Məhkəmə qərarları › İş №2-1(112)-7309/2020

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7309/2020

19.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7309/2020 19.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi, Həsənova Arzu Mahmud qızının katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə qarşı “evinin Xətai rayon İcra Hakimiyyəti tərəfindən bərpa edilərək özünə qaytarılması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon İcra hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “evinin Xətai rayon İcra Hakimiyyəti tərəfindən bərpa edilərək özünə qaytarılması barədə” vəzifəsinin üzərilərinə qoyulmasının təmin olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra-İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2017-ci ildə Xətai rayon İcra Hakimiyyəti öz hüquq və vəzifə səlahiyyətlərini kobud halda pozaraq vəhşicəsinə evini dağıtmışdır. Məhkəmədə isə əvvəlcədən baxılsa da, məhkəmə qərarını gözləmədən evi dağıtdıqdan 15 gün sonra banka 74.677 manat pul köçürmüş, 13 iyun 2018-ci ildə həmin pulu məcburi ona vermişlər. xx xxxxxx 2017-ci il tarixdə Ali Məhkəmə tərəfindən bildirilmişdir ki, Xətai rayon İcra Hakimiyyəti “Ağ şəhər” layihəsinin həyata keçirilməsi ilə cavabdeh qismində iştirak etməsi qanuna uyğun hesab edilə bilməz. Demək ki, Xətai rayon İcra Hakimiyyəti özbaşına heç bir səlahiyyəti olmadan evini dağımışdır. Ali Məhkəmənin 10 yanvar 2017-ci ildə olan qərarına əsaslanaraq evinin Xətai rayon İcra Hakimiyyəti tərəfindən bərpa edilərək özünə qaytarılması haqqında qərar qəbul edilməsini xahiş edir. xx xxxxxx 2020-ci il tarixdə keçirilən məhkəmə iclasında iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq, cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, iş materiallarından görünür ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(82)-4290/17 saylı xx xxxxxxxx 2017-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Xətai rayon İcra Hakimiyyətinə qarşı evinin ölçüsünə uyğun olaraq “Ağ şəhər” layihəsində mənzillə təmin olunmagı tələbinə dair iddiası mümkün hesab edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli 2-1(103)- 2644/17saylı iş üzrə qərardadı ilə məhkəmənin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmış, apelyasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 2-1(103)-2644/17saylı iş üzrə xx xxxxxx 2017-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2017-ci il tarixli 2-1(102)-2478/2017 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, qərardad dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Göründüyü kimi, hazırki iddiada tələbinin formal olaraq dəyişdirilməsi mahiyyət etibarı ilə eyni hüquqi nəticənin- mənzillə təmin olunmagı tələbinin əldə edilməsinə yönəldilmiş ki, bununla baglı isə mövcud mübahisəyə məhkəmə müstəvisində artıq bir dəfə iddianın mümkünlüyü ilə baglı hüquqi qiymət verildiyindən, hazırkı işə yenidən mahiyyəti üzrə baxılması mümkün hesab edilə bilməz. Məhkəmə qeyd edir ki, İnzibati Prosessual Məcəllənin 78-ci maddəsinin imperativ xarakter daşıyan tələbinə görə mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 5 nömrəli qərarının 15.5-ci və 15.6-cı bəndlərinə görə, İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir və qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. Hazırkı iş üzrə iddianın mümkünlük şərtlərini istisna edən halların mövcudluğunu müəyyən etdiyinə görə İnzibati Prosessual Məcəllənin 78-ci maddəsinin tələbləri baxımından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası xx.xx.2017-ci il tarixli 2-1(102)-2478/2017 saylı qanuni qüvvəyə minmiş qərarı da yekun məhkəmə aktı hesab olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: Bakı şəhəri, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verə bilər. HAKİM: MEHRİBAN QARAYEVA

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar