Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7321/2023 14.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçı direktoru X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə qarşı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi üçüncü şəxslər qismində göstərilməklə “cavabdeh tərəfindən xx.xx.2022 – xx.xx.2022 tarixlərə təyin edilən kodu KY221867832 olan və İddiaçındə keçirilməli olan plandankənar (növbədənkənar) yoxlama haqqında cavabdehin qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarın ləğv edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onların fəaliyyəti təşkilatların, qurumların və şirkətlərin məktublarının çatdırılmasını həyata keçirməkdir. Onlar şirkət olaraq 6 ilə yaxındır ki, sürətli poçt daşıması sahəsində fəaliyyət göstərir və bu günədək fəaliyyətlərini uğurla davam etdirmiş, vergi və qanunvericiliklə nəzərdə tutulan bütün öhdəliklərini vaxtlıvaxtında icra etmişlər. Xüsusilə də “Poçt haqqında” Qanunun 4-cü maddəsi, “Lisenziyalar və icazələr haqqında” Qanunun 6, 7, 25, 27-ci maddələrinin tələblərinə diqqət eləmişlər. İddiaçının barəsində qərəzli şəxslər tətərfindən mütəmadi olaraq fərqli qurumlara, o cümlədən, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə barələrində yalan və böhtan xarakterli şikayət ərizələri göndərilməklə iş fəaliyyətlərinin iflic vəziyyətə düşməsinə, imiclərinin korlanmasına və işçilərinin bir çoxunun işdən ayrılmasına gətirib çıxarmışdır. Artıq onların sahibkarlıq fəaliyyətləri bu yoxlamaların əlindən batmaq üzərədir. Buna görə də hesab edir ki, cavabdehin tərəfindən xx.xx.2022 - xx.xx.2022 tarixlərinə təyin edilən plandankənar (növbədənkənar) yoxlamanın həyata keçirilməsi dayandırılmalıdır. X4 və X5 üçüncü şəxslər qismində cəlb edilmələri barədə vəsatətlə müraciət edərək bildirmişlər ki, İddiaçı MMC tərəfindən onların barəsində xx.xx.2022-ci il tarixli 131410 saylı, xx.xx.2022-ci il tarixli 131411 saylı və xx.xx.2022-ci il tarixli 131412 saylı poçt qəbzləri və xx.xx.2022-ci il tarixli aktlar saxtalaşdırılmaqla tərtib edilmiş və "xxxx" MMC-yə təqdim edilmişdir. Sonuncu şəxs də bu saxta sənədlərdən qanunsuz məqsədlər üçün suiistifadə etmiş və hüquqları pozulmuşdur. Bu məqsədlə tərəflərindən hüquq mühafizə orqanlarına müraciət edilmiş və Bakı şəhər Prokurorluğunun xx.xx.2022-ci il tarixli qərarına uyğun olaraq Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi Natiq Allahyarov tərəfindən MMC-nin saxtakar vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320-ci maddəsi üzrə xx.xx.2022-ci il tarixli ********* nömrəli cinayət işinin başlanılması barədə qərar qəbul edilmiş və cinayət təqibinə başlanılmışdır. Hazırda istintaq davam edir. Bununla yanaşı poçt istehlakçıları olaraq pozulmuş hüquqlarının müdafiəsi məqsədilə aidiyyəti üzrə Azərbaycan Respublikası Rəqəmsal İnkşaf və Nəqliyyat Nazirliyinə müraciət ünvanlamış və Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 06 fevral 2016-cı il tarixli 0001 nömrəli qərarı ilə təsdiq edilmiş “Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydalarının” və digər qanunvericilik aktlarının tələblərinə uyğun yoxlamanın aparılması və poçt xidmətinə verilmiş lisenziyanın ləğv edilməsi məsələsi bəhs edilən orqandan tələb edilmişdir. Nəticədə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin razılığı ilə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən dövlət reyestrində qeydə alınmaqla Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən həmin sahibkarlıq subyektində yoxlamanın aparılması qərara alınmışdır. Lakin saxtakarlıq əməlləri ilə məşğul olan İddiaçı MMC-nin rəhbərliyi tərəfindən yoxlamanın keçirilməsinə süni mane yaradılmış, müvafiq sənədlər yoxlamaya təqdim edilməmiş və hər vasitə ilə yoxlayıcı orqana təzyiqlər edilməyə başlamışdır. Nəticədə, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin xx.xx.2022-ci il tarixli, 1-9-10/11348-22 nömrəli və xx.xx.2022-ci il tarixli məktublarına əsasən MMC-nin rəhbəri Zaur Hacıyev barəsində Azərbaycan Respublikası İXM-nin 602.4-cü maddəsinə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bu hadisədən sonra İddiaçı MMC tərəfindən əsassız və qərəzli olaraq Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə qarşı iddia tələbi qaldırılmış və yoxlamanın aparılmasına süni mane məqsədilə növbəti addımlar atılmağa cəhd edilmişdir. Bu səbəbdən hazırkı iş üzrə məhkəmə prosesi bilavasitə olaraq onların maraqlarına və qanunla qorunan mənafeyinə toxunduğu üçün bu iş üzrə üçüncü şəxslər qismində iştiraka cəlb edilməlidirlər. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “Sürətli poçt xidməti fəaliyyəti üzrə plandankənar (növbədənkənar) yoxlamanın təyin edilməsi haqqında” 1/22 saylı, 31 oktyabr 2022-ci il tarixli qərarına əsasən ünvan 1 ünvanında fəaliyyət göstərən İddiaçı xx.xx.2019 – xx.xx.2022-ci il dövrü üzrə olan fəaliyyətində 02xx.xx.2022-ci il tarixlərində plandankənar (növbədənkənar) yoxlama aparılması qərara alınmışdır. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən 24 noyabr 2022-ci il tarixli çıxarışa əsasən İddiaçındə xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə plandankənar yoxlama Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən həyata keçirilməsi nəzərdə tutulmuşdur, yoxlamanın əsası “insanların həyat və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükənin olması və ya mühüm zərərin vurulması barədə hüquqi və fiziki şəxslərdən, dövlət və yerli özünüidarəetmə orqanlarından yoxlayıcı orqana konkret faktlara əsaslanan rəsmi müraciətlərin (məlumatların) daxil olması, habelə kütləvi informasiya vasitələrində məlumatların yayılması; bir və ya bir neçə insanın əmək qabiliyyətinin müvəqqəti və ya daimi itirilməsi təhlükəsi; fiziki şəxs tərəfindən müraciət (məlumat)” əsası ilə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən həyata keçirilməsi qeyd edilmişdir. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən tərtib olunmuş MN seriyalı, ******* saylı, 23 noyabr 2022-ci il tarixli inzibati xəta haqqında protokola əsasən ünvan 1 ünvanında xx.xx.2022-ci il tarixə təyin edilmiş plandankənar (növbədənkənar) yoxlama keçirilməsinə şərait yaradılmadığından İddiaçı direktoru X6 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. 01 saylı, 04 noyabr 2022-ci il tarixli nəzarət olunan subyektin plandankənar (növbədənkənar) yoxlanılmasına dair aktda qeyd edilmişdir ki, plandankənar (növbədənkənar) yoxlamanın aparılmasına şərait yaradılmadı, sözügedən obyekt lisenziya ərazisində göstərilən obyektə uyğun deyil. Obyektə vizual baxış zamanı məlum oldu ki, fəaliyyət ünvanı kimi istifadə olunan hazırkı obyektdə sürətli poçt xidmətlərinin göstərilməsi üçün müvafiq şəraitdə (obyektin ad göstəricisi, iş saatlarını göstərən tablo, avadanlıqlar, təhlükəsizlik kameraları, rəflərlə təchiz edilmiş anbar, yanmayan seyf) təmin edilməyib. İddiaçı ünvan 1 ünvanında fəaliyyət göstərmədiyi və bu ünvanda sürətli poçt xidmətlərinin göstərilməsi üçün uyğun şəraitin olmadığı müəyyən olunmuşdur. Yoxlamanın aparılması üçün fəaliyyət ünvanına daxil olaraq baxış keçirilməsinə şərait yaradılmadı. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra iş üzrə məhkəmə iclası təyin edilərək bu barədə tərəflərə məhkəmə bildirişi ünvanlanmışdır. İddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etmiş, cavabdeh iştirak etməmişdir (nümayəndəsinin iştirakını təmin etməmişdir). Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair 17 fevral 2022-ci il tarixli 01/2022 nömrəli qərardadının 53-cü bəndində əsasən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 28.3 və 28.5-ci maddələrinə əsasən istər cəlbetmə, istərsə də cəlbetmədən imtina haqqında məhkəmə ayrıca akt formasında qərardad çıxarmalıdır. Həmin qərardadlarda işin halları, cəlbetmənin və ya cəlbetmədən imtinanın səbəbləri göstərilməli, xüsusən qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunub-toxunmadığına dair məhkəmənin mövqeyi lazımi qaydada əsaslandırılmalıdır. Bundan başqa, məhkəmənin qərardadında həyata keçirilmiş cəlbetmənin adi, yoxsa zəruri cəlbetmə olduğunu mütləq göstərməlidir. Cəlbetmə barədə, eləcə də cəlbetməyə dair vəsatətin təmin edilməsindən imtina edilməsi haqqında qərardad Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 28.3-cü maddəsinə əsasən inzibati prosesin bütün iştirakçılarına lazımi qaydada təqdim olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 28.4-cü maddəsinə əsasən inzibati məhkəmə icraatına cəlbetmə barədə qərardaddan şikayət verilə bilməz. Bunun əksinə olaraq, cəlbetməyə dair vəsatətin təmin edilməsindən imtina edilməsi haqqında qərardaddan isə şikayət verilə bilər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və işin materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 saylı Qərarına əsasən: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3 Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 5.1. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 5.2. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. 5.3. İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır. 5.4 Bəzi hallarda qanunvericilik konkret məsələlər üzrə məhz hansı şəxslər dairəsinin müdafiə olunduğunu aydın təsbit edir. Belə tənzimləmənin olmadığı hallarda üçüncü şəxslərin hüquqlarının təminat altına alınıb-alınmadığının aydınlaşdırılması üçün hər bir konkret halın xüsusiyyətlərindən çıxış etməklə qanunvericinin güddüyü məqsəd, ictimai və fərdi maraqların ədalətli balanslaşdırılması və s. meyarlar nəzərə alına bilər. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.
7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 8.1. İddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. 8.4. Bunun əksinə olaraq mahiyyəti üzrə çıxarılmış qərarın hüquqi qüvvəsi iddiaçıya eyni predmet üzrə yenidən tələblə çıxış etmək imkanı vermir. 8.5. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.
“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1.6-cı maddəsinə əsasən plandankənar (növbədənkənar) yoxlama - yoxlamaların bu Qanunla müəyyənləşdirilmiş dövriliyi nəzərə alınmadan bu Qanunun 16-cı maddəsində göstərilən əsaslarla aparılan yoxlamadır. Həmin Qanunun 16-cı maddəsinə əsasən: 16.1. Bu Qanunun 16.8-ci maddəsinin müddəaları nəzərə alınmaqla plandankənar (növbədənkənar) yoxlama aşağıdakı hallarda aparılır: 16.1.3. insanların həyat və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükənin olması və ya mühüm zərərin vurulması barədə hüquqi və fiziki şəxslərdən, dövlət və yerli özünüidarəetmə orqanlarından yoxlayıcı orqana konkret faktlara əsaslanan rəsmi müraciətlər (məlumatlar) daxil olduqda, habelə kütləvi informasiya vasitələrində məlumatlar yayıldıqda; 16.4. Bu Qanunun 16.1.3-cü maddəsinə əsasən aparılan plandankənar (növbədənkənar) yoxlama zamanı yalnız həmin maddədə göstərilən şəxslərin rəsmi müraciətlərində göstərilən və ya kütləvi informasiya vasitələrində yayılan sahibkarlıq fəaliyyətinə dair məcburi tələblərin pozulması faktları yoxlanılır. 16.7. Bu Qanunun 16.1.3-cü maddəsinə uyğun olaraq plandankənar (növbədənkənar) yoxlamanın aparılması barədə qərar qəbul edilərkən aşağıdakı amillər kompleks şəklində təhlil edilərək nəzərə alınır: 16.7.1. müraciət edən şəxsin əqli sağlamlığı, əvvəlki müraciətlərin doğruluğu; 16.7.2. eyni sahibkar barədə müxtəlif şəxslər tərəfindən müraciətlərin daxil olması; 16.7.3. daxil olmuş müraciətlərdə göstərilən faktların insan həyatı və ya sağlamlığına, ətraf mühitə, dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükə yaratması və ya mühüm zərər vurması dərəcəsi; 16.7.4. yoxlanılması tələb edilən sahibkarın bu Qanunun 5.1-ci maddəsində göstərilən məcburi tələblərə əməl etmə vəziyyəti. 16.8. Bu Qanunun 16.7-ci maddəsində göstərilən amillərin təhlili nəticəsində yoxlayıcı orqan insanların həyat və ya sağlamlığına, ətraf mühitə, dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükənin olmadığı və ya mühüm zərərin vurulmadığı barədə qənaətə gəldikdə, bu Qanunun 16.1.3-cü maddəsinə əsasən plandankənar (növbədənkənar) yoxlamanın aparılması üçün yetərli əsasların olmadığı barədə qərar qəbul edir. Bu qərar əsaslandırılmalı, yoxlayıcı orqanın rəhbəri və ya onu əvəz edən şəxs tərəfindən imzalanmalı və müraciət etmiş şəxsə (orqana), məlumatı yaymış kütləvi informasiya vasitəsinə göndərilməlidir. 16.9. Anonim müraciətlər (məlumatlar) əsasında bu Qanunun 16.1.3-cü maddəsinə istinad etməklə plandankənar (növbədənkənar) yoxlama aparıla bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34.3-cü maddəsinə əsasən qəbul edilməsi gözlənilən inzibati akta qarşı qabaqlayıcı (preventiv) iddianın qaldırılmasına yalnız obyektiv səbəblərdən irəli gələn müstəsna hallarda (şəxsin hüquqlarına və qanunla qorunan maraqlarına müdaxilənin qarşısını almağın xüsusilə zəruri olduğu hallarda) yol verilir. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər. Məhkəmə qeyd edir ki, işin halları ilə müəyyən edilir ki, iddiaçıya münasibətdə cavabdeh orqan tərəfindən plandankənar yoxlamanın xx.xx.2022-xx.xx.2022-ci tarixində keçirilməsi nəzərdə tutulmuş, iddiaçı tərəfindən plandankənar yoxlamanın aparılmasına şərait yaradılmamış, bu barədə cavabdeh orqan tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 604.2-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilmiş və cavabdeh tərəfindən xx.xx.2022 – xx.xx.2022 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsiinin xx.xx.2022-ci il tarixli, 3(001)-3926 saylı qərarına əsasən inzibati xəta törətmiş vəzifəli şəxs X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 604.2-ci maddəsində nəzərdə tutulmuş 1000 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə hesab edir ki, plandankənar yoxlamanın keçirilməsi barədə nəzərdə tutulmuş müddət artıq keçdiyindən yoxlamanın xx.xx.2022xx.xx.2022-ci il tarixdə keçirilməsi nəzərdə tutulmuş (faktiki olaraq keçirilə bilməmiş) qərarın ləğv edilməsi barədə qərar qəbul edilsə belə, qəbul ediləcək qərarın icrası mümkün olmayacağından, iddiaçının çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün deyil. Bununla əlaqədar məhkəmə həmçinin qeyd edir ki, iddiaçının hazırki tələb üzə mahiyyət etibari ilə əsas tələblə mahiyyət etibarilə eynilik təşkil edən “cavabdeh tərəfindən xx.xx.2022 - xx.xx.2022 tarixlərə təyin edilən kodu KY221867832 olan və plandankənar (növbədənkənar) yoxlamanın həyata keçirilməsinin dayandırılması” barədə müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsinə də xx.xx.2023-cü il tarixdə baxılmış və məhkəmənin 15(112)-9/2023 saylı qərardadı ilə ərizə eyni mümkünlük əsası ilə mümkün sayılmamışdır. Odur ki, məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalı, iddiaçıya plandankənar yoxlama keçirildikdən sonra yoxlamanın nəticələrinə dair yoxlayıcı orqanın qərarını mübahisələndirmək hüququnun olması izah edilməlidir. Həmçinin iddiaçıya müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb etmək hüququ izah edilsin. Məhkəmənin qənaətinə görə iş üzrə qəbul ediləcək məhkəmə qərarının Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, X4 və X3 qanuni maraqlarına toxunma ehtimalı olmadığından onların inzibati məhkəmə icraatına cəlb olunmasından imtina edilməsi məqsədəuyğundur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq məhkəmə
QƏRARAALDİ: İddia mümkün sayılmasın. İş üzrə inzibati məhkəmə icraatına Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, X4 və X3 üçüncü şəxslər qismində cəlb edilmələrindən imtina edilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Aysev Almazova