Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7325/2023 06.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X12 Ağa qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları
1. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı ünvan 2 ünvanında yerləşən 600 kv.mdən ibarət olan torpaq sahəsi üzərində X5 hüquqlarının daşınmaz əmlaıkn dövlət reyestrində qeydiyyata alınması və dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinn cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 1975-ci il 30 oktyabr tarixində Bakı şəhər Əzizbəyov rayon X3 İcraiyyə Komitəsi fərdi ev tikmək üçün vətəndaşlara torpaq sahəsi verilməsi haqqında xx.xx.1975-ci il tarixli, 5 saylı qərarının təsdiq edilməsi barədə qərar alır. ünvan 3 ünvanında yerləşən 600 kv/m-dən ibarət olan torpaq sahəsi və üzərində inşa edilən fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** qediyyat nömrəli, xx.xx.2022-ci tarixli ərizəsinə baxılmışdır və imtina cavabı göndərilmişdir. İmtinada qeyd olunmuşdur ki elektron kadastr məlumatına əsasən torpaq sahəsi X6 ərazisində yerləşir. Həmçinin tərəflərindən təqdim edilən texniki pasport ilə faktiki torpaq sahəsi arasında perimetrik ölçü fərqi mövcud olduğu qeyd edilmişdir. Bildirir ki, çıxarşın verilməməsini onunla əsasandırılmışdır ki, yerləşmə cizgisində istinad və məsafələr qeyd edilmədiyindən sənədlərin göstərilən torpaq sahəsinə aid olub-olmadığını müəyyən etmək mümkün olmamışdır. xx.xx.2022-ci il tarixində Xəzər rayon İcra Hakimiyyətinə yazdığı ərizədə qeyd etmişdir ki, ünvan 3 ünvanında yerləşən, sahəsi 144 kv/m, hündürlüyü 2.8 m, mərtəbəliyi 1 olan 600 kv/m-dən ibarət olan torpaq sahəsi və üzərində inşa edilən fərdi yaşayış evini inşa etmişdir. Hesab edir ki, cavabdehin imtinası tam əsassız və qanunsuz cavabdır.
3. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək ünvan 4 ünvanında yerləşən sahəsi 144 kv.m, hündürlüyü 2.8 m, mərtəbəliliyi 1 olan 600 kv.m-dən ibarət olan torpaq sahəsi və üzərində inşa edilmiş fərdi yaşayış evi üzərində İddiaçı hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
4. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.
5. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, İddiaçı ünvan 3 ünvanında yerləşən torpaq sahəsi və üstündə inşa edilən fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli ərizə ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, elektron kadastr məlumatına əsasən torpaq sahəsi X7 ərazisində yerləşir. Həmçinin iddiaçı tərəfindən təqdim edilən texniki pasport ilə faktiki torpaq sahəsi arasında perimetrik ölçü fərqi mövcuddur. Bundan əlavə, təqdim edilmiş xx.xx.1975-ci il tarixli qərar X3 tərəfindən verilsə də, arxiv arayışında X8 qeyd edilmişdir. Bu səbəblərdən ərizənin icrası tərəflərindən mümkün olmamışdır. Bu barədə vətəndaşa **********71 saylı, xx.xx.2023-cü il tarixli cavab məktubu ünvanlanmışdır. Əlavə olaraq bildirirlər ki, iddia ərizəsində sözügedən torpaq sahəsi üzərində X5 hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması xahiş edilmişdir. Belə ki, təqdim edilmiş hüquqmüəyyənedici sənədlər İddiaçı adınadır, X1 daşınmaz əmlaka dair heç bir subyektiv hüququ mövcud deyildir.
6. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
7. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
8. cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş xx.xx.2023cü il tarixli 3-21-3-30/2-2271/2023 **********71 nömrəli “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə” məktuba əsasən bildirilmişdir ki, elektron kadastr məlumatına əsasən torpaq sahəsi X7 ərazisində yerləşir. Həmçiin tərəflərindən təqdim edilən texniki pasport ilə faktiki torpaq sahəsi arasında perimetrik ölçü fərqi mövcuddur. Bundan əlavə, tərəflərindn təqdim edilən xx.xx.1975-ci il tarixli qərar X3 tərəfindən verilsə də, arxiv arayışında X8 qeyd edilmişdir.
9. Məhkəmənin sorğusuna əsasən Bakı şəhər İcra Hakimiyyəti başçısının Aparatı tərəfindən 22 avqust 2023-cü il tarixli 3-52/2-4276/2032 nömrəli məktubla təqdim edilmiş arxiv arayışına əsasən məhkəməyə Əzizbəyov rayon X3 İcraiyyə Komitəsinin 30 oktyabr 1975-ci il tarixli 9/137 nömrəli “Fərdi ev tikmək üçün vətəndaşlara torpaq sahəsi verilməsi haqqında” qərarından çıxarış təqdim edilmişdir. Həmin qərara əsasən Zirə qəsəbə Soveti İcraiyyə Komitəsinin fərdi ev tikmək üçün vətəndaşlara torpaq sahəsi verilməsi haqqında xx.xx.1975-ci il tarixli 5 nömrəli qərarını nəzərə alaraq, Zirə qəsəbəsi, C.M.Quluzadə küçəsi, döngə 1, ev 3-də yaşayan Artyomneft NQÇİ-nin 2-ci RMTX şöbəsində operator vəzifəsində işləyən İddiaçı, qardaşı X2 artıq həyətyanı torpaq sahəsindən Zirə qəsəbəsi, Ağamalı oğlu küçəsi, döngə 2, 9/6 nömrəli 600 kv.m-dən ibarət torpaq sahəsi təhkim edilmişdir.
10. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli 3-21-3-30/2-30944/2023 **********44 nömrəli cavab məktubuna əsasən Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Ağamalıoğlu küçəsi, döngə 2, 9/6 saylı fərdi yaşayış evinin dövlət reyestrində qeydiyyatdan keçməsi barədə məlumat aşkar edilməmişdir.
11. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli 3-21-3-30/2-40539/2023 **********39 nömrəli cavab məktubuna əsasən İdarənin arxivində ünvan 5 ünvanına dair İddiaçı adına 1989-cu il tarixdə tərtib edilmiş texniki pasport mövcuddur və həmin texniki pasportun təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir.
12. Bakı şəhəri, ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evinin layihəsi "xxxx" MMC tərəfindən tərtib edilmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ:
İddianın növü və mümkünlüyü
13. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.
14. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
15. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).
16. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.
17. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
18. Məhkəmə işdə iştirak etmiş proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.
19. Belə ki, işin hallarınının məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Əzizbəyov rayon X3 İcraiyyə Komitəsinin 30 oktyabr 1975-ci il tarixli 9/137 nömrəli “Fərdi ev tikmək üçün vətəndaşlara torpaq sahəsi verilməsi haqqında” qərara əsasən Zirə qəsəbə Soveti İcraiyyə Komitəsinin fərdi ev tikmək üçün vətəndaşlara torpaq sahəsi verilməsi haqqında xx.xx.1975-ci il tarixli 5 nömrəli qərarını nəzərə alaraq, Zirə qəsəbəsi, C.M.Quluzadə küçəsi, döngə 1, ev 3-də yaşayan Artyomneft NQÇİ-nin 2-ci RMTX şöbəsində operator vəzifəsində işləyən İddiaçı, qardaşı X2 artıq həyətyanı torpaq sahəsindən Zirə qəsəbəsi, Ağamalı oğlu küçəsi, döngə 2, 9/6 nömrəli 600 kv.mdən ibarət torpaq sahəsi təhkim edilmişdir. Həmin ünvana dair iddiaçının adına 1989-cu il tarixdə tərtib edilmiş texniki pasport mövcuddur və həmin texniki pasportun təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir.
20. Göründüyü kimi, iddiaçıya torpaq sahəsi ayrılan zaman, yəni 1975-ci il tarixdə həmin torpaq sahəsi Zirə qəsəbəsində ayrılmış, sonradan torpaq sahəsinin X7 ərazisinə daxil olması iddiaçının hüquqlarını məhdudlaşdıran hal kimi qiymətləndirilə bilməz. Həmçinin, qeyd edilməlidir ki, iddiaçıya torpaq sahəsi ayrılması barədə qərarın arxiv nüsxəsi Bakı şəhər İcra Hakimiyyəti Başçısının arxivində mövcuddur. Eləcə də, həmin üzərində tikililər olan ünvana dair iddiaçının adına 1989-cu il tarixdə tərtib edilmiş texniki pasport da cavabdeh İdarənin arxivində mövcuddur və iddiaçı tərəfindən fərdi yaşayış evinin son ölçülərinə uyğun memarlıq planlaşdırma layihəsi iş materiallarına əlavə edilmişdir. Belə olan təqdirdə yalnız formal əsaslara, texniki pasport ilə faktiki torpaq sahəsi arasında perimetrik ölçü fərqinin olmasına, qərarın arxiv nüsxəsində qərarı qəbul edən orqanın adının düzgün göstərilməməsinə istinad edilməklə ididaçının müraciətinin təmin edilməsindən imtina edilməsi qanunsuz və əsassız hesab edilməlidir.
21. Belə olan təqdirdə məhkəmə hesab edir ki, cavabdehin imtinasının və etirazının əsasını təşkil edən dəlillər əsassız hesab edilməklə iddiaçının sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüquqları yaranmış hesab olunmalıdır.
22. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən: 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativ-hüquqi aktlardan ibarətdir. Həmin Qanunun 8.0-cı maddəsin əsasən Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; ... Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
23. Beləliklə, yuxarıda göstərilmiş işin hallarından və tətbiq edilmiş maddi hüquq normalarından göründüyü kimi, hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün qanunvericiliyin tələbləri tam təmin edildiyindən, iddiaçının sözügedən torpaq sahəsinə və üzərində inşa edilmiş fərdi yaşayış evinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsaslar olmuşdur.
24. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.
25. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.
26. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
27. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.
NƏTİCƏ HİSSƏSİ:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilsin. ünvan 4 ünvanında yerləşən 600 kv.m-dən ibarət olan torpaq sahəsi və üzərində inşa edilmiş sahəsi 144 kv.m, hündürlüyü 2.8 m, mərtəbəliliyi 1 olan fərdi yaşayış evi üzərində İddiaçı hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Aygün Abdullayeva