Məhkəmə qərarları › İş №2-1(112)-7340/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7340/2025

15.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7340/2025 15.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı, Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiliyasiya Agentliyinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiliyasiya Agentliyinə qarşı “sağlamlıq imkanlarının pozulmasının müəyyən edilməsi” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İ. Mübahisəli hüququn qısa xülasəsi

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qiymətləndirildiyi xx.xx.2024-cü il tarixdən İİİ dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş etmişdir.

2. İddiaçı daha sonra məhkəməyə ərizə təqdim edərək əlilliyin qiymətləndirilməsi tarixinin xx.xx.2024-cü il kimi nəzərə alınmasını xahiş etmişdir.

3. Tələb onunla əsaslandırılmışdır ki, xx.xx.2017-ci il tarixdə iddiaçıya “Beyin arteriyalarının beyin infarktı ilə nəticələnməyən tıxanma və stenozu, Beyin arteriyalarının beyin infarktı ilə nəticələnməyən tıxanma və stenozu, beyin qan dövranının təkrari kəskin pozğunluqları, işemik tipli insult (beyin infarktı-sol xarici kapsula və sol skorlupa nahiyyəsində köhnə (2010); Vardi körpüsündə və beyin yarımkürələrində yeni (2016) xəstəlik diaqnozları” ilə xx.xx.2022-ci il tarixədək (5 illik) ikinci dərəcəli əllilik təyin edilmişdir. Növbəti dəfə xx.xx.2022-ci tarixdə “beyin infarktının nəticələri, sol orta beyin arteriyasında keçirilmiş işemik insultun davamlı qalıq əlamətləri (2016) Spastik hemiplegiya, Sağ tərəfli kobud hemiparez (əzələ 3.0 bal). Serebral ateroskleroz, Baş beyinin xroniki işemiyası Sinir sisteminin dəqiqləşdirilməmiş degenerativ xəstəliyi, Kortikal atrofiya 110 Essensial [birincili] hipertenziya, Hipertoniya xəstəliyi lll-mərhələ İV- risk qrupu tez-tez təkrarlanan krizlərlə” diaqnozları ilə xx.xx.2024-cü il tarixədək (2 illik) ikinci dərəcəli əllilik təyin edilmişdir. Növbəti dəfə (2 ildən sonra) iddiaçının səhhətinin daha da ağırlaşdığı bir vaxtda barəsində təyin edilmiş növbəti müayinə zamanı “İnsulindən asılı olmayan şəkərli diabet, Nevroloyi ağırlaşmalarla. Şəkərli diabet tip- İİ. Dəqiqləşdirilməmiş hipotireoz, Hipotrioz.Aşağı ətraf venalarının vakrikoz genəlməsi. Səthi varikoz. Beyin infarktının nəticələri. Keçirilmiş sol orta beyin arteriya hövzəsində işemik insuitun qalıq əlamətləri (2010,2016). Hipertenziv ensefalopatiya, Diabetik polinevropatiya (E10-14 ümumi dördüncü .4 işarəsi ilə). Diabetik polineropatiya. Essensial [birincili] hipertenziya, Hipertoniya xəstəliyi İİİ- mərhələ tez - tez təkrarlanan hipertonik krizlərlə. Hemiplegiya, Sağ tərəfli hemiparez ( əzələ gücü 3.0 bal)” diaqnozu verilmiş və N00230224PKG nömrəli forma 88 əsasən əlillik verilməsindən imtina edilmişdir. xx.xx.2024-ci il tarixdə cavabdeh imtinaedici inzibati akt qəbul edib. Cavabdeh imtinaedici aktını onunla əsaslandırıb ki, diaqnoz əlillik əlaməti təyin etmir. İddiaçı bildirir ki, xx.xx.2017-ci ildən indiyə kimi fərqli dövrlərdə səhhəti ilə bağlı sanatoriyalarda müalicə almışdır. xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 13 nömrli BŞX-da, xx.xx.2021ci il tarixdən xx.xx.2021-ci il tarixədək X3, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək X4 Nevrologiya Şöbəsində, 06.06.223-cü il tarixdən xx.xx.2023-cü il tarixədək X4 Nevrologiya Şöbəsində, 13.11,223-cü il tarixdən xx.xx.2023-cü il tarixədək X4 Nevrologiya Şöbəsində, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək X4 Nevrologiya Şöbəsində, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək X4 Nevrologiya Şöbəsində ixtisaslaşmış müalicə almışdır. Müalicələrin nəticəsi olaraq iddiaçıda müxtəlif tipli xəstəliklər aşkar edilmişdir. Bundan başqa həkimlərin xəstəliklərin sağalması istiqamətində yazdığı müxtəlif dərman reseptləri iddiaçı tərəfindən alınıb istifadə olunmuşdur. İddiaçı qeyd edir ki, səhhətində heç bir müsbət dəyişiklik yoxdur. Əksinə xəstəlik tarixçəsindən çıxarışda “xəstəliyin nəticəsi olaraq nevroloq və endokroloqun ambulator nəzarətinə və müalicəsinə yazılmışdır” kimi qeydlər aparılmışdır. Bu qeydlərlə də müəyyən olunur ki, iddiaçının müalicəyə ehtiyacı vardır. İddiaçı hesab edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiliyasiya Agentliyinin imtinası tamamilə qanunsuz va əsassızdır, eyni zamanda iddiaçının qanunla qorunan hüquqları pozulmuşdur.

4. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən yazılı etirazda qeyd edilmişdir ki, iddiaçının əlillik vəziyyətinə Bakı Baş Səhiyyə İdarəsinin xx.xx.2024-cü il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: İnsulindən asılı olmayan şəkərli diabet, Nevroloyi ağırlaşmalarla., Şəkərli diabet tip- İİ. Dəqiqləşdirilməmiş hipotireoz, Hipotrioz.Aşağı ətraf venalarının vakrikoz genəlməsi, Səthi varikoz. Beyin infarktının nəticələri, Keçirilmiş sol orta beyin arteriya hövzəsində işemik insultun qalıq əlamətləri (2010,2016). Hipertenziv ensefalopatiya, Diabetik polinevropatiya (E10-14 ümumi dördüncü 4 işarəsi ilə), Diabetik polineropatiya.Essensial [birincili] hipertenziya, Hipertoniya xəstəliyi İİİ- mərhələ tez - tez təkrarlanan hipertonik krizlərlə. Hemiplegiya, Sağ tərəfli hemiparez ( əzələ gücü 3.0 bal ) Məzkəzə göndərilmənin / İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir.” səbəbi ilə imtina verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi- sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır.

5. TSEK-Müayinələr: - xx.xx.2017-ci il tarixində beyin arteriyalarının beyin infarktı ilə nəticələnməyən tıxanma və stenozu. Beyin arteriyalarının beyin infarktı ilə nəticələnməyən tıxanma və stenozu. Beyin qan dövranının təkrari kəskin pozğunluqları, işemik tipli insult (beyin infarktı-sol xarici kapsula və sol skorlupa nahiyyəsində köhnə (2010): vardi körpüsündə və beyin yarımkürələrində yeni (2016) diaqnozun mətni ilə 5 il müddətinə ilkin 2.2. ikinci dərəcə əlillik (2.2.9. qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan veg...) təyin edilmişdir. - xx.xx.2022-ci il tarixində beyin infarktının nəticələri. Sol orta beyin arteriyasında keçirilmiş işemik insultun davamlı qalıq əlamətləri (2016), spastik hemiplegiya, sağ tərəfli kobud hemiparez (əzələ 3.0 bal), serebral ateroskleroz. Baş beyinin xroniki işemiyası, sinir sisteminin dəqiqləşdirilməmiş degenerativ xəstəliyi, kortikal atrofiya diaqnozun mətni ilə 2 il müddətinə təkrar orqanizm funksiyalarının pozulması 55% müəyyən edilmişdir. - xx.xx.2024-cü il tarixində insulindən asılı olmayan şəkərli diabet. Nevroloji ağırlaşmalarla. Şəkərli diabet tip. İİ dəqiqləşdirilməmiş jipotireoz. Hipotrioz. Aşağı ətraf venalarının vakrikoz genəlməsi, səthi varikoz. Beyin infarktının nəticələri, keçirilmiş sol orta beyin arteriya hövzəsində işemik insultun qalıq əlamətləri (2010,2016), hipertenziv ensefalopatiya. Diabetik polinevropatiya (E10-14 ümumi dördüncü, 4 işarəsi ilə), diabetik polineropatiyaş essential [birincili] hipertenziya. Hipertoniya xəstəliyi İİİ mərhələ tez-tez təkrarlanan hipertonik krizlərlə. Hemiplegiya. Sağ tərəfli hemiparez (əzələ gücü 3.0) diaqnozun mətni ilə dianoz əlillik əlaməti təyin etməməsi səbəbilə imtina edilmişdir.

6. Xəstəliyə görə ambulator müraciətlər: İ69.3 Beyin infarktının nəticələri XX.01.0001 XX.01.0001 İ69.3 Beyin infarktının nəticələri XX.01.0001 XX.01.0001 İ69.3 Beyin infarktının nəticələri XX.01.0001 XX.01.0001 İ69.3 Beyin infarktının nəticələri XX.01.0001 XX.01.0001

7. Stasionar müalicə aldığı müəsisələr: Akad Abdullayev ad ET XX.01.2017 XX.02.2017 26 İ69.3 Beyin infarktının nəticələri Kardiologiya İnstitutu X5 XX.07.2017 XX.08.2017 21 İ69.3 Beyin infarktının nəticələri X5 XX.05.2021 XX.05.2021 9 İ69.3 Beyin infarktının nəticələri Sabunçu Xəstəxanası XX.09.2021 XX.10.2021 36 İ69.3 Beyin infarktının nəticələri Sabunçu Xəstəxanası XX.04.2022 XX.04.2022 6 İ69.3 Beyin infarktının nəticələri Sabunçu Xəstəxanası XX.09.2022 XX.09.2022 7 İ69.3 Beyin infarktının nəticələri Sabunçu Xəstəxanası XX.06.2023 XX.06.2023 6 İ69.3 Beyin infarktının nəticələri Sabunçu Xəstəxanası XX.11.2023 XX.11.2023 7 İ69.3 Beyin infarktının nəticələri Sabunçu Xəstəxanası XX.04.2024 XX.04.2024 6 İ69.3 Beyin infarktının nəticələri X6 XX.04.2024 XX.10.2024 36 İ69.3 Beyin infarktının nəticələri

8. İddiaçı adına tibb müssəsiləri tərəfindən tərtib olunmuş ambulator kitabçaladan (xəstəlik tarixindən) çıxarışlar iş materiallarına əlavə olunmuşdur.

9. Şifahi məhkəmə dinləmələri (məhkəmə baxış iclası) zamanı iştirak edən iddiaçının nümayəndələri (vəkili və arvadı) iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdilər.

İİ. İddianın növü və mümkünlüyü

10. İddia ərizəsi məhkəməyə xx.xx.2025-ci il tarixdə təqdim edilmişdir.

11. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 59.1.5-ci maddəsinə əsasən, yazılı inzibati aktda həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat əks olunmalıdır.

12. Həmin Qanunun 73.2-ci maddəsinə əsasən, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər.

13. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən, inzibati aktın məzmunu müxtəlif kod işarələri ilə ifadə oluna bilər. Belə hallarda inzibati aktın ünvanlandığı şəxsin onun məzmununu birmənalı şəkildə başa düşməsi üçün həmin akta müvafiq izahat əlavə edilməlidir.

14. Hazırki iddia məcburetməyə dair iddiadır.

15. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.3-1-ci maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir.

16. İddianın mümkünlüyünə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçının əlillik vəziyyəti sonuncu xx.xx.2024-cü il tarixli göndəriş əsasında qiymətləndirmə xx.xx.2024-cü il tarixdə aparılmış əlilliyin təyinindən imtina edilmişdir (diaqnoz əlillik təyin etmir). Həmin göndəriş əsasında xx.xx.2024-cü il tarixdə aparılmış qiymətləndirilmə nəticəsində əlilliyin təyinindən imtina edilmiş, lakin nəticəsinin iddiaçıya nə zaman təqdim edildiyi müəyyən olunmur və iddiaçıya hüquqi müdafiə vasitələri izah edilmir. İddiaçı məhkəməyə xx.xx.2025-ci il tarixdə müraciət etmişdir.

17. İddiaçının qiymətləndirildiyi sonuncu xx.xx.2024-cü il tarixdən əlilliyin təyin olunmasını tələb etmək hüququ vardır.

18. İddia mümkündür.

İV. Məhkəmənin mövqeyi

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasına əsasən: - 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. - 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. - 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir.

20. Əlilliyin təyinindən imtinaya dair sonuncu forma 88 arayışına əsasən (xx.xx.2025-ci il tarixdə müayinə olunmuşdur): - (status localis) Xəstə uzun ilərdiki A/T yüksək olur, şəkərli D xəstəsidir. Daim fasiləsiz hipotenziv və şəkər əlehinə dərmanlar qəbul edir. Buna baxmayaraq 2010 və xx.xx.2016 cı ildə yüksəl A/T fonunda işemik insult keçirmişdir. Bu vaxta qədər daimi requlyar ambulator müalicələr alır. Buna baxmayaraq baş ağrısı, baş gicələnməsi, ümumi halsızlıq, ağızda quruluq, yuxu və yaddaş pozğunluğu, sağ ətraflarda zəiflik, nitqi birqədər qusurlu olması, arterial təzyiqin yüksək olması, aşağı ətraflarda şişkinlik, gizilti davam edir.Bəbəklər D=S işığa reaksiya ləngdir. Hər iki tərəfə baxdıda kişik amplitudalı horizontal nistaqım qeyd edilir. Burun dodaq büküşü sağda hamarlaşıb. Dili sağa meyil edir. Sağ tərfli hemiparez hərəki funksiyanın və yerişim pozğunluğu qeyd edilir. Sağ ətraflarda əzələ gücü 3.0 bal nitqi motor afaziya elementləri ilə .Ronber vəziyyətində müvzainətsizdir Minestik fuksiyaları enib .Emsional labildir. - Əsas diaqnoz. İ69.3. Beyin infarktının nəticələri, keçirilmiş sol orta beyin arteriya hövzəsində işemik insultun qalıq əlamətləri (2010, 2016) - Ağırlaşma. İ67.4. Hipertenziv ensalopatiya. Hipertokik ensefolopatiya. - Ağırlaşma. G63.2. Diabetik polinevropatiya (E10-14 ümumi dördüncü 4 işarəsi ilə) Diabetik polineropatiya - Ağırlaşma. G81. Hemiplegiya, sağ tərəfli hemiparez (əzələ gücü 3.0 bal) - Yanaşı xəstəliklər. E11.4 İnsulindən asılı olmayan şəkərli diabet, nevroloji ağırlaşmalarla, şəkərli diabet tip – İİ - Yanaşı xəstəliklər. E03.9. Dəqiqləşdirilməmiş hipotireoz. Hipotrioz - Yanaşı xəstəliklər. İ83. Aşağı ətraf venalarının vakrikoz genəlməsi, səthi varikoz - Yanaşı xəstəliklər. İ10. Essensial [birincili] hipertenziya, hipertoniya xəstəliyi İİİ mərhələ, tez-tez təkrarlanan hipertonik krizlərlə

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə (2022-ci il iyulun 1-dən qüvvəyə minmişdir) “Əlilliyin müəyyən olunması meyarları” təsdiq edilmiş və “Əlliliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarının 1-ci hissəsi ləğv edilmişdir. Həmin Meyarlara əsasən: Qan təzyiqinin yüksək olması ilə İ10-İ15 2.1. səciyyələnən xəstəliklər Serebrovaskulyar xəstəliklər İ60-İ69 Qiymətləndirmə 2.1.1. arterial hipertenziya İ-İİİ dərəcə, hipertoniya 35-60 1 il xəstəliyi İİİ mərhələ, hədəf orqanların funksiyalarının mülayim pozulması (zədələnməsi) ilə 2.7. Aşağı ətraf venalarının varikoz genəlməsi İ83 Qiymətləndirmə 2.7.1. hər iki aşağı ətrafda İİB venoz çatışmazlığı 35-60 2 il və ya bir aşağı ətrafda trofik xora olan xroniki venoz xəstəliyi və ya xroniki venoz xəstəliklərinin beynəlxalq təsnifatının (CEAP sistemi) 4-5-ci sinif klinik təzahürlərinə uyğun gələn, hər iki ətrafda əhəmiyyətli miqdarda ifrazat olmayan xoralı qüsur və ya trofik pozuntuları olan; xoralı olmayan, statodinamik funksiyaların orta dərəcədə (mülayim) pozulması ilə xroniki venoz xəstəliklərinin beynəlxalq təsnifatının (CEAP sistemi) 4-5-ci siniflərinə uyğun gələn hər iki ətrafda zədələnmə 6.5. Serebral iflic və digər paralitik sindromlar 6.5.1. serebral iflic və digər paralitik sindromlar G81-G83 (monoparez, hemiparez, hemiplegiya, paraplegiya və tetraplegiya) Qiymətləndirmə 6.5.1.1. ayrı-ayrı ətrafların parezləri və tonus 40 1 il pozuntusu (əzələ gücünün 4 bala qədər azalması, 1,5-2 sm-lik əzələ hipotrofiyası, yuxarı və aşağı ətraf oynaqlarında hərəkətlərin tam həcminin, eləcə də əşyaları tutma və saxlama kimi biləyin əsas funksiyasının saxlanılması ilə); cüzi statodinamik pozuntular 6.5.1.2. mülayim hemiparez (əzələ gücünün 3 bala 40-60 2 il qədər azalması, 4-7 sm-lik əzələ hipotrofiyası, yuxarı və (və ya) aşağı ətraflarda aktiv hərəkət amplitudasının çiyin oynağında 35-40 dərəcəyə, dirsəkdə 30-45 dərəcəyə, biləkdə 30-40 dərəcəyə, budçanaq üzrə 15-20 dərəcəyə, dizdə 16-20 dərəcəyə, aşıq-baldır üzrə 14-18 dərəcəyə qədər məhdudlaşması, xırda əşyaların tutulmasının çətinləşməsi ilə (baş barmağın distal falanqasının 4-cü barmağa qədər çatmaması, yumruq bükülməsinin məhdudlaşması, barmaqların ələ 1-2 sm məsafədə çatmaması); mülayim statodinamik pozuntular 6.5.1.3. cüzi tetraparez (əzələ gücünün 4 bala 40-60 müddətsiz qədər enməsi, 1,5-2,0 sm-lik əzələ hipotrofiyası, aşağı və yuxarı ətraf oynaqlarının aktiv hərəkətlərinin tam həcminin, eləcə də əşyaları tutma və saxlama kimi biləyin əsas funksiyasının saxlanılması ilə); mülayim statodinamik pozuntular 6.8. Plinevropatiyalar G63 Qiymətləndirmə 6.8.1. cüzi əzələ zəifliyi (əzələ gücünün 4 bala 40 1 il qədər azalması, 1,5-2,0 sm-lik əzələ hipotrofiyası, yuxarı və aşağı ətraflarda aktiv hərəkətlərin, əşyaları tutma və saxlama kimi əsas funksiyanın tam həcmdə olmaması ilə); 22.Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçının əlillik təyin edən xəstəlikdən (əsas diaqnoz İ69.3; ağırlaşmalar İ67.4, G63.2, G81; yanaşı xəstəlik İ83, İ10) əziyyət çəkməsi tibbi göndərişlə (forma 88) təsdiqini tapmışdır. Belə ki, tibbi göndərişə (forma 88) əsasən iddiaçının vəziyyətini əks etdirən əsas diaqnoz “İ69.3. Beyin infarktının nəticələri, keçirilmiş sol orta beyin arteriya hövzəsində işemik insultun qalıq əlamətləri” olaraq qeyd edilmiş; “İ67.4. Hipertenziv ensalopatiya. Hipertokik ensefolopatiya”, “G63.2. Diabetik polinevropatiya (E10-14 ümumi dördüncü 4 işarəsi ilə) Diabetik polineropatiya” və “G81. Hemiplegiya, sağ tərəfli hemiparez (əzələ gücü 3.0 bal)” ağırlaşmalar müəyyən edilmiş; “İ83. Aşağı ətraf venalarının vakrikoz genəlməsi, səthi varikoz” və “İ10. Essensial [birincili] hipertenziya, hipertoniya xəstəliyi İİİ mərhələ, tez-tez təkrarlanan hipertonik krizlərlə” dianozları ilə yanaşı xəstəliklər aşkar edilmişdir. Eyni zamanda status localis “Xəstə uzun ilərdiki A/T yüksək olur, şəkərli diabet xəstəsidir. Daim fasiləsiz hipotenziv və şəkər əlehinə dərmanlar qəbul edir. Buna baxmayaraq 2010 və xx.xx.2016 cı ildə yüksəl A/T fonunda işemik insult keçirmişdir. Bu vaxta qədər daimi requlyar ambulator müalicələr alır. Buna baxmayaraq baş ağrısı, baş gicələnməsi, ümumi halsızlıq, ağızda quruluq, yuxu və yaddaş pozğunluğu, sağ ətraflarda zəiflik, nitqi birqədər qusurlu olması, arterial təzyiqin yüksək olması, aşağı ətraflarda şişkinlik, gizilti davam edir. Bəbəklər D=S işığa reaksiya ləngdir. Hər iki tərəfə baxdıda kişik amplitudalı horizontal nistaqım qeyd edilir. Burun dodaq büküşü sağda hamarlaşıb. Dili sağa meyil edir. Sağ tərfli hemiparez hərəki funksiyanın və yerişim pozğunluğu qeyd edilir. Sağ ətraflarda əzələ gücü 3.0 bal nitqi motor afaziya elementləri ilə. Ronber vəziyyətində müvzainətsizdir Minestik fuksiyaları enib. Emsional labildir.” vəziyyəti barədə aşkar edilmiş diaqnozları təsdiq etmişdir. 23.Məhkəmə nəzərə alır ki, həmin tibbi göndəriş həkim müayinələrinə əsaslanmışdır. İddiaçı qeyd edilən xəstəliklərlə bağlı illər ərzində (2017-2024) mütəmadi olaraq ixtisaslaşmış səhiyyə müəssisələrində müayinə və müalicələrdə olmuş, həmin müayinənin nəticəsi digər tibb müəssisələri tərəfindən də (Akademik Abdullayev adına ET Kardiologiya İnstitutu, X5, Sabunçu Xəstəxanası, X6) təsdiqlənmişdir. 24.Məhkəmə digər tərəfdən nəzərə alır ki, əvvəlki dövrdə İddiaçı münasibətdə əlillik təyinatı üçün əsas olmuş diaqnozlar hazırki tibbi göndərişdə (forma 88) əks olunmuş diaqnozlarla eynilik təşkil edir. Belə ki, xx.xx.2017-ci il tarixində əlillik təyinatı zamanı xəstəliyin beynəlxalq təsnifatı “İX sinif – Qan dövranı sistemi xəstəlikləri => İ60-İ69 – Serebrovaskulyar xəstəliklər” qeyd olunmuş, xx.xx.2022-ci il tarixində əlillik təyinatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə “Əlilliyin müəyyən olunması meyarları”nın 6.5.1.2-ci bəndinə istinad olunmuşdur.

25. Qeyd edilənlərə əsasən məhkəmə işin hallarına məcmu halda qiymət verərək nəzərə alır ki, İddiaçı orqanizmin funksiyalarının pozulması məhz həmin bəndə istinadən iki il müddətinə 40-60 faiz müəyyən edilməlidir (İİİ dərəcə əlillik təyin edilməlidir). 26.Odur ki, cavabdeh iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Belə ki, İPM-in 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.

27. Cavabdeh bildirir ki, diaqnoz əsasında şəxsin əlil olub-olmamasınıın müəyyən edilməsi cavabdehin diskresion səlahiyyətidir və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxilə edilə bilməz.

28. Bununla bağlı məhkəmə qeyd edir ki, əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələrinin qiymətləndirilməsi, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyət kimi nəzərdə tutulmuşdur.

29. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd edilmiş hər iki halda, yəni həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtinası məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər.

30. Belə yanaşma bu qərarın yuxarıda istinad olunan normaların mahiyyətindən və kompleks təfsirindən irəli gəlir. Belə ki, həmin normalara görə, şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir (sağlamlıq vəziyyətinin qiymətləndirilməsi mərhələsi). Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir (əlilliyin təyini mərhələsi).

31. Bu mənada etirazın cavabdehin diskresion səlahiyyətə malik olması ilə bağlı dəlilləri də əsassız sayılmalı və onun hazırkı mübahisəyə münasibətdə qəbul etdiyi qərara həm də bu prizmadan qiymət verilməlidir.

32. Həmçinin qeyd edilməlidir ki, məcburetmə haqqında iddialar üzrə məhkəmə inzibati orqanın əvəzinə qərar qəbul etmir, əksinə inzibati orqanın üzərinə belə qərarın qəbul edilməsinə dair öhdəlik qoyur və bu yanaşma hakimiyyətlər bölgüsü prinsipinə əsaslanır.

33. Beləliklə, mübahisəyə dair işin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarından görünür ki, cavabdeh iddiaçının xeyrinə olan və onun üçün əlverişli inzibati aktın qəbulunu şərtləndirən halları nəzərə almamış və nəticədə iddiaçının hüquqlarının əsassız məhdudlaşdırılmasına səbəb olan qərar qəbul etmişdir.

34. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

35. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

36. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, əlillik təyinatı qiymətləndirildiyi xx.xx.2024-cü il tarixdən aparılması (hazırda qüvvədə olan meyarlara əsasən orqanizmin funksiyalarının pozulmasının faiz dərəcəsinin təyin edilməsi) öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır.

37. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. İddiaçı qiymətləndirildiyi xx.xx.2024-cü il tarixdən iki il müddətinə orqanizmin funksiyalarının pozulmasının 40-60 faiz müəyyən edilməsi (İİİ dərəcə əlilliyin təyin edilməsi) öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar