Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7334/2021 05.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı, cavabdeh Bakı şəhəri Cavabdeh nümayəndəsi X7 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi,56) şifahi, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ona vurulmuş maddi ziyana görə 800.000 (səkkiz yüz min) manat, mənəvi ziyana görə- 250.000 (iki yüz əlli min) manat pulun ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, uzun müddət Əzizbəyov (indiki “Koroğlu”) metrostansiyasının çıxışında yerləşən qeyri-yaşayış (ticarət) obyektində sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 01 fevral 2006-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2006-2007-ci illər üçün əlavə Tədbirlər Planının icrası ilə əlaqədar 2007-ci ilin may ayında ona məxsus olan həmin ticarət obyekti sökülmüşdür. Bakı şəhər İcra Hakimiyyəti Başçısının 20 fevral 2009-cu il tarixli, 77 saylı Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin 01 fevral 2006-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2006 - 2007-ci illər üçün əlavə Tədbirlər Planı”nın 26 və 27-ci bəndlərinin icrasının təmin edilməsi məqsədilə Əzizbəyov metrosu ətrafında fəaliyyət göstərmiş qeyri-yaşayış sahələrinin digər ərazilərdə yenidən bərpa edilməsi üçün Bakı şəhəri Cavabdehnə icazə verilmişdir. Bakı şəhəri Nizami rayonu İcra Hakimiyyəti Başçısının 27 fevral 2009-cu il tarixli, 93 saylı Sərəncamı ilə Bakı şəhəri. Nizami rayonu, Ş.Mirzəyev küçəsindən, R.Teymurov küçəsindən T.Abbasov küçəsinə kimi olan 600 kv.metr B.Çobanzadə küçəsində, torpaq sahəsində ona 100 kv. metr torpaq sahəsi ayrılaraq ticarət obyektinin tikintisinə icazə verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 25 aprel 2018-ci il tarixli qərarı ilə onun və digər iddiaçılar X1 və X4 apellyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1 (82)-1379/2015 saylı iş üzrə qəbul etdiyi 13 may 2015-ci il tarixli, qərarı qismən - ona və digər iddiaçılar X6 və X5, İddiaçı aid hissədə ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qərar qəbul edilərək, Bakı şəhər İcra Hakimiyyəti başçısının 20.02.2009-cu il tarixli 77 nömrəli və Cavabdeh başçısının 27.02.2009-cu il tarixli 93 nömrəli sərəncamları ilə onun və digər iddiaçılar X5, X6 qeyd edilən ünvanlarda ticarət obyektlərinin bərpa edilməsi ilə bağlı edilən hər hansı qanunsuz müdaxilələr Cavabdehnə qadağan edilmişdir. Üçüncü şəxs Bakı şəhər İcra Hakimiyyəti kassasiya şikayəti verərək qərarın ləğv, iddianın rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(102)-1650/2018 saylı 08 avqust 2018-ci il tarixli qərarı ilə üçüncü şəxs Bakı şəhər İcra Hakimiyyətinin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 25 aprel 2018-ci il tarixli qərarının üçüncü şəxsin kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Borclu tərəf Bakı şəhəri Cavabdeh yenə də qətnamənin icrasını təmin etməkdən yayınır. Qeyd olunan iş üzrə qətnamənin icrasının təmin edilməməsi onu qətnamənin ona verəcəyi bütün faydalı səmərəsindən məhrum etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddia ilə bağlı yazılı münasibəti (etirazı) məhkəməyə daxil olmamışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh Bakı şəhəri Cavabdeh nümayəndəsi X16 məhkəmə iclasında verdiyi izahatında iddianı qəbul etməyərək, göstərmişdir ki, Cavabdeh başçısının 27.02.2009-cu il tarixli 93 №-li, sərəncamına uyğun torpaq sahələrinin ayrılması ilə bağlı iddiaçının və qeyr. ərizələrinə rayon icra hakimiyyətində baxılmış, qeyri-yaşayış binalarının tikintisi üçün Bakı şəhər İcra Hakimiyyəti başçısının 20.02.2009-cu il tarixli 77 №-li sərəncamı ilə Cavabdehnə aidiyyəti üzrə torpaq sahələri ayrılması tapşırılmışdır. Rayon İcra Hakimiyyəti göstərilən sərəncamın icrası olaraq 27.02.2009-cu il tarixli 93 №-li sərəncamla rayonun müxtəlif ünvanlarında nəzərdə tutulan məqsəd üçün torpaq sahələri ayırmışdır. Sonradan Bakı şəhər İcra Hakimiyyəti başçısının 12.03.2012-ci il tarixli 113 Nə-li sərəncamı ilə yuxarıda göstərilən 20.02.2009-cu il tarixli 77 №-li sərəncam ləğv edilmişdir. Bununla əlaqədar rayon İcra Hakimiyyəti başçısının 27.02.2009-cu il tarixli 93 №-li sərəncamı öz qüvvəsini itirmiş hesab edilmişdir. Hazırda torpaq sahələrinin ayrılmasına dair sərəncam vermək rayon İcra Hakimiyyəti başçısının səlahiyyəti xaricindədir. Məhkəmə qərarının icrası ilə bağlı iddiaçıya və qeyr. məxsus ticarət obyektlərinin bərpa edilməsi ilə bağlı Cavabdeh və onun tabeliyində olan qurumların heç bir əməkdaşı tərəfindən hər hansı qanunsuz müdaxilələr olunmamışdır. Cavabdehin nümayəndəsi qeyd olunanların nəzərə alınaraq məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki; AA seriyalı ******* №-li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1959-cu ildə doğulmuşdur. Bakı şəhər İcra Hakimiyyəti Başçısının 20.02.2009-cu il tarixli Sərəncamının surətindən müəyyən olunur ki, Cavabdeh 31.05.2008-ci il tarixli 02/368 saylı müraciətini və 14.03.2008-ci il tarixli, 02/178 saylı məktubunda qeyd olunan təklifləri nəzərə alaraq, Azərbaycan Respublikası Prezidentinin 01.02.2006-cı il tarixli, 1255 saylı Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirillməsi üzrə 2006-2007-ci illər üçün əllavə Tədbirlər Planı”nın 26 və 27-ci bəndlərinin icrasını təmin etmək məqsədilə, Əzizbəyov metrosu ərazisində yol qovşaqlarının layihələndirillməsi və tikintisi ilə əlaqədar,həmin ərazidə fəaliyyət göstərən qeyri-yaayış (ticarət) obyektlərinin əvvəlki ölçülərini saxlamaq şərtilə, sərəncamda adları çəkilən ünvanlarda yenidən bərpa edilməsi üçün Cavabdehnə icazə verilməsi qərara alınmışdır. Bakı şəhəri Nizami rayonu İcra Hakimiyyəti Başçısının 27 fevral 2009-cu il tarixli 93 №-li sərəncamından çıxarışdan müəyyən olunur ki, Azərbaycan Respublikası Prezidentinin 1 fevral 2006-cı il tarixli, 1255 saylı Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2006-2007-ci illər üçün Tədbirlər Planı”nın 26 və 27-ci bəndlərinin icrasının təmin edilməsi məqsədi ilə, “Əzizbəyov” metro stansiyası ərazisində yol qovşaqlarının layihələndirilməsi və tikintisi ilə əlaqədar, həmin ərazidə fəaliyyət göstərmiş qeyri-yaşayış (ticarət) obyektlərinin əvvəlki ölçülərini saxlamaq şərtilə, aşağıda adlan çəkilən ünvanlarda yenidən bərpa edilməsi üçün, Bakı şəhər İcra Hakimiyyəti başçısının 20.02.2009-cu il tarixli, 77 sayh sərəncamı ilə, Cavabdehnə icazə verilmişdir: Q.Qarayev prospektində 30/42 və 34/67 saylı binaların arasında; Rüstəmov küçəsi 66 və 74 sayh binalann arasında; E.Süleymanov küçəsi 92 və 94 sayh binaların yaxınlığında; B.Çobanzadə küçəsi 25 və 35 sayh binalann arasında; 2387-ci məhəllənin şərqində; Nəsimi küçəsi, İstilikxana divan boyunca; Ş.Mirzəyev küçəsində, R.Teymurov küçəsindən T.Abbasov küçəsinə kimi; X48 küçəsində (Şifer kombinatının arxasında); Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilmiş “Yerli İcra Hakimiyyətləri haqqında” Əsasnamənin tələblərini rəhbər tutaraq qərara alınmışdır: Ş.Mirzəyev küçəsində, R.Teymurov küçəsindən T.Abbasöv küçəsinə kimi olan 600 kv metr torpaq sahəsində vət. İddiaçı, S.N.Dadaşovaya, X17, X27ma və vət. X32 ticarət xəttinin tikintisinə icazə verilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 25 aprel 2018-ci il tarixli 2-1(103)-104/18 sayl qərarından müəyyən olunur ki, iddiaçılar X33, X13, İddiaçı, X23, Allahverdiyeva Həşim qızı, X28, X39, X10, X29, X24, X8, X11, X18 və X35 cavabdeh Bakı şəhəri Nizami rayonu İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinə müraciət edərək, Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 27.02.2009-cu il tarixli 77 nömrəli və Cavabdeh Başçısının 27.02.2009-cu il tarixli 93 nömrəli sərəncamları ilə onlara qeyd edilən ünvanlarda ticarət obyektlərinin bərpa edilməsi ilə bağlı edilən hər hansı bir qanunsuz müdaxilələrin cavabdeh təşkilata qadağan edilməsi barədə qərar çıxarılmasını xahiş etmişlər. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(82)-1379/2015 saylı, 13 may 2015-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçılar apellyasiya şikayəti vermişlər. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 25 aprel 2018-ci il tarixli 2-1(103)-104/18 sayl qərarı ilə iddiaçılar X33 və qeyrilərinin apellyasiya şikayətinin təmin edilməsi, 2 saylı Bakı-İnzibati Məhkəməsinin 2-1(82)-3379/2015 saylı iş üzrə qəbul etdiyi 13 may 2015-ci il tarixli qərarı ilə iddiaçılar X19, X23, X20, X14, X8, X11, X13, KamilovTərlan İskəndər oğlu, İddiaçı və X2 aid hissədə ləğv edilməsi, həmin hissədə iş üzrə yeni qərar qəbul edilməsi, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 20.02.2009-cu il tarixli 77 nömrəli və Cavabdeh Başçısının 27.02.2009-cu il tarixli 93 nömrəli sərəncamları ilə iddiaçılar X25, X15, X17, X14, X3, X6, X9, X12, İddiaçı Nazim oğluna və X2 qeyd edilən ünvanlarda ticarət obbyektlərinin bərpa edilməsi ilə bağlı edilən hər hansı qanunsuz müdaxilələrin Cavabdehnə qadağan edilməsi qərara almışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 25 aprel 2018-ci il tarixli 2-1(103)-104/18 sayl qərarından narazı qalan cavabdeh kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)- 1650/2018 saylı 08.08.2018-ci il tarixli qərarı ilə cavabdeh Bakı şəhəri, Cavabdeh kassasiya şikayətinin təmin olunmaması, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-104/20188 saylı iş üzrə 25 aprel 2018-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İddiaçı hazırkı iddia tələbi ilə bağlı 29.04.2021-ci il tarixli ərizə ilə cavabdeh inzibati orqana müraciət etmiş, sonuncunun rəsmi cavabını almadığı üçün 04.06.2021-ci il tarixdə hazırki iddia ərizəsini məhkəməyə göndərmək üçün poçta təqdim etmiş, həmin iddia ərizəsi 09.06.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Məhkəmənin müvafiq sorğusuna cavab olaraq Bakı şəhəri Cavabdeh Başçısının 01.10.2021-ci il tarixli 11-12/1141 saylı məktubuna əlavə olunmuş İddiaçı oğluna ünvanlanmış 25.05.2021-ci il tarixli 1-76-125 saylı məktubda qeyd olunmuşdur ki, Cavabdeh başçısının 27.02.2009-cu il tarixli 93 №-li, sərəncamına uyğun torpaq sahələrinin ayrılması ilə bağlı ərizələrinə Rayon İcra Hakimiyyətində baxılmışdır. Qeyriyaşayış binalarının tikintisi üçün Bakı şəhər İcra Hakimiyyəti başçısının 20.02.2009-cu il tarixli 77 №-li sərəncamı ilə Cavabdehnə aidiyyəti üzrə torpaq sahələri ayrılması tapşırılmışdır. Rayon İcra Hakimiyyəti göstərilən sərəncamın icrası olaraq 27.02.2009-cu il tarixli 93 №-li sərəncamla rayonun müxtəlif ünvanlarında nəzərdə tutulan məqsəd üçün torpaq sahələri ayırmışdır. Sonradan Bakı şəhər İcra Hakimiyyəti başçısının 12.03.2012-ci il tarixli 113 №-li sərəncamı ilə yuxarıda göstərilən 20.02.2009-cu il tarixli 77 №-li sərəncam ləğv edilmişdir. Bununla əlaqədar rayon icra hakimiyyəti başçısının 27.02.2009cu il tarixli 93 №-li sərəncamı öz qüvvəsini itirmiş hesab edilmişdir. Hazırda torpaq sahələrinin ayrılmasına dair sərəncam vermək rayon icra hakimiyyəti başçısının səlahiyyəti xaricindədir. Müraciətçiyə bununla əlaqədar aidiyyəti üzrə müraciət etməsi tövsiyyə olunmuşdur. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsaslıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İPM-nin 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçı cavabdeh inzibati orqandan maddi və mənəvi zərərin əvəzinin tutulmasını xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İşdə olan sənədlərlə cavabdehin hüquqa zidd hərəkəti nəticəsində iddiaçının fəaliyyətinin dayanması və iddiaçının gəlirdən məhrum olması təsdiq olunmur. Cavabdehin qanunsuz hərəkəti nəticəsində iddiaçıya zərər dəyməsi sübuta yetmir. Belə olduqda, iddiaçı zərərin əvəzini tələb etmək hüququna malik olmur. İddiaçının cavabdehin qanunsuz hərəkətinə görə hüququnun pozulması, pozulmuş hüququnun bərpa edilməsi üçün çəkdiyi və çəkməli olduğu xərclər də öz təsdiqini tapmır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il 7 №li Qərarında məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər fərdin hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, həm də əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmədə mənəvi zərərlə bağlı işə baxılarkən zərərçəkmiş şəxsin mənəvi və fiziki iztirablar keçirməsi ilə əlaqədar zərərin hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində vurulması, zərər vuranın təqsirinin dərəcəsi və mübahisənin həlli üçün əhəmiyyət kəsb edən digər hallar ətraflı araşdırılaraq müəyyən edilməlidir. İddiaçı oğlu hazırki iş üzrə cavabdeh inzibati orqan tərəfindən tərəfindən ona mənəvi ziyan vurulması barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarına və tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-7334/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7334/2021
05.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver