Məhkəmə qərarları › İş №2-1(112)-728/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-728/2020

26.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-728/2020 26.02.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X6 Ağa qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Hərbi Prokurorluğuna qarşı məlumat vərəqəsinin göndərilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Hərbi Prokurorluğuna qarşı Azərbaycan Respublikası Hərbi Prokurorluğunun xətti ilə Qubadlı Qarnizonunun Hərbi Prokurorun Mühafizəsi bölməsinin rəisi vəzifəsində müddətdən artıq xidmət etmiş hərbi qulluqçu kimi (zabit vəzifəsindən) pensiya təyin olunması və məlumat vərəqinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə göndərilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Qubadlı rayonunda anadan olmuşdur. Ali təhsillidir. Erməni işğalçıları torpaqlara qarşı işğalçılığa başlayanda o, da könüllü N2-ci ilin iyul ayında Qubadlı Rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə getmişdir. N iyul N2-ci ildən N iyul N3-cü ilə kimi N () saylı hərbi hissədə tabor komandirinin raket-artilleriya silahlandırma xidməti rəisi vəzifəsində xidmət etmişdir. Erməni quldurlarına qarşı aparılan döyüşlərdə fəal iştirak etmişdir. N2-ci ilin oktyabr ayında Azərbaycan Respublikasının Ərazi Bütövlüyünün müdafiəsi zamanı yaralanmışdır. N () saylı hərbi hissə komandirinin N iyul N3-cü il tarixli, 184 saylı əmrilə Qubadlı Qarnizonu Hərbi Prokurorluğuna getmişdir. Prokurorluğun bir neçə əməkdaşını ölümdən xilas etmişdir. Azərbaycan Respublikası Hərbi Prokurorunun 121 saylı, xx.xx.N3-cü il tarixli əmrilə leytenant rütbəsində Qubadlı qarnizonu Hərbi Prokurorluğunun mühafizə bölməsinin rəisi vəzifəsinə təyin edilmişdir. Xidmət müddətində vaxtı-vaxtında vəzifə maaşı ilə təmin olunmuşdur. Azərbaycan Respublikası Hərbi Prokurorunun xx.xx.N3-cü il tarixli, 251 saylı əmrilə xx.xx.N3-cü il tarixdən öz xahişi ilə Qubadlı Qarnizonu Hərbi Prokurorluğunun mühafizə bölməsinin rəisi vəzifəsindən azad edilmişdir. Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar xx.xx.2016-cı ildən ikinci dərəcəli əlildir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Qubadlı rayon Şöbəsindən əmək pensiyası alır. Azərbaycan Respulikası Hərbi Prokurorluğuna müvafiq sənədləri toplayıb xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il tarixlərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Maliyyə-Büdcə İdarəsinin Sosisal təminat və pensiya təyinatı şöbəsinə xx.xx.2019-cu il tarixdə müraciət edərək xahiş etmişdir ki, ona müddətdən artıq xidmət etmiş hərbi qulluqçu kimi zabit vəzifəsindən pensiya təyin edilməsinə kömək etsinlər. Müharibədən aldığı yaralardan əziyyət çəkir, daim müayinə və müalicə olunur. Müddətdən artıq hərbi qulluqçu kimi zabit vəzifəsindən pensiyanın hesablanması ilə əlaqədar Azərbaycan Respublikası Hərbi Prokurorluğundan xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il tarixlərdə, Azərbaycan Respublikası Müdafiə Nazirliyindən xx.xx.2019-cu il tarixlərdə ərizəsinə verilən cavablar onu qane etmir. Onun Müdafiə Nazirliyinin tərkibində olan N () saylı hərbi hissədə tabor komandirinin raketartilleriya silahlandırma xidməti rəis vəzifəsində xidmət etməsi, hərbi hissə komandirinin N iyul N2-ci il, N iyul N3-cü il tarixli əmrlərində, Azərbaycan Respublikası Hərbi X3 Hərbi Prokurorluğunun Mühafizə bölməsinin rəisi vəzifəsində xidmət etməsi Azərbaycan Respublikası Hərbi Prokurorunun 121 saylı, xx.xx.N3-cü il, 251 saylı, xx.xx.N3-cü il tarixli əmrlərində və ilin əmək haqqı cədvəllərində öz əksini tapmışdır. Buna baxmayaraq, cavabdehlər ona müddətdən artıq xidmət etmiş hərbi qulluqçu kimi zabit vəzifəsindən pensiya təyin etmirlər və nəticədə ona maddi ziyan vurulmuşdur. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, cavabdeh həmin sərəncama əsasən iddia ərizəsinə qarşı münasibət (etiraz) bildirərək qeyd etmişdir ki, İddiaçı məhkəməyə ünvanladığı iddia ərizəsində xx.xx.N2-ci il tarixdən xx.xx.N3-cü il tarixədək N () saylı hərbi hissədə tabor komandirinin raket-artilleriya silahlandırma xidməti rəisi vəzifəsində xidmət etdiyini və Azərbaycan Respublikası Hərbi prokurounun xx.xx.N3-cü il tarixli, 121 nömrəli əmri ilə Qubadlı qarnizonu hərbi prokurorluğunun Mühafizə bölməsinin rəisi vəzifəsinə təyin edildiyini və öz xahişi ilə xx.xx.N3-cü il tarixli, 21 nömrəli əmri ilə vəzifədən azad edildiyini göstərməklə, Qubadlı qarnizonu hərbi prokurorluğunun Mühafizə bölməsinin rəisi vəzifəsində xidmət etməsi ilə bağlı “Məlumat vərəqi”nin tərtib edilərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə Pensiya Təyinatı İdarəsinə göndərilməsi vəzifəsinin öhdəlik kimi Azərbaycan Respublikası Hərbi Prokurorluğunun üzərinə qoyulmasını xahiş etmişdir.Toplanmış sənədlərlə müəyyən edilmişdir ki, Q.Ə.Əhmədov Azərbaycan Respublikası Hərbi prokurorunun xx.xx.N3-cü il tarixli, 121 nömrəli əmri ilə ehtiyatda olan leytenant kimi Azərbaycan Respublikası Hərbi Prokurorluğuna işə qəbul olunaraq Qubadlı qarnizonu hərbi prokurorluğunun Mühafizə bölməsinin rəisi vəzifəsinə təyin edilmiş və öz xahişi ilə Azərbaycan Respublikası Hərbi prokurorunun xx.xx.N3-cü il tarixli, 251 nömrəli əmri ilə tutduğu vəzifədən azad edilmişdir. “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 17-ci hissəsində göstərilmişdir ki, “Hərbi prokurorluq orqanlarında qulluq edən vətəndaşların hərbi xidmətə çağırışı, onların ehtiyata, istefaya buraxılması Azərbaycan Respublikasının Hərbi prokuroru tərəfindən həyata keçirilir”. Qeyd edilən müddəa “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” 30,09.2005-ci il tarixli, 1018-İİQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununa dəyişiklik edilənədək “Hərbi prokurorluq orqanlarında qulluq edən vətəndaşların hərbi xidmətə çağırışı, onların ehtiyata, istefaya buraxılması Azərbaycan Respublikası Hərbi prokurorunun təqdimatı ilə həyata keçirilir” kimi göstərilmişdir. Azərbaycan Respublikasının xx.xx.N7-ci il tarixli, 377- İQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin (bundan sonra Əsasnamə) 41-ci maddəsində hər bir hərbi qulluqçuya və hərbi vəzifəliyə onun xidməti vəziyyətindən, hərbi və xüsusi hazırlığından, xidmət illərindən, ehtiyatda olma müddətindən, Silahlı Qüvvələrin, qoşunların növünə və ya xidmətə mənsubiyyətindən, göstərdiyi xidmətlərindən eləcə də bu Əsasnamə ilə nəzərdə tutulan digər şərtlərdən asılı olaraq müvafiq hərbi rütbə verilməsi, eləcə də 42-ci maddəsinin 1-ci hissəsində hərbi qulluqçulara növbəti hərbi rütbələrin ardıcıl qaydada onlar müsbət attestasiya olunduqda, növbəti rütbə tutduğu ştat vəzifəsinin hərbi rütbəsinə uyğun olduqda və bundan əvvəiki hərbi rütbədə müəyyən edilmiş xidmət illəri bitdikdə verilməsi öz əksini tapmışdır. Bundan başqa, Əsasnamənin 42-ci maddəsinin ikinci hissəsində Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarına, idarə və müəssisələrə ezam edilmiş hərbi qulluqçulara növbəti hərbi rütbələr bu maddənin tələbləri nəzərə alınmaqla müvafiq orqanların, idarə və müəssisələrin təqdimatı ilə verilməsi həmin maddənin ikinci hissəsində kiçik zabitlərə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən hərbi rütbə verilməsi öz əksini tapmışdır. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.N8-ci il tarixli, 692 nömrəli Fərmanının 2-ci bəndinin 5-ci abzasında “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun 2ci maddəsinin ikinci hissəsinin ikinci və üçüncü abzaslarında, dördüncü hissəsində ... nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Müdafiə Nazirliyi... həyata keçirirlər” kimi əks olunmuşdur.Yuxarıda göstərilənlərdən aydın olur ki, xx.xx.2005-ci il tarixədək Hərbi prokurorluq orqanlarında qulluq edən vətəndaşların hərbi xidmətə çağırışı, onların ehtiyata, istefaya buraxılması Azərbaycan Respublikasının Hərbi prokurorunun təqimatı əsasında Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən həyata keçirilmişdir. Əsasnamənin 65-ci maddəsinin üçüncü hissəsində “Ehtiyatdan çağırılmış zabitlərə növbəti hərbi rütbə onların hərbi xidmət keçdikləri dövrdə və ya hərbi rütbədə olma müddəti başa çatdıqda ehtiyata buraxılan zaman (ehtiyatda olduğu zaman bu hərbi rütbədə olma müddəti də daxil edilməklə) verilir" kimi göstərilmişdir. Bununla yanaşı. İddiaçı Respublika Hərbi Prokurorluğuna ünvanladığı xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli ərizələrinə əlavə etdiyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Arxivindən təqdim edilmiş xx.xx.N9-cu il tarixli, 26/2- 3379 nömrəli və xx.xx.2019-cu il tarixli, 9/2-12551 nömrəli arayışlardan görünür ki, N nömrəli hərbi hissə komandirinin xx.xx.N2-ci il tarixli, 16 nömrəli nizami hissə üzrə verilmiş əmrlə sıravi İddiaçı müvəqqəti olaraq 855 nömrəli tabura raket-artilleriya silahlandırma xidməti rəisi vəzifəsinə təyin edimiş, xx.xx.N2-ci il tarixdə isə şəxsi heyətin siyahısından çıxarılaraq qeydiyyata düşmək üçün Qubadlı RHK- na göndərilmişdir. Bundan başqa, Əsasnamənin 155-ci maddəsinin birinci hissəsində hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılması həmin maddədə göstərilən qaydada «Hərbi xidmət haqqında» (“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının 23 dekabr 2011-ci il tarixli, 274-İVQ nömrəli Qanununun qüvvəyə minməsi ilə adıçəkilən qanun qüvvədən düşmüşdür) Azərbaycan Respublikasının Qanununa uyğun olaraq aparılması göstərilmişdir. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının xx.xx.2011- ci il tarixli, 274-İVQ nömrəli Qanununun 40.3-cü maddəsində “Zabitlər, gizirlər və miçmanlar, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılırlar” kimi göstərilmişdir. Azərbaycan Respublikası Hərbi Prokurorluğu üzrə verilmiş xx.xx.N3-cü il tarixli, 121 nömrəli əmrdə İddiaçı ehtiyatda olan zabit olması, xx.xx.N3-cü il tarixli, 251 nömrəli əmrdə isə İddiaçı Qubadlı qarnizonu hərbi prokurorluğunun Mühafizə bölməsinin rəisi vəzifəsindən azad olunması öz əksini tapsa da, həmin əmrlərdə onun hər hansı bir rütbədə olması və adıçəkilən şəxsin həqiqi hərbi xidmətdən buraxılması barədə heç bir qeyd olmamışdır. Bundan əlavə, qeyd edilməlidir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərciiyi barədə məlumatların təqdim olunması Qaydaları”na əsasən “Məlumat vərəqəsi” əmək pensiyası təminatı üçün hərbi qulluqçu (xüsusi rütbəli şəxs) haqqında tərtib edilir. Odur ki, İddiaçı Qubadlı qarnizonu hərbi prokurorluğunun Mühafizə - bölməsinin rəisi vəzifəsində xidmət etdiyi vaxt hərbi rütbədə olması barədə Respublika Hərbi Prokurorluğunda hər hansı sənədlər olmadığından, yuxarıda göstərilən əmrlərdə isə hərbi qulluqçu kimi yox, ehtiyatda olan zabit kimi işə qəbul edildiyindən həmin şəxsin adına hərbi qulluqçu kimi “Məlumat vərəqəsi” tərtib edilərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə Pensiya Təyinatı İdarəsinə göndərilməsi mümkün deyil. Göstərilən qanunlar və digər normativ hüquqi aktlarla müəyyən olunur ki, İddiaçı Qubadlı qarnizonu hərbi prokurorluğunun Mühafizə bölməsinin rəisi vəzifəsinə təyin olunduğu və həmin vəzifədə xidmət etdiyi dövrdə hərbi qulluqçu stastusuna malik olmaqla onun adına “Məlumat vərəqəsi”ni tərtib edərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə Pensiya Təyinatı İdarəsinə göndərilməsi vəzifəsinin Azərbaycan Respublikası Hərbi Prokurorluğunun üzərinə öhdəlik kimi qoyulması haqqında iddia ərizəsi əsassızdır.Yuxarıda qeyd olunanlara və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsinə əsasən İddiaçı sözügedən iddiasına öz etirazlarını bildirirlər. Şifahi məhkəmə baxışı iclasında iştirak etmiş iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 62-ci maddəsində göstərilən qaydada tərəflərə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxıla bilər. Məhkəmə iddiaçının izahatını dinləyib, təqdim olunmuş sübutlara qiymət verərək, mövcud maddi və prosessul hüquq normalarını tədqiq edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Prokurorluğunun xx.xx.N3-cü il tarixli, 121 nömrəli əmrindən görünür ki, ehtiyatda olan leytenant İddiaçı Azərbaycan Respublikası hərbi prokurorluğuna işə qəbul olunmuş və Qubadlı Qarnizonu hərbi X2 rəis təyin edilmişdir. İşdə olan Azərbaycan Respublikası Hərbi Prokurorluğunun xx.xx.N3-cü il tarixli, 251 nömrəli əmrindən görünür ki, Qubadlı Qarnizonu hərbi prokurorluğunun Mühafizə Bölməsinin rəisi İddiaçı xx.xx.N3-cü il tarixdən öz xahişi ilə tutduğu vəzifədən azad edilmişdir. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 251 nömrəli, xx.xx.2015-ci il tarixli Qərarından görünür ki, Qubadlı Rayon Hərbi Komissarlığı tərəfindən N2-ci ildə hərbi xidmətə çağırılmış İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən N2-ci ilin oktyabr ayında aldığı və xx.xx.2013-cü ildə Müdafiə Nazirliyinin Məhkəm Tibbi Ekspertiza və X4 məhkəmə-tibbi müayinəsi zamanı təyin edilmiş yaralanmanın nəticələrinə əsasən o, “Hərbi Travmadır, Azərbaycan Respublikasının Müdafiəsi Zamanı Alınmışdır” şəhadətləndirilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti 13 saylı Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı təkrar müayinəyə əsasən xx.xx.2016-cı il tarixdə qiymətləndirilərək ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcəli əlillik təyin edilmişdir. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivi tərəfndən verilmiş xx.xx.2019-cu il tarixli, 9/2-12551 nömrəli arxiv arayışından görünür ki, N №-li hərbi hissə komandirinin xx.xx.N2-ci il tarixli, 16 №-li nizami hissə üzrə əmrilə (əsas: səh 12,sıra 11) sıravi İddiaçı müvəqqəti olaraq 855 №-li tabura raket artileriya silahlandırma xidməti rəisi təyin edilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.N2-ci il tarixli 47 №-li əmrilə (əsas:səh 5, sıra 2) İddiaçı Bakı şəhərindən ezamiyyətdən qayıtmışdır. N №-li hərbi hissə komandirinin 4.11.N2-ci il tarixli, 06 №-li nizami hissə üzrə əmrilə (əsas:səh 7, § 5) 3-cü batalyona müvəqqəti təyin olunmuş silah sursat xidməti rəisi İddiaçı xx.xx.N2-ci il tarixdən şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Qubadlı HK-na göndərilmişdir. Qubadlı Qarnizonu Hərbi Prokurorluğu mühafizə bölməsinin rəisi leytenant İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.N3-cü il tarixli 184 №-li nizami hissə üzrə əmrilə (əsas: səh 2, § 4) xx.xx.N3-cü il tarixdən hərbi hissədə bütün növ təminatlara daxil edilmişdir. İşdə olan iddiaçının müraciətinə Azərbaycan Respublikası Hərbi Prokurorluğu tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, HP-10/928 nömrəli imtina məktubunun surətindən görünür ki, iddiaçının “Məlumat vərəqəsinin göndərilməsi” barədə müraciətinə cavab olaraq bildirilmişdir ki, o, Azərbaycan Respublikası Hərbi Prokurorluğu üzrə verilmiş xx.xx.N3-cü il tarixli, 121 nömrəli əmrlə Azərbaycan Respublikası Hərbi Prokurorluğuna işə qəbul olunmaqla Qubadlı qarnizonu hərbi prokurorluğunun Mühafizə bölməsinin rəisi vəzifəsinə təyin edilmiş, xx.xx.N3-cü il tarixli, 251 nömrəli əmrlə isə həmin vəzifədən azad edilmişdir. Bundan başqa, Respublika Hərbi Prokurorluğunun arxiv sənədlərində onun hərbi rütbəyə malik olmaqla hərbi qulluqçu statusunda olması barərdə heç bir məlumat aşkar olunmamışdır. Odur ki, onun hərbi qulluqçu kimi Respublika Hərbi Prokurorluğunda xidmət etməsi barədə “Məlumat vərəqəsi”nin tərtib edilərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə göndərilməsi mümkün deyil. İşdə olan iddiaçının müraciətinə Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 12/3353 nömrəli imtina məktubundan görünür ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qubadlı rayon bölməsindən daxil olmuş şəxsi işinə tərəflərindən baxılarkən məlum olmuşdur ki, onun sonuncu vəzifəsi “Qubadlı Qarnizonu Hərbi Prokurorluğu mühafizə bölməsinin rəisi” olmuş və bu səbəbdən də ona pensiya təyin olunması məqsədi ilə Azərbaycan Respublikası Hərbi Prokurorluğuna müraciət etməlsi məsləhət görülmüşdür. İşdə olan Azərbaycan Respublikasının Hərbi Prokurorluğu tərəfindən iddiaçıya ünvanlanmış 07 noyabr 2019-cu il tarixli, HP-09/1385/182 nömrəli məktubdan görünür ki, Qubadlı qarnizonu Hərbi Prokurorluğunun mühafizə bölməsi rəisi vəzifəsində çalışdığı ilin əmək haqqı cədvəlinin kserosurəti iddiaçıya göndərilmişdir. Məktuba qoşma şəklində əmək haqqı cədvəli əlavə edilmişdir. Beləliklə, işdə olan sənədlərlə və işin faktiki halları ilə müəyyən edilir ki, İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.N2-ci il tarixli, 16 №-li nizami hissə üzrə əmrilə sıravi İddiaçı müvəqqəti olaraq 855 №-li tabura raket artileriya silahlandırma xidməti rəisi təyin edilmiş, N №-li hərbi hissə komandirinin xx.xx.N2-ci il tarixli 47 №-li əmrilə İddiaçı Bakı şəhərindən ezamiyyətdən qayıtmış, N №-li hərbi hissə komandirinin xx.xx.N2-ci il tarixli, 06 №-li nizami hissə üzrə əmrilə (əsas:səh 7, § 5) 3-cü batalyona müvəqqəti təyin olunmuş silah sursat xidməti rəisi İddiaçı xx.xx.N2-ci il tarixdən şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Qubadlı HK-na göndərilmişdir. Azərbaycan Respublikası Prokurorluğunun xx.xx.N3-cü il tarixli, 121 nömrəli əmri ilə ehtiyatda olan leytenant kimi Əhmədov Qismət Vəliş oğlu Azərbaycan Respublikası Hərbi Prokurorluğuna işə qəbul edilmiş və Qubadlı rayon Hərbi X2 rəis təyin edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arxiv arayışdan müəyyən edilir ki, Qubadlı Qarnizonu Hərbi Prokurorluğu mühafizə bölməsinin rəisi leytenant İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.N3-cü il tarixli, 184 №-li nizami hissə üzrə əmrilə xx.xx.N3-cü il tarixdən hərbi hissədə bütün növ təminatlara daxil edilmişdir. Azərbaycan Respublikası Hərbi Prokurorluğunun xx.xx.N3-cü il tarixli, 251 nömrəli əmrilə Qubadlı Qarnizonu Hərbi X1 rəisi İddiaçı xx.xx.N3-cü il tarixdən öz xahişi ilə tutduğu vəzifədən azad edilmişdir. Göründüyü kimi, iddiaçı ehtiyatda olan leytenant kimi xx.xx.N3-cü il tarixdə Azərbaycan Respublikası Hərbi Prokurorluğuna işə qəbul edilmiş və Qubadlı Qarnizonu Hərbi X2 Rəis təyin edilmişdir. İş materiallarına əlavə edilmiş arxiv arayışında da, onun xidməti Qubadlı Qarnizonu Hərbi Prokurorluğu mühafizə bölməsinin rəisi leytenant İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.N3-cü il tarixli, 184 №-li nizami hissə üzrə əmrilə xx.xx.N3-cü il tarixdən hərbi hissədə bütün növ təminatlara daxil edilmişdir şəklində qeyd edilmişdir. O, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun xx.xx.N3-cü il tarixli, 251 nömrəli əmri ilə Qubadlı Qarnizonu hərbi prokurorluğunun Mühafizə Bölməsinin rəisi kimi xx.xx.N3-cü il tarixdən öz xahişi ilə tutduğu vəzifədən azad edilmişdir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, iddiaçının Quba Qarnizonu Hərbi Prokurorluğu mühafizə bölməsinin rəisi vəzifəsində işləyərkən rütbəsinin leytenant şəklində qeyd edilməsi, həmçinin Azərbaycan Respublikası Hərbi Prokurorluğunda müddətdən artıq həqiqi hərbi xidmət keçməsi və sonuncu vəzifəsinin “Qubadlı Qarnizonu Hərbi Prokurorluğu mühafizə bölməsinin rəisi” olması iş materiallarında olan arxiv arayışı və digər sənədlərə təsdiq edildiyindən iddiaçının tələbi əsaslıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 avqust 2007-ci il tarixli, 135 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 1-ci bəndinə əsasən Bu Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçulara Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibinin xidmətində, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət edən hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslərə - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması qaydalarını müəyyən edir. Həmin Qaydaların 2-ci bəndinə əsasən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla) və artımlardan ibarət olan məbləğdir. Hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanlar tərəfindən bu bənddə göstərilən pul təminatından hesablanır. Həmin Qaydaların 3-cü bəndinə əsasən Bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar əmək pensiyası hüququnun yarandığı tarixdən onların və ya həmin şəxslər vəfat etdikdə, ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvlərinin müraciətləri əsasında, qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən 15 iş günü müddətində tərtib olunur və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün 5 iş günü ərzində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim edilir. Qanunvericiliyin normalarından göründüyü kimi, hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanlar tərəfindən onların pul təminatından hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X5 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun çərçivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68-69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı barəsində Qubadlı Qarnizonu Hərbi Prokurorluğu Mühafizəsi bölməsinin rəisi vəzifəsində müddətdən artıq xidmət etmiş hərbi qulluqçu kimi (zabit vəzifəsindən) məlumat vərəqəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə göndərilməsi vəzifəsi Azərbaycan Respublikası Hərbi Prokurorluğuna həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar