Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-729/2023 10.03.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, birgə iddiaçılar İddiaçı2 Firidun oğlunun nümayəndəsi (anası) X20, İddiaçı1 və nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, birgə iddiaçılar İddiaçı1 və İddiaçı2 Firidun oğlunun cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı “Binəqədi Rayon İcra Hakimiyyətinin xx.xx.2020-ci il tarixli 33 nömrəli Sərəncamının ləğv edilməsi və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınma” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. X30 məhkəməyə müraciət edərək X25 xx.xx.2019-cu il tarixində vəfat etdiyinə görə, onun qanuni vərəsələri olan xx.xx.2003-cü il təvəllüdlü İddiaçı1 və xx.xx.2008-ci il təvəllüdlü İddiaçı2 ataları X12 yerinə yaşayış sahəsinə ehtiyacı olan qismində 132-ci nömrədə qeyd edərək uçota alınması vəzifəsini Binəqədi Rayon İcra Hakimiyyətinin üzərinə qoyulmasını xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, o, X25 ilə faktiki nikah münasibətinə daxil olmaqla ailə həyatı qurmuşdur. Bu faktiki nikahdan xx.xx.2003-cü il təvəllüdlü İddiaçı1 və xx.xx.2008-ci il təvəllüdlü İddiaçı2 adlı iki övladları dünyaya gəlmişdir. Az-1 saylı, 241277 nömrəli “Azərbaycan Respublikası atalığın müəyyən edilməsi haqqında” şəhadətnamədən görünür ki, İddiaçı1 və İddiaçı2 qızı faktiki nikah münasibətində yaşadığı mərhum həyat yoldaşı X12 övladlarıdır. Faktiki nikah dövründə olduğu zaman mərhum yoldaşı X6 Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli Sərancamı ilə Qarabağ müharibəsi İİ qrup əlili kimi güzəştli əsaslarla mənzil növbəsinə götürülmüşdür. Həmin siyahıda 132 nömrə ilə qeyd edilmişdir. Yoldaşı müəyyən müddət bundan qabaq rəhmətə getmişdir. Bu hadisədən sonra Binəqədi Rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət edərək bildirdi ki, mərhum yoldaşı X25 xx.xx.2019-cu il tarixində vəfat etdiyinə görə, onun qanuni vərəsələri olan xx.xx.2003-cü il təvəllüdlü İddiaçı1 və xx.xx.2008-ci il təvəllüdlü İddiaçı2 ataları X12 yerinə yaşayış sahəsinə ehtiyacı olan qismində 132-ci nömrədə qeyd edərək uçota alınmasını təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X12 Binqədi Rayon İcra Hakimiyyətində mövcud olan mənzil uçot qovluğu araşdırılarkən məlum olmuşdur ki, o, xx.xx.2017-ci il tarixli ərizə ilə Binqədəi Rayon İcra Hakimiyyətinə müraciət edərəkən yalnız özünün mənzil öhdəsinə götürülməsini xahiş etmiş və ailə üzvləri barədə hər hansı bir sənəd və ya məlumat təqdim etməmişdir. Eyni zamanda bildirirlər ki, təqdim olumuş sənədlərdən məlum olmuşdur ki, vətəndaş X25 xx.xx.2019-cu il tarixində vəfat etmiş və aranızda nikah bağlanmamış, atalığın müəyyən edilməsi haqqında şəhadətnamələrə əsasən övladları İddiaçı2lunun və HəmzəyevaAlmaz Firudin qızının atası hesab edilsə də mərhum tərəfindən onların Binqədi Rayon İcra Hakimiyyətində olan mənzil növbəsinin ailə tərkibinə daxil olmaları barədə Rayon İcra Hakimiyyətinə müraciət edilməmişdir. İddiaçı qeyd edir ki, Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən ərizəsinə verilmiş cavab məktubunda qeyd edilmiş imtina əsassızdır. İcra Hakimiyyətinin imtina səbəbi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 24 iyul tarixli 322 nömrəli qərar ilə təsdiq edilmiş “Yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat edildiyi halda həmin uşotun onun ailə üzvləri üçün saxlanılması” Qaydasının 3-cü maddəsinin 3 bəndində nəzərdə tutulmuş imtina səbəblərinin içində yer almamaqdadır. Ona görə də hesab edir ki, müraciətinə məhkəmə qaydasında baxılaraq hüquqi qiymət verilməlidir.
3. Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən yazılmış 04/12-11-11/H-244-068 saylı, 09 dekabr 2021-ci il tarixli imtina məktubunda bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 322 nömrəli Jxx.xx.2019-cu il qərarının 1.2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsi ilə müəyyən edilən qanun üzrə vərəsələr sırasından olan və əlilliyi olan şəxs yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınarkən onun ailə üzvləri kimi qeydiyyata alınmış şəxslər növbəliyə götürülmüş əlilin əvəzinə növbəliliyə götürülür. Məsələ ilə əlaqədar bildirilir ki, X2 Binəqədi Rayon İcra Hakimiyyətində mövcud olan mənzil-uçot qovluğu araşdırılarkən məlum olmuşdur ki, o, xx.xx.2017-ci il tarixli ərizə ilə Binəqədi Rayon İcra Hakimiyyətinə müraciət edərkən, yalnız özünün mənzil növbəsinə götürülməsini xahiş etmiş və ailə üzvləri barədə hər hansı sənəd və ya məlumat təqdim etməmişdir. Eyni zamanda bildirilir ki, təqdim olunmuş sənədlərdən məlum olmuşdur ki, vətəndaş X25 xx.xx.2019-cu il tarixində vəfat etmiş və aranızda nikah bağlanmamış, atalığın müəyyən edilməsi haqqında şəhadətnamələrə əsasən övladları İddiaçı2 və İddiaçı1 atası hesab edilsə də, mərhum tərəfindən onların Blnəqədi Rayon İcra Hakmiyyətində olan mənzil növbəsinin ailə tərkibinə daxil olmaları barədə Rayon İcra Hakimiyətinə müraciət olunmamışdır.
4. Məhkəmənin iddiaçıya göstərdiyi hüquqi yardımına əsasən iddiaçı iddia tələbini iddiaçı qismində X12 övladları-İddiaçı2 və İddiaçı1 qəbul edilməsini xahiş etmişdir.
5. Məhkəmənin 24 may 2022-ci il tarixli qərardadı ilə iş üzrə əsl olmayan iddiaçı X30 əsl iddiaçılar İddiaçı2 və İddiaçı1 ilə əvəz edilmişdir.
6. Cavabdeh tərəfindən məhkəməyə imtinanın məzmununa uyğun olaraq iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, iddiaçı qeyd olunan tələblə məhkəmədə iddia qaldırsa da iddia tələbini qətiyyən əsaslandırmamışdır. Belə ki, iddiaçı xx.xx.2020-ci il tarixli H-158-068 saylı ərizə ilə Binəqədi Rayon İcra Hakimiyyətinə müraciət edərək, Binəqədi Rayonu İcra Hakimiyyətində mənzil növbəsində olan, lakin vəfat etmiş X12 qanuni vərəsələri İddiaçı1 və İddiaçı2 onun əvəzinə siyahı üzrə 132-ci sırada olmaqla mənzil uçotuna alınmalarına köməklik göstərilməsini xahiş etmişdir. Vətəndaşın müraciəti tərəfimizdən araşdırılarkən müəyyən olunmuşdur ki, vətəndaş X6 Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli 98 saylı sərəncamı ilə Qarabağ müharibəsinin İİ qrup əlili kimi ailə tərkibi 1 (bir) nəfərlə (özü) güzəştli əsaslarla mənzil növbəsinə götürülmüşdür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 24 iyul tarixli 322 nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda həmin uçotun onun ailə üzvləri üçün saxlanılması Qaydası”nın 1.2.2-ci maddəsinə əsasən əlilliyi olan şəxsin ailə üzvləri - Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159-cu maddəsi ilə müəyyən edilən qanun üzrə vərəsələr sırasından olan və əlilliyi olan şəxs yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınarkən onun ailə üzvləri kimi qeydiyyata alınmış şəxslərdir. X2 Binəqədi Rayon İcra Hakimiyyətində mövcud olan mənzil-uçot qovluğu araşdırılarkən məlum olmuşdur ki, o xx.xx.2017-ci il tarixli ərizə ilə Binəqədi Rayonu İcra Hakimiyyətinə müraciət edərkən, yalnız özünün mənzil növbəsinə götürülməsini xahiş etmiş və ailə üzvləri barədə hər-hansı sənəd və ya məlumat təqdim etməmişdir. Təqdim olunmuş sənədlərdən məlum olmuşdur ki, vətəndaş X25 xx.xx.2019-cu il tarixdə vəfat etmiş, X10 ilə aralarında nikah bağlanmamış, atalığın müəyyən edilməsi haqqında şəhadətnamələrə əsasən övladları İddiaçı2 və İddiaçı1 atası hesab edilsə də, mərhum tərəfindən onların Binəqədi Rayon İcra Hakimiyyətində olan mənzil növbəsinin ailə tərkibinə daxil olmaları barədə Rayon İcra Hakimiyyətinə müraciət olunmamış və o vəfat edənə qədər Rayon İcra Hakimiyyətində ailə tərkibi 1 nəfərlə mənzil növbəsində olmuşdur. Vətəndaşın müraciəti tərəfimizdən araşdırılarkən mənzil növbəsinin X20 X12 əvəzinə Binəqədi Rayonu İcra hakimiyyətində mənzil uçotuna alınması üçün əsaslar olmadığından və X25 vəfat etdiyindən “X4 X12 əvəzinə Binəqədi Rayon İcra Hakimiyyətində mənzil uçotuna alınmasından imtina edilməsi barədə” 93 saylı xx.xx.2020-ci il tarixli sərəncam qəbul olunmuş, X25 mənzil növbəsindən çıxarılmış və qeyd olunan sərəncam xx.xx.2020ci il tarixli 02/09-11-25/71-186-068 saylı məktubla iddiaçının aşadığı ünvana göndərilmişdir. Həmçinin bildirilir ki, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 93 saylı xx.xx.2020-ci il tarixli sərəncamının 3-cü bəndində sərəncamdan hüquqi qüvvəyə mindiyi andan (rəsmi qaydada verildiyi gündən) 30 gün müddətində subordinasiya baxımından yuxarı inzibati orqana və ya məhkəməyə şikayət verilməsi qeyd olunsa da iddiaçı məhkəmədə iddianı qeyd olunan müddət ötürüldükdən sonra qaldırmışdır. AR İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul riilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati aktın qəbul edilməsi ə ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. AR İnzibati-Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılması barədə məhkəmə qərardad qəbul edir. Qeyd olunan qanunvericiliyin tələblərinə görə iddiaçı inzibati orqana rəsmi müraciət etməli və həmin orqan tərəfindən inzibati aktın qəbul edilməsindən imtina olunması yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarmın və qanunla qorunan maraqların pozulduğu müəyyən edildiyi hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır və bu zaman məhkəmə sözügedən iddialarla bağlı inzibati mübahisəyə baxa bilər. Lakin göründüyü kimi iddiaçı öz tələblərinin əsasını iddia ərizəsində paslandırmayaraq hüquqlarının pozulduğunu bildirmişdir. Yuxarıda qeyd olunan qanun normalarından göründüyü kimi vətəndaş F.Həmidovanm xahişinin təmin edilməsi üçün qanuni əsaslar mövcud olmamışdır Qeyd olunanlara əsasən cavabdeh orqan iddia tələbinin rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
7. Məhkəmənin sorğusuna cavab olaraq Binəqədi Rayon İcra Hakimiyyətinin 20 iyun 2022-ci il tarixli 02/09-11-32/305 nömrəli məktubunda bildirilmişdir ki, X6 Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli 98 saylı sərəncamı ilə Qarabağ müharibəsinin İİ qrup əlili kimi ailə tərkibi 1 (bir) nəfərlə (özü) güzəştli əsaslarla mənzil növbəsinə götürülmüş, lakin Binəqədi Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2022-ci il tarixli 93 saylı sərəncamı ilə mənzil növbəsindən çıxarılmışdır.
8. Məhkəmənin sorğusu əsasında Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən təqdim olunmuş xx.xx.2022-ci il tarixli, 93 nömrəli sərəncamına əsasən bildirilmişdir ki, aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, X28 duz oğlu Binəqədi Rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli 98 saylı sərəncamı ilə Qarabağ müharibəsinin İİ qrup əlili kimi ailə tərkibi 1 (bir) nəfərlə (özü) izəştli əsaslarla mənzil növbəsinə götürülmüşdür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 24 iyul tarixli 322 nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda həmin uçotun onun ailə üzvləri üçün saxlanılması Qaydası”nın 1.2.2-ci maddəsinə əsasən əlilliyi olan şəxsin ailə üzvləri Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159-cu maddəsi ilə müəyyən edilən qanun üzrə vərəsələr sırasından olan və əlilliyi olan şəxs yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınarkən onun ailə üzvləri kimi qeydiyyata alınmış şəxslərdir. X2 Binəqədi Rayonu İcra Hakimiyyətində mövcud olan mənzil-uçot qovluğu araşdırılarkən məlum olmuşdur ki, o, xx.xx.2017-ci il tarixli ərizə ilə Binəqədi Rayonu İcra Hakimiyyətinə müraciət edərkən, yalnız özünün mənzil növbəsinə götürülməsini xahiş etmiş və ailə üzvləri barədə hər-hansı sənəd və ya məlumat təqdim etməmişdir. Təqdim olunmuş sənədlərdən məlum olmuşdur ki, vətəndaş X25 xx.xx.2019-ctı il tarixdə vəfat etmiş, X10 ilə aralarında nikah bağlanmamış, atalığın müəyyən edilməsi haqqında şəhadətnamələrə əsasən övladları İddiaçı2 və X11 atası hesab edilsə də, mərhum tərəfindən onların Binəqədi Rayonu İcra Hakimiyyətində olan mənzil növbəsinin ailə tərkibinə daxil olmaları barədə Rayon İcra Hakimiyyətinə müraciət olunmamışdır.
9. “Yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda həmin uçotun onun ailə üzvləri üçün saxlanılması Qaydası”na 1 nömrəli əlavədən görünür ki, X9 Rayon İcra Hakimiyyətinin xx.xx.2017-ci il tarixində 98 saylı Sərəncamına əsasən xx.xx.2003-cü il təvəllüdlü İddiaçı1 və İddiaçı2 X12 əvəzinə uçota alınmasına köməklik göstərilməsini xahiş etmişdir.
10. “X4 X12 əvəzinə Binəqədi Rayonu İcra Hakimiyyətində mənzil uçotuna alınmasından imtina edilməsi barədə” Bakı şəhəri Binəqədi rayon icra hakimiyyəti başçısının xx.xx.2020ci il tarixli 93 nömrəli sərəncamı ilə X4 X12 əvəzinə Binəqədi rayon İcra Hakimiyyətində mənzil uçotuna alınmasından imtina edilmiş, vətəndaş X25 yaşayış yeri üzrə Binəqədi rayon icra hakimiyyətində yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçotdan çıxarılmışdır. Sərəncam Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 55.1.7-ci maddəsinə, Nazirlər Kabinetinin 2019-cu il 24 iyul tarixli 322 nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda həmin uçotun onun ailə üzvləri üçün saxlanılması Qaydası”nın 2.5-ci maddəsinə və “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə’’nin 3.9.6-cı və 6.8,-ci bəndləri ilə əsaslandırılaraq qeyd edilmişdir ki, X10 ərizə iiə Binəqədi Rayonu İcra Hakimiyyətinə müraciət edərək, Binəqədi Rayonu İcra Hakimiyyətində mənzil növbəsində olan, lakin vəfat etmiş X12 mənzil növbəsinin adına keçirilərək, mənzil-uçot qovluğunun Xətai Rayonu İcra Hakimiyyətinə göndərilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, vətəndaş X6 Rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli 98 saylı sərəncamı ilə Qarabağ müharibəsinin İİ qrup əlili kimi ailə tərkibi 1 (bir) nəfərlə (özü) güzəştli əsaslarla mənzil növbəsinə götürülmüşdür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 24 iyul tarixli 322 nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda həmin uçotun onun ailə üzvləri üçün saxlanılması Qaydası"nın 1.2.2-ci maddəsinə əsasən əlilliyi olan şəxsin ailə üzvləri - Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159-cu maddəsi ilə müəyyən edilən qanun üzrə vərəsələr sırasından olan və əlilliyi olan şəxs yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınarkən onun ailə üzvləri kimi qeydiyyata alınmış şəxslərdir. X2 Binəqədi Rayonu İcra Hakimiyyətində mövcud olan mənzil-uçot qovluğu araşdırılarkən məlum olmuşdur ki, o xx.xx.2017-ci il tarixli ərizə ilə Binəqədi Rayonu İcra Hakimiyyətinə müraciət edərkən, yalnız özünün mənzil növbəsinə götürülməsini xahiş etmiş və ailə üzvləri barədə hər-hansı sənəd və ya məlumat təqdim etməmişdir. Təqdim olunmuş sənədlərdən məlum olmuşdur ki, vətəndaş X25 xx.xx.2019-cu il tarixdə vəfat etmiş, X10 ilə aralarında nikah bağlanmamış, atalığın müəyyən edilməsi haqqında şəhadətnamələrə əsasən övladları İddiaçı2 və İddiaçı1 atası hesab edilsə də, mərhum tərəfindən onların Binəqədi Rayonu İcra Hakimiyyətində olan mənzil növbəsinin ailə tərkibinə daxil olmaları barədə Rayon İcra Hakimiyyətinə müraciət olunmamışdır. X10 vətəndaş X15 əvəzinə mənzil uçotuna alınaraq, mənzil-uçot qovluğunun halhazırda qeydiyyatda olduğu Xətai rayonunun İcra Hakimiyyətinə göndərilməsini xahiş edir.
11. İş materiallarında olan atalığın müəyyən edilməsi haqqında şəhadətnamələrə əsasən X7 İradə Fazil qızından doğulmuş X13 və X17 atası hesab edilmişdir.
12. Şahid qismində dindirilmiş X31 bildirdi ki, o, X12 qardaşı, iddiaçıların əmisidir. O bildirdi ki, X8 ilə X30 fakitiki nikah münasibətlərində olmuş, bu münasibətdən İddiaçı1 və X26 doğulmuşdur. X8 ölən günədək X30 və övladları Almaz və İlhamla birlikdə, bir yerdə ailə kimi kirayədə yaşayıblar.
13. Şahid qismində dindirilmiş X18 bildirdi ki, X25 onun bibisi oğludur. X25 ilə X30 fakitiki nikah münasibətlərində olmuş, bu münasibətdən İddiaçı1 və X26 doğulmuşdur. X25 ölən günədək X30 və övladları Almaz və İlhamla birlikdə, bir yerdə ailə kimi kirayədə yaşayıblar.
14. İş materiallarında olan qanun üzrə vərəsəlik hüququ haqqında 01 iyul 2020-ci il tarixli Şəhadətnaməyə əsasən bildirilmişdir ki, xx.xx.2019-cu il tarixdə ölmüş X12 vərəsəsi oğlu - X26 - Bakı, Xətai, İnzibati bina, E.Əliyev küç 4 (AZE ******** xx/xx/2016 – ASAN 2), qızı - İddiaçı1dır - Bakı, Xətai rayonu, İnzibati bina, E.Əliyev küç (AA*******, xx/xx/2019 – ASAN 2) və onlar hər biri miras əmlakdan 2/1 hissədə pay almalıdırlar.
15. Məhkəmənin 24 oktyabr 2022-ci il tarixli qərardadı ilə iddiaçıların nümayəndəsi və vəkili tərəfindən iddia tələbinin həcmi artırılaraq Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin xx.xx.2020-ci il tarixli 33 nömrəli Sərəncamının ləğv edilməsi və xx.xx.2003-cü il təvəllüdlü X11 və xx.xx.2008-ci il təvəllüdlü İddiaçı2 yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmaları kimi dəyişdirilmişdir.
16. İddiaçılar iddia tələbini müdafiə edərək iddianın məzmununa uyğun izahat verdi.
17. Şifahi məhkəmə dinləmələri zamanı cavabdehin nümayəndəsi iştirak etmir.
II. İddianın növü və mümkünlüyü
18. İddianın növü “uçota alınma” hissəsində məcburetmə dair, “sərəncamın ləğv edilməsi” hissəsində mübahisələndirmə haqqında iddiadır.
19. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.
20. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır.
21. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
22. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.
23. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər.
24. Cavabdeh qurum Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin xx.xx.2020-ci il tarixli 33 nömrəli X1 xx.xx.2020-ci il tarixdə təqdim edildiyini, lakin iddia ərizəsinin məhkəməyə xx.xx.2022-ci il tarixdə təqdim edildiyindən iddianın mümkün sayılmamalı olduğunu bildirir.
25. İPM-dən: 30.1. Mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. 30.2. Mübahisə predmetini eyni növdən olan, uyğun faktiki və hüquqi əsaslara söykənən tələblərin və vəzifələrin təşkil etdiyi hallarda da, bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər.
26. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin xx.xx.2020-ci il tarixli 33 nömrəli X3 təqdim edilmişdir, onun İddiaçı1 təqdim edildiyi müəyyən edilmir. Məhkəmə qeyd edir ki, iddiaçılar mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malikdirlər və hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykəndiyindən birgə iddiaçı qismində çıxış edə bilərlər.
27. Cavabdeh qurumun imtinasından görünür ki, İddiaçı1 və İddiaçı2 inzibati araşdırma zamanı cəlb edilməmiş və cavabdehin mövqeyi ondan ibarətdir ki, ilkin uçot zamanı ailə tərkibi kimi tək özünü göstərdiyi üçün ailə üzvlərinin mərhuma aid uçotunun saxlanması hüququ yoxdur. Odur ki, sırf İddiaçı1 və İddiaçı2 müraciətinin olmaması səbəbindən iddianın mümkün sayılmaması həddən artıq formallıq olardı.
28. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
29. Mənzil Məcəlləsindən: 55.1. Aşağıdakı hallarda vətəndaşlar yaşayış sahəsinə ehtiyacı olan qismində uçotdan çıxarılır: 55.1.7. Bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla vətəndaş vəfat etdikdə.
30. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunun 21-ci maddəsinin 5-ci hissəsinə əsasən, hərbi qulluqçu və ya həqiqi hərbi xidmətdən buraxılmış şəxs həlak olduqda (vəfat etdikdə) onun ailəsi istifadə etdiyi güzəştlərə hüququnu saxlayır, bu şərtlə ki, Azərbaycan Respublikasının qanunvericiliyində başqa hal nəzərdə tutulmasın.
31. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 24 iyul tarixli 322 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda həmin uçotun onun ailə üzvləri üçün saxlanılması Qaydası”ndan: 1.2.1. əlilliyi olan şəxsin uçotunun saxlanılması - yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış vəfat etmiş əlilliyi olan şəxsin (bundan sonra - əlilliyi olan şəxs) yaşayış sahəsini əldə etməsi üçün növbəlilik sırasındakı yerini müəyyən edən uçot işinin nömrəsinin onun əvəzinə uçota alınacaq ailə üzvü (üzvləri) üçün saxlanılması; 1.2.2. əlilliyi olan şəxsin ailə üzvləri - Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159-cu maddəsi ilə müəyyən edilən qanun üzrə vərəsələr sırasından olan və əlilliyi olan şəxs yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınarkən onun ailə üzvləri kimi qeydiyyata alınmış şəxslər; 1.2.3. uçota alınmanı həyata keçirən orqan - əlilliyi olan şəxsin Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 51.3-cü maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alındığı müvafiq yerli icra hakimiyyəti orqanı və ya bələdiyyə orqanı. 3.1. Vəfat etmiş əlilliyi olan şəxsin uçotunun onun ailə üzvləri üçün saxlanılmasından aşağıdakı hallarda imtina edilir: 3.1.1. bu Qaydanın 2.2-ci bəndində qeyd edilən sənədlər təqdim edilmədikdə; 3.1.2. əlilliyi olan şəxsin vəfat etməsi ilə onun ailə üzvlərinin sərəncamında olan yaşayış sahəsinin (sahələrinin) Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 49.5-ci maddəsi ilə müəyyən edilmiş uçot normasına əsasən ailə üçün kifayət etdiyi müəyyən edildikdə; 3.1.3. təmsilçi Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq ləyaqətsiz vərəsə hesab edildikdə. 3.2. Əlilliyi olan şəxsin uçotunun saxlanılmasından imtina edilməsi haqqında qərar imtinanın səbəbləri göstərilməklə əsaslandırılmalıdır. 3.3. Əlilliyi olan şəxsin uçotunun saxlanılmasından imtina edilməsi haqqında qərarın surəti onun qəbul edildiyi gündən 3 (üç) iş günündən gec olmayaraq təmsilçiyə təqdim edilir və ya göndərilir. Həmin qərardan təmsilçi tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati icraat qaydasında və ya məhkəmə qaydasında şikayət verilə bilər.
32. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin xx.xx.2017-ci il tarixində 98 saylı Sərəncamına əsasən X25 mənzil növbəsinə götürülmüşdür.
33. Atalığın müəyyən edilməsi haqqında şəhadətnamələrə əsasən X7 İradə Fazil qızından doğulmuş X13 və X17 atası hesab edilmişdir.
34. X25 xx.xx.2019-cu ildə vəfat etmişdir, Qanun üzrə vərəsəlik hüququ haqqında 01 iyul 2020-ci il tarixli Şəhadətnaməyə əsasən vərəsələri X26 və İddiaçı1dır, onlar hər biri miras əmlakdan 2/1 hissədə pay almalıdırlar.
35. Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2022-ci il tarixli, 93 nömrəli sərəncamı ilə X20 X12 əvəzinə Binəqədi Rayon İcra Hakimiyyətində mənzil uçotuna alınmasından imtina edilmişdir.
36. Məhkəmə ilk olaraq müəyyən etməlidir ki, iddiaçının hərbi qulluqçunun ailəsi kimi yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış olması, yəni Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2017-cİ il tarixli 98 nömrəli sərəncamı onun “mülkiyyət”dirmi? Belə ki, X36 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.
37. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany , and Gratzinger and Gratzingerova v. the Czech Republic );
38. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05).
39. “X45 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.
40. Məhkəmə hazırki iş üzrə araşdırmanı X45 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üzrə araşdırma sxemi üzrə aparmağı məqsədəuyğun hesab edir. Nəticə aşağıdakı təhlildən asılı olmalıdır: 1) İş üzrə araşdırılan hüquq 1-ci maddənin mənası baxımından mülkiyyət hüququ və ya əmlaka sahiblik hüququ sayıla bilərmi? 2) Əmlaka sahiblik hüququna müdaxilə baş veribmi? 3) Həmin müdaxiləyə 1-ci maddədə yer alan üç normadan hansının əsasında baxılmalıdır? Yəni mübahisələndirilən tədbir hansı müdaxiləni təşdil edir 3.1. işin halları əmlakdan məhrum etməni əhatə edirmi? 3.2.Əgər cavab yoxsa, işin halları əmlakdan istifadəyə nəzarətlə bağlıdırmı? 3.3. Əgər cavab yoxsa, işin halları ümumi prinsiplərin işığında şərh olunmalıdırmı (dövlət hakimiyyət orqanları əmlakdan dinc istifadə etmək hüququna hörmət etmişlərmi)? 4) Müdaxilə üçün qanuni əsas varmı? 5) Mülkiyyət hüququna müdaxilə cəmiyyətin maraqlarına xidmət edirmi, yəni qanuni məqsəd daşıyırmı? 6) Müdaxilə qarşıya qoyulan məqsədə mütənasibdirmi? Yaxud başqa sözlə, həmin müdaxilə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə şəxsin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığı qoruyub saxlayırmı?
41. Məhkəmə hesab edir ki, Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli 98 nömrəli sərəncamına əsasən maddi marağı X14 mülkiyyət hüququnu təşkil etmişdir və iddiaçılar onun qanuni vərəsələridir.
42. Odur ki, Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının mübahisələndirilən xx.xx.2020-ci il tarixli 33 nömrəli sərəncamına əsasən X14 yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçotdan çıxarılması iddiaçıların mülkiyyət hüququna müdaxilədir. Həmin müdaxilə mülkiyyətdən məhrumetməyə bərabərdir.
43. Müdaxilənin qanuniliyi, qanuni məqsədlərə cavab verməsi, eləcə də iddiaçıya münasibətdə ədalətli tarazlığa riayət olunub-olunmaması məhkəmə tərəfindən qiymətləndirilməlidir.
44. Azərbaycan Respublikasının qanunvericiliyində başqa hal nəzərdə tutulması ilə bağlı cavabdeh qurum tərəfindən hər hansı hal təqdim edilməmişdir. Mübahisələndirilən sərəncam qanunsuz əlverişsiz inzibati aktdır.
45. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunundan: 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. 62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.
46. Göründüyü kimi inzibati aktın qəbul edilməsi zamanı qanunvericilik müvafiq prosedur müəyyən etmişdir, yəni qanunvericiliyin tələbinə görə inzibati aktın qəbul edilməsi və ümumiyyətlə, inzibati icraatın aparılması zamanı inzibati icraatda iştirak etmək hüququna malik olan şəxsin dinlənilmək, inzibati icraat materialları ilə tanış olmaq, inzibati akt qəbul edilənədək və qəbul edildikdən sonra həmin akt barəsində qanunla müəyyən olunmuş vaxt ərzində məlumatlanmaq (tanış olmaq), həmin aktdan şikayət vermək hüquqlarının izah olunması və şikayət verə bilmək imkanlarının təmin edilməsi inzibati orqanın borcudur. Lakin cavabdeh qurum X5 vəfat etmiş əlilliyi olan şəxs kimi uçotunu ləğv edərkən onun maraqlarına toxunan şəxsləri – qanuni vərəsələrini inzibati icraata cəlb etməmiş, onların dinləmə hüququnu təmin etmədən mərhumun yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçotunun ləğvinə dair inzibati akt qəbul etmişdir.
47. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 24 iyul tarixli 322 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda həmin uçotun onun ailə üzvləri üçün saxlanılması Qaydası”nın 3.1ci bəndində vəfat etmiş əlilliyi olan şəxsin uçotunun onun ailə üzvləri üçün saxlanılmasından imtina halları konkret tənzimlənmişdir. İnzibati araşdırma zamanı həmin imtina hallarının mövcudluğu cavabdeh tərəfindən müəyyənləşdirilməmişdir. Cavabdehin yeganə dəlili mərhumun uçota götürülərkən yazdığı ərizədə ailə tərkibi kimi tək özünü göstərməsi olmuşdur. Lakin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mərhum ölən tarixədək hazırda qanuni vərəsələri olan övladları ilə bir yerdə yaşamış və yuxarıda qeyd edilən Qaydaların 3.1.2-ci maddəsinə əsasən əlilliyi olan şəxsin vəfat etməsi ilə onun ailə üzvlərinin sərəncamında olan yaşayış sahəsinin (sahələrinin) Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 49.5-ci maddəsi ilə müəyyən edilmiş uçot normasına əsasən ailə üçün kifayət etdiyi cavabdeh tərəfindən müəyyən edilməmişdir. Əksinə iddiaçılar mərhum ölənədək və ondan sonra da kirayədə yaşadıqlarını bildirirlər.
48. Odur ki, məhkəmə tərəfindən müdaxilənin qanuniliyi müəyyən edilmədiyindən müdaxilənin qanuni məqsədlərə cavab verməsi, eləcə də iddiaçılara münasibətdə ədalətli tarazlığa riayət olunub-olunmaması məsələsinə qiymət vermək zərurəti yoxdur.
49. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
50. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi uçota alınma hissəsində iddiaçıların hüquqi marağına uyğun olaraq X5 yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs kimi uçotunun onun ailə üzvləri X22 və İddiaçı2 üçün saxlanılması kimi təmin edilməlidir.
51. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
52. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
İddia təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin xx.xx.2020-ci il tarixli 33 nömrəli Sərəncamı ləğv edilsin. X5 yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs kimi uçotunun onun ailə üzvləri X22 və İddiaçı2 üçün saxlanılması öhdəliyi cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva