Məhkəmə qərarları › İş №2-1(112)-731/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-731/2020

16.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-731/2020 16.03.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X7 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinə qarşı əmək müqaviləsinin bağlanması ilə bağlı elektron informasiya sisteminə daxil edilmiş bildirişin etibarsız hesab edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, Məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı fiziki şəxs X2 ilə arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi üçün qərar qəbul edilməsini və bu əmək müqaviləsinin xitam verilməsinə dair öhdəliyin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbayan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək, onun fiziki şəxs X2 arasında bağlanmış əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsinin bildirişininin elektron informasiya sistemindən çıxarılması barədə qərar qəbul edilməsini xahiş etmiş və məhkəmə iclasında iddiaçının ərizəsi icraata qəbul olunmuşdur. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-5152/2019 saylı, 20.12.2019-cu il tarixli qərardadı ilə X2 iş üzrə üçüncü şəxs qismində cəlb olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Bakı şəhəri, Xətai rayonu, A.Cəlilov küçəsi, ev 26, mənzil 1,2,3,4,5-də olan obyektdə əmək müqaviləsi əsasında işləmişdir. Obyekt sahibi X2 uzun müddətdir ki, Azərbaycan Respublikasının hüdudlarından kənardadır və bu səbəbdən işə gələ bilmir. Həmçinin, onun şəxsiyyət vəsiqəsinin etibarlıq vaxtı bitdiyinə görə sistem bloklanmış, buna görə də işçilərin işə qəbulu və çıxması mümkün deyildir. Bundan başqa, onun etibarnamə əsasında olan hüquqi nümayəndəsi X3 verilən etibarnamənin vaxtı bitdiyi üçün problemin həlli mümkün olmamışdır.Odur ki, iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə lazımi qaydada xəbərar edilməsinə baxmayaraq, tərəflərin səlahiyyətli nümayəndələri məhkəmə iclasında iştirak etməmişdirlər. 16 mart 2020-ci il tarixdə iddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinin tələblərini rəhbər tutaraq, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZE ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinə əsasən İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1990-cı ildə doğulmuşdur, Mingəçevir şəhərində yaşayır. İşdə olan iddiaçı tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanlanmış müraciət vərəqəsindən görünür ki, iddiaçı elektron informasiya sisteminə əmək müqaviləsinin xitam bildirişini daxil edilməsi ilə bağlı müraciət etmiş, lakin həmin müraciət Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən cavablandırılmamışdır . Əmək Müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasına dair məlumatdan görünür ki, X2 ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə edilmiş dəyişiklik 13.09.2018 tarixli xxxxxxx000201 nömrəli “Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi” ilə elektron informasiya sistemində qeydiyyata alınmışdır. İş materiallarında olan Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı 13.09.2018-ci il tarixdən etibarən əsas iş yeri kimi gözəlik salonunda inzibatçı vəzifəsində çalışmağa başlamış və onun aylıq əmək haqqısı 80 manat məbləğində müəyyən edilmişdir. İşin faktiki hallarından görünür ki, iddiaçı X1 istifadəsində olan gözəllik salonunda 2018ci ildən inzibatçi vəzifəsində işləmiş, bununla bağlı onunla əmək müqaviləsi bağlanmış, əmək müqaviləsinin bağlanması barədə bildiriş “Elektron hökumət” portalı vasitəsilə elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilmişdir. Əmək haqqı kifayət olmadığından o, işdən çıxmış, lakin əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi bu günədək elektron informasiya sisteminə daxil edilməmişdir. İddiaçının işlədiyi gözəllik salonunun rəhbəri X2 ölkə xaricində olduğu üçün, həmçinin M.Məmmədzadəni etibarnamə əsasında təmsil edən S.Kərimovun etibarnaməsinin müddəti bitdiyi üçün, iddiaçı əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi elektron informasiya sisteminə daxil edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, lakin müraciət cavabdeh tərəfindən cavablandırılmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 iyun 2014-cü il tarixli 183 qərarı ilə təsdiq edilmiş “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”ın 3.4cü bəndinə əsasən əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi “Elektron hökumət” portalının gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autentifikasiya vasitələrindən istifadə edilməklə, bilavasitə işəgötürən tərəfindən və ya “Elektron hökumət” portalında yerləşdirilmiş “Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi” xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir. Qanunvericliyin tələblərinə əsasən əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi bilavasitə işəgötürən tərəfindən və ya “Elektron hökumət” portalında yerləşdirilmiş “Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi” xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilməsi ilə mümkün olsa da, lakin hazırki halda iddiaçı tərəfindən həmin gözəllik salonun məsul şəxslərindən, yəni X2 və X4 tərəfindən həmin bildirişin sistemə daxil edilməsini tələb etməsi yuxarıda göstərilən səbəblərdən imkan xaricindədir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİ, İİİ, İV bəndlərinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-ci bəndinə əsasənBu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. İddiaçı öz arzusu ilə əmək müqaviləsini ləğv edilməsini tələb etsə də, lakin onun iradəsinə zidd olaraq bu günədək əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi elektron informasiya sisteminə daxil edilməməsi nəticəsində onun konstitusion hüququ olan əmək hüququ kobud şəkildə pozulmuşdur. İddiaçının adına hazırda X2 ilə bağlanan müqavilə əsasında, gözəllik salonunda işləməsi barədə “Elektron hökumət” portalında yerləşdirilmiş əmək müqaviləsinin bağlanması barədə bildiriş mövcud olduğu halda, onun başqa işəgötürənlə əmək müqaviləsi bağlaması, həmin bildirişin elektron informasiya sisteminə daxil edilməsi mümkünsüzdür. Göstərilən səbəblərdən iddiaçı digər işəgötürənlərlə əmək münasibətlərini rəsmiləşdirə bilmir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı, onun X2 arasında bağlanmış əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsinin bildirişininin elektron informasiya sistemindən çıxarılmasının cavabdehə həvalə edilməsi tələbində haqlıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 32, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı ilə X2 arasında bağlanmış əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsinin bildirişininin elektron informasiya sistemindən çıxarılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim: Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar