Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7325/2020 01.12.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İsmayılov Teymur Rauf oğlunun katibliyi ilə, tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Bakı şəhəri Səbail rayon İcra və Probasiya şöbəsinə qarşı “Səbail rayon İcra və probasiya şöbəsinin icra məmuru Səbuhi Əhmədovun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 69,9 kv.m ümumi 58,2 kv.m əsas sahədən ibarət qeyri-yaşayış sahəsinin açıq hərrac vasitəsilə satılmasına dair xx.xx.2020-ci il tarixli 7505 nömrəli sifariş məktubunun ləğv edilməsi və onun hərəkətlərinin qanunsuz hesab olunması, “xxxx” MMCnin ünvan 1 ünvanında yerləşən 69,9 kv.m ümumi 58,2 kv.m əsas sahədən ibarət qeyriyaşasış sahəsinin satılmasına dair xx.xx.2020-ci il tarixə təyin edilmiş hərracın təşkilinin və keçirilməsinin qanunsuz hesab edilməsi” tələbinə dair iddianın inzibati məhkəmə icraatının mümkünlüyünün müəyyənləşdirilməsi məsələsinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Səbail rayon İcra və Probasiya şöbəsinə qarşı “Səbail rayon İcra və probasiya şöbəsinin icra məmuru Səbuhi Əhmədovun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 69,9 kv.m ümumi 58,2 kv.m əsas sahədən ibarət qeyriyaşayış sahəsinin açıq hərrac vasitəsilə satılmasına dair xx.xx.2020-ci il tarixli 7505 nömrəli sifariş məktubunun ləğv edilməsi və onun hərəkətlərinin qanunsuz hesab olunması, “xxxx” MMC-nin ünvan 1 ünvanında yerləşən 69,9 kv.m ümumi, 58,2 kv.m əsas sahədən ibarət qeyri-yaşasış sahəsinin satılmasına dair xx.xx.2020-ci il tarixə təyin edilmiş hərracın təşkilinin və keçirilməsinin qanunsuz hesab edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirdikdən sonra hesab edir ki, iddia ərizəsi mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir.İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir. İddia ərizəsindən və əlavə edilmiş sənədlərdən göründüyü kimi iddia tələbi – Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-10/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə icra məmurunun icra hərəkətlərinin qanunsuz hesab edilməsindən ibarətdir. Məhkəmə iddia tələbi ilə bağlı aşagıdakıların qeyd edilməsini zəruri hesab edir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 87.1. –ci maddəsinə əsasən, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. Həmin Qanunun 21.6-ci maddəsinə əsasən, tərəflər və icra sənədini vermiş digər orqan onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində icraatın dayandırılması barədə icra məmurunun qərarından müvafiq məhkəməyə şikayət verə bilərlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında”Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 10 oktyabr tarixli qərarında isə göstərilmişdir ki, “İcra haqqında”Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə görə, tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. İcra sənədi digər orqanlar tərəfindən verildikdə, icra məmurunun icraata xitam barədə qərarından icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verilə bilər. “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən tərəflər icraat materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, onların surətini çıxarmaq, əlavə materiallar təqdim etmək, vəsatət vermək, icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək və bu zaman şifahi və yazılı izahatlar vermək, icraatın gedişində meydana çıxan bütün məsələlər üzrə öz dəlil və mülahizələrini bildirmək, icraatda iştirak edən digər şəxslərin vəsatətlərinə, dəlil və mülahizələrinə etiraz etmək, icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüquqlarına malikdirlər. Göründüyü kimi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun müddəalarında icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən şikayət verilməsi hüququ təsbit edilmişdir ki,bununla da qanunverici hüququn müdafiəsi üçün vasitə kimi ayrıca iddianın qaldırılmasını istisna etmişdir. Burada inzibati iddia olmayan şikayət nəzərdə tutulur. Odur ki, icra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən qəbul edilən qərarlar və edilən hərəkətlər inzibati hüquq sahəsinə aid məsələlərin tənzimlənməsinə yönəldilmədiyindən onların ayrıca iddia verməklə inzibati məhkəmə icraatında mübahisələndirilməsi mümkün deyildir və həmin məsələyə mülki işin davamı kimi şikayət formasında işə baxmış məhkəmə tərəfindən baxılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Bakı şəhəri Səbail rayon İcra və Probasiya şöbəsinə qarşı “Səbail rayon İcra və probasiya şöbəsinin icra məmuru Səbuhi Əhmədovun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 69,9 kv.m ümumi 58,2 kv.m əsas sahədən ibarət qeyri-yaşayış sahəsinin açıq hərrac vasitəsilə satılmasına dair xx.xx.2020-ci il tarixli 7505 nömrəli sifariş məktubunun ləğv edilməsi və onun hərəkətlərinin qanunsuz hesab olunması, “xxxx” MMC-nin ünvan 1 ünvanında yerləşən 69,9 kv.m ümumi 58,2 kv.m əsas sahədən ibarət qeyri-yaşasış sahəsinin satılmasına dair xx.xx.2020-ci il tarixə təyin edilmiş hərracın təşkilinin və keçirilməsinin qanunsuz hesab edilməsi” barədə iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 35-ci, 80-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Bakı şəhəri Səbail rayon İcra və Probasiya şöbəsinə qarşı “Səbail rayon İcra və probasiya şöbəsinin icra məmuru Səbuhi Əhmədovun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 69,9 kv.m ümumi 58,2 kv.m əsas sahədən ibarət qeyriyaşayış sahəsinin açıq hərrac vasitəsilə satılmasına dair xx.xx.2020-ci il tarixli 7505 nömrəli sifariş məktubunun ləğv edilməsi və onun hərəkətlərinin qanunsuz hesab olunması, “xxxx” MMC-nin ünvan 1 ünvanında yerləşən 69,9 kv.m ümumi 58,2 kv.m əsas sahədən ibarət qeyri-yaşasış sahəsinin satılmasına dair xx.xx.2020-ci il tarixə təyin edilmiş hərracın təşkilinin və keçirilməsinin qanunsuz hesab edilməsi” barədə iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-7325/2020
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7325/2020
01.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver