Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7333/2025 15.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 1 saylı Bakı Cavabdehnə qarşı “ölüm haqqında şəhadətnaməyə dəyişikliyin edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə müraciət edərək Sabunçu rayon Qeydiyyat Şöbəsi tərəfindən ölüm haqqında akt qeydləri kitabında xx.xx.1996-cı ildə 626 nömrə ilə qeyd edilmiş ölüm akt qeydində ölən şəxsin adının ”Seyrə“dən “Səyarə”yə, ata adının “İmat”dan “İşaf”a dəyişiklik edilməsi öhdəliyinin cavabdeh Ədliyyə Nazirliyi 1 saylı Bakı ASAN XİDMƏT mərkəzində Qeydiyyat şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı anası X6 xx.xx.2022-ci ildə vəfat etmişdir. Bu barədə Bakı şəhəri Nəsimi rayon Qeydiyyat Şöbəsində ölüm haqqında akt qeydləri kitabında xx.xx.2022-ci ildə 344 nömrə ilə qeyd aparılmışdır. Anasının vəfatı ilə əlaqədar vərəsəlik işinin açılması üçün 1 saylı ASAN xidmət mərkəzində notariat ofisinə müraciət etmişdir. Lakin notariat ofisi tərəfindən hazırda vərəsəlik işi davam etdirilə bilmir. Səbəb kimi isə o qeyd edilir ki, X3 X8 əldə olunmuş məlumata əsasən, mərhum anası Gülnarə Tağıbəylinin doğum haqqında şəhadətnaməsində Gülnarə Tağıbəylinin anasının adı ’’X16" kimi qeyd edilmişdir. İddiaçınin anasının doğum haqqında şəhadətnaməsi Bakı şəhəri Nərimanov rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmişdir və bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1962-ci ildə 2994 nömrə ilə qeyd aparılmışdır. X11 anası Səyarə Bədəlova qızı xx.xx.1996-cı ildə vəfat etmişdir və bu barədə Sabunçu rayon Qeydiyyat Şöbəsi tərəfindən ölüm haqqında akt qeydləri kitabında xx.xx.1996-cı ildə 626 nömrə ilə qeyd aparılmışdır. Ölüm şəhadətnaməsində adı “X17" qeyd edilmişdir. Həmin uyğunsuzluqlara görə hazırda İddiaçı vərəsəlik şəhadətnaməsi ala bilmir. Sənədlər arasındakı uyğunsuzluğa görə vərəsəlik işinin davam etdirilməsinə nail ola bilmir. İddiaçı sənədlərə düzəliş edilməsinə nail olmaq məqsədilə 1 saylı Bakı ASAN xidmət X7 müraciət etmişdir. Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixli imtina məktubu verilmişdir. Məktubda qeyd edilir ki, Qeydiyyat şöbəsi tərəfindən sənədlərə düzəliş edilməsi mümkün olmamışdır. İddiaçı məhkəməyə müraciət edərək mərhum X12 ölüm haqqında akt qeydində qeyd edilən X17 ilə mərhum X1 doğum şəhadətnaməsində qeyd edilən X9 eyni şəxs olması faktının məhkəmə qətnaməsi ilə təsdiq edilməsini xahiş etmişdir. Binəqədi rayon məhkəməsinin 2(001)-7791/2024 saylı qərardadı ilə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizə geri qaytarılmışdır. Qərardadda qeyd edilmişdir ki, ərizəçi müxtəlif sənədlərdə qeyd edilən şəxslərin eyni şəxs olmasını xahiş etsə də, tələb qeyrimüəyyəndir və hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Ali Məhkəməsi Plenumunun qərarında müəyyən edilmiş tövsiyələrə zidd olan tələblər ərizədə göstərilmişdir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Ali Məhkəməsi Plenumunun Qərarının 2.2-ci bəndinə əsasən, əgər qohumluq faktının müəyyən olunması X3 qeydi zamanı yol verilmiş səhvlərlə (adın, ata adının, soyadın təhrifi və sair) əlaqəd ardırsa, məhkəmələr qohumluq münasibətlərinin müəyyən olunmasına dair belə ərizələri icraata qəbul etməkdən iddianın yolverilməzliyinə görə imtina etməlidirlər (Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsi). Bu cür səhvlərin aradan qaldırılması və vətəndaşlıq vəziyyəti aktlarında dəyişiklik edilməsi X3 dövlət qeydiyyatı orqanları tərəfindən qüvvədə olan normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada aparılır. X3 dövlət qeydiyyatı orqanları edilmiş qeydə düzəlişlər etməkdən imtina etdikdə, həmin orqanlara qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Beləliklə iddiaçı inzibati qaydada məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Hesab edir ki, mərhum Səyarə Bədəlovanın ölüm haqqında akt qeydində olan səhvlər aradan qaldırılmalıdır. Çünki, şəxsin adı və ata adı ölüm haqqında akt qeydində səhv qeyd edilmişdir. Mərhumun 4 qızı və 2 oğlu olmuşdur. Onların doğum şəhadətnamələrində də adı Səyarə İşat qızı olaraq qeyd edilmişdir.
3. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnaməyə əsasən İddiaçı 21 iyul 1986-cı il tarixində Bakı şəhərində doğulmuşdur. (Anası: X6, atası: X13)
4. 1 saylı Bakı “Asan Xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş arayışda qeyd edilmişdir ki, X10 xx.xx.1962-ci ildə Bakı şəhərində anadan olmuşdur. Bu barədə xx.xx.1962-ci il tarixdə Nərimanov rayonu Qeydiyyat şöbəsi tərəfindən 2994 №-li doğum haqqında akt qeydi tərtib olunmuşdur. (Atası: X14, anası: X16)
5. AZ-İİ № 271428 ölüm haqqında şəhadətnaməyə əsasən X6 xx.xx.2022-ci il tarixində ölmüşdür.
6. İV ЖГ № 492494, xx.xx.1996-cı il tarixli Ölüm haqqında şəhadətnaməyə əsasən X17 01 oktyabr 1996-cı il tarixində ölmüşdür.
7. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, 1 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən X2 ölüm haqqında akt qeydində adının “Seyrə”-dən “Səyarə”-yə, ata adının “İmat -dan İşat - a dəyişiklik edilməsi ilə bağlı müraciətinizə baxılmışdır. Sənədlərin yoxlanılması nəticəsində aşkar olunmuşdur ki, müraciəti zamanı təqdim etdiyi xx.xx.1996-cı il tarixli, İV-JQ №492494 seriya və nömrəli ölüm haqqında şəhadətnaməsində adı “Seyrə”, ata adı “İşat”, onun övladı olan X5 xx.xx.1962-ci il tarixli, AZ №312990 seriya və nömrəli doğum haqqında şəhadətnaməsində ana haqqında məlumat qrafasında “Səyarə İşat qızı” kimi yazılmışdır. Sabunçu rayon qeydiyyat şöbəsi tərəfindən X17 adına tərtib edilmiş xx.xx.1996-cı il tarixli, 626 saylı ölüm haqqında akt qeydində də adı “Seyrə” ata adı “İmat” kimi qeyd edilmişdir. Sənədlərdəki ziddiyətin mövcudluğunu və dəyişiklik üçün zəruri əsasların olmadığını nəzərə alaraq bildirilmişdir ki, ölüm haqqında akt qeydində adın “Seyrə”-dən Səyarə” -yə, ata adının “İmat”-dan “lşat”-a dəyişiklik edilməsi tərəfimizdən mümkün olmamışdır. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin tətbiqi ilə əlaqədar bəzi normativ-hüquqi aktların təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin xx.xx.2001 -ci il tarixli 52№-li Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar”ın 14-cü bəndinə əsasən məhkəməyə müraciət etmək tövsiyə olunur.
8. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(001)-7791/2024 nömrəli qərardadında qeyd edilmişdir ki, ərizəçi İddiaçı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə” dair ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarılsın.
9. Məhkəmənin hazırlıq icraatı üzrə mümkünlük iclasında iştirak edən iddiaçı iddia tələbinə uyğun izahat verərək onun təmin olunmasını xahiş etdi.
II. İddianın mümkünlüyü
10. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər.
11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllə: 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.5. şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının;
12. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Qərarı:
18. Məhkəmələrə izah edilir ki, işlərin məhkəmə aidiyyətinin müəyyənləşdirilməsi zamanı konkret kateqoriya işlər üzrə mübahisə predmetinə əsasən müstəsna məhkəmə aidiyyətinin müəyyən edilməsinin mümkünlüyü də nəzərə alınmalıdır. Belə ki, bir sıra kateqoriya işlərin xüsusiyyətləri hüquq münasibətinin xarakteri baxımından bu və ya digər formada işin ümumi və yaxud kommersiya məhkəməsinə aidiyyətini birbaşa olaraq müəyyənləşdirməyə imkan verir. Məsələn, ailə-nikah, mənzil, əmək, vərəsəlik, renta, istehlak münasibətlərindən, habelə müəllifliklə bağlı qeyri-əmlak hüquqlarının həyata keçirilməsi, oyun və mərclərin keçirilməsindən irəli gələn mübahisələrin xüsusiyyəti tərəflərin sahibkarlıq fəaliyyətindən irəli gəlməsini istisna etməklə, onları müstəsna qaydada ümumi məhkəməyə aid edir.
13. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarının icrası üzrə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları və onların xüsusiyyətlərini, habelə bu meyarlar üzrə yoxlanılma ardıcıllığını əks etdirən Cədvələ əsasən, mübahisə tərəflərinin subyekt tərkibindən asılı olmayaraq aşağıdakı tələblərə ümumi məhkəmələr baxır: - Vərəsəlik münasibətlərindən irəli gələn tələblər;
14. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir: -İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnaməyə əsasən İddiaçı 21 iyul 1986-cı il tarixində Bakı şəhərində doğulmuşdur. (Anası: X6, atası: X13) -1 saylı Bakı “Asan Xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş arayışda qeyd edilmişdir ki, X10 xx.xx.1962-ci ildə Bakı şəhərində anadan olmuşdur. Bu barədə xx.xx.1962-ci il tarixdə Nərimanov rayonu Qeydiyyat şöbəsi tərəfindən 2994 №-li doğum haqqında akt qeydi tərtib olunmuşdur. (Atası: X14, anası: X16) -AZ-İİ № 271428 ölüm haqqında şəhadətnaməyə əsasən X6 xx.xx.2022-ci il tarixində ölmüşdür. -İV ЖГ № 492494, xx.xx.1996-cı il tarixli Ölüm haqqında şəhadətnaməyə əsasən X17 01 oktyabr 1996-cı il tarixində ölmüşdür.
15. Məhkəmə hesab edir ki, iddiaçının hazırkı iddianı qaldırmağa subyektiv hüququ yoxdur və qarşıya qoyduğu məqsədə çatmaq üçün səmərəli hüquq müdafiə vasitəsi mərhumun vərəsəsi kimi hüququn qeydə alınmasından imtina edən quruma (notariat ofisinə) qarşı səlahiyyətli məhkəmə iddiasıdır (ümumi məhkəmədə).
16. Odur ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə tərəfindən iddiaçıya səmərəli hüquq müdafiə vasitələri izah olunduğundan hazırkı tələblə iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz.
17. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
18. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva