Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7330/2021 12.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X8 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı «yetkinlik yaşına çatmayan övladlarına qulluq dövrünün iddiaçının arvadının əmək stajı kimi tanınması»na dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı «yetkinlik yaşına çatmayan övladlarına qulluq dövrünün iddiaçının arvadının əmək stajı kimi tanınması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, iddiaçı 15 iyun 1986-cı il tarixdə doğulmuş övladı Qəribova Səbinə Vahid qızı sağlamlıq imkanları məhdud olan şəxsdir, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, S.Hüseyn küçəsi, 8 saylı evin 5 saylı mənzilində yaşayır, İİ qrup əlilliyə görə hazırda müavinət alır. Onun 8 dekabr 1993-cü il tarixdə doğulmuş digər övladı Vəlizadə (Qəribli) Leyla Vahid qızı da sağlamlıq imkanları məhdud olan şəxsdir, İ dərəcə əlilliyə görə əmək pensiyası alır, qeydiyyatda başqa ünvanda olsa da, yuxarıda qeyd edilən ünvanda iddiaçı ilə birlikdə yaşayır. Övladlarının tərbiyəsi ilə və onlara qulluqla özü və arvadı X12 birlikdə məşğul olmuşlar. İddiaçı 2011-ci ilədək X14, sonra isə müxtəlif özəl şirkətlərdə işləmiş və əmək fəaliyyətini bu gün də davam etdirir. Əvvəllər arvadının pasport qeydiyyatı Qəbələ rayonu, Mirzəbəyli kəndinə olduğundan uşaqların himayəçisi, tərbiyəçisi kimi bütün sənədlərdə onun adı qeyd edilmişdir. Aydın məsələdir ki, uşaqlara anaları X.Qəribova qulluq etmişdir. Bu səbəbdən onlar 18 yaşına çatanadək arvadı heç bir yerdə işləməmişdir. Hazırda arvadının 57 yaşı tamam olmuşdur (1 fevral 1964-cü il tarixdə doğulmuşdur). «Əmək pensiyası haqqında» AR Qanunun 8.2-ci maddəsinə əsasən sağlamlıq imkanları məhdud uşaqları səkkiz yaşmadək tərbiyə etmiş anaların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Hazırda onun arvadı ünvan 1 ünvanında qeydiyyatdadır. Sağlamlıq imkanları məhdud olan uşaqlara edilən qulluq dövrünün və buna görə sosial müavinət alınması barədə müvafiq arayış alınmasından ötrü iddiaçı tərəfindən 5 mart 2021-ci il tarixdə DSMF-nin 3 saylı DOST Mərkəzinə müraciət olunmuşdur. Lakin bir aydan çox keçsə də, müraciətə cavab verilməmişdir. 23 aprel 2021ci il tarixdə ərizə ilə mərkəzə yenidən müraciət etmişdor. 23 may 2021-ci il tarixdə ona ərizəsinin cavabının hazır olduğu barədə məlumat verildi və o, 21 may 2021-ci il tarixli **********6 nömrəli məktubu qəbul etmişdir. Məktubda qızı Leyla Vəlizadə (Qəribli) barəsində qeyd edilir ki. o 11 iyun 2008-ci il tarixdən 8 dekabr 2011-ci il tarixədək sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlara verilən sosial müavinəti almışdır. X18 barəsində isə məktubda qeyd edilir ki, X3 X1 (FİN: 188LE5H) sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara verilən sosial müavinət alması barədə hər hansı məlumat öz əksini tapmamışdır. Məktubda qeyd edilənlərdən görünür ki, qızı Səbinəyə heç bir müavinət verilməyib və o ümumiyyətlə sağlamlıq imkanları məhdud uşaq kimi qeydiyyatda yoxdur. Əslində isə bu belə deyil. AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanaqlı və Operativ Sosial Təminat Agentliyinin 3 saylı Bakı “DOST" Mərkəzindən daxil olmuş məktub-arayış iddiaçını qane etmir. Yaranmış vəziyyət pozulmuş hüquqlarının məhkəmə qaydasında həll olunmasını zəruri etmişdir. Belə ki, X18 uşaqlıqdan həkim qeydiyyatında olub. Ona uşaqlıqdan “debillik” əqli gerilik (oliqofreniya) diaqnozu qoyulmuşdur. Bu xəstəlik uşaqlarda anadangəlmə olur. Məktəb yaşı çatanda onları Bakı şəhəri 268 saylı məktəbdəki sağlamlıq imkanları məhdud uşaqlar üçün nəzərdə tutulmuş xüsusi komissiyaya göndərdilər. Həmin komissiyanın təyinatına əsasən onlar əvvəlcə Yasamal rayonundakı 53 saylı məktəbin köməkçi sinfinə, sonra isə, Sabunçu rayonundakı 170 sayı orta məktəbin köməkçi sinfinə təyin olunmuşlar. 2-ci sinifdən sonra isə, qızı evdə təhsil alıb. 2001-ci ildə qızının 15 yaşı tamam oldu və ona İİ qrup əlillik təyin edildi. Ona qədər isə, hər ay müavinət almışdır. Əvvəlki illərdə hər ay 30 manat, sonrakı illərdə isə 50 – 60 manat müavinət verilirdi. 18 yaşı tamam olanda isə, Səbinəyə əlillik arayışını müddətsiz verdilər. Arayıların hamısında əliliyin səbəbi qrafasında – “uşaqlıqdan” sözləri qeyd edilib. Kiçik qızı Leyla da eyni ilə uşaqlıqdan həkim qeydiyyatında olub, eyni diaqnozla müalicə edilib. 170 saylı məktəbdə sağlamlıq imkanları məhdud uşaqlar üçün nəzərdə tutulmuş sinifdə bir neçə il təhsil alıb və sonradan təhsili ev şəraitinə keçirilib. 15 yaşma qədər hər ay dövlətdən müavinət almışlar. 2008-ci ildə 15 yaşı tamam olanda Leylaya İİ qrup əlillik təyin edilib. 6 oktyabr 2017-ci ildə isə, ona İ dərəcəli əlillik təyin edilmişdir. Təqdim edilmiş sənədlərdən və əldə edilmiş sübutlardan məlum olur ki, hər iki övlada edilən qulluq, tərbiyə onların uşaqlıq illərindən başlanmşıdır. Sağlamlıq imkanları məhdud uşaqlara qulluq edən X12 (iddiaçının arvadı) xəstə uşaqlara görə başqa heç bir yerdə işləyə bilməmişdir, bu səbəbdən də onun əmək pensiyası alması üçün lazım olan qədər stajı yoxdur. Qəbul edilən qanunlar həmişə öz hümanistliyi ilə seçilib. Yuxarıda qeyd edilənlər nəzərə alınaraq, hesab edilir ki, iddiaçının sağlamlıq imkanları məhdud övladları Şəbinə Qəribovaya və Leyla Vəlizadəyə (Qəribliyə) 18 yaşınadək edilən qulluğun, tərbiyənin əmək stajı kimi tanınması məqsədə müvafiq olardı. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsinə əsaslanaraq, yetkinlik yaşına çatmayan övladları X9 və X11 (Qəribliyə) qulluq dövrünün iddiaçının arvadı X5 əmək stajı kimi tanınması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra 47, 49-cu maddələrinə müvafiq olaraq işin hazırlıq icraatına başlanmış və iddia ərizəsi və ona əlavə olunmuş sənədlər cavabdehə təqdim olunmuşdur. İş üzrə məhkəmə iclası təyin edilmiş və bu barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizısində göstərilənləri təsdiqlədi və iddianı müdafiə etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X13 iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 13-cü maddəsinə görə məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İPM-in 26.1-ci maddəsinə görə inzibati məhkəmə icraatında prosessual hərəkətləri etmək hüququna aşağıdakılar malikdirlər: mülki hüquq normalarına uyğun olaraq tam fəaliyyət qabiliyyətli sayılan şəxslər, mülki hüquq normalarına əsasən məhdud fəaliyyət qabiliyyətli hesab edilən, lakin inzibati məhkəmə icraatının predmetinə münasibətdə ümumi hüquq normalarına uyğun olaraq inzibati fəaliyyət qabiliyyətli sayılan şəxslər. İPM-in 54.1-ci maddəsinə görə inzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. AR Mülki Prosessual Məcəlləsinin 49-cu maddəsinə görə öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülki-prosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur. On altı yaşı olan yetkinlik yaşına çatmamış şəxs tam fəaliyyət qabiliyyətli elan edildiyi halda (emansipasiya) o, məhkəmədə şəxsən öz hüquq və vəzifələrini həyata keçirə bilər. Yetkinlik yaşına çatmayan on dörd yaşından on səkkiz yaşınadək şəxslərin, habelə məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquq, azadlıq və qanunla qorunan mənafeləri məhkəmədə onların qanuni nümayəndələri tərəfindən qorunur. Lakin məhkəmə yetkinlik yaşına çatmayanların və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin özlərini bu işlərdə iştirak etməyə cəlb edə bilər. On dörd yaşınadək yetkinlik yaşına çatmayanların, habelə fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslərin hüquq, azadlıq və qanunla qorunan mənafelərini məhkəmədə onların qanuni nümayəndələri qoruyurlar. «İnzibati icraat haqqında» AR Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 4.1-ci maddəsinə görə inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Həmin Qanunun 28.1-ci maddəsinə görə inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: fiziki və ya hüquqi şəxsin ərizəsi, inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi, inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsi» və «Dövlət Tibbi-Sosial Ekspertiza və X4»nin 1.1-ci bəndinə görə Dövlət Sosial Müdafiə Fondu məcburi dövlət sosial sığortası və könüllü (əlavə) sosial sığorta, əhalinin əmək pensiyaları, sosial müavinətlər, ünvanlı dövlət sosial yardımı ilə, təqaüd və kompensasiyalarla, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərlə təmin edilməsi sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən publik hüquqi şəxsdir. Məhkəmə qeyd edir ki, hazırkı iddiaçının arvadı X12 tam fəaliyyət qabiliyyətli şəxs kimi həm inzibati orqana, həm də məhkəməyə müraciət etmək hüququ olduğu halda, hazırkı iddianı iddiaçı kimi onun əri (İddiaçı) qaldırmışdır, hansı ki, sonuncunun bu iddianı öz adından qaldırmaq üçün subyektiv hüququ yoxdur. Həmçinin nəzərə alınmaılıdır ki, X6 özünün inzibati orqana müraciəti, habelə onun inzibati icraat dövründə müvafiq səlahiyyətlərin nümayəndəsi qismində əri İddiaçı tapşırması (həvalə etməsi) barədə müvafiq etibarnamə olmadığından, məhkəmə bu halı formal xəta kimi qiymətləndirməklə onun aradan qaldırılması istiqamətində iddaçının dəyişdirilməsinin tövsiyyə olunmasını məqsədəuyğun saymamışdır. Bu səbəbdən, qaldırılan məsələ üzrə cavabdehin DSMF ilə əvəz olunması, eləcə də iddia tələbinin dəyişdirilməsinə dair ərizə verilməsinin də iddiaçı tərəfə məsləhət görülməsinə zərurət yaranmır. Belə olan halda, məhkəmə hesab edir ki, qaldırılan məsələ ilə bağlı cavabdeh AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırkı İddiaçı hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi öz təsdiqini tapmadığından, iddia mümkün sayıla bilməz. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsaslanaraq və İPM-in 23, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-7330/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7330/2021
12.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver