Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7305/2024 28.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, Qurbanlı Elnur Qubad oğlu katibliyi, üçüncü şəxs X1 nümayəndəsi və vəkili Vəkil, üçüncü şəxs "xxxx" Kiçik Müəssisəsinin nümayəndəsi Nümayəndə3 iştirakı ilə, İddiaçı “X7 Kompani S.A.” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin Cavabdeh Bakı şəhəri İcra Hakimiyyətinə qarşı üçüncü şəxslər "xxxx" Kiçik Müəssisəsinə və X4 cəlb olunmaqla “Bakı şəhər X2 23 oktyabr 1991-ci il tarixli 14/643 saylı Qərarının ləğv edilməsi” barədə iddia ərizəsi üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “X7 Kompani S.A.” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi Bakı İnzibati Məhkəməsində cavabdehlər Bakı şəhəri İcra Hakimiyyətinə, "xxxx" Kiçik Müəssisəsinə və X4 qarşı iddia qaldıraraq “Bakı şəhər X2 23 oktyabr 1991-ci il tarixli 14/643 saylı Qərarının ləğv edilməsi və "xxxx" Kiçik müəssisəsi ilə X5 arasında bağlanmış 3M-934 reyestrli xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair” barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhər İcra Hakimiyyətinin sərəncamının ləğv edilməsi və X1 və X3 üçüncü şəxs qismində cəlb edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli Qərardadları ilə, “Bakı şəhər X2 23 oktyabr 1991-ci il tarixli 14/643 saylı Qərarının ləğv edilməsi” barədə iddia tələbinin dəqiqləşdirilməsi barədə iddiaçının nümayəndəsi və vəkilinin ərizəsi məhkəmə icraatına qəbul edilmiş, "xxxx" Kiçik Müəssisəsi və X6 məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxslər qismində cəlb edilmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “X7 Kompani S.A.”şirkəti “Azərbaycan Respublikasında Suraxanı neft yatağının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında" Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə bağlanmış 16 avqust 2005-ci il tarixli Sazişə əsasən fəaliyyət göstərir. Azərbaycan Respublikası Prezidentinin 01 iyul 2005-ci il tarixli 875 saylı Sərəncamına əsasən ARDNŞə Suraxanı blokunun mülkiyyətçisi və əməliyyatçısı kimi həmin Sazişin hazırlanması və Azərbaycan Respublikası adından imzalanması, həmçinin tərəf müqabil qismində onun qüvvədə olduğu müddət ərzində Azərbaycan Respublikasının mənafelərini təmsil etmək səlahiyyəti verilmişdir. “X7 Kompani S.A.” şirkəti Azərbaycan Respublikasında fəaliyyətini həyata keçirmək məqsədilə Nümayəndəliyk yaratmışdır. Nümayəndəlik şirkət tərəfindən verilmiş etibarnamə əsasında fəaliyyət göstərir. Sazişin 10-cu maddəsinə əsasən ARDNŞ Saziş müddəti ərzində neft-qaz əməliyyatlarının aparılması üçün zəruri olan, qanuni istifadəsində olan torpaq sahələrini istifadə üçün “X7 Kompani S.A.” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin sərəncamına verir. Həmin Sazişin 2.1-ci maddəsinə əsasən ARDNŞ “X7 Kompani S.A.” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə sazişin qüvvədə olduğu müddət ərzində Kontrakt sahəsinin hüdudları daxilində və həmin sahə ilə bağh neft-qaz əməliyyatlarının aparılması üçün vahid və müstəsna hüquq verir. Kontrakt sahəsi dedikdə, Sazişə 2-ci Əlavədə verilmiş coğrafi koordinatlar perimetri daxilində qalan sahə başa düşülür. Yuxarıda qeyd olunanlardan görünür ki, “X7 Kompani S.A.” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin istifadəsində olan torpaq sahəsinin hüdudları Sazişə 2 saylı Əlavədə göstərilən xəritə ilə müəyyən edilmişdir. Hal-hazırda iddiaçının həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun bir növü olan istifadə huququ mövcuddur. Belə ki, neft-qaz ə məl iyyallarının aparılması üçün ayrılmış dövlət mülkiyyətində olan həmin sənaye təyinatlı torpaq sahələrinin bir hissəsi olan Suraxanı rayonu, Zığ qəsəbəsi, Suraxanı-Hövsan yolu, 2-ci km ünvanında yerləşən 33.1879 ha ərazi Bakı şəhər X2 23 oktyabr 1991-ci il tarixli 14/643 saylı qərarı ilə "xxxx" kiçik müəssisəsinə (tut ağaclarının əkilməsi və yardımçı təsərrüfatın aparılması məqsədilə) verilmişdir. Bu ərazinin 74857.3 kv.m hissəsi "xxxx" kiçik müəssisəsilə X6 arasında bağlanmış xx.xx.2020-ci il tarixli 3M-934 reyestr nömrəli alqısatqı müqaviləsi əsasında ikincinin istifadəsinə verilmişdir. Həmin 415820.630; 4471757.833 koordinatlar üzrə yerləşən ərazi iddiaçının balansında olan 584, 931 saylı fəaliyyətdə olan və 824, 591, 701 saylı ləğv quyuların mühafizə zonasına daxildir və halhazırda R. Paşayev tərəfindən orada tikinti işlərinin aparılmasına cəhdlər göstərilir. Sənaye təyinatlı torpaq sahəsinin cavabdeh tərəfindən heç bir əsas olmadan vətəndaşın istifadəsinə ayrılması iddiaçının qanuni istifadəsində olan sənaye təyinatlı torpaqlar üzərində sahiblik və istifadə hüquqlarını pozmaqla yanaşı əməliyyat şirkətinin neft və qaz hasilatı üzrə fəaliyyətini həyata keçirilməsinə maneçilik yaradır. Üçüncü şəxs X1 nümayəndəsi və vəkili Vəkil iddiaya dair etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı tərəfindən verilmiş iddia həm əsassızdır və həm də ki, aidiyyət qaydası pozulmaqla məhkəməyə müraciət edilmişdir. Belə ki, iddianın mahiyyətindən də göründüyü kimi iddiaçı əmlakın alqı-satqı müqaviləsi əsasında alındığını qeyd etsə də və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üzrə səlahiyyətli məhkəmənin ümumi məhkəmələr olduğu halda məqsədli şəkildə vaxt uzatmaq, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsindəki qarşılıqlı iddiasının əsassız olması səbəbindən təmin edilməyəcəyini bildiyi üçün onun orada olan ilkin iddianı süründürməçiliyə salmaq üçün bu formada inzibati məhkəməyə müraciət edir. İddiaçı şirkət iddiasında hazırda guya tərəfindən tikinti işlərinin aprılmasına dair cəhdlər edilməsi kimi əsası olmayan sözlər yazsa da görünür iddiaçı əsassız iddiasına haqq qazandırmaq üçün həmin ərazidən istifadənin qadağan edilməsi barədə Suraxanı Rayon Məhkəməsinin qərardadını gizlətmişdir. İddiaçı tərəf bununla yanaşı həmçinin özünə haqq qazandırmaq üçün qanunvericiliyin bir sıra normalarına istinad edərək əsaslandırmağa çalışsa da, göründüyü kimi iddiaçı maddələr üzrə müəyyənləşdirilmiş sübutları təqdim etməmişdir. Bir sözlə iddiaçı işin əsl hallarını öz məqsədləri üçün gizlədərək hazırki əsassız iddianı verməklə üçüncü şəxslərin hüquqlarını pozmaqdadır. İşin hallarının aydın olması üçün, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Suraxanı-Hövsan yolu, 2-ci km, 10 H saylı sahə istifadə hüququ əsasında ona məxsusdur. Bu hüququnun xx.xx.2020-ci il tarixindən qeydiyyatdan keçməsi barədə ona AR ƏMDK DƏDRX tərəfindən Çıxarış və Torpaq sahəsinin planı verilmişdir. 2023-cü ilin iyul ayına kimi sözügedən ərazi heç bir maneə və məhdudiyyət olmadan onun istifadəsi və sahibliyi altında olmuş, davamlı olaraq həmin ərazidə abadlaşdırma, təmir, bərpa işləri görmüşdür. Lakin həmin tarixdən ona məlum oldu ki iddiaçı şirkət heç bir icazə almadan üçüncü şəxsin ərazisinə daxil olaraq, hasarının bir hissəsini uçurmuş və oraya neft quyusu üçün avadanlıqlar tökərək işlər görür. Dərhal işlərin dayandırılmasını tələb edərək, ərazinin ona məxsus olduğunu bildirərək və hüquqmüəyyənedici sənədləri göstərərək ərazini boşaltmalarını tələb etsə də işçilər belə göstəriş verilib, rəhbərliklə danışın deyərək özaşınalıqlarına davam etdilər. Bu səbəbdən də aidiyyəti qaydada polisə müraciət edərək özbaşınalığın qarşısının alınmasını xahiş etmiş, polis tərəfindən əlaqə saxlanılaraq həmin ərazinin onun istifadə altında olduğu bildirilmiş, hüquqlarını və qaunvericiliyin tələblərini pozmamaları izah edilmiş, o cümlədən həmin əraziyə hansı əsasla girdiklərinə dair məlumatın və təsdiqedici sənədlərinin təqdim edilməsi tapşırılmışdır. Bununla yanaşı üçüncü şəxs özü də şirkətə qüvvədə olan hüquqmüəyyənedici sənədləri göstərərək torpağı tam qanuni əsaslarla alqı-satqı əsasında əldə etdiyini və ondan əvvəl də həmin torpağın başqa sahibin olmasını bildirmişdir. O da nəzərə alınmalıdır ki, üçüncü şəxs qanunvericiliyin tələblərinə müvafiq olaraq alqı-satqı əsasında sözügedən torpaq sahəsini almamışdan qabaq həmin torpaq sahəsi hətta 1992-ci ildən Barama şirkətinin qanuni istifadəsində olmuşdur. Lakin bütün bunlara baxmayaraq şirkət heç bir mötəbər fakt və sübut, sənəd təqdim etmədən üçüncü şəxsin ərazisinə qanunsuz olaraq girərək hazırda da tikinti, qurğu işləri apararaq ərazidən icazəsiz istifadə etdiyindən “X7 Kompani S.A şirkətinin (işçilərinin) ona məxsus Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Suraxanı- Hövsan yolu, 2-ci km, 10 H saylı sahədən çıxarılması və eləcə də əmlakına dəymiş maddi ziyan qismində 5000 (beş min) manat pulun, dövlət rüsumu qismində ödədiyi 100 (yüz) manat pulun cavabdehdən alınaraq ödənilməsi barədə” qətnamə qəbul edilməsi üçün aidiyyəti qaydada Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək bütün zəruri sübutları təqdim etmişdir. Bundan sonra şirkət iddiasına etiraz etməyərək özü işin hallarını, yəni çıxarışının olmasını gizlədərək ayrıca “Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Suraxanı-Hövsan yolu ünvanında, 415820.630; 4471757.833 koordinatlar üzrə yerləşən zəbt olunmuş torpaq sahəsinin boşaldılması; həmin torpaq sahəsinin nümayəndəliyin istifadəsinə qaytarılması, ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq nümayəndəliyin AZ02AİİB******************** №-li hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsi” tələbinə dair iddia ərizəsi Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət etmiş və iş bir icraatda hakim Leyla Talıbovanın icraatında birləşdirilmişdir. Keçən məhkəmə proseslərində vəsatətlər əsasında mübahisəli torpaq sahəsinin kimə və hansı sənədlər əsasında məxsus olmasına dair sorğular verilmiş və aidiyyəti qaydada DƏDKR və notariat ofisindən əldə edilmiş sənədlərdə sözügedən əmlakı alqı-satqı müqaviləsi əsasında rəsmi qaydada almağı və çıxarışın verilməsi təsdiq edilmişdir. Bununla yanaşı, sözügedən torpaq sahəsinin şirkətin balansına keçməsinə dair istinad etdiyi fərmandan, müqavilədən başqa hansısa mötəbər sənədinin olub olmaması soruşulsa da onlar sadəcə olaraq sübutsuz sözlərlə fikirlər irəli sürməklə üçüncü şəxsin rəsmi qaydada təsbitini tapan hüququnun pozulması niyyətindədir. Belə ki, iddiaçı şirkətin hər hansı mötəbər sübutu yoxdur. Bu səbəbdən şikrətin əsassız iddia ərizəsi təmin edilməməlidir. Nəzərə alınmalıdır ki, qeyd edilən kimi, keçən ilə kimi heç bir məhdudiyyət olmadan həmin ərazidən istifadə etmiş və bir dəfə də olsun hər hansı iradla qarşılaşmamışdır. Şirkətin illər sonra hər hansı müqaviləni əsas tutaraq bu cür iddia qaldırması əsassızdır. Çünki, qeyd etdiyi kimi, əmlakın ona məxsusluğuna dair aidiyyəti qurum, yəni torpağa dair hüquqları təsdiq edən orqan tərəfindən təsdiqedici sənədlər verilmişdir. Haqlı sual yaranır, əgər şirkətin dediyi kimi torpaq onlara məxsus idisə bəs o zaman DƏDKR Publik hüquqi şəxsi nə üçün onun, eləcə də ondan əvvəl baramaçılıq şirkətinin hüquqlarını tanıyıb? Bu sualın özü sübut edir ki, şirkətin istinad etdiyi xəritədən, onun mötəbərliyindən torpaq üzrə rəsmiləşdirməni həyata keçirən qurumun və ya digər kimsənin məlumatı olmamışdır. Əgər belə mötəbər qüvvəli sənəd var idisə o zaman o aidiyyəti qurumlara təqdim edilməli idi ki, həmin torpağın kimin istifadəsində olması təsbitini tapsın. Üçüncü şəxsə verilmiş çıxarış və eləcə də ondan əvvəl torpağın ayrılması barədə çıxarışlar torpağın məhz dövlətin mülkiyyətində olduğunu, DƏDKR publik hüquqi şəxsi tərəfindən isə tam qanuni şəkildə ayrılmaların, çıxarışların verildiyini bir daha təsdiq edir. Belə ki, şirkət 2005-ci ildə müqaviləni bağladığını iddia edərək torpağın ona məxsus olduğunu bildirsə də, Suraxanı Rayon Məhkəməsinin sorğu əsasında əldə etdiyi sənədlərdən də göründüyü, şirkətə də bəlli olduğu kimi Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2016-cı il tarixli cavabında çıxarış əsasında "xxxx" KM-nin istifadəsində olan sözügedən torpaq sahəsi üzərində istifadə hüququnun fiziki və ya hüquqi şəxslərin adına sənədləşdirilməsinə etiraz etmədiyi əksini tapmışdır. Bununla yanaşı sistemə əlavə edilmiş sənədlərdən o da bəlli olur ki, sözügedən torpaq sahəsi üzərində istifadə və qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun "xxxx" KM-nin adına rəsmiləşdirilməsinə dair xx.xx.2019-cu il qeydiyyat tarixli çıxarış da verilmişdir. Bundan sonra da Kiçik Müəssisəsinin hüququ təsdiq olunmuş əmlakı rəsmi qaydada xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi əsasında almış və bu hüququnun xx.xx.2020-ci il tarixindən qeydiyyatdan keçməsi barədə ona AR ƏMDK DƏDRX tərəfindən çıxarış və torpaq sahəsinin planı verilmişdir. Odur ki, bütün bu qeyd edilənlər iddiaçı şirkətin hazırki iddiasının tam əsassız olduğunu və üçüncü şəxsin isə vicdanlı alıcı olduğunu, əmlaka dair hüquqlarının isə tam qanuni şəkildə qeydiyyata alındığını göstərir. Suraxanı Rayon Məhkəməsində şirkətdən əmlaka nə üçün nəzarət etmədiklərini, kimin istifadəsində olub-olmamasını maraqlanmadıqlarını soruşduqda bildirdilər ki, bəli ərazinin "xxxx" KM-nin istifadəsində olduğunu bilirdik, bu müddət ərzində neft hasilatı üzrə həmin ərazidən istifadə edilməmişdir. Soruşanda ki iddia etdikləri müqavilənin bağlandığı gündən keçən 18 il ərzində bu detalları bildikləri halda nə üçün indiyə kimi iddia qaldırmayıblar, çox təəssüflər olsun ki sual cavabsız qalmışdır. Göründüyü kimi iddiaçı şirkət müqavilə üzrə hüquqlarını, yəni iddia etdikləri ərazilərin onların istifadəsində olmasını rəsmi qaydada qeydiyyata aldırmamışlar. Halbuki iddiaçı şirkətin sadəcə maddə olaraq istinad etdiyi və əsaslandıra bilmədiyi “Torpaq islahatları haqqında qanunun” 6–cı maddəsində birbaşa olaraq göstərilir ki, dövlətin müstəsna mülkiyyətində olan torpaq sahələri qanunvericiliklə müəyyən edilmiş qaydada istifadəyə və icarəyə verilə bilər. İstifadə və icarə hüququnu təsdiq edən sənəd qanunvericilikdə hazırda çıxarışdır. Birsözlə iddiaçı şirkət sözügedən ərazilərə dair istifadə hüququna dair çıxarış əldə etməmiş, buna baxmayaraq üçüncü şəxs tam qanuni şəkildə sözügedən çıxarışı əldə etmiş və həmin çıxarış hazırda tam şəkildə qüvvədədir. Odur ki, qeyd edilənlər iddiaçı şirkətin qərarın ləğv edilməsi barədə iddiası əsassız olduğundan təmin edilməməlidir. İddiaçı mümkünlük qaydalarını pozmaqla məcburetmə barədə iddia ərizəsi verib. İddia ərizəsinə əlavə edilmiş sənədlər siyahısından və eləcə də iddianın məzmunundan açıq-aydın görünür ki, iddiaçı inzibati qaydada verilən iddianın mümkün sayılması üçün işə əlavə edilməli olan cavabdeh idarənin imtina barədə cavabını (onu qane etməyən cavabını), yaxud da orqana müraciət etsə də cavab verilmədiyi səbəbindən onun hərəkətsizliyindən iddia verməsini təsdiq edən müraciətini və həmin müraciətin orqan tərəfindən nə vaxt qəbul edilməsini iddiaya əlavə etməmişdir. O da nəzərə alınmalıdır k, iddiaçı tərəfindən cavabdeh idarəyə hazırki mübahisə üzrə müraciət edilmədiyi üçün cavabdeh idarənin hansısa hərəkətsizliyindən söz gedə bilməz. Bu halda da iddiaya baxılması prosessual normaların tələblərinin də pozulması deməkdir. Bununla yanaşı üçüncü şəxslə bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə tələb ümumi məhkəmənin səlahiyyətində olduğundan bu hissəsində isə iddia qeyrimümkün hesab edilməlidir. Çıxarışın verilməsi əsası alqı-satqı müqaviləsi olduğundan və bu əsasla çıxarışın ləğvinə dair mübahisələrə baxmaq səlahiyyəti də məhz ümumi (müki) məhkəməyə aiddir. Bununla bağlı aidiyyəti qaydada şərh də verilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 35-ci maddəsinin tələbinə əsasən iddiaçı mübahisə predmetinin inzibati icraat xarakterli olmaması ilə yanaşı, iddia ərizəsi ilə müraciət etmək üçün müəyyən edilmiş qaydanı kobud şəkildə pozduğundan, cavabdeh orqana müraciət etmədən, tələbinin təmini barədə hansısa cavabı, hərəkətsizliyi təsdiq edən sənədi iddia ərizəsinə qoşmadan məhkəməyə müraciət etdiyindən tərəfin iddia ərizəsi bu səbəbdən də mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Konstitusiyanın 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkivyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə üçüncü şəxslərin səlahiyyətli nümayəndələrini dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.1-ci maddəsinə əsasən Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2.1-ci maddəsinə görə, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); Həmin Məcəllənin 32.1-ci maddəsinə uyğun olaraq, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər.. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən, aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt); 32.3. İlkin inzibati aktla müqayisədə inzibati aktın ünvanlandığı şəxs üçün əlavə öhdəliklər yaratdığı və ya əlavə məhdudiyyətlər nəzərdə tutduğu hallarda da şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş qərar iddianın yeganə predmeti ola bilər. Prosessual normanın şikayətlə bağlı qərara ciddi təsir göstərəcək şəkildə pozulması da əlavə məhdudiyyət kimi qiymətləndirilməlidir. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir. İddianın mümkünlük şərtlərinin yerinə yetirilməsi ilə bağlı sübutetmə yükü iddiaçının üzərindədir. İddia tələbindən görünür ki, iddiaçı Bakı şəhər X2 23 oktyabr 1991-ci il tarixli 14/643 saylı Qərarının ləğv edilməsini tələb edir Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İddiaçının ləğv edilməsini istədiyi qərarın qəbul edilməsi dövrlərdə isə inzibati hüquq münasibətlərindən əmələ gələn mübahisələrə baxılması qaydaları 1964- cü il 11 sentyabr tarixli Qanunla təsdiq edilmiş Azərbaycan SSR-nın MPM-nin müddəaları əsasında həll olunurdu. İnzibati Prosessual Məcəllə qüvvəyə minənədək, yəni mübahisə olunan inzibati aktın qəbul edildiyi vaxtda qüvvədə olan Mülki Prosessual Məcəlləsinin 24-1-ci fəslində (Dövlət hakimiyyət orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) və 1 sentyabr 2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, orqanların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdu. İddiaçı həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 1 yanvar 2011-ci il tarixədək artıq ötürülmüşsə, yeni qanuna istinadla həmin inzibati aktlar mübahisələndirilə bilməz. İş materiallarından iddiaçının 2011-ci ilədək qüvvədə olan qanunvericilik aktları ilə müəyyən edilmiş müddətlər daxilində iddia tələbi ilə məhkəməyə müraciət etməsi müəyyən olunmur. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 410/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarının 30-cu bəndində qeyd edilmişdir ki, “məhkəməyə müraciət edən şəxs qanunvericilik aktının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktda müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, yeni qanuna istinadla inzibati iddia qaldıra bilməz; belə ki, İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır.” Hazırkı iddia ərizəsi məhkəməyə xx.xx.2024-cü il tarixdə verilmişdir. İddiaçı qeyd edilən müddətdə məhkəməyə müraciət etmək hüququnu həyata keçirməsinə mane olan və ya həmin hüququn həyata keçirilməsini məhdudlaşdıran obyektiv halların mövcudluğuna əsaslanmamışdır. Məhkəmə qeyd edir ki, iddiaçı qeyd edilən müddətdə əraziyə dair mövcud olan inzibati aktların müəyyən edilməsi ilə bağlı tədbirlər görə bilərdi, bununla bağlı hər hansı məhdudiyyətin mövcud olmasını və ya bunu mümkünsüz edən şərtlər bildirilməmişdir. Odur ki, qərarın mübahisələndirilməsi (qanunsuzluğunun tanınması) ilə bağlı yol verilən müddət ötürülmüşdür, qeyd edilən dəlil prosessual müddətin buraxılmış hesab edilməməsi üçün əsas hesab oluna bilməz, bu səbəbdən də iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallar mövcud deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 5 Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-7305/2024
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7305/2024
28.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver