Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7337/2025 15.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, Tərəflərin iştirakı olmadam, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı iddia ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, 3-21-2-3/2-4640/2025 saylı elektron kameral hesablama barədə qərarın ləğv olunması, həmin qərarla əlavə hesablanmış 2099,10 manat məbləğində gəlir vergisinin və ona hesablanmış faizlərin silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, 2022-ci ildə sahibkarlıq fəaliyyəti dayandırıldığına və eyni zamanda asan imza nömrəsinin işləmədiyinə görə iddiaçı tərəfindən 2022-ci il üzrə gəlir vergisi bəyannaməsi vaxtında verilməmişdir. Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə anoloji hesablama aparılaraq iddiaçıya 2022-ci il üzrə 2096,90 manat məbləğində gəlir vergisi hesablanmışdır. Sonradan iddiaçı tərəfindən 2022-ci il üzrə gəlir vergisi bəyannaməsi, daha sonra isə dəqiqləşdirilmiş bəyannamələr verilərək vergi məbləğinin 687,70 manat məbləğində təqdim edilməsinə baxmayaraq cavabdeh həmin məbləğlə razılaşmayaraq kameral vergi yoxlaması açmış və xx.xx.2025-ci il tarixli, 3-21-2-3/2- 4640/2025 saylı elektron kameral hesablama barədə qərar qəbul etmişdir. Həmin qərara əsasən iddiaçıya 2022-ci il üzrə əlavə olaraq 2099,10 manat məbləğində gəlir vergisi hesablanmışdır. Cavabdeh təqdim etdiyi bəyannamələrə nəzər yetirsəydi 2022-ci ildə qüvvədə olmuş AR Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinə uyğun olaraq 2022-ci il üzrə gəlirinin 75 faizi gəlir vergisindən azad ediləcəkdi və iddiaçının dövlət büdcəsinə heç bir borcu olmayacaqdı. Həmin qərar xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsilə iddiaçıya göndərilmişdir. Adı gedən kameral qərarla iddiaçıya hesablanmış 2099,10 manat məbləğində əlavə gəlir vergisi əsassızdır. Belə ki, iddiaçı 2022-ci il üzrə gəlir vergisi bəyannaməsini və dəqiqləşdirilmiş bəyannamələri 2022-ci ildə qüvvədə olan AR Vergi Məcəlləsinə əsaslanaraq vergi orqanına təqdim etmişdir. İddiaçı sonuncu dəqiqləşdirilmiş bəyannaməyə əsasən 2022-ci ildə bank hesabına daxil olmuş 14195 manat məbləğində gəlirdən xərclər çıxılmaqla qalan məbləğin 75%-nə güzəşt tətbiq olunduğuna görə gəlir vergisini yerdə qalan məbləğə hesablamış və həmin məbləği dövlət büdcəsinə ödəmişdir. Lakin bəyannaməni təqdim etdiyi tarixdən bu günə kimi 2022-ci ildə qüvvədə olan AR Vergi Məcəlləsinin 102.1.30-cu maddəsində nəzərdə tutulmuş güzəştlər iddiaçıya münasibətdə tətbiq edilməli olduğu halda tətbiq edilməmiş və adı gedən kameral qərarla həmin güzəşt tətbiq edilmədən iddiaçıya əsassız olaraq 2099,10 manat məbləğində əlavə gəlir vergisi hesablanmışdır.
3. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd olunmuşdur ki, vergi ödəyicisi tərəfindən 2022-ci il üzrə təqdim edilmiş Gəlir vergisi bəyannaməsi üzrə gəlirlərin 14195.0 manat olmasına baxmayaraq hesablanmış vergi məbləğləri azaldılmaqla təqdim edildiyindən kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd olunanlarla əlaqədar nəzərə çatdırılır ki, müraciətdə qeyd olunan məsələnin tam, obyektiv və hərtərəfli araşdırılması məqsədilə iş üçün əhəmiyyət kəsb edən məlumat və sənədlərin (sübutların), müqavilələrin, bank hesablarından çıxarışı (bank idarəsi tərəfindən təsdiq edilmiş şəkildə), satış üzrə təsdiqedici sənədlər və zəruri hesab etdiyiniz digər sənədlər əlavə edilməklə ətraflı izahat məktubunun və ya kənarlaşmaları aradan qaldırılmaqla dəqiqləşdirilmiş bəyannaməsinin təqdim edilməsi tövsiyə olunur. Nəzərə çatdırılır ki, vergi ödəyicisi tərəfindən təqdim ediləcək bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət aşkar ediləcəyi təqdirdə vergi orqanının Vergi Məcəlləsinin 37-ci və 83-cü maddələrinin tələblərinə əsasən öhdəlikləri yenidən hesablamaq hüququ vardır. Vergi qanunvericiliyi və inzibatçılığı, sığorta haqlarının hesablanmasına və ödənilməsinə münasibətdə sosial sığorta, işsizlikdən sığorta və tibbi sığorta qanunvericilikləri ilə bağlı əlavə məlumat almaq üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin internet saytına (www.taxes.gov.az), Çağrı Mərkəzinə (195) və ya xidmət mərkəzlərinə müraciət edilə bilər.
4. “Vergilərin, sosia sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2025ci il tarixli, 3-21-2-3/2-4640/2025 nömrəli Qərara əsasən: Bəyannamə və hesabat növü: Gəlir vergisi Bəyannamə və hesabat dövrü: 2022-ci il Təqdim edilmiş bəyannamə, hesabat üzrə iddiaçı tərəfindən hesablanmış vergi və ya sığorta haqqı – 687,70 manat Vergi orqanı tərəfindən aparılmı kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı – 2.786,80 manat Kameral yoxlama nəticəsində əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği – 2.099,10 manat
5. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən yazılı vəsatətdə qeyd olunmuşdur ki, İddiaçı (VÖEN: **********) cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2025- ci il tarixli № 3-21-2-3/2-4640/2025 saylı qərarın ləğvini və həmin qərar ilə hesablanmış 2099,10 AZN gəlir vergisinin və ona hesablanmış faizlərin silinməsini xahiş etmişdir. Bildiririk ki, vergi ödəyicisi tərəfindən xx.xx.2025-ci il tarixdə 2022-ci ilin gəlir vergisi üzrə dəqiqləşmiş bəyannamə təqdim edilmiş və vergi ödəyicisinin təqdim etdiyi bəyannamə üzrə hesablanmış vergi məbləği vergi orqanı tərəfindən qəbul edilmiş və xx.xx.2025-ci il tarixli 3-21-2-3/2-4640/2025 saylı qərar ləğv edilərək müvafiq azalmalar X2ndə öz əksini tapmışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Həmin məcəllənin 67.3-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Yuxarıda göstərilənləri nəzərə alaraq İddiaçı iddia tələbi üzrə üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsi xahiş edilir.
6. İddiaçı (VÖEN: **********) məxsus X2 iş materiallarına əlavə olunmuşdur.
7. İnzibati Prosessual Məcəllədən: 67.1. Mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. 67.2. Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. 67.3. Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir.
8. Məhkəmə müəyyən edir ki, İddiaçı (VÖEN: **********) məxsus X1 əsasən vergi ödəyicisinin (iddiaçının) vergi borcu 0,00 manat qeyd olunmuşdur. İddiaçının tələbi təmin olunduğundan işin mahiyyəti üzrə mübahisə artıq mövcud deyil. Odur ki, iş üzrə icraata xitam verilməlidir.
9. Göstərilənlərə əsasən və İPM-in 67.1, 67.3, 83.1 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva