Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7296/2020 01.12.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə (3-cü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti) qarşı abunə kodunun iddiaçının adına keçirilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin inzibati binasında iddianın mümkünlüyünə dair açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə (3-cü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, “Şıxlar” bağ massivində yerləşən V-10 saylı torpaq sahəsinə daxil olan **********M7021130 saylı sayğacın **********00645 saylı abunə kodunu İddiaçı adına keçirilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1989-cu ildən iddiaçının sahibliyində və istifadəsində olan Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, “Şıxlar” bağlar massivində yerləşən V-10 saylı bağ sahəsinə daxil olan işıq xətti ilə evinə daxil olan və **********M7021130 nömrəli sayğac **********00645 saylı abunə kodu üzrə onun bağında uzun illər qalan və bağa nəzarət edən X3 adına qeyd olunmuş, həmin şəxs 17 noyabr 2018-ci il tarixdə vəfat etmişdir. Hazırda Qaradağ rayonu, Qobustan qəsəbəsi, Şıxlar bağlar massivində yerləşən V-10 saylı torpaq sahəsi üzrə daxil olan işıq xətti onun fərdi evinə daxil olur və bütün aylıq ödənişlər hər zaman onun tərəfindən ödənilməkdədir. xx.xx.2020-ci il tarixdə rəsmi qaydada pretenziya qaydasına uyğun müraciət etmiş və **********00645 saylı abunə kodunu onun adına keçirilməsini xahiş etmişdir. Lakin iki ay müddət keçməsinə baxmayaraq cavabdeh heç bir rəsmi cavab verməmiş və müraciəti cavabsız və nəticəsiz qalmışdır. Qaradağ Rayon Məhkəməsinə müraciət etmiş və yuxarıda qeyd olunan abunə kodu üzrə əsassız yaranmış 407 manat məbləğində borcun silinməsin xahiş etmiş, həmin məhkəmənin 06 mart 2019-cu il tarixli 2(002)-478/2019 saylı qiyabi qətnaməsinə əsasən (sədrlik edən hakim cənab T.Qurbanov) iddiası təmin edilmişdir. Daha sonra məlum qətnamə qanuni qüvvəsin almış və icra olunması üçün Bakı şəhəri Nəsimi rayon icra və probasiya şöbəsinə göndərilmişdir. Bkaı şəhəri Nəsimi rayon icra və probasiya şöbəsinin xx.xx.2019-cu il tarixli icraata başlanması haqqında qərara əsasən borcu "xxxx" ASC tərəfindən icra olunmuş və məlum əsassız borc silinmişdir. İddianın mümkünlüyünə dair məhkəmə iclası 01 dekabr 2020-ci il tarixə təyin edilmiş, məhkəmə iclasına cavabdehin nümayəndəsi gəlmiş, iddiaçı və üçüncü şəxs isə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Lakin iddiaçı məhkəməyə teleqram ünvanlayaraq, işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının və üçüncü şəxsin nümayəndəsinin iştirakları olmadan iddianın mümkünlüyü məsələsinə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi izahatında göstərdi ki, **********00645 saylı abunə kodu X4 adına qeydiyyata alınmışdır. Həmin ünvan üzrə xx.xx.2007-ci il tarixdə **********M7021130 saylı sayğac və xx.xx.2018-ci il tarixdə 19596420M1207152 saylı sayğac quraşdırılmışdır. Hazırki iddia iddia mümkünlük şərtlərini ödəmədiyindən, iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb aşağıdakı əsaslara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olubolmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasıdır. Hazırki iddia tələbi üzrə iddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, “Şıxlar” bağ massivində yerləşən V-10 saylı torpaq sahəsinə daxil olan **********M7021130 saylı sayğacın **********00645 saylı abunə kodunun onun adına keçirilməsini cavabdehdən tələb edir. Məhkəməyə təqdim edilmiş sənədlər əsasında müəyyən edilmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, “Şıxlar” bağ massivində yerləşən V-10 saylı torpaq sahəsinə daxil olan **********M7021130 saylı sayğac X3 adına qeyd olunmuşdur. Lakin sonuncu 17 noyabr 2018-ci il tarixdə vəfat etmişdir. Bakı şəhəri Qaradağ rayonu Qobustan Bələdiyyəsi tərəfindən verilmiş məktublardan görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, 61-ci km bağ evlərində yerləşən V-10 saylı torpaq sahəsi 1988-ci il tarixindən “Azon” zavodunun sabiq işçisi X2 sahibliyinə və istifadəsinə verilmişdir. İş materiallarına əlavə edilmiş sənədlər əsasında iddiaçının sözügedən Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, “Şıxlar” bağ massivində yerləşən V-10 saylı torpaq sahəsinə dair hər hansı hüququnun mövcud olması, bununla da hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququnun olması müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinin tələblərinə əsasən məhkəmənin yardım etmək vəzifəsinə uyğun olaraq 26 oktyabr 2020-ci il tarixdə iddiaçıya məktub ünvanlayaraq, Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, “Şıxlar” bağ massivində yerləşən V-10 saylı torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədləri məhkəməyə təqdim etməsi təklif edilsə də, lakin iddiaçı tərəfindən hər hansı sənəd təqdim olunmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməyə subyektiv hüquqlarının mövcud olması müəyyən edilmədiyindən iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-ci, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə (3-cü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti) qarşı abunə kodunun iddiaçının adına keçirilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına tərəflər şikayət verə bilərlər. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-7296/2020
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7296/2020
01.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver