Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7313/2023 06.07.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi iddiaçının nümayəndəsi X1 iştirakı ilə iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdehnə qarşı «sənədlərin götürülməsi»nə dair iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Cavabdeh MMC-yə qarşı «sənədlərin götürülməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilmişdir ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdərəsinin “səyyar vergi yoxlamasının keçirilməsi haqqında” 29 dekabr 2022-ci il tarixli **********166807 nömrəli qərarı ilə Cavabdeh MMC-də Azərbaycan Respublikası Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən növbədənkənar səyyar vergi yoxlaması (yoxlanılan dövr 1 dekabr 2019-cu il tarixdən 1 dekabr 2022-ci il tarixədək) təyin edilmişdir. Vergi Məcənəsinin 42-ci maddəsinə əsasən vergi ödəyicisinə bu Məcəllə ilə müəyyən edilmiş qaydada 30 dekabr 2022-ci il tarixli **********166867 nömrəli tələbnamə göndərilmişdir. Lakin səyyar vergi yoxlaması zamanı "xxxx" MMC-nin rəhbəri sənədləri tam təqdim etməmişdir və yoxlama iləəhatə olunan dövrə aid olan sənədlər yoxlamaya qismən təqdim edildiyi üçün yoxlamanın keçirilməsi mümkün olmamışdır. Həmin sənədlər yoxlamanın predmetinə aid olan 1 yanvar 2019-cu il tarixdən 30 noyabr 2019-cu il tarixədək olan dövr üzrə aşağıdakılardır (imzalanmış və möhürlənmiş kağız daşıyıcıda və ya gücləndirilmiş elektron imza ilə təsdiq edilmiş formada): vergi ödəyicisinin dövlət qeydiyyatı və uçot, habelə təşkilati-struktur dəyişiklikləri barədə məlumat və sənədlər, vergi ödəyicisinin İT sistemi ilə əlaqədar sorğu üzrə cavablar, vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə əlaqədar sorğu üzrə cavablar, yoxlama ilə əhatə edilən dövr üzrə elektron formada nağd dövriyyələrin hərəkəti, vergi ödəyicisi ilə bağlı şirkətlər qrupunun təşkilati strukturu, iştirak payı göstərilməklə Azərbaycan Respublikası hüqdudlarından kənarda yerləşən hər hansı törəmə müəssisə(lər) barədə məlumat, ipoteka predmeti olan bütün aktivlərin mülkiyyət sənədlərinin surəti, Vergi Məcəlləsinin 18-ci maddəinə əsasən vergi ödəyicisi ilə qarşılıqlı surətdə asılı şəxs hesab olunan bütün şəxslərin siyahısı, vergi ödəyicisinin ən son nizamnamı və ya əsasnaməsinin surəti, yoxlama ilə əhatə olunan dövrlər üzrə hüquqi şəxs vergi ödəyicisinin təsisçilərində olan bütün dəyişikliklər, ünvanı və təyinatı göstərilməklə vergi ödəyicisinin faktiki istifadəsində olan təsərrüfat obyektlərinin (subyektlərinin) siyahısı, dəyəri 10.000 manatdan yuxarı olan bütün borc və kredit müqavilələri, dəyəri 2.000 manatdan yuxarı olan bütün sığorta polisləri, qeydiyyatda olan bütün NKA üzrə Z-hesabatları, yoxlanılan dövr üzrə bütün gəlir və xərc hesabatlarının hərəkəti (excel falyda), yoxlama ilə əhatə edilən hər bir il üzrə dövriyyə qalıq cədvəli (excel faylda), yoxlama ilə əhatə edilən dövr üzrə elektron formatda yerli və xarici bank hesablarının hərəkəti (excel faylda), yoxlama dövrünü əhatə edən bütün dövrlər üzrə aylıq, rüblük və illik bəyannamələrin hesablama faylları (rəqəmlərin göründüyü uçot hesabları göstərilməklə), yoxlama dövrünün əvvəlinə və sonuna qalıqlar göstərilməklə xammalmaterial hərəkəti barədə məlumat (excel faylda), siyahısı əlavə edilmiş müştəri və podratçılarla olan əməliyyatların xarakteri barədə məlumat, onlarla bağlanmış müqavilələr və onların bütün əlavələrinin surəti, yoxlama ilə əhatə edilən dövrlər üzrə aktivlərin ilkin dəyərini, ilin əvvəlinə olan qalıq dəyərini, alınmış və aktivləri, il ərzində əsas vəsaitə əlavə edilmiş təmir xərclərini, il ərzində vergi məqsədləri üçün tətbiq edilmiş amortizasiya dərəcələrini, ilin sonunda amortizasiya məbləğlərini və qalıq dəyərlərini göstərməklə əsas vəsait/qeyri-maddi aktivlərin reyestri (excel faylda), müəssisədə çalışmış xarici əməkdaşların vətəndaş olduğu ölkədə vergi orqanlarına və ya onu əvəz edən qurumlara təqdim etdikləri illik fərdi bəyannamələrin təsdiq olunmuş surətləri, Azərbaycan Respublikasındakı əməliyyatlarla əlaqədar filial və nümayəndəliyin baş ofisi tərəfindən təsdiq edilmiş invoysların, təhvil-qəbul aktlarının təsdiq olunmuş surətləri, yoxlanılan dövrlər üzrə icarədə olan əsas vəsaitlərin siyahısı, yoxlama ilə əhatə olunan dövrdə bağlanmış və ya həmin dövrü əhatə edən əmlakın sığortası üzrə sığorta polisləri (PDF faylda), yoxlanılan dövrlər üzrə işçilərin əldə etdiyi bütün mükafatlar, faydalar və ŞGV-ni SSH-ı göstərməklə əmək haqqı cədvəlləri (aylıq əsada excel faylda), yoxlanılan dövrlər üzrə debitor və kreditorların siyahısı, yoxlanılan dövrlər üzrə nəqliyyat və daşınma xərclərinin siyahısı, tələbnamədə göstərilən yoxlama dövrünü əhatə edən bütün dövrlər üzrə aylıq, rüblük və illik bəyannamələrin hesablama faylları (rəqəmlərin götürüldüyü uçot hesabları göstərilməklə). Yoxlama dövrünün əvvəlinə və sonuna qalıalar göstərilmələ xammal-material hərəkəti barədə məlumat (excel fayda), yoxlanılan dövrlər üzrə nəqliyyat və daşınma xərclərinə aid sənədlər təqdim edilmədiyi üçün 26 yanvar 2023-cü il tarixdə Vergi Məcəlləsinin 42.2-ci maddəsinə uyğun olaraq sənədlərin qismən təqdim edilməsi barədə akt (iki nüsxədə) tərtib olunmuşdur. Yoxlamanın aparılması üçün zəruri olan sənədlər təqdim edilmədiyindən Vergi məcəlləsinin 43-cü maddəsində nəzərdə tutulmuş qaydada “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi” haqqında 27 yanvar 2023-cü il tarixli **********167802 nömrəli qərar çıxarılmışdır. Lakin, vergi ödəyicisi həmin qərarda qeyd olunan sənədlərdən yoxlamaya zəruri hesab edilən sənədləri təqdim etməmişdir. Qeyd olunanları nəzərə alaraq 31 yanvar 2023-cü il tarixli və 14 fevral 2023-cü il tarixli Vergi Məcəlləsinin 43.10-cu maddəsinə əsasən iki nüsxədən ibarət sənədlərin təqdim olunmasından imtina barədə akt tərtib olunmuşdur. Vergi Məcəlləsinin 43.11-ci maddəsinə əsasən vergi ödəyicisi bu maddədə nəzərdə tutulmuş qaydada sənədləri və əşyaları vermədiyi halda, həmin sənədlərin və nümunə kimi əşyaların götürülməsi səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının əsaslandırılmış müraciətinə əsasən məhkəmənin qərarı ilə həyata keçirilir. Yuxarıda qeyd olunanları, Vergi Məcəlləsinin 43.11ci maddəsini əsas tutaraq, məhkəmədən 1 yanvar 2019-cu il tarixdən 30 noyabr 2022-ci il tarixədək olan dövrü əhatə edən səyyar vergi yoxlamasının keçirilməsi üçün 1) vergi ödəyicisinin dövlət qeydiyyatı və uçot, habelə təşkilati-struktur dəyişiklikləri barədə məlumat və sənədlər, 2) vergi ödəyicisinin İT sistemi ilə əlaqədar sorğu üzrə cavablar, vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə əlaqədar sorğu üzrə cavablar, 3) yoxlama ilə əhatə edilən dövr üzrə elektron formada nağd dövriyyələrin hərəkəti, 4) vergi ödəyicisi ilə bağlı şirkətlər qrupunun təşkilati strukturu, 5) iştirak payı göstərilməklə Azərbaycan Respublikası hüqdudlarından kənarda yerləşən hər hansı törəmə müəssisə(lər) barədə məlumat, 6) ipoteka predmeti olan bütün aktivlərin mülkiyyət sənədlərinin surəti, 7) Vergi Məcəlləsinin 18-ci maddəinə əsasən vergi ödəyicisi ilə qarşılıqlı surətdə asılı şəxs hesab olunan bütün şəxslərin siyahısı, 8) vergi ödəyicisinin ən son nizamnamı və ya əsasnaməsinin surəti, 9) yoxlama ilə əhatə olunan dövrlər üzrə hüquqi şəxs vergi ödəyicisinin təsisçilərində olan bütün dəyişikliklər, 10) ünvanı və təyinatı göstərilməklə vergi ödəyicisinin faktiki istifadəsində olan təsərrüfat obyektlərinin (subyektlərinin) siyahısı, 11) dəyəri 10.000 manatdan yuxarı olan bütün borc və kredit müqavilələri, 12) dəyəri 2.000 manatdan yuxarı olan bütün sığorta polisləri, 13) qeydiyyatda olan bütün NKA üzrə Z-hesabatları, 14) yoxlanılan dövr üzrə bütün gəlir və xərc hesabatlarının hərəkəti (excel falyda), 15) yoxlama ilə əhatə edilən hər bir il üzrə dövriyyə qalıq cədvəli (excel faylda), 16) yoxlama ilə əhatə edilən dövr üzrə elektron formatda yerli və xarici bank hesablarının hərəkəti (excel faylda), 17) yoxlama dövrünü əhatə edən bütün dövrlər üzrə aylıq, rüblük və illik bəyannamələrin hesablama faylları (rəqəmlərin göründüyü uçot hesabları göstərilməklə), 18) yoxlama dövrünün əvvəlinə və sonuna qalıqlar göstərilməklə xammal-material hərəkəti barədə məlumat (excel faylda), 19) siyahısı əlavə edilmiş müştəri və podratçılarla olan əməliyyatların xarakteri barədə məlumat, onlarla bağlanmış müqavilələr və onların bütün əlavələrinin surəti, 20) yoxlama ilə əhatə edilən dövrlər üzrə aktivlərin ilkin dəyərini, ilin əvvəlinə olan qalıq dəyərini, alınmış və aktivləri, il ərzində əsas vəsaitə əlavə edilmiş təmir xərclərini, il ərzində vergi məqsədləri üçün tətbiq edilmiş amortizasiya dərəcələrini, ilin sonunda amortizasiya məbləğlərini və qalıq dəyərlərini göstərməklə əsas vəsait/qeyrimaddi aktivlərin reyestri (excel faylda), 21) müəssisədə çalışmış xarici əməkdaşların vətəndaş olduğu ölkədə vergi orqanlarına və ya onu əvəz edən qurumlara təqdim etdikləri illik fərdi bəyannamələrin təsdiq olunmuş surətləri, 22) Azərbaycan Respublikasındakı əməliyyatlarla əlaqədar filial və nümayəndəliyin baş ofisi tərəfindən təsdiq edilmiş invoysların, təhvil-qəbul aktlarının təsdiq olunmuş surətləri, 23) yoxlanılan dövrlər üzrə icarədə olan əsas vəsaitlərin siyahısı, 24) yoxlama ilə əhatə olunan dövrdə bağlanmış və ya həmin dövrü əhatə edən əmlakın sığortası üzrə sığorta polisləri (PDF faylda), 25) yoxlama ilə əhatə edilən dövrdə bağlanmış və ya həmin dövrü əhatə edən qeyri-rezidentlə bağlanmış müqavilələr (PDF faylda), 26) yoxlanılan dövrlər üzrə işçilərin əldə etdiyi bütün mükafatlar, faydalar və ŞGV-ni SSH-ı göstərməklə əmək haqqı cədvəlləri (aylıq əsada excel faylda), yoxlanılan dövrlər üzrə debitor və kreditorların siyahısının imzalanmış və möhürlənmiş kağız daşıyıcıda və ya gücləndirilmiş elektron imza ilə təsdiq edilmiş elektron surətinin Cavabdeh MMC-dən götürülərək İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə təqdim olunmasına dair qərar çıxarılması məhkəmədən xahiş olunur. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinin icraatına daxil olduqdan sonra İPM-in 47, 49-cu maddələrinin tələblərinə müvafiq olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət bildirilməsi üçün cavabdehə göndərilmişdir. Lakin cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) məhkəməyə təqdim edilməmişdir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçının nümayəndəsi gəlmiş, cavabdeh tərəf gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, İPM-in 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 18.1-ci maddəsinə əsasən vergi məqsədləri üçün qarşılıqlı surətdə asılı olan şəxslər – aralarındakı münasibətlər fəaliyyətlərinin iqtisadi nəticələrinə və ya onların təmsil etdiyi şəxslərin fəaliyyətinə bilavasitə təsir göstərə bilən fiziki şəxslər və (və ya) hüquqi şəxslərdir. Həmin Məcəllənin 18.2-ci maddəsinə əsasən bu maddənin məqsədləri üçün qarşılıqlı surətdə asılı olan şəxslər aşağıdakılar sayılır: (18.2.1) bir şəxs digər şəxsin əmlakında (nizamnamə kapitalında) bilavasitə və ya dolayısı ilə iştirak edirsə və onun iştirak payı və ya səs hüququ azı 20 faizdirsə, (18.2.2) bir şəxs özünün xidməti vəziyyətinə görə digər şəxsə tabedir və ya bir şəxs digər şəxsin bilavasitə və ya dolayısı ilə nəzarətindədir, (18.2.3) şəxslər üçüncü şəxsin birbaşa və ya dolayısı ilə nəzarətindədirlər; (18.2.4) şəxslər üçüncü şəxsə birbaşa və ya dolayısı ilə birgə nəzarət edirlər; (18.2.5) bu Məcəllənin 13.2.7-ci maddəsində göstərilən ailə üzvləri. Həmin Məcəllənin 23.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək, vergi və maliyyə məlumatlarının mübadiləsini nəzərdə tutan Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən şəxslərdən həmin müqavilənin tələblərindən irəli gələn sənədləri və məlumatları elektron və (və ya) kağız daşıyıcılarda tələb etmək vergi orqanlarının hüquqları sırasındadır. Həmin Məcəllənin 36.1-ci maddəsinə görə vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. Həmin Məcəllənin 42.1-ci maddəsinə görə səyyar vergi yoxlamasını keçirən vergi orqanının vəzifəli şəxsi bu Məcəllənin 38.1-ci maddəsinə uyğun olaraq vergi ödəyicisinə göndərdiyi bildirişlə birlikdə yoxlama üçün zəruri olan sənədləri, habelə elektron faylları vergi ödəyicisindən bu Məcəllə ilə müəyyən edilmiş qaydada tələb edə bilər. Sənədlərin və ya elektron faylların verilməsi barəsində tələb yönəldilən şəxs həmin sənədləri və ya elektron faylları 15 iş günü müddətində vergi orqanına təqdim etməlidir. Həmin Məcəllənin 42.2-ci maddəsinə görə səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının vəzifəli şəxsinə tələb olunan sənədlər vergi ödəyicisi tərəfindən bu Məcəllənin 42.1-ci maddəsinin ikinci abzasında göstərilən müddətdə təqdim edilmədikdə və ya həmin sənədlərin və ya elektron faylların onda olmaması vergi ödəyicisi tərəfindən bildirildikdə, yoxlamanı həyata keçirən vergi orqanının vəzifəli şəxsləri və vergi ödəyicisi tərəfindən imzalanan akt tərtib edilir. Vergi ödəyicisi həmin aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda qeyd edilir. Tərtib olunmuş aktın surəti vergi ödəyicisinə verilir. Tələb olunan sənədləri və ya surətlərini səyyar vergi yoxlamasının keçirildiyi müddətdə digər mənbələrdən əldə etmək mümkün olmadıqda, həmin akta əsasən vergi orqanının ödənilməli olan vergi məbləğlərini bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada müəyyən etmək hüququ vardır. Həmin Məcəllənin 42.3-cü maddəsinə görə səyyar vergi yoxlaması üçün zəruri olan vergi orqanı tərəfindən tələb edilən sənədlərin və ya elektron faylların vergi ödəyicisi tərəfindən vergi orqanına verilməsindən imtina edilməsi və ya bu Məcəllənin 42.1-ci maddəsində göstərilən müddətdə təqdim edilməməsi qanunla müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur. Bu maddədə göstərilən qaydada sənədlərin və ya elektron faylların təqdim edilməsindən imtina edildikdə, səyyar vergi yoxlamasını həyata keçirən vergi orqanının vəzifəli şəxsi bu Məcəllənin 43-cü maddəsində nəzərdə tutulmuş qaydada sənədlərin götürülməsini həyata keçirə bilər. Həmin Məcəllənin 43.1-ci maddəsinə görə sənədlərin və nümunə kimi əşyaların götürülməsinə səyyar vergi yoxlaması və operativ vergi nəzarəti keçirildikdə yol verilir. Həmin Məcəllənin 43.2-ci maddəsinə əsasən səyyar vergi yoxlaması keçirildikdə yoxlamanın predmetinə aid olan və vergilərin hesablanması üçün tələb olunan vergi ödəyicisi tərəfindən təqdim olunan sənədlərin və əşyaların öyrənilməsinə əlavə vaxt tələb olunduğu halda, həmçinin təqdim olunmuş sənədlərdə vergi qanunvericiliyinin pozulması halları müəyyən edildikdə və ya bu pozuntular bilavasitə əşyalarla bağlı olduqda, səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının vəzifəli şəxsi bu Məcəllənin 42ci maddəsinə müvafiq olaraq ona təqdim edilmiş sənədləri və nümunə kimi əşyaları götürə bilər. Vergi ödəyicisi tərəfindən yoxlamanı bilavasitə həyata keçirən vəzifəli şəxsə verilən sənədlərin və nümunə kimi əşyaların götürülməsi vergi orqanının rəhbərinin (onun müavininin) əsaslandırılmış qərarı ilə həyata keçirilir. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən sənədlərin vergi ödəyicisi tərəfindən təsdiq olunmuş surətləri götürülür. Həmin Məcəllənin 43.4-cü maddəsinə görə sənədlər və nümunə kimi əşyalar vergi ödəyicisinin iş vaxtı (faktiki iş vaxtı) ərzində götürülür. Həmin Məcəllənin 43.5-ci maddəsinə əsasən səyyar vergi yoxlaması zamanı vergilərin hesablanması üçün zəruri olmayan sənədlərin və nümunə kimi əşyaların götürülməsi qadağandır. Həmin Məcəllənin 43.6-cı maddəsinə görə sənədlərin və nümunə kimi əşyaların götürülməsi sənədləri və əşyaları götürülən şəxslərin və (və ya) onların nümayəndələrinin iştirakı ilə həyata keçirilir. Zəruri hallarda sənədlərin və nümunə kimi əşyaların götürülməsində iştirak etmək üçün mütəxəssis dəvət oluna bilər. Həmin Məcəllənin 43.7-ci maddəsinə əsasən vergi orqanının vəzifəli şəxsi sənədlərin və nümunə kimi əşyaların götürülməsinə qədər götürülmə barədə vergi orqanının rəhbərinin (onun müavininin) əsaslandırılmış qərarını təqdim edir və iştirak edən şəxslərə onların hüquq və vəzifələrini izah edir. Həmin Məcəllənin 43.8-ci maddəsinə əsasən sənədlərin və nümunə kimi əşyaların götürülməsi barədə bu Məcəllənin 48-ci maddəsinin tələblərinə riayət etməklə protokol tərtib edilir. Həmin Məcəllənin 43.11-ci madddəsinə əsasən vergi ödəyicisinin bu maddədə nəzərdə tutulmuş qaydada sənədləri və əşyaları vermədiyi halda həmin sənədlərin və nümunə kimi əşyaların götürülməsi səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının əsaslandırılmış müraciətinə əsasən məhkəmənin qərarı ilə həyata keçirilir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı madəssinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İşdə olan sənədlər əsasında aparılmış məhkəmə araşdırılması ilə müəyyən edilir ki, vergi orqanının qərarı ilə vergi ödəyicisi olan hazırkı Cavabdeh MMC-də 1 dekabr 2019-cu il tarixdən 30 noyabr 2022-ci il tarixədək olan fəaliyyət dövrü üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Yoxlama zamanı tələb edilən sənədlər vergi orqanına tam təqdim edilmədiyindən, yoxlamanın keçirilməsi mümkün olmamışdır. MMC-yə Vergi Məcəlləsinin 42-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada 30 dekabr 2022-ci il tarixli tələbnamə verilmişdir. Lakin tələbnamə üzrə tələb olunan sənədlər vergi orqanına tam təqdim edilməmişdir. AR Vergi Məcəlləsinin 23 və 43-cü maddələrinə əsasən “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” 27 yanvar 2023-cü il tarixli qərar qəbul edilmişdir. Bundan sonra hazırkı iddiaçı Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Cavabdeh MMC-yə sənədlərin götürülməsi tələbi ilə hazırkı iddianı qaldırmışdır. Məhkəmə tərəfindən sübut qismində qəbul edilmiş, iş materiallarında olan sənədlərə əsasən müəyyən edilir ki, səyyar vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlər iddiaçı Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qanunla müəyyən edilmiş qaydada cavabdehdən tələb edilsə də, cavabdeh tərəfindən vergi orqanına təqdim edilməmişdir. Məhkəmə diqqətə çəkir ki, Azərbaycan Respublikası Prezidentinin 12 may 2020-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti haqqında» Əsasnamənin 2.0.5-ci bəndinə görə qanunla müəyyən olunmuş qaydada kommersiya hüquqi şəxslərinin və publik hüquqi şəxslərin dövlət qeydiyyatının həyata keçirilməsini və dövlət reyestrinin aparılmasını təmin etmək Xidmətin fəaliyyət istiqamətlərinə daxildir. Əsasnamənin 5.1-ci bəndinə görə isə, Xidmət öz fəaliyyətini Aparatı, strukturuna daxil olan qurumlar və strukturuna daxil olmayan tabeliyindəki qurumlar vasitəsilə həyata keçirir. Bu isə, belə qənaətə gəlməyə əsas verir ki, iddiada tələb olunan aşağıdakı sənədlərin əldə olunması vergi orqanı kimi hazırkı iddiaçının imkanı daxilindədir: vergi ödəyicisinin dövlət qeydiyyatı və uçot, habelə təşkilati-struktur dəyişiklikləri barədə məlumat və sənədlər, vergi ödəyicisi ilə bağlı şirkətlər qrupunun təşkilati strukturu, iştirak payı göstərilməklə Azərbaycan Respublikası hüqdudlarından kənarda yerləşən hər hansı törəmə müəssisə(lər) barədə məlumat, vergi ödəyicisinin ən son nizamnamı və ya əsasnaməsinin surəti, yoxlama ilə əhatə olunan dövrlər üzrə hüquqi şəxs vergi ödəyicisinin təsisçilərində olan bütün dəyişikliklər, Eləcə də qeyd olunmalıdır ki, iddia tələb olunan bəzi sənədlər – ünvanı və təyinatı göstərilməklə vergi ödəyicisinin faktiki istifadəsində olan təsərrüfat obyektlərinin (subyektlərinin) siyahısı, qeydiyyatda olan bütün NKA üzrə Z-hesabatları, yoxlama dövrünü əhatə edən bütün dövrlər üzrə aylıq, rüblük və illik bəyannamələrin hesablama faylları (rəqəmlərin göründüyü uçot hesabları göstərilməklə) da əldə etmək vergi ödəyicilərinin uçotunu aparan ərazi vergi orqanı hazırkı iddiaçının imkanı daxilindədir. Odur ki, iddianın həmin hissələri üzrə yuxarıda qeyd olunan sənədlərin iddiaçıya təqdim olunması öhdəliyinin Cavabdeh MMC-yə məhkəmə aktı ilə həvalə olunması zərurəti yoxdur. Bundan başqa, iddiada cavabdehdən “Vergi Məcəlləsinin 18-ci maddəinə əsasən vergi ödəyicisi ilə qarşılıqlı surətdə asılı şəxs hesab olunan bütün şəxslərin siyahısı” tələb olunur, lakin nəzərə alınmalıdır ki, səyyar vergi yoxlaması üzrə bu qəbildən olan şəxslərin siyahısı yoxlanılan vergi ödəyicisindən tələb oluna bilməz. Həmin sənədlər Vergi Məcəlləsinin 23.1.2-1-ci maddəsində təsbit olunmuş “vergi və maliyyə məlumatlarının mübadiləsini nəzərdə tutan sənəd və məlumatlar”ın dairəsinə aid deyil. Belə şəxsləri vergi orqanı vergi yoxlaması üzrə aşkar olunmuş hallardan çıxış etməklə özü müəyyən etməli və bunun əsasında da nəticəyə gəlməlidir (əlavə vergi, maliyyə sanksiyası hesablamaq və s.). Bu səbəbdən də, iddia həmin hissədə əsassızdır. Həmçinin qeyd olunmalıdır ki, iddiaçı vergi ödəyicisi kimi cavabdehin işində xarici ölkə vətəndaşlarının çalışıb-çalışmaması barədə (onların adı, soyadı, doğum tarixi və yeri göstərilməklə) məlumat təqdim etdiyi halda, bu tələbi haqlı olaraq irəli sürmüş olar. Məlum olduğu kimi, belə məlumatlar məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi üzrə hesabatlarda əks olunur, müqaviləsi rəsmiləşdirilməmiş işçilərin işə cəlb olunması isə müvafiq məsuliyyətə səbəb olur. Buna görə də, müəssisədə çalışmış xarici əməkdaşların vətəndaşlarla bağlı məlumatlar və sənədlərin ehtimallara istinadən cavabdehdən tələb olunması məqsədəmüvafiq deyil. Xüsusilə də nəzərə alınmalıdır ki, müəssisədə işləməsi ehtimal olunan xarici ölkə vətəndaşlarının olduqları ölkədə vergi orqanlarına və ya onu əvəz edən qurumlara təqdim etdikləri illik fərdi bəyannamələrin təsdiq olunmuş surətlərini əldə etmək vergi ödəyicisi kimi müəssisənin salahiyyətləri xaricindədir. Cavabdehin filial və nümayəndəliyinin olması barədə məlumatlar da vergi orqanında toplanır, Hazırkı halda isə, cavabdehin filial və nümayəndəliyinin olması barədə reyestr məlumatları iddiada açıqlanmadan, əsaslandırma aparılmadan, formal şəkildə “Azərbaycan Respublikasındakı əməliyyatlarla əlaqədar filial və nümayəndəliyin baş ofisi tərəfindən təsdiq edilmiş invoysların, təhvil-qəbul aktlarının təsdiq olunmuş surətləri” tələb olunur. Bu hissədə də tələb oluna bilməz. Lakin qeyd olunanlarla yanaşı iddiada səyyar vergi yoxlamasının keçirilməsi üçün zəruri sayılan və yalnız vergi ödəyicisi kimi cavabdehdən əldə olunması mümkün olan aşağıdakı sənədləri exsel və ya PDF falylarda deyil, elektron və ya kağz daşıyıcılarda tələb etməkdə hazırkı iddiaçı haqlıdır və iddia həmin hissədə qismən təmin olunmalıdır: dəyəri 10.000 manatdan yuxarı olan bütün borc və kredit müqavilələri, dəyəri 2.000 manatdan yuxarı olan bütün sığorta polisləri, vergi ödəyicisinin İT sistemi ilə əlaqədar sorğu üzrə cavablar, vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə əlaqədar sorğu üzrə cavablar, yoxlama ilə əhatə edilən dövr üzrə elektron formada nağd dövriyyələrin hərəkəti, ipoteka predmeti olan bütün aktivlərin mülkiyyət sənədlərinin surəti, yoxlanılan dövr üzrə bütün gəlir və xərc hesabatlarının hərəkəti, yoxlama ilə əhatə edilən hər bir il üzrə dövriyyə qalıq cədvəli (excel faylda), yoxlama ilə əhatə edilən dövr üzrə elektron formatda yerli və xarici bank hesablarının hərəkəti, yoxlama dövrünün əvvəlinə və sonuna qalıqlar göstərilməklə xammal-material hərəkəti barədə məlumat, siyahısı əlavə edilmiş müştəri və podratçılarla olan əməliyyatların xarakteri barədə məlumat, onlarla bağlanmış müqavilələr və onların bütün əlavələrinin surəti, yoxlama ilə əhatə edilən dövrlər üzrə aktivlərin ilkin dəyərini, ilin əvvəlinə olan qalıq dəyərini, alınmış və aktivləri, il ərzində əsas vəsaitə əlavə edilmiş təmir xərclərini, il ərzində vergi məqsədləri üçün tətbiq edilmiş amortizasiya dərəcələrini, ilin sonunda amortizasiya məbləğlərini və qalıq dəyərlərini göstərməklə əsas vəsait/qeyri-maddi aktivlərin reyestri, yoxlanılan dövrlər üzrə icarədə olan əsas vəsaitlərin siyahısı, yoxlama ilə əhatə olunan dövrdə bağlanmış və ya həmin dövrü əhatə edən əmlakın sığortası üzrə sığorta polisləri, yoxlama ilə əhatə edilən dövrdə bağlanmış və ya həmin dövrü əhatə edən qeyri-rezidentlə bağlanmış müqavilələr, yoxlanılan dövrlər üzrə işçilərin əldə etdiyi bütün mükafatlar, faydalar göstərməklə əmək haqqı cədvəlləri, yoxlanılan dövrlər üzrə debitor və kreditorların siyahısı. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, Cavabdeh MMC-dən dəyəri 10.000 manatdan yuxarı olan bütün borc və kredit müqavilələri, dəyəri 2.000 manatdan yuxarı olan bütün sığorta polisləri, vergi ödəyicisinin İT sistemi ilə əlaqədar sorğu üzrə cavablar, vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə əlaqədar sorğu üzrə cavablar, yoxlama ilə əhatə edilən dövr üzrə elektron formada nağd dövriyyələrin hərəkəti, ipoteka predmeti olan bütün aktivlərin mülkiyyət sənədlərinin surəti, yoxlanılan dövr üzrə bütün gəlir və xərc hesabatlarının hərəkəti, yoxlama ilə əhatə edilən hər bir il üzrə dövriyyə qalıq cədvəli (excel faylda), yoxlama ilə əhatə edilən dövr üzrə elektron formatda yerli və xarici bank hesablarının hərəkəti, yoxlama dövrünün əvvəlinə və sonuna qalıqlar göstərilməklə xammal-material hərəkəti barədə məlumat, siyahısı əlavə edilmiş müştəri və podratçılarla olan əməliyyatların xarakteri barədə məlumat, onlarla bağlanmış müqavilələr və onların bütün əlavələrinin surəti, yoxlama ilə əhatə edilən dövrlər üzrə aktivlərin ilkin dəyərini, ilin əvvəlinə olan qalıq dəyərini, alınmış və aktivləri, il ərzində əsas vəsaitə əlavə edilmiş təmir xərclərini, il ərzində vergi məqsədləri üçün tətbiq edilmiş amortizasiya dərəcələrini, ilin sonunda amortizasiya məbləğlərini və qalıq dəyərlərini göstərməklə əsas vəsait/qeyri-maddi aktivlərin reyestri, yoxlanılan dövrlər üzrə icarədə olan əsas vəsaitlərin siyahısı, yoxlama ilə əhatə olunan dövrdə bağlanmış və ya həmin dövrü əhatə edən əmlakın sığortası üzrə sığorta polisləri, yoxlama ilə əhatə edilən dövrdə bağlanmış və ya həmin dövrü əhatə edən qeyri-rezidentlə bağlanmış müqavilələr, yoxlanılan dövrlər üzrə işçilərin əldə etdiyi bütün mükafatlar, faydalar göstərməklə əmək haqqı cədvəlləri, yoxlanılan dövrlər üzrə debitor və kreditorların siyahısı elektron və ya kağız daşıyıcılarda götürülməli, iddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən dəyəri 10.000 manatdan yuxarı olan bütün borc və kredit müqavilələri, dəyəri 2.000 manatdan yuxarı olan bütün sığorta polisləri, vergi ödəyicisinin İT sistemi ilə əlaqədar sorğu üzrə cavablar, vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə əlaqədar sorğu üzrə cavablar, yoxlama ilə əhatə edilən dövr üzrə elektron formada nağd dövriyyələrin hərəkəti, ipoteka predmeti olan bütün aktivlərin mülkiyyət sənədlərinin surəti, yoxlanılan dövr üzrə bütün gəlir və xərc hesabatlarının hərəkəti, yoxlama ilə əhatə edilən hər bir il üzrə dövriyyə qalıq cədvəli (excel faylda), yoxlama ilə əhatə edilən dövr üzrə elektron formatda yerli və xarici bank hesablarının hərəkəti, yoxlama dövrünün əvvəlinə və sonuna qalıqlar göstərilməklə xammal-material hərəkəti barədə məlumat, siyahısı əlavə edilmiş müştəri və podratçılarla olan əməliyyatların xarakteri barədə məlumat, onlarla bağlanmış müqavilələr və onların bütün əlavələrinin surəti, yoxlama ilə əhatə edilən dövrlər üzrə aktivlərin ilkin dəyərini, ilin əvvəlinə olan qalıq dəyərini, alınmış və aktivləri, il ərzində əsas vəsaitə əlavə edilmiş təmir xərclərini, il ərzində vergi məqsədləri üçün tətbiq edilmiş amortizasiya dərəcələrini, ilin sonunda amortizasiya məbləğlərini və qalıq dəyərlərini göstərməklə əsas vəsait/qeyri-maddi aktivlərin reyestri, yoxlanılan dövrlər üzrə icarədə olan əsas vəsaitlərin siyahısı, yoxlama ilə əhatə olunan dövrdə bağlanmış və ya həmin dövrü əhatə edən əmlakın sığortası üzrə sığorta polisləri, yoxlama ilə əhatə edilən dövrdə bağlanmış və ya həmin dövrü əhatə edən qeyri-rezidentlə bağlanmış müqavilələr, yoxlanılan dövrlər üzrə işçilərin əldə etdiyi bütün mükafatlar, faydalar göstərməklə əmək haqqı cədvəlləri, yoxlanılan dövrlər üzrə debitor və kreditorların siyahısı elektron və ya kağız daşıyıcılarda götürülsün. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-7313/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7313/2023
06.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver