Məhkəmə qərarları › İş №2-1(112)-728/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-728/2023

20.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-728/2023 20.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçının vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli **********81 nömrəli "Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsinin qanunazidd hesab edilməsi və Abşeron rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2011-ci il tarixli 005 saylı sərəncamı və "Torpaq sahəsinin icarəyə verilməsi haqqında" xx.xx.2011-ci il tarixli 005 saylı müqaviləsinə əsasən, iddiaçıya keçmiş X3 Sovxozunun ərazisində kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə ayrılmış 9,0 ha ölçüdə torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, buna dair müvafiq çıxarışın və özündə torpaq sahəsinin texniki göstəricilərini əks etdirən plan və ölçünün (texniki pasport) verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli, **********81 nömrəli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtinasının qanunazidd hesab edilməsi və cavabdeh Abşeron rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2011-ci il tarixli 005 saylı sərəncamı və "Torpaq sahəsinin icarəyə verilməsi haqqında" xx.xx.2011-ci il tarixli 005 saylı müqaviləsinə əsasən, iddiaçıya keçmiş X3 Sovxozunun ərazisində kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə ayrılmış 9,0 ha ölçüdə torpaq sahəsi üzərində istifadə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, buna dair müvafiq çıxarışın və özündə torpaq sahəsinin texniki göstəricilərini əks etdirən plan və ölçünün (texniki pasport) verilməsi vəzifəsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı fərdi sahibkardır və kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olur. Abşeron rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.2011-ci il tarixli 005 saylı sərəncamına əsasən X5 saxlanılmış torpaqlardan X3 sovxozunun ərazisindən 9,0 ha torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı üçün 99 il müddətinə icarə əsasında iddiaçıya ayrılmış və bununla bağlı tərtib edilmiş icarə müqaviləsi və torpaqayırma sənədləri təsdiq edilmişdir. Həmin tarixdə Abşeron rayonu İcra Hakimiyyəti ilə aralarında "Torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə" bağlanmış, "Torpaq sahəsinin ayrılmasına dair akt" tərtib edilmiş, yerli icra hakimiyyəti və ərazi üzrə torpaq şöbəsinin nümayəndələri tərəfindən imzalanaraq möhürlənməklə təsdiqlənmiş, AR DTXK-nin Abşeron rayon şöbəsi tərəfindən həmin torpaq sahəsinin ayrılmasının qanunamüvafiq olması və AR DTXK-nin Abşeron rayon şöbəsinin torpaq sahəsi üzərində mülkiyyət hüququna dair sənədin verilməsinə etiraz etməməsi barədə xx.xx.2011-ci il tarixli 04 saylı rəy verilmiş, ayrılmış torpaq sahəsinin koordinatları ilə bağlı Abşeron rayonu keçmiş X3 Sovxozunun yerquruluşu planından çıxarış hazırlanmışdır. Abşeron rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.2011-ci il tarixli 263 saylı sərəncamına əsasən, iddiaçıya həmin torpaq sahəsində istixanaların quraşdırılmasına və köməkçi binaların tikintisinə icazə verilmişdir. Yuxarıda sadaladığı sənədlərlə iddiaçı torpaq sahəsi üzərində hüquqlarının qeydiyyata alınması üçün cavabdehə müraciət etsə də, cavabdehin xx.xx.2020-ci il tarixli **********81 nömrəli "Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə" bildirişi ilə həmin torpaq sahəsinin bir hissəsinin örüş sahəsi olması və örüş sahələrinin icarəyə bir qayda olaraq, 10 ildən 15 ilədək müddətə verilməsi əsası ilə hüquqlarının qeydiyyata alınmasından imtina edilmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır, formal mülahizələrə əsaslanmışdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdehə göndərilmiş, cavabdehdən iddiaya dair münasibətini (etirazını) yazılı şəkildə bildirməsi tələb edilmişdir. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir.

2. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

Şifahi məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şifahi məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqan iddiaya dair yazılı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Zirə Tərəvəzçilik-Südçülük sovxozunda yerləşən İddiaçı ayrılmış 9,0 ha torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı iddiaçının nümayəndəsi tərəfindən 02 mart 2020ci il tarixli, ********** qeydiyyat nömrəli müraciət olmuşdur. Aparılan araşdırma zamanı Abşeron rayonu, Zirə Tərəvəzçilik-Südçülük sovxozunda yerləşən 9,0 ha torpaq sahəsi Abşeron Rayon İcra Hakimiyyəti Başçısının 07 yanvar 2011-ci il tarixli 005 nömrəli sərəncamı və icarə müqaviləsi əsasında 99 il müddətinə İddiaçı icarəyə verildiyi, o cümlədən, ayrılmış torpaq sahəsinin ilkin torpaqayırma sənədlərində uqodiyasına görə kənd təsərrüfatı təyinatlı yararsız kimi uçota alındığının göstərildiyi müəyyən edilmişdir. Buna baxmayaraq, baxış keçirilmiş ərazidə yerləşən və mövcud elektron kadastr baza məlumatlarına əsasən faktiki vəziyyətdə torpaq sahəsinin 4.7 ha hissəsinin təyinatına və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı (əkin), 2.5 ha hissəsinin kənd təsərrüfatı təyinatlı (örüş), 1.8 ha hissəsinin isə kənd təsərrüfatı təyinatlı (yararsız) torpaqlara aid edildiyi aşkar edilmişdir. Mövcud qanunvericiliyin tələblərinə uyqun olaraq, örüş sahələri hüquqi və fiziki şəxslərin istifadəsinə və icarəsinə bir qayda olaraq 10 ildən 15 ilədək verilir. Sonda iddianın rədd edilməsi xahiş edilmişdir.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

İş materialları məhkəməyə təqdim edilmişdir. Aşagıdakı sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Cavabdehin xx.xx.2020-ci il tarixli **********81 saylı imtina məktubu ilə iddiaçıya bildirilmişdir ki, “Abşeron rayonu, Zirə Tərəvəzçilik-Südçülük sovxozunda yerləşən İddiaçı ayrılmış 9,0 ha torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı 02 mart 2020-ci il tarixli, ********** qeydiyyat nömrəli müraciətinizə baxılmışdır. Aparılan araşdırma zamanı, Abşeron rayonu, Zirə Tərəvəzçilik- Südçülük sovxozunda yerləşən 9,0 ha torpaq sahəsi Abşeron Rayon İcra Hakimiyyəti Başçısının 07 yanvar 2011-ci il tarixli 005 nömrəli sərəncamı və icarə müqaviləsi əsasında 99 il müddətinə İddiaçı icarəyə verildiyi, o cümlədən, ayrılmış torpaq sahəsinin ilkin torpaqayırma sənədlərində uqodiyasına görə kənd təsərrüfatı təyinatlı yararsız kimi uçota alındığının göstərildiyi müəyyən edilmişdir. Buna baxmayaraq, baxış keçirilmiş ərazidə yerləşən və mövcud elektron kadastr baza məlumatlarına əsasən faktiki vəziyyətdə torpaq sahəsinin 4.7 ha hissəsinin təyinatına və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı (əkin), 2.5 ha hissəsinin kənd təsərrüfatı təyinatlı (örüş), 1.8 ha hissəsinin isə kənd təsərrüfatı təyinatlı (yararsız) torpaqlara aid edildiyi aşkar edilmişdir. Məlumat üçün bildiririk ki, mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq, örüş sahələrinin hüquqi və fiziki şəxslərin istifadəsinə və icarəsinə bir qayda olaraq 10 ildən 15 ilədək verilir. Göstərilən səbəblərdən ərizənizin icrası mümkün olmamışdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənizin icrasından imtina edilir.” - Abşeron rayon İcra Hakimiyyəti Başçısının 005 saylı xx.xx.2011-ci il tarixli sərəncamının surətindən görünür ki, X5 saxlanılmış torpaqlardan X3 sovxozunun ərazisindən 9,0 ha torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı üçün 99 il müddətinə icarə əsasında İddiaçı ayrılması barədə icarə müqaviləsi və digər torpaqayırma sənədləri təsdiq edilmişdir. - Abşeron rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2011-ci il tarixli 263 saylı sərəncamının surətindən görünür ki, İddiaçı rayon İHB-nın 005 saylı 07 yanvar 2011-ci il tarixli sərəncamına əsasən X6 Fondunda saxlanılmış torpaqlardan X3 sovxozunun ərazisindən icarəsinə verilmiş 9,0 ha torpaq sahəsinin hasarlanmasına, razılaşdırılmış eskiz layihəsinə əsasən kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə istixanaların quraşdırılmaşına və köməkçi binaların tikintisinə icazə verilmişdir. - Abşeron rayon İcra Hakimiyyəti Başçısının tərəfindən təsdiq edilmiş aktın surətindən görünür ki, iddiaçıya ayrılmış X6 Fondunda saxlanılmış torpaq sahəsi X3 sovxozunun ərazisində yerləşir, uqodiyasına görə kənd təsərrüfatı təyinatlı yararsız kimi uçota alınmışdır. - “Torpaq sahəsinin icarəyə verilməsi haqqında" xx.xx.2011-ci il tarixli 005 saylı İddiaçı ilə Abşeron rayon İcra Hakimiyyəti Başçısı arasında baglanmış müqavilənin surətindən görünür ki, X5 saxlanılmış torpaqlardan X3 sovxozunun ərazisindən 9,0 ha torpaq sahəsinin kənd təsərrüfatı məhsullarının istehsalı üçün 99 il müddətinə İddiaçı icarəsinə verilmişdir. - Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinin 04 saylı xx.xx.2011-ci il tarixli rəyində bildirilmişdir ki, X3 sovxozunun ərazisində yerləşdiyi, uqodiyasına görə yararsız kimi uçota alınan ərazidən İddiaçı 99 (doxsan doqquz) il müddətinə kənd təsərrüfatı məqsədilə 9,0 hektar torpaq sahəsinin icarə müqaviləsi yolu ilə verilməsinə etiraz edilmir. - İddiaçıya ayrılmış torpaq sahəsinin koordinatları ilə bağlı Abşeron rayonu keçmiş X3 Sovxozunun yerquruluşu planından çıxarış Abşeron rayon İcra Hakimiyyəti Başçısı və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsi tərəfindən təsdiq edilmişdir. - Cavabdeh tərəfindən təqdim edilmiş xx.xx.2021-ci il tarixli BÇM/0151 saylı arayışla bildirilmişdir ki, məhkəmə tərəfindən təqdim iş materiallarında İddiaçı Abşeron rayon İcra Hakimiyyəti Başçısının 07 yanvar 2011-ci il tarixli 005 nömrəli sərəncam və icarə müqaviləsinə əsasən 99 il müddətinə verilmiş 9.0 ha torpaq sahəsinə aid hüquqmüəyyənedici və texniki kadastr sənədləri (torpaq sahəsinin çıxarışı, torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları) təqdim edilmədiyindən və məhkəmə tərəfindən iş materiallarında təqdim edilmiş çıxarışda 9.0 ha torpaq sahəsinin sxemi yerquruluşu qaydalarına uyğun tərtib olunmadığından məktubda qoyulmuş sualların cavablandırılması mümkün olmamışdır. - “X4 və Ekspertiza Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2022-ci il tarixli 189 saylı mütəxəssis rəyindən görünür ki, Abşeron rayon, X3 sovxozunun ərazisində yerləşən iddiaçıya ayrılmış 9,0 ha ölçüdə torpaq sahəsi kənd təsərrüfatı təyinatlı olmaqla uqodiyası hazırda əkinə yararlı ərazilərdir. Həmin torpaq sahəsinin Abşeron rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2011-ci il tarixli 005 saylı sərəncamı və icarə müqaviləsi əsasında 99 il müddətində X1 icarəsinə verildiyi zaman təyinatı kənd təsərrüfatı olmuş, uqodiyası isə rəyə əlavə edilmiş ərazinin yerquruluşu sxemindən göründüyü kimi yarasız, örüş və əkin yerindən ibarət olmuşdur. Azərbaycan Respublikası Dövlət Torpaq Xəritəçəkmə Komitəsinin Abşeron rayon Şöbəsinin iddiaçıya ayrılmış torpaq sahəsi ilə bağlı verdiyi 06.2011-ci il tarixli, 04 saylı rəyi həmin dövrdə iddiaçıya ayrılmış torpaq sahəsinin göstəricilərinə uyğun olaraq ərazi yerquruluşu sxemində yararsız, örüş və əkin yeri olmuşdur. Abşeron rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2011-ci il tarixli 005 saylı sərəncamı və icarə müqaviləsi əsasında 99 il müddətində İddiaçı icarəsinə verildiyi tarixdən indiyə qədər olan dövr ərzində həmin torpaq sahəsinin təyinatı, kateqoriyası, uqodiyası ilə bağlı dəyişiklik ondan ibarət olmuşdur ki, ərazi bütövlükdə (daxili yollar saxlanılmaqla) vətəndaşın hesabına əkinə yararlı vəziyyətə gətirilərək orada kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olunur. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 10/6546 №-li ekspert rəyində göstərilmişdir ki, Abşeron rayon, X3 sovxozunun ərazisində yerləşən iddiaçıya ayrılmış 9.0 ha ölçüdə torpaq sahəsi kənd təsərrüfatı təyinatlı olmaqla uqodiyası hazırda əkinə yararlı ərazilərdir. Həmin torpaq sahəsinin Abşeron rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2011-ci il tarixli 005 saylı sərəncamı və icarə müqaviləsi əsasında 99 il müddətində İddiaçı icarəsinə verildiyi zaman təyinatı kənd təsərrüfatı olmuş, uqodiyası isə rəyə əlavə edilmiş ərazinin yerquruluşu sxemindən (səhifə 179) göründüyü kimi yararsız, örüş və əkin yerindən ibarət olmuşdur. Azərbaycan Respublikası Dövət Torpaq Xəritəçəkmə Komitəsinin Abşeron rayon Şöbəsinin iddiaçıya ayrılmış torpaq sahəsi ilə bağlı verdiyi xx.xx.2011-ci il tarixli, 04 saylı rəyi həmin dövrdə iddiaçıya ayrılmış torpaq sahəsinin göstəricilərinə uyğun olaraq ərazi yerquruluşu sxemində yararsız, örüş və əkin yeri olmuşdur. Abşeron rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2011-ci il tarixli 005 saylı sərəncamı və icarə müqaviləsi əsasında 99 il müddətində müddətində İddiaçı icarəsinə verildiyi tarixdən indiyə qədər olan həmin torpaq sahəsinin təyinatı, kateqoriyası, uqodiyası ilə bağlı dəyişiklik ondan ibarət olmuşdur ki, ərazi (daxili yollar saxlanılmaqla) vətəndaşın hesabına əkinə yararlı vəziyyətə gətirilərək orada kənd təsərrüfatı məhsullarının istehsal ilə məşğul olunur.

ƏSASLANDİRMA HİSSƏSİ:

4.İddianın növü və mümkünlüyü

Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciətindən əvvəl cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə qeyd edir ki, hazırkı mübahisə predmeti olan torpaq sahəsi Abşeron rayonunun idarəçiliyində olsa da, Bakı şəhərinin inzibati ərazisində yerləşir. Bu isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.1-ci maddəsinin tələbləri baxımından işə Bakı İnzibati Məhkəməsində baxılmasını şərtləndirir. Bu kateqoriya işlərdə mübahisə predmeti olan torpaq sahəsinin Abşeron rayonunun idarəçiliyində olduğu və cavabdeh inzibati orqanın Sumqayıt İnzibati Məhkəməsinin yurisdiksiyasında yerləşdiyi hallarda işə Sumqayıt İnzibati Məhkəməsində baxıldığı hallar olsa da, son dövrlərdə formalaşmış məhkəmə təcrübəsi işə İnzibati Prosessual Məcəlləsinin 8.1.1-ci maddəsinin tələbləri baxımından torpaq sahəsinin idarəciliyi yox, yerləşdiyi inzibati ərazi vahidi baxımından yaranmış mübahisələrə Bakı İnzibati Məhkəməsində baxılmasını müəyyən edir. Məhkəmə hesab edir ki, hazırkı işə hüquqi müəyyənlik prinsipi və formalaşmış məhkəmə təcrübəsi də nəzərə alınaraq Bakı İnzibati Məhkəməsinə baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.

5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Məhkəmə tərəflərin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia mahiyyəti baxımından əsassız olduğundan təmin edilməməlidir. İş materiallarından görünür ki, iddiaçı hazırkı iddia tələbi ilə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh inzibati orqan iddiaçının müraciətinə imtina cavabı vermişdir. İddiaçının tələbinin əsaslandığı hallara görə, iddiaçıya keçmiş X3 Sovxozunun ərazisində kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə ayrılmış 9,0 ha ölçüdə torpaq sahəsi üzərində istifadə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, buna dair müvafiq çıxarışın və özündə torpaq sahəsinin texniki göstəricilərini əks etdirən plan və ölçünün verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin imtinasında göstərilmişdir ki, Abşeron rayonu, Zirə Tərəvəzçilik- Südçülük sovxozunda yerləşən 9,0 ha torpaq sahəsi Abşeron Rayon İcra Hakimiyyəti Başçısının 07 yanvar 2011-ci il tarixli 005 nömrəli sərəncamı və icarə müqaviləsi əsasında 99 il müddətinə İddiaçı icarəyə verildiyi, o cümlədən, ayrılmış torpaq sahəsinin ilkin torpaqayırma sənədlərində uqodiyasına görə kənd təsərrüfatı təyinatlı yararsız kimi uçota alındığının göstərildiyi müəyyən edilmişdir. Buna baxmayaraq, baxış keçirilmiş ərazidə yerləşən və mövcud elektron kadastr baza məlumatlarına əsasən faktiki vəziyyətdə torpaq sahəsinin 4.7 ha hissəsinin təyinatına və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı (əkin), 2.5 ha hissəsinin kənd təsərrüfatı təyinatlı (örüş), 1.8 ha hissəsinin isə kənd təsərrüfatı təyinatlı (yararsız) torpaqlara aid edildiyi aşkar edilmişdir. Mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq, örüş sahələrinin hüquqi və fiziki şəxslərin istifadəsinə və icarəsinə bir qayda olaraq 10 ildən 15 ilədək verilir. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ...8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinə əsasən: Maddə 12. Kənd təsərrüfatı təyinatlı torpaqlar və onların tərkibi

1. Torpaqların istifadəsinin ərazi planlaşdırılmasında kənd təsərrüfatı ehtiyacları üçün nəzərdə tutulmuş torpaq sahələri kənd təsərrüfatı təyinatlı torpaqlar sayılır.

2. Kənd təsərrüfatı təyinatlı torpaqların tərkibinə kənd təsərrüfatı yerləri (uqodiyaları), meşə zolaqlarının, təsərrüfatdaxili yolların, kommunikasiyaların, bataqlıqların, sututarların, kənd təsərrüfatının aparılması üçün vacib olan tikili və qurğuların altında olan torpaqlar daxildir.

3. Kənd təsərrüfatı yerlərinə (uqodiyalarına) əkin, çoxillik əkmələrin altında olan torpaqlar, dincə qoyulmuş torpaqlar, biçənəklər, örüşlər və otlaqlar aid edilir.

4. Kənd təsərrüfatı yerləri (uqodiyaları) xüsusi olaraq qorunur. Bu torpaqların qeyrikənd təsərrüfatı məqsədilə digər kateqoriyalara keçirilməsinə müstəsna hallarda bu Məcəllədə və digər qanunvericilik aktlarında müəyyən edilmiş qaydada, müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı ilə yol verilir.

5. Bələdiyyələr bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqların qeyri-kənd təsərrüfatı məqsədilə digər kateqoriyalara keçirilməsi üçün müvafiq icra hakimiyyəti orqanı qarşısında vəsatət qaldırırlar. Maddə 13. Kənd təsərrüfatı təyinatlı torpaqların məqsədli istifadəsi

1. Kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmi-tədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə edilir.

2. Kənd təsərrüfatı təyinatlı torpaqlarda kənd təsərrüfatının səmərəli təşkil edilməsi üçün vacib olan müvafiq ekoloji və texniki tələblərə uyğun kommunikasiyalar, müvəqqəti tikililər və qurğular quraşdırmaq olar.

3. Kənd təsərrüfatı təyinatlı torpaqlardan başqa məqsədlər üçün istifadə edilməsi bu Məcəllənin 9-cu maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Maddə 14. Kənd təsərrüfatı məhsulları istehsalı və emalı üçün torpaq sahələri

1. Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri kənd təsərrüfatı məhsulları istehsalı və emalı üçün kənd təsərrüfatı təyinatlı torpaq sahələrini aşağıdakı qaydalarla əldə edirlər: “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından ayrılan payların xüsusi mülkiyyətə verilməsi; bələdiyyələrin ehtiyat torpaq fondunda, habelə vətəndaşların və hüquqi şəxslərin mülkiyyətində olan torpaqların qanunvericiliklə müəyyən olunmuş qaydada satın alınması; dövlət və xüsusi mülkiyyətdə olan torpaqlardan istifadəyə və icarəyə, bələdiyyə mülkiyyətində olan torpaqlardan isə icarəyə torpaq sahəsi götürülməsi.

3. Dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin icarəyə verilməsi “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Maddə 16. Örüş, otlaq və biçənək üçün torpaq sahələrinin istifadəsinin xüsusiyyətləri

1. Yay və qış otlaqları xırdabuynuzlu heyvandarlıq təsərrüfatlarının ehtiyacları nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə inzibati-ərazi vahidləri arasında bölüşdürülür.

2. Yay və qış otlaqları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi (bundan sonra – informasiya sistemi) vasitəsilə “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 10-1-ci maddəsində müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə dövlət və bələdiyyə mülkiyyətində olan xırdabuynuzlu heyvandarlıq təsərrüfat sahibi hüquqi şəxslərə istifadəyə, digər heyvandarlıq təsərrüfatı sahibi fiziki və hüquqi şəxslərə isə yalnız icarəyə verilir.

3. Dövlət mülkiyyətində olan örüş və biçənək sahələri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə informasiya sistemi vasitəsilə heyvandarlıq təsərrüfatı sahibi və ya belə təsərrüfat qurmaq istəyən fiziki və hüquqi şəxslərə icarəyə verilir. Bələdiyyələrin mülkiyyətində olan yaşayış məntəqələrinin yaxınlığında ümumi örüş sahələri ödənişsiz və müddətsiz olaraq məntəqə əhalisinin heyvanlarının yemlənməsi üçün istifadə olunur. Bələdiyyələrin ehtiyat torpaq fondunda olan digər örüş və biçənək sahələri açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə heyvandarlıq təsərrüfatı sahibi olan və ya belə təsərrüfat qurmaq istəyən hüquqi və fiziki şəxslərin icarəsinə verilir və bu barədə məlumat informasiya sisteminə daxil edilir.

4. Yay və qış otlaqlarının (qış otlağının 3 faizə qədər hissəsində yaşıl yem üçün xəsil əkini istisna olmaqla), örüş və biçənəklərin əkin məqsədli istifadəsinə yol verilmir. Hüquqi və fiziki şəxslər yay və qış otlaqlarından, örüş və biçənək sahələrindən səmərəli istifadə etməli, bitki örtüyünü, su mənbələrini, köç yollarını və mal-qara düşərgələrini qoruyub saxlamalı, baytarlıq-sanitariya qaydalarına və digər tələblərə riayət etməlidirlər. Yay və qış otlaqlarında tələbata uyğun olaraq çoban evləri, yataqlar, digər mədəni-məişət və istehsal təyinatlı tikililər (əsaslı tikintilər istisna olmaqla) inşa edilə bilər.

5. Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 mart tarixli, 42 nömrəli qərarı ilə təsdiq edilmiş “Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi qaydaları”na əsasən:

1. Azərbaycan Respublikasının dövlət torpaq fonduna aid olan yay və qış otlaqları, mal-qara düşərgələri və köç yolları dövlətin müstəsna mülkiyyətindədir. Örüş sahələri və biçənəklər yerli icra hakimiyyəti orqanlarının idarəçiliyində və ya bələdiyyələrin mülkiyyətindədir. Dövlət mülkiyyətində olan torpaqlar bu Qaydalara uyğun olaraq mülkiyyətində və istifadəsində mal-qara və davarlar olan fiziki və hüquqi şəxslərin istifadəsinə qanunvericiliklə müəyyən edilmiş qaydada verilir. Bələdiyyə mülkiyyətində olan örüş sahələri və biçənəklər istifadəyə yalnız mülkiyyətində mal-qara və davarlar olan bələdiyyə müəssisələrinə, icarəyə isə qanunvericiliklə müəyyən edilmiş qaydada verilir. Mal-qara düşərgələri və köç yolları yalnız təyinatı üzrə istifadə edilir.

2. Yay və qış otlaq sahələrinin, mal-qara düşərgələrinin və köç yollarının başqa məqsədlər üçün istifadəsinə və kateqoriyalarının dəyişdirilməsinə müvafiq olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin və Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin vəsatətinə və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin və Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin razılığına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin sərəncamı ilə icazə verilir.

13. Dövlət və bələdiyyə mülkiyyətində olan müəssisələrə yay və qış otlaq sahələri qısa müddətli istifadəyə verilir, digər hüquqi və fiziki şəxslərin icarəsinə isə bir qayda olaraq 10 ildən 15 ilədək verilir. Yay və qış otlaq sahəsinin üzərində istifadə, icarə hüquqlarının qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. İcarənin şərtləri tərəflərin razılığı ilə müəyyən edilir və icarə müqaviləsində təsbit olunur.

18. Yerli icra hakimiyyəti orqanlarının idarəçiliyində və bələdiyyə mülkiyyətində olan örüş sahələri və biçənəklər ümumi istifadəyə, dövlət və bələdiyyə mülkiyyətində olan müəssisələrə qısamüddətli istifadəyə yerli icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin sərəncamı (qərarı) ilə bələdiyyənin ehtiyat torpaq fondunda qalan örüş və biçənək sahələrinin digər hüquqi şəxslərin icarəsinə verilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir. Ümumi istifadəyə ayrılmış örüş sahələri torpaq vergisinə cəlb edilmir.

19. Örüş sahələrinin və biçənəklərin fiziki və hüquqi şəxslərin istifadəsinə və ya icarəsinə verilməsi üçün tələbat hesablanarkən mal-qaranın sayından, torpaq ehtiyatlarının həcmindən, sahənin tutumundan, coğrafi yerləşməsindən, suvarma imkanından asılı olaraq bu torpaqların dəmyə sahəsində hər hektarda 2-3 baş davar və 1 baş iribuynuzlu mal-qara, suvarılan sahəsində isə müvafiq olaraq iki dəfə artıq davar və iribuynuzlu mal-qara otarılması (yemləndirilməsi) nəzərdə tutulur.

20. İstifadəyə və icarəyə verilmiş örüş sahələrinin və biçənəklərin sərhədləri naturada mərz nişanları ilə ayrılır, istifadəçilərə və icarəçilərə qanunvericiliyə uyğun olaraq müvafiq hüquqi sənədlər verilir.

21. Örüş sahələrinin və biçənəklərin istifadəyə və icarəyə verilməsi bu Qaydaların İİ və İİİ bölmələrinə uyğun olaraq həyata keçirilir. İş materiallarından olan sənədlərə görə Abşeron rayon İcra Hakimiyyəti Başçısının 005 saylı xx.xx.2011-ci il tarixli sərəncamı ilə X5 saxlanılmış torpaqlardan X3 sovxozunun ərazisindən 9,0 ha torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı üçün 99 il müddətinə icarə əsasında İddiaçı ayrılması barədə icarə müqaviləsi və digər torpaqayırma sənədləri təsdiq edilmişdir. Abşeron rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2011-ci il tarixli 263 saylı sərəncamı ilə iddiaçıya rayon İHB-nın 005 saylı 07 yanvar 2011-ci il tarixli sərəncamına əsasən X6 Fondunda saxlanılmış torpaqlardan X3 sovxozunun ərazisindən icarəsinə verilmiş 9,0 ha torpaq sahəsinin hasarlanmasına, razılaşdırılmış eskiz layihəsinə əsasən kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə istixanaların quraşdırılmaşına və köməkçi binaların tikintisinə icazə verilmişdir. Abşeron rayon İcra Hakimiyyəti Başçısının tərəfindən təsdiq edilmiş aktla iddiaçıya ayrılmış X6 Fondunda saxlanılmış torpaq sahəsi X3 sovxozunun ərazisində yerləşir, uqodiyasına görə kənd təsərrüfatı təyinatlı yararsız kimi uçota alınmışdır. “Torpaq sahəsinin icarəyə verilməsi haqqında" xx.xx.2011-ci il tarixli 005 saylı İddiaçı ilə Abşeron rayon İcra Hakimiyyəti Başçısı arasında baglanmış müqaviləyə əsasən X5 saxlanılmış torpaqlardan X3 sovxozunun ərazisindən 9,0 ha torpaq sahəsinin kənd təsərrüfatı məhsullarının istehsalı üçün 99 il müddətinə iddiaçının icarəsinə verilmişdir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinin 04 saylı xx.xx.2011-ci il tarixli rəyində bildirilmişdir ki, X3 sovxozunun ərazisində yerləşdiyi, uqodiyasına görə yararsız kimi uçota alınan ərazidən İddiaçı 99 (doxsan doqquz) il müddətinə kənd təsərrüfatı məqsədilə 9,0 hektar torpaq sahəsinin icarə müqaviləsi yolu ilə verilməsinə etiraz edilmir. İddiaçıya ayrılmış torpaq sahəsinin koordinatları ilə bağlı Abşeron rayonu keçmiş X3 Sovxozunun yerquruluşu planından çıxarış Abşeron rayon İcra Hakimiyyəti Başçısı və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinin tərəfindən təsdiq edilmişdir. Məhkəmə tərəfindən mübahisənin həlli ilə baglı alınmış ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, Abşeron rayon, X3 sovxozunun ərazisində yerləşən iddiaçıya ayrılmış 9.0 ha ölçüdə torpaq sahəsi kənd təsərrüfatı təyinatlı olmaqla uqodiyası hazırda əkinə yararlı ərazilərdir. Həmin torpaq sahəsinin Abşeron rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2011-ci il tarixli 005 saylı sərəncamı və icarə müqaviləsi əsasında 99 il müddətində İddiaçı icarəsinə verildiyi zaman təyinatı kənd təsərrüfatı olmuş, uqodiyası isə rəyə əlavə edilmiş ərazinin yerquruluşu sxemindən (səhifə 179) göründüyü kimi yararsız, örüş və əkin yerindən ibarət olmuşdur. Azərbaycan Respublikası Dövət Torpaq Xəritəçəkmə Komitəsinin Abşeron rayon Şöbəsinin iddiaçıya ayrılmış torpaq sahəsi ilə bağlı verdiyi xx.xx.2011-ci il tarixli, 04 saylı rəyi həmin dövrdə iddiaçıya ayrılmış torpaq sahəsinin göstəricilərinə uyğun olaraq ərazi yerquruluşu sxemində yararsız, örüş və əkin yeri olmuşdur. Abşeron rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2011-ci il tarixli 005 sayli sərəncamı və icarə müqaviləsi əsasında 99 il müddətində müddətində Rəşad Rəhim oğlunun icarəsinə verildiyi tarixdən indiyə qədər olan həmin torpaq sahəsinin təyinatı, kateqoriyası, uqodiyası ilə bağlı dəyişiklik ondan ibarət olmuşdur ki, ərazi (daxili yollar saxlanılmaqla) vətəndaşın hesabına əkinə yararlı vəziyyətə gətirilərək orada kənd təsərrüfatı məhsullarının istehsal ilə məşğul olunur. Ekspert rəyində göstərilən halları təkzib edən və şübhə altına alan sübut məhkəməyə təqdim edilmədiyindən hazırkı iş üzrə ekspert rəyi mötəbər sübut kimi qəbul edilməlidir. Xüsusi biliyə məxsus olan ekspert də cavabdehin imtinasının əsaslarını təsdiq etmişdir. Məhkəmə hesab edir ki, cavabdehin hərəkətləri qanuni və əsaslı olmuşdur. Göründüyü kimi iddiaçının iddia etdiyi torpaq sahəsi hazırda kənd təsərrüfatı təyinatlı olmaqla uqodiyası əkinə yararlı ərazi olsa da, iş materiallarında olan torpaq ayırma sənədlərinə görə təyinatı kənd təsərrüfatı olmuş, uqodiyası isə yararsız, örüş və əkin yerindən ibarət olmuşdur. Halbuki yuxarıda qeyd olunan Azərbaycan Respublikası Torpaq Məcəlləsinin müvafiq normalarına əsasən dövlət mülkiyyətində olan örüş və biçənək sahələri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə informasiya sistemi vasitəsilə heyvandarlıq təsərrüfatı sahibi və ya belə təsərrüfat qurmaq istəyən fiziki və hüquqi şəxslərə icarəyə verilə bilər (16.3.m.), örüş və biçənəklərin əkin məqsədli istifadəsinə yol verilmir. (16.4. m.) Həmçinin də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 mart tarixli, 42 nömrəli qərarı ilə təsdiq edilmiş “Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi qaydaları”na əsasən örüş sahələri və biçənəklər yerli icra hakimiyyəti orqanlarının idarəçiliyində və ya bələdiyyələrin mülkiyyətindədir. Dövlət mülkiyyətində olan torpaqlar bu Qaydalara uyğun olaraq mülkiyyətində və istifadəsində mal-qara və davarlar olan fiziki və hüquqi şəxslərin istifadəsinə qanunvericiliklə müəyyən edilmiş qaydada verilir. (1 b.) Örüş sahələrinin və biçənəklərin fiziki və hüquqi şəxslərin istifadəsinə və ya icarəsinə verilməsi üçün tələbat hesablanarkən mal-qaranın sayından, torpaq ehtiyatlarının həcmindən, sahənin tutumundan, coğrafi yerləşməsindən, suvarma imkanından asılı olaraq bu torpaqların dəmyə sahəsində hər hektarda 2-3 baş davar və 1 baş iribuynuzlu mal-qara, suvarılan sahəsində isə müvafiq olaraq iki dəfə artıq davar və iribuynuzlu mal-qara otarılması (yemləndirilməsi) nəzərdə tutulur. (19. b.) İstifadəyə və icarəyə verilmiş örüş sahələrinin və biçənəklərin sərhədləri naturada mərz nişanları ilə ayrılır, istifadəçilərə və icarəçilərə qanunvericiliyə uyğun olaraq müvafiq hüquqi sənədlər verilir. (20.b.) Dövlət və bələdiyyə mülkiyyətində olan müəssisələrə yay və qış otlaq sahələri qısa müddətli istifadəyə verilir, digər hüquqi və fiziki şəxslərin icarəsinə isə bir qayda olaraq 10 ildən 15 ilədək verilir. Yay və qış otlaq sahəsinin üzərində istifadə, icarə hüquqlarının qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. İcarənin şərtləri tərəflərin razılığı ilə müəyyən edilir və icarə müqaviləsində təsbit olunur. (13.b.) Lakin iddiaçının təqdim etdiyi torpaq ayırma sənədlərindən göründüyü kimi dövlət mülkiyyətində olan uqodiyası örüş və əkin yerindən ibarət olan torpaq sahələri torpaq qanunvericiliyinin müvafiq normalarına əsasən heyvandarlıq təsərrüfatı sahibi və ya belə təsərrüfat qurmaq istəyən fiziki və hüquqi şəxslərə icarəyə verilə bildiyi, əkin məqsədli istifadəsinə yol verilmədiyi halda iddiaçıya kənd təsərrüfatı məhsullarının istehsalı üçün ayrılmış və hazırda təyinatına uyğun olaraq örüş üçün deyil, əkinə yararlı vəziyyətə gətirilərək orada kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olunur. Eyni zamanda, nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli Fərmanının 2.3-cü bəndində göstərilmişdir ki, torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: ... 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1.1-ci maddəsinə əsasən isə dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, onun dövlət qeydiyyatına alınmasından imtina edilir. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının müraciətinə cavabdeh inzibati orqan tərəfindən qanunvericiliyə uyğun qaydada baxılmış, verilmiş imtina məktubu nəticəsində iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmamış və onların həyata keçirilməsinə maneə yaradılmamışdır. Məhkəmə hesab edir ki, imtina qanuni və əsaslı olduğundan hazırkı iddia tələbi təmin oluna bilməz. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi” barədə iddiası təmin edilməməlidir. İş üzrə məhkəmə xərcləri Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş ekspertiza xərclərindən ibarətdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 23.12..2022-ci il tarixli, 10/6546 saylı məktubuna əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdə aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat göstərilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 108.1-ci maddəsinə əsasən, prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 109-cu maddəsinə əsasən prosessual xərclərin ödənilməsi haqqında məsələ məhkəmə tərəfindən qəbul edilmiş qərardadla və ya mübahisə ilə bağlı iş üzrə qəbul edilmiş qərarla həll edilir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 110.3-cü maddəsinə əsasən iddianın təmin olunmadığı hallarda, inzibati məhkəmə icraatı ilə bağlı prosessual xərcləri ödəmək vəzifəsi, qanunvericilikdə digər hal nəzərdə tutulmamışdırsa, həmin şikayəti vermiş şəxsin üzərinə qoyulur. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyinə görə iş üzrə prosessual xərclər iddiaçıya aid edilməlidir.

NƏTİCƏVİ HİSSƏ:

Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat pul İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim Mehriban Qarayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar