Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-73/2024 14.03.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, Qurbanlı Elnur Qubad oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı “xx.xx.2020-ci il tarixli və xx.xx.2021-ci il tarixli **********193333 nömrəli səyyar vergi yoxlaması aktlarının etibarsız hesab edilməsi, 2017,2018,2019 və yekunlaşmış 2020-ci illər üzrə növbədənkənar səyyar vergi yoxlamasının təyin olunmasına dair qərar və **********752500 nömrəli tələbnamənin və tələbnamədən eyni zamanda qərardan irəli gələn ASC-nin bank və digər hesablarına, o cümlədən depozit hesabına yönəldilən sərəncamların icrasının dərhal dayandırılması” tələbinə dair iddianın inzibati məhkəmə icratının mümkünlüyü məsələsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinə qarş ıiddia qaldıraraq “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********145543 nömrəli qərarının ləğv olunması, xx.xx.2020-ci il tarixli və xx.xx.2021-ci il tarixli **********193333 nömrəli səyyar vergi yoxlaması aktlarının etibarsız hesab edilməsi, 2017,2018,2019 və yekunlaşmış 2020-ci illər üzrə növbədənkənar səyyar vergi yoxlamasının təyin olunmasına dair qərar və **********752500 nömrəli tələbnamənin və tələbnamədən eyni zamanda qərardan irəli gələn ASC-nin bank və digər hesablarına, o cümlədən depozit hesabına yönəldilən sərəncamların icrasının dərhal dayandırılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin xx.xx.2018-ci il tarixli **********150723 nömrəli qərarına əsasən İddiaçı ASC-də 2017-2018-ci illər üzrə aparılmış növbədənkənar səyyar vergi yoxlamasının nəticəsinə dair xx.xx.2019-cu il tarixli **********152088 nömrəli aktda, ASC-nin 2017-ci il üzrə Azərbaycan Respublikası ərazisində əldə etdiyi gəlirləri 4 565 334,3 manat olduğu halda, bu gəlirləri 11 548 408,6 manat göstərmiş, ASC-nin respublikadan kənarda əldə etdiyi gəlirləri 18 259 604,82 manat olduğu halda, tərtib olunmuş aktda öz əksini tapmamışdır. Bununla da, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.12, 132 və 135-ci maddələrinin tələbləri pozulmuşdur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin xx.xx.2019-cu il tarixli **********193288 nömrəli qərarına əsasən İddiaçı ASC-də 2018-2019-cu illər üzrə növbədənkənar səyyar vergi yoxlaması keçirilərək nəticəsinə dair xx.xx.2020-ci il tarixli **********193333 saylı tərtib edilmiş birinci aktda ASC-nin 2018-ci il üzrə Azərbaycan Respublikası ərazisində əldə etdiyi gəlirləri 74 634 020,86 manat olduğu halda, bu gəlirlər 83721514,10 manat göstərilmiş, xx.xx.2021-ci il tarixli **********193333 saylı tərtib edilmiş ikinci aktda isə ASC-nin 2018-ci il üzrə Azərbaycan Respublikası ərazisində əldə etdiyi gəlirləri 78503940 manat göstərilmişdir. Bununla Vergi Məcəlləsinin 13.2.12, 132 və 135-ci maddələrinin tələbləri pozulmuşdur. xx.xx.2020-ci il tarixli 1-ci aktla yoxlanılan 2018-2019-cu illər üzrə ümumilikdə 12 361 970,10 manat, o cümlədən 7 960 059,37 manat əlavə vergi məbləği və 4 401 910,73 manat maliyyə sanksiyası hesablanmışdır. Səyyar vergi yoxlaması aktında dürüst olmayan və təhrif olunmuş məlumatların olduğu, qanunvericilik aktlarının tələblərinin pozulduğu və əsassız olaraq əlavə vergi və maliyyə sanksiyaları hesablandığından akt Cəmiyyət tərəfindən imzalanmamışdır. Vergi qanunvericiliyinə uyğun olaraq Vergi Məcəlləsinin 39.5-ci maddəsinə əsasən xx.xx.2020-ci il tarixdə 139/20 nömrəli etiraz məktubu təqdim edilmişdir. Etiraz məktubunda bütün iradlar, etirazlar əsaslandırılaraq növbədənkənar səyyar vergi yoxlaması keçirilməsinin zəruruliyi vergi orqanının nəzərinə çatdırılmışdır. Təəssüf ki, Vergi Məcəlləsinin 38.3.9-cu maddəsində nəzərdə tutulan vergi yoxlamasının nəticələri ilə razılaşmayan vergi ödəyicisi olaraq növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi üçün olan yazılı etiraz və növbədənkənar yoxlama tələbi nəzərə alınmayaraq, vergi orqanı tərəfindən Cəmiyyətin Vergi Məcəlləsinin 24.0.2-ci maddəsində təsbit olunan vergi ödəyicisinin hüquqlarının və qanuni mənafelərinin gözlənilməsi və müdafiə edilməsi təmin edilməmişdir. Bir müddət sonra xx.xx.2020-ci il tarixdə "Zoom"proqram təminatı vasitəsilə Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin vəzifəli şəxslərinin Cəmiyyətin iştirakı ilə vergi yoxlamasının materiallarına baxılması həyata keçirildikdən sonra vergi orqanı tərəfindən “Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi” haqqında xx.xx.2020-ci il tarixli **********141278 nömrəli qərar qəbul edilmiş və bunun üçün 30 iş günü müəyyən edilmişdir. Lakin, əvvəlki səyyar vergi yoxlaması aktı ləğv edilmədən, faktiki olaraq yenidən əvvəlki yoxlanılan bütün vergi növləri və dövr təkrar yoxlanılaraq yeni xx.xx.2021-ci il tarixli **********1993333 nömrəli 53 vərəqədən ibarət akt tərtib edilmişdir. Hətta sonuncu yoxlamanın 30 iş günü müddəti ərzində aparılmağı ilə yanaşı, aktın tərtibi üçün əlavə olaraq daha 30 gün müddət ayrılmışdır ki, bu da yoxlamanın növü, məzmunu, dövrü, eyni olmaqla yoxlamanın təkrar olduğunu bir daha təsdiq edir. Göstərilən xx.xx.2021-ci il tarixli 2-ci aktda 3 947 842,71 manat vergilərin az hesablandığı qeyd edilmiş və cəmiyyətə 2 885 271,34 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Beləliklə əvvəlki aktla müqayisədə xx.xx.2020-ci il tarixli aktda qeyd edilmiş ümumilikdə 12 361 970,10 manat məbləğində olan hesablamalar 5 528 696 manat məbləğində azaldılmışdır. Lakin, aktda dürüst olmayan, təhrif olunmuş məlumatların bir qismi tərtib olunan sonuncu aktla aradan qaldırılsa da, tam olaraq cəmiyyətin maliyyə illəri üzrə göstəricilərini özündə düzgün əks etdirməmişdir. Qeyd edilməlidir ki, uzun müddətli aparılan vergi yoxlamaları cəmiyyətin iş ahəngini pozmuş, qanunsuz əlavə hesablamalar isə maliyyə vəziyyətini pisləşdirməklə bərabər, cəmiyyətin bu müddət ərzində olan orta hesabla işçi sayının 400-dən 30-dək azalmasına səbəb olmaqla işçilərin məşğulluğuna və sosial həyatına mənfi təsirsiz ötüşməmişdir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 49.3 və 49.6-cı maddələrinin şərh edilməsi haqqında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2002-ci il tarixli Qərarında göstərilir ki, Vergi Məcəlləsində əks olunmuş maliyyə (mahiyyətcə cərimə) sanksiyaları hüququn ümumi prinsiplərindən çıxış edərək tarazlıq prinsipinə də cavab verməlidir. Vergi orqanları tərəfindən tarazlaşdırılmamış maliyyə sanksiyalarının tətbiqi sahibkarları yalnız gəlirdən deyil, həm də digər əmlakdan məhrum edə bilər ki, bu da sahibkarların digər şəxslər qarşısında götürülmüş öhdəliklərinin yerinə yetirilməsinə və ümumiyyətlə, onların sonrakı fəaliyyəti üçün real təhlükə yarada, hətta bu fəaliyyətin xitamına da səbəb ola bilər (Konstitusiya Məhkəməsinin Plenumunun qərarına istinadın sonu). Cəmiyyət tərəfindən xx.xx.2021-ci il tarixdə növbəti etiraz məktubu təqdim edilsə də, vergi orqanının vəzifəli şəxslərinin hərəkətləri (hərəkətsizliyi) davam etmiş və nəhayət xx.xx.2021-ci il tarixdə “Zoom” proqram təminatı vasitəsilə Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin aidiyyəti vəzifəli şəxslərinin və Cəmiyyətin əməkdaşlarının iştirakı ilə vergi yoxlamasının materialları müzakirəyə (baxışa) çıxarılmışdır. Lakin iddiaçı tərəfindən etiraz məktublarında qeyd olunanlar və bütün bu müddət ərzində pozulmuş hüquqların bərpası baş vermədiyindən, düzgün qərarın qəbul edilməsi üçün əhəmiyyətli olan hallar nəzərə alınmadığından və növbədənkənar səyyar yoxlaması təyin edilmədiyindən belə bir müzakirənin aparılmasından iddiaçı tərəfindən imtina edilmişdir. Bütün bunlara baxmayaraq, 12 gündən sonra Vergi Məcəlləsinin 39.7-ci maddəsi kobud şəkildə pozulmaqla şəxsin (hüquqi şəxs olaraq vergi ödəyicisinin) vergi yoxlamasının materiallarına baxılmanın yeri və vaxtı haqqında vergi ödəyicisinə əvvəlcədən məlumat verilməməklə xx.xx.2021-ci il tarixdə İddiaçı ASC-də “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə xx.xx.2021-ci il tarixli **********145543 nömrəli qərar qəbul edilmişdir. Vergi Məcəlləsinin 39.7-ci maddəsində deyilir: “Vergi ödəyicisi tərəfindən vergi yoxlaması aktı üzrə yazılı izahatlar və ya etirazlar təqdim edildikdə, yoxlamanın materialları vergi ödəyicisinin vəzifəli şəxslərinin və ya fərdi sahibkarın və (və ya) onların nümayəndələrinin iştirakı ilə baxılır. Vergi orqanı vergi yoxlamasının materiallarına baxılmanın yeri və vaxtı haqqında vergi ödəyicisinə əvvəlcədən məlumat verir. Vergi ödəyicisi ona əvvəlcədən məlumat verilməsinə baxmayaraq, üzürlü səbəb olmadan gəlməyibsə, yoxlamanın materiallarına, vergi ödəyicisi tərəfindən təqdim edilən etirazlara, izahatlara, digər sənəd və materiallara onun iştirakı olmadan baxılır. Bununla belə Vergi Məcəlləsinin 49.1-ci maddəsinə əsasən səyyar vergi yoxlamasının materiallarına baxılmanın xx.xx.2021-ci il tarixində “ZOOM” proqramı vasitəsilə baş tutan görüşdə yoxlama materiallarının baxılmasından imtina etdiyimiz halda belə, yoxlama materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri (rəhbərin müavini) 10 gün müddətində qərar qəbul etməli olduğu halda buna əməl edilməmiş və 13-cü gün qərar qəbul edilmişdir. Belə olan halda imperativ norma (konkret davranış qaydası müəyyən edir və olduğu kimin icra edilməlidir) daşıyan Vergi Məcəlləsinin 49.5-ci maddəsində göstərilmişdir ki, vergi orqanının vəzifəli şəxsləri tərəfindən Məcəllənin 49-cu maddəsinin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. Qərarın verilməsində əsas olan xx.xx.2021-ci il tarixli yoxlama aktı ilə yanaşı onlara məlum olmayan “xx.xx.2021-ci il tarixli **********635000 nömrəli sənədin” də qərarda əsas əhəmiyyət kəsb etdiyi qərarda göstərilmişdir. Qərarda yoxlama materiallarına baxılmanın nəticələri üzrə xx.xx.2021-ci il tarixdə ’’Zoom"proqram təminatı vasitəsilə təyin edilmiş görüşdə müzakirədən iddiaçı tərəfindən imtina edilməsi də nəzərə alınmamışdır. Bütün bunlara baxılmayaraq, vergi orqanının “Səyyar vergi yoxlanışı aktına baxılma haqqında” xx.xx.2021-ci il tarixli Protokolunda yoxlama materiallarının baxılmasının baş tutduğu göstərilmişdir. xx.xx.2021-ci il tarixdə çıxarılmış qərardan sonra növbəti gün, yəni xx.xx.2021-ci il tarixdə isə “Vergi borclarının, icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqlarının, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə cəmiyyətə **********752500 nömrəli Tələbnamə göndərilmişdir. Xüsusilə qeyd edilməlidir ki, aparılmış 2-ci yoxlama da vergi qanunvericiliyinin tələbləri ciddi şəkildə pozulmaqla aparılmışdır. Cəmiyyət ilə bağlı obyektiv, ədalətli qərar qəbul edilməsi üçün etiraz məktublarında qeyd olunan iradlara baxılmamış, 2017-2020-ci illər üzrə növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsinin zəruriliyi də nəzərə alınmamışdır. Qeyd olunmalıdır ki, kifayət qədər dövriyyəsi olan cəmiyyətdə növbədənkənar səyyar vergi yoxlaması keçirilmədən, ilkin yoxlamanın nəticələrinin doğru olub-olmadığın müəyyən etmək qeyri mümkündür. Buna baxmayaraq, xx.xx.2020 və xx.xx.2021-ci il tarixli aktlardan görünür ki, hər iki yoxlama eyni şəxslər-X4, X5 və X3 tərəfindən aparılmışdır ki, bu halda da qanunun tələbləri ciddi şəkildə pozulmuşdur. “Əlavə vergi yoxlaması” vergi orqanı tərəfindən təkrar yoxlama olaraq aparılmış, tərtib olunan və xx.xx.2021-ci il tarixdə müzakirəyə çıxarılan xx.xx.2021-ci il tarixli akt xx.xx.2020-ci il tarixli akta əlavə yox, yeni bir akt olaraq rəsmiləşdirilmiş aktdır. Etiraz məktubunda qeyd edildiyi kimi eyni dövrü və vergi növlərini əhatə edən rəsmiləşdirilmiş iki aktdan biri, daha doğrusu 1-ci akt ləğv olunmadan, 2-ci aktın tərtib edilərək müzakirəyə çıxarılması qanuna zidd addım idi. Əvvəl tərtib etmiş aktda ciddi qanun pozuntuları olan hallara edilən etirazlar olduğundan və xx.xx.2020-ci il tarixli akt üzrə yoxlama materialları baxıldığından (hətta yoxlamanın son dövründən, yəni xx.xx.2019-cu il tarixdən sonrakı 2020-ci ildə əhəmiyyət kəsb edəcək hallar olduğundan yoxlanmalı olduğu halda) hüquqi əsası olmayan və hüquqi nəticə yaratmayan xx.xx.2021-ci il tarixli akt tərtib edilmişdir. Hər iki akt üzrə Vergi Məcəlləsinin 15.1.7-15.1.9-cu maddəsinə əsasən vergi orqanlarının və onların vəzifəli şəxsləri tərəfindən vergilər haqqında qanunvericiliyə riayət olunması və Məcəlləsinin 36.2-ci və 38.3.9 maddələrinə əsasən vergi yoxlaması keçirilən zaman düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halların, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halların aydınlaşdırılması üçün 2017, 2018, 2019-cu maliyyə illəri və yekunlaşmış 2020-ci il üzrə növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi təmin edilməli idi. Aktlar üzrə verilmiş etiraz məktublarında göstərilən və dürüst olmayan, təhrif olunmuş məlumatların yalnız bir qismi (hesablamalar üzrə 5 528 696.00 manat azaldılmış) tərtib olunan sonuncu aktla aradan qaldırılsa da, yekun olaraq hesabat illərinin uyğun və düzgün göstəricilərini (hər ilin öz gəlir və gəlirdən çıxılan xərclərini) özündə əks etdirməmişdir. Göründüyü kimi, hazırda eyni yoxlama dövrünü, vergi növlərini özündə əks etdirən Cəmiyyətdə aparılmış səyyar vergi yoxlamasının nəticələri üzrə qüvvədə olan eyni-**********193333 nömrəli iki müxtəlif tarixli (xx.xx.2020-ci və xx.xx.2021-ci il) aktlar mövcuddur ki, nəticələri bir-birindən kəskin fərqlənməklə yanaşı, hesabat illərinin maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrini və dövlət büdcəsi ilə hesablaşmalarını özlərində düzgün əks etdirmirlər. Xüsusən qeyd edilməlidir ki, ilk aktda (xx.xx.2020-ci il tarixli 52 vərəqdə) sənədlərin təqdimi üçün tələbnamə verilməsi və yoxlamaya sənədlərin tam təqdim edilməsi göstərildiyi halda, növbəti əlavə vergi yoxlamasının nəticəsi üzrə tərtib olunan aktda (xx.xx.2021-ci il tarixli 53 vərəqdə) 2018-ci il üzrə gəlirdən çıxılması nəzərdə tutulan xərc sənədlərinin təqdim edilməməsi qeyd olunaraq, mənfəət vergisi əsassız şəkildə şərti rentabellik əsasında hesablanmışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.5-ci maddəsinə əsasən heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz. Habelə xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək olan yoxlama dövrü ərzində 8 aydan artıq bir vaxt sərf edilmiş, mütəxəssis dəvəti və rəyi ilə bağlı 7 dəfə yoxlama dayandırılmış, sonradan isə mütəxəssis rəyinə ehtiyac qalmadığı aktda əks etdirilmişdir. Cəmiyyət Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHBS) və X2 Standartına (MUBS 27) əsasən birləşdirilmiş (konsalidə edilmiş) maliyyə hesabatları tərtib etməsinə və ölkə hüdudlarından kənarda olan filial, nümayəndəlik və törəmə müəssisələrinin maliyyə-təsərrüfat fəaliyyətinin göstəricilərini də hesabata daxil etməsinə baxmayaraq, yoxlama zamanı bu göstəricilər aktlarda göstərilən ümumi göstəricilər tərkibinə daxil edilməmişdir. Buna görə də 27-ci standartın tətbiqinin əsas məqsədi filialların, müştərək idarə olunan müəssisələrin və törəmə müəssisələrin birləşdirilmiş hesabatlarının ana (əsas) müəssisəsi tərəfindən təqdim edilməsinin təmin edilməsidir. Bu standart əsas müəssisənin (İddiaçı ASC-nin) nəzarəti altında olan müəssisələr qrupun birləşdirilmiş (konsalidə edilmiş) maliyyə hesabatlarının hazırlanması və təqdimatı zamanı tətbiq olunmalıdır. Əsas müəssisənin maliyyə hesabatlarının istifadəçiləri maliyyə durumu, əməliyyatların nəticələri, ümumilikdə qrupun maliyyə durumundakı dəyişikliklər barədə məlumatlara ehtiyac duyurlar və müvafiq hesabat tələbləri irəli sürərək əməkdaşlıq müqaviləsinə baxir və uyğunluq olduğu təqdirdə müqavilələr davam etdirilir. İcra edilmiş layihələr X10, Yaponiya Yenidənqurma və İnkişaf Agentliyi və digər beynəlxalq maliyyə qürumları ilə imzalanmış beynəlxalq müqavilələr olduğundan bu halların və yoxlama aktlarında göstərilən hesabat illərinin maliyyə nəticələrində (o cümlədən gəlir və xərclərdə) olan göstəricilər (hesabat illəri üzrə olan uyğunsuzluqlar) Beynəlxalq maliyyə qurumlarına verilən hesabatlardan və kənar auditin nəticələrindən fərqli olduğundan bunların növbədənkənar yoxlama aparılmadan aradan qaldırılması qeyri-mümkün olacaqdır. Cəmiyyət fəaliyyət dövründə ölkə üçün əhəmiyyətli olan su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması və suqəbuledici qurğularının tikintisi layihələrini həyata keçirmişdir. Cəmiyyət görülmüş işlər üzrə tərtib edilən Təhvil- təslim aktları (Forma 2-lər) üzrə qanunvericiliyə müvafiq qaydada dövlət büdcəsi qarşısında olan vergi öhdəliklərini tam olaraq yerinə yetirmişdir. İcra edilmiş layihələr beynəlxalq maliyyə qürumları ilə imzalanmış və müqavilələr olduğundan beynəlxalq müqavilələrin müddəaları ilə Azərbaycan Respublikası ərazisində qüvvədə olan qanun, qərar, vergi məcəlləsinin müddəaları arasında ziddiyyət yarandıqda beynəlxalq müqavilələrin müddəaları əsas götürülməli olsa da, yoxlama müddətində bunlar da nəzərə alınmamışdır. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə uyğun olaraq verilmiş məhkəmənin sərəncamına əsasən cavabdeh tərəfindən təqdim edilmiş iddiaya dair xx.xx.2020-ci il tarixli etirazında göstərilmişdir ki, iddia ərizəsində səyyar vergi yoxlaması aktı ləğv edilmədən, faktiki olaraq yenidən əvvəlki yoxlanılan bütün vergi növləri və dövr (əlavə olaraq aparılan yoxlama etiraz edilən aktın müvafiq bölmələri və hissələri üzrə aparılmalı olduğu halda) təkrar yoxlanılaraq yeni xx.xx.2021-ci il tarixli aktın tərtib edilməsini, xx.xx.2021-ci il tarixli görüşdən sonra 10 gün ərzində qərarın çıxarılmalı olduğu halda 13-cü gün qərarın çıxarılması, Vergi Məcəlləsinin 38.3.90-cı maddəsinin pozulması bildirilmişdir. Əvvəlki səyyar vergi yoxlaması aktının ləğv etmədən yeni aktın qəbul edilməsi ilə bağlı, vergi orqanı vergi yoxlamasını Vergi Məcəlləsi, Səyyar vergi yoxlamasının keçirilməsi qaydalarına və digər sənədlərə əsasən həyata keçirilir. Həmçinin Səyyar vergi yoxlamasının keçirilməsi qaydaları vergi ödəyicilərindən aparılan səyyar vergi yoxlamalarında istifadə edilən qərar, protokol, akt və digər formaları tənzimləyir ki, həmin qaydalarda da əvvəlki yoxlama aktının ləğv edilməsi ilə bağlı hər hansı forma müəyyən edilməmişdir. Vergi Məcəlləsinə əsasən səyyar vergi yoxlaması aktı tərtib edildikdən sonra vergi orqanı tərəfindən 55 gün ərzində çıxarılması müəyyən edilmişdir. İndiki yoxlama ilə əlaqədar, vergi ödəyicisinə təyin edilmiş səyyar vergi yoxlaması aktı xx.xx.2021-ci il tarixində vergi ödəyicisinə təqdim edilmiş, 30 gün gözlənilmiş, 15 günün 1-ci günündə 5 mart tarixində görüş keçirilmiş və bundan sonra artıq yoxlama materiallarına əlavə baxılmalı sənədlərinin olmaması səbəbindən 18 mart tarixində qərar çıxarılmışdır. Başqa sözlə deyilərsə vergi orqanının hətta daha gec qərar çıxartmaq hüququ olmuşdur. Səyyar vergi yoxlaması ilə 2018-ci il ərzində cəmiyyət tərəfindən Azərbaycan Respublikası ərazisində malların təqdim edilməsindən, işlərin görülməsindən, xidmətlərin göstərilməsindən və daşınmaz əmlakın icarəyə verilməsindən (forma-2, e-VHF, e-QF əsasən) dövriyyənin düzgünlüyünün yoxlanılması zamanı 2018-ci ilin hesabat dövrü üzrə mənfəət dövriyyəsinin 78503939,66 manat (ƏDV dövriyyəsi 73388004,63 manat – silinmiş ə/vəsaitin dəyəri 479120,93 manat - daxil olmuş avans 10947113,85 manat + bağlanmış avans 16542169,81 manat) məbləğində olduğu müəyyən edilmişdir. 2018-ci il üzrə gəlirin əldə olunması ilə bağlı xərclərinin uçotunun aparılmaması və tikinti işlərində mal-materialların görülən işlərin həcminə uyğun olaraq normalara əsasən xərclərə silinmələri barədə texniki hesabatların yoxlamaya təqdim etməməsi səbəbindən Cəmiyyətin 2018-cı il üzrə mənfəətinin birbaşa müəyyən etmək mümkün olmadığı üçün Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 83.9 maddəsinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı xx.xx.2023-cü il tarixli 42 saylı Qərarlarına əsasən şərti rentabellik göstəricisi tətbiq edilməklə büdcəyə çatası mənfəət vergisi hesablandı. Göstərilənlərlə əlaqədər müəssisənin 2018-ci il ildə əldə etdiyi gəlirləri ********.66 manat olmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinətinin 55 saylı və 42 saylı Qərarı əsasında vergi ödəyicisinin əldə etdiyi mənfəəti birbaşa müəyyən etmək mümkün olmadığı üçün şərti rentabellik norması R=20 əsasında mənfəət ********.94 manat müəyyən edildi.Göründüyü kimi 2018-ci il üzrə cəmiyyətinin mənfəəti ********.94 manat mənfəət vergisi isə 2616797.98 manat müəyyən edildi. Cəmiyyət tərəfindən 2015-ci ilin zərəri nəzərə alınmaqla yoxlama ilə 1805732.99 (26167xx.xx-731319.8479745.15) manat əlavə mənfəət vergisi hesablandı. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən verginin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışsa azaldılmış mənfəətdən vergi məbləğinin yəni 1805732.99 manatının 50 faizi miqdarında yəni 902866,49 manat miqdarında maliyyə sanksiyası tətbiq edilmişdir. Bundan başqa ilkin mühasibat sənədlərin, bank hesablarından çıxarışlara, ödəniş sənədlərinə, müqavilələrə, işlərin yerinə yetirilməsinə dair aktlara, mühasibat uçotu proqramının dövriyyə cədvəllərinə, digər sənədlərə və Baş İdarəyə təqdim olunmuş ƏDV bəyannamələrinə əsasən müəyyən edilmişdir ki, cəmiyyət tərəfindən Vergi Məcəlləsinin 109-cu, 159-cu, 166-cı, 169-cu və 175-ci maddələrinin tələblərinin pozulması nəticəsində ümumilikdə 3053493,73 manat az və 977131,01 manat artıq ƏDV məbləğinin hesablanması müəyyən olunmuşdur. Yoxlama ilə müəyyən edilmişdir ki, cəmiyyət tərəfindən ƏDV dövriyyələrinin (F-2, QF və VHF əsasən) düzgün müəyyən edilməməsi, bəzi avans məbləğlərinin ƏDV cəlb edilməməsi, sosial xərclərə görə alınmış mal-materiallara ödənilmiş ƏDV məbləğlərinin əvəzləşdirilməsi, ləğv edilmiş VHF üzrə və qarşı tərəfə malın dəyərinin əsas məbləğlərinin ödənilməməsinə baxmayaraq əvəzləşmələr aparılmışdır. Nəticədə Vergi Məcəlləsinin 109-cu, 159-cuŞ 166-cı və 175-ci maddələrinin tələbləri pozulmuş və büdcəyə hesablanmaslı olan ƏDV məbləğləri ümumilikdə 1334400,35 manat azldılmışdır. Yoxlanılan dövrdə cəmiyyət tərəfindən idxal edilmiş və VHF əsasında alınmış 3644680,0 manat (2018-ci il üzrə 2723400,0 manat və 2019-cu il üzrə 921280,0 manat) Məhkəmə iş materiallarını nəzərdən keçirdikdən sonra hesab edir ki, iddia tələbləri xx.xx.2020-ci il tarixli və xx.xx.2021-ci il tarixli **********193333 nömrəli səyyar vergi yoxlaması aktlarının etibarsız hesab edilməsi, 2017,2018,2019 və yekunlaşmış 2020-ci illər üzrə növbədənkənar səyyar vergi yoxlamasının təyin olunmasına dair qərar və **********752500 nömrəli tələbnamənin və tələbnamədən eyni zamanda qərardan irəli gələn ASC-nin bank və digər hesablarına, o cümlədən depozit hesabına yönəldilən sərəncamların icrasının dərhal dayandırılması - hissədə mümkün sayılmamalıdır. İş materiallarına əlavə edilmiş: “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2019-cu il tarixli, **********193288 nömrəli Qərardan görünür ki, İddiaçı ASC üzrə Vergi Məcəlləsinin 38.3.5ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə aprel 2018, sentyabr 2019 dövrlər üzrə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. “Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında” **********141278 nömrəli, xx.xx.2020-ci il tarixli Qərara əsasən, cəmiyyətdə yoxlanılan dövr üzrə ilkin olaraq müəyyən edilmiş vergidən yayınma faktlarının yenidən araşdırılmasının aparılması və əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsinin müddətinin 30 iş günü müəyyən edilməsi qərara alınmışdır. - **********193333 nömrəli, xx.xx.2020-ci il tarixli “Səyyar vergi yoxlaması” Aktından görünür ki, İddiaçı ASC barəsində ödəmə mənbəyində tutulan vergi 2-ci rüb 2018 – 3-cü rüb 2019, mənfəət vergisi 2018-ci il, əlavə dəyər vergisi – aprel 2018 – sentyabr 2019, əmlak vergisi 2018-ci il, torpaq vergisi – 2018-ci il – 2019-cu il, muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi - 2018-ci il üzrə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin xx.xx.2019-cu il tarixli **********193288 nömrəli qərarına əsasən Vergi məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanması məqəsədi ilə növbədənkənar səyyar vergi yoxlaması aparılmışdır. - **********193333 nömrəli, xx.xx.2021-ci il tarixli “Səyyar vergi yoxlaması” Aktından görünür ki, İddiaçı ASC barəsində əmlak vergisi 2018-ci il, torpaq vergisi – 2018-ci il – 2019-cu il, muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi 2018-ci il, ödəmə mənbəyində tutulan vergi 2-ci rüb 2018 – 3-cü rüb 2019, mənfəət vergisi 2018-ci il, əlavə dəyər vergisi – aprel 2018 – sentyabr 2019, üzrə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin xx.xx.2019-cu il tarixli **********193288 nömrəli qərarına əsasən Vergi məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanması məqəsədi ilə növbədənkənar səyyar vergi yoxlaması aparılmışdır. “Vergi borcunun, icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqlarının faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə **********752500 nömrəli tələbnaməyə əsasən, a) əlavə hesablanmış vergilər və ya icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqları: 3947842.71 AZN, b) vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta haqqında qanunvericiliyin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları:2885271.34 AZN, c) vergilərin və ya icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqlarının vaxtında ödənilməməsinə görə hesablanmış fazilər: 0 AZN, büdcəyə ödənilməli olan cəmi məbləğ 6833114.05 AZN təşkil etmiş və 5 gün müddətində büdcəyə ödənilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. İnzibati Prosessual Məcəlləsinin 2.2.1.-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göründüyü kimi qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir. İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən - 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. -1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. - 2.0.1. inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs; “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 13 -ci bəndinə əsasən, inzibati orqan tərəfindən qəbul edilmiş istənilən aktı inzibati akt hesab etmək olmaz. İnzibati aktlar hüquqi status yaratmaq, dəyişdirmək və ya xitam vermək xüsusiyyətinə malikdirlər. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Həmin Qanunun 2.0.11.-ci maddəsinə əsasən, əlverişsiz (yükləyici) inzibati akt maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan akt. İddiaçının etibarsız hesab edilməsini tələb etdiyi xx.xx.2020-ci il tarixli və xx.xx.2021-ci il tarixli **********193333 nömrəli səyyar vergi yoxlaması aktları və 2017,2018,2019 və yekunlaşmış 2020-ci illər üzrə növbədənkənar səyyar vergi yoxlamasının təyin olunmasına dair qərar və **********752500 nömrəli tələbnamə subyektiv baxımdan, qanunvericiliyin tələbləri qaydasında cavabdeh orqanın hər hansısa məsələnin nizama salınmasında öz səlahiyyətlərini aşmadan tərtib olunmuşdur və iddiaçının hüquqlarını məhdudlaşdıran inzibati aktlar deyildir. Bundan əlavə qeyd edilməlidir ki, “2017,2018,2019 və yekunlaşmış 2020-ci illər üzrə növbədənkənar səyyar vergi yoxlamasının təyin olunmasına dair” qərar, yəni “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2019-cu il tarixli, **********193288 nömrəli və “Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında” **********141278 nömrəli, xx.xx.2020-ci il tarixli Qərarlar inzibati aktlar olmaması ilə yanaşı, həm də onların mübahisələndirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş müddət də iddiaçı tərəfindən buraxılmışdır.Belə ki, iddiaçı hazıkı iddia ilə, bir ildən çox bir müddət keçdikdən sonra, xx.xx.2021-ci ildə məhkəməyə müraciət etmişdir. İnzibati –Prosessual Məcəlləsinin 38.1. –ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının iddiası xx.xx.2020-ci il tarixli və xx.xx.2021-ci il tarixli **********193333 nömrəli səyyar vergi yoxlaması aktlarının etibarsız hesab edilməsi, 2017,2018,2019 və yekunlaşmış 2020-ci illər üzrə növbədənkənar səyyar vergi yoxlamasının təyin olunmasına dair qərar və **********752500 nömrəli tələbnamənin və tələbnamədən eyni zamanda qərardan irəli gələn ASC-nin bank və digər hesablarına, o cümlədən depozit hesabına yönəldilən sərəncamların icrasının dərhal dayandırılması hissədə məhkəmə icraatını mümkün edən faktiki şərtlər mövcud deyil. Beləliklə, məhkəmə iddianın mümkünlük şərtlərini yoxlayarkən müəyyən etmişdir ki, İddiaçı ASC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı “xx.xx.2020-ci il tarixli və xx.xx.2021-ci il tarixli **********193333 nömrəli səyyar vergi yoxlaması aktlarının etibarsız hesab edilməsi, 2017,2018,2019 və yekunlaşmış 2020-ci illər üzrə növbədənkənar səyyar vergi yoxlamasının təyin olunmasına dair qərar və **********752500 nömrəli tələbnamənin və tələbnamədən eyni zamanda qərardan irəli gələn ASC-nin bank və digər hesablarına, o cümlədən depozit hesabına yönəldilən sərəncamların icrasının dərhal dayandırılması” hissədə iddia mümkünlük şərtlərinə cavab vermir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 35-ci, 38-ci, 80-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı ASC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı “xx.xx.2020-ci il tarixli və xx.xx.2021-ci il tarixli **********193333 nömrəli səyyar vergi yoxlaması aktlarının etibarsız hesab edilməsi, 2017,2018,2019 və yekunlaşmış 2020-ci illər üzrə növbədənkənar səyyar vergi yoxlamasının təyin olunmasına dair qərar və **********752500 nömrəli tələbnamənin və tələbnamədən eyni zamanda qərardan irəli gələn ASC-nin bank və digər hesablarına, o cümlədən depozit hesabına yönəldilən sərəncamların icrasının dərhal dayandırılması” barədə iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi təqdim olunduqdan sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-73/2024
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-73/2024
14.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver