Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7333/2024 20.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları
1. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı ünvan 2 ünvanında yerləşən 3 otaqlı yaşayış sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, vaxtilə “Bibiheybət” NQÇİ-də işlədiyi dövrdə Qaradağ rayon XDS İK-nin xx.xx.1990-cı il tarixli 48 nömrəli qərarı ilə ona üç ailə üzvləri ilə birlikdə ünvan 3 ünvanında yerləşən iki otaqlı, sahəsi 32 kv.m olan 21 nömrəli mənzil xidməti yaşayış sahəsi verilmişdir. Həmin qərar əsasında xidməti yaşayış sahəsinə dair onun adına xx.xx.1990-cı il tarixli order verilmişdir. Dövlət Arxivinin Bakı Filialı müraciəti əsasında Qaradağ rayon XDS İK-nin xx.xx.1990-cı il tarixli 48 nömrəli qərarının təsdiq edilmiş ksero surəti ona təqdim edilmişdir. Həmin vaxtdan o və ailə üzvləri həmin mənzilə qeydiyyata düşməklə yaşamağa başlamışlar. 1993-cü ildə həmin ünvanda bir otaqlı mənzil boşalmış və onun ailəsinin böyük olması, yaşadıqları sahənin az olması səbəbilə ilə "Bibiheybətneft” NQÇİ-nə müraciəti əsasında həmin İdarənin rəisinin 206 nömrəli xx.xx.1993-cü il tarixli sərəncamı ilə keçmiş Azərbaycan SSR Mənzil Məcəlləsinin 43-ci maddəsini rəhbər tutaraq Bakı şəhəri Badamdar şosessi 242 nömrəli evin sahəsi 17 kv.m olan 22 nömrəli mənzilinin onun istifadəsinə verilməsi və 242 nömrəli evin 3 otaqlı 40 kv.m 21/22 nömrəli mənzilinin kirayədarı hesab edilməsi qərara alınmışdır. Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 13/4 nömrəli xx.xx.2018-ci il tarixli "Bakı şəhəri, Badamdar yolu, 242 saylı evin, 21 saylı mənzilinə İddiaçı adına kirayə müqaviləsinin bağlanması haqqında” sərəncamında Bakı şəhəri, Badamdar yolu, 242 saylı evin, yaşayış sahəsi 56.29 kv.m olan 3 otaqlı 21 saylı mənzilində Qaradağ rayon XDS İcraiyyə komitəsinin xx.xx.1990cı il tarixli xidməti order və "Bibiheybətneft” NQÇİ-nin xx.xx.1993-cü il tarixli 206 saylı sərəncamı əsasında 1990-cı ildən qeydiyyata alınmış İddiaçı 7 nəfər ailə üzvü ilə (özü. oğlu, 2 qızı, gəlini və 2 nəvəsi) yaşadığı Bakı şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2001-ci il tarixli 709 saylı sərəncamı əsas gətirilərək Bakı şəhəri, Badamdar yolu, 242 saylı evin, 21 saylı mənzilin xidməti mənzillərin siyahısından çıxarılması, Bakı şəhəri, Badamdar yolu, 242 saylı evin, yaşayış sahəsi 56.29 kv.metr olan 3 otaqlı 21 saylı mənzilinin kirayə müqaviləsinin onun adına bağlanılması və onun adına şəxsi maliyyə hesabının açılmasının 3 saylı Xüsusi Təyinatlı MKTB-nin 149 saylı MKİS-ə göndərilməsi qərara alınmışdır. Onunla 149 saylı MKİS arasında 01 nömrəli xx.xx.2021-ci il tarixli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi bağlanmışdır. İlk dəfə 2022-ci ildə cavabdeh orqana ərizə və yaşadığı yaşayış sahəsi ilə bağlı hüquq müəyyənedici sənədləri təqdim etmişdir. 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ona verilmiş xx.xx.2022-ci il tarixli cavab məktubunda ‘'Qeyd olunan mənzilin 2 (iki) otağına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında’' Qanunun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlərin əsilləri ilə (arxiv arayışı əlavə olunmaqla) “ASAN xidmət” mərkəzlərinə müraciət edilməsi məqsədəuyğun hesab edilmişdir. Həmin məktubda qeyd olunan ünvanda yerləşən mənzilin digər 1 (bir) otağına dair hüquqmüəyyənedici sənədləri təqdim etmədiyi qeyd olunmuşdur. Halbuki, tərəfindən həm iki otaqlı, həm də, bir otaqlı yaşayış sahəsinə dair sənədlər cavabdehə təqdim edilmişdir. Bu yaxınlarda yenidən lazımi sənədlərlə cavabdeh quruma müraciət etmişdir. O, sənədləri cavabdehin ASAN xidmət mərkəzində yerləşən şöbəsinə müraciət etdikdə, ona əvvəlcə sənədlərinin qaydasında olduğu və tezliklə on çıxarış veriləcəyi bildirilmişdir. Lakin, 1 saylı Bakı Ərazi İdarəsinin ona ünvanladığı xx.xx.2024-cü il tarixli cavab məktubunda xx.xx.2022- ci il tarixli məktuba istinad edilərək imtina verilmişdir. Göstərilənlərə əsasən hesab edir ki, O, lazımi sənədləri cavabdeh orqana təqdim etmiş və onun mənzilə mülkiyyət hüququ tanınmalıdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
3. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.
4. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, iddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli ərizələr ilə İdarəyə müraciət etmiş və xx.xx.2022-ci il tarixli **********29 xaricolma nömrəli, xx.xx.2024-cü il tarixli **********74 xaricolma nömrəli məktublarla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, iddiaçının adına qeyd olunan mənzilə dair təqdim edilmiş sərəncam “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə uyğun deyil. Belə ki, müvafiq sərəncam Bakı şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Departamenti tərəfindən verilmişdir və xx.xx.2018-ci il tarixlidir. xx.xx.2024cü il tarixdə İdarənin mütəxəssisləri tərəfindən mənzilə texniki baxış keçirilən zaman mənzilin 3 (üç) otaqlı olmaqla faktiki ümumi sahəsinin 74.5 kv.m təşkil etdiyi müəyyən edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır.
5. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə və dəqiqləşmiş ərizəyə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
6. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barəsində isə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
7. Cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş xx.xx.2024-cü il tarixli **********29 nömrəli məktuba əsasən bildirilmişdir ki, qeyd oluna mənzilin 2 (iki) otağına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlərin əsilləri ilə (arxiv arayışı əlavə olunmaqla) “Asan xidmət” Mərkəzlərinə müraciət edilməsi məqsədəuyğundur. Qeyd olunan ünvanda yerləşən mənzilin digər 1 (bir) otağına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir.
8. 3 saylı Bakı “Asan xidmət” Mərkəzi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş ******* nömrəli “Yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışa əsasən İddiaçı xx.xx.2003-cü il tarixdən ünvan 5 ünvanda ondan başqa xx.xx.2011-ci il təvəllüdlü X5, xx.xx.2010-cu il təvəllüdlü X7, xx.xx.1984-cü il təvəllüdlü X8, xx.xx.1985-ci il təvəllüdlü X1 və xx.xx.1985-ci il təvəllüdlü X6 qeydiyyatdadırlar.
9. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən 11 aprel 2023-cü il tarixli 3-48-2F-M-02407/2023 nömrəli məktubla X3 barəsində keçmiş Qaradağ rayon XDS İK-nin arxiv fondu üzrə xx.xx.1990-cı il tarixli 48 saylı qərarın təsdiq edilmiş surətri təqdim edilmişdir. Həmin qərara əsasən ona üç nəfər (özü, oğlu və qızı) ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Səbail rayonu, Badamdar yolu, ev 242 ünvanında yerləşən iki otaqlı, sahəsi 32 kv.m olan 21 nömrəli mənzil xidməti yaşayış sahəsi verilmişdir.
10. Qaradağ rayon XDS İK-nin xx.xx.1990-cı il tarixli 48 saylı qərarına əsasən iddiaçıya Bakı şəhəri, Səbail rayonu, Badamdar yolu, ev 242 ünvanında yerləşən iki otaqlı, sahəsi 32 kv.m olan 21 nömrəli xidməti yaşayış sahəsi olan mənzilə dair order verilmişdir.
11. “Bibiheybət” NQÇİ-nin 206 nömrəli 04 avqust 1993-cü il tarixli “boşalmış mənzilin S.Əhmədovanın istifadəsinə verilməsi haqqında” sərəncamına əsasən Badamdar şosesi, 242 nömrəli evin 1 otaq, 17 kv.m olan 22 nömrəli mənzili S.İ.Əhmədovanın istifadəsinə verilmiş və və o, 4 nəfər ailə üvü ilə 242 nömrəli evin 3 otaqlı, 40 kv.m 21/22 nömrəli mənzilin kirayəçisi hesab edilmişdir.
12. Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 13/4 nömrəli xx.xx.2018-ci il tarixli sərəncamına əsasən Bakı şəhəri, Badamdar yolu, 242 saylı evin yaşayış sahəsi 56.29 kv.m olan 3 otaqlı 21 saylı mənzilində Qaradağ rayon XDS İcraiyyə Komiyəsinin xx.xx.1990-cı il tarixli xidməti order və “Bibiheybətneft” NQÇİ-nin xx.xx.1993-cü il tarixli, 206 saylı sərəncamı əssında 1990-cı ildən qeydiyyata alınmış X4 7 nəfər ailə üzvü ilə (özü, oğlu, 2 qızı, gəlini və nəvəsi) yaşayır. Vəətndaş İddiaçı Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinə ərizə ilə müraciət edərək, yaşadığı mənzilin xidməti mənzillər siyahısından çıxarılmaqla yaşayış sahəsinə öz adına kirayə müqaviləsinin bağlanmasını xahiş etmişdir. Qeyd olunanlar və Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2001-ci il tarixli 709 saylı sərəncamına əsaslanaraq, Bakı şəhəri, Badamdar yolu, 242 saylı evin, 21 saylı mənzili xidməti mənzillər siyahısından çıxarılmış və Bakı şəhəri, Badamdar yolu, 242 saylı evin yaşayış sahəsi 56.29 kv.m olan 3 otaqlı 21 saylı mənzilinin kirayə müqaviləsinin 7 nəfər ailə üzvü ilə (özü, oğlu, 2 qızı, gəlini və 2 nəvəsi) İddiaçı adına bağlanılması və onun həmin mənzilin kirayəçisi hesab olunması qərara alınmışdır.
13. 149 saylı MKİS tərəfindən 17 mart 2021-ci il tarixdə Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 13/4 nömrəli xx.xx.2018-ci il tarixli sərəncamına əsasən həmin mənzil sahəsinə dair kirayə müqaviləsi bağlanılmışdır.
14. İddiaçının “xidməti orderin daimi orderlə əvəz olunması ilə bağlı” müraciətinə Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Səbail rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən verilmiş 121 nömrəli 25 iyun 2023-cü il tarixli cavab məktubuna əsasən bildirilmişdir ki, 149 saylı MKİS-də mövcud olan sənədlərə və verilən məlumata görə Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 13/4 nömrəli, xx.xx.2018-ci il tarixli sərəncamına əsasən Bakı şəhəri, Badamdar yolu, 242 saylı evin, 21 saylı mənzili xidməti mənzillərin siyahısından çıxarılmışdır. Həmin mənzilin kirayə müqaviləsi 7 nəfər ailə üzvü ilə (özü, oğlu, 2 qızı, gəlini və 2 nəvəsi) onun adına bağlanılması və onun həmin mənzilin kirayəçisi hesab olunması müəyyən edilmişdir. Yuxarıda qeyd edilənlərə əsasən ərizəsində göstərilən mənzil xidməti mənzillərin siyahısından çıxarıldığı üçün ona xidməti orderin əvəz olunması ilə bağlı məktub verilməsinə zərurət olmamışdır.
15. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən 18 aprel 2024-cü il tarixli 3-48-2F/2-852/2024 nömrəli məktubla X3 barəsində keçmiş Qaradağ rayon XDS İK-nin arxiv fondu üzrə xx.xx.1990-cı il tarixli 48 saylı qərarının, Bakı şəhəri İHBA-nın Mənzil-Kommunal Təsərrüfatı Departamentinin arxiv fondu üzrə xx.xx.2018-ci il tarixli 13/4 saylı sərəncamının və ona əlavə olunmuş sənədlərin təsdiq edilmiş kserosurətləri təqdim edilmişdir.
16. Məhkəmənin sorğusuna əsasən 149 saylı Mənzil-Kommunal İstismarı Sahəsi tərəfindən 61 nömrəli 16 aprel 2024-cü il tarixli məktubla bildirilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar yolu, ev 242, mənzil 21 ünvanının sahibi İddiaçıdır və 149 saylı MKİS-də göstərilən mənzilə aid olan mövcud sənədlərin surətləri təqdim edilmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ:
İddianın növü və mümkünlüyü
17. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.
18. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
19. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).
20. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.
21. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
22. Məhkəmə işdə iştirak edən iddiaçının nümayəndəsinin izahatını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.
23. Məhkəmə iddiaçının iddia tələbini aşağıda göstərilənlərə görə əsaslı hesab edir.
24. Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. 29-cu maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
25. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun: 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır; 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır; 2.3-cü maddəsinə əsasən, daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər; 2.4-cü maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir; 3.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativ-hüquqi aktlardan ibarətdir; 8.0-cı maddəsinə əsasən, Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; ... 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
26. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında“ Аzərbаycаn Rеspublikаsının Qаnununun: 2-ci maddəsinə əsasən, bu Qanun Azərbaycan Respublikasında dövlət mənzil fondunun özəlləşdirilməsi şərtlərini və qaydasını, habelə ictimai mənzil fondunun özəlləşdirilməsinə dair əsas müddəaları müəyyən edir; 4-cü maddəsinə əsasən, dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir; 9-cu maddəsinin birinci abzasına əsasən, müvafiq icra hakimiyyəti orqanı yaşadığı mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşın ərizəsi daxil olduğu gündən on iş günü müddətində (ərizənin sürətləndirilməklə icra edildiyi hallar istisna olmaqla) həmin mənzilin (evin) vətəndaşın xüsusi mülkiyyətinə verilməsi barədə dövlət qeydiyyatını həyata keçirir, vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun əmələ gəlməsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirib hüquq sahibinin istəyi əsasında həmin çıxarışı kağız formada təqdim edir, yaxud elektron imza ilə təsdiqləməklə “Elektron Hökumət” portalında yerləşdirərək hüquq sahibinin elektron üsulla əldə etməsi imkanını təmin edir və müvafiq yerli icra hakimiyyəti, habelə vergi xidməti orqanına bildiriş göndərir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 146.1-ci maddəsinə əsasən, bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır.
27. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun: 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər; 15.1-ci maddəsinə əsasən, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 16.1-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur.
28. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir.”
29. Məhkəmə qeyd edir ki, cavabdeh tərəf öz mövqeyini Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin sərəncamının 01 oktyabr 2009-cu il tarixdən sonrakı vaxtda verilməsi ilə əsaslandırmışdır. Məhkəmə cavabdeh orqanın imtinasının dəlillərini iddianın təmin edilməməsinin əsası kimi qəbul etmir. Belə ki, işin hallarından göründüyü kimi, mübahisəli ünvanda yerləşən 21 nömrəli mənzil ilk öncə Qaradağ rayon XDS İK-nin arxiv fondu üzrə xx.xx.1990-cı il tarixli 48 saylı qərarına əsasən iddiaçıya xidməti yaşayış sahəsi kimi ayrılmış və həmin mənzilə dair iddiaçının adına order verilmişdir. Sonradan iddiaçının müraciəti əsasında “Bibiheybət” NQÇİ-nin 206 nömrəli 04 avqust 1993-cü il tarixli “boşalmış mənzilin S.Əhmədovanın istifadəsinə verilməsi haqqında” sərəncamına əsasən Badamdar şosesi, 242 nömrəli evin 1 otaq, 17 kv.m olan 22 nömrəli mənzili S.İ.Əhmədovanın istifadəsinə verilmiş və və o, 4 nəfər ailə üvü ilə 242 nömrəli evin 3 otaqlı, 40 kv.m 21/22 nömrəli mənzilin kirayəçisi hesab edilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 13/4 nömrəli xx.xx.2018-ci il tarixli sərəncamına əsasən isə Departament həmin qərar, orderə və sərəncama, yəni yəni iddiaçının 01 oktyabr 2009-cu ilədək mövcud olan hüququna əsaslanaraq Bakı şəhəri, Badamdar yolu, 242 saylı evin, 21 saylı mənzili xidməti mənzillər siyahısından çıxarmış və Bakı şəhəri, Badamdar yolu, 242 saylı evin yaşayış sahəsi 56.29 kv.m olan 3 otaqlı 21 saylı mənzilinin kirayə müqaviləsini 7 nəfər ailə üzvü ilə (özü, oğlu, 2 qızı, gəlini və 2 nəvəsi) İddiaçı adına bağlamış və onun həmin mənzilin kirayəçisi hesab etmişdir. Belə olan halda, iddiaçı 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəllənin 146.1-ci maddəsinin tələblərinə əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan və öz hüquqlarını saxlayan şəxs kimi qiymətləndirilməlidir.
30. Həmçinin qeyd olunmalıdır ki, 01 oktyabr 2009-cu ildən əvvəlki və sonrakı tarixlərdə verilmiş sərəncamlar (əgər 01 oktyabr 2009-cu ilədək mövcud olan əsasa söykənirsə) üzrə hüquqların qeydiyyata alınmasına “fərq qoyulması” eyni kateqoriyaya aid olan şəxslərin hüquqlarının fərqləndirilməsinə gətirib çıxarır ki, bu da “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 12.2-ci maddəsi ilə təsbit edilmiş “bərabərlik prinsipi”nə ziddir.
31. Beləliklə yuxarıda göstərilmiş işin hallarından və tətbiq edilmiş maddi hüquq normalarından göründüyü kimi, hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.11-ci maddəsinin tələbləri təmin edildiyindən, iddiaçının sözügedən mənzilə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas olmuşdur.
32. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdeh 1 saylı Bakı Ərazi İdarəsi imtinası qanunsuzdur və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilir.
33. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.
34. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.
35. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
36. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. NƏTİCƏ HİSSƏSİ:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilsin. İddiaçı Bakı şəhəri, Səbail rayonu, Badamdar yolu, ev 242, mənzil 21 ünvanında yerləşən 3 otaqlı yaşayış sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi öhdəliyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər.
Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Aygün Abdullayeva