Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7302/2021 23.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X1 Ağa qızının katibliyi, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı dövlət arxivinin arayışında və əmək kitabçasında qeyd edilən 1975- 1981-ci illər sosial sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyası təyin edilməsi və son illərin pensiyanın hesablanaraq verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbi barədə inzibati işə məhkəmənin binasında (Bakı şəh. N.Vəzirov küç., 56-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı dövlət arxivinin arayışında və əmək kitabçasında qeyd edilən 1975- 1981-ci illər sosial sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyası təyin edilməsi və son illərin pensiyanın hesablanaraq verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, hazırda məhkəmənin icraatında eyni tərəflər arasında, eyni mübahisə predmeti üzrə 2 ayrı iş (2- 1(112)-8440/2021 saylı və 2-1(112)-7302/2021 saylı) vardır və həmin işlər bir-biri ilə əlaqəlidir. Bu səbəbdən də, həmin işlər bir icraatda birləşməli, ilkin olaraq hakim Günel Sevdimalıyevanın icraatında olan 2-1(112)-8440/2021 saylı iş məhkəmənin icraatına daxil olduğundan (ilk öncə iddia ərizəsi 18.05.2021-ci il tarixdə Şəki İnzibati Məhkəməsinə daxil olmuş, sonradan aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilmişdir) Bakı İnzibati Məhkəməsinin icraatında olan 2- 1(112)-7302/2021 saylı iş, hakim Günel Sevdimalıyevanın icraatında olan 2-1(112)-8440/2021 saylı işə 2-1(112)-8440/2021 sayı altında bir icraatda birləşdirilməlidir. Azərbaycan Respublikası İnzibati Prossesual Məcəllənin 56.1-ci maddəsinə əsasən məhkəmə birgə baxılması və vahid qərar qəbul edilməsi məqsədilə icraatında olan və mübahisə predmetləri eyni olan müstəqil işlər üzrə icraatı bir icraatda birləşdirməyə və ya onları yenidən ayırmağa haqlıdır. Həmin Məcələnin 56.3-cü maddəsinə əsasən məhkəmə müstəqil işlər üzrə icraatın bir icraatda birləşdirilməsi və ya bir icraatın müstəqil işlər üzrə icraata ayrılması barədə qərardad qəbul edir. Göstərilənlərə və İPM-nin 56.1-ci və 56.3-cü maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Bakı İnzibati Məhkəməsinin icraatında olan 2-1(112)-7302/2021 saylı və 2-1(112)- 8440/2021 saylı inzibati işlər 2-1(112)-8440/2021 sayı altında bir icraatda birləşdirilsin. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-7302/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7302/2021
23.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver