Məhkəmə qərarları › İş №2-1(112)-7335/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7335/2024

29.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7335/2024 29.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, Qurbanlı Elnur Qubad oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh 6 saylı Bakı Cavabdehnə qarşı “İddiaçı adının “Güləbəsdə”dən “Güləbəstə”yə, soyadının “Cəbrayılova”dan “İbrahimova”ya və ata adının “Seyfəddil”dən “Seyfəddin”ə dəyişdirilməsi doğlum haqqında akt qeydində düzəlişin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İ. Mübahisənin predmeti 1.İddiaçı cavabdeh 6 saylı Bakı Cavabdehnə qarşı “soyadının “İbrahimova”,adının “Güləbəstə”, ata adının “Seyfəddin, doğum tarixinin xx.xx.1950-ci il kimi qeyd edilməsi və təkrar doğum şəhadətnamənin verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4. İddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Sonradan iddia tələbinə dəqiqləşdirmə ərizəsi məhkəməyə təqdim edilmiş “İddiaçı adının “Güləbəsdə”dən “Güləbəstə”yə, soyadının “Cəbrayılova”dan “İbrahimova”ya və ata adının “Seyfəddil”dən “Seyfəddin”ə dəyişdirilməsi doğlum haqqında akt qeydində düzəlişin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsi xahiş edilmişdir. Məhkəmənin 29 iyul 2024-cü il tarixli qərardadı ilə, iddia tələbinin dəqiqləşdirilməsinə dair iddiaçının ərizəsi məhkəmə icraatına qəbul edilmişdir. 2.İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı xx xxxxxx 1950-ci ildə Cəbrayıl rayonunun Dağtumas kəndində anadan olmuş, 16 oktyabr 1971-ci ildə X5 ilə rəsmi nikaha daxil olmuşdur. Nikah haqqında şəhadətnamədə soyadı “İbrahimova” adı “Güləbəstə”, ata adı “Seyfəddin”, doğum tarixi “xx.xx.1950”-ci il qeyd olunmuşdur. Nikah bağlandıqdan sonra ona İbrahimova soyadı verilmişdir. X4 xx.xx.2023-cü il tarixdə ölmüşdür. Şəxsiyyət vəsiqəsində də soyadı “İbrahimova” adı “Güləbəstə”, ata adı “Seyfəddin”, doğum tarixi “xx.xx.1950”-ci il qeyd olunmuşdur. İddiaçı doğum haqqında şəhadətnaməsini itirmiş, yenidən verilməsi üçün cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən isə doğum akt qeydində soyadı “Cəbrayılova”, adı “Güləbəsdə”, ata adı “Seyfədil”, doğum tarixi isə “xx.xx.1951”-ci il qeyd edildiyi aşkarlanmışdır. İddiaçı hüquqi faktın müəyyən edilməsi üçün Bakı şəhəri Xətai rayon Məhkəməsinə müraciət etsə də, iddia ərizəsi geri qaytarılmışdır. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. 3.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci mаddəsinə əsаsən verilmiş məhkəmə sərəncamı ilə iddiаyа dаir münasibət (еtirаz) təqdim edilməsi tələb edilsə də sərəncam icra edilməmiş, iddiaya dair etiraz məhkəməyə təqdim edilməmişdir. İİ. İddianın növü və mümkünlüyü

4. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

İİİ. Məhkəmə iclasında iştirak edən tərəfin izahatı və tədqiq edilmiş sübutlar.

5. Аzərbаycаn Rеspublikаsının İPM-nin 62.3-cü mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cavabdeh məhkəmə bахışınа öz nümаyəndəsini göndərməmiş, məhkəmədən inzibati işə nümayəndəsi olmadan baxılmasını xahiş etmişdir. Оdur ki, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirаkı оlmаdаn bахmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının vəkili və nümayənəsinin izahat və çıxışını dinləyərək, iddia ərizəsini və işdə olan sənədləri nəzərə аlаrаq, işin fаktiki hаllаrınа və sübutlаrа qiymət vеrərək hеsаb еdir ki, iddiaçının iddiа tələbi təmin edilməlidir.

İİİ. Faktiki hallar və sübutlar::

Belə ki, iş materiallarına əlavə olunmuş: AA ******* nömrəli şəxsiyyət vəsiqəsinə əsasən, iddiaçı xx.xx.1950-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır. 6 saylı Bakı Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-16-5/8-69- 690/2023 saylı məktubuna əsasən bildirilmişdir ki, şəxsiyyət vəsiqəsində iddiaçının soyadı “İbrahimova”, adı “Güləbəstə”, ata adı “Seyfəddin”, doğum tarixi isə “xx.xx.1950”-ci il qeyd edilmiş, ona məxsus doğum akt qeydində isə, soyadı “Cəbrayılova”, adı “Güləbəsdə”, ata adı “Seyfədil”, doğum tarixi isə “xx.xx.1951”-ci il qeyd edildiyi aşkarlanmışdır. Odur ki, ziddiyətlərin aradan qaldırılması üçün məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. 6 saylı Bakı Cavabdeh xx.xx.2023-cü il tarixli, 05/09İS/083523-23 nömrəli arayışında İddiaçı ailə tərkibi məlumatlar əks etdirilmişdir. 16 noyabr 2015-ci il tarixli, 05/2-1219-01 nömrəli arayışa əsasən, X5 və İddiaçı nikahı haqqında 16 oktyabr 1971-ci il tarixdə 2 nömrəli akt qeydi tərtib olunmuş, nikah bağlandıqdan sonra ərə “Məmmədov, arvada isə “İbrahimova” soyadı verilmişdir. Məhkəmə sorğusu əsasında cavabdeh inzibati orqan tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-16-5/8-11-1061/2024 saylı cavab məktubuna əsasən bildirilmişdir ki, Azərbaycan Respubliksaı Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemindəki məlumatlar yoxlanılarkən X1 doğum haqqında akt qeydinin Cəbrayıl rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.1951-ci il tarixli 07 saylı akt qeydi ilə qeydə alındığı müəyyən edilmişdir. Əlavə olaraq qeyd edilən akt qeydinin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Məhkəmə sorğusu əsasında cavabdeh inzibati orqan tərəfindən məhkəməyə inzibati icraat materialları təqdim edilmişdir.

İV. Məhkəmənin mövqeyi

6. Məhkəmə iddiaçının izahat və çıxışını dinləyərək, iddia ərizəsini nəzərdən keçirərək, iş materiallarını mövcud maddi və prosessual hüquq normalarına əsasən tədqiq edərək, hesab edir ki, iddia tələbi təmin edilməlidir.

7. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən:

26.1. Hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. 26.2. Fiziki şəxs hüquq və vəzifələri öz adı ilə əldə edir və həyata keçirir. 26.3. Qanunla nəzərdə tutulmuş hallarda və qaydada fiziki şəxs təxəllüsdən (uydurma addan) istifadə edə bilər. 26.4. Fiziki şəxsin qanunla müəyyənləşdirilmiş qaydada öz adını dəyişdirmək ixtiyarı vardır. Fiziki şəxsin adını dəyişdirməsi, onun əvvəlki adı ilə əldə etdiyi hüquq və vəzifələrə xitam vermir və ya bunları dəyişdirmir. Fiziki şəxs adını dəyişdirməsi barədə öz borclularına və kreditorlarına məlumat verməlidir və adının dəyişməsi barədə həmin şəxslərdə məlumatın olmamasının doğurduğu nəticələrin riskini daşıyır. Adını dəyişdirmiş fiziki şəxsin ixtiyarı vardır ki, əvvəlki adına rəsmiləşdirilmiş sənədlərdə öz hesabına müvafiq dəyişikliklər aparılmasını tələb etsin. 26.5. Fiziki şəxsin doğularkən aldığı ad, habelə adını dəyişdirməsi vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı üçün müəyyənləşdirilmiş qaydada qeydə alınmalıdır.

8. Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən:

159.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş akt qeydlərini bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. 161.1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir. 161.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. 162.2. İtmiş akt qeydinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir.

9. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”na əsasən:

- 1.4. qeydiyyat şöbəsi və konsulluq idarəsi fəaliyyət istiqamətinə uyğun olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi (bundan sonra – Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sistemi) vasitəsilə doğumun, nigahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. - 7.2. bəndinə əsasən ad, ata adı və soyad dəyişdirildikdə, qeydiyyat şöbəsi və ya konsulluq idarəsi tərəfindən bu barədə akt qeydi tərtib edilməklə qeydiyyat aparılır.

İşin faktiki hallarına əsasən ilkin vətəndaşlıq vəziyyəti aktı olan doğum haqqında akt qeydində iddiaçının soyadı “Cəbrayılova”, adı “Güləbəsdə”, ata adı “Seyfədil”, doğum tarixi isə “xx.xx.1951”-ci il göstərilsə də, iddiaçıya məxsus digər sənədlərdə (şəxsiyyət vəsiqəsi, nikah haqqında şəhadətnamə və.s) adı “Güləbəstə”, soyadı “İbrahimova”, ata adı “Seyfəddin” göstərilmişdir. Sənədlərdə olan uyğunsuzluğu aradan qaldırılması üçün iddiaçı yetkinlik yaşına çatmış şəxs olduğundan yuxarıda istinad edilən normalara əsasən hazırki iddia tələbində haqlıdır.

12. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

13. Məhkəmə yuxarıda qeyd edilən halları və qanunvericilik normalarını rəhbər tutaraq hеsаb еdir ki, iddia tələbi təmin edilməli, İddiaçı adının “Güləbəsdə”dən “Güləbəstə”yə, soyadının “Cəbrayılova”dan “İbrahimova”ya və ata adının “Seyfəddil”dən(Seyfədildən) “Seyfəddin”ə dəyişdirilməsi doğum haqqında akt qeydində düzəlişin edilməsi vəzifəsi cavabdeh 6 saylı “Asan Xidmət’ Mərkəzi Qeydiyyat şöbəsinə həvalə edilməlidir. 14.Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə -vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

15. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 2, 34, 68, 69, 85 və 110-cu mаddələrini rəhbər tutаrаq

QƏRАRА АLDİ: İddia tələbi təmin edilsin. İddiaçı adının “Güləbəsdə”dən “Güləbəstə”yə, soyadının “Cəbrayılova”dan “İbrahimova”ya və ata adının “Seyfəddil”dən “Seyfəddin”ə dəyişdirilməsi doğlum haqqında akt qeydində düzəlişin edilməsi vəzifəsi cavabdeh 6 saylı “Asan Xidmət’ Mərkəzi Qeydiyyat şöbəsinə həvalə edilsin. Qərаrdаn şikаyət qərаrın tаm fоrmаdа təqdim оlunduğu gündən 30 gün müddətində Bаkı şəhəri, Z.Хəlilоv, 540-cı məhəllə ünvаndа yеrləşən Bаkı Аpеllyаsiyа Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibаti Məhkəməsi vаsitəsilə vеrilə bilər.

Hаkim Miminаt Hаcıbəyоvа

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar