Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7291/2024 18.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı nümayəndəsi və Vəkil Edar oğlunun, cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin nümayəndələri X6 və X1 cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndəsi X4 iştirakları ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə və Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X15 İdarəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “avtomobilin qaytarılması və vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: İddiaçı (bundan sonra mətndə İddiaçı MMC) cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Mitsubişi L200 minik” markalı pikap tipli ** PE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin istismara yararlı vəziyyətdə mülkiyyətçisi İddiaçı MMC-yə qaytarılması, bu mümkün olmadıqda onun dəyərinin cəmiyyətə ödənilməsi, həmin nəqliyyat vasitəsindən istifadə edə bilmədiyi dövrə görə vurulan zərərin əvəzinin ödənilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Təşkilata məxsus “Mitsubişi L200 minik” markalı nəqliyyat vasitəsi hərbi vəziyyət dövründə səfərbərliyə cəlb edilmiş, hərbi vəziyyət bitdikdən 9 aydan çox keçməsinə baxmayaraq nə qaytarılmış, nə də bazar dəyərinə uyğun kompensasiya verilmişdir. 2021-ci ilin may ayında məsələ ilə bağlı cavabdehə müraciət etmiş, cavabında ona bildirilmişdir ki, onlara təhvil barədə məlumat veriləcək. Bir neçə ay gözləsə də nəticə olmamış, məhkəməyə müraciət etmişdir. AR “Səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Qanununa istinadən hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2021-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Bakı İnzibati Məhkəməsinin 15 aprel 2022-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin 2-1(112)-2632/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə birinci instansiya məhkəməsinin həmin qərardadı ləğv edilərək iş zəruri prosessual hərəkətlərin həyata keçirilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmışdır. İşə Bakı İnzibati Məhkəməsində iş üzrə prosessual hərəkətlər davam etdirilərkən məhkəmənin 05 dekabr 2022-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti üçüncü şəxs qismində cəlb edilmişdir. Daha sonra, məhkəmənin xx.xx.2023-cü il tarixli digər bir qərardadı ilə isə iddiaçının ərizəsi nəzərə alınmaqla, üçüncü şəxs qismində AR Dövlət Sərhəd Xidmətinin prosessual iştirakçılığına xitam verilmiş və ikinci bir cavabdeh qismində tanınmışdır. Bundan sonra, işə mahiyyəti üzrə baxılaraq Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 437/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-329/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-437/2023 saylı xx.xx.2023-il tarixli qərarının ləğv edilməsi və işin məhkəmə icraatının davam etdirilməsi üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin göstərilən qərardadında qeyd olunmuşdur ki; - Qeyd olunanlardan göründüyü kimi, məhkəmə iddianı mümkün sayıb, işə mahiyyəti üzrə baxsa da hazırkı cavabdehlərin iddiaçının tələbinə cavab verməli olan inzibati orqanlar kimi qiymətləndirməmiş, qanunvericiliyin qeyd olunan tələlərinə istinadən hesab etməmişdir ki, konkret halda mübahisələndirilən məsələni həll etməkdə səlahiyyətli orqan yerli icra hakimiyyətində yaradılan və tərkibində Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrinin, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin və digər maraqlı təşkilatların nümayəndələri olan Komissiya olmalıdır - Lakin məhkəmə bu qənaətə gələrkən nəzərə almamışdır ki, konkret halda iddianın predmeti iddiaçı tərəfindən irəli sürülən üç tələbdən ibarətdir:
1. “Mitsubişi L200 minik” markalı pikap tipli **-PE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin istismara yararlı vəziyyətdə mülkiyyətçisi İddiaçı MMC-yə qaytarılması;
2. bu mümkün olmadıqda nəqliyyat vasitəsinin dəyərinin “Jahangir Logistics MMCyə ödənilməsi;
3. həmin nəqliyyat vasitəsindən istifadə edə bilmədiyi dövrə görə vurulan zərərin əvəzinin ödənilməsi. - Diqqət yetirildikdə iddiaçının birinci tələbinin təmin edilməsi onun ikinci tələbini aradan qaldırır. - Birinci instansiya məhkəməsinin qərarından görünür ki, iddiaçının birinci tələbi üzrə hərtərəfli araşdırma aparmamış, mübahisəli nəqliyyat vasitəsinin sıradan çıxması barədə sübutetmə vasitələri mövcud olmadığı halda, ona vurulmuş zərərin əvəzinin hesablanıb ödənilməsində hazırkı cavabdehlərin səlahiyyətli qurum qismində görməmiş, hesab etmişdir ki, əsl cavabdeh elə adıçəkilən Komissiyadır. - Halbuki, iş materiallarının 33-cü vərəqində olan AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli 389 nömrəli məktubunda bildirilmişdir ki, cəmiyyətin mülkiyyətində olan **-PE-*** dövlət qeydiyyat nişanlı “Mitsubishi L200 markalı nəqliyyat vasitəsi xx.xx.2020-ci il tarixdə X15 əməkdaşları tərəfindən götürülərək Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinə təhvil verilmiş, Vətən müharibəsi bitdikdən sonra nəqliyyat vasitəsi barədə Xarici Kəşfiyyat Xidmətinə edilmiş sorğuya cavab olaraq, həmin nəqliyyat vasitəsi Xarici Kəşfiyyat Xidməti tərəfindən Dövlət Sərhəd Xidmətinə təhvil verilmişdir. - Lakin cavabdeh Dövlət Sərhəd Xidmətininin işə əlavə olunmuş xx.xx.2022-ci il tarixli 9/123 saylı məhkəməyə ünvanladığı məktunda bildirilir ki, mübahisəli nəqliyyat vasitəsi təhvil alınmış vasitələrin siyahısına daxil edilməmiş, Sərhəd Xidməti tərəfindən təhvil alınmamışdır (i.v,34) - Hazırkı mərəhələdə Dövlət Sərhəd Xidmətinin nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmuş həmin Siyahı tədqiq olunarkən müəyyən olunmuşdur ki, həqiqətən də mübahisəli nəqliyyat vasitəsi təhvil alınan nəqliyyat vasitələri sırasında yoxdur. - Birinci instansiya məhkəməsi tərəfindən isə qeyd olunan hallar hərtərəfli məhkəmə araşdırmasının obyekti olmamış, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qeyd olunan xx.xx.2022-ci il tarixli 389 nömrəli məktubunda X15 tərəfindən “Mitsubishi L200 markalı nəqliyyat vasitəsinin Xarici Kəşfiyyat Xidmətinə, sonuncu tərəfindən Dövlət Sərhəd Xidmətinə təhvil verildiyini bildirən məlumatları təsdiq edən ilkin sənədlər tələb olunub alınmamış, iddiaçıdan nəqliyyat vasitəsini götürən X15 İdarəsini də işə üçüncü şəxs qismində cəlb edərək məsələ kökündən araşdırmamışdır. - Başqa sözlə, iddiaçının mübahisəli nəqliyyat vasitəsini ona qaytarılması istiqamətində əhəmiyyət kəsb edən geniş həcmdə sübutlar araşdırılmamış, mülkiyyətində olan mübahisəli nəqliyyət vasitəsini Vətən yolunda təhvil verən iddiaçıya xidməti vəzifəsindən irəli gələn müvafiq yardım göstərilməmişdir. - Halbuki, İPM-in 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. - Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. - Həmin Məcəllənin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. - Qeyd olunanlardan əlavə, məhkəmənin diqqətinə həmçinin çatdırılır ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti iş üzrə cavabdeh qismində proses iştirakçılığından çıxarılmadığı halda, məhkəmənin qərarının giriş hissəsində cavabdehlər sırasında yer almamış, cavabdeh qismində yalnız Dövlət Sərhəd Xidməti göstərilmişdir. - İPM-nin 87.9-cu maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-7291/2024 saylı Qərardadı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X15 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Cavabdehlər Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin və üçüncü şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X14 iddia tələbinə dair yazılı mülahizələri məhkəməyə təqdim edilməmişdir. Tərəflərin iştirakı və izahatları: Üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X15 İdarəsi (bundan sonra BDYPİ) nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və gəlmədikləri barədə məhkəməy heç bir məlumat verməmişlər. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmiş BDYPİ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı MMC-nin nümayəndəsi və Vəkil Edar oğlu məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin nümayəndələri X6 və X2 ayrı-ayrılıqda məhkəmədən iddianın təmin olunmamasını xahiş etdilər. Cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndəsi X7 məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi.
Faktiki hallar və sübutlar:
Məhkəmənin müvafiq sorğularına əsasən
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X14 xx.xx.2024-cü il tarixli, 3- 13-16/2-56260/2024 saylı cavab məktubu ilə “MİTSUBİSHİ L200” markalı **-PE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qeydiyyat hərəkətlərinin aparılmasına əsas olmuş sənədlərin surəti məhkəməyə təqdim edilmişdir. Məktuba qoşma edilmiş xx.xx.2019-cu il tarixli “Nəqliyyat vasitəsinin alqı-satqı” müqaviləsinin surətindən müəyyən olunur ki, X3 MİTSUBİSHİ L-200 markalı **-PE-*** dövlət qeydiyyat nişanlı pikap tipli MMBJNKL30GH053386 ban nömrəli avtomobili 40.000 manata İddiaçınə satmışdır. Azərbaycan Respublikasının Xarici Kəşfiyat Xidmətinin xx.xx.2024-cü il tarixli, 3- 40/2-xx/xx/1239/2024 saylı cavab məktubunda göstərilmişdir ki, Vətən müharibəsində hərbi əməliyyatlar yekunlaşdıqdan sonra qarşılıqlı razılaşmaya əsasən, XKX-nin müvəqqəti istifadəsi üçün təhkim olunmuş əmlak və nəqliyyat vasitələri ilə yanaşı MMBJNKL30GH053386 ban nömrəli, **-PE-*** dövlət qeydiyyat nişanlı “Mitsubishi L200” markalı avtomobil də Dövlət Sərhəd Xidmətinin Horadiz qəsəbəsində dislokasiya olunmuş N nömrəli hərbi hissəsinə təhvil verilmişdir. Nəqliyyat vasitələri N nömrəli hərbi hissənin komandiri polkovnik Zəfər Bayramovun göstərişinə əsasən, həmin hərbi hissənin hərbi qulluqçusu gizir X9 tərəfindən təhvil alınmışdır. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Kadr işinin təşkili İdarəsi tərəfindən İstintaq və Təhqiqat İdarəsinə ünvanlanmış “Xidməti məktub”da göstərilmişdir ki, polkovnik Z.A.X12 Xidməti rəisinin xx.xx.20222-ci il tarixli 777 ş/h №-li əmri ilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.9-cu (öz arzusu ile) maddəsinə müvafiq olaraq, Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmış, baş gizir İ.E.İsmayılov isə hazırda Sərhəd Qoşunlarının N Ns-ii hərbi hissəsində maddi- texniki təminat bölüyünün təminat taqımının texniki təmir qrupunun komandiri vəzifəsində xidmət edir. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Maddi-Texniki Təminat Baş İdarəsi tərəfindən İstintaq və Təhqiqat İdarəsinə ünvanlanmış “Xidməti məktub”da göstərilmişdir ki, DAF markalı **-JK-*** dövlət qeydiyyat nişanlı yəhərli dartıcı və **-ZX-*** dövlət qeydiyyat nişanlı qoşqu işləkdir, N nömrəli hərbi hissənin istifadəsindədir və hazırda Mərkəzi anbarlardan hərbi hissələrə iriqabaritli yüklərin daşınması üçün istifadə olunur. MİTSUBİSHİ L-200 markalı **-PE-*** dövlət qeydiyyat nişanlı pikap tipli avtomobil Sahil Mühafizəsində dövlət sərhəddinin mühafizəsində istifadə olunub və hazırda mühərriki nasazdır. Tətbiq edilən hüquq, iddianın mümkünlüyü və buna dair məhkəmənin mövqeyi:
Məhkəmə iddia ərizəsini və iş materiallarında olan digər sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır.
Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Qanunun: 11.1. Azərbaycan Respublikasında səfərbərlik zamanı və müharibə dövründə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, qanunvericiliklə nəzərdə tutulmuş digər silahlı birləşmələrin və xüsusi birləşmələrin nəqliyyat vasitələri ilə təmin edilməsi məqsədilə hərbi-nəqliyyat vəzifəsi müəyyən edilir. 11.2. Hərbi-nəqliyyat vəzifəsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarına, yerli özünüidarəetmə orqanlarına, təşkilatlara, o cümlədən gəmi dayanacaqlarına, dəniz və hava limanlarına, dəmiryol stansiyalarına, neft bazalarına, yanacaq doldurub-boşaltma bazalarına, yanacaqdoldurma məntəqələrinə, nəqliyyat vasitələrinin işini təmin (təmir və s.) edən təşkilatlara, habelə nəqliyyat vasitələrinin mülkiyyətçisi olan vətəndaşlara şamil edilir. 11.3. Ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə təşkilatların və vətəndaşların mülkiyyətində olan nəqliyyat vasitələrinin və digər əmlakın verilməsi ilə bağlı vurulmuş zərərin əvəzinin dövlət tərəfindən ödənilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir. “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” barədə Azərbaycan Respublikası Prezidentinin 275 nömrəli 9 avqust 2005-ci il Fərmanının 1.7-ci bəndində həmin Qanunun 11.3-cü maddəsində nəzərdə tutulmuş ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə təşkilatların və vətəndaşların mülkiyyətində olan nəqliyyat vasitələrinin və digər əmlakın verilməsi ilə bağlı vurulmuş zərərin əvəzinin dövlət tərəfindən ödənilməsi qaydası müəyyən edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 27 yanvar tarixli 25 nömrəli qərarı ilə təsdiq edilmiş Ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə təşkilatların və vətəndaşların mülkiyyətində olan nəqliyyat vasitələrinin və digər əmlakın verilməsi ilə bağlı vurulmuş zərərin əvəzinin dövlət tərəfindən ödənilməsi Qaydası”:
1. Bu Qayda “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 9 avqust tarixli 275 nömrəli Fərmanının 1.17-ci bəndinə və digər normativ hüquqi aktlara əsasən hazırlanmışdır.
2. Təşkilatların və vətəndaşların mülkiyyətində olan nəqliyyat vasitələri və digər əmlak ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsinə cəlb oluna bilər.
3. Ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə təşkilatlar və vətəndaşlar tərəfindən mülkiyyətində olan nəqliyyat vasitələrinin və digər əmlakın verilməsi ilə bağlı onlara vurulmuş zərərin həcmi və məbləği yerli icra hakimiyyətində yaradılan və tərkibində Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrinin, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin və digər maraqlı təşkilatların nümayəndələri olan Komissiya tərəfindən təyin edilir.
5. Mülkiyyətində olan nəqliyyat vasitələrinin və digər əmlakın ölkənin müdafiəsinin və dövlət təhlükəsizliyinin təmin edilməsi ilə əlaqədar təqdim edilməsi nəticəsində təşkilatlara və vətəndaşlara vurulan zərərin əvəzinin dövlət tərəfindən ödənilməsi üçün növbəti ilin dövlət büdcəsinin layihəsi hazırlanarkən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı əsasında müəyyən edilmiş vəsaitə olan tələbat Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim olunur və dövlət büdcəsinin layihəsində ayrıca sətirlə proqnozlaşdırılır. Qeyd olunan normaların tələbindən də göründüyü kimi ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə təşkilatlar və vətəndaşlar tərəfindən mülkiyyətində olan nəqliyyat vasitələrinin təhvil alınmasının mümkünlüyü müəyyən edilmişdir ki, hazırkı işin faktiki halları ilə də öz təsdiqini tapır ki, mübahisəli nəqliyyat vasitəsi iddiaçının mülkiyyətində olmuş cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən təhvil alınmış, daha sonra xidməti zərurətlə əlaqədar digər cavabdeh Dövlət Sərhəd Xidmətinin balansına verilmişdir. İddiaçının “Mitsubişi L200 minik” markalı pikap tipli **-PE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin istismara yararlı vəziyyətdə mülkiyyətçisi İddiaçı MMC-yə qaytarılmasına gəldikdə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə araşdırması zamanı mübahisəli avtomobilin Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsində dövlət sərhəddinin mühafizəsində istifadə olunduğu və hazırda mühərrikinin nasaz olduğu müəyyən olunmuşdur. İddiaçının digər tələblərinə, yəni avtomobilin qaytarılması mümkün olmadıqda nəqliyyat vasitəsinin dəyərinin “Jahangir Logistics MMC" yə ödənilməsi və həmin nəqliyyat vasitəsindən istifadə edə bilmədiyi dövrə görə vurulan zərərin əvəzinin ödənilməsi tələblərinə gəldikdə isə, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə araşdırması zamanı məhkəmə iclasında iştirak etmiş cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndəsi izahatında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 27 yanvar tarixli 25 nömrəli qərarı ilə təsdiq edilmiş Ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə təşkilatların və vətəndaşların mülkiyyətində olan nəqliyyat vasitələrinin və digər əmlakın verilməsi ilə bağlı vurulmuş zərərin əvəzinin dövlət tərəfindən ödənilməsi Qaydaları”na uyğun olaraq vurulmuş zərərin əvəzinin dövlət tərəfindən ödənilməsi üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinə müraciət olunduğunu bildirmişdir. İnzibati Prosessual Məcəllə. Maddə 35. İddianın mümkünlüyü. 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli, 5 nömrəli Qərarı: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasının, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Nəzərə almaq lazımdır ki, işə baxan məhkəmə ilk öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırmanı aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur. Yuxarıda istinad olunan normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. İnzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyəti, həmin mübahisələrə məhkəmələrdə baxılması və həll edilməsinin prosessual prinsip və qaydaları Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (İPM) normaları ilə tənzimlənir. İPM-in 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Mübahisənin hansı prosessual hüquq qaydalarına görə həll edilməsini müəyyən etmək üçün publik hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq olunması ilə əlaqədar olduğu nəzərə alınmalıdır. Hakimiyyət səlahiyyətləri müvafiq inzibati orqan tərəfindən qanunvericiliklə müəyyən edilmiş qayda və prinsiplərə əsasən birtərəfli iradə formasında, digər tərəfin razılığı tələb olunmadan və onun barəsində müəyyən hüquqi nəticələrə səbəb olmaqla həyata keçirilir. Qanunun mənasından göründüyü kimi, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərdən biri də fiziki və ya hüquqi şəxslə inzibati orqan arasında inzibati mübahisənin yaranmasıdır. Məlum olduğu kimi, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 qərarından: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar... 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. Qeyd olunmalıdır ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Qanunun tələbinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Beləliklə işin yuxarıda qeyd olunan hallarını və qanunvericiliyin istinad olunan normalarını nəzərə alaraq, məhkəmə hesab edir ki, hazırda iddiaçının irəli sürdüyü tələblər üzrə onun tərəfindən göstərilən cavabdeh inzibati orqanlar tərəfindən iddiaçının hüquqlarının pozulmasına səbəb olan hər hansı qanunsuz hərəkətlərə yol verilməsi müəyyən olunmamışdır. İPM: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər Maddə.85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İPM-nin 23, 35, 45, 38, 81, 83 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə,
qərara aldı:
İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə və Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X15 İdarəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “avtomobilin qaytarılması və vurulmuş zərərin ödənilməsi” barədə iddia tələbi mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardaddan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Nəriman Abıyev