətinə 1979-cu ildən başlamış və 25 ildən çox iş stajı var. Bu il iddiaçının 63 yaşı tamam olmuş və o, güzəştli şərtlərlə 60 yaşdan pensiyanın təyin edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmişdir. Lakin cavabdeh orqan xx.xx.2023-cü il tarixli, 3-17-1/2-R-14888/2023 nömrəli məktubu ilə iddiaçının təqdim etdiyi güzəştli iş stajı barədə arayışda adıçəkilən cilalayıcı vəzifəsinin metal emalı sahəsinə aid olmamasını bildirmiş və bu səbəbdən də iddiaçının güzəştli iş stajının olmadığını bildirərək ona pensiya təyin edilməsindən imtina etmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassız və qanunsuzdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra-İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iş üzrə cavabdehə göndərilmiş, cavabdehdən iddiaya dair münasibətini yazılı şəkildə bildirməsi tələb olunmuşdur. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir.

2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

Şifahi məhkəmə baxışı iclasında iddiaçı iddianın mahiyyəti üzrə izahat verərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi etiraza uygun izahat verərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli,3-17-1/2- 103452/2023 saylı etirazda bildirilmişdir ki, cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (iştehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Sözügedən Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. İddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün kifayət qədər güzəştli iş stajı olmadığından onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmır. Hazırkı iş üzrə iddiaçının təqdim etdiyi xx.xx.2022-ci il tarixli 02/316 nömrəli arayışa əsasən iddiaçının gördüyü iş tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş vəzifə və peşə arasındakı uyğunluq (eynilik) müəyyən edilmir. Çünki Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahisı”nın Metal emalı bölməsinin (11) Qaynar üsulla metalın üzlənməsi bəndində (11.9) quru üsulla məmulat cilalanması ilə məşğul olan cilalayıcılar vəzifəsi nəzərdə tutulmuşdur. Lakin İddiaçı Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına və məhkəməyə təqdim etdiyi “Üfüq” X1 zavodunun xx.xx.2022-ci il tarixli 02/316 nömrəli arayışında iddiaçının xx.xx.1984-xx.xx.1990-cı il tarixləri arasındakı dövr ərzində və xx.xx.2007-ci il tarixdən bugünədək adıçəkilən zavodda cilalayıcı vəzifəsində işlədiyi qeyd edilmişdir. Göründüyü kimi, İddiaçı işlədiyi sahə sözügedən arayışda istinad olunan, yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan metal emalı sahəsinə aid deyil. Beləliklə, iddiaçının qanunla müəyyən olunmuş yaş həddinə çatmasına baxmayaraq, kifayət qədər güzəştli iş stajı olmadığı üçün güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmır. Qeyd olunanları nəzərə alaraq, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

Belə ki, iş materiallarına əlavə edilmiş: - ASAN 2 orqanı tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş AZE seriyalı, 0******* saylı şəxsiyyət vəsiqəsindən görünür ki, iddiaçı xx.xx.1961-ci il tarixdə Sabirabad şəhərində anadan olmuşdur. - İddiaçıya məxsus HЗ № ******* saylı hərbi biletdən görünür ki, iddiaçı xx.xx.1980-ci il tarixdən xx.xx.1982-ci il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur. - İddiaçıya məxsus 695332 saylı diplomdan görünür ki, o, xx.xx.1982-ci il tarixdən xx.xx.1983-cü il tarixədək texniki peşə məktəbində təhsil almışdır. - İddiçıya məxsus ИТ-1 seriyalı ******* saylı xx.xx.1983-cü il tarixdə doldurulmuş əmək kitabçasından görünür ki, iddiaçı “Üfüq” İB-nin “Radioquraşdırma" zavodunda xx.xx.1983-cü il tarixindən 248/k xx.xx.1983-cü il tarixli əmrlə 9 №-li Alətlər sexinə 2-ci dərəcəli mexaniki işlər üzrə yığıcı-çilingər peşəsinə işə qəbul edilmiş, xx.xx.1984-cü il il tarixindən 451/k № -li xx.xx.1984-cü il tarixli əmrlə həmin sexdə 2-ci dərəcəli cilalayıcı peşəsinə keçirilmiş, xx.xx.1990-ci il tarixdə 262-k №li xx.xx.1990-cı il tarixli əmrlə öz xahişi ilə işdən azad edilmiş, xx.xx.2007-ci il tarixindən 59/k xx.xx.2007-ci il tarixli əmrlə Alətlər sexinə 4-cü dərəcəli cilalayıcı peşəsinə işə qəbul edilmiş, xx.xx.2012-ci ildə 84 №li xx.xx.2012-ci il tarixli əmrlə həmin sexdə cilalayıcı peşəsinin 5-ci dərəcəsi verilmiş və vəzifədə hal-hazıradək işləyir. - Cavabdehin iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli **********9 saylı, xx.xx.2023-cü il tarixli 3-17-1/2-R-14888/2023 saylı imtina məktubları ilə etirazda göstərilənlər bildirilmişdir. - “Üfüq” X1 zavodunun xx.xx.2022-ci il tarixli 02/316 saylı arayışında göstərilmişdir ki, iddiaçı adıçəkilən zavodda güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən peşədə Alətlər sexində cilalayıcı işləmişdir. İşlədiyi vəzifə üzrə sosial sığorta (əmək) stajı 21 il, 01 ay, 13 gün təşkil edir. İşlədiyi vəzifənin güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyətləri ştamp, presqəlb və tərtibatların işlək hissələrində quru üsulla cilalama olduğu qeyd edilmişdir. -“Üfüq” X1 zavodunun xx.xx.2023-cü il tarixli 17/93 saylı arayışında göstərilmişdir ki, iddiaçı Bakı "Radıoquraşdırma” İstehsalat Birliyində indiki “Üfüq" İstehsalat Birliyinin “Radioquraşdırma" zavodunda işləyib. xx.xx.1983-cü il tarixindən 248/k xx.xx.1983-cü il tarixli əmrlə 9 №-li Alətlər sexinə 2-ci dərəcəli mexaniki işlər üzrə yığıcı-çilingər peşəsinə işə qəbul edilib. xx.xx.1984-cü il il tarixindən 451/k № -li xx.xx.1984-cü il tarixli əmrlə həmin sexdə 2-ci dərəcəli cilalayıcı peşəsinə keçirilib. xx.xx.1990-ci ildə 262-k №li xx.xx.1990-cı il tarixli əmrlə Azərbaycan Respublikasının ƏQM-nin 37-cı maddəsinə əsasən öz xahişi ilə işdən azad edilib. xx.xx.2007-ci il tarixindən 59/k xx.xx.2007-ci il tarixli əmrlə Alətlər sexinə 4-cü dərəcəli cilalayıcı peşəsinə işə qəbul edilib və hal-hazırda həmin sexdə 5-ci dərəcəli cilalayıcı peşəsində işləyir. - “Üfüq” X1 zavodunun 17/94 saylı xx.xx.2023-cü il tarixli arayışında göstərilmişdir ki, iddiaçı “Üfüq” İB-nin “Radioquraşdırma" zavodunda xx.xx.1984-cü il tarixindən xx.xx.1990cı il tarixinədək, xx.xx.2007-ci il tarixindən hal - hazırki vaxta kimi Alətlər sexində cilalayıcı peşəsində işləyir. Metal emalı istehsalatında fəhlə cilayıcı kimi cəmi imtiyazlı iş stajı 23 (iyirmi üç ) il, 10 ( on) gündür. Siyahıda göstərilən bölmə 11.9.a)-dır. - Cavabdehin xx.xx.2023-cü il tarixli 3-17-1/2-251681/23 saylı inzibati icraat materiallarının göndərilməsi haqqında məktubundan görünür ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işiərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı oimayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Vahid Rza oğlu X3 təqdim etdiyi “Üfüq” X1 zavodunun ona dair 18 oktyabr 2022-ci il tarixli 02/316 nömrəli arayışında xx.xx.1984xx.xx.1990-cı il tarixləri arasındakı dövr ərzində və xx.xx.2007-ci il tarixindən bugünədək adıçəkilən zavodda cilalayıcı vəzifəsində işlədiyi qeyd edilib. Adıçəkilən şəxsin işlədiyi “Üfüq” İstehsalat Birliyinin müəssisənin fəaliyyət sahəsi sözügedən arayışda istinad olunan, yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan metal emalı sahəsinə deyil, partlayıcı, tezpartlayan maddələr, barıt və döyüş sursatının istehsalı sahəsinə aiddir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının xx.xx.2023 tarixli 3-17-1/3-1-88038/2023 saylı xidməti məktubundan görünür ki, Vahid Rza oğlu X3 müraciətinə əlavə olunmuş sənədlərdə qeyd edilən məlumatlara əsasən 60 yaşının tamamlandığı xx.xx.2021-ci il tarixinə onun fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 23058,79 manat təşkil edir.

4.İddianın növü və mümkünlüyü

Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən məcburetmə haqqında iddia növünə aiddir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciətindən əvvəl cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə hazırkı iddianın məcburetmə haqqında iddia növünə aid olduğunu nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.

5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (iştehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Beləliklə, iddiaçının tələbinin təmin edilməsi və ona 60 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün onun xx.xx.2021-ci il tarixdək azı 25 il ümumi iş stajı olmalı, bunun 12 il 6 ayını Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulmuş işlərdə çalışmış olmalı, həmçinin fərdi hesabın sığorta hişsəsində qeydə alınmiş pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir. Hazırkı iş üzrə iddiaçının təqdim etdiyi əmək kitabçasından və “Üfüq” X1 zavodunun arayışlarına əsasən iddiaçının yerinə yetirdiyi iş tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş vəzifə və peşə arasındakı uyğunlugu (eyniliyi) müəyyən edilmir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahisı”nın Metal emalı bölməsinin (11) Qaynar üsulla metalın üzlənməsi bəndində (11.9) quru üsulla məmulat cilalanması ilə məşğul olan cilalayıcılar vəzifəsi nəzərdə tutulmuşdur. Lakin iddiaçının qeyd edilən sənədlərində xx.xx.1984-xx.xx.1990-cı illərdə və xx.xx.2007-ci il tarixdən bugünədək adıçəkilən zavodda cilalayıcı vəzifəsində işlədiyi qeyd edilmişdir. Göründüyü kimi, iddiaçının işlədiyi sahə işəgötürənin arayışında istinad olunan, yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan metal emalı sahəsinə aid deyil. Beləliklə, iddiaçının qanunla müəyyən olunmuş yaş həddinə çatmasına baxmayaraq, kifayət qədər güzəştli iş stajı olmadığı üçün güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmır. Məhkəmə, işdə olan sənədlərə əsaslanaraq belə qənaətə gəlir ki, cavabdeh inzibati orqanın iddiaçıya ünvalandığı imtina məktubu ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilməsi baxımından nəticə etibarilə qanuni və əsaslı olmuşdur. Beləliklə, məhkəmə araşdırması zamanı ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona pensiya təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda iştişna edən faktiki şərtlərin mövcudluğu işə iş materialları ilə təsdiq olunur (İPM-14.3). Bu səbəbdən cavabdehin imtinası qanuni olmuş və iddiaçının hüquqlarını pozmamişdur (İPM- 73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur («İnzibati icraat haqqında» AR Qanunu, 17-ci maddə). İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanının üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə, toplanmiş sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddiaçıya 60 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddiası təmin edilməməlidir.

NƏTİCƏVİ HİSSƏ:

Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 3

Hakim Mehriban Qarayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar