Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7348/2021 16.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “protokolun ləğv edilməsi” tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, YPX əməkdaşının hərəkətinin qanunsuz hesab edilməsi, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi üzrə inzibati xəta haqqında tərtib edilmiş protokol İddiaçı məxsus AZ 90RA813 dövlət qeydiyyat nişanlı VAZ21074 markalı avtomobilin üzərindən götürülməsi, həmin protokolun ləğv edilməsi, 200 manat cərimənin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinin tələblərinə əsasən məhkəmənin yardımetmək vəzifəsinə uyğun olaraq iddiaçıya 11 iyun 2021-ci il tarixdə məktub ünvanlanaraq, iddia ərizəsinin məzmunundan tələbinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi üzrə inzibati xəta haqqında tərtib edilmiş protokol İddiaçı məxsus AZ 90RA813 dövlət qeydiyyat nişanlı VAZ21074 markalı avtomobilin üzərindən götürülməsi, həmin protokolun ləğv edilməsi, 200 manat cərimənin ləğv edilməsi barədə olmasının müəyyən edildiyi, qeyd edilən tələbə (şikayətə) baxılmasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilən qaydalara əsasən Ümumi Məhkəmələrin səlahiyyətinə aid olduğu nəzərinə çatdırılsa da, lakin iddiaçı tərəfindən hər hansı hərəkət olunmamışdır. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddia tələbinə təqdim edilmiş tələblər üzrə baxılaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdırıb aşağıdakı əsaslara görə hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı ona məxsus AZ 90RA813 dövlət qeydiyyat nişanlı VAZ 21074 markalı avtomobilini texniki baxışdan keçirtmək istəmiş, lakin avtomobili texniki baxışa qəbul etməyib Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi üzrə inzibati xəta haqqında protokolun tərtib edildiyi və həmin protokola görə 200 manat cərimə ödənildikdən sonra avtomobilə texniki baxışın keçirilməsinin mümkün olması bildirilmişdir. İddiaçının hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməsinə əsas, adına tərtib edilmiş inzibati xəta haqqında qərarın əsassız olmasını hesab etməsi və bunun nəticəsində cərimə ödəməyə məcbur qalması olmuşdur. Məhkəmə qeyd edir ki, hazırki iddia tələbi mahiyyəti üzrə inzibati xəta barədə qərarlarının ləğv edilməsindən ibarət olduğundan inzibati icraat qaydasında baxıla bilməz. Belə ki, inzibati xəta barədə qərarlarının ləğv edilməsi barədə şikayətlərə baxılması İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilən qaydalara əsasən Ümumi Məhkəmələrin səlahiyyətinə aiddir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən, 3.2. Bu Qanun inzibati orqanların: 3.2.1. cinayət təqibi üzrə cinayət – prosessual fəaliyyətinə; 3.2.2. inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan orqanları (vəzifəli şəxsləri) müəyyən edən 40.0-cı maddəsinə əsasən inzibati xətalar haqqında işlərə rayon (şəhər) məhkəmələri tərəfindən baxılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin “İnzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət və ya protest vermək hüququnu tənzimləyən 126.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət - səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından-yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Göründüyü kimi qanunvericilik inzibati xəta haqqında işlərin ümumi məhkəmələrdə mübahisələndirilməsini nəzərdə tutmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər- tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 13, 35-ci, 80-cı, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı Yol Polis Xidməti əməkdaşının hərəkətinin qanunsuz hesab edilməsi, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi üzrə inzibati xəta haqqında tərtib edilmiş protokol İddiaçı məxsus AZ 90RA813 dövlət qeydiyyat nişanlı VAZ21074 markalı avtomobilin üzərindən götürülməsi, həmin protokolun ləğv edilməsi, 200 manat cərimənin ləğv edilməsi tələbinə dair iddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-7348/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7348/2021
16.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver