Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-732/2021 02.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, cavabdehin nümayəndəsi X1 (Ünvan: Naxçıvan MR, Şərur rayonu, Havuş kəndi; ixtisası: hüquqşünas; iş yeri və vəzifəsi: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin hüquqşünası) iştirakı ilə, iddiaçı - “X4” X9 cavabdeh - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “hərəkətlərin qanunsuz sayılması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, Müəyyən etdi: İddiaçı “X4” X10 cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı cavabdehin 19.02.2020-ci il tarixli **********6 saylı sərəncamının ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddaya qarşı yazılı münasibəti (etirazı) 19.03.2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İş üzrə şifahi məhkəmə baxışı ilə bağlı iclas 02.12.2021-ci il tarixə təyin olunmuşdur. Həmin tarixli məhkəmə iclasında iddiaçının “vergi orqanı tərəfindən əvvəlki Bakı şəhər Baş Səhiyyə İdarəsinin X3 hesablanmış borcun “X4” X5 tələb edilməsi ilə bağlı Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin hərəkətlərinin qanunsuz sayılması”na dair iddia tələbinin dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisədir. Belə ki, hazırkı mübahisə cavabdeh inzibati orqanın faktiki xarakterli digər fəaliyyətindən, yəni hərəkətlərindən (əsaslı və ya əsassız, qanuni və ya qanunsuz) yarandığından inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddiadır. Həmçinin, hazırkı işə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmişdir və hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. İddia ərizəsində bildirilmişdir ki, Azərbaycan Respublikası Vergilər Nazirliyi Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi “X4” publik hüquqi şəxsə 85113,37 manat məbləğində borc hesablayaraq "xxxx" ASC-nin “28 May” fılialındakı bank hesabına 13.02.2020-ci il tarixli **********9 nömrəli sərəncamı qoymuşdur. Bu sərəncam barədə bank tərəfindən məlumat verilmişdir. “X4” publik hüquqi şəxs Lokal Gəlirlər Baş İdarəsinə 14.02.2020-ci il tarixdə elektron müraciət ünvanlayaraq hüquqi şəxsin dövlət büdcəsinə vergi borcunun olmadığını bildirməklə qeyd olunan sərəncamın ləğv edilməsini xahiş etmişdir. 20 fevral 2020-ci il tarixdə “X4” X9in nümayəndələri məsələnin aydınlaşdırılması üçün Vergilər Nazirliyi Lokal Gəlirlər Baş İdarəsində olmuş aidiyyəti əməkdaşlarla görüşmüşlər. Görüş zamanı məlum olmuşdur ki, 19.02.2020-ci il tarixdə yeni sərəncam qəbul edilmişdir. 19.02.2020-ci il tarixli, **********6 nömrəli sərəncamda qeyd olunmuş borcların yaranma tarixi və mənbəyinin nədən ibarət olması barədə məlumat verilməsi xahiş edilmiş, Vergilər Nazirliyinin əməkdaşları şəxsi hesab vərəqəsini analiz etməyə çalışsalar da lakin borcun nədən ibarət olması barədə bizə heç bir məlumat verə bilməmişlər. Qeyd olunan halın proqramistlər tərəfindən müəyyən edilə biləcəyini bildirdilər. Xahiş edərək sərəncamın surətini əldə edərkən məlum olmuşdur ki, 19.02.2020-ci il tarixli, **********6 nömrəli Sərəncamda borc 85113,37 manat, o cümlədən 32285,43 manat ƏDV, 57,75 manat HŞTV, 178,76 manat MV, 123,15 manat HŞƏV, 47231,89 manat MÖMV, 5236 manat MÖMV borc mövcuddur. Vergi əməkdaşlarına bildirəndə ki, nə “X4” X10, nə də 2008-ci ildən hüquqi şəxs olmayan eyni adda fəaliyyət göstərən büdcə təşkilatı ƏDV ödəyicisi olmayıb. Necə ola bilər ki, şirkətə ƏDV hesablanır? Əməkdaşlar suala cavab verə bilməsələr də şikayəti təmin etmək istiqamətində hər hansı bir tədbir görməmiş və məsələnin araşdırılacağını bildirmişlər. “X4” X10 26.12.2019-cu il tarixdə yaradılmış yeni hüquqi şəxsdir. Yarandığı tarixdən bu günədək heç bir vergi borcu yaranmamışdır. Bakı şəhər Baş Səhiyyə İdarəsinin X2 borcları yeni yaranmış hüquqi şəxsin üzərinə qoyula bilməz. X6 şəxs statusu olmayan təsərrüfat hesablı dövlət qurumu idi. “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanununun 2.2-ci maddəsinə əsasən publik hüquqi şəxs — dövlət və bələdiyyə adından və ya publik hüquqi şəxs tərəfindən yaradılan, ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan, dövlət və ya bələdiyyə orqanı olmayan təşkilatdır. Həmin qanunun 7.2-ci maddəsinə əsasən X9 əmlakı nizamnamə fondundan, ona təsisçilər tərəfindən verilmiş digər əmlakdan, habelə dövlət və ya yerli büdcələrdən ayrılan vəsaitlərdən, fəaliyyət istiqamətlərinə uyğun olaraq görülən işlərdən, göstərilən xidmətlərdən əldə edilən daxilolmalardan, ianələrdən, qrantlardan və nizamnamədə müəyyən edilmiş digər mənbələrdən daxil olan vəsaitlərdən formalaşa bilər. Göründüyü kimi “X4” X10 dövlət qurumu tərəfindən yaradılmış və əvvəlki Bakı şəhər Baş Səhiyyə İdarəsinin X2 əmlakı onun nizamnamə fonduna qoyulmuşdur. Yeni yaradılan hüquqi şəxsin nizamnamə fonduna hansısa dövlət qurumlarındakı əmlakların qoyulması yeni yaradılan hüquqi şəxsin həmin qurumların varisliyini yaratmır. İddiaçının vəkili elektron məhkəmə sistemi vasitəsi ilə məhkəməyə ərizə təqdim edərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh orqan iddiaya dair yazılı etirazını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. Lakin, iddiaçının bank hesabına sərəncam qoyulmasının əsası həmin tarixə 2019-cu ilin 4-cü rübün “Muzdlu işlə əlqədər ödəmə mənbəyində tutulan” vergi üzrə 24052,55 manat vergi borcu onun tərəfindən təqdim edilmiş bəyannamə məlumatlarına və həmin tarixə 60945,73 manat faiz borcu olmuşdur. Hesablanmış vergi borcu barədə 07.02.2020-ci il tarixli **********942000 saylı muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial siğorta haqqı üzrə borcun ödənilməsinə dair bildiriş göndərilmişdir. Vergi Məcəlləsinin 65.1 -ci maddəsinə əsasən bildirişdə göstərilən borcların 5 gün müddətində ödənilməsinin təmin edilməsi tələb edilmişdir. Borcun vaxtında ödənilməməsinə görə Vergi Məcəlləsinin 65.2-ci maddəsinə əsasən milli vəya xarici valyutada cari və ya digər hesablardan vergi borclarının alınması üçün banklara və ya kredit təşkilatlarına icra (ödəniş) sənədi olan sərəncam veriləcəyi bildirilmişdir. Bundan başqa qeyd olunmalıdır ki, iddiaçı tərəfindən müvafiq dövrlərdə edilmiş ödənişlər Vergi Məcəlləsinin 88-ci maddəsinin tələblərinə əsasən yaranma tarixi ardıcılığı ilə əvvəlki dövrlər üzrə təqdim edilmiş bəyannamə məlumatlarına əsasən hesablanmış vergi borclarına aid edilmiş və iddiaçının vergi öhdəlikləri yuxarıda qeyd olunan vergi borcu faiz ilə birlikdə 85113.37 manat olmuşdur. Digər tərəfdən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təqdim edilmiş məlumata əsasən iddiaçının 01.10.2018-ci il tarixə işsizlik sığortasına cəlb olunan hüquqi şəxslər üzrə 3551,83 manat, büdcə vəsaitləri üzrə 88039,96 manat, xüsusi vəsaitlər üzrə 366,48 manat borcu olmuşdur. Əlavə olaraq, iddiaçının şəxsi hesab vərəqəsindən göründüyü kimi, 19.02.2020-ci il tarixli sərəncamdan sonra onun tərəfindən dövət büdcəsinə sadəcə 2430,81 manat ödəniş edilmişdir. Vergi Məcəlləsinin 16-cı maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsi kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini) ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. Vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Həmin Məcəlləsinin 78-ci maddəsinə görə vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Həmin Məcəllənin 24.0.1 -ci maddəsinə əsasən vergi orqanı vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət edir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 49.3-cü və 49.6-cı maddələrinin şərh edilməsi haqqında” 6 avqust 2002-ci il tarixli Qərarında qeyd olunur ki, vergi ödəmək vəzifəsində cəmiyyətin ümumi maraqları əks olunub. Dövlət təkcə vergi ödəyicilərinin deyil, həm də cəmiyyətin digər üzvlərinin hüquqlarını və qanuni maraqlarını müdafiə etmək məqsədi ilə vergi münasibətlərinin tənzimlənməsi üzrə tədbirlər görmək hüququna malikdir və belə tədbirlər həyata keçirilməlidir. Həmin Məcəllənin 59-cu maddəsinə görə vergi və ya cari vergi ödəməsi bu Məcəllə ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün jçün vergi ödəyicisindən və ya vergi agentindən ödənilməmiş vergi və ya cari vergi ödəməsi məbləğinin 0,1 faizi məbləğində faiz tutulur. Həmin Məcəllənin 85.4-cü maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən nesabat dövri qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən nesabat dövri qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi göstərilənlərə əsasən iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfin izahatını dinləyərək, işin materiallarını araşdıraraq aşağıdakı əsaslara görə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Azərbaycan Respublikası Vergilər Nazirliyi X9 Dövlət qeydiyyatı haqqında Şəhadətnaməyə əsasən “X4” X10 ********** nömrəli VÖEN ilə qeydiyyatdan keçmişdir. İş materiallarından görünür ki, cavabdeh inzibati orqan məhkəmənin sorğusuna cavab olaraq “X4” X10 barədə qəbul edilmiş 19.02.2019-cu il tarixli **********6 nömrəli sərəcamın qəbul edilməsinə əsas olan sənədlərin təsdiq edilmiş surətlərini məhkəməyə göndərmişdir. Həmçinin, iş materiallarından görünür ki, “X4” X9in şəxsi hesab vərəqəsi məhkəməyə göndərilmişdir. İş materiallarından görünür ki, 19.02.2019-cu il tarixli **********6 nömrəli sərəcamına əsasən “X4” X7 85.113,37 manat vergi hesablanmışdır. İş materiallarında olan “X4” X9in şəxsi hesab vərəqəsindən görünür ki, hesablanmış 85.113,37 manat vergi borcunun 34000 manatı vergi orqanı tərəfindən silinmişdir. İş materiallarından görünür ki, vergi borcu ilə yanaşı “X4” publik hüquqi şəxsə 31.01.2006-cı ildən yaranmış 225653,96 manat sosial sığorta borcları da hesablanmışdır. Məhkəmə qeyd edir ki, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi məhkəmənin 28.09.2021-ci il tarixli ““X4” X10 barədə hesablanmış borc məbləği, həmin borcun yaranma əsasları barədə məlumatın məhkəməyə təqdim edilməsi” məzmunlu sorğusunu cavablandırmamışdır. Məhkəmə hesab edir ki, vergi orqanı əsassız olaraq mübahisələndirilən borcu iddiaçıya hesablamışdır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 83.2-ci maddəsinə əsasən vergi orqanının bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisinin vergi öhdəliklərini aşağıdakı məlumat mənbələrindən birinə və ya bir neçəsinə əsaslanaraq hesablamaq hüququ vardır: -vergi ödəyicilərinin vergi bəyannamələrində olan məlumata (83.2.1.); -bu Məcəllənin 73-cü maddəsinə müvafiq ödəmələr haqqında məlumata (83.2.2.); -vergi yoxlaması materiallarına (83.2.3.); -vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumata, o cümlədən bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş əlaqəli məlumatlara (83.2.4.). Göründüyü kimi vergi ödəyicisinə vergi məbləğlərinin hesablanması üçün qanunvericiliklə dairəsi dəqiq müəyyən edilən məlumat mənbələri müəyyən edilmişdir. Lakin vergi orqanı tərəfindən iddiaçıya vergilərin hesablanması zamanı qanunvericilikdə nəzərdə tutulmuş məlumat mənbələrindən hər hansı birinə (və ya bir neçəsinə) istinad edilməsi iş materialları ilə müəyyən olunmur. Belə ki, əlavə vergilərin hesablanmasının əsası kimi mühüm əhəmiyyət kəsb etməsinə baxmayaraq, cavabdehin iddiaya qarşı təqdim etdiyi etirazda və ona əlavə edilmiş sənədlərdə Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən keçirilmiş nəzarət tədbirləri zamanı mühasibat uçotuna dair əldə edilmiş məlumatların məzmununun nədən ibarət olması, bu məlumatların hansı rəsmi maliyyə-uçot sənədləri ilə təsdiq olunması qeyd edilməmiş, ümumiyyətlə iddiaçı tərəfindən həmin məlumatlarda göstərilən əməliyyatların aparılması, eləcə də həmin məlumatların mənbəyi barədə hər hansı rəsmi təsdiqedici sənəd məhkəməyə təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan iddiaçıya hesablanmış mübahisələndirilən borcun hansı əsasla hesablanmasına dair sübut təqdim edə bilməmişdir. Göründüyü kimi, hazırkı tələblə mübahisələndirilən borc cavabdeh inzibati orqan tərəfindən əsaslandırılmamışdır. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, mübahisələndirilən borc iddiaçı tərəfindən vergi qanunverciliyinin pozulması faktı ilə əsaslandırılmadığından və iddiaçının təqsiri sübuta yetirilmədiyindən, iddiaçıya vergilər hesablanarkən heç bir məlumat mənbəyinə əsaslanılmadığından, eləcə də cavabdeh inziabti orqan tərəfindən müvafiq dövrlər üzrə verginin hesablanmasına əsas olan hallara dair hər hansı əlavə sübut və dəlillər təqdim olunmadığından, həmin borcun “X4” X5 tələb edilməsi ilə bağlı Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin hərəkətləri qanunsuz sayılmalıdır. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, vergi orqanı tərəfindən əvvəlki Bakı şəhər Baş Səhiyyə İdarəsinin X3 hesablanmış borcun “X4” X5 tələb edilməsi ilə bağlı Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin hərəkətləri qanunsuz sayılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 75 və 85-ci maddələrini rəhbər tuturaq, məhkəmə Qərara aldı: İddia təmin edilsin. Vergi orqanı tərəfindən əvvəlki Bakı şəhər Baş Səhiyyə İdarəsinin X3 hesablanmış borcun “X4” X5 tələb edilməsi ilə bağlı Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin hərəkətləri qanunsuz sayılsın. Qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(112)-732/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-732/2021
02.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver