Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7289/2021 17.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçının nümayəndəsi və vəkili X1 oglunun Cavabdehin nümayəndəsi X3 oglunun iştirakları ilə İddiaçı cavabdeh Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə qarşı üçüncü şəxs Bakı Şəhər İcra Hakimiyyəti göstərilməklə “obyektin tikintisinə icazə verilməsi barədə qərar çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə” iddiası üzrə işə Bakı şəhərində məhkəmənin binasında (ünvan: ünvan 2 Ə Y Y Ə N E T D İ : İddiaçı cavabdeh Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə qarşı üçüncü şəxs Bakı Şəhər İcra Hakimiyyəti göstərilməklə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 3 ünvanda yerləşən obyektin tikintisinə icazə verilməsi barədə qərar çıxarılması vəzifəsinin cavabdeh Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçı mülkiyyətindəki ünvan 3 ünvanda yerləşən qeyri-yaşayış sahəsini yenidən qurmaq niyyətindədir. Buna görə də müvafiq icra hakimiyyəti orqanlarına müraciət edərək yenidən qurmaya icazə verilməsini xahiş etmiş, bütün zəruri sənədləri təqdim etmişdir. Bununla bağlı Baki Şəhər İcra Hakimiyyətinin 313 saylı 20 aprel 2018-ci il tarixli Sərəncamı ilə həmin obyektin şəhərsalma əsaslandırmaları təsdiq edilmişdir. Bakı Şəhər İcra Hakimiyyətinin 353 saylı 06 iyun 2018-ci il tarixli sərəncamı və 63 saylı 06 iyun 2018-ci il tarixli “Obyektin tikintisinə icazə” ilə həmin obyektin yenidən qurulmasına icazə verilmişdir. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavinin 05/06-A-41- 3046 saylı 20 noyabr 2018-ci il tarixli məktubu ilə Bakı Şəhər İcra Hakimiyyətinin tikintiyə icazənin verilməsi barədə 06.06.2018-ci il tarixli 353 saylı Sərəncamı və onun əsasında tərtib olunmuş 06.06.2018-ci il tarixli 63 saylı Obyektin tikintisinə icazə sənədi Bakı Şəhər İcra Hakimiyyəti Başçısının müavini vəzifəsinin müvəqqəti icra edən Rasim Quliyev tərəfindən imzalandığı əsas gətirilərək hər iki sənəd baxılması üçün Bakı Şəhər İcra Hakimiyyəti Başçısına göndərilmişdir. Lakin 3 ilə yaxın vaxt keçsə də, həmin məsələ müsbət həllini tapmamışdır. Buna görə də iddiaçı 26 aprel 2021-ci il tarixdə cavabdeh Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə müraciət edərək obyektin tikintisinə icazə verilməsi barədə qərar çıxarılmasını xahiş etmiş, ərizəyə Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 75.3-cü maddəsində nəzərdə tutulan sənədləri əlavə etmişdir. Cavabdeh isə qanunun tələblərini pozaraq tikintiyə icazə verilməsi barədə qərar çıxarmamış, XO-02-03-A-18-2021-01266 saylı 16 may 2021-ci il tarixli məktubla bildirmişdir ki, müraciətdə qaldırdığı məsələ ilə baglı Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi 05/06-A-41-3046 saylı 8 noyabr 2018-ci il tarixli məktubu ilə guya ətraflı cavab verilib. Cavabdeh nəzərə almamışdır ki, tikintiyə icazə barədə müraciətlə baglı “ətraflı məktub” yazılmır, müvafiq qərar qəbul edilir. Tikintiyə icazə barədə müraciətlə bağlı qərar qəbul edilməsi cavabdehin vəzifəsidir. İddiaçı tələbini Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 75.8-ci, 75.11-ci maddələri ilə əsaslandırmışdır. Digər tərəfdən Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavininin 05/06-A-41-3046 saylı 8 noyabr 2018-ci il tarixli məktubu ilə Bakı Şəhər İcra Hakimiyyətinin tikintiyə icazənin verilməsi barədə 06.06.2018ci il tarixli 353 saylı Sərəncamının və onun əsasında tərtib olunmuş 06.06.2018-ci il tarixli Obyektin tikintisinə icazə sənədinin Bakı Şəhər İcra Hakimiyyəti Başçısının müavini vəzifəsinin müvəqqəti icra edən Rasim Quliyev tərəfindən imzalandığı əsas gətirilərək hər iki sənədin baxılması üçün Bakı Şəhər İcra Hakimiyyəti Başçısına göndərilməsi qanuni və əsaslı sayıla bilməz. İki dövlət orqanı arasında sənədin hansı vəzifəli şəxs tərəfindən imzalanması baradə mübahisəsi iddiaçı üçün öhdəlik yarada və tikintiyə icazədən imtina üçün əsas sayıla bilməz. Məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, üçüncü şəxs təyin edilmiş məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, iştirak etməmə barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsinə İPM-in 13-cü maddəsinə əsasən hüquqi yardım göstərilərək müvafiq sənədləri toplayaraq aidiyyəti inzibati orqana təqdim etməsi təklif edilsə də, nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək işə mahiyyəti üzrə baxılmasını və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin hazırlıq iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı etiraza uygun verdiyi izahatında bildirdi ki, iddia ərizəsində göstərildiyi kimi iddiaçının ünvan 4 ünvanında yerləşən ticarət obyektinin yenidən qurulmasına icazə verilməsi barədə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə ünvanlandığı ərizəsinə Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin 16.05.2021-ci il tarixli XO-02-03-A-18-2021- 01266 nömrəli məktubu ilə cavab verilərək ərizəçinin qaldırdığı məsələyə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 20.11.2018-ci il tarixli 05/06-A-41-3046 nömrəli məktubla ətraflı məlumat verilməsi bildirilmişdir. Məlum olduğu kimi, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 57.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqanın müvafiq vəzifəli şəxsi tərəfindən imzalanmalıdır. Azərbaycan Respublikası Prezidentinin 06.06.2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 2.7-ci yarımbəndinə əsasən yerli icra hakimiyyətinin başçısı olmadıqda, məzuniyyətdə və ya ezamiyyətdə olduqda, xəstəliyi və ya digər səbəblərlə əlaqədar öz səlahiyyətlərini icra edə bilmədikdə, onun səlahiyyətlərini Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri ilə razılaşdırılmaqla icra başçısının müəyyən etdiyi müavinlərindən biri həyata keçirməlidir. Odur ki, tikintisinə, istismarına və şəhərsalma əsaslandırılmasının təsdiqinə dair müvafiq sənədlərin Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatı rəhbərinin imzası ilə verilməsi “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin tələblərini pozmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1-ci və 67.2-ci maddələrinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Bununla əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti başçısının 03.01.2019-cu il tarixli 02 nömrəli Sərəncamı ilə tikintisinə, istismarına və şəhərsalma əsaslandırılmasının təsdiqinə dair verilmiş sərəncamların və bu sərəncamların icrası istiqamətində aparılmış digər sənədləşmə işləri ləğv edilmişdir. Vətəndaş İddiaçı aid olan qeyri-yaşayış sahəsi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatı rəhbərinin imzaladığı 06.06.2018-ci il tarixli 353 nömrəli nömrəli Sərəncamı və onun əsasında tərtib olunan 06.06.2018-ci il tarixli 63 nömrəli Obyektin tikintisinə icazə sənədi ləğv olunan sənədlərdəndir. Qeyd olunan məsələlərlə bağlı Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən hər hansı qanun pozuntusuna yol verilməmişdir. Əlavə olaraq qeyd etdi ki, iddiaçı Bakı Şəhər İcra Hakimiyyəti başçısının 03.01.2019-cu il tarixli 02 nömrəli Sərəncamını mübahisələndirməmişdir. Sonda iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, işdə olan sənədləri araşdıraraq belə qənaətə gəlir ki, aşağıdakı səbəblərə görə iddia mümkün sayılmamalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 9cu bəndində qeyd edilmişdir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin qeyd olunan normasının mənası baxımından belə təfsirə malikdir ki, inzibati icraat qaydasında baxılan istənilən iddia – inzibati prosessual qanunvericiliyə uyğun verilməli, inzibati icraatda baxılan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən qanunla müəyyən edilən iddia müddəti çərçivəsində və qanuna müvafiq cavabdehliyi olan inzibati orqana qarşı verilməli, hüquq və azadlıqların pozulması (sübutlarını da əlavə etməklə) əsaslandırılmalıdır ki, həmin iddianın məhkəmə icraatında baxılması mümkün olsun. Əks təqdirdə, həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən məhkəmə iddianın mümkün sayılmaması barədə qərardad qəbul edir. Qeyd edilən normalara əsasən işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olubolmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. Belə ki, inzibati prosessual qanunvericiliyin tələbinə görə inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Yəni, inzibati orqan qanunla üzərinə düşən vəzifəni pozan qanunsuz hərəkət etməklə və ya vəzifəsini icra etməkdən yayınmaqla-bilavasitə hərəkətsizlik etməklə iradəsini ifadə etmiş olmalı, eyni zamanda belə iradə ifadəsinin məhz iddiaçının hüquqlarına toxunması sonuncu tərəfindən əsaslandırılmalıdır. İddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir. Konkret halda da məhz, iddianın inzibati məhkəmə icraatının mümkünlük şərtləri yerinə yetirilmir. Belə ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 3.0.20-ci maddəsinə görə, tikinti obyektinin yenidən qurulması (rekonstruksiyası) – obyektin mövcud təyinatının dəyişdirilməsi və ya istismar keyfiyyətinin müasirləşdirilməsi məqsədilə müvafiq layihə əsasında yeni texnologiyaların tətbiqi, yaxud yeni bina və ya qurğuların inşası, o cümlədən mühəndis-kommunikasiya təminatı xətlərinin quraşdırılması ilə bağlı tikintiquraşdırma və buraxılış-sazlama işlərinin yerinə yetirilməsidir. Həmin Məcəllənin 4.1 və 4.2-ci maddələrinə əsasən, şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədi ərazilərin və yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının təmin edilməsindən, fərdi maraqların qorunmasından, insanların həyatına, sağlamlığına, əmlakına, həmçinin dövlətin əmlak maraqlarına təhlükə yaranmasının və ya zərər vurulmasının qarşısının alınmasından, ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsindən, tarix və mədəniyyət abidələrinin qorunmasından ibarətdir. Azərbaycan Respublikası ərazisinin və ərazi hissələrinin planlaşdırılması yolu ilə ərazilərin inkişaf istiqamətlərinin müəyyən edilməsi, ərazilərdən səmərəli istifadənin və ərazilərin dayanıqlı inkişafının təmin edilməsi, həmçinin Azərbaycan Respublikası ərazisində insan üçün əlverişli və sağlam yaşayış, iş və istirahət mühitinin yaradılması baxımından fərqlərin azaldılması və tədricən aradan qaldırılması şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin əsas istiqamətlərindəndir. Həmin Məcəllənin 5.1-ci maddəsinə görə şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlətin səlahiyyətləri aşağıdakılardır: ərazi planlaşdırılması sənədlərinin hazırlanması və təsdiq edilməsi; ərazi planlaşdırılması sənədlərinin hazırlanmasına və həmin sənədlərin tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsi; şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sisteminin yaradılması və onun tətbiqi qaydasının müəyyən edilməsi; tikintiyə icazə verilməsi; şəhərsalma və tikinti fəaliyyətinin lisenziyalaşdırılması; tikinti fəaliyyətinin peşə sahələrinin, tikinti materiallarının və məmulatının, tikinti təyinatlı avadanlıqların, maşın və mexanizmlərin sertifikatlaşdırılmasının təşkili; tikintiyə nəzarətin həyata keçirilməsi; tikinti layihələrinin ekspertizadan keçirilməsi; şəhərsalma və tikintiyə dair normativ sənədlərin hazırlanması və qəbul edilməsi; tikinti obyektlərinin istismarına icazə verilməsi; şəhərsalma və tikinti sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin həyata keçirilməsinin təmin edilməsi; tikinti fəaliyyətinin ətraf mühitə təsirinin qiymətləndirilməsi meyarlarının və qaydalarının müəyyən edilməsi. Həmin Məcəllənin 7-ci maddəsinə görə Azərbaycan Respublikasında şəhərsalma və tikinti fəaliyyəti aşağıdakı prinsiplər əsasında həyata keçirilir: sağlam və təhlükəsiz yaşayış, iş və istirahət şəraiti ilə bağlı sosial minimumların təmin edilməsi; təhlükəsizliyin təmin edilməsi; ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsi; şəhərsalma sənədlərinə uyğunluğun təmin edilməsi; tarixi landşaftın və mədəni irs obyektlərinin qorunması; ictimaiyyətin məlumatlandırılması. Həmin Məcəllənin 75.1-ci maddəsinə görə barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı tərəfindən tikintiyə icazə verilməlidir. Tikintiyə icazə müvafiq tikinti ərazisi üçün qüvvədə olan müfəssəl plan əsasında verilir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyü bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə əsasən yoxlanılır. Həmin Məcəllənin 75.1-1-ci maddəsinə görə sifarişçi tikintiyə icazə üçün müraciət etməzdən əvvəl tikinti aparmaq istədiyi ərazidə aparılacaq tikintinin icazə verilən parametrlərini (ərazinin tikinti əmsalı, ərazinin tikinti sıxlığı əmsalı, tikinti obyektlərinin hündürlüyü və s.) öyrənmək məqsədi ilə obyektin təyinatını göstərməklə sorğu ilə müvafiq icra hakimiyyəti orqanına müraciət edə bilər. Həmin müraciətə 10 gün müddətində əsaslandırılmış cavab verilməlidir. Həmin Məcəllənin 75.2-ci maddəsinə görə sifarişçi tikintiyə icazə almaq üçün müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edir. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur: torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surəti; tikinti layihəsi; sifarişçi hüquqi şəxs olduqda, hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti. Həmin Məcəllənin 75.3-cü maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı tikintiyə dair ərizənin və tikinti layihəsinin təqdim edildiyi vaxtdan 3 iş günü ərzində bu Məcəllənin 75.2-ci maddəsində nəzərdə tutulmuş sənədlərin tamlığını yoxlayır. Sənədlər tam təqdim olunmadıqda, müvafiq icra hakimiyyəti orqanı onların tamamlanması üçün zəruri hərəkətlər barədə ərizəçiyə dərhal məlumat verir və bu məqsədlə 10 gün müddət təyin edir. Sənədlərin tamlığının təmin edilməməsinin hüquqi nəticələri ərizəçiyə izah olunur. “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 4 sentyabr 2012-ci il tarixli 695 nömrəli Fərmanının 4.7-1.- 4.7-1.2.1.- ci bəndində həmin Məcəllənin 75.1-ci, 75.2-ci və 75.3-cü maddələrinin birinci cümlələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərinin Bakı şəhərinin inzibati ərazisində Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin həyata keçirdiyi müəyyən edilmişdir. “Şəhərsalma fəaliyyəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 1 avqust 2018-ci il tarixli 226 nömrəli Fərmanının 2.-ci bəndində müəyyən edilmişdir ki, Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin verilməsini (tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının Mənzil X2 tərəfindən verildiyi hallar istisna olmaqla) Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 28 dekabr tarixli 460 nömrəli Fərmanının 3.1.-cü bəndində Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və yerli icra hakimiyyəti orqanlarına tikintiyə icazə və tikinti obyektlərinin istismarına icazə verilməsi işinin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində və bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Qaydada müəyyən edilmiş tələblərə və müddətlərə uyğun təşkilini, habelə qanunvericilikdə nəzərdə tutulmayan sənədlərin tələb olunması hallarının qarşısının alınmasının təmin edilməsi tapşırılmışdır. Həmin Fərmanla təsdiq edilmiş “Bəzi tikinti obyektlərinə tikintiyə icazə və tikinti obyektinin istismarına icazə verilməsi” Qaydasının “Tikintiyə icazənin alınması ilə bağlı müraciət və tikintiyə icazənin əldə edilməsinin “bir pəncərə” əsasında həyata keçirilməsi” ilə baglı 3.-cü bölməsinin 3.1.-ci bəndinə əsasən sifarişçi obyektin tikintisinə icazəni almaq məqsədilə Məcəllənin 75-ci maddəsinə uyğun olaraq “bir pəncərə” prinsipi əsasında icazə verən orqana elektron və ya yazılı qaydada müraciət edir. Müraciətdə həyata keçirilməsi nəzərdə tutulan tikinti fəaliyyətinin (tikinti obyektinin inşası, yenidən qurulması, bərpası, əsaslı təmiri və ya sökülməsi) növü və ya növləri dəqiq göstərilməlidir. Müraciət tikintiyə icazə verən orqana daxil edildiyi gün tikintiyə icazə verilməsi icraatı başlanılmış hesab olunur. 3.2. Müraciətə aşağıdakı sənədlər əlavə edilir: 3.2.1. torpaq sahəsi üzərində tikinti aparılmasına səlahiyyət verən mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surəti; 3.2.2. tikinti layihəsi kağız (yazılı qaydada müraciət etdikdə) və elektron formada (hər biri 1 nüsxədə); 3.2.3. sifarişçi hüquqi şəxs olduqda hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti, fiziki şəxs olduqda şəxsiyyətini təsdiq edən sənədin surəti; 3.2.4. “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun əlavəsində göstərilən fəaliyyət növləri üzrə layihələrin ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədi və həmin sənədin dövlət ekoloji ekspertizasının rəyi. 3.3. Tikintiyə icazə verən orqan 2 (iki) iş günü müddətində təqdim olunmuş sənədlərin tamlığını yoxlayır və sənədlər tam təqdim olunmadıqda, onların tamamlanması üçün zəruri hərəkətlər barədə məlumatı ərizəçiyə təqdim edir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərir, həmçinin sənədlərin tamlığının təmin edilməməsinin hüquqi nəticələrini ərizəçiyə izah edir. Bütün natamamlıqlar eyni zamanda ərizəçiyə bildirilməlidir. Sifarişçi sənədlərin tamlığını məlumatı aldığı tarixdən ən geci 10 (on) gün müddətində təmin etməlidir. Bu zaman tikintiyə icazə icraatı üçün nəzərdə tutulmuş müddətin axımı dayandırılır. Sənədlərin tamlığının təmin edilməsi barədə sifarişçinin müraciətindən sonra müddətin axımı bərpa olunur. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarına əsasən, iddiaçının ilkin olaraq 18.10.2018-ci il tarixli müraciəti cavabdeh orqana deyil, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə məhz ticarət obyektinin yenidən qurulmasına icazə verilməsi ilə baglı deyil, onda olan mövcud sənədlər əsasında ünvan 3 ünvanda yerləşən ticarət obyektinin yenidən qurulmasına icazə verilməsinə dair məlumatların Tikintilərin Dövlət Reyestrinə daxil edilməsi ilə baglı olmuşdur. İddiaçının həmin müraciəti səhərsalma nəzarəti çərçivəsində araşdırılaraq Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavininin 05/06-A-41-3046 saylı 20 noyabr 2018-ci il tarixli məktubu ilə tikintiyə icazənin verilməsi barədə 06.06.2018-ci il tarixli 353 saylı Sərəncamın və onun əsasında tərtib olunmuş 06.06.2018-ci il tarixli 63 saylı Obyektin tikintisinə icazə sənədinin səlahiyyəti olmayan şəxs (Bakı Şəhər İcra Hakimiyyəti Başçısının müavini vəzifəsinin müvəqqəti icra edən Rasim Quliyev) tərəfindən imzalandığı göstərilərək hər iki sənəd baxılması üçün Bakı Şəhər İcra Hakimiyyəti Başçısına və məlumat üçün iddiaçıya göndərilmişdir. İddiaçı əldə etdiyi sənədin qanunvericiliyin tələblərinə uygun olmayan sənəd oldugu barədə artıq bu məqamdan məlumatlı oldugu halda, bu barədə heç bir hüquqi müdafiə tədbirlərindən istifadə etməmiş, sənədin aqibəti barədə maraqlanmamışdır (bunun əksi barədə iddiaçının nümayəndəsinin heç bir sübut təqdim etməmişdir). Məhkəmə iclasında cavabdeh inzibati orqanın nümayəndəsinin təqdim etdiyi sənədlərdən məlum olmuşdur ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 03.01.2019-cu il tarixli 02 saylı Sərəncamı ilə Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının rəhbərinin qanunvericiliyə zidd olaraq imza səlahiyyəti olmadan imzaladıgı 06.06.2018-ci il tarixli 353 saylı Sərəncam və bu sərəncamın icrası istiqamətində aparılmış digər sənədləşdirmə işləri ləgv edilmişdir. İddiaçı bunları bilməli oldugu halda (ən azı sənədlərini topladıgı məqamda onların qüvvədə olub-olmaması ilə dövlət orqanından məlumat əldə edə bilərdi) buna baxmayaraq cavabdeh inzibati orqana qeyri-yaşayış sahəsinin yenidən qurulmasına icazə verilməsi barədə müraciət-ərizəsinə qoşma sənədlərə obyektin tikintisinə icazə verilməsi barədə ləgv edilmiş və heç bir qüvvəsi olmayan Bakı Şəhər İcra Hakimiyyəti Başçısının müavini vəzifəsini müvəqqəti icra edən Rasim Quliyev tərəfindən imzalanmış 353 saylı 06 iyun 2018-ci il tarixli sərəncamını və 63 saylı 06 iyun 2018-ci il tarixli “Obyektin tikintisinə icazə”ni əlavə etmişdir. Beləliklə də iddiaçı Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 28 dekabr tarixli 460 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Bəzi tikinti obyektlərinə tikintiyə icazə və tikinti obyektinin istismarına icazə verilməsi” Qaydasında müəyyən edilmiş qaydada müraciət etmədiyindən Qaydaların 3.3.-cü bəndinə müvafiq olaraq cavabdeh orqan təqdim olunmuş sənədlərin tamlığını yoxlamış və sənədlər tam təqdim olunmadıgından (qüvvədə olmayan sənədlər təqdim edildiyindən), onların tamamlanması üçün zəruri hərəkətlər barədə məlumatı ərizəçiyə təqdim etmişdir (16.05.2021-ci il tarixli XO-02-03-A-18-2021-01266 nömrəli məktubla 20.11.2018-ci il tarixli 05/06-A-41-3046 nömrəli məktuba istinadən). Qaydalara əsasən sifarişçi sənədlərin tamlığını məlumatı aldığı tarixdən ən geci 10 (on) gün müddətində təmin etməlidir. Bu zaman tikintiyə icazə icraatı üçün nəzərdə tutulmuş müddətin axımı dayandırılır. Sənədlərin tamlığının təmin edilməsi barədə sifarişçinin müraciətindən sonra müddətin axımı bərpa olunur. Lakin iddiaçı qanunvericiliyin bu tələblərinə riayət etmədən məhkəməyə müraciət etmişdir. Göründüyü kimi də, hazırki iş üzrə mübahisəli münasibətə dair cavabdeh orqanın hüquqi mövqeyini ehtiva edən iradə ifadəsinin (hərəkəti və ya hərəkətsizliyi) mövcud olması iddiaçı tərəfindən əsaslandırılmır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 6.1ci bəndində məhkəmələrə tövsiyə olunur ki, iddianın mümkünlüyü baxımından hüququn pozulub - pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmamadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növlərindən istifadə edibetmədiyi yoxlanılmalıdır. 6.2-ci bənddə qeyd edilir ki, iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. Göründüyü kimi, iddiaçının hazırkı iddiası iddiaçının çatmaq istədiyi məqsədə nail olmaq üçün uğurlu iddia sayıla bilməz və belə olan halda iddia mümkün sayıla bilməz. Beləliklə də, məhkəmə hazırkı iş üzrə iddianın mümkün sayılmaması qənaətinə gəldiyinə görə iddiaçı tərəfə izah edir ki, qaldırılmış məsələ ilə bağlı qanunvericiliklə müəyyən edilmiş sənədləri toplamaqla cavabdeh inzibati orqana müraciət etməli, müraciətindən imtina edildiyi halda isə məhkəmədə iddia qaldırmaq hüquqlarından istifadə edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 8KİM: Mehriban Qarayeva
Məhkəmə qərarları › İş №2-1(112)-7289/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7289/2021
17.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver