Məhkəmə qərarları › İş №2-1(112)-7345/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7345/2023

25.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7345/2023 25.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi iddiaçının nümayəndəsi X2, inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuş X4 iştirakı ilə iddiaçı Bakı şəhəri Sabunçu rayonu Bakıxanov bələdiyyəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı (inzibati məhkəmə icraatına üçüncü şəxs qismində X7 cəlb olunmaqla) «torpaq sahəsinin ayrılması ilə bağlı rəy verilməsi» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 25-ci maddəsinə əsasən inzibati məhkəmə icraatında iştirak etmək hüququna aşağıdakılar malikdirlər: fiziki və ya hüquqi şəxslər, dövlət orqanları və ya bələdiyyələr. İddiaçı Bakı şəhəri Sabunçu rayonu Bakıxanov bələdiyyəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı «torpaq sahəsinin ayrılması ilə bağlı rəy verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində bildirilir ki, ünvan 1 ünvanında yaşayan Qarabağ müharibəsi veteranı, 1-ci qrup əlil X1 rayonu Bakıxanaov bələdiyyəsinə müraciət edərək 6 nəfər ailə üzvləri ilə 33,88 kv.m sahəsi olan bir otaqlı mənzildə yaşadığını bildirmiş və mənzil şəraitinin yaşayış üçün yetərli olmamasını əsas tutaraq fərdi yaşayış evi tikmək üçün torpaq sahəsinin ayrılmasını xahiş etmişdir. Lakin həmin dövrdə Sabunçu rayonu Bakıxanov bələdiyyəsi tərəfindən fərdi yaşayış evinin tikintisi üçün ona torpaq sahəsi ayrılmasından imtina olunmuşdur. İmtina ilə razılaşmadığından, X7 Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmiş və Məhkəmə Bakıxanov qəsəbəsi ərazisində X5 fərdi yaşayış evinin tikilməsi üçün torpaq sahəsi ayrılmasının Bakıxanov bələdiyyəsinə tapşırılması barədə 28 iyun 2007-ci il tarixli 2-371/2007 saylı qətnamə qəbul etmişdir. Bakıxanov bələdiyyəsi Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 28 iyun 2007-ci il tarixli 2-371/ 2007 saylı qətnaməsinin icrası ilə əlaqədar Bakıxanov qəsəbəsi ərazisində X5 fərdi yaşayış evinin tikilməsi üçün Bakıxanov qəsəbəsi, N.İsmayılov küçəsi, 2/10 saylı binanın arxasında yerləşən 600 kv.m torpaq sahəsi ayrılması üçün rəy verilməsi barədə 10 may 2022-ci il tarixli məktubla Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət etmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti 8 iyun 2022-ci il tarixli **********72 saylı məktubla Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2017-ci il tarixli 1184 saylı Fərmanını əsas gətirərək rəy verməkdən imtina etmişdir. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 144-cü maddəsinin 6-cı bəndinə, «Torpaq islahatı haqqında» Qanunun 7-ci maddəsinə, «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Qanunun 4-cü maddəsinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 156.1-ci maddəsinə, «Bələdiyyələrin əraziləri və torpaqları haqqında» Qanunun müddəalarına, İPM-in 2, 33, 45 və 46-cı maddələrinə əsaslanaraq, məhkəmədən Bakı şəhəri, Bakıxanov qəsəbəsi, N.İsmayılov küçəsi, 2/10 saylı binanın arxasında yerləşən 600 kv.m torpaq sahəsinin fərdi yaşayış evinin tikilməsi üçün X5 ayrılması üçün rəy verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin məhkəməyə təqdim olunmuş iddiaya qarşı yazılı münasibətində bildirilir ki, iddiaçı Bakıxanov bələdiyyəsinin cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı torpaq sahəsinin ayrılmasıns dair iddiası əsassızdır və rədd edilməlidir. Belə ki, Bakıxanov bələdiyyəsi 10 may 2022-ci il tarixli məktubla Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, N.İsmayılov küçəsi 2/10 saylı binanın arxasında yerləşən 600,0 kv.m torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi məqsədilə ayrılmasına rəy verilməsini xahiş etmişdir. Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən “Bakı şəhərində mühəndis-kommunikasiya təminatı obyektlərinin normal fəaliyyətinin təmin olunması ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2016-cı il tarixli 1184 nömrəli Fərmanının tələbləri nəzərə alınaraq Bakıxanov bələdiyyəsinə ünvanlanmış 8 iyun 2022-ci il tarixli **********72 nömrəli məktubla torpaq sahəsinin ayrılması üçün rəy verilməsindən imtina edilmişdir. Həmin Fərmana əsasən yerli icra hakimiyyəti orqanları tərəfindən Bakı şəhərinin ərazisində Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş «Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə»nin 7-ci bəndinə uyğun olaraq bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin ayrılması ilə bağlı bələdiyyənin qərarı qəbul edilənədək torpaq sahəsinin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma, ərazi planlaşdırılması sənədlərinə uyğunluğu baxımından rəy verilməsi 2017-ci il yanvarın 1-dən etibarən müvəqqəti dayandırılmışdır. Beləliklə, bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin ayrılması ilə bağlı rəy verilməsinin Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2016-cı il tarixli 1184 nömrəli Fərmanı ilə dayandırıldığını nəzərə alaraq, Əmlak Məsələləri Dövlət Xidmətinin Bakıxanov bələdiyyəsinin müraciətinin təmin olunmasından imtinası qeyd edilən normativ hüquqi aktın tələblərindən irəli gəlməklə qanunsuz olmamışdır. Göstərilənlərə əsaslanaraq, iddianın rədd edilməsi məhkəmədən xahiş edilir. Məhkəmənin 10 noyabr 2022-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. X7 ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, onun üçüncü şəxs qimsində cəlb olunmasını və iş üzrə qərardad ləğv edilməklə icraatın təzələnməsini xahiş etmişdir. Ərizədə bildirilir ki, iddiaçı Sabunçu rayonu Bakıxanov bələdiyyəsi torpaq sahəsinin ayrılması ilə bağlı rəy verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etsə də, birinci instansiya məhkəməsi tərəfindən onun X4) iştirakı olmadan iddiaya baxılmış və iddianın mümkün sayılmaması qərara alınmışdır. Hesab olunur ki, iddia tələbinə mahiyyəti üzrə baxılmasa da, hər bir halda həmin tələb onun hüquqi marağlarına toxunduğundan, üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi təmin olunmalıdır. Belə ki, iddiaçının iddia tələbini irəli sürməkdə əsas məqsədi Bakı şəhəri, Bakıxanov qəsəbəsi, N.İsmayılov küçəsi, 2/10 saylı binanın arxasında yerləşən 600 kv.m torpaq sahəsinin fərdi yaşayış evinin tikilməsi üçün X5 ayrılması üçün rəyin verilməsi ilə bağlıdır. Nəzərə alınmalıdır ki, həmin torpaq sahəsi məhz Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2- 371/2007 saylı 28 iyun 2007-ci İİ tarixli qətnaməsinin icrası ilə bağlı X5 ayrılmışdır. Həmin qətnamə ilə məhkəmə qət etmişdir ki, maraqlı tərəf Sabunçu rayonu Bakıxanov bələdiyyəsinə ərizəçi X6 Bakı şəhəri, Bakıxanov qəsəbəsi ərazisində fərdi yaşayış evi tikmək üçün torpaq sahəsinin ayrılması tapşırılsın. Göründüyü kimi, Sabunçu rayonu Bakıxanov bələdiyyəsinin torpaq sahəsinə dair rəyin verilməsini tələb etdiyi torpaq sahəsi məhz üçüncü şəxs kimi ona – X5 ayrılmış torpaq sahəsi ilə əlaqədar olmuşdur ki, bu da bilavasitə sonuncunun hazırkı iş üzrə hüquqi marağının mövcudluğunu təsdiq edir. Göstərilənlərə və İPM-in 27, 28, 29-cu maddələrinə, «İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair» Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 01/2022 nömrəli 17 fevral 2022-ci il tarixli Qərardadına əsaslanaraq, 10 noyabr 2022-ci il tarixli qərardadın ləğv ediməsi, iş üzrə icraatın təzələnməsi və onun X4 inzibati məhkəmə icraatına cəlb olunması məhkəmədən xahiş olunur. Bakı İnzibati Məhkəməsinin 28 fevral 2023-cü il tarixli qərardadı ilə 10 noyabr 2022ci il tarixli qərardad ləğv edilmiş, iş üzrə icraat təzələnmiş və X7 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. İş üzrə məhkəmə iclası təyin edilmiş və bu barədə tərəflərə və üçüncü şəxsə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçının nümayəndəsi və üçüncü şəxs gəlmişlər, cavabdeh tərəf isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuş X7 iddianın əsaslı olduğunu bildirdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə prosesdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə (İ və İV hissələrinə) əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «Bələdiyyələrin statusu haqqında» Qanunun 1-ci maddəsinə görə Azərbaycan Respublikasında yerli özünüidarə vətəndaşların fəaliyyətinin təşkilinin elə bir sistemidir ki, bu sistem onlara qanun çərçivəsində yerli əhəmiyyətli məsələləri müstəqil və sərbəst şəkildə həll etmək hüququnu həyata keçirmək və yerli əhalinin mənafeyi naminə Azərbaycan Respublikası Konstitusiyasının 144-cü maddəsinin İİ hissəsinə uyğun olaraq dövlət işlərinin bir hissəsini yerinə yetirmək imkanı verir. Bu hüquqları qanunla müəyyən edilmiş qaydada ümumi, bərabər, birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilmiş bələdiyyə üzvlərindən ibarət nümayəndəli kollegial orqanlar (bələdiyyələr) və ya vətəndaşların yığıncaqları həyata keçirirlər. Bələdiyyələr öz vəzifələrini yerinə yetirmək məqsədi ilə onların qarşısında məsuliyyət daşıyan, daimi fəaliyyət göstərən icra strukturları yarada bilərlər. «İnzibati icraat haqqında» Qanunun 1-ci maddəsinə əsasən 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş «Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə»nin 7-ci bəndinə əsasən ərazinin planlaşdırılması və tikintisi layihələri olmadıqda, bu Əsasnamənin 5-ci bəndində göstərilmiş obyektlərin yerləşdirilməsi və ya tikintisi üçün, habelə fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi zərurəti yarandığı hallarda yeni yaşayış məhəllələrinin salınması üçün bələdiyyələr torpaq sahələrinin seçilməsini və ayrılmasını dəqiqləşdirmək məqsədi ilə ərazinin yerquruluşu-təsərrüfat planı, yaşayış məntəqəsinin baş planı əsasında yaxın dövr üçün şəhərsalma və tikinti normalarına uyğun olaraq ərazinin planlaşdırılması və tikintisi layihələrinin hazırlanmasını və həyata keçirilməsini təşkil edirlər. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıqplanlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Həmin Əsasnamənin 11-ci bəndinə əsasən bələdiyyə torpaqlarından hər hansı bir hüquqda torpaq sahəsinin ayrılması üçün hüquqi və fiziki şəxslər ərizə ilə müvafiq bələdiyyəyə müraciət edirlər. Hüquqi və fiziki şəxslər müraciətlərində aşağıdakıları göstərməlidirlər: torpaq sahəsinin hansı məqsəd üçün ayrılmasını, torpaq sahəsinin hansı hüquqda (xüsusi mülkiyyət və ya icarə hüququ ilə) ayrılmasını, əvvəllər torpaq sahəsi alıbalmadığını, ailə üzvlərinin adına torpaq sahəsi olub-olmadığını, ailə üzvlərinin sayını və tərkibini, torpaq sahəsinin yerini yaxud həmin yerin ünvanını və ölçüsünü, torpaq sahəsində tikilməsi yaxud quraşdırılması nəzərdə tutulan obyektin eskizini, daimi yaşayış yerini (fiziki şəxslər) və ya hüquqi ünvanını (hüquqi şəxslər). Azərbaycan Respublikası Prezidentinin 6 may 2002-ci il tarixli 696 nömrəli Fərmanına əsasən «Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə»nin 7-ci bəndinin dördüncü cümləsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair), Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (tikinti məqsədləri üçün ayrılan torpaq sahələrinə (məlumatlandırma icraatı qaydasında yaşayış evlərinin tikintisi üçün ayrılan torpaq sahələri istisna olmaqla) dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər. Azərbaycan Respublikası Prezidentinin «Bakı şəhərində mühəndis-kommunikasiya təminatı obyektlərinin normal fəaliyyətinin təmin olunması ilə bağlı bəzi tədbirlər haqqında» 30 dekabr 2016-cı il tarixli 1184 nömrəli Fərmanının 1-ci bəndində göstərilmişdir ki, yerli icra hakimiyyəti orqanları tərəfindən Bakı şəhərinin ərazisində Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş «Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə»nin 7-ci bəndinə uyğun olaraq bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin ayrılması ilə bağlı bələdiyyənin qərarı qəbul edilənədək torpaq sahəsinin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma, ərazi planlaşdırılması sənədlərinə uyğunluğu baxımından rəy verilməsi 2017-ci il yanvarın 1-dən etibarən müvəqqəti dayandırılsın. Azərbaycan Respublikası Prezidentinin 12 may 2020-ci il tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi»nin 3.0.52-ci bəndinə görə bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq mülkiyyətə, istifadəyə, icarəyə verilməsinə dair rəy vermək bu Əsasnamə ilə müəyyən olunmuş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Xidmətin vəzifələrinə daxildir. Göründüyü kimi, mövcud qanunvericilik normalarının tələblərinə görə hər hansı bir hüquqla bələdiyyə torpağının şəxsə (fiziki və hüquqi şəxsə) ayrılması üzrə inzibati icraat ona torpaq ayrılmasını istəyən şəxsin həmin bələdiyyəyə müraciəti ilə başlanır və belə icraat çərçivəsində müraciətdə qaldırılan məsələnin (yəni, torpaq ayrılmasının) həllinin birbaşa asılı olduğu hallardan biri də müvafiq olaraq yerli icra hakimiyyəti orqanından, Əmlak Məsələləri Dövlət Xidmətindən və digər orqandan alınmış rəylərdir. Məlum olduğu kimi, Bakı şəhəri üzrə yerli icra hakimiyyəti orqanları tərəfindən bu qəbildən olan rəylərin verilməsi Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2016-cı il tarixli 1184 nömrəli Fərmanı ilə artıq 2017-ci ilin yanvar ayının 1-dən dayandırılmışdır. Bu baxımdan məhkəmə cavabdehin mövqeyi ilə razılaşmır və vurğulayır ki, Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2016-cı il tarixli 1184 nömrəli Fərmanının 1-ci bəndi ilə 2017-ci il yanvarın 1-dən etibarən müvəqqəti dayandırılması nəzərdə tutulan Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən yox, yerli icra hakimiyyəti orqanları tərəfindən verilən rəylərdir. Həmçinin diqqət yetirilməlidir ki, həmin Fərmandan sonra qəbul edilmiş, yəni Azərbaycan Respublikası Prezidentinin 12 may 2020-ci il tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi»nin müddəalarında bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin müəyyən xüsusatlar nəzərə alınmaqla ayrılmasına (mülkiyyətə, istifadəyə, icarəyə verilməsinə) dair rəy vermək Əmlak Məsələləri Dövlət Xidmətinin vəzifələsi kimi təsbit olunmuşdur. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçı Sabunçu rayonu Bakıxanov bələdiyyəsinin iddianı qaldırmaqda məqsədi və marağı qanuni qüvvəyə minmiş məhkəmə qərarının (Sabunçu Rayon Məhkəməsinin 28 iyun 2007-ci il tarixli 2-371/2007 saylı qətnaməsinin) icrasının təmin edilməsidir və Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Bütün qeyd olunanların məcmusunda məhkəmənin qənaəti belədir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 28 iyun 2007-ci il tarixli 2- 371/2007 saylı qətnaməsinin icrasını təmin etmək, habelə müvafiq dövrdə bələdiyyəyə müraciət etmiş yerli sakin kimi hazırkı üçüncü şəxs X4 mənafeyinə uyğun olaraq, Sabunçu rayonu Bakıxanov bələdiyyəsi cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətindən Bakı şəhəri, Bakıxanov qəsəbəsi, N.İsmayılov küçəsi, 2/10 saylı binanın arxasında yerləşən 600 kv.m torpaq sahəsinin fərdi yaşayış evinin tikilməsi üçün X5 ayrılması ilə bağlı rəy verilməsini tələb etməkdə haqlıdır. Odur ki, iddia əsaslı qiymətləndirilir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək iddiaçı Bakı şəhəri Sabunçu rayonu Bakıxanov bələdiyyəsinə Bakı şəhəri, Bakıxanov qəsəbəsi, N.İsmayılov küçəsi, 2/10 saylı binanın arxasında yerləşən 600 kv.m torpaq sahəsinin fərdi yaşayış evinin tikilməsi üçün X5 ayrılması ilə bağlı rəy verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsaslanaraq və İPM-in 4.1, 23.1, 52, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı Bakı şəhəri Sabunçu rayonu Bakıxanov bələdiyyəsinə Bakı şəhəri, Bakıxanov qəsəbəsi, N.İsmayılov küçəsi, 2/10 saylı binanın arxasında yerləşən 600 kv.m torpaq sahəsinin fərdi yaşayış evinin tikilməsi üçün X5 ayrılması ilə bağlı rəy verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar