Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7280/2020 08.12.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi ilə iddiaçılar İddiaçı və X6 cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı X18 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla qeydiyyatdan çıxarılma tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı X18 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla qeydiyyatdan çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X7, X16 və X10 mülkiyyətində olan ünvan 1 ünvanındakı mənzilindən qeydiyyatdan çıxarılmaları vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində X19 müstəqil tələb irəli sürən üçüncü şəxs qismində qeyd olunmuşdur. İddia tələbi onunla əsaslandırılmışdır ki, X18 əri X8 vəfat etdikdən sonra qaynatası X3 və qaynanası X11 qarşı "mülk və əmlak tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən iddia ərizəsində göstərilən və ona məxsus cehiz və qızıl-zinət əşyalarının, mülk (mənzil), əmlak və paltarların, həmin əmlaklar mövcud olmadıqda onların dəyərinin və 19.000 (on doqquz min) ABŞ dolları və 106.260 (yüz altı min iki yüz altmış) manat pulun alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Lakin xx xxxxx 2018-ci ildə X18, X4 və X19 "Barışıq sazişi” imzalamış və məhkəmə iclasında təqdim edilərək, Azərbaycan Respublikası MPM-nin 191, 261, 262-ci maddələrinin məzmununun onlara tam aydın olmasını bildirərək aralarında bağladıqları "Barışıq sazişi”nin şərtlərini təsdiq etməklə işin icraatına xitam verilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişlər. X4 və X19 öz üzərlərinə götürdükləri öhdəliyi yerinə yetirərək X12 və nəvələrini evlə təmin etmələrinə baxmayaraq, X18 məhkəmənin qərardadı ilə təsdiq olunmuş "Barışıq sazişi” ilə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, həmin iş üzrə cavabdehlərin oğlu İddiaçı ünvan 2 ünvanda şəxsi mülkiyyətində olan mənzilindən uşaqları ilə birlikdə qeydiyyatdan çıxmamış və qeydiyyatdan çıxmaqdan da imtina edir. Reyhan Bəndəliyeva mübahisəli mənzildən qeydiyyatdan çıxmadığına, həmin mənzildə qeydiyyatda qalmasına heç bir subyektiv hüququ olmadığına görə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəinə əsasən mülkiyyətində olan mənzildən iki uşağı ilə qeydiyyatdan çıxarılmaları barədə xx.xx.2019-cu il, 17/19 №li məktubla Bakı şəhəri Səbail rayon Pİ-nə müraciət etmiş, sonuncu xx.xx.2019-cu il tarixli 065-24131.1219 №li məktubu ilə imtina edərək, bildirmişdir ki, həmin məsələ məhkəmə qaydasında həll edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh Bakı şəhəri Cavabdeh iddia ilə bağlı yazılı münasibəti (etiraz) məhkəməyə təqdim olunmamışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3674/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qərardadı ilə iddia mümkün sayılmamış, İddiaçı "X7, X16 və X10 mənzildən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə” iddia tələbi ilə bağlı mülki icraat qaydasında ümumi məhkəməyə müraciət etmək hüququnun izah edilməsi qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2825/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə İddiaçı və üçüncü şəxs X19 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamış, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3674/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-569/2020 nömrəli, xx xxxx 2020-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2825/2019 saylı, xx xxxxxx 2019cu il tarixli qərardadı ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-1399/2020 saylı xx xxxxxx 2020-cu il tarixli qərardadı ilə İddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs X6 apellyasiya şikayəti təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(81)-3674/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qərardadı ləğv edilmiş, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı (üçüncü şəxs X18) X7, X16 və X10 iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanındakı mənzilindən qeydiyyatından çıxarılması və icrası vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işin müvafiq prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-1399/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadında göstərilmişdir ki, iddiaçının iddia ərizəsinin xahiş hissəsində qeyd edilmiş X25 (xx.xx.2010-cu il təvəllüdlü) və X21 (xx.xx.2007-ci il təvəllüdlü) üçüncü şəxs X7 övladlarıdır. Üçüncü şəxsin iddiaçının mülkiyyətində olan mənzildə əmlak hüququnun olub-olmaması, üçüncü şəxsin iddiaçının mənzilində əmlak hüququ, o cümlədən istifadə hüququnun olub-olmaması birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilməmişdir. Həmçinin işdə olan sənədlərlə üçüncü şəxsin mənzildə yaşayıb-yaşamaması da araşdırılmamışdır. Məhkəmə kollegiyası eyni zamanda qeyd etmişdir ki, iddiaçı iddia ərizəsində X35 (Həsən) qızını müstəqil tələb irəli sürən üçüncü şəxs kimi qeyd etmişdir. Bu səbəbdən işin birinci instansiya icraatı zamanı X6 müstəqil tələb irəli sürən üçüncü şəxs kimi məhkəmə icraatına cəlb edilməsinin zəruriliyi araşdırılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.9-cu maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Apelyasiya instansiyası məhkəməsinin qərardadında qeyd olunmuş göstərişlərə əsasən; - işə yenidən baxılarkən iddiaçılar-İddiaçı və X19, cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı X18 inzibati məhkəmə icratına üçüncü şəxs qismində cəlb olunmaqla, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən məhkəməyə iddia tələbinin dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanındakı mənzilində X18 və uşaqları xx.xx.2007-ci il təvəllüdlü X21 və xx.xx.2010-cu il təvəllüdlü X16 yaşayış yeri üzrə qeydiyyatlarına xitam verilməsi və onların həmin ünvandan qeydiyyatdan çıxarılmaları vəzifəsinin Səbail RPİ-nə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişlər. Həmin ərizəyə əlavə olunmuş; - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2020-ci il tarixli ******* nömrəli arayışdan müəyyən olunur ki, xx.xx.1967-ci ildə Kəlbəcərdə doğulmuş İddiaçı mülkiyyətində olan Bakı şəhəri Səbail rayonu, Badamdar qəsəbəsi T.Məmmədov küçəsi, ev 18, 17 saylı mənzildə onunla yanaşı X18 (xx.xx.1986), X21 (xx.xx.2007), X25 (xx.xx.2010), X26 (xx.xx.1979) qeydiyyatdadırlar. - Bakı şəhəri Səbail rayonu, Badamdar qəsəbəsi, T.Məmmədov küçəsi ev 18, mənzil 16-da yaşayan X14, (ş/v AZE № 01477942), Bakı şəhəri Səbail rayonu, Badamdar qəsəbəsi, T.Məmmədov küçəsi ev 18, mənzil 16-da yaşayan X15 (ş/v AZE № 06775009), Bakı şəhəri Səbail rayonu, Badamdar qəsəbəsi, T.Məmmədov küçəsi ev 18, mənzil 21-də yaşayan X5 (ş/v AZE № 01795296), Bakı şəhəri Səbail rayonu, Badamdar qəsəbəsi, T.Məmmədov küçəsi ev 18, mənzil 21-də yaşayan X27 (ş/v AZE № 08132280) iştirakları ilə tərtib olunmuş və Bakı şəhər Mənzil Kommunal Təsərrüfat Birliyi 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrrüfatı Departamenti 144 saylı Mənzil Komminal İstismar Sahəsinin rəisi A.Hüseynov tərəfindən imzası və 144 saylı Mənzil Komminal İstismar Sahəsinin möhürü ilə təsdiq olunmuş xx xxxxxx 2020-ci il tarixli aktda göstərilmişdir ki, həmin şəxslər 1987-ci ildən etibarən 17-ci mənzilin sakinləri –mərhum X4, arvadı X19 (həmçinin onların övladları Azər, Aidə, Sevinc və İlqar) ilə qonşu olmuşlar. X1 övladları- Bəndəliyeva Aidə, Bəndəliyeav Sevinc və Bəndəliyev İlqar ailə qurduqları gün, onların qonşuluğunda yaşadıqları 17 saylı mənzildən başqa ünvanlara köçmüşlər. Ailənin böyük övladı İddiaçı isə 1987-ci ildən hazırki dövrədək, ailəsi ilə (arvadı Nurlanə və iki övladı Aynur və Səbinə) birlikdə həmin ünvanda yaşayır. Lakin ailənin ikinci oğlu mərhum X8 (2006-cı ildə ailə qurub, 2014-cü ildə vəfat edib) və onun arvadı X18 və iki azyaşlı övladı onların qonşu olduqları X9 məxsus olan ünvan 4 ünvandakı mənzildə bir gün də olsa yaşamamışdır. X18 həmin mənzilə gəlin gəlməmiş, yaşamamış və oradan istifadə etməmişdir. - məhkəmənin müvafiq sorğusuna cavab olaraq; - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixli **********61 №li məktubu ilə X7, X16 və X10 Bakı şəhəri Səbail rayonu, Badamdar qəsəbəsi T.Məmmədov küçəsi, ev 18, 17 saylı mənzilə dair istifadə hüquqlarının dövlət reyestrində qeydiyyata alınması ilə bağlı məlumatın aşkar edilməməsi qeyd olunmuşdur. Məktubda həmçinin bildirilmişdir ki, Bakı şəhəri Səbail rayonu, Badamdar qəsəbəsi T.Məmmədov küçəsi, ev 18, 17 saylı mənzil Bakı şəhəri 28 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2017-ci il tarixli 4Ə-69 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən xx.xx.2017-ci il tarixində İddiaçı adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. İş materiallarında olan; - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışından görünür ki, ünvan 5 ünvanda yerləşən 95,1 kv.metr olan mənzil İddiaçı xüsusi mülkiyyətindədir, bu barədə xx.xx.2017-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə Daşınmaz əmlakın dövlət reyestrində 1058 nömrəli reyestr kitabının 95368 nömrəli vərəqində qeydiyyat aparılmışdır. - Bakı şəhəri İcra hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrrüfatı Birliyinin 144 saylı Mənzil Komminal İstismar Sahəsi tərəfindən verilmiş 038 №li xx.xx.2019-cu il tarixli Forma 2 arayışından müəyyən olunur ki, İddiaçı Səbail rayonu Badamdar qəsəbəsi T.Məmmədov küçəsindəki 18 №-li 5 mərtəbəli evin 1-ci mərtəbəsində 59,84 kv.m yaşayış sahəsi olan 5 otaqlı 17 nömrəli mənzildə yaşayır. Mənzil kommunal şəraitlidir. Bina Bakı şəhər MKTD-yə məxsusdur. İddiaçı ailəsi on nəfərdən ibarətdir. Mənzildə aşağıda adları qeyd olunan şəxslər daimi qeydiyyatdadırlar; İddiaçı (özü), X4 (atası-xx.xx.2019-cu il tarixdə ölmüşdür AZ-İİ №028115 nömrəli ölüm haqqında şəhadətnamə), X19 (anası), X17 (bacısı), X18 (qardaşı arvadı), X21 (qardaşı qızı), X25 (qardaşı oğlu), X28 (arvadı), X29 (qızı), X22 (qızı). - X18 ilə X4 və X19 arasında xx xxxxx 2018-ci il tarixdə imzalanmış və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-545/2018 saylı qərardadı ilə təsdiqlənmiş barışıq sazişinin şərtlərinə əsasən cavabdehlər X4 və X19 öz üzərinə öhdəlik götürürlər ki, Bakı şəhəri Binəqədi rayonu 7-8-ci mikrorayon ərazisində 83 saylı orta məktəbə yaxın ərazidə terləşən 5 və ya 9 mərtəbəli yaçayış binalarında, 3 otaqlı təmrli, yaşayışa tam hazır olan, bir-birindən təcrid olunmuş (otaqlar iç-içə olmamaq şərtilə) yaşayış binasının orta mərtəbələrində yerləşən (cavabdehlərin öz nəvələrinin normal yaşayış şəraitini təmin etmək üçün təqdim etdiyi mənzil) mənzillə ən gec bu saziş imzalandığı gündən 6 ay müddətində təmin edir. Mənzil X2 və X6 nəvələri X16 və X10 adına rəsmiləşdirlir və onların mülkiyyətinə verilir. Həmin mənzil iddiaçı X7 və övladlarının istifadəsinə verilir. Cavabdehlərin mənzilllə əlaqədar heç bir tələbləri olmayacaqdır (bənd 2.3). İddiaçının hazırki tələblə bağlı müraciətinə cavab olaraq Bakı şəhəri Cavabdeh tərəfindən iddiaçının vəkilinə ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubda göstərilmişdir ki, vətəndaş İddiaçı mülkiyyətində olan mənzildən vətəndaş Reyhan Bəndəliyevanı və iki uşağının qeydiyyatdan çıxarılması “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə müvafiq aparılır, göstərilən şəxslərin qeydiyyatdan çıxarılması üçün Bakı şəhəri, Səbail rayonu T.Məmmədov küçəsi ev 18, mənzil 17-nin mülkiyyətçisi İddiaçı tərəfindən istifadə hüququna xitam verilməsi üçün məhkəmə qarşısında vəsatət qaldırılmalıdır, yalnız qərar çıxarıldıqda və xitam verildikdən sonra Reyhan Bəndəliyeva və iki uşağının mənzildən çıxarılması mümkün olacaqdır. İşə yenidən birinci instansiya məhkəməsində baxılarkən iş üzrə iddiaçılar İddiaçı və X6 vəkili və nümayəndəsi Vəkil xx.xx.2020-ci il tarixli, cavabdeh Bakı şəhər Cavabdeh isə xx.xx.2020-ci il tarixli ərizələr ilə məhkəməyə müraciət edərək, məhkəmə baxışı iclaslarının onların iştirakı olmadan, şifahi dinləmə keçirilmədən baxılmasının təmin olunmasını xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada (məhkəmə bildirişinə rəsmi imza edilməklə) xəbərdar edilmiş iş üzrə üçüncü şəxs məhkəmə iclasına gəlməmiş və gəlmədiyi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3 və 16.2-ci maddələrinin tələblərinə əsasən işə tərəflərin və üçüncü şəxsin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə hazırki iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. İddia mümkündür. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin 2-ci hissəsinə görə mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, mübahisəli mənzil iddiaçıların mülkiyyətində və sahibliyindədir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aid olan öhdəliyin icrası haqqında iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İddiaçı cavabdeh orqanın bu hərəkətinin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçılar hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki məhkəmə mübahisəsi yaranmışdır. İddia, həmçinin əsaslıdır. İddianın hüquqi əsası “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunu təşkil edir. Həmin Qanunun 9-cu maddəsinin 1-6-cı yarımbəndlərinə əsasən, şəxs yaşayış yeri üzrə qeydiyyatdan yaşayış yerini dəyişdikdə-yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; başqa ölkədə yaşayış yeri seçdikdə-müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; ömürlük azadlıqdan məhrum edildikdə-məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə-ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdəməhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında əsasında çıxarılır. Göründüyü kimi qanunvericilik şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması əsaslarını dəqiq müəyyən etmişdir ki, bu əsaslar olmadan hər hansı şəxsin qeydiyyatdan çıxarılması qanunvericiliyin tələblərinin pozulması kimi qiymətləndirilir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin 2-ci yarımbəndində göstərilmişdir ki, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Həmin Qanunun 2-ci maddəsinin 3-cü yarımbəndində göstərilmişdir ki, on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Hazırki mübahisənin məhkəmə araşdırması zamanı X18 və uşaqları xx.xx.2007-ci il təvəllüdlü X21 və xx.xx.2010-cu il təvəllüdlü X16 iddiaçılar İddiaçı və X11 məxsus ünvan 5 ünvanında qeydiyyatda olmaları müəyyən olunsa da, onların mübahisəli mənzildə əmlak, o cümlədən istifadə hüquqlarını olmaması, həmçinin həmin şəxslərin qeyd olunan mənzildə heç vaxt yaşamadıqları müəyyən olunmuşdur. Həmçinin məhkəmə araşdırması zamanı iş materiallarından müəyyən olunmuşdur ki, hazırki iş üzrə üçüncü şəxs və onun azyaşlı övladları, hazırki iddiaçılardan X19 ilə imzalanmış və məhkəmə qərardadı ilə təsdiq olunmuş barışıq sazişi şərtlərinə əsasən sonuncu tərəfindən başqa yaşayış sahəsi ilə təmin olunmuşlar. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Qanunla müəyyən edilmiş hallar və ya məhkəmə qərarı istisna olmaqla mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz (maddə 43). Göründüyü kimi, X18 və uşaqları xx.xx.2007-ci il təvəllüdlü X21 və xx.xx.2010-cu il təvəllüdlü X16 yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün qanuni əsas mövcuddur ki, cavabdeh sonuncuları qeydiyyatdan çıxarmamaqla qanunvericiliyin tələblərini pozmuşdur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxxx 2020-ci il tarixli qərarında məhkəmə göstərmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən, təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Həmin Qanunun 70.3-cü maddəsinə əsasən inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Cavabdeh inzibati orqan ona iddiaçılar tərəfindən təqdim edilmiş müraciəti və məlumatı əsasında qanunun tələbləri baxımından araşdırma aparmalı olduğu halda bunu etməmiş və iddiaçının müraciətini formal əsaslarla təmin etməkdən imtina etmişdir. Buna görə də iddia təmin edilərək, cavabdeh inzibati orqanın üzərinə iddiaçıların tələbi üzrə öhdəlik qoyulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Üçüncü şəxs X18 və onun yetkinlik yaşına çatmayan uşaqları xx.xx.2007-ci il təvəllüdlü X21 və xx.xx.2010-cu il təvəllüdlü X16 iddiaçılar İddiaçı və X11 məxsus ünvan 7 ünvanından yaşayış yeri üzrə qeydiyyatlarına xitam verilməklə, onların həmin ünvandan qeydiyyatdan çıxarılmaları öhdəliyi cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə olunsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-7280/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7280/2020
08.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver