Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7343/2024 02.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsi, pensiyadan tutulmanın qanunsuz hesab edilməsi və tutulmuş məbləğin geri qaytarılması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın xx.xx.2023-cü il tarixli №3-17-l/2-Ə-291656/2023 saylı pensiya işi üzrə artıq ödənilmiş pensiya məbləğinin əmək pensiyasından tutulması haqqında sərəncamın ləğv edilməsi və təyin olunmuş pensiyanın əsassız dayandırıldığı xx.xx.2023cü il tarixdən xx.xx.2023-cü il tarixədək hesablanaraq ödənilməsi, hal-hazırki vaxtadək əsassız tutulmuş məbləğlərin geri ödənilməsi öhdəliyinin cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçının nümayəndəsi (vəkili) elektron qaydada məhkəməyə ərizə təqdim edərək iddia tələbinin “xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsi, pensiyadan tutulmanın qanunsuz hesab edilməsi və tutulmuş məbləğin geri qaytarılması vəzifəsinin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması” kimi dəyişdirilməsini xahiş etmişdir.
3. Məhkəmənin hazırki iş üzrə xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia tələbi “xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsi, pensiyadan tutulmanın qanunsuz hesab edilməsi və tutulmuş məbləğin geri qaytarılması vəzifəsinin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması” kimi dəyişdirilmişdir.
4. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı təqvim ili ilə 28 il 06 gün, güzəştli şərtlərlə (imtiyazlı) isə ümumilikdə 33 il 2 ay 15 gün olmaqla hərbi xidmət dövrü keçmiş və 15 may 2021-ci il tarixdə (əmr № 825) Dövlət Sərhəd Xidmətindən həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. Bununla əlaqədar iddiaçıya hərbi pensiya təyin edilmişdir. Məlumat üçün bildirilir ki, iddiaçı xx.xx.2021-ci il tarixdə yenidən hərbi xidmətə qəbul edilmişdir. Buna istinad edilərək xx.xx.2023-cü il tarixdən iddiaçının əmək pensiyası dayandırılmış, hal-hazırda isə xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək ödənilmiş əmək pensiyasına əsasən iddiaçının əmək pensiyasından tutulmalar həyata keçirilir. Bundan əlavə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixinədək iddiaçıya təyin olunmuş əmək pensiyası qanunsuz olaraq dayandırılmışdır. Cavabdeh tərəfindən “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci, 37.3.1-ci,37.3.2ci, 37.3.4-cü maddələrinə istinad edilərək iddiaçıya qalıq artıq ödəmələrin müəyyən edilməsi haqqında ərizə göndərilmişdir. İddiaçı hesab edir ki, İnzibati orqanın əmək pensiyasında tutulma barədə dəlilləri qanunsuzdur, əsasızdır və işin hallarına uyğun gəlməməsi aşağıdakılarla sübuta yetirilir. Cavabdehin “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci,37.3.1-ci, 37.3.2-ci, 37.3.4-cü maddələrinə istinad etməsi qanunsuzdur, çünki qeyd edilən dövr üçün də cavabdeh iddiaçıya əmək pensiyasını ödəmək öhdəliyini daşıyırdı. Qanunvericiliyə əsasən, əmək pensiyası təyin edilmiş şəxsin daha sonra xidmətə bərpa edilməsi və ya hər hansı formada əmək fəaliyyətini davam etdirməsi onun əmək pensiyasının dayandırılmasının əsası qismində çıxış etmir. Əksinə, şəxsə əmək pensiyası təyin edildikdən sonra da onun əmək fəaliyyətini həyata keçirməsi mümkündür ki, qanunvericilik həmin qrup şəxslər üçün işləyən əmək pensiyaçısı statusunu müəyyən etmiş, həmin şəxslərin sonradan işləməyən əmək pensiyaçısı statusu müəyyən edildiyi təqdirdə isə əmək pensiyasının hansı qaydada ödənilməsi ilə bağlı qaydaları təsbit etmişdir.
5. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunan yazılı etirazda qeyd olunmuşdur ki, İddiaçı “qərarın ləğvi və tutulmuş pensiya məbləğinin ödənilməsi” tələbi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı məhkəmədə iddia qaldırmışdır. Hesab edirik ki, iddia tam əsassızdır və qanunazidd olduğuna görə rədd edilməlidir. Bildirilir ki, iddiaçının sonuncu xidmət keçdiyi orqan tərəfindən təqdim olunmuş məlumat vərəqinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra-Qanun) 20.14.1-ci maddəsinin tələblərinə uyğun qaydada iddiaçıya 3 sentyabr 2021-ci il tarixindən Mərkəzi Filial tərəfindən 33 il 2 ay 15 gün (təqvimi xidmət illəri 28 il 6 gün, güzəştli xidmət illəri 5 il 2 ay 9 gün) xidmət müddətinə görə təminat xərcliyinə (2632,45 manat) uyğun olaraq, 2171,77 manat məbləğində hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilib. Mərkəzi Filial tərəfindən aparılmış araşdırma zamanı xidmətdən ehtiyata buraxıldıqdan sonra iddiaçının yenidən xidmətə qəbul edildiyi aşkar edilib. Mərkəzi Filiala təqdim edilmiş məlumatlara əsasən 10 noyabr 2021 -ci il tarixindən yenidən hərbi xidmətə qəbul edilmişdir. Müvafiq araşdırma ilə əlaqədar iddiaçının əmək pensiyası 1 iyun 2023-cü il tarixindən dayandırılıb. Qanunun 38-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin dəyişməsinə və ödənilməsinin dayandırılmasına səbəb ola biləcək hallar yarandıqda əmək pensiyaçısı və işəgötürən əmək pensiyasım təyin edən orqana məlumat verməyə borcludur. İşəgötürən əmək pensiyaçısını işə qəbul edərkən bu barədə 5 gün ərzində əmək pensiyasını təyin edən orqana məlumat verməlidir. Qanunun 37.3.1-ci maddəsinə əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Qanunun 37.3.4-cü maddəsinə əsasən Qanunun 20.1.11 -ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə çalışdıqda, onlara qulluq stajına görə əlavənin ödənilməsi dayandırılır və əmək pensiyasının sığorta hissəsi ödənilir. Buna görə də, iddiaçının əmək pensiyası cari ilin avqust ayında yalnız sığorta hissəsindən ibarət olmaqla bərpa edilib. Eyni zamanda, əmək pensiyasının sığorta hissəsi illər üzrə indeksləşdirilməklə 218,93 manat (xx.xx.2021-xx.xx.2021 -ci il tarixləri arasındakı dövr üzrə 184,60 manat, xx.xx.2022-xx.xx.2022-ci il tarixləri arasındakı dövr üzrə 190,87 manat, xx.xx.2023-cü il tarixindən etibarən isə 218,93 manat) məbləğində müəyyən edilib. Həmçinin, iddiaçının əmək pensiyası xx.xx.2021-ci il tarixindən yenidən hesablanaraq ona ümumilikdə 41923,28 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilib. Həmin 41923,28 manat pul vəsaiti razılıq ərizəsinə əsasən cari ilin avqust ayından etibarən hissəhissə əmək pensiyasından tutularaq büdcəyə bərpa edilir (Qalıq artıqödəmə 41640,44 manat təşkil edib). Bundan başqa, 9 oktyabr 2023-cü il tarixindən iddiaçının yenidən ehtiyata buraxılması ilə əlaqədar əmək pensiyası yenidən hesablanaraq cari ilin noyabr ayında tam məbləğdə müəyyən edilib. Eyni zamanda, keçmiş müddət üçün yenidən hesablanaraq ona ödənilməli olan 1387,87 manat pul vəsaiti müəyyən edilib. Eyni zamanda bildirilir ki, iddiaçının müraciətinə əsasən əmək pensiyasının yenidən hesablanması aparılmışdır. Qanunun 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. Qanunun 37.3.2-1 -ci maddəsinə əsasən Qanunun 20-ci maddəsinə uyğun olaraq əmək pensiyasına qulluq stajına görə əlavə təyin edilmiş şəxslərin əmək pensiyasının sığorta hissəsinin həmin Qanunun 37.3.1-ci və 37.3.2-ci maddələrinə uyğun olaraq yenidən hesablanması onların və ya ailə başçısını itirmiş ailə üzvünün müraciəti əsasında həmin Qanuna uyğun olaraq həyata keçirilir. Qanunun 45-ci maddəsinə əsasən Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavə almaq hüququ olan şəxsin yaşa görə əmək pensiyasının Qanunun 37.3.1 -ci maddəsinə uyğun olaraq yenidən hesablanması zamanı sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı həmin şəxsin pensiyasının yenidən hesablanması tarixinə yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (bu yaşa çatdığı hallar istisna olmaqla) arasındakı ayların sayı qədər artırılır. Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli 377 nömrəli Fərmanının 2.11-ci maddəsinə əsasən Qanunun 45-ci maddəsinin birinci cümləsinə uyğun olaraq Qanunun məqsədləri üçün gözlənilən pensiya ödəniş müddəti 144 ay (12 il) nəzərdə tutulur. İddiaçının əmək pensiyası təyin edildikdən sonra müxtəlif dövrlərdə işlədiyi müddətdə fərdi hesabının sığorta hissəsində 14054,06 manat pensiya sığorta kapitalı qeydə alınıb. Qeyd olunanları nəzərə alaraq, iddiaçının sonuncu dəfə işdən azad olduğunu 9 oktyabr 2023-cü il tarixinə 14054,06 manat pensiya sığorta kapitalını Qanunun 37.3.1 -ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada 339 aya bölünməklə (14054,06:339 (65 il-46 il 10 ay=218 ay+121 ay (144 ay-23 ay (işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi tarixədək işlədiyi ayların sayı))=41,46 manat) həmin tarixədək mövcud olmuş əmək pensiyasının (2171,77 manat) üzərinə əlavə edilərək pensiya məbləği 2213,23 (2171,77+41,46) manat müəyyən edilib. Eyni zamanda, 10 oktyabr 2023-cü il tarixindən hesablanaraq ona ödənilməli olan 70,71 manat pul vəsaiti müəyyən edilib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 6.6-cı bəndinə əsasən əmək pensiyasının yenidən hesablanması yenidən hesablanmağa hüququn yarandığı tarixdən aparılır və bu zaman, bu Qaydanın 6.1.4-cü, 6.1.6-6.1.9-cu yarımbəndlərində nəzərdə tutulmuş hallar əsasında keçmiş dövr üzrə əskik və artıq ödəmələr müəyyən edildikdə, həmin ödəmələr Qanunun 32.1 -1 -ci və 39.1-ci maddələri nəzərə alınmaqla əvəzləşdirilir. Qeyd olunanlara əsasən, iddiaçıya artıq ödənilmiş qalıq 41640,44 manat vəsaitdən ona ödənilməli olan ümumilikdə 1458,58 (70,71+1387,87) manat vəsait çıxılaraq büdcəyə bərpa edilib. 1 dekabr 2023-cü il tarixinə qalıq artıqödəmə 40181,86 manat təşkil edir. Bununla əlaqədar olaraq, iddiaçıya əmək pensiyasının təyin olunmasında yol verilmiş, yuxarıda qeyd olunan qanunauyğun olmayan hallarla bağlı tərəfimizdən inzibati icraata başlanılmışdır. Həmin icraat çərçivəsində “inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun qaydada iddiaçının mülahizələrinin dinlənilməsi üçün ona xx.xx.2023-cü il tarixli 3-17-1 /2-Ə-137672/2023 nömrəli məktub göndərilmiş və Mərkəzi Filiala dəvət olunmuşdur. xx.xx.2023-cü il tarixində iddiaçı Mərkəzi Filiala gəlmiş, aidiyyəti vəzifəli şəxslər tərəfindən qəbul edilərək, ona pensiyasının qanunazidd hesablanması, bununla əlaqədar artıqödənilmiş vəsaitin büdcəyə bərpası ilə bağlı ətraflı məlumat verilmiş, eləcə də onun mülahizələri dinlənilmişdir. Yekun olaraq Mərkəzi Filial tərfindən iddiaçıya dair əmək pensiyasının yenidən hesablanmasına dair xx.xx.2023-cü il tarixli 3-17-1/3-7-13323/2023 nömrəli qərar qəbul edilmişdir. Göründüyü kimi, “İnzibati İcraat Haqqında” Qanunun tələblərinə tam əməl edilmiş və hər hansı qanun pozuntusuna yol verilməmişdir. Dövlətin pensiya sisteminin əsas prinsiplərindən biri də pensiya təminatı zamanı ədalətliliyin gözlənilməsi və dövlətin maliyyə dayanıqlılığının təmin edilməsidir. Respublika ərazisində pensiya alan şəxslərin dairəsinin geniş olduğunu nəzərə aldıqda, pensiya hüquq münasibətləri ilə bağlı düzgün hesablanmamış pensiyaların qanunamüvafiq qaydada yenidən hesablanması çərçivəsində hərəkətlərin edilməsi və ya inzibati aktların qəbul edilməsi zamanı hər bir şəxsə ayrı-ayrılıqda məlumat verməklə inzibati icraatın həyata keçirilməsi inzibati icraatın səmərəli aparılmasına mane olmaqla yanaşı, ictimai maraqlara və ya dövlət maraqlarına ziyan vurulmasının aradan qaldırılması üçün təcili tənzimlənmə imkanlarını aradan qaldırır. Bu da ictimai maraqlar zəminində ədalət prinsipinin pozulmasına səbəb olur, o cümlədən dövlət büdcəsindən pensiya xərcləri ilə bağlı əlavə öhdəliklər yaratmaqla büdcəyə mənfi təsir göstərir.
6. Dövlət Sərhəd Xidməti tərəfindən Əmək pensiyası təminatı üçün hərbi qulluqçu (xüsusi rütbəli şəxs) haqqında Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna təqdim edilən Məlumat Vərəqinə əsasən İddiaçı xx.xx.2021-ci il tarixdə öz arzusu ilə ehtiyata buraxılmışdır. Hərbi (xüsusi) rütbəsi – Polkovnik Vəzifəsi (tarif dərəcəsi) – DSX SD Sərhəd dəstəsinin rəisi Təqvim illəri – 28 il 0 ay 06 gün Güzəştli xidmət illəri – 05 il 02 ay 09 gün Cəmi: iş stajı və xidmət illəri – 33 il 02 ay 15 gün
7. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyası təyin edilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********3 nömrəli Qərarına əsasən İddiaçı xx.xx.2021-ci il tarixdən (pensiya hüququnun yarandığı tarixdən) müddətsiz əmək pensiyası təyin edilmişdir (pensiyanın məbləği 2171,77 manat).
8. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən cavabdeh orqana ünvanlanan xx.xx.2023-cü il tarixli məktubla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 37.3.4 və 38-ci maddələrinin tələblərinə əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində qulluq keçən və eyni zamanda qulluq stajına görə əmək pensiyasına əlavələr alan şəxslərin siyahısı təqdim edilmişdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qulluq stajına görə əmək pensiyasına əlavə alan hərbi qulluqçuları və işçiləri haqqında məlumat: Əlavə təyin olunmuş SHXŞDX-ddə vəzifədən ehtiyata yenidən xidmətə № Soyadı, adı, atasının adı Qulluq növü Vəzifəsi buraxılma (azad olma) (işə) qəbul tarixi olunma tarixi Baş idarə 3 İddiaçı Hərbi qulluqçu xx.xx.2021 xx.xx.2021 rəisi
9. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli Aktda qeyd olunmuşdur ki, "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən vətəndaş İddiaçı (bundan sonra-maraqlı şəxs) vaxtilə təyin edilmiş yaşa görə əmək pensiyası hüququna yenidən baxılması haqqında inzibati icraata başlanılıb. Həmin Qanunun 21.2-ci maddəsinin tələblərinə uyğun qaydada maraqlı şəxs xx.xx.2023-cü il tarixli 3-17-1/2-Ə- 137672/2023 nömrəli məktubla Mərkəzi Filiala dəvət olunub. Maraqlı şəxs xx.xx.2023-cü it tarixində Mərkəzi Filiala gəlmiş və aşağıda imza edən vəzifəli şəxslər tərəfindən qəbul edilib. Maraqlı şəxsə “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 38.1-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin dəyişməsinə və ödənilməsinin dayandırılmasına səbəb ola biləcək hallar yarandıqda, əmək pensiyaçısı və işəgötürən əmək pensiyasını təyin edən orqana məlumat verməyə borclu olduğu, lakin ona hal-hazırda əmək pensiyasının tam məbləğdə ödənildiyinin müəyyən edildiyi barədə ətraflı məlumat verildi. Daha sonra maraqlı şəxsin yuxarıda qeyd olunanlarla bağlı mülahizələri dinlənildi. Əmək pensiyası hüququna yenidən baxılması haqqında inzibati icraatın gedişində maraqlı şəxsin mülahizəsinin dinlənilməsi İnzibati icraatın aparılmasına dair qanunvericiliyin tələblərinə uyğun qaydada həyata keçirildi. Bu barədə 2 nüsxədə akt tərtib edildi. Aktın bir nüsxəsi Mərkəzi Filialda saxlanılır, ikinci nüsxəsi isə haqqında inzibati icraat aparılan maraqlı şəxsə təqdim olunur.
10. İddiaçı tərəfindən cavabdeh orqana ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, ona artıq ödənilmiş vəsaitin pensiyadan 10% tutulmasına etiraz etmir.
11. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2023-cü il tarixli, 3-17-1/3-7- 13323/2023 nömrəli Qərarına əsasən iddiaçının hesablama tarixinə qədər pensiya məbləği 2740,13 manat, hesablamadan sonra 218,93 manat məbləğində müəyyən olunmuşdur.
12. Məhkəmənin şifahi dinləmələr zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçının nümatəndəsi (vəkili) iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi.
13. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etdi.
II. İddianın növü və mümkünlüyü
14. İddia tələbi pensiyanın yenidən hesablanması ilə bağlı qərarın ləğvi və onun nəticələrinin aradan qaldırılması ilə bağlıdır.
15. Cavabdeh tərəfindən iddiaçının əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli, 3-17-1/3-7-13323/2023 nömrəli “Əmək pensiyasının yenidən hesablanması” haqqında qərarına əsasən iddiaçının əmək pensiyası yenidən hesablanmışdır. Həmin qərarlara əsasən iddiaçının hesablama tarixinə qədər pensiya məbləği 2740,13 manat, hesablamadan sonra isə 218,93 manat məbləğində müəyyən olunmuşdur. Eyni zamanda artıq ödənilmiş hesab edilən 41923,28 manat pensiya məbləği hissə-hissə əmək pensiyasından tutularaq büdcəyə bərpa edilir.
16. İddianın növü mübahisələndirmə növündə iddiadır.
17. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
18. X3 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.
19. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany , and Gratzinger and Gratzingerova v. the Czech Republic);
20. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05).
21. Məhkəmə bir daha xatırladır ki, 1 saylı Protokolun 1-ci maddəsi konkret məbləğdə pensiya almaq hüququna təminat vermir (Béláné Nagy Macarıstana qarşı №. 53080/13, 2016 § 113);
22. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunundan: 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; 1.0.3. hərbi qulluqçular — Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir; 9.5. Aşağıdakı hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi xidmətdən buraxıldığı gündən hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır: 9.5.1. hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular; (“Hərbi qulluqçuların statusu haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə”nin təsdiq edilməsi barədə”, “Əmək pensiyaları haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə 22 dekabr 2023-cü il tarixli 1074-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu qəbul edilənədək) 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.1.11. bu qanunun 9.5-ci maddəsində göstərilən hərbi qulluqçular;
23. İddia tələbinin məzmunundan görünür ki, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsini, pensiyadan tutulmanın qanunsuz hesab edilməsini və tutulmuş məbləğin geri qaytarılmasını xahiş etmişdir.
24. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə mübahisənin həlli üçün cavabdeh orqan Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2023-cü il tarixli qərarının qanuniliyi yoxlanılmalıdır.
25. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir: - Dövlət Sərhəd Xidməti tərəfindən Əmək pensiyası təminatı üçün hərbi qulluqçu (xüsusi rütbəli şəxs) haqqında Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna təqdim edilən Məlumat Vərəqinə əsasən İddiaçı xx.xx.2021-ci il tarixdə öz arzusu ilə ehtiyata buraxılmış və Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyası təyin edilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********3 nömrəli Qərarına əsasən İddiaçı xx.xx.2021-ci il tarixdən (pensiya hüququnun yarandığı tarixdən) müddətsiz əmək pensiyası təyin edilmişdir. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən cavabdeh orqana ünvanlanan xx.xx.2023-cü il tarixli məktubla təqdim olunan “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qulluq stajına görə əmək pensiyasına əlavə alan hərbi qulluqçuları və işçiləri haqqında” məlumata əsasən İddiaçı xx.xx.2021-ci il tarixdə SHXÇDX-də yenidən xidmətə (işə) qəbul olunmuşdur. - Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2023-cü il tarixli, 3-17-1/3-7- 13323/2023 nömrəli Qərarına əsasən iddiaçının hesablama tarixinə qədər pensiya məbləği 2740,13 manat, hesablamadan sonra 218,93 manat məbləğində müəyyən olunmuşdur. Qərar əsasında iddiaçının əmək pensiyası 2023-cü ilin avqust ayından yalnız sığorta hissəsindən ibarət olmaqla bərpa edilmiş və xx.xx.2021-ci il tarixdən yenidən hesablanaraq ümumiilikdə 41923,28 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir.
26. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.4-cü maddəsinə əsasən, bu qanunun 20.1.1-20.1.21-ci maddələrində nəzərdə tutulmuş şəxslərə qulluq stajına görə əmək pensiyasına əlavələr həmin maddələrdə göstərilən vəzifələrdə çalışdıqda 50 faiz həcmində, digər hallarda isə tam məbləğdə ödənilir. Həmin şəxslər (bu qanunun 20.1.5-ci, 20.1.14-cü, 20.1.18-ci, 20.1.20-ci maddələrində göstərilən şəxslərdən yalnız həmin orqanlarda azı 35 il qulluq stajı olan şəxslər istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavənin təyin edilməsi üçün əsas götürülmüş vəzifədə (bu qanunun 20.1.1-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.3-cü maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.4cü maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.5-1-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.6-cı maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.7-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.9-cu maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.11-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.12-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.16-cı maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə) çalışdıqda, onlara həmin əlavənin ödənilməsi dayandırılır.
27. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbinə əsasən yalnız “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci (bu Qanunun 9.4-cü maddəsində göstərilən prokurorluq işçiləri), 20.1.14-cü (xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə çalışan və qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatmış və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş ədliyyə işçiləri (xüsusi rütbələrdən məhrum edilmiş ədliyyə işçiləri istisna olmaqla), 20.1.18-ci (xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə çalışan və qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatmış və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş miqrasiya orqanlarının işçiləri (xüsusi rütbələrdən məhrum edilmiş miqrasiya orqanları işçiləri istisna olmaqla), 20.1.20-ci (xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə çalışan və qanunla müəyyən edilmiş yaş həddinə çatmış və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş fövqəladə hallar orqanlarının işçiləri (xüsusi rütbələrdən məhrum edilmiş fövqəladə hallar orqanlarının işçiləri istisna olmaqla) maddələrində göstərilən şəxslərə münasibətdə qulluq stajına görə əmək pensiyasına əlavənin təyin edilməsi üçün əsas götürülmüş vəzifədə çalışdıqda həmin əlavənin ödənilməsinin dayandırılması istisna edilmişdir. İddiaçı isə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.11-ci maddəsində nəzərdə tutulan vəzifələrdə çalışan şəxslər (qanunun 9.5-ci maddəsində göstərilən hərbi qulluqçular) kateqoriyasına daxildir və Qanunun 20.1.11-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə çalışdıqda onlara qulluq stajına görə əlavələrin ödənilməsi dayandırılır, əmək pensiyasının yalnız sığorta hissəsi ödənilir (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.4-cü maddəsinə əsasən).
28. Odur ki,qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən İddiaçı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində yenidən xidmətə başladığı barədə məlumat əldə edildikdən sonra ona münasibətdə qulluq stajına görə əmək pensiyasına əlavənin ödənilməsinin dayandırılması qanunvericiliyin tələblərinə uyğun həyata keçirilmişdir (Xidmətə bərpa edildiyi dövrdə qanunvericiliyin tələbinə əsasən əmək pensiyasının yalnız sığorta hissəsi ödənilmişdir). İddiaçı yenidən hərbi xidmətdən tərxis olunduqdan sonra sonra qulluq stajına görə əmək pensiyasına əlavənin ödənilməsi davam etdirilmişdir (bərpa edilmişdir).
29. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunundan : 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur.
30. Məhkəmə eyni zamanda nəzərə alır: - Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli Aktda qeyd olunmuşdur ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən vətəndaş İddiaçı vaxtilə təyin edilmiş yaşa görə əmək pensiyası hüququna yenidən baxılması haqqında inzibati icraata başlanılmışdır. Həmin Qanunun 21.2-ci maddəsinin tələblərinə uyğun qaydada maraqlı şəxs xx.xx.2023-cü il tarixli 3-17-1/2-Ə-137672/2023 nömrəli məktubla Mərkəzi Filiala dəvət olunmuşdur. Maraqlı şəxs (iddiaçı) xx.xx.2023-cü it tarixində Mərkəzi Filiala gəlmiş və vəzifəli şəxslər tərəfindən qəbul edilmişdir. Maraqlı şəxsə (iddiaçıya) “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 38.1-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin dəyişməsinə və ödənilməsinin dayandırılmasına səbəb ola biləcək hallar yarandıqda, əmək pensiyaçısı və işəgötürən əmək pensiyasını təyin edən orqana məlumat verməyə borclu olduğu, lakin ona hal-hazırda əmək pensiyasının tam məbləğdə ödənildiyinin müəyyən edildiyi barədə ətraflı məlumat verilmişdir. Daha sonra maraqlı şəxsin (iddiaçının) mülahizələri dinlənilmişdir. - İddiaçı tərəfindən cavabdeh orqana ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda ona artıq ödənilmiş vəsaitin pensiyadan 10% tutulmasına etiraz etmədiyini qeyd etmişdir. - İddiaçının nümayəndəsi (vəkili) tərəfindən iddiaçının daha sonra cavabdeh orqana müraciət edərək pensiyadan tutulmaya razılıqdan imtina etdiyi bildirsə də, cavabdeh tərəfindən təqdim edilmiş pensiya işində imtinaya dair ərizə aşkar edilməmiş və iddiaçı tərəfindən müvafiq ərizənin mövcudluğuna dair dəlil məhkəməyə təqdim edilməmişdir.
31. Məhkəmə ilk növbədə qeyd edir ki, “Əmək pensiyaları haqqında” qanunun 39.1-ci maddəsinə əsasən, əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur.
32. Məhkəmənin vəzifəsi hakimiyyətlər bölgüsü prispindən çıxış edərək inzibati orqanın hərəkətlərinin qanuniliyinə qiymət verməkdir. Konkret halda, inzibati orqan “İnzibati icraat haqqında” qanunun (dinləmə hüququnun təmin edilməsi) və maddi hüquq normasının (əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə qərar əsasında tutulmuşdur və tutulan məbləğin əmək pensiyasına münasibətdə faiz nisbəti (10%) qeyrimütənasib deyil və əmək pensiyaçısını böyük zərərə məruz qoymur) tələblərinə uyğun davranmışdır.
33. Məhkəmə qeyd edir ki, “artıq ödənilmiş vəsaitin tutulmasına razılıq” ərizəsi mövcud olduğu təqdirdə sonradan “əmək pensiyasından tutulmaya razılıqdan imtina” ərizəsinin verilməsi iddiaçı tərəfindən Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsini tələb etmək üçün hüquqi əsas yaratmır. Belə ki, inzibati orqanın qanunuazidd davranışı olmamışdır. Digər tərəfdən iddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli ərizə (artıq ödənilmiş vəsaitin tutulması barədə razılıq) iddiaçının qanunsuz olaraq artıq ödənilmiş pul vəsaitin mövcudluğu barədə məlumatı olduğunu təsdiqləyir (digər tərəfdən xidmətə bərpa olunduqdan sonra iddiaçı vicdanlı olaraq bu barədə məlumat verməli idi) və qanunvericiliyə əsasən bu halda (inzibati aktın qanunsuz olduğunu bildiyi halda) şəxsin (iddiaçının) etimadın qorunması hüququna istinad etməsi istisna edilmişdir.
34. “İnzibati-icraat haqqında” Azərbaycan Respublikası: 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: ...67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.
35. Məhkəmə xüsusi olaraq nəzərə alır ki, müvafiq ərizəsi əsasında iddiaçının əmək pensiyasından tutulan vəsatin faiz nisbəti (10%) qeyri-mütənasib deyil və əmək pensiyaçısını böyük zərərə məruz qoymur.
36. Beləliklə, iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, iddiaçının Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsi, pensiyadan tutulmanın qanunsuz hesab edilməsi və tutulmuş məbləğin geri qaytarılması ilə bağlı “qanuni gözləntisi” yoxdur.
37. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
38. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva