Məhkəmə qərarları › İş №2-1(112)-7282/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7282/2021

13.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7282/2021 13.07.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi ilə İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin Qeydiyyat İmtahan İdarəsinə qarşı etibarnamələrin və alqı-satqıların ləğv edilməsi tələbinə dair inzibati iş materiallarına mümkünlük icraatı ilə bağlı açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin Qeydiyyat İmtahan İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun vərəsəsi olduğu mərhum oğlu X4 tərəfindən verilmiş nəqliyyat vasitələri üzrə bütün etibarnamələrin ləğv edilməsi, onun vərəsəsi olduğu mərhum oğlu X3 adına olmuş, AZ **- MB-*** dövlət qeydiyyat nömrəli, 1999-cu il buraxılışlı, ağ rəngli, BAN:WDBHA24G2XA758136 Mersedes Benz C230 minik, şəhadətnamə AD740163, şəhadətnamənin verilmə tarixi 28.02.2020; AZ **-UA-*** dövlət qeydiyyat nömrəli, 2009cu il buraxılışlı, mavi metallik, BAN:JHMZE2H55AS000228 Honda İnsight minik, şəhadətnamə AD737815, şəhadətnamənin verilmə tarixi 18.02.2020; AZ **-KH-*** dövlət qeydiyyat nömrəli, 2001-ci il buraxılışlı, gümüş metallik, Mersedez Benz E220 minik, şəhadətnamə AD743030, şəhadətnamənin verilmə tarixi 12.03.2020; AZ **-VT-*** dövlət qeydiyyat nömrəli, 2010-cu il buraxılışlı, qara rəngli, BAN:KMHEC41CBBA193307 Hyundai Sonata minik, şəhadətnamə AD743735, şəhadətnamənin verilmə tarixi 16.03.2020 avtomaşınların alqı-satqılarının ləğv edilməsi, onun vərəsəsi olduğu mərhum oğlu X3 adına olmuş, lakin hal-hazırda alqı-satqısı aparılmamış AZ **-ZM-*** dövlət qeydiyyat nömrəli, 2005-ci il buraxılış, ağ rəngli, BAN:1G1PG5SB1F7259174 Chevrolet Cruze minik, şəhadətnamə (AD792092; şəhadətnamənin verilmə tarixi 25.03.2020), AZ **- UT-*** dövlət qeydiyyat nömrəli, 2007-ci il buraxılışlı, gümüş metallik, BAN:KMİ 1SH81DP7U176553 Hyundai Santafe minik, şəhadətnamə AD738850, şəhadətnamənin verilmə tarixi 22.02.2020 avtomaşınların alqı-satqısın, özgəninkiləşdirilmənin və sair əməliyyatların aparılmamasına dair etibarnamələrin qüvvədən düşməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun oğlu X7 oğlu 30 iyul 2020-ci il tarixdə “xroniki böyrək xəstəliyi” diqanozu ilə vəfat etmişdir. Onun tərəfindən müraciət əsasında bununla bağlı Bakı şəhər 9 saylı Notariat Kontorunda vərəsəlik işi açılmışdır. Vərəsəlik işinin rəsmiləşdirilməsi ilə əlaqədar X3 adına Azərbacan Respublikası DİN-nin Baş X8 İdarəsinin 12.11.2020-ci il tarixli, 016-104204-122 saylı sorğuya cavab məktubunda mərhumun adına qeydiyyatdan keçən nəqliyyat vasitələri aşkar edilmişdir. Avtomaşınlarla bağlı verilmiş etibarnamələrin ləğv edilməsi ilə bağlı onun tərəfindən 16.12.2020-ci il tarixdə Azərbaycan Respublikasının DİN-nin Baş X8 İdarəsinə rəsmi müraciət edilmişdir. Bununla da ölmüş şəxsin adından verilmiş etibarnamələrin ləğv edilməsi barədə icra qeydinin aparılmasına ümid etmişlər. 27 may 2021-ci il tarixdə 4 saylı Asan Xidmət mərkəzində nəvəsinin şəxsiyyət vəsiqəsini dəyişərkən orada olan X5 mərhum oğlunun adına olan avtomaşınlardan birini alqı-satqı etmək üçün baş etibarnamə verdiyini aşkar etmişdir. Bundan sonra araşdırma zamanı məlum olmuşdur ki, X6 qanunsuz olaraq mərhumun adına olan AZ **-MB-*** dövlət qeydiyyat nömrəli, 1999-cu il buraxılışlı, ağ rəngli, BAN:WDBHA24G2XA758136 Mersedes Benz C 230 minik, şəhadətnamə (AD740163; şəhadətnamənin verilmə tarixi 28.02.2020) 05.02.2021-ci il tarixdə, AZ **-UA-*** dövlət qeydiyyat nömrəli, 2009-cu il buraxılışlı, mavi metallik, BAN:JHMZE2H55AS000228 Honda İnsight minik, şəhadətnamə (AD737815; şəhadətnamənin verilmə tarixi 18.02.2020) 16.11.2020-ci il tarixdə, AZ **-KH- *** dövlət qeydiyyat nömrəli, 2001-ci il buraxılışlı, gümüş metallik, Mersedez Benz E220 minik, Şəhadətnamə (AD743030: şəhadətnamənin verilmə tarixi 12.03.2020) 01.03.2021ci il tarixdə, AZ **-VT-*** dövlət qeydiyyat nömrəli, 2010-cu il buraxılışlı, qara rəngli, BAN:KMHEC41CBBA193307 Hyundai Sonata minik, şəhadətnamə (AD743735; şəhadətnamənin verilmə tarixi 16.03.2020) 12.11.2020-ci il tarixdə başqa şəxslərin adlarına alqı-satqı etmişdir. DİN-nin Baş X8 İdarəsinin Qeydiyyat İmtahan İdarəsi 16.12.2020-ci il tarixdən məlumatlı olsa da avtomaşınları qanunsuz olaraq yuxarıda qeyd etdiyi müddətlərdə alqı-satqısını rəsmiləşdirmişdir. Onun mərhum oğlunun adına olan nəqliyyat vasitələrindən ikisi, AZ **-ZM-*** dövlət qeydiyyat nömrəli, 2005-ci il buraxılışlı, ağ rəngli, BAN:1G1PG5SB1F7259174 Chevrolet Cruze minik, şəhadətnamə (AD792092; şəhadətnamənin verilmə tarixi 25.03.2020), AZ **-UT-*** dövlət qeydiyyat nömrəli, 2007-ci il buraxılışlı, gümüş metallik, BAN:KM11SH81DP7U176553 Hyundai Santafe minik, şəhadətnamə AD738850, şəhadətnamənin verilmə tarixi 22.02.2020 hələlik alqı-satqısı aparılmamışdır. Onun mərhum oğlu X4 tərəfindən qeyd edilmiş avtomaşınlara verilmiş etibarnamələr mülki qanunvericiliyin tələblərinə əsasən şəxsin vəfatından sonra qüvvədən düşməklə etibarsız hesab edilir. Lakin tərəfindən də rəsmi olaraq DİN-nin Qeydiyyat-İmtahan İdarəsinə məlumat verilmişdir. Habelə tərəflərə tərəfindən qanunun alililliyinin qorunması istiqamətində avtomaşınların idarə edilməməsi istiqamətində etibarnamə üzrə məlumat verilmişdir. Lakin avtomaşınlar hal-hazırda idarə edilməklə özgəninkiləşdirilir. Bu səbəbədən etibarnamələr qüvvədən düşdüyündən həmin avtomaşınların idarə edilməsi qanunla yol verilməzdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflər lazımi qaydada xəbərdarlıq edilsələr də hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, ilkin məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı vəfat etmiş oğlu X3 mülkiyyətində olmuş avtomobillərlə bağlı verilmiş etibarnamələrin və alqısatqı müqavilələrinin ləğv edilməsini inzibati icraat qaydasında mübahisələndirmişdir. “İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun: - 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. - 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. - 2.0.3-cü maddəsinin tələbinə görə maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir. - 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. - 3.1-ci maddəsinə əsasən bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1-ci maddəsinə əsasən Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2-ci maddəsində inzibati məhkəmə icraatı qaydasında baxılan iddiaların növləri müəyyən edilmişdir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 saylı Qərarının: - 1-ci bəndinə əsasən mübahisənin məhkəmə aidiyyəti müəyyənləşdirilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə «MPM») 24-26-cı və 30-cu maddələri, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə «İPM») 2-ci maddəsi, habelə həmin Məcəllənin XV, XVİ, XVİİ və XVİİİ fəsillərinin aidiyyətlə bağlı müddəaları rəhbər tutulmalıdır. - 2-ci bəndinə əsasən nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. - 3.1-ci bəndinə əsasən xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. - 5.2-ci bəndinin tələbinə görə dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının xüsusi hüquq münasibətlərinin bərabər hüquqlu subyekti kimi çıxış etdiyi hallarda, onlarla fiziki və ya hüquqi şəxslər arasındakı münasibətlərdən (o cümlədən, icarə, əmlak kirayəsi, podrat, alqı-satqı, tapşırıq, xidmətlərin göstərilməsi və s. müqavilələrdən və ya əqdlərdən) irəli gələn mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qonunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə hesab edir ki, iddiaçı X2 ilə cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin Qeydiyyat İmtahan İdarəsi arasında olan münasibətlər ümumi (publik) hüquq münasibətlərindən irəli gəlmədiyindən hazırki iddiaya inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. İddiaçı pozulmuş hüquqlarının bərpasını mülki məhkəmə icraatı qaydasında mübahisələndirə bilər. Ona görə də iddiaçı X1 iddia tələbi inzibati icraat çərçivəsində mümkünlük şərtlərinə cavab vermədiyindən iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı X1 iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar