Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7337/2023 05.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına qarşı “güzəştli şərtlərlə pensiyanın təyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X3 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına qarşı güzəştli şərtlərlə pensiyanın təyin edilməsi tələbinə dair iddiası üzrə inzibati işə 5 may 2023-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.1957-ci il təvəllüdlüdür. 3326040 № li Hərbi biletin notarial qaydada təsdiq edilmiş surətinə əsasən iddiaçı xx.xx.1976-cı ildən xx.xx.1978-ci ilədək SSSR silahlı qüvvələrində hərbi xidmətdə olmuşdur. ИТ-İ ******* № li Əmək Kitabçasının notarial qaydada təsdiq edilmiş surətinə əsasən iddiaçı: xx.xx.1978-ci ildən xx.xx.1987-ci ilədək X2 İdarəsinin Əzizbəyov sahəsində yük avtomobilinin sürücüsü peşəsində işləmişdir. xx.xx.1987-ci ildən xx.xx.1989-cu ilədək H.Z.Tağıyev adına Neft və Qazçıxarma İdarəsində avtomobil sürücüsü peşəsində işləmişdir. xx.xx.1989-cu ildən xx.xx.1998-ci ilədək X4 Sexində yuyucu aqreqatın maşinisti peşəsində işləmişdir. xx.xx.1998-ci ildən xx.xx.2002-ci ilədək X4 İdarəsində yuyucu aqreqatın maşinisti peşəsində işləmişdir. xx.xx.2002-ci ildən xx.xx.2002-ci ilədək 1 № li Zeytun Sovxozunda yük avtomaşının sürücüsü peşəsində işləmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra – cavabdeh) ərizə ilə müraciət edərək, ona 57 yaşının tamam olduğu xx.xx.2014-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, təqdim edilmiş sənədlərdən göründüyü kimi güzəştli iş stajınız 12 il 6 aydan az (12 il 5 ay 8 gün) təşkil edir. Ona görə də, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Bundan sonra iddiaçı cavabdehə qarşı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək güzəştli şərtlərlə pensiya təyinatının təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək hüququnun yarandığı vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin iclasında protokol qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, 20 may 1976-cı ildən 12 iyun 1978-ci ilədək SSSR Silahlı qüvvələrində hərbi xidmətdə olub. Hərbi xidməti başa vurduqdan sonra “Azneft” Birliyinin Suraxanı İdarəsində 3-cü dərəcəli yük avtomobilinin sürücüsü kimi işə qəbul olunub. Bu sahə zərərli sahə hesab olunur. Belə ki, işlədiyi avtomobil qazılan dərin neft quyularına xidmət göstərirdi və məşğul olduğu sahə zərərli sahə hesab olunurdu, istismar etdiyi avtomobil xüsusi texniki təyinatlı avtomobil olub, daim yaxınlığında yerləşən quyuların qazılmasına xidmət edirdi. Həmçinin quyuda görülən işlər yüksək təhlükə mənbəli işlər idi. Belə iş şəraitinə malik olan sahədə 15 avqust 1978-ci ildən xx.xx.1980-ci ilədək işləmiş, həmin tarixdən isə “Azneftin” Kalinin adına idarəsində texnoloji nəqliyyat sahəsində işə götürülüb. xx.xx.1989-cu ildə yenidən yuyucu aqreqatının 5-ci dərəcəli maşinisti təyin olunub. Bu zərərli sahədə 2002-ci ilin 16 may tarixinədək işləyib. Cavabdehin imtinası qanunsuzdur, belə ki, o, xx.xx.1978-ci ildə X2 İdarəsinin Əzizbəyov sahəsinə yük avtomobilinin 3-cü sürücü peşəsinə işə qəbul edilib və X4 idarəsində xx.xx.1986-cı il tarixədək (zərərli iş sahəsi hesab olunur) işləyib. İddia ərizəsinə əlavə edilən 07/09 saylı xx.xx.2015-ci il tarixli H.Z.Tağıyev adına NQÇİ-nin təqdim etdiyi rəsmi sənədlə müəyyən edilir ki, onun bu peşədə işləməyi AR Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq etdiyi “güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərinin siyahısı”nın 10-cu “Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı” bölməsinə 10.2 ”neft və qaz kondesantının hasilatı yarımbölməsinə əsasən yaşa görə güzəştli şərtlərlə pensiya təyin olunması hüququnu verir. Ona verilən əmək kitabçasında xx.xx.1989-cu ildən zərərli iş sahəsinə keçirilməyi barədə əmr imzalansa da, onun bu sahədə faktiki işləməyi daha əvvələ, həmin ilin iyul-avqust aylarına təsadüf olunur. İddia tələbinə etirazın əsasları: Cavabdeh iddiaya yazılı etirazını məhkəməyə təqdim edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı qanunvericiliklə tələb olunan ümumi stajının azı 12 il 6 ayını güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən işlərdə çalışmamışdır. Belə ki, iddiaçı xx.xx.1989-xx.xx.2002-ci illər (12 il 5 ay 8 gün) zərərli işlərdə çalışdığı üçün həmin dövrlər onun güzəştli stajına daxil edilmişdir. Qeyd olunan səbəbdən iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az, yəni 12 il 5 ay 8 gün təşkil edir və iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Tərəflərin iştirakı və izahatları: İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Hazırki iddianın növü məcburetmə haqqında iddiadır. İPM-in 2.1 və 2.2.2-ci maddələrinə görə inzibati məhkəmə icraatında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin hallarına görə, iddiaçı ona yaşa görə əmək pensiya təyin olunması üçün cavabdeh orqana müraciət etmiş, cavabdeh onun müraciətini təmin etməkdən imtina edərək bildirilmişdir ki, güzəştli iş stajı 12 il 6 aydan az (12 il 05 ay 08 gün (xx.xx.1989xx.xx.2002-ci il tarixləri arasındakı dövr) təşkil edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə görə, Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. xx.xx.2007-ci ilədək qüvvədə olmuş “X1 haqqında” Qanunun 13-cü maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa. Qanunun 12-ci maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Sözügedən maddələrin məzmunundan aydın olur ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün, 2 əsas eyni anda mövcud olmalıdır: İddiaçının yaşı bu ganunda göstərilən yaş həddinə çatmalıdır; Azı 25 il sığorta stajına malik olmalı və bu müddətin azı 12 il 6 ayını güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən işlərdə çalışmalıdır. İddiaçı xx.xx.1957-ci il tarixdə doğulmuş və xx.xx.2014-cü il tarixdə (57 yaş) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq üçün tələb olunan yaş həddinə çatmışdır. İkinci əsasla bağlı qeyd olunmalıdır ki, iddiaçı qanunvericiliklə tələb olunan 25 il ümumi stajı da cavabdeh tərəfindən mübahisələndirilmir. İşin mübahisələndirilməyən hallarına görə iddiaçı iki il hərbi xidmət dövrü nəzərə alınmaqla xx.xx.1978 il tarixdən xx.xx.2002-ci il tarixədək müxtəlif müəssisələrdə işləmiş və ümumi iş stajı 25 ildən artıqdır. Hazırkı işin mübahisəli halı iddiaçının 12 il 6 ay xüsusi (güzəştli) stajının olmasıdır. İddiaçının xx.xx.1989-xx.xx.2002-ci illər (12 il 5 ay 8 gün) yuyucu aqreqatın maşinisti peşəsində çalışdığı dövrlər mübahisələndirilmir və onun güzəştli stajına daxil edilmişdir. Lakin iddiaçının xx.xx.1978-ci ildən X2 İdarəsinin Əzizbəyov sahəsində yük avtomobilinin sürücüsü peşəsində işlədiyi dövrlər cavabdeh tərəfindən mübahisələndirilir və cavabdeh hesab edir ki, iddiaçının həmin dövrlərdə yük avtomobilinin sürücüsü və avtomobil sürücüsü kimi işlədiyi peşələr ona Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahılara uyğun vəzifələrə aid edilmir. İddiaçının təqdim etdiyi X4 İdarəsinin xx.xx.1998-ci il tarixli 13 №-li arayışında qeyd edilmişdir ki, iddiaçı xx.xx.1987-ci ildən “ЗИЛ 130” markalı 55-26 АГШ nömrəli avtomaşında 5-ci dərəcəli sürücü vəzifəsində işləyir. Məhkəmənin sorğusuna cavab olaraq SOCAR-dan məhkənəyə daxil olmuş xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, iddiaçı X2 İdarəsinin Əzəzbəyov sahəsində xx.xx.1978-ci il tarixdən xx.xx.1987-ci il tarixədək yük avtomobilinin sürücüsü, H.Z.Tağıyev adına Neft və Qazçıxarma idarəsinin (əvvəlki “Əzizbəyovneft” NQÇİ) X4 idarəsində xx.xx.1987-ci il tarixdən xx.xx.1989-cu il tarixədək avtomobil sürücüsü, xx.xx.1989-cu il tarixdən xx.xx.1995-ci il tarixədək X4 sexində xx.xx.1995-ci il tarixdən xx.xx.1998-ci il tarixədək X4 İdarəsində xx.xx.1998-ci il tarixdən xx.xx.2002-ci il tarixədək yuyucu aqreqatın maşinisti peşəsində işləmişdir. İddiaçının xx.xx.1989-cu tarixdən xx.xx.2002-ci il tarixədək (12 il 05 ay 08 gün) işlədiyi yuyucu aqreqatının maşinisti peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının 10-cu “Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı” bölməsinin 10.2-ci “Neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsi” yarımbölməsində qeyd edilmiş “yuyucu aqreqatların maşinistləri” peşəsi ilə, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq etdiyi “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısının 12-ci “Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı” bölməsinin 2-ci “Neft-qaz və qaz kondensatının hasilatı” yarımbölməsinin “a” (fəhlələr) bəndində 2130200a-14065 kodu ilə qeyd edilmiş “yuyucu aqreqatların maşinistləri” peşəsi ilə eynilik təşkil edir. Məktubda həmçinin qeyd edilmişdir ki, iddiaçının işlədiyi idarə ləğv edilmişdir və vəzifə peşə təlimatları “Azneft” İstehsalat Birliyinin arxivinə təhvil verilməmişdir. Oxşar iş yeri olaraq 1 saylı İxtisaslaşdırılmış Neft- Mədən Xüsusi Texnika İdarəsində mövcud olan eyniadlı peşələrin təlimatını məhkəməyə təqdim edilmişdir. Məktubda qeyd edilmişdir ki, H.Z.Tağıyev adına Neft və Qazçıxarma İdarəsinin Texnoloji nəqliyyat sexinin “iş yerlərinin attestasiyası” sənədləri Mərkəzi arxivdə saxlanmadığına görə İddiaçı zərərli əmək şəraitində işləyib-işləməməsi haqqında məlumat vermək imkanlarımız xaricindədər. Eyni zamanda, onun işlədiyi avtomobil sürücüsü peşələsində hal-hazırda işləyən işçilərin tarif (vəzifə) maaşına zərərli əmək şəraitinə görə əlavə haqq ödənilmir. Amma yuyucu aqreqatın maşinisti peşəsində işləyən işçilərin tarif (vəzifə) maaşına zərərli əmək şəraitində işlədiiklərinə görə 1.04 (4%) artım əmsalı tətbiq edilmişdir. Göründüyü kimi müəssisə tərəfindən verilən arayışda da iddiaçının yuyucu aqreqatın maşinisti peşəsinin güzəştli staja daxil eidlməklə 12 il 05 ay 08 gün güzəştli şərtlərlə işlədiyi qeyd edilmişdir. Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. Qeyd olunmalıdır ki, sözügedən arayış güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə qanunla tələb edilən müddətdə (hazırkı halda azı 12 il 6 ay) çalışmasını müəyyən etməyə imkan verməlidir. Qeyd olunanlara əsasən, iddiaçı tərəfindən təqdim edilən əmək kitabçasına və arayışlara əsasən iddiaçının xx.xx.1989-cu il tarixdən xx.xx.2002-ci il tarixədək (12 il 05 ay 08 gün) “yuyucu aqreqatın maşinisti” peşəsində işlədiyi dövr onun güzəştli stajına daxil edilmişdir. İddiaçıya güzəştli stajı qanunvericiliyin tələblərinə əsasən 12 il 06 aydan az olduğu üçün ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün hesab edilmir. İddiaçı iddia ərizəsində və məhkəmə iclaslarında onun işlədiyi avtomobil sürücüsü vəzifəsinin də zərərli iş hesab edilməsi və əmək kitabçasında xx.xx.1989-cu il göstərilməsinə baxmayaraq həmin peşədə faktiki olaraq daha əvvəl işlədiyi qeyd edilsə də, iddiaçının iddia tələbinin əsası kimi istinad etiyi bu hallar onun izahatlarından başqa hər hansı digər sübutlarla öz təsdiqini tapmır. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına qarşı güzəştli şərtlərlə pensiyanın təyin edilməsi barədə iddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №2-1(112)-7337/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7337/2023
05.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver