Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7297/2021 24.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra Filial) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun işlədiyi müddətin ona əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verdiyinə görə pensiyaya çıxmaq hüququnun yarandığı gündən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ona 57 yaşının tamam olduğu, yəni 04.02.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh inzibati orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1964-cü ildə anadan olmuşdur. 1979-1980-ci illərdə Əli Bayramlı 28 saylı Texniki Peşə Məktəbində təhsil almışdır. 02.09.1980-ci ildə X9 Ekstrat Zavodunda İİ dərəcəli çilingər işinə qəbul edilmişdir. Həmin vaxtdan bu günə kimi fasiləsiz olaraq işləmişdir. İşlədiyi iş güzəştli şərtlərlə onun 57 yaşdan pensiyaya çıxmaq hüququ verir. Belə ki, həmin işdə 25 il 03 ay 06 gün işləmişdir. Azərbaycan Respublikası Nazirllər Kabinetinin 23.01.2007-ci il tarixli 12 saylı qərarının 10cu bəndinin 10.02 yarımbəndinə səhifə 154 kod 27.1.b bəndinə uyğun olaraq onun güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən işlərdə işləmişdir. 04.02.2021-cu ildə 57 yaşı tamam olduğu üçün güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsindən ötrü sənədlərini İdarəyə təqdim etmişdir. Oradan aldığı 12.04.2021-ci il tarixli, **********5 saylı məktubla ona güzəştli şərtlərlə pensiya təyinatından imtina göndərilmişdir. Məktubda göstərilmişdir ki, onun fərdi hesabı sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 48000.00 manat hesablandığı halda, fərdi hesabı sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 26782.19 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etirazı onunla əsaslandırmışdır ki, iddiaçı 26.02.2021-ci il tarixində iddia tələbi ilə eyni məzmunlu ərizə ilə Mərkəzi Filiala müraciət etmişdir. Həmin müraciətlə bağlı tərəflərindən aparılmış inzibati icraat tədbirlərinin nəticəsi barədə bildirilmişdir ki, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq olunmuş 2 NQ-li siyahı üzrə müəyyən edilmiş güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında" Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarmın 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. İddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 48000,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 26782,19 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Əlavə olaraq bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.18-ci maddəsinə görə sığortaolunanlar əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan fərdi hesabın sığorta hissəsindəki məbləği Azərbaycan Respublikası Prezdentinin 2017-ci il 12 sentyabr tarixli 1597 nömrəli Fərmanı ilə təsdiq edilmiş qaydada xüsusi hesaba əlavə vəsait ödəyərək artırmaqla əmək pensiyasının minimum məbləğində və ya daha yuxarı məbləğdə pensiya təminatının formalaşdırılması imkanına malikdirlər. Qeyd olunanları nəzərə alaraq iddianın rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh lazımi qaydada xəbərdarlıq edilmiş, lakin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının AZE ******** №-li şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1964-cü ildə Sabirabad rayonu, Çöldəllək kəndində doğulmuşdur. - Şirvan şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndiliyinin 2905 №-li, 08.05.2021-ci il tarixli arayışından görünür ki, X1 şəhərin Əli- Bayramov küçəsi, ev 8, mənzil 1 ünvanda qeydiyyatdadır və yaşayır. - X5 103 №-li, 20.10.2017-ci il tarixli arayışından görünür ki, İddiaçı Məmmədxan oğlu həqiqətən 01 sentyabr 1979-cu ildə 28 saylı OTPM-ə “Dülgər” ixtisasına qəbul olub və həmin məktəbi 30 iyul 1980-cı ildə bitirərək 10759/40 nömrəli attestat almışdır (9 ay 4 gün). - İddiaçı məxsus NZ ******* №-li hərbi biletin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, iddiaçı 06.05.1982-ci ildən 04.06.1984-cü ilə qədər (2 il 0 ay 29 gün) Sovet ordu sıralarında hərbi xidmət keçmişdir. - İddiaçıya məxsus əmək kitabçasının surətindən görünür ki, İddiaçı 02.09.1980-ci ildən 13.04.1982-ci ilə qədər Əli-Bayramlı zavodunda çilingər (01 il 07 ay 12 gün), 20.05.1982-ci il tarixindən 04.06.1984-cü ilə qədər Sovet ordusunda xidmət etmişdir (2 il 0 ay 15 gün), 02.10.1984-cü ildən 06.06.1985-ci ilə qədər Əli-Bayramlı Zavodunda yükləyiciboşaldıcı (8 ay 5 gün), 10.07.1985-ci ildən 21.07.1985-ci ilə qədər Əli Bayramlı “Azneft”də qazmaçı (12 gün), 01.09.1985-ci ildən 01.02.1986-cı ilə qədər X7 Zavodunda (05 ay 1 gün), 21.04.1986-cı ildən 01.07.2000-ci ilə qədər "xxxx" “Şirvan Yağ-Piy” filialında yükləyici-boşaldıcı (14 il 02 ay 11 gün), 01.09.2000-ci ildən 30.06.2001-ci ilə qədər "xxxx" “Şirvan Yağ-Piy” filialında yükləyici-boşaldıcı (10 ay), 30.06.2001-ci ildən 01.06.2002-ci ilə qədər "xxxx" “Şirvan Yağ-Piy” filialında yükləyici-boşaldıcı (11 ay 02 gün), 01.06.2002-ci ildən 01.05.2003-cü ilə qədər "xxxx" “Şirvan Yağ-Piy” filialında yükləyici-boşaldıcı (11 ay 01 gün), 01.05.2003-cü ildən 01.05.2004-cü il qədər "xxxx" “Şirvan Yağ-Piy” filialında yükləyici-boşaldıcı (01 il 1 gün) 03.05.2004-cü ildən 30.06.2005-ci ilə qədər "xxxx" “Şirvan Yağ-Piy” filialında yükləyici-boşaldıcı (01 il 01 ay 28 gün), 01.08.2005-ci ildən 01.07.2006cı ilə qədər "xxxx" “Şirvan Yağ-Piy” filialında yükləyici-boşaldıcı (11 ay 1 gün), 01.07.2006cı ildən 09.04.2007-ci il qədər "xxxx" “Şirvan Yağ-Piy” filialında yükləyici-boşaldıcı (09 ay 09 gün), 09.04.2007-ci ildən 05.09.2007-ci ilə qədər "xxxx" “Şirvan Yağ-Piy” filialında yükləyici-boşaldıcı (04 ay 27 gün), 05.09.2007-ci ildən 11.04.2008-ci ilə qədər çiyid sexində yükləyici-boşaldıcı (07 ay 07 gün), 15.04.2008-ci ildən 15.06.2008-ci ilə qədər "xxxx" “Şirvan Yağ-Piy” filialında ciyid sahəsində yükləyici-boşaldıcı (02 ay 1 gün), 02.10.2008-ci ildən 05.01.2009-cu il qədər "xxxx" “Şirvan Yağ-Piy” filialında ciyid sexində yükləyici-boşaldıcı (03 ay 04 gün), 05.01.2009-cu ildən 01.04.2009-cu ilə qədər "xxxx" “Şirvan Yağ-Piy” filialında briqadir yükləyici-boşaldıcı (2 ay 27 gün), 17.06.2009-cu ildən 01.03.2010-ci ilə qədər çiyid sexində briqadir yükləyici-boşaldıcı (08 ay 15 gün), 21.10.2010-cu ildən 01.02.2011-ci ilə qədər "xxxx" “Şirvan Yağ-Piy” filialında yükləyiciboşaldıcı (03 ay 11 gün), 12.09.2011-ci ildən 01.10.2011-ci il qədər "xxxx" “Şirvan Yağ-Piy” filialında yükləyici-boşaldıcı (20 gün), 03.10.2011-ci ildən 01.03.2012-ci ilə qədər "xxxx" “Şirvan Yağ-Piy” filialında yükləyici-boşaldıcı (04 ay 29 gün), 11.11.2012-ci ildən 06.02.2013-cü ilə qədər çiyid sexində briqadir (02 ay 26 gün), 01.11.2013-cü ildən 12.02.2014-cü ilə qədər "xxxx" “Şirvan Yağ-Piy” filialında briqadir (03 ay 12 gün), 20.10.2014-cü ildən 01.02.2015-ci il qədər "xxxx" “Şirvan Yağ-Piy” filialında briqadir (03 ay 12 gün), 16.10.2015-ci ildən 01.01.2016-cı ilə qədər "xxxx" “Şirvan Yağ-Piy” filialında briqadir (02 ay 16 gün), 14.01.2016-cı ildən 31.01.2016-cı ilə qədər çiyid sahəsinə briqadir (18 gün), 07.10.2016-cı ildən 21.06.2017-ci ilə qədər "xxxx" “Şirvan Yağ-Piy” filialına mövsümü çiyid sahəsinə briqadır (08 ay 15 gün), 14.10.2017-ci ildən 02.07.2018-ci il qədər "xxxx" “Şirvan Yağ-Piy” filialına mövsümü briqadir (08 ay 19 gün), 05.10.2018-ci ildən 01.05.2019-cu ilə qədər "xxxx" “Şirvan Yağ-Piy” filialına mövsümü yükləyici-boşaldıcı (6 ay 27 gün), 02.07.2019-cu ildən 06.04.2020-ci ilə qədər "xxxx" “Şirvan Yağ-Piy” filialına təmirlə əlaqədar çilingər, çiyid sahəsində mövsümü yükləyici-boşaldıcı (09 ay 05 gün), 01.07.2020-ci ildən hal hazıradək "xxxx" “Şirvan Yağ-Piy” filialında təmirlə əlaqədar çilingər, çiyid sahəsinə yük-boşaldıcı işləyir. - "xxxx" MMC-nin “Şirvan Yağ-Piy” Filialının 06 №-li, 15.02.2021-ci il tarixli arayışından görünür ki, X2 həqiqətən Əli-Bayramlı "Yağ Piy" kombinatında və "MKTİK” MMC-nın Şirvan Yağ-Piy filialında (1984-ci ildə -2021-ci ilə kimi işləyib) Şrot və şeluxa, çiyid sahəsində (yeyinti məhsulunun) Yükləyiçi-boşaldıcı peşəsində işləyib. Əmək kitabcasına əsasən 25 il 3 ay 06 gün qüzəştli əmək stajı vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il 12 saylı Qərarıni 10-cu bəndinin 10.02 yarimbəndinə Səhifə № 154 kod.27.1.B. bəndinə uygun olaraq aşağıda qeyd olan peşəsində çalişıb güzəştli şərtiylə: Belə ki, 86K №-li Əmr - 02.10.1984-ci ildən 52K Əmr- 06.06.1985-cı ilə kimi - yükləyiçi-boşaldıçı; 35K №-li Əmr - 21.04.1986-ci ildən 55K Qərar - 01.07.2000-cı ilə kimi - yükləyici-bosaldıçı; 61K №-li Qərar - 01.09.2000-ci ildən 61K Qərar - 30.06.2001-ci ilə kimi - yükləyici-bosaldıçı; 33K №-li Qərar - 30.06.2001-ci ildən 13K Qərar- 31.05.2002ci ilə kimi - yükləyici-bosaldıçı; 15K №-li Qərar - 01.06.2002-ci ildən 17K qərar - 01.05.2003-cü ilə kimi - yükləyici-boşaldıçı; 14K №-li qərar – 01.05.2003-cü ildən 16K qərar – 01.05.2004-cü ilə kimi – yükləyici-boşaldıcı; 17K №-li Qərar - 03.05.2004-ci ildən 39K Qərar- 30.06.2005-cı ilə kimi-yükləyici-bosaldıçı; 60K №-li Qərar - 01.09.2005-ci ildən 52K Qərar- 01.07.2006-cı ilə kimi -yükləyicı-boşaldıçı; 44K №-li Qərar- 01.09.2006-cı ildən 23K Qərar- 09.07.2007-ci ilə kimi-yükləyici-boşaldıçı; 24K №-li Qərar - 09.04.2007-ci ildən 55K Qərar 05.09.2007-ci ilə kimi-yükləyici-boşaldıçı; 55K №-li Qərar - 05.09.2007-ci ildən 12K Qərar- 11.04.2008-cı ilə kimi - yükləyici-boşaldıçı; 13K №-li Qərar - 15.04.2008-ci ildən 16K Qərar- 15.06.2008-ci ilə kimi - yükləyiçi boşaldıçı, 33K №-li Qərar - 02.10.2008-a ildən 2K Qərar- 05.01.2009-cu ilə kimı - yükləyici-boşaldıçı; 1K №-li Əmr - 05.01.2009-ci ildən 13K Əmr- 01.04.2009-cu ilə kimi - yükləyiçi-boşaldıçı; 22K №-li Əmr - 17.06.2009-cı ildən 10K Əmr- 01.03.2010-cu ilə kimi - yükləyiçı-boşaldıçı; 74K №-li Əmr - 21.10.2010-cu ildən 07K Əmr- 01.02.2011-cı ilə kımi - yükləyici-boşaldıçı; 89K №-li Əmr- 12.09.2011-ci ildən 93K Əmr- 01.10.2011-cı ilə kimi - yükləyici-boşaldıçı; 232K №-lı Əmr - 05.10.2018-ci ildən 117K Əmr- 01.05.2019-cı ilə kimi - yükləyici-bosaldıçı; 124K №-li Əmr - 01.10.2019cu ildən 79K Əmr- 06.04.2020-cı ilə kimi - yükləyici-bosaldıçı; 331K №-li Əmr - 12.10.2020-ci hal-hazira kimı -(15.02.2021-cı ilə kimi - yükləyici-boşaldıçı). 25 il 03 ay 06 gün (X6 Kombinatında və KT İK MMC-nin Şirvan Yağ-Piy filialında Şrot və şeluxa, çiyid sahəsində işləyir hal-hazıra kimi). - "xxxx" MMC-nin “Şirvan Yağ-Piy” Filialının REF121/21 №-li, 15.11.2021-ci il tarixli arayışından görünür ki, X2 Azərbaycan Respublikasının əmək pensiyaları qanunvericiliyinə uyğun olaraq, güzəştli şərtlə yaşa görə pensiya hüququ verən Yükləyiciboşaldıçı peşəsində Əli-Bayramlı Yağekstraksiyya zavodunda, Əli-Bayramlı “Yağ-Piy” kombinatında və "xxxx" MMC-nın Şirvan “Yağ-Piy” filialında Çiyid sahəsində yeyinti sənayesində mövsümü işində çalışıb, aşağıda qeyd olunduğu kimi iş fəaliyyəti olmuşdur:
1. İşə qəbul: 02 oktyabr 1984-cu il. Qərar 86 K- 02 oktyabr 1984-cü il. İşdən azad: 06 iyun 1985-ci il. Qərar 52K 06 iyun 1985-ci il; 2. İşə qəbul: 21 aprel 1986-cı il. Qərar 35 K- 21 aprel 1986-cı il. İşdən azad: 01 iyul 2000-ci il. Qərar 55K 01 aprel 2000-ci il; 3. İşə qəbul: 01 sentyabr 2000-ci il. Qərar 61K- 01 sentyabr 2000-ci il. İşdən azad: 30 iyun 2001-ci il. Qərar 61K 30 iyun 2001-ci il; 4. İşə qəbul: 30 iyun 2001-ci il. Qərar 33K 30 iyun 2001-ci il. İşdən azad: 31 may 2002-ci il. Qərar 13K 31 may 2002-ci il; 5. İşə qəbul: 01 iyun 2001-ci il. Qərar 15K 01 iyun 2001-ci il. İşdən azad: 31 may 2003-cü il. Qərar 17K 01 may 2003-cü il; 6. İşə qəbul: 01 may 2003-cü il. Qərar 14K 01 may 2003-cü il. İşdən azad: 01 may 2004-cü il. Qərar 16K 01 may 2004-cü il; 7. İşə qəbul: 03 may 2004-cü il. Qərar 17K 03 may 2004-cü il. İşdən azad: 30 iyun 2005-ci il. Qərar 39K 30 iyun 2005-ci il; 8. İşə qəbul: 01 sentyabr 2005-ci il. Qərar 60K 01 sentyabr 2005-ci il. İşdən azad: 01 iyul 2006-cı il. Qərar 52K 01 iyul 2006-cı il; 9. İşə qəbul: 01 sentyabr 2006-cı il. Qərar 44K 01 sentyabr 2006-cı il. İşdən azad: 09 iyul 2007-ci il. Qərar 52K 09 iyul 2007-ci il; 10. İşə qəbul: 09 aprel 2007-ci il. Qərar 24K 09 aprel 2007-ci il. İşdən azad: 05 sentyabr 2007-ci il. Qərar 55K 05 sentyabr 2007-ci il; 11. İşə qəbul: 05 sentyabr 2007-ci il. Qərar 55K 05 sentyabr 2007-ci il. İşdən azad: 11 aprel 2008-ci il. Qərar 12K 11 aprel 2008-ci il; 12. İşə qəbul: 15 aprel 2008-ci il. Qərar 13K 15 aprel 2008-ci il. İşdən azad: 15 iyun 2008-ci il. Qərar 16K 15 iyun 2008-ci il; 13. İşə qəbul: 02 oktyabr 2008-ci il. Qərar 33K 02 oktyabr 2008-ci il. İşdən azad: 05 yanvar 2009-cu il. Qərar 02K 05 yanvar 2009-cu il; 14. İşə qəbul: 05 yanvar 2009-cu il. Əmr 01K 05 yanvar 2009-cu il. İşdən azad: 01 aprel 2009-cu il. Əmr 13K 01 aprel 2009-cu il; 15. İşə qəbul: 17 iyun 2009-cu il. Əmr 22K 17 iyun 2009-cu il. İşdən azad: 01 mart 2010-cu il. Əmr 10K 01 mart 2010-cu il; 16. İşə qəbul: 21 oktyabr 2010-cu il. Əmr 74K 21 oktyabr 2010-cu il. İşdən azad: 01 fevral 2011-ci il. Əmr 07K 01 fevral 2011ci il; 17. İşə qəbul: 12 sentyabr 2011-ci il. Əmr 89K 12 sentyabr 2011-ci il. İşdən azad: 01 oktyabr 2011-ci il. Əmr 93K 01 oktyabr 2011-ci il; 18. İşə qəbul: 05 oktyabr 2018-ci il. Əmr 232K 05 oktyabr 2018-ci il. İşdən azad: 01 may 2019-cu il. Əmr 117K 01 may 2019-cu il;
19. İşə qəbul: 01 oktyabr 2019-cu il. Əmr 124K 01 oktyabr 2019-cu il. İşdən azad: 06 aprel 2020-ci il. Əmr 79K 06 aprel 2020-ci il; 20. İşə qəbul: 12 oktyabr 2020-ci il. Əmr 331K 12 oktyabr 2020-ci il. İşdən azad: 15 noyabr 2021-cu il. Əmr 165K 06 aprel 2021-cu il; 21. İşə qəbul: 02 iyun 2021-ci il. Əmr 301K 30 iyun 2021-ci il. İşdən azad: 15 noyabr 2021-ci il. Hal-hazırki tarixlər arasındakı dövr ərzində işləmişdir və işləyir. İşlədiyi vəzifə üzrə sosial sığorta (və ya iş) stajı 26 il 01 ay 0 gün (illər, aylar və günlər üzrə təsdiq edilmiş cədvəl əlavə olunur) təşkil edir. İşlədiyi vəzifənin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri: Yükləyici-boşaldıçılar zavoda daxil olan texniki çiyidi anbara və ya birbaşa istehsalata ötürməkdən ibarətdir və mütamadi olaraq anbara yığılan texniki çiyidi oradan birbaşa istehsalata ötürməkdən ibarətdir. Əl əməyidir, tozlu zərərli şəraitdə çahşmaq, işinin xüsusiyyətindən ibarət olmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007ci il tarixli, 12 nömrəli Qərarı il təsiq edilmiş siyahının 27.2 “a” bəndində və 2240200a- 12100 vəzifə kodunda müəyyən edilmiş sahənin və vəzifənin xüsusiyətləri ilə eynidir. - Fililal tərəfindən iddiaçıya ünvanlanan 12.04.2021-ci il tarixli, **********5 №-li məktubdan görünür ki, onun fərdi hesabında sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasımn minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 48000,00 manat hesablandığı halda, fərdi hesabınızın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 26782,19 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tədqiq edərək aşağıdakı hüquqi əsaslara görə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. «Andreyeva Latviyaya qarşı» işində İnsan Hüquqları üzrə Avropa Məhkəməsi birmənalı olaraq hesab etmişdir ki, dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri etməsindən və pensiya proqramının maliyyələşmə vasitələrindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsi ilə əhatə edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: -9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. - 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 01.01.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun: - 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaşa çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. - 67-ci maddəsinin İİİ hissəsinin «Ğ» bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. İddiaçı “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün üç element mövcud olmalıdır: 1) İddiaçının 57 yaşının tamam olması; 2) İddiaçının 01.01.2006-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması; 3) İddiaçının 01.01.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. Məhkəmə araşdırılması zamanı iddiaçının təhsil aldığı, hərbi xidmətdə olduğu, əmək kitabçası üzrə işlədiyi müddətlər nəzərə alınmaqla 01.01.2006-cı ilədək ümumi iş stajının 25 il 3 ay 15 gün təşkil etməsi müəyyən edilmişdir. İddiaçının güzəştli iş stajı ilə bağlı isə məhkəmə qeyd edir ki, İddiaçı işlədiyi yükləyiçiboşaldıcı peşəsi iş yerinin arayışına əsasən həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüquqi verən istehsalatların, peşələrin vəzifələrin və göstəricilərin Siyahısı’’ nın təsdiq edilməsi barədə 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 №-li Siyahısında nəzərdə tutulmuş 2240200a—12100 koduna, həm də Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüquqi verən istehsalatların, peşələrin vəzifələrin və göstəricilərin Siyahısı’’-nın təsdiq edilməsi barədə 2007-ci il 23 yanvar tarixli 12 saylı qərarı ilə Siyahının 27.2-ci bəndinin “Yağ ekstraksiyası istehsalı” – a) yarlmbəndində nəzərdə tututulmuş yeyinti məhsulunun yükləyiciləri-boşaldıcıları peşəsinə uyğun olmaqla 01.01.2006-cı ilədək güzəştli iş stajı 20 il 07 ay 02 gün təşkil edir. Göründüyü kimi hər üç hal (yaş, ümumi iş stajı və güzəştli iş stajı) iddiaçıya münasibətdə mövcud olmaqla cavabdeh inzibati orqan tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi və “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən İddiaçı 57 yaşı tamam olduğu tarixdən, yəni 04.02.2021-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli idi. Cavabdeh inzibati orqanın “zəruri pensiya kapitalının mövcud olmaması” haqda dəlilinə münasibətdə isə məhkəmə qeyd edir ki, həmin tələb 01.07.2017-ci il tarixdən qüvvədədir. İddiaçı isə pensiya hüququnu 01.01.2006-cı il tarixənədək qazanmışdı. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Qeyd olunanlara əsasən iddiaçının fərdi hesabının sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalı qeydə alınmaması ona pensiya təyin olunmasından imtina üçün əsas ola bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddiaçının müraciətinin təmin edilməsindən cavabdeh inzibati orqanın imtinası əsassız olmaqla iddiaçının hüquqlarının pozulması ilə nəticələnmişdir. Ona görə də iddia tələbi əsaslı olduğundan təmin edilməli və İddiaçı 57 yaşı tamam olduğu tarixdən, yəni 04.02.2021-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia tələbi təmin edilsin. İddiaçı 57 yaşı tamam olduğu tarixdən, yəni 04.02.2021-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X8 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər.
Hakim Şəlalə Həsənova