Məhkəmə qərarları › İş №2-1(112)-7338/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7338/2023

29.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7338/2023 29.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, X3 kаtibliyi, İddiaçı3 və onun qanuni nümayəndəsi İddiaçı1 iştirakı ilə, iddiaçılar İddiaçı2 və İddiaçı3 cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusuna görə vahid aylıq müavinətin verilməsi” tələbi bаrədə iddia ərizəsi üzrə inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq MÜƏYYƏN ЕTDİ: I. Mübahisənin predmeti

1. İddiaçılar İddiaçı2 və İddiaçı3 cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinə qarşı “2021-ci ilin iyun ayından hesablanmaqla xx.xx.2003-cü il təvəllüdlü İddiaçı2 və xx.xx.2005-ci il təvəllüdlü İddiaçı3 məcburi köçkün statusuna görə vahid aylıq müavinətin verilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdirlər.

2. İddiа tələbi оnunlа əsаslаndırılmışdır ki, iddiaçıların anası 1993-cü ildə Cəbrayıl rayonu işğal olunduğu gündən məcburi köçkün düşmüş, məcburi köçkün statusuna malik olmaqla müvafiq vəsiqəyə malikdir. İddiaçılar məcburi köçkün statusuna malik olmamış, 2021-ci ildə Bakı İnzibati Məhkəməsində məcburi köçkün vəsiqəsinin verilməsi vəzifəsinin Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin üzərinə qoyulması barədə iddia qaldırmışlar. Məhkəmənin 2-1(112)-7279/2021 saylı, 06 sentyabr 2021-ci il tarxli qərarı ilə iddia təmin edilmədiyindən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)- 629/2022 saylı, xx.xx.2022-ci il tarixli Qərarı ilə şikayət təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, İddiaçı2 və İddiaçı3 məcburi köçkün statausunun və onu təsdiq edən vəsiqənin verilməsi barədə qərar qəbul edilmişdir. Qərardan Cavabdeh tərəfindən kassasiya şikayəti verilmiş, lakin Ali Məhkəmə kassasiya şikayətini təmin etməmişdir.Nəticədə Apellyasiya Məhkəməsinin Qərarı qanuni qüvvəsini almışdır. Respublikanın adından çıxarılmış məhkəmənin Qərarı ilə müvafiq öhdəliyin komitənin üzərinə qoyulmasına baxmayaraq bugünədək iddiaçılara müavinət verilmir. Müavinətin alınması ilə bağlı Cəbrayıl rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıqda icra hakimiyyəti 5- 40/2-33/2023 saylı, 25 yanvar 2023-cü il tarixli məktubu ilə 2022-ci ilin sentyabr-oktyabr aylarında sənədlərin komitəyə təqdim edildiyini, lakin komitədə olan komissiyanının sənədləri araşdırdıqdan sonra vahid aylıq müavinəti təyin etmədiyini bildirmişdir. İddiaçılar göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişlər.

3. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 47-ci mаddəsinə uyğun olaraq verilmiş məhkəmə sərəncamına əsasən cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı iddiаyа dаir еtirаzını və etiraza əlavəni təqdim edərək göstərmişdir ki, İddiaçı2, İddiaçı3 anası İddiaçı1 övladlarına vahid aylıq müavinətin verilməsi ilə əlaqədar Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinə müraciəti Komitənin xx.xx.2022-ci il tarixli 01/6769 nömrəli məktubu ilə cavablandırılaraq, “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”na müvafiq olaraq aidiyyəti olaraq baxılması üçün Cəbrayıl Rayon İcra Hakimiyyətinə göndərilmişdir. İddiaçılara vahid aylıq müavinətin verilməsindən imtina olunması tam əsaslı və qanunvericiliyin tələbinə uyğun olmuşdur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 2.6cı bəndinə əsasən, valideynlərindən biri məcburi köçkün statusuna malik olmayan uşaqlara vahid aylıq müavinət şamil olunmur. Aparılmış araşdırma zamanı, iddiaçılar İddiaçı2, İddiaçı3 atası X4 məcburi köçkün statusuna malik olmadığı və hazırda ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olması, İddiaçı2, İddiaçı3 anası X1 isə yaşayış yeri üzrə ünvan 2i ünvanında yaşayış yeri üzrə qeydiyyatda olaraq, məcburi köçkün statusunu təsdiq edən vəsiqəyə malik olduğu müəyyən olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2021-ci il 30 iyul tarixli 2-1 (102)-710/2021 saylı qərarı ilə dəyişdirilmədən saxlanılmış, üçüncü şəxs Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsi tərəfindən Gəncə Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(104/-463/2020 saylı 24 sentyabr 2020-ci il tarixli qərarından verilmiş kassasiya şikayəti qismən təmin olunmuşdur. Kollegiya öz qərarını aşağıdakı kimi əsaslandırmışdır: “Məhkəmə kollegiyası yuxarıda yazılan mövqe ilə razılaşmayaraq bildirir ki, “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət bücəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası” təsdiq edildiyi zaman məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün aylıq müavinətin ödənilməsinin yeni şərtləri müəyyən edilmişdir. Belə ki, əvvəlki qanunvericiliklə (“Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən vahid aylıq müavinətin payianmasına dair Təlimat”) nəzərdə tutulan şərtlər bir qədər dəyişdirilmişdir. Aşağı instansiya məhkəmələrinin mövqeyindən belə məlum olur ki, “məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət bücəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası” onun qəbul edildiyi gündən sonra aylıq müavinət almaq hüququ yaranmış şəxslərə münasibətdə tətbiq edilməlidir. Halbuki sözügedən qaydaların müddəalarının təhlili onu göstərir ki, həmin müddəaların Qaydalar qəbul olunanadək aylıq müavinət almaq hüququ yaranmış şəxslərə münasibətdə tətbiq edilməsi nəzərdə tutulub. Digər tərəfdən aşağı instansiya məhkəmələrinin mövqeyi haqlı hesab olunsa, Qaydalardakı bəzi müddəaların (məs: Qaydaların 1.1-ci bəndinə əsasən, ərazisi işğal olunmuş rayonda yaşayış yeri üzrə qeydiyyatda olub, respublika ərazisində yaşayan, “məcburi köçkün” statusuna malik olan şəxslərə aylıq müavinət verilir) nəzərdə tutulmasının əhəmiyyəti qalmır. Belə ki, məsələn, 2017-ci ildən sonra (Qaydalar qəbul edildikdən sonra) ərazisi işğal olunmuş rayonda yaşayış yeri üzrə qeydiyyatda olub, respublika ərazisində yaşayan, “məcburi köçkün” statusuna malik olan yeni şəxslərin olması mümkün deyil. Başqa sözlə qanunvericinin iradə ifadəsi də aylıq müavinətin verilməsi əsaslarının yenidən müəyyən edməli olmuşdur ki, bu səbəblə də yeni yanaşma əsasında qanunvericilik dəyişilmişdir. Bu baxımdan, məhkəmə kollegiyası iddiaçıya və qızına münasibətdə hazırda qüvvədə olan qanunvericilik aktlarının tətbiqini qanuni hesab edir. Belə olan halda iddiaçının qızının yeni tənzimləməyə əsasən, aylıq müavinət almaq hüququ yoxdur”. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.

İİ. İddianın növü və mümkünlüyü

4. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

5. Hazırda iddiaçıların iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçılar cavabdehə müraciət etmiş və imtina cavabı almışlar, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçılar subyektiv hüquqa malik olmuşdur.

6. Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

7. İnzibati Prosessual Məcəllənin 62.3-cü mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cavabdeh məhkəmə bахışında nümayəndəsinin iştirakını təmin etməmişdir. Odur ki, məhkəmə işə cavabdehin iştirakı olmadan baxmışdır.

İş materiallarında olan sənədlər.

AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən İddiaçı3 xx.xx.2005-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır. AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən İddiaçı2 xx.xx.2003-cü il tarixli Azərbaycan Respublikası vətəndaşıdır. AA 475205 nömrəli və AA 475204 nömrəli “Məcburi köçkün vəsiqəsi”nin surətinə əsasən, İddiaçı2 və X5 məcburi köçkün statusuna malikdirlər. Cəbrayıl rayon İcra Hakimiyyəti başçısı müavininin İddiaçı1 ünvanladığı 5-40/2- 33/2023 saylı, 25 yanvar 2023-cü il tarixli məktubunda bildirilmişdir ki, İddiaçı2 və İddiaçı3 vahid aylıq müavinətlərin verilməsi üçün qeydiyyatda olduğu Hovuslu kənd İƏD üzrə nümayəndəliyinə təqdim edilən sənədlər Cəbrayıl rayon İcra Hakimiyyəti tərəfindən hesabata əlavə edilmiş və 2022-ci ilin sentyabr-oktyabr aylarında Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinə təqdim edilmişdir. Komitədə vahid aylıq müavinətlə bağlı fəaliyyət göstərən komissiya sənədləri araşdırarkən həyat yoldaşının məcburi köçkün vəsiqəsinin olmadığını əsas gətirərək vahid aylıq müavinət təyin etməmişdir. Məhkəmə sorğusu əsasında Cəbrayıl rayon İcra Hakimiyyəti başçısı müavinin məhkəməyə ünvanladığı 5-40/2-453/2023 saylı, 27 iyul 2023-cü il tarixli sorğuya cavab məktubuna əsasən bildirilmişdir ki, vətəndaşlara vahid aylıq müavinətin ödənilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi qaydası"na əsasən Qaçqınların və X2 Üzrə Dövlət Komitəsi tərəfindən həyata keçrilir. Cəbrayıl rayonunun İsaqlı kənd sakiniləri, xx.xx.2003-cü il təvəllüdlü İddiaçı2 və xx.xx.2005-ci il təvəllüdlü İddiaçı3 məcburi köçkün vəsiqələrinin olmadığı üçün onların adları vahid aylıq müavinət alanların adlı siyahısına daxil edilməmişdir. Sonradan vahid aylıq müavinətlərinin bərpa edilməsi məqsədi ilə Cəbrayıl RİHB-nın Hovuslu kənd İƏD üzrə nümayəndəliyinə təqdim etdikləri sənədlər və məcburi köçkün vəsiqələrinin surətləri hesabata əlavə edilmiş və 2022-ci ilin sentyabr və oktyabr aylarında Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinə təqdim edilmişdir. Komitədə vahid aylıq müavinətlə bağlı fəaliyyət göstərən komissiya sənədləri araşdırarkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi qaydasf’na əsasən hər iki valdeyni məcburi köçkün statusu olan uşaqlara vahid aylıq müavinətin verildiyi əsas gətirərək, xx.xx.2003-cü il təvəllüdlü İddiaçı2 və xx.xx.2005-ci il təvəllüdlü İddiaçı3 atası köçkün olmadığı üçün, onlara vahid aylıq müavinətin verilməsin məqsədəmüafiq hesab etməmişdir

İİİ. Məhkəmənin mövqeyi

8. Məhkəmə iddiaçıların nümayəndəsinin izahat və çıxışını dinləyərək, təqdim еdilmiş sənədləri nəzərə аlаrаq, iddia tələbinə etirazı nəzərdən keçirərək, işin fаktiki hаllаrınа və sübutlаrа qiymət vеrərək hesab edir ki, iddiа tələbi əsassızdır.

9. Azərbaycan Respublikası Konstitusiyasının - 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. - 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.

10. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun - 1-ci maddəsinə əsasən məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) — Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir; - 6-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Konstitusiyasında, bu Qanunda və digər qanunvericilik aktlarında başqa hal nəzərdə tutulmayıbsa, qaçqınlar Azərbaycan Respublikası vətəndaşlarının hüquq və azadlıqlarından istifadə edir, onlarla eyni vəzifələri daşıyırlar. Qaçqın və ya məcburi köçkünün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu almış şəxsə müəyyən edilmiş qaydada aşağıdakı təminatlar verilir: haqq ödəmədən müvəqqəti yaşayış yerinə getmək və əmlakını aparmaq; müvəqqəti yaşayış yerində və xəstəxanalarda qocaların, uşaqların, əlilliyi olan şəxslərin, aztəminatlı və ailə başçısını itirmiş şəxslərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada lazımi dərman və tibb yardımı almaq; təhsil almaq; yaşayış məntəqələrində daimi yaşayan vətəndaşlarla eyni əsaslar üzrə ərzaq və sənaye malları almaq; dövlətin təyin etdiyi birdəfəlik və digər yardım almaq; xəstəlik, əlillik və ya ahıllıqla əlaqədar özünəqulluq qabiliyyəti, habelə şəxsə (ailəyə) qulluq və köməklik göstərə biləcək əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri olmayan pensiyaçıların və əlilliyi olan şəxslərin xüsusi sosial təminat müəssisələrində ilk növbədə yerləşdirilməsi; Bu Qanunla müəyyənləşdirilmiş müddətdə qaçqın və ya məcburi köçkünün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu almaq; dəymiş maddi və digər ziyanın ödənilməsi məsələsini qaldırmaq; pozulmuş hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək; əvvəlki yaşayış yerlərinə qayıtmaq hüququ. - 9-cu maddəsinə əsasən qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları qəbul edirlər. - 10-cu maddəsinə əsasən qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçməlidirlər. Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir; - 12-ci maddəsinə əsasən qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 8 iyul 1999-cu il tarixli Fərmanının 2-ci bəndinə əsasən:Qanunun 1-ci maddəsinin ikinci hissəsində, 10-cu maddəsinin birinci hissəsində (ikinci halda), 12-ci maddəsinin birinci hissəsində (ikinci halda) nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Qaçqınların və X2 üzrə Dövlət Komitəsi həyata keçirir..

11. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi” Qaydasının - 1-ci bəndinə əsasən, aylıq müavinət aşağıdakı məcburi köçkün statusu olan şəxslərə verilir: 1.1. ərazisi işğal olunmuş rayonda yaşayış yeri üzrə qeydiyyatda olub, respublika ərazisində yaşayan, “məcburi köçkün” statusuna malik olan şəxslərə (bu Qaydanın 2-ci hissəsində nəzərdə tutulan şəxslər istisna olmaqla); 1.2. hər iki valideyni “məcburi köçkün” statusuna malik olan uşaqlara; 1.3. “məcburi köçkün” statusuna malik olan valideynlərindən birini və ya hər ikisini itirmiş, həmin valideynlər arasında nikah pozulduğu halda onlardan birinin himayəsində olan, yaxud həmin valideynlərin himayəsindən məhrum olmuş uşaqlara (belə uşaqların adından yalnız himayəsində olduqları valideyn, onların qəyyumları və ya himayəçiləri çıxış edirlər); 1.4. məcburi köçkünlüyü yaradan hallardan əvvəl ərazisi işğal olunmuş rayon sakininə (məcburi köçkünə) ərə getmiş (nikahla və ya nikaha daxil olmadan), uşaqları olmuş, lakin işğal zamanı əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxmayan, sonradan ərazisi işğal olunmuş rayonda ərinin yaşayış yeri üzrə qeydiyyata düşmüş qadınlara. - 2.6-cı bəndinə əsasən valideynlərindən biri “məcburi köçkün” statusuna malik olmayan uşaqlara aylıq müavinət şamil edilmir. - 3.1-ci bəndinə əsasən əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti orqanları aylıq müavinət alan məcburi köçkünlərin hər il yanvarın 1-nə ümumi adlı siyahısını və azalmadan asılı olaraq, hər ay dəqiqləşdirilmiş hesabatı hazırlayıb təsdiq edir, həm kağız formatında, həm də elektron daşıyıcı variantında Azərbaycan Respublikasınin Qaçqınların və X2 üzrə Dövlət Komitəsinə (bundan sonra - Komitə), elektron daşıyıcı variantında isə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edirlər; - 3.4-cü bəndinə əsasən aylıq müavinət alan məcburi köçkünlərin adlı siyahılarının dəqiqliyi və düzgünlüyünə görə həmin siyahıları tərtib edən məsul şəxslər və siyahıları təsdiq edən əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinin başçıları cavabdehlik daşıyırlar; - 3.5-ci bəndinə əsasən əraziləri işğal olunmuş rayonların icra hakimiyyətləri tərəfindən təqdim olunan aylıq müavinət alan məcburi köçkünlərin sayı barədə aylıq hesabatlar Komitə tərəfindən dürüstləşdirildikdən sonra Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə müvafiq sifariş təqdim edilir. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi aylıq müavinət barədə sifariş aldıqdan sonra bu məqsəd üçün vəsait ayırır və həmin vəsaitin müəyyən edilmiş qaydada əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti orqanlarının xəzinə hesablarına köçürülməsini təmin edir; Məhkəmə hesab edir ki, iddiaçılara aylıq müavinətin verilməsi barədə cavabdeh inzibati orqanın imtinası qanuni və əsaslı olmuşdur. Belə ki, işin faktiki hallarına əsasən, iddiaçılar yalnız xx.xx.2022-ci il tarixdə məhkəmə qərarı əsasında məcburi köçkün vəsiqələri almışlar, məcburi köçkünlər üçün əvvəlki qanunvericiliklə nəzərdə tutulmuş yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişləri almamışlar. Qüvvədə olan “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın müddəalarının mənasına görə, həmin müddəaların Qayda qəbul olunanadək (yəni 2017-ci ilədək) aylıq müavinət almaq hüququ yaranmış və ya alan şəxslərə münasibətdə tətbiq edilməsi nəzərdə tutulub. Beləki,əks təqdirdə, Qaydadakı bəzi müddəaların ( Qaydanın 1.1-ci bəndinə əsasən, ərazisi işğal olunmuş rayonda yaşayış yeri üzrə qeydiyyatda olub, respublika ərazisində yaşayan, “məcburi köçkün” statusuna malik olan şəxslərə aylıq müavinət verilir; 3.5-ci bəndinə əsasən əraziləri işğal olunmuş rayonların icra hakimiyyətləri tərəfindən təqdim olunan aylıq müavinət alan məcburi köçkünlərin sayı barədə aylıq hesabatlar Komitə tərəfindən dürüstləşdirildikdən sonra Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə müvafiq sifariş təqdim edilir.) nəzərdə tutulmasının əhəmiyyəti qalmır. Beləki, 2020-ci ilin noyabr ayında Azərbaycan Respublikasının işğal olunmuş əraziləri azad olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 710/2021 saylı işi üzrə (“məcburi köçkün” statusuna malik şəxslərə aylıq müavinətin ödənilməsi zamanı bərabərlik hüququnun təmin edilməsi barədə) qəbul etdiyi xx.xx.2021ci il tarixli Qərarında qeyd edilmişdir ki, “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası” təsdiq edildiyi zaman məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün aylıq müavinətin ödənilməsinin yeni şərtləri müəyyən edilmişdir. Belə ki, əvvəlki qanunvericiliklə ("Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanılmasına dair Təlimat") nəzərdə tutulan şərtlər bir qədər dəyişdirilmişdir. Sözügedən Qaydaların müddəalarının təhlili onu göstərir ki, həmin müddəaların Qaydalar qəbul olunanadək aylıq müavinət almaq hüququ yaranmış və ya alan şəxslərə münasibətdə də tətbiq edilməsi nəzərdə tutulub. Digər tərəfdən, “Qaydalar”dakı bəzi müddəaların (məs.: Qaydaların 1.1-ci bəndinə əsasən, ərazisi işğal olunmuş rayonda yaşayış yeri üzrə qeydiyyatda olub, respublika ərazisində yaşayan, “məcburi köçkün” statusuna malik olan şəxslərə aylıq müavinət verilir) nəzərdə tutulmasının əhəmiyyəti qalmır. Belə ki, məsələn, 2017-ci ildən sonra (Qaydalar qəbul edildikdən sonra) ərazisi işğal olunmuş rayonda yaşayış yeri üzrə qeydiyyatda olub, respublika ərazisində yaşayan, “məcburi köçkün” statusuna malik olan yeni şəxslərin olması mümkün deyil. Başqa sözlə, qanunvericinin iradə ifadəsi də aylıq müavinətin verilməsi əsaslarının yenidən müəyyən edilməsi olmuşdur ki, bu səbəblə də yeni yanaşma əsasında qanunvericilik dəyişdirilmişdir.” Beləliklə məhkəmə hesab edir ki, cavabdehin iddiaçılara münasibətdə hər hansı bir qanunsuz hərəkət etməsi ilə iddiaçının hüquqlarının pozulması inzibati məhkəmə icraatının gedişi zamanı təsdiq edilməmişdir.

12. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməmişdir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

13. Məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddiaçılar İddiaçı2 və İddiaçı3 cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinə qarşı “2021-ci ilin iyun ayından hesablanmaqla xx.xx.2003-cü il təvəllüdlü İddiaçı2 və xx.xx.2005-ci il təvəllüdlü İddiaçı3 məcburi köçkün statusuna görə vahid aylıq müavinətin verilməsinə dair iddia tələbi rədd edilməlidir.

14. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir.

15. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 2-ci, 34-cü, 68-ci,69-cü, 85-ci,110-cu mаddələrini rəhbər tutаrаq

QƏRАRА АLDİ:

İddia təmin edilməsin. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasina Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər.

Hаkim Miminаt Hаcıbəyоvа

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar