Məhkəmə qərarları › İş №2-1(112)-7305/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7305/2022

16.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7305/2022 16.08.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, iddiaçı "xxxx" LTD Firmasının direktoru X1 və iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında X4 Xidmətinin nümayəndəsi X2 iştirakları ilə, iddiaçı "xxxx" LTD Firmasının cavabdeh Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında X4 Xidmətinə qarşı hərəkət cədvəli qrafikinin bərpa olunması və vurulmuş maddi zərərin əvəzinin ödənilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" LTD Firması cavabdeh Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında X4 Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 20 illik müddət ərzində "xxxx" LTD firmasının istifadəsində olan 204 №-li Bakı Kəmərli (Qazax) marşurutunun adının Bakı-Kəmərli (Qazax)-Bakı kimi tam göstərilməsi, həmin marşurutun hərəkət cədvəlinə-qrafikinə hər iki tərəfdən ( həm Bakı, həm də Kəmərlidən) saat 19:45-ə, eləcə də Qazax AV-dən axşam saat 23:00-a ( yaxud günüz saat 1:00-a) bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması və həmin qrafikə iddiaçı "xxxx" LTD Firmasının adına istifadə hüququnun tanınması, cavabdehin iddiaçıya vurduğu real maddi zərərin əvəzi olan 120.000 manatın və cavabdehin iddiaçının işgüzar nüfuzunu ləkələməsinin əvəzi olan 100.000 manatın, eləcə də əldən çıxmış faydaya görə cavabdehin iddiaçıya vurduğu maddi zərərin əvəzi olan 180.000 manatın cavabdehin hesabından tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana göndərilərək, cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı etirazı məhkəməyə daxil olmuşdur. İddiaçı "xxxx" LTD Firmasının direktoru X3 məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında X4 Xidmətinin nümayəndəsi X5 iddiaçının nümayəndəsi tərəfindən təqdim olunmuş iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə ərizəsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməklə iddia geri götürülmüş sayılmalı və inzibati iş üzrə icraata xitam verilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı ( nümayəndəsi) öz hərəkəti ilə iradəsinə uyğun olaraq məhkəməyə iddianın geri götürülmüş sayılması barədə ərizə verdikdə o, iddia ərizəsinin məhkəmədə baxılmasını və iş üzrə qərarın qəbul edilməsini istəmir. Həmin səbəbdən də iddiaçının iradəsinə uyğun olaraq məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul etməlidir. İPM-nin 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.5, 80, 81.1, 85.1-cı maddələrinə əsasən məhkəmə qərara aldı: İddiaçı "xxxx" LTD Firmasının direktoru X1 ərizəsi təmin edilsin. İddiaçı "xxxx" LTD Firmasının cavabdeh Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında X4 Xidmətinə qarşı hərəkət cədvəli qrafikinin bərpa olunması və vurulmuş maddi zərərin əvəzinin ödənilməsi barədə iş üzrə iddia geri götürülmüş sayılsın və inzibati iş üzrə icraata xitam verilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar