Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7299/2025 05.02.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı 3-cü şəxs qismində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi və "xxxx" Qapalı Səhmdar Cəmiyyəti işə cəlb edilməklə “sərəncamın ləğv edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, Cavabdehin nümayəndəsi X2, 3-cü şəxs "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı 3-cü şəxs qismində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi və "xxxx" Qapalı Səhmdar Cəmiyyəti işə cəlb edilməklə “sərəncamın ləğv edilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı 7 noyabr 2024-cü il tarixli 184 nömrəli sərəncamın ləğv edilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin satılması haqqında Əsasnamə” ilə müəyyən edilmiş qaydada keçmiş Əmlak Məsələləri Dövlət Komitəsinin 20 iyun 2014-cü il tarixli 184 nömrəli sərəncamı ilə Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Salyan şossesi, 68-ci km, 15 ünvanında olan qeyri-yaşayış binasının yerləşdiyi 25477.8 kv.m torpaq sahəsi iddiaçı tərəfindən özəlləşdirilmişdir. Daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ********* qeydiyyat nömrəli çıxarışa əsasən qeyd olunan 254778 ha torpaq sahəsi və onun üzərindəki qeyri-yaşayış binası ərizəçinin xüsusi mülkiyyətindədir. Həmçinin, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş texniki pasportda yuxarıda qeyd olunan torpaq sahəsinin və binanın hüquq subyekti olaraq iddiaçı göstərilmişdir. Buna baxmayaraq, iddiaçının 25477.8 kv.m torpaq sahəsi və bina üzərində xüsusi mülkiyyət hüququ hazırda Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən məhdudlaşdırılmaqdadır. Belə ki, cavabdeh orqan tərəfindən ərizəçiyə göndərilmiş xx.xx.2025-ci il tarixli, 3-21-3/2-346/2025 nömrəli bildirişdə qeyd olunur ki, Əmlak Məsələləri Dövlət Xidmətinin 7 noyabr 2024-cü il tarixli 184 nömrəli sərəncamı ilə özəlləşdirilmiş 25477.8 kv.m torpaq sahəsinin 17100.0 kv.m hissəsi ləğv edilməklə 8377.8 kv.m hissəsi xüsusi mülkiyyətdə saxlanılmışdır. Buna görə də, ləğv edilmiş torpaq sahəsinin özəlləşdirilməsi üçün ödənilmiş 68399.87 manat dəyərin geri qaytarılması üçün iddiaçının bank rekvizitlərinin təqdim olunması cavabdeh tərəfindən tələb edilmişdir. Həmçinin qeyd edirlər ki, hazırda cavabdeh orqanın qanunsuz hərəkətləri nəticəsində torpaq sahəsinə daxil olunmuş və divarlar sökülməyə başlanılmış, həmçinin ətraf ərazilərə zərər vurulmuşdur. Bu hərəkətlərin dayandırılması ilə bağlı məhkəməyə müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqi üçün ərizə təqdim edilmişdir. İşin mahiyyəti ilə bağlı bildirirlər ki, cavabdeh orqanın qəbul etdiyi 7 noyabr 2024-cü il tarixli 184 nömrəli sərəncamı qanunsuz hesab edilərək ləğv edilməlidir. Əlavə olaraq bildirilmişdir ki, iddiaçının mülkiyyət hüququ yalnız sərəncam ilə deyil, sərəcamdan sonra bağlanılmış alqı-satqı müqavilə ilə də, yaranmışdır. Belə olan halda mülkiyyət hüququnun birtərəfli ləğv edilməsi yolverilməzdir. Buna baxmayaraq, hazırda cavabdehin qanusuz əməlləri iddiaçının mülkiyyətindən məhrum olması, nəticədə mülkiyyət hüququnun kobud pozuntusu ilə nəticələnə bilər. Bu hüquq isə yalnız hüquqi əsaslar mövcud olduqda məhdudladırıla bilər.
3. Məhkəmənin 2-1(112)-7299/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadları ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi və "xxxx" QSC iş üzrə zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişlər.
4. Sonradan "xxxx" QSC hüquqi varisi "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə əvəz edilmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
5. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.
6. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, Əmlak Məsələləri Dövlət Komitəsinin 20 iyun 2014-cü il tarixli 184 nömrəli sərəncamı ilə Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, salyan şossesi, 68-ci km, 15 ünvanında olan qeyri-yaşayış binasının yerləşdiyi 25477.8 kv.m torpaq sahəsinin özəlləşdirilməsi barədə qərar qəbul edilmiş və xx.xx.2014-cü il tarixli 5039 nömrəli alqı-satqı müqaviləsi əsasında İddiaçı adına özəlləşdirilmişdir. Belə ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin ərazisində aparılan monitorinq zamanı həmin torpaq sahəsinin 17100 kv.m hissəsi İddiaçı mülkiyyətində olan 133.2 kv.m qeyri-yaşayış binasının xidməti fəaliyyəti üçün nəzərdə tutulmuş 8377.8 kv.m ərazidən kənarda yerləşməklə cəmiyyətin istifadəsinə verilmiş dövlətə məxsus torpaq sahəsi ilə üst-üstə düşməsi faktı müəyyən edilmiş və Əmlak Məsələləri Dövlət Xidmətinin 7 noyabr 2024-cü il tarixli 184 nömrəli sərəncamı ilə özəlləşdirilmiş 25477.8 kv.m torpaq sahəsinin 17100.0 kv.m hissəsi ləğv edilməklə 8377.8 kv.m hissəsi xüsusi mülkiyyətdə saxlanılmış və ləğv edilmiş 17100 kv.m torpaq sahəsinin özəlləşdirilməsi üçün ödənilmiş 68399.87 (altmış səkkiz min üç yüz doxsan doqquz manat səksən yeddi qəpik) manat dəyərinin geri qaytarılması məqsədilə iddiaçıya bank rekvizitlərinin təqdim edilməsi barədə xx.xx.2025-ci il tarixli, 3-21-3/2-346/2025 nömrəli məktub ünvanlanmışdır. Bununla əlaqədar bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidenti tərəfindən 18 oktyabr 2007ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsinin ərazisində “Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin tikilməsi barədə” 2443 nömrəli sərəncam verilmişdir. Həmin sərəncamla Bakı şəhər İcra Hakimiyyəti və Əmlak Məsələləri Dövlət xidməti tərəfindən “Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin tikintisi” üçün torpaq sahəsinin ayrılmasının təmin edilməsi Nazirlər Kabinetinə tapşırılmışdır. Daha sonra Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2007ci il tarixli, 527 nömrəli sərənamı ilə Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin tikintisinin layihələndirilməsi üçün 200 ha torpaq sahəsi Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin istifadəsinə verilmişdir. Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2007-ci il tarixli, 626 nömrəli sərənamı ilə xx.xx.2007-ci il tarixli 527 nömrəli sərəncama dəyişiklik edilmiş, həmin sərəncamdakı “200 ha” ifadəsi “400 ha” kimi oxunması qərara alınmışdır. Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi xx.xx.2009-cu il tarixində həmin torpaq sahəsinə dair ayrıc aktı tərtib etmiş və “400 ha” torpaq sahəsinin koordinatları müəyyən edilmişdir. Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi Şəhər ərazisinin tikintiplanlaşdırma idarəsi tərəfindən xx.xx.2009-cu il tarixində həmin torpaq sahəsinin ayrılmasına dair İnşaat Pasportu tərtib edilmiş və xx.xx.2009-cu il tarixli ayrıc aktı həmin İnşşat Pasportunda qeyd olunmuşdur. Daha sonra Limanın Kompleksinin tikintisinin layihələndirilməsinə dair dəqiqləşmiş xx.xx.2011-ci il tarixli, 11/10 saylı Ayrıc Aktı tərtib edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 18 mart 2015-ci il tarixli sərəncamı ilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı yenidən təşkil edilmiş, səhmləri dövlətə məxsus, Xəzər dənizinin Bakı şəhərinə aid akvatoriyasında liman xidmətləri göstərmək hüququna malik "xxxx" QSC yaradılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 349s saylı sərəncamı ilə X4 Ticarət Limanı Kompleksi "xxxx" QSC-nin balansına qəbul edilmişdir. Hal-hazırda qeyd olunan torpaq sahəsi üzərində **********48 nömrəsi əsasında "xxxx" QSC-nin istifadə hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan kemişdir. Göründüyü kimi, Əmlak Məsələləri Dövlət Komitəsinin 20 iyun 2014-cü il tarixli 184 nömrəli sərəncamı ilə Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Salyan şossesi, 68ci km, 15 ünvanında olan qeyri-yaşayış binasının yerləşdiyi 25477.8 kv.m torpaq sahəsinin özəlləşdirilməsi barədə qərar qəbul edilməzdən əvvəl, həmin torpaq sahəsinin 17100 kv.m hissəsi yuxarıda qeyd olunan sərəncamlar əsasında "xxxx" kompleksinin tikinti məqsədilə ayrıldığından və sonradan "xxxx" QSC-nin balansına verildiyindən Xidmətin torpaq sahəsi 17100 kv.m hissəsi ilə bağlı sərəncam vermək səlahiyyəti olmamışdır. Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Salyan şossesi, 68-ci km, 15 ünvanında olan qeyri-yaşayış binasının yerləşdiyi 25477.8 kv.m torpaq sahəsinin özəlləşdirilməsi barədə Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 20 iyun 2014cü il tarixli 184 nömrəli sərəncam qəbul olunan zaman həmin torpaq sahəsinin 17100 kvm hissəsinin "xxxx" QSC-yə ayrılması barədə Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2007-ci il tarixli, 626 nömrəli sərəncamı qüvvədə olmuşdur. Bu səbəbdən Əmlak Məsələləri Dövlət Xidməti ərəfindən 20 iyun 2014-cü il tarixli 184 nömrəli sərəncamı "xxxx" QSC-nin qnaunla qorunan maraqlarının pozulmasına səbəb olduğundan Xidmətin 7 noyabr 2024-cü il tarixli 184 nömrəli sərəncamı ilə özəlləşdirilmiş 25477.8 kv.m torpaq sahəsinin 17100 kv.m hissəsi ləğv edilməklə Cəmiyyətin qeyd olunan torpaq sahəsi üzərində hüqquları bərpa olunmudur. Ləğv edilmiş 17100 kv.m torpaq sahəsinin özəlləşdirilməsi ümün ödənilmiş 68399.87 manat dəyərinin geri qaytarılması məqsədilə iddiaçıya bank rekvizitlərinin təqdim edilməsi barədə xx.xx.2025-ci il tarixli, 3-21-3/2- 346/2025 nömrəli məktub ünvanlanmışdır.
7. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
8. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
9. Şifahi məhkəmə baxışı iclasında iştirak edən 3-cü şəxsin nümayəndəsi iddia tələbini qəbul etməyərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
10. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq digər 3-cü şəxsin səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbi barəsində isə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında digər 3-cü şəxsin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
11. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən 13 yanvar 2025-ci il tarixli, 3-21-3/2-346/2025 nömrəli məktubla imtina edilmişdir.
12. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Salyan şossesi, 68-ci km, 15 ünvanında yerləşən ümumi sahəsi 133.2 kv.m olan qeyriyaşayış binası və onun yerləşdiyi 2.54778 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına qeydiyyata alınmışdır.
13. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Salyan şossesi, 68-ci km, 15 ünvanında yerləşən qeyri-yaşayış binasına dair xx.xx.2014-cü il tarixə olan vəziyyətə əsasən texniki pasport verilmişdir.
14. Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2007-ci il tarixli, 527 nömrəli sərəncamı ilə Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin tikintisinin layihələndirilməsi üçün 200 ha torpaq sahəsi Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin istifadəsinə verilmişdir.
15. Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2007-ci il tarixli, 626 nömrəli sərəncamı ilə xx.xx.2007-ci il tarixli 527 nömrəli sərəncama dəyişiklik edilmiş, həmin sərəncamdakı “200 ha” ifadəsi “400 ha” kimi oxunması qərara alınmışdır.
16. Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi xx.xx.2009-cu il tarixində həmin torpaq sahəsinə dair ayrıc aktı tərtib etmiş və “400 ha” torpaq sahəsinin koordinatları müəyyən edilmişdir.
17. Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi Şəhər ərazisinin tikinti-planlaşdırma idarəsi tərəfindən xx.xx.2009-cu il tarixində həmin torpaq sahəsinin ayrılmasına dair İnşaat Pasportu tərtib edilmiş və xx.xx.2009-cu il tarixli ayrıc aktı həmin İnşşat Pasportunda qeyd lunmuşdur.
18. Daha sonra Limanın Kompleksinin tikintisinin layihələndirilməsinə dair dəqiqləşmiş xx.xx.2011-ci il tarixli, 11/10 saylı Ayrıc Aktı tərtib edilmişdir.
19. Azərbaycan Respublikası Prezidentinin 18 mart 2015-ci il tarixli sərəncamı ilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı yenidən təşkil edilmiş, səhmləri dövlətə məxsus, Xəzər dənizinin Bakı şəhərinə aid akvatoriyasında liman xidmətləri göstərmək hüququna malik "xxxx" QSC yaradılmışdır.
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 349s saylı sərəncamı ilə X4 Ticarət Limanı Kompleksi "xxxx" QSC-nin balansına qəbul edilmişdir.
21. Azərbaycan Respublikası Prezidentinin “"xxxx" Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqına” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 18 mart tarixli 1121 nömrəli sərənamında dəyişiklik edilməsi barədə” 2 fevral 2024-cü il tarixli 4288 nömrəli sərncamına əsasən “"xxxx" Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqına” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 18 mart tarixli 1121 nömrəli sərənamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 3, maddə 316 (Cild İ) 4.3-cü bəndində “400” rəqəmləri “369.26” rəqəmləri ilə əvəz edilmişdir.
22. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən 17 mart 2025-ci il tarixli 3-21- 3/2-4116/2025 nömrəli məktubla Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Salyan şossesi, 68ci km, 15 ünvanında yerləşən 25477 kv.m torpaq sahəsinin İddiaçı adına özəlləşdirilməsinə dair sənədlərin, eləcə də, Xidmətin xx.xx.2014-cü il tarixli 184 nömrəli sərəncamının və qəbul edilməsinə əsas olmuş sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir.
23. Məhkəmənin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 3 iyun 2025-ci il tarixli 3-21-3-30/2-23055/2025 nömrəli məktubla "xxxx" QSC-yə dair hüquqmüəyyənedici sənədlərin surətləri (“Torpaqdan daimi istifadə hüququna dair” dövlət aktı, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və s.) məhkəməyə təqdim edilmişdir.
24. Cavabdeh tərəfindən mübahisəli ərazinin ortofoto görüntüsü məhkəməyə təqdim edilmişdir.
25. Cavabdehin “Keçmiş Əmlak Məsələləri Dövlət Komitəsinin (hazırda İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin) 20 iyun 2014-cü il tarixli 184 nömrəli sərəncamına dəyişiklik edilməsi barədə” 7 noyabr 2024-cü il tarixli, 184 nömrəli sərəncamına əsasən:
1. Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Salyan şossesi, 68-ci km, 15 ünvanında yerləşən 25477.8 kv.m torpaq sahəsinin İddiaçı satılması barədə Əmlak Məsələləri Dövlət Komitəsinin 20 iyun 2014-cü il tarixli 184 nömrəli sərənamının 1 nömrəli əlavəsinin altıncı sətrinin torpaq sahəsi hissəsində aşağıdakı redaksiyada “8377.8 kv.m” verilsin.
2. Dövlət əmlakının özəlləşdirilməsinin təşkili şöbəsi torpaq sahəsinin özəlləşdirilməsinin qismən ləğv edilməsi barədə vətəndaş İddiaçı məlumat verilsin.
3. Maliyyə və təminat şöbəsinə tapşırılsın ki, özəlləşdirilməsi ləğv edilmiş 17100.0 kv.m torpaq sahəsinin 68399.87 (altmış səkkiz min üçyüz doxsan doqquz manat səksən yeddi qəpik) manat dəyərinin vətəndaşa geri qaytarılması məqsədilə zərur tədbirlər görsün.
4. Dövlət əmlakının icarəyə verilməsi və dövlət ehtiyacları şöbəsinə və Dövlət əmlakının idarə edilməsi və səmərəli istifadəsinə nəzarət şöbəsinə tapşırılsın ki, dövlətə məxsus 17100.0 kv.m torpaq sahəsindən təyinatı zrə istifadə edilməsi ilə bağlı zəruri tədbirlər görsünlər.
ƏSASLANDİRMA HİSSƏSİ:
İddianın növü və mümkünlüyü
26. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb mübahisələndirmə haqqında iddia növünə aiddir.
27. İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
28. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).
29. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.
30. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər Həmin Məcəllənin 38.3-cü maddəsinə görə inzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1-ci və 38.2-ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı aşağıdakı vaxtadək dayandırılır: -38.3.1. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun şikayət üzrə qəbul etdiyi qərardan (verdiyi yazılı cavabdan) şikayət verilməsi üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlər bitənədək (müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verilmədiyi halda); -38.3.2. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun qərarından (yazılı cavabından) müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verildiyi halda isə həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavabı) şikayətçiyə təqdim edilənədək.
31. Mübahisələndirmə haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti iddia müddətinə riayət edilməsidir.
32. Hazırkı iş üzrə işin hallarından müəyyən edimişdir ki, iddiaçı tərəfindən cavabdehin xx.xx.2024-cü il tarixli sərəncamı qanunverciliklə müəyyən edilmiş müddətdə mübahisələndirilmişdir. Belə ki, iş materiallarında olan sənədlərə əsasən müəyyən edilmişdir ki, iddiaçı tərəfindən mübahisələndirilən sərəncam xx.xx.2024-cü il tarixli olmaqla iddiaçı tərəfindən sözügedən sərəncamın ləğv edilməsi ilə bağlı ilk öncə cavabdehə müraciət edilmiş, cavabdeh tərəfindən müraciəti xx.xx.2025-ci il tarixli məktubla təmin edilmədikdən sonra xx.xx.2025-ci il tarixli hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək sərncamı mübahisələndirmişdir.
33. Məhkəmə hesab edir ki, iddiaçı qanunvericiliklə müəyyən edilmiş 30 günlük iddia müddətini ötürməmişdir. İddia mümkün iddiadır.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
34. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək, hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.
35. Məhkəmə gəldiyi nəticəsini aşağıdakılar ilə əsaslandırır:
36. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: Maddə 146. Daşınmaz əmlaka hüququn əmələ gəlməsi 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. ... Maddə 337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
37. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0.1. inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs; 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; ... Maddə 11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan , subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.10. Maraqlı şəxsə ödəniləcək kompensasiyanın həcmi qanunsuz inzibati aktı ləğv etmiş orqan tərəfindən müəyyən olunur və həmin şəxsə vurulmuş real ziyanın həcminə mütənasib olmalıdır.
38. Hazırki işin hallarından müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Prezidentinin 18 oktyabr 2007-ci il tarixli 2443 nömrəli sərəncamına əsasən Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsinin ərazisində “Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin tikilməsi qərara alınmışdır. Həmin Sərəncamla Bakı şəhər İcra Hakimiyyəti və Əmlak Məsələləri Dövlət xidməti tərəfindən “Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin tikintisi” üçün torpaq sahəsinin ayrılmasının təmin edilməsi Nazirlər Kabinetinə tapşırılmışdır. Daha sonra Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2007-ci il tarixli, 527 nömrəli sərəncamı ilə Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin tikintisinin layihələndirilməsi üçün 200 ha torpaq sahəsi Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin istifadəsinə verilmişdir. Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2007-ci il tarixli, 626 nömrəli sərəncamı ilə xx.xx.2007-ci il tarixli 527 nömrəli sərəncama dəyişiklik edilmiş, həmin sərəncamdakı “200 ha” ifadəsi “400 ha” kimi oxunması qərara alınmışdır. Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi xx.xx.2009-cu il tarixində həmin torpaq sahəsinə dair ayrıc aktı tərtib etmiş və “400 ha” torpaq sahəsinin koordinatları müəyyən edilmişdir. Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi Şəhər ərazisinin tikinti-planlaşdırma idarəsi tərəfindən xx.xx.2009-cu il tarixində həmin torpaq sahəsinin ayrılmasına dair İnşaat Pasportu tərtib edilmiş və xx.xx.2009-cu il tarixli ayrıc aktı həmin İnşaat Pasportunda qeyd olunmuşdur. Daha sonra Limanın Kompleksinin tikintisinin layihələndirilməsinə dair dəqiqləşmiş xx.xx.2011-ci il tarixli, 11/10 saylı Ayrıc Aktı tərtib edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 18 mart 2015-ci il tarixli sərəncamı ilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı yenidən təşkil edilmiş, səhmləri dövlətə məxsus, Xəzər dənizinin Bakı şəhərinə aid akvatoriyasında liman xidmətləri göstərmək hüququna malik "xxxx" QSC yaradılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 349s saylı sərəncamı ilə X4 Ticarət Limanı Kompleksi "xxxx" QSC-nin balansına qəbul edilmişdir. Azərbaycan Respublikası Prezidentinin “"xxxx" Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqına” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 18 mart tarixli 1121 nömrəli sərənamında dəyişiklik edilməsi barədə” 2 fevral 2024-cü il tarixli 4288 nömrəli sərncamına əsasən “"xxxx" Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqına” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 18 mart tarixli 1121 nömrəli sərənamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 3, maddə 316 (Cild İ) 4.3-cü bəndində “400” rəqəmləri “369.26” rəqəmləri ilə əvəz edilmişdir. Hal-hazırda qeyd olunan torpaq sahəsi üzərində **********48 nömrəsi əsasında "xxxx" QSC-nin istifadə hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Lakin "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin ərazisində aparılan monitorinq zamanı həmin torpaq sahəsinin 17100 kv.m hissəsi İddiaçı mülkiyyətində olan 133.2 kv.m qeyri-yaşayış binasının xidməti fəaliyyəti üçün nəzərdə tutulmuş 8377.8 kv.m ərazidən kənarda yerləşməklə cəmiyyətin istifadəsinə verilmiş dövlətə məxsus torpaq sahəsi ilə üst-üstə düşməsi faktı müəyyən edilmiş və Əmlak Məsələləri Dövlət Xidmətinin 7 noyabr 2024-cü il tarixli 184 nömrəli sərəncamı ilə özəlləşdirilmiş 25477.8 kv.m torpaq sahəsinin 17100.0 kv.m hissəsi ləğv edilməklə 8377.8 kv.m hissəsi xüsusi mülkiyyətdə saxlanılmış və ləğv edilmiş 17100 kv.m torpaq sahəsinin özəlləşdirilməsi üçün ödənilmiş 68399.87 (altmış səkkiz min üç yüz doxsan doqquz manat səksən yeddi qəpik) manat dəyərinin geri qaytarılması məqsədilə iddiaçıya bank rekvizitlərinin təqdim edilməsi barədə xx.xx.2025-ci il tarixli, 3-21-3/2-346/2025 nömrəli məktub ünvanlanmışdır. Belə ki, Əmlak Məsələləri Dövlət Komitəsinin 20 iyun 2014-cü il tarixli 184 nömrəli sərəncamı ilə Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Salyan şossesi, 68-ci km, 15 ünvanında olan qeyriyaşayış binasının yerləşdiyi 25477.8 kv.m torpaq sahəsinin özəlləşdirilməsi barədə qərar qəbul edilməzdən əvvəl, həmin torpaq sahəsinin 17100 kv.m hissəsi yuxarıda qeyd olunan sərəncamlar əsasında "xxxx" kompleksinin tikinti məqsədilə ayrıldığından və sonradan "xxxx" QSC-nin balansına verildiyindən Xidmətin torpaq sahəsinin 17100 kv.m hissəsi ilə bağlı sərəncam vermək səlahiyyəti olmamış, həmin vaxt torpaq sahəsinin 17100 kv.m hissəsinin "xxxx" QSC-yə ayrılması barədə Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2007-ci il tarixli, 626 nömrəli sərəncamı qüvvədə olmuşdur.
39. Göründüyü kimi, iddiaçıya məxsus mübahisəli qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinin bir hissəsi - 17100 kv.m-i "xxxx" QSC-yə ayrılmasına və həmin torpaq sahəsinə dair Ayrıc Aktı və İnşaat Pasportu tərtib edilməsinə baxmayaraq cavabdeh tərəfindən qeyriyaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinin sözügedən hissəsi qanunsuz və əsassız olaraq özəlləşdirilməyə çıxarılaraq bu barədə qanunsuz inzibati akt qəbul edilmişdir.
40. Odur ki, məhkəmə hesab edir ki, qanunvericiliyin tələblərinə əsasən iddiaçıya münasibətdə qanunsuz əlverişli inzibati akt sayılan cavabdehin sözügedən sərəncamı işin yuxarıda sadalanan hallarına əsasən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 67-ci maddəsinin tələbləri gözlənilməklə ləğv edildiyindən, bununla da, cavabdehin “Keçmiş Əmlak Məsələləri Dövlət Komitəsinin (hazırda İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin) 20 iyun 2014-cü il tarixli 184 nömrəli sərəncamına dəyişiklik edilməsi barədə” 7 noyabr 2024-cü il tarixli, 184 nömrəli sərəncamı” qanuni və əsaslı olduğundan iddiaçının tələbi əsassız hesab edilməklə təmin edilməməlidir.
41. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsin əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
42. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.
44. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
45. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
46. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir.
47. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Aygün Abdullayeva