Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-732/2025 16.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İslamova Minayə Etibar qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “fərdi yaşayış evinə mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı X9 cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək onun evinin hündürlüyünün 10.80 metr olduğu üçün çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Bakı şəhəri Sabunçu Rayonu İcra Hakimiyyəti başçısının 7 avqust 1995-ci il tarixli, 1105 nömrəli sərəncamı ilə Sabunçu Rayonu, Bakıxanov qəsəbəsində, Əfəndiyev küçəsi ilə Qəmbərov küçəsinin kəsişdiyi yerdə, fərdi yaşayış evləri tikintisi üçün torpaq sahəsi ayrılmışdır. 1997-ci ildən X11, həyat yoldaşı X7 və oğlanları X12 və İddiaçı ilə birgə, qeyd olunan evdə yaşayırlar, kommunal xərcləri ödəyirlər. 2021-ci ildə tikilinin layihəsini çəkdirmişlər. X9 elm adamıdır. Azərbaycan Respublikası Elmlər Akademiyasında işləyir, alimdir. Teztez xarici ölkələrə ezamiyyətə yollandığına görə bu işi başa çatdıra bilməmişdir. 24 yanvar 2023-cü il tarixində vətəndaş cavabdeh orqana müraciət edərək ona məxsus yaşayış evinə dair hüquqların dövlət qeydiyyatına alınmasını xahiş etmişdir. Ərizəyə cavab həmin qurumun rəis müavini Fərəd Həşimovun imzası ilə təqdim olunmuş və cavabda göstərilmişdir ki, yaşayış evinin hündürlüyü 12 metrdən çoxdur. Ərizəyə başdansovdu cavab verildiyinə yəqin olandan sonra vətəndaş tərəfindən üç dəfə əlavə ərizə ilə yenidən müraciət olunmuş, lakin hər dəfə müxtəlif məzmunlu qeyri-məqbul cavablar verilmişdir. Nəticədə, hüquqlarının müdafiəsi məqsədilə məhkəməyə müraciət etməyə məcbur qalmışdır. Sərəncam 1995-ci ildə verilmiş, evi 1997-ci ildə tikərək, ora köçmüşdür. 2011-ci ildə isə layihə çəkilib. Bu günə qədər tikilidə layihədən kənar heç bir dəyişiklik edilməmişdir. Tikintiyə dair layihənin 6, 7 və 8-ci səhifələrində binanın hündürlüyü 10,8 metr olaraq dəqiq şəkildə göstərilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə X7 əsl iddiaçı qismində məhkəmə icraatına cəlb edilmişdir Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(112)-732/2025 nömrəli qəraardadı ilə İddiaçı əsl iddiaçı qismində məhkəmə icraatına cəlb edilmişdir. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli ərizə ilə İdarəyə müraciət etmiş və xx.xx.2023-cü il tarixli, **********36 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, idarənin mütəxəssisləri tərəfindən keçirilən texniki baxış zamanı fərdi yaşayış evinin hündürlüyünün 12 metrdən çox olduğu müəyyən olunmuşdur. Odur ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.9.2-ci maddəsinə əsasən hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı təqdim edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.9.1.2-ci maddəsinə əsasən məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd təqdim edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi(yeni qaydalarla: AZ1132, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə mülkiyyət hüququnun İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin həmin tarixli qərardadı ilə iddia tələbi dəqiqləşmiş şəkildə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. AZ-İİ seriyalı 429853 nömrəli Ölüm haqqında Şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. AZ-İİ seriyalı 465705 nömrəli Ölüm haqqında Şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli **********55 nömrəli məktubu ilə təqdim edilmiş sənədlərdən görünür ki: -Bakı şəhər Sabunçu rayon İcra Hakimiyyətinin xx.xx.1995-ci il tarixli 1105 nömrəli Sərəncamı ilə X10 Bakıxanov qəsəbəsi Əfəndiyev küçəsi ilə Qəmbərov küçəsinin qovuşduğu yerin cənub-qərb hissəsində 600 kv.m sahəsi olan fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi ayrılmışdır. -MA seriyalı ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” Çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən 0.06 ha **********74 reyestr nömrəli torpaq sahəsi xx.xx.2012-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə X8 adına daşınmaz əmlakın dövlət reyestrində 353 nömrəli reyestr kitabının 33334 nömrəli vərəqində qeydiyyata alınmışdır. -xx.xx.2012-ci il tarixli 439802 nömrəli X1 görünür ki, X13 ona məxsus və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş 11/6773 nömrəli arayışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ünvanında mülkiyyətdə olan 0.06 ha torpaq sahəsini X6 bağışlamışdır. -MA seriyalı ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” Çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən 0.06 ha **********74 reyestr nömrəli torpaq sahəsi xx.xx.2012-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə X4 adına daşınmaz əmlakın dövlət reyestrində 353 nömrəli reyestr kitabının 33334 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” Çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi(yeni qaydalarla: AZ1132, ünvan 1 ünvanında yerləşən **********74 reyestr nömrəli 0.06 ha sahəsi olan torpaq sahəsi xx.xx.2024-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” Çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi(yeni qaydalarla: AZ1132, ünvan 1 ünvanında yerləşən **********74 reyestr nömrəli 0.06 ha sahəsi olan torpaq sahəsi xx.xx.2025-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Məhkəmə sorğusuna cavab olaraq Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli 5-18/2-319/2024 nömrəli məktubunda göstərilmişdir ki, sorğunun icrası ilə əlaqədar Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsinə baxış keçirilmişdir. Baxış zamanı mövcud tikilinin təqdim edilmiş layihə ilə üstüstə düşmədiyi, fərdi yaşayış evinin hündürlüyünün 12 metrdən artıq olduğu müəyyən edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli **********03 nömrəli məktubu ilə təqdim edilmiş xx.xx.2023-cü il tarixli “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən” müayinə aktında göstərilmişdir ki, fərdi yaşayış evinin faktiki olaraq ümumi sahəsi 889.5 kv.m olmaqla, 9 otaq-307.0 kv.m, eyvan- 49.9 kv.m-dir. Torpaq sahəsinin hüquqmüəyyənedici sənəd üzrə sahəsi 600 kv.m, faktiki sahəsi 1615.0 kv.m-dir. Sənədlər toplusunda layihə olmadığı üçün yaşayış evi və baş plan mövcud vəziyyətə uyğun olaraq tərtib olunmuşdur. Yaşayış evi zirzəmili, 2 mərtəbəli, mansardlı 9 otaqdan ibarətdir, yaşayış üçün yararlıdır. ********** qeydiyyat nömrəli ərizəyə verilmiş imtinada hündürlük aradan qaldırılıb, belə ki verilmiş imtinada mansardın hündürlüyü 4.5 kmetr olub faktiki isə mansardın hündürlüyü 3.2 metrdir, lambirin ilə bağlanıb. Faktiki yaşayış evinin hündürlüyü 1-ci mərtəbənin döşəmə səviyyəsindən mansardın ən uca nöqtəsinə qədər olan məsafə 11.05 metrdir. Torpaq sahəsi bir tərəfdən 32.0 kv.m azalıb, digər tərəfdən isə 1047.0 kv.m çoxdur. Əlavə torpaq sahəsində həyət tikililəri mövcuddur. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(112)-5625/2024 nömrəli qərardadı ilə hazırkı iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilsin. Ekspertlər qarşısında aşağıdakı suallar qoyulmuşdur:
1. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Gənclik qəsəbəsi, Gənclik, 1-ci döngə, giriş 13 ünvanında yerləşən 0.06 ha torpaq sahəsində inşa olunmuş fərdi yaşayış evinin dam örtüyü Şəhərsalma və Tikinti Məcəlləsinin 61.1 və 61.2- ci maddələrinin tələblərinə uyğundurmu?
2. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Gənclik qəsəbəsi, Gənclik, 1-ci döngə, giriş 13 ünvanında yerləşən 0.06 ha torpaq sahəsində inşa olunmuş fərdi yaşayış evi dam örtüyünün faktiki vəziyyəti nəzərə alınmaqla tikinti norma və qaydalarına uyğun tikintisi başa çatmış tikili hesab edilirmi?
3. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Gənclik qəsəbəsi, Gənclik, 1-ci döngə, giriş 13 ünvanında yerləşən 0.06 ha torpaq sahəsində inşa olunmuş fərdi yaşayış evinin hündürlüyü nə qədərdir?
4. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Gənclik qəsəbəsi, Gənclik, 1-ci döngə, giriş 13 ünvanında yerləşən 0.06 ha torpaq sahəsində inşa olunmuş fərdi yaşayış evi iş materiallarında olan 2011-ci il tarixli Layihə Smeta Bürosu tərəfindən tərtib edimiş eskiz layihəsinə uyğun inşa edilmişdirmi?
5. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Gənclik qəsəbəsi, Gənclik, 1-ci döngə, giriş 13 ünvanında yerləşən 0.06 ha torpaq sahəsində inşa olunmuş fərdi yaşayış evinin faktiki vəziyyətinə əsasən Şəhərsalma və Tikinti Məcəlləsinin 79 və 80-ci maddələrinin tələbləri nəzərə alınmaqla icazə icraatı tələb olunan tikilidirmi? Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli 3-16-16/2-10/6737 nömrəli məktubu ilə təqdim edilmiş xx.xx.2025-ci il tarixli 10/6737 nömrəli ekspert rəyindən görünür ki: -Qərardadın birinci və ikinci sualları üzrə: Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Gənclik küçəsi, 1-ci döngə, giriş 13 ünvanında yerləşən 0.06 ha torpaq sahəsində inşa olunmuş fərdi yaşayış evinin dam hissəsi taxta konstruksiyalarla yığılmış və üzərinə metal təbəqə vurulmuşdur. Faktiki vəziyyətdə dam örtüyünün inşasının tam olaraq başa çatdığı və dam örtüyünün Şəhərsalma və Tikinti Məcəlləsinin 61.1 və 61.2-ci maddələrinin tələblərinə uyğun olduğu müəyyən edilmişdir. -Qərardadın üçüncü sualı üzrə: Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Gənclik küçəsi, 1-ci döngə, giriş 13 ünvanında yerləşən 0.06 ha torpaq sahəsində inşa olunmuş fərdi yaşayış evinin hündürlüyünün (binanın hündürlüyü 0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) 11 metr olduğu müəyyən edilmişdir. -Qərardadın dördüncü sualı üzrə: Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Gənclik qəsəbəsi, Gənclik, 1-ci döngə, giriş 13 ünvanında yerləşən 0.06 ha torpaq sahəsində inşa olunmuş fərdi yaşayış evi iş materiallarında olan 2011-ci il tarixli Layihə Smeta Bürosu tərəfindən tərtib edimiş eskiz layihəsinə uyğun insa edildiyi müəyyən edilmişdir. -Qərardadın beşinci sualı üzrə: Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Gənclik qəsəbəsi, Gənclik, 1-ci döngə, giriş 13 ünvanında yerləşən 0.06 ha torpaq sahəsində inşa olunmuş fərdi yaşayış evinin faktiki vəziyyətdə texniki parametrlərinin (hündürlüyünün, mərtəbəliliynin, aşırımlar arasında məsafənin və.s) Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsində göstərilən Barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinə uyğun olduğu müəyyən edildi. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin X4 müraciətinə cavab olaraq ünvanlandığı xx.xx.2023-cü il tarixli, **********36 nömrəli məktubda bildirilmişdir ki, İdarənin mütəxəssisləri tərəfindən keçirilən texniki baxış zamanı fərdi yaşayış evinin hündürlüyünün 12 metrdən çox olduğu müəyyən olunmuşdur. Odur ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.9.2-ci maddəsinə əsasən hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı təqdim edilməlidir. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin X4 müraciətinə cavab olaraq ünvanlandığı xx.xx.2023-cü il tarixli, **********24 nömrəli məktubda bildirilmişdir ki, qeyd olunan məsələ ilə bağlı müraciətinizə **********36 nömrəli, 17 02.2023-cü il tarixli məktubla cavab verilmiş və həmin məktubda qeyd olunan iradlar aradan qaldırılmamışdır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Bu məktub daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina sayılmır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu Qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi əsasında aparılır. İstinad olunan normalardan müəyyən edildiyi kimi öhdəliyin icrası haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdeh orqana müraciət etmişdir. İddia mahiyyət üzrə əsaslıdır. İşin hallarından müəyyən olunur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Gənclik qəsəbəsi, Gənclik, 1-ci döngə, giriş 13 ünvanında yerləşən 0.06 ha torpaq sahəsi xx.xx.2012-ci ildə X4, sonuncunun vəfatından sonra xx.xx.2024-cü il tarixdə X5, sonuncunun vəfatından sonra xx.xx.2025-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmış, hazırda torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. İddiaçı tərəf sözügedən torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinə mülkiyyət hüququnun qeydiyyatı ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh orqan iddiaçı tərəfə ünvanladığı xx.xx.2023-cü il tarixli, **********36 imtinasında idarənin mütəxəssisləri tərəfindən keçirilən texniki baxış zamanı fərdi yaşayış evinin hündürlüyünün 12 metrdən çox olduğunun müəyyən olunduğu, belə olan halda əmlaka olan hüququn qeydiyyatı üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.9.2-ci maddəsinə əsasən (hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə) müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı təqdim edilməli olduğu əsas gətirilərək müraciətin təminindən imtina etmişdir. İddiaçı tərəf qeyd edilən imtinanı məhkəmədə mübahisələndirmiş və hazırkı məhkəmə icraatı gedişində əldə edilmiş Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti xx.xx.2024-cü il tarixli, 5-18/2-319/2024 nömrəli məhkəmə sorğusuna cavab məktubunda Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsinə baxış keçirildiyi, baxış zamanı mövcud tikilinin təqdim edilmiş layihə ilə üst-üstə düşmədiyi, fərdi yaşayış evinin hündürlüyünün 12 metrdən artıq olduğu müəyyən edildiyi qeyd edilmişdir. Həmçinin, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 5-18/2-319/2024 nömrəli məktubuna əlavə edilmiş xx.xx.2023-cü il tarixli, ********** nömrəli “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktında yaşayış evinin zirzəmili, 2 mərtəbəli, mansard, 9 otaqdan ibarət olmaqla, yaşayış üçün yararlı olduğu, ********** qeydiyyat nömrəli ərizəyə verilmiş imtinada hündürlüyün aradan qaldırıldığı, verilmiş imtinada mansardın hündürlüyünün 4.5 metr olduğu, hazırda faktiki mansardın hündürlüyünün 3.2 metr olduğu, mansardın lambirin ilə bağlandığı, faktiki yaşayış evinin hündürlüyünün 1-ci mərtəbənin döşəmə səviyyəsindən mansardın ən uca nöqtəsinə qədər olan məsafə 11.05 metr olduğu qeyd edilmişdir. Məhkəmə qeyd edilənləri nəzərə alaraq iddiaçının iddia etdiyi daşınmaz əmlakın 2011-ci il tarixli Layihə Smeta Bürosu tərəfindən tərtib edilmiş eskiz layihəyə uyğun tikilibtikilməməsi, tikilinin dam örtüyünün faktiki vəziyyəti nəzərə alınmaqla tikintisi başa çatmış tikili olub-olmaması, fərdi yaşayış evinin faktiki hündürlüyünün nə qədər olması, fərdi yaşayış evinin məlumatlandırma və yaxud icazə icraatı tələb edilən tikili olubolmamasının müəyyən edilməsi məqsədilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin etmiş və xx.xx.2025-ci il tarixli 10/6737 nömrəli ekspert rəyi ilə sözügedəən fərdi yaşayış evinin faktiki vəziyyətdə dam örtüyünün inşasının tam olaraq başa çatdığı və dam örtüyünün Şəhərsalma və Tikinti Məcəlləsinin 61.1 və 61.2-ci maddələrinin tələblərinə uyğun olduğu, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Gənclik küçəsi, 1-ci döngə, giriş 13 ünvanında yerləşən 0.06 ha torpaq sahəsində inşa olunmuş fərdi yaşayış evinin hündürlüyünün (binanın hündürlüyü 0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) 11 metr olduğu, inşa olunmuş fərdi yaşayış evinin 2011-ci il tarixli Layihə Smeta Bürosu tərəfindən tərtib edimiş eskiz layihəsinə uyğun inşa edildiyi və nəticə etibarı ilə fərdi yaşayış evinin faktiki vəziyyətdə texniki parametrlərinin (hündürlüyünün, mərtəbəliliynin, aşırımlar arasında məsafənin və.s) Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsində göstərilən barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinə uyğun olduğu müəyyən edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10.2-ci maddəsinə görə qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi, dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.9-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; -8.0.9.2-ci maddəısinə əsasən çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; -8.0.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Göründüyü kimi xx.xx.2013-cü il tarixədək tikilmiş fərdi yaşayış evlərinə mülkiyyət hüququnun qeydə alınması üçün hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd, icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən yaşayış evlərinə münasibətdə isə torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı, xx.xx.2013-cü ildən sonra məlumatlandırma icraatı qaydasında tikilmiş fərdi yaşayış evlərinə münasibətdə isə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi və tikintinin başa çatdıqdan sonra məlumatlandırmanı təsdiq edən sənəd tələb olunur. Hazırkı iş üzrə iddiaçının iddia etdiyi fərdi yaşayış evinə mülkiyyət hüququnun qeydiyyata alınması üçün tələb olunan sənədlərdən ilkini-torpaq sahəsinin mülkiyyətində olmasını təsdiq edən daşınmaz əmlakın dövlət reyestrində qeydlər və bu qeydlərdən çıxarışı mövcuddur. Eyni zamanda iş üzrə keçirilmiş ekspertiza nəticəsində iddiaçının mülkiyyətində olan torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin tikintisi başa çatmış, təqdim edilmiş fərdi yaşayış evinin layihəsinə, Şəhərsalma və Tikinti Məcəlləsinin 61.1 və 61.2-ci maddələrinin tələblərinə uyğun inşa olunan və tikilinin icazə icraatı tələb etməyən, bilavasitə məlumatlandırma icraatı qaydası tətbiq edilən fərdi yaşayış ev olduğu müəyyən olunur. “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti” Məcəlləsinin: -61.1-ci maddəsinə əsasən dam örtükləri atmosfer təsirlərinə qarşı dayanıqlı və yanğından mühafizə qaydaları ilə nəzərdə tutulmuş hallarda odadavamlı olmalıdır. -61.2- ci maddəsinə əsasən şüşə dam örtükləri və ya işıq keçirən başqa dam örtükləri, dam örtüklərindəki pəncərələr və şüşələnmiş hissələr yanğın baş verəcəyi təqdirdə onun binanın digər hissələrinə və ya qonşu sahələrə yayılmasının qarşısını almaq baxımından şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun olmalıdır. -74.1-ci maddəsinə əsasən bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. - 80.1. Mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin, habelə bu Məcəllənin 79.2-ci maddəsində nəzərdə tutulan tikinti obyektlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur -80.2. Barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur. -80.3. Barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələri müvafiq ərazidə qüvvədə olan müfəssəl planın tələblərinə uyğun tərtib edilməlidir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə uyğunluğu yoxlanılır. -80.4. Sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma məlumat verir və bu Məcəllənin 80.1-ci və 80.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğunluğunun yoxlanılması üçün tikinti obyektlərinin layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini, habelə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədi məlumata əlavə edir. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən bu Məcəllənin 80.1-ci maddəsində nəzərdə tutulmuş tikinti obyektlərinə münasibətdə 10 gün müddətində layihəyə dair irad sifarişçiyə təqdim edilmədikdə, sifarişçi tikinti işlərinə başlaya bilər. İradlar olduqda, həmin iradlar normativ hüquqi aktlara istinad olunmaqla və onların pozulan tələbləri dəqiq göstərilməklə əsaslandırılmalıdır. -80.5. Barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinə uyğun tikilməsinə nəzarəti müvafiq icra hakimiyyəti orqanı həyata keçirir “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hazırkı iş üzrə iddiaçının daşınmaz əmlak üzrə mülkiyyət hüquqlarının qeydiyyata alınmasından imtinaya əsas verə biləcək Qanunun yuxarıda sadalanan hallarına rast gəlinməmişdir. Belə olan halda cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qanunazidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Qərara aldı:
İddia tələbi təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi (yeni qaydalarla: AZ1132, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair mülkiyyət hüququnun İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər.
Hakim Aygün Əhədova