Məhkəmə qərarları › İş №2-1(112)-735/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-735/2024

29.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-735/2024 29.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə2 Südeyib olunun, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə1 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin olunması” tələbi üzrə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56), şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək müraciət etdiyi tarixdən, xx.xx.2001-ci tarixdən xx.xx.2006-cı il tarixədək işlədiyi iş stajının sosial sığota stajına daxil edilərək ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1957-ci ildə anadan olmuş, 1975-ci ildən etibarən isə əmək fəaliyyətinə başlamışdır. xx.xx.2022-ci ildə 65 yaşı tamam olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmişdir. İnzibati orqan tərəfindən ona 29 dekabr 2022-ci il tarixli **********5 nömrəli imtina məktubu ilə cavab verilmişdir. İmtina məktubunda əsas olaraq göstərilmişdir ki, xx.xx.2001-ci il tarixdən xx.xx.2006-cı ilədək olan dövr sığorta stajına daxil edilməmişdir. Lakin həmin dövrlərdə o, əmək kitabçasından da göründüyü kimi faktiki olaraq əmək fəaliyyəti ilə məşğul olmuş və həmin dövrlər də onun sığorta stajına daxil edilməlidir. Buna görə də iddiaçı hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən ona verilən imtina qanunsuz və əsassızdır və iddiaçıya yaşa görə pensiya təyin edilməlidir. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı sonradan məhkəməyə iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək ona 01 oktyabr 2022-ci il tarixdən 65 yaşının tamam olduğu gündən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin müvafiq qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində DSMF-nun Sosial Ödənişlərin Təyinatı üzrə üzrə Mərkəz Filialına qarşı xx.xx.2001-ci il tarixdən-xx.xx.2006-cı il tarixədək işlədiyi iş stajının sosial sığorta stajına daxil edərək yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə inzibati iş üzrə iddia tələbi ilkin ərizəsində öz əksini tapmışdır. Hazırkı ərizəni verməkdə məqsədi iddia ərizəsinə əlavələr etməkdən ibarətdir. Belə ki, cavabdeh imtina ərizəsində yalnız xx.xx.2001-ci ildən xx.xx.2006-cı ilədək olan sığorta stajını nəzərə almırdı və mübahisələndirirdi. Cavabdehin 03 avqust 2023-cü ildə məhkəməyə təqdim etdiyi arayışda yanlış olaraq göstərir ki, iddaçının 20 il 6 ay mübahisələndirilməyən sığorta stajı var. Lakin bu yanaşma düzgün deyil və aşağıda göstərilənlərə əsasən onun əmək stajı 25 ildən artıqdır. Belə ki, iddiaçı xx.xx.1973-cü ildən-xx.xx.1974-cü ilə kimi 38 nömrəli Texniki Peşə Məktəbində oxumuş-10 ay 25 gün; xx.xx.1977-ci ildən-xx.xx.1979-cu ilə kimi Sovet ordusunda həqiqi hərbi xidmətdə olmuş- 2 il, 12 gün; xx.xx.1975-ci ildən-xx.xx.1977-ci ilə kimi Gəncə (Kirovobad) mexanikiquraşdırma idarəsində ikinci dərəcəli çilingər işləmiş- 1 il,10ay, 03 gün; xx.xx.1980-cı ildənxx.xx.1981-ci ilə kimi Povxoz qazma İşləri İdarəsində 3-cü dərəcəli qazmaçı köməkçisi vəzifəsində işləmiş-08 ay, 12 gün; xx.xx.1981-ci ildən-xx.xx.1999-cu ilə kimi Maşınqayırma zavodunda müxtəlif peşələrdə işləmişdir-17 il, 09 ay, 13 gün; xx.xx.2001-ci ilə kimi onun 23 il 07 aydan artıq əmək stajı vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydasının 4.1-ci bəndinə əsasən Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1.2006-cı il yanvarın 1dək olan dövr üzrə: 1."Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1486/2023 saylı 07 sentyabr 2023-cü il tarixli Qərarının 25-ci bəndində göstərir ki, ....Qanunun qüvvəyə mindiyi 2006-cı il 1 yanvar tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı nəzərə alındığı halda, 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün onların ümumi iş stajı əsas götürülür və həmin iş stajı işçinin əmək kitabçasının məlumatlarına əsasən müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-975/2023 saylı 02 avqust 2023-cü il tarixli Qərarının 35-ci bəndində isə göstərir ki, formalaşmış məhkəmə təcrübəsinə görə, 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək əmək kitabçasına əsasən müəyyən edilir. Bu baxımdan cavabdeh tərəfindən həmin normaların tələbi və formalaşmış məhkəmə təcrübəsi nəzərə alınmalı, iddiaçının mübahisə olanan dövrə dair əmək stajı onun əmək kitabçasında qeyd edilmiş məlumatlar əsasında hesablanmalıdır. xx.xx.2001-ci ildən-xx.xx.2006-cı ilə kimi-Bakı Maşınqayırma zavodunda 6-cı dərəcəli krançı peşəsində işləmiş-5 il, 05 ay. Azərbaycan Respublikası Dövlət Arxivinin 25 dekabr 2023-cü il tarixli arxiv arayışına əsasən isə 2001-ci ilin avqust-noyabr aylarında, 2002-ci ilin yanvar, iyun, iyul, avqust və sentyabr aylarında, 2003-cü ilin yanvar, fevral, mart, aprel, may, iyun, avqust, sentyabr, oktyabr, noyabr aylarında, 2004-cü ilin yanvar, fevral, mart, aprel, may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr aylarında 2005-ci 1 yanvardan 2006-cı ilin 01 iyununa kimi öz hesabına ödənişsiz məzuniyyətdə olmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 111-ci maddəsini 1-ci hissəsinə əsasən məzuniyyətdə olduğu müddət işçinin əmək stajına, həmçinin ixtisası üzrə stajına daxil edilir. Həmin Məcəllənin 112-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan məzuniyyət növlərindən biri də ödənişsiz məzuniyyətdir. 24 fevral 2009-cu ilə qədər qüvvədə olan Əmək Məcəllənin 129-cu maddəsinin 2-ci hissəsinə görə, işəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda, o cümlədən əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə müddəti tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər. Bu normaya Əmək Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında 24 fevral 2009-cu il 771 nömrəli-İİİQD Qanunu ilə dəyişdirilərək 129-cu maddənin 2-ci hissəsinə müddəti sözündən sonra altı aydan çox olmayaraq sözləri əlavə edilmişdir. Bu da o deməkdir ki, iddiaçıya 24 fevral 2009-cu ilə qədər qüvvədə olan Əmək Məcəllənin 129-cu maddəsinin 2-ci hissəsi şamil edilməlidir. Ona görə də 2001-2006-cı illərdə ödənişsiz məzuniyyətdə olduğu müddət həm ümumi, həm də fasiləsiz sığorta stajına daxil edilməlidir. xx.xx.1977-ci ildən-xx.xx.1979-cu ilə kimi Sovet ordusunda həqiqi hərbi xidmətdə olduğu-2 il, 12 gün də sığorta stajına daxil edilməlidir.Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1814/2022 saylı 18 oktyabr 2022-ci il tarixli qərarında göstərir ki, SSRİ Nazirlər Sovetinin xx.xx.1973-cü il tarixli 252 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət sosial sığorta müavinətlərinin təyini zamanı fəhlə və qulluqçuların fasiləsiz stajının hesablanması qaydaları” mn 8-ci bəndinin “a” yarımbəndinə əsasən SSRİ Silahlı qüvvvələrinin tərkibində, SSRİ Nazirlər Sovetinin nəzdində olan Dövlət Təhlükəsizlik Komitəsinin və SSRİ Daxili İşlər Nazirliyinin orqanlarında, xalq yığma qoşunu və partizan dəstələrində qulluq, əgər qulluqdan azad olunma tarix ilə işə daxil olma tarixi arasında fasilə üç aydan artıq deyilsə fasiləsiz əmək stajına daxil edilir. Cavabdeh həmçinin iddiaçının xx.xx.1973-cü ildən-xx.xx.1974-cü ilə kimi 38 nömrəli Texniki Peşə Məktəbində oxuduğu - 10 ay 25 günü də sığorta stajına daxil etmir. xx.xx.1956-cı ildə qanuni qüvvvəyə minmiş və xx.xx.1992-ci ilədək qüvvədə olmuş Dövlət pensiyaları haqqında SSRİ qanunun 1-ci maddəsinin “v” bəndinə əsasən, ali məktəblərdə, orta ixtisas məktəblərində, sənət məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan ixtisaskeçmə kurslarında, aspiranturada, dokturanturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. 01.01. 2006-cı ilədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin “ğ” bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Göründüyü kimi əmək kitabçasına, hərbi biletə və TPM-nin attestatına əsasən onun 25 ildən artıq ümumi sığorta stajı var. Bu da ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayətdir. İş icraata daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədi ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi yazılı münasibətində iddiaçının tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçı X.X1 daxil olmuş ərizəsinə aidiyyəti üzrə baxılaraq xx.xx.2022-ci il tarixli **********0 nömrəli məktubla bildirilmişdir ki, Mərkəzi Filiala təqdim edilmiş əmək kitabçasının surətində qeyd edilmiş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1992-ci il tarixdən xx.xx.1999-cu il tarixədək və xx.xx.2001-ci il tarixdən xx.xx.2003cü il tarixədək “S.M.Kirov adına Maşınqayırma Zavodu”nda olan əmək fəaliyyəti dövrlərinin araşdırılması zərurəti yaranmışdır. X.Abdullyevin “S.M.Kirov, adına Maşınqayırma Zavodu”nda olan əmək fəaliyyəti yoxlanılmış və ona ümumilikdə 68 ay əməkhaqqı ödənildiyi müəyyən edilmişdir. Qanunvericiliyin tələblərinə əsasən 25 il sığorta stajı tamamlanmadığından ona yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün hesab edilməmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən İddiaçı Qanunla müəyyən olunmuş pensiya yaşına xx.xx.2022-ci ilarixdə (yəni 65 yaşda) çatmışdır. Belə ki, İddiaçı təqdim etdiyi əmək kitabçası və hərbi biletin surətinə əsasən xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək hərbi xidmət dövrü əmək kitabçasının surətinə əsasən xx.xx.1975-ci il tarixdən xx.xx.1975-ci il tarixədək, xx.xx.1976-cı il tarixdən xx.xx.1977-ci il tarixədək, xx.xx.1977-ci il tarixdən xx.xx.1977-ci il tarixədək, xx.xx.1980-cı il tarixdən xx.xx.1980-ci il tarixədək, xx.xx.1980-ci il tarixdən xx.xx.1981-ci il tarixədək, xx.xx.1981-ci il tarixdən xx.xx.1992-ci il tarixədək, Azərbaycan Respublikasının Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli DA-02305-2022 nömrəli arxiv arayışına əsasən xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək, xx.xx.1995-ci il tarixdən xx.xx.1995-ci il tarixədək, xx.xx.1995-ci il tarixdən xx.xx.1996-cı il tarixədək, xx.xx.2001-ci il tarixdən xx.xx.2001-ci il tarixədək, xx.xx.2001-ci il tarixdən xx.xx.2001-ci il tarixədək, xx.xx.2001-ci il tarixdən xx.xx.2002-ci il tarixədək, xx.xx.2002-ci il tarixdən xx.xx.2002-ci il tarixədək, xx.xx.2002-ci tarixdən xx.xx.2003-cü il tarixədək, xx.xx.2003-cü il tarixdən xx.xx.2003-cü il tarixədək, xx.xx.2003-cü il tarixdən xx.xx.2004-cü il tarixədək, xx.xx.2004-cü il tarixdən xx.xx.2005-ci il tarixədək əmək fəaliyyəti dövrü üzrə xx.xx.2006-cı il tarixədək ümumilikdə 20 il 6 ay mübahisələndirilməyən sığorta stajı müəyyən edilmişdir. Eyni zamanda bildirilir ki, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsisteminə əsasən İddiaçı xx.xx.2006-cı il tarixdən sonra fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Qanunun 27.1-ci maddəsinə əsasən sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. İddiaçı xx.xx.2006-cı il tarixədək 20 il 6 ay sığorta stajına əsasən həmin tarixə fərdi hesabının sığorta kapitalı 6273 manat təşkil edir. xx.xx.2006-cı il tarixədək olan fərdi hesabının sığorta kapitalının xx.xx.2022-ci il tarixə indeksləşdiriimiş məbləği 16669,01 manat təşkil edir. Bundan başqa, İddiaçı 16669,01 manat pensiya kapitalı pensiya yaşına çatdığı tarixdə qanunvericiliklə tələb olunan 34560 manat pensiya kapitalından azdır. Qeyd olunanları nəzərə alaraq, əmək kitabçasında göstərilən müvafiq dövrlər üzrə əmək haqqı hesablanmadığından, bununla da həmin dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən, ümumi sığorta stajının qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Göstərilənləri əsas götürməklə iddia tələbinin təmin edilməməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə edərək, iddia ərizəsinə və tələbin dəqiqləşdirilməsinə dair ərizədə göstərilənlərə uyğun məzmunda izahat verdi və tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli məktubunun surətindən görünür ki, iddiaçının müraciətinə etiraza uyğun məzmunda cavab verilərək imtina edilmişdir. -AA ******* №li şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1957-ci il təvəllüdlüdür. Azərbaycan Respublikasının vətəndaşıdır. -H3 №3573306 hərbi biletin surətindən görünür ki, iddiaçı xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur. -xx.xx.1976-cı il tarixdən doldurulmağa başlamış əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, iddiaçı xx.xx.1975-ci il tarixdən xx.xx.1975ci il tarixədək Kirovabad mexaniki-quraşdırma İdarəsində ikinci dərəcəli çilingər, xx.xx.1976-cı il tarixdən xx.xx.1977-ci il tarixədək 3 saylı Trestin 31 saylı Tikinti İdarəsində ikinci dərəcəli quraşdırıcı, xx.xx.1977-ci il tarixdən xx.xx.1977-ci il tarixədək Kirovabad mexaniki-quraşdırma “AzXüsusi” İnşaat İşləri İdarəsində çilingər-quraşdırıcısı, “Kiroveft” Birliyinin Povxoz qazma işləri idarəsində üçüncü dərəcəli qazmaçı köməkçisi, xx.xx.1980cı il tarixdən xx.xx.1981-ci il tarixədək Yeraltı quyuların təmiri üzrə quraşdırma sexində qazmaçı köməkçisi, xx.xx.1981-ci il tarixdən xx.xx.1999-cu il tarixədək Kirov adına Maşınqayırma zavodunda (sonradan AR NK-nın xx.xx.1992-ci il tarixli, 222 nömrəli qərarı ilə BMZ adlandırılıb) mexaniki yığma sexində üçüncü dərəcəli nəqliyyatçı, dəlikaçan,ikinci dərəcəli xarrat, operator köməkçisi, iri qıfıl sexində fəhlə termist-operator, ikinci dərəcəli krançı, xx.xx.2001-ci il tarixdən, xx.xx.2006-cı il tarixədək Bakı Maşınqayırma Zavodunda, qıfıl sexində altıncı dərəcəli krançı işləmişdir. -Azərbaycan Respublikası Dövlət Arxivinin 10 aprel 2023-cü il tarixli sorğuya cavab məktubu ilə məhkəməyə təqdim edilmiş əmrlərin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı Bakı Maşınqayırma Zavodu üzrə xx.xx.2001-ci il tarixli, 21/k nömrəli əmrə əsasən xx.xx.2001-ci ildən Qıfıl sexinin mexaniki emal sahəsi üzrə 6-cı dərəcəli krançı qəbul edilmiş, xx.xx.2001-ci il tarixli, 111/k nömrəli əmrə əsasən Qıfıl sexinə termiki sahədə 6-cı dərəcəli krançı vəzifəsinə təyin edilmiş, "xxxx" TASC üzrə xx.xx.2006-cı il tarixli, 68/k nömrəli əmrə əsasən xx.xx.2006-cı il tarixdən AR Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən qıfıl sexinin krançısı vəzifəsindən öz xahişi ilə işdən azad edilmişdir. -"xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubunda "xxxx" MMC-nin xx.xx.2010-cu il tarixə olan bütün arxiv sənədlərinin Azərbaycan Respublikası Dövlət Arxivinə təhvil verildiyi, müəssisənin cari tarixə dövlət büdcəsinə sosialsığorta (MDSS) üzrə borcunun olmadığı bildirilmişdir. -Azərbaycan Respublikası Dövlət Arxivinin 22 iyun 2023-cü il tarixli sorğuya cavab məktubuna əlavə edilmiş S.M.Kirov adına Qırmızı əmək bayrağı Maşınqayırma zavodu üzrə xx.xx.1982-ci il tarixli, 567/k nömrəli əmrə əsasən İddiaçı mexaniki-yığma sexinə dılikaçan şagirdi vəzifəsinə köçürülmüş, xx.xx.1982-ci il tarixli, 673/k nömrəli əmrə əsasən həmin sexdə 1-ci dərəcəli dəlikaçan, xx.xx.1988-ci il tarixli, 212/k nömrəli əmrə əsasən həmin sexə 2-ci dərəcəli xarrat, xx.xx.1991-ci il tarixli 108/k nömrəli əmrə əsasən 2-ci dərəcəli operator, xx.xx.1998-ci il tarixli 412/k nömrəli əmrə əsasən xx.xx.1998-ci il tarixdən Qıfıl sexinə krançı vəzifəsinə keçirilmişdir. Bakı Maşınqayırma zavodunun xx.xx.1999-cu il tarixli 133/k nömrəli əmrinə əsasən siyahıda adı ikinci yerdə olan İddiaçı bir aylıq işdən çıxarılma pulu şərtilə krançı vəzifəsindən azad edilmişdir. -Azərbaycan Respublikası Təhsil Nazirliyi İlk Peşə-İxtisas Təhsil Müəssisəsi 1 nömrəli Gəncə Peşə Məktəbi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, arayış İddiaçı ondan ötrü verilmişdr ki, o həqiqətən 1 sentyabr 1973-cü ildə 38 nömrəli Texniki Peşə Məktəbinə əyani daxil olmuşdur. 25 iyul 1974-cü ildə 2838 nömrəli attestat ilə 2-ci drəcəli “quraşdırıcı çilingər” ixtisasına yiyələnərək, məktəbi bitirmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 116 nömrəli 23 avqust 1996-cı il tarixli Qərarına əsasən 38 nömrəli Texniki Peşə Məktəbinin adı dəyişdirilərək 1 nömrəli X2muşdur. -Cavabdehin məhkəmənin sorğusuna cavab olaraq verdiyi xx.xx.2023-cü il tarixli məktubunda aşağıdakılar qeyd edilmişdir: “Məlumat üçün bildiririk ki, İddiaçı təqdim etdiyi hərbi biletin surətinə əsasən xx.xx.1977-ci il tarixindən xx.xx.1979-cu il tarixinədək hərbi xidmət dövrü, əmək kitabçasının surətinə əsasən xx.xx.1975-ci il tarixindən xx.xx.1975-ci tarixinədək, xx.xx.1976-cı il tarixindən xx.xx.1977-ci tarixindən xx.xx.1977-ci il tarixinədək, xx.xx.1980-cı il tarixdən xx.xx.1980-ci il tarixədək, xx.xx.1980-ci il tarixdən xx.xx.1981-ci il tarixədək, xx.xx.1981-ci il tarixdən xx.xx.1992-ci il tarixədək, Azərbaycan Respublikasının Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli DA-02305-2022 nömrəli arxiv arayışına əsasən xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək, xx.xx.1995-ci il tarixdən xx.xx.1995-ci il tarixədək, xx.xx.1995-ci il tarixdən xx.xx.1996-cı il tarixədək, xx.xx.2001-ci il tarixdən xx.xx.2001-ci il tarixədək, xx.xx.2001-ci il tarixdən xx.xx.2001-ci il tarixədək, xx.xx.2001-ci il tarixdən xx.xx.2002-ci il tarixədək, xx.xx.2002-ci il tarixdən xx.xx.2002-ci il tarixədək, xx.xx.2002-ci tarixdən xx.xx.2003-cü il tarixədək, xx.xx.2003-cü il tarixdən xx.xx.2003-cü il tarixədək, xx.xx.2003-cü il tarixdən xx.xx.2004-cü il tarixədək, xx.xx.2004-cü il tarixdən xx.xx.2005-ci il tarixədək əmək fəaliyyəti dövrü üzrə xx.xx.2006-cı il tarixədək ümumilikdə 20 il 6 ay mübahisələndirilməyən sığorta stajı müəyyən edilmişdir. Məlumat üçün bildiririk ki, İddiaçı təqdim etdiyi əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1992-ci il tarixindən xx.xx.1999-cu il tarixinədək və xx.xx.2001-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək “S.M.Kirov adına Maşınqayırma Zavodu”nda olan əmək fəaliyyəti dövrlərinin araşdırılmasına zərurət yaranmışdır. Azərbaycan Respublikası Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli arxiv arayışlarına əsasən “S.M.Kirov adına Maşınqayırma Zavodu”nda xx.xx.1992-ci il tarixindən xx.xx.1999-cu il tarixinədək dövr üzrə vətəndaşın adına əmək haqqı ödənilməyən 1994-cü ilin Xİ-Xİİ ayları, 1995-ci ilin İV-Vİİ ayları, 1996-cı ilin Vİİİ-Xİİ ayları, 1997-1998-ci illər, 1999- cu ilin l-ll ayları və xx.xx.2001 -ci il tarixindən xx.xx.2006-cı il tarixinədək olan dövr üzrə 2001 -ci ilin İ, Vİİİ, Xİ ayları, 2002-ci ilin İ, Vİ-İX ayları, 2003-cü ilin l-Vİ ayları, Vİİİ-Xİ ayları, 2004-cü ilin l-Xİ ayları, 2005-ci il sığorta stajına daxil edilməmişdir. Həmçinin bildiririk ki, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsisteminə əsasən İddiaçı xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb.” -İnzibati icraat materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Arxivi tərəfinən cavabdeh inzibati orqana ünvanlanmış xx.xx.2022-ci il tarixli arxiv arayışından görünür ki, “S.M.Kirov adına maşınqayırma zavodu” arxiv fondunda mühafizə edilən əmək haqqı cədvəllərində İddiaçı 1992-1996, həmçinin fevral-iyul, sentyabr-oktyabr, dekabr 2001, fevral-may, oktyabr-dekabr 2002, iyul, dekabr 2003, dekabr 2004-cü illərə dair aylıq maaş cədvəli göndərilmişdir. Arayışda həmçinin arxiv fondunun 2005-2006-cı illərə dair əmək haqqı cədvəllərinin arxivə dövlət mühafizəsinə verilmədiyi qeyd olunmuşdur. -İnzibati icraat materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Arxivi tərəfindən cavabdehə ünvanlanan Arxiv Arayışında aşağıdakılar qeyd olunmuşdur: “Sizin 21 oktyabr 2022-ci il tarixli **********3 nömrəli Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinə ünvanladığınız sorğunuza cavab olaraq bildiririk ki, “S.M.Kirov adına maşınqayırma zavodu” arxiv fondunda mühafizə edilən əmək haqqı verilmək üçün şəxsi hesablarda və şəxsi heyət üzrə əmr kitablarında İddiaçı (əmr № 510, 22 may 1981-ci il) Mexaniki yığma sexinə 3-cü dərəcəli transportirovşik (цex мexaнический сбор тpaнcnopтировщик) vəzifəsinə təyin edildiyi; (əmr № 567/k, 06 iyul 1982-ci il) 1-ci dərəcəli dəlici (сверловщик.) vəzifəsinə keçirildiyi; (əmr № 673/k, 11 avqust 1982-ci il) 1-ci dərəcəli dəlici (сверловщик) (сдел.холод.ставки) vəzifəsinə keçirildiyi; (əmr № 212/k, 16 mart 1988-ci il) 2-ci dərəcəli tokar (сдел.холод.ставки) vəzifəsinə keçirildiyi; (əmr № 1042/k, 28 dekabr 1990-cı il) 3-cü dərəcəyə təhkim edildiyi; (əmr № 81/k, 06 fevral 1991-ci il) rəqəmli pqoqramla idarə olunan sahəyə operator şagirdi (Hny) vəzifəsinə keçirildiyi; (əmr № 108/k, 20 fevral 1991-ci il) 2-ci dərəcəyə (сдел.холод.ставки) təhkim edildiyi; (əmr № 117/k, 29 mart 1996-cı il) İri qıfıl sexinə termiki sahəyə 3-cü dərəcəli fəhlə vəzifəsinə keçirildiyi (termist sənətini öyrənməklə); (əmr № 248/k, 12 iyul 1996-cı il) İri qıfıl sexinə termiki sahəyə 2-ci dərəcəli krançı vəzifəsinə keçirildiyi; (əmr № 139/k, 25 aprel 1997-ci il) 4-cü dərəcəyə təhkim edildiyi (zərəli iş şəraiti ilə); (əmr № 412/k, 24 noyabr 1998-ci il) Qıfıl sexinə keçirildiyi; (əmr № 133/k, 04 mart 1999-cu il) işdən azad olunduğu qeyd olunur. Həmçinin, (əmr № 21/k, 07 yanvar 2001-ci il) Qıfıl sexinin mexaniki emal sahəsinə 6-cı dərəcəli krançı vəzifəsinə təyin edildiyi; (əmr № 111/k, 01 mart 2001-ci il) termiki sahəyə 6cı dərəcəli krançı vəzifəsinə keçirildiyi; (əmr № 68/k, 01 iyun 2006-cı il) işdən azad olunduğu qeyd olunur.” -Azərbaycan Respublikası Dövlət Arxivi tərəfindən vəkil sorğusuna cavab olaraq verilmiş xx.xx.2023-cü il tarixli arxiv arayışından görünür ki, “S.M.Kirov adına Maşınqayırma zavodu” arxiv fondunda mühafizə edilən əmək haqqı cədvəllərində İddiaçı 1994-1997, yanvar-mart 1999-cu il, yanvar-iyul, sentyabr, oktyabr, dekabr 2001, fevralmay, oktyabr-dekabr 2002, iyul, dekabr 2003, dekabr 2004-cü illərə dair aylıq maaşı cədvəl şəklində təqdim edilmişdir. Arayışda yuxarıda qeyd olunan arxiv fondunun 1998-ci ilə dair əmək haqqı cədvəllərinin arxivə dövlət mühafizəsinə verilmədiyi qeyd olunmuşdur. -Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin tərəfindən iddaçıya ünvanlanan sorğuya cavab olaraq bildirilmişdi ki, “Bakı maşınqayırma zavodu” arxiv fondunda mühafizə edilən şəxsi heyət üzrə əmr kitablarında İddiaçı aşağıdakı məlumatları qeyd olunur: -(əmr № 177/k, 23 iyul 2001 -ci il) - 23 iyul 2001-ci ildən - 01 avqust 2001-ci ilədək öz hesabına ödənişsiz məzuniyyət (işə başlama vaxtı 02 avqust 2001-ci il); -(əmr № 186/k, 06 avqust 2001-ci il) - 06 avqust 2001-ci ildən - 31 avqust 2001-ci ilədək öz hesabına ödənişsiz məzuniyyət (işə başlama vaxtı 01 sentyabr 2001-ci il); -(əmr № 209, 28 sentyabr 2001 -çi il) - 01 oktyabr 2001 -ci ildən - 07 oktyabr 2001 ci ilədək öz hesabına ödənişsiz məzuniyyət (işə başlama vaxtı 08 oktyabr 2001-ci il il); -(əmr № 217/k, 19 oktyabr 2001-ci il) - 15 oktyabr 2001-ci ildən - 31 oktyabr 2001-ci ilədək öz hesabına ödənişsiz məzuniyyət (işə başlama vaxtı 01 noyabr 2001-ci il); -(əmr № 224/k, 05 noyabr 2001-ci il) - 01 noyabr 2001-ci ildən - 18 noyabr 2001-ci ilədək öz hesabına ödənişsiz məzuniyyət (işə başlama vaxtı 19 noyabr 2001-ci il); -(əmr № 230/k, 19 noyabr 2001-ci il) - 19 noyabr 2001-ci ildən - 30 noyabr 2001-ci ilədək öz hesabına ödənişsiz məzuniyyət (işə başlama vaxtı 01 dekabr 2001-ci il); -(əmr № 236/k, 03 dekabr 2001-ci il) - 03 dekabr 2001-ci ildən - 16 dekabr 2001-ci ilədək öz hesabına ödənişsiz məzuniyyət (işə başlama vaxtı 17 dekabr 2001-ci il); -(əmr № 242/k, 21 dekabr 2001-ci il) -17 dekabr 2001-ci ildən - 25 dekabr,oz hesabına ödənişsiz məzuniyyət (işə başlama vaxtı 26 dekabr 2001-ci il); (əmr № 34/k, 11 mart 2002-ci il) - 12 mart 2002-ci ildən - 30 mart 2002-ci ilədək (ödənişsiz məzuniyyət (işə başlama vaxtı 01 aprel 2002-ci il); (əmr № 41/k, 03 aprel 2002-ci il) - 07 aprel 2002-ci ildən - 21 aprel 2022-ci ilədək öz hesabına ödənişsiz məzuniyyət (işə başlama vaxtı 22 aprel 2002-ci il); (əmr № 53/k, 03 may 2002-ci il) - 06 may 2002-ci ildən - 16 may 2002-ci ilədək öz hesabına ödənişsiz (işə başlama vaxtı 17 may 2002-ci il); (əmr № 60/k, 17 may 2002-ci il) - 17 may 2002-ci ildən - 31 may 2002-ci ilədəködənişsiz oz hesabına ödənişsiz (işə başlama vaxtı 01 iyun 2002-ci il); (əmr № 70/k, 03 iyun 2002-ci il) - 01 iyun 2002-ci ildən - 16 iyun 2002-ci ilədək ödənişsiz öz hesabına ödənişsiz (işə başlama vaxtı 17 iyun 2002-ci il); (əmr № 75/k, 12 iyun 2002-ci il) - 17 iyun 2002-ci ildən - 07 iyul 2002-ci ilədək ödənişsiz öz hesabına ödənişsiz (işə başlama vaxtı 08 iyul 2002-ci il); (əmr № 84/k, 05 iyul 2002-ci il) - 08 iyul 2002-ci ildən - 31 iyul 2002-ci ilədək ödənişsiz öz hesabına ödənişsiz (işə başlama vaxtı 01 avqust 2002-ci il); (əmr № 97/k, 01 avqust 2002-ci il) - 01 avqust 2002-ci ildən - 31 avqust 2002-ci ilədək öz hesabına ödənişsiz məzuniyyət (işə başlama vaxtı 01 sentyabr 2002-ci il); (əmr-№ 107/k, 06 sentyabr 2002-ci il) - 02 sentyabr 2002-ci ildən - 13 sentyabr 2002-ci ilədək öz hesabına ödənişsiz məzuniyyət (işə başlama vaxtı 14 sentyabr 2002-ci il); (əmr № 112/k, 18 sentyabr 2002-ci il) - 16 sentyabr 2002-ci ildən - 20 sentyabr 2002-ci ilədək öz hesabına ödənişsiz məzuniyyət (işə başlama vaxtı 21 sentyabr 2002-ci il); (əmr № 115/k, 23 sentyabr 2002-ci il) - 23 sentyabr 2002-ci ildən - 30 sentyabr 2002-ci ilədək öz hesabına ödənişsiz məzuniyyət (işə başlama vaxtı 01 oktyabr 2002-ci il); (əmr № 122/k, 04 oktyabr 2002-ci il) - 01 oktyabr 2002-ci ildən - 11 oktyabr 2002-ci ilədək öz hesabına ödənişsiz məzuniyyət (işə başlama vaxtı 12 oktyabr 2002-ci il); (əmr № 127/k, 14 oktyabr 2002-ci il) - 15 oktyabr 2002-ci ildən - 20 oktyabr 2002-ci ilədək öz hesabına ödənişsiz məzuniyyət (işə başlama vaxtı 21 oktyabr 2002-ci il); (əmr № 153/k, 17 dekabr 2002-ci il) - 11 dekabr 2002-ci ildən - 23 dekabr 2002-ci ilədək öz hesabına ödənişsiz məzuniyyət (işə başlama vaxtı 26 dekabr 2002-ci il); (əmr № 1/k, §9, 02 yanvar 2003-cü il) - 26 dekabr 2002-ci ildən - 31 yanvar 2003-cü ilədək öz hesabına ödənişsiz məzuniyyət (işə başlama vaxtı 01 fevral 2003-cü il); (əmr № 18/k, 30 yanvar 2003-cü il) - 03 fevral 2003-cü ildən - 15 fevral 2003-cü ilədək öz hesabına ödənişsiz məzuniyyət (işə başlama vaxtı 16 fevral 2003-cü il); (əmr № 24/k, 17 fevral 2003-cü il) - 17 fevral 2003-cü ildən - 28 fevral 2003-cü ilədək öz hesabına ödənişsiz məzuniyyət (işə başlama vaxtı 01 mart 2003-cü il); (əmr № 33/k, 03 mart 2003-cü il) - 03 mart 2003-cü ildən - 14 mart 2003-cü ilədək öz hesabına ödənişsiz məzuniyyət (işə başlama vaxtı 15 mart 2003-cü il); (əmr № 41/k, 24 mart 2003-cü il) - 17 mart 2003-cü ildən - 18 aprel 2003-cü ilədək öz hesabına ödənişsiz məzuniyyət (işə başlama vaxtı 19 aprel 2003-cü il); (əmr № 51/k, 25 aprel 2003-cü il) - 21 aprel 2003-cü ildən - 02 may 2003-cü ilədək öz hesabına ödənişsiz məzuniyyət (işə başlama vaxtı 03 may 2003-cü il); (əmr № 57/k, 05 may 2003-cü il) - 05 may 2003-cü ildən - 31 may 2003-cü ilədək öz hesabına ödənişsiz məzuniyyət (işə başlama vaxtı 01 iyun 2003-cü il); (əmr № 74/k, 02 iyun 2003-cü il) - 02 iyun 2003-cü ildən - 20 iyun 2003-cü ilədək öz hesabına ödənişsiz məzuniyyət (işə başlama vaxtı 21 iyun 2003-cü il); (əmr № 87/k, 23 iyun 2003-cü il) - 23 iyun 2003-cü ildən - 30 iyun 2003-cü ilədək öz hesabına ödənişsiz məzuniyyət (işə başlama vaxtı 01 iyul 2003-cü il); (əmr № 94/k, 02 iyul 2003-cü il) - 02 iyul 2003-cü ildən - 13 iyul 2003-cü ilədək öz hesabına ödənişsiz məzuniyyət (işə başlama vaxtı 14 iyul 2003-cü il); (əmr № 101/k, 25 iyul 2003-cü il) - 14 iyul 2003-cü ildən - 22 iyul 2003-cü ilədək öz hesabına ödənişsiz məzuniyyət (işə başlama vaxtı 23 iyul 2003-cü il); (əmr № 107/k, 08 avqust 2003-cü il) - 01 avqust 2003-cü ildən - 30 avqust 2003-cü ilədək öz hesabına ödənişsiz məzuniyyət (işə başlama vaxtı 31 avqust 2003-cü il); (əmr № 121/k, 05 sentyabr 2003-cü il) - 01 sentyabr 2003-cü ildən - 30 sentyabr 2003-cü ilədək öz hesabına ödənişsiz məzuniyyət (işə başlama vaxtı 01 oktyabr 2003-cü il); (əmr № 134/k, 30 sentyabr 2003-cü il) - 02 oktyabr 2003-cü ildən - 31 oktyabr 2003cü ilədək öz hesabına ödənişsiz məzuniyyət (işə başlama vaxtı 01 noyabr 2003-cü il); (əmr № 150/k, 03 noyabr 2003-cü il) - 03 noyabr 2003-cü ildən - 03 dekabr 2003-cü ilədək öz hesabına ödənişsiz məzuniyyət (işə başlama vaxtı 04 dekabr 2003-cü il); (əmr № 161/k, 05 dekabr 2003-cü il) - 04 dekabr 2003-cü ildən - 04 yanvar 2004-cü ilədək öz hesabına ödənişsiz məzuniyyət (işə başlama vaxtı 05 yanvar 2004-cü il); (əmr № 3/k, 06 yanvar 2004-cü il) - 06 yanvar 2004-cü ildən - 31 yanvar 2004-cü ilədək öz hesabına ödənişsiz məzuniyyət (işə başlama vaxtı 01 fevral 2004-cü il); (əmr № 12/k, 02 fevral 2004-cü il) - 02 fevral 2004-cü ildən - 27 fevral 2004-cü ilədək öz hesabına ödənişsiz məzuniyyət (işə başlama vaxtı 28 fevral 2004-cü il); (əmr № 23/k, 01 mart 2004-cü il) - 01 mart 2004-cü ildən - 31 mart 2004-cü ilədək öz hesabına ödənişsiz məzuniyyət (işə başlama vaxtı 01 aprel 2004-cü il); (əmr № 31/k, 01 aprel 2004-cü il) - 01 aprel 2004-cü ildən - 30 aprel 2004-cü ilədək öz hesabına ödənişsiz məzuniyyət (işə başlama vaxtı 01 may 2004-cü il); (əmr № 43/k, 03 may 2004-cü il) - 03 may 2004-cü ildən - 31 may 2004-cü ilədək öz hesabına ödənişsiz məzuniyyət (işə başlama vaxtı 01 iyun 2004-cü il); (əmr № 52/k, 04 iyun 2004-cü il) - 01 iyun 2004-cü ildən - 30 iyun 2004-cü ilədək öz hesabına ödənişsiz məzuniyyət (işə başlama vaxtı 01 iyul 2004-cü il); (əmr № 65/k, 01 iyul 2004-cü il) - 01 iyul 2004-cü ildən - 31 iyul 2004-cü ilədək öz hesabına ödənişsiz məzuniyyət (işə başlama vaxtı 01 avqust 2004-cü il); (əmr № 78/k, 06 avqust 2004-cü il) - 02 avqust 2004-cü ildən - 31 avqust 2004-cü ilədək öz hesabına ödənişsiz məzuniyyət (işə başlama vaxtı 01 sentyabr 2004-cü il); (əmr № 92/k, 13 sentyabr 2004-cü il) - 13 sentyabr 2004-cü ildən - 01 oktyabr 2004cü ilədək öz hesabına ödənişsiz məzuniyyət (işə başlama vaxtı 02 oktyabr 2004-cü il); (əmr № 99/k, 04 oktyabr 2004-cü il) - 04 oktyabr 2004-cü ildən - 31 oktyabr 2004-cü ilədək öz hesabına ödənişsiz məzuniyyət (işə başlama vaxtı 01 noyabr 2004-cü il); (əmr № 109/k, 01 noyabr 2004-cü il) - 01 noyabr 2004-cü ildən - 30 dekabr 2004-cü ilədək öz hesabına ödənişsiz məzuniyyət (işə başlama vaxtı 31 dekabr 2004-cü il); (əmr № 04/k, 03 yanvar 2005-ci il) - 03 yanvar 2005-ci ildən - 31 yanvar 2005-ci ilədək öz hesabına ödənişsiz məzuniyyət (işə başlama vaxtı 01 fevral 2005-ci il); (əmr № 13/k, 04 fevral 2005-ci il) - 01 fevral 2005-ci ildən - 06 mart 2005-ci ilədək öz hesabına ödənişsiz məzuniyyət (işə başlama vaxtı 07 mart 2005-ci il); (əmr № 30/k, 11 mart 2005-ci il) - 07 mart 2005-ci ildən - 31 may 2005-ci ilədək öz hesabına ödənişsiz məzuniyyət (işə başlama vaxtı 01 iyun 2005-ci il); (əmr № 80/k, 02 iyun 2005-ci il) - 01 iyun 2005-ci ildən - 31 avqust 2005-ci ilədək öz hesabına ödənişsiz məzuniyyət (işə başlama vaxtı 01 sentyabr 2005-ci il); (əmr № 132/k, 09 sentyabr 2005-ci il) - 01 sentyabr 2005-ci ildən - 31 oktyabr 2005ci ilədək öz hesabına ödənişsiz məzuniyyət (işə başlama vaxtı 01 noyabr 2006-cı il); (əmr № 68/k, 01 iyun 2006-cı il) işdən azad olunduğu qeyd olunur. Beləliklə, işin faktiki hallarından görünür ki, iddiaçı xx.xx.1957-ci il təvəllüdlü olmaqla, ona hüququnun yarandığı (65 yaşdan) xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş edir. Bununla bağlı müraciəti cavabdeh qurum tərəfindən təmin edilməmişdir. İddiaçının qanunla müəyyən edilmiş pensiya yaşına çatması və fərdi hesabının sığorta hissəsində minimum əmək pensiyasının təyin edilməsinə imkan verən pensiya kapitalının toplanmadığı işin mübahisələndirilməyən halıdır. Cavabdeh iddiaçıya 20 il, 6 ay əmək stajı hesablamaqla onun əmək kitabçasında qeyd olunmuş xx.xx.1992-ci il tarixdən xx.xx.1999-cu il tarixədək və xx.xx.2001-ci il tarixdən xx.xx.2006-cı il tarixədək S.M.Kirov adına Maşınqayırma Zavodunda (sonradan BNZ-də) olan əmək fəaliyyəti dövrünü tam nəzərə almır. Belə ki, cavabdeh iddiaçının adına əmək haqqı ödənilmədiyinə istinad edərək onun Maşınqayırma zavodunda işlədiyi xx.xx.1992-xx.xx.1999-cu illər üzrə 1994-cü ilin Xİ-Xİİ ayları (noyabr-dekabr), 1995-ci ilin İV-Vİİ ayları (aprel-iyul), 1996-cı ilin Vİİİ-Xİİ ayları (avqust-dekabr), 1997-1998-ci illər, 1999-cu ilin l-ll ayları (yanvar-fevral), xx.xx.2001-ci il tarixdən xx.xx.2006-cı il tarixədək olan dövr üzrə 2001-ci ilin İ, Vİİİ, Xİ ayları (yanvar, avqust və noyabr), 2002-ci ilin İ, Vİ-İX ayları (yanvar, iyun-sentyabr), 2003-cü ilin l-Vİ ayları (yanvar-iyun), Vİİİ-Xİ ayları (avqustnoyabr), 2004-cü ilin l-Xİ ayları (yanvar-noyabr) və 2005-ci ili sığorta stajına daxil etməmişdir. İmtina dəlili kimi qeyd olunmasa da cavabdeh həmçinin iddiaçının peşə məktəbində təhsil aldığı xx.xx.1973-xx.xx.1974-cü illəri də onun əmək stajına daxil etməmişdir. İddiaçı hazırkı iddia ilə cavabdehin imtinasını mübahisələndirir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı qaydada əsaslandırır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (İİİ hissə). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun: -3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. -Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. -Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin “Qeyd” hissəsində göstərilir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Göründüyü kimi, qüvvədə olan pensiya qanunvericiliyinə əsasən, yaşa görə əmək pensiyası hüququnun yaranması üçün iki şərt tələb olunur, şəxsin: -qanunla müəyyən edilmiş pensiya yaşına çatması; -fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə, ən azı 25 il sığorta stajına malik olması. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası” 5.2-ci bəndinə əsasən, 1 iyul 2021 - 30 iyun 2022-ci illər dövrü üzrə kişilərin yaşa görə əmək pensiyası təyin edilməsi üçün yaş həddi 65 yaş müəyyən edilmişdir. Yuxarıda vurğulandığı kimi, iddiaçının qanunla müəyyən edilmiş pensiya yaşına çatması və fərdi hesabının sığorta hissəsində minimum əmək pensiyasının təyin edilməsinə imkan verən pensiya kapitalının toplanmadığı tərəflər arasında mübahisələndirilmir. İşin yeganə mübahisələndirilən məsələsi iddiaçının sosial sığorta stajı ilə bağlıdır. Bununla əlaqədar məhkəmə bildirir ki, istinad olunan Qaydanın 4.1-ci bəndinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:

1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;

4. əyani təhsil dövrünü tələb edən sənədlərə (təhsil müəssisəsinin arayışı, arxiv arayışı və s.) əsasən;... Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə cavabdehin imtina dəlilinə münasibətdə qeyd edir ki, mübahisəli hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş xx.xx.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 67-ci maddəsinin 3-cü bəndinin “ğ” yarımbəndinə əsasən iş stajına bunlardan başqa ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti də daxil edilir. Bu əsasla iddiaçının xx.xx.1973-xx.xx.1974-cü illərdə texniki peşə məktəbində təhsil aldığı 10 ay 25 gün onun iş stajına daxil edilməlidir. Belə ki, iddiaçı qeyd olunan dövrlərdə 38 nömrəli Texniki Peşə Məktəbində əyani təhsil alması barədə müvafiq təhsil müəssisəsinin arayışını məhkəməyə təqdim etmişdir. Məhkəmə cavabdehin imtina dəlilinə münasibətdə qeyd edir ki, istinad olunan “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-ci bəndinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 69.1-ci maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87.1-ci maddəsinə əsasən də işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları”nın 1.1-ci bəndinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın 4.1.3-cü bəndinə əsasən Qanunun 7-ci maddəsinə uyğun olaraq yaşa görə pensiya təyin edilməsi üçün şəxs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, sığorta stajından asılı olmayaraq fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli və ya azı 25 il sığorta stajına malik olmalıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: -Qanunun qüvvəyə mindiyi 2006-cı il 1 yanvar tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; -Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Həmin Qaydaların 3.2-ci bəndinə görə, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası;... Normaların tələblərindən göründüyü kimi, Qanunun qüvvəyə mindiyi 2006-cı il 1 yanvar tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı nəzərə alındığı halda, 2006-cı il 1 yanvar tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün onların ümumi iş stajı əsas götürülür və həmin iş stajı işçinin əmək kitabçasının məlumatlarına əsasən müəyyən edilir. İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halların (inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunun) təsdiqi üçün sübut qismində əmək kitabçasını təqdim etmişdir. Məhkəmə iddiaçının xx.xx.1992-xx.xx.2006-cı illərdəki mübahisəli iş dövrü ilə bağlı cavabdehin dəlillərini əsaslı saymayaraq qeyd edir ki, iddiaçı S.M.Kirov adına Maşınqayırma zavodunda əmək fəaliyyətinə başlamış və xx.xx.1981-ci il tarixdən xx.xx.1999-cu il tarixədək, daha sonra isə Bakı Maşınqayırma Zavodunda xx.xx.2001-ci ildən xx.xx.2006-cı il tarixədək eyni müəssisədə işləmiş, bu barədə onun əmək kitabçasında müvafiq qeydlər aparılmışdır. İş materiallarında olan dövlət arxivinin arayışlarına əsasən müəssisənin mövcudluğu təsdiqini tapmış, iddiaçının həmin müəssisədə əmək fəaliyyəti ilə məşğul olması işçilər barəsində müvafiq əmrlər kitabındakı qeydlərə əsasən müəyyənləşdirilmişdir. Eyni zamanda cavabdeh tərəfindən də iddiaçının əmək kitabçasındakı qeydlərin mötəbərliyini şübhə altına ala biləcək hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Həmçinin dövlət arxivinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, S.M.Kirov adına Maşınqayırma zavodunun arxiv fondunda mühafizə edilən əməkhaqqı cədvəllərinə əsasən, iddiaçıya 2001-ci ilin yanvar ayında 186527 manat əməkhaqqı ödənilmişdir. Həmin il üzrə digər mübahisəli aylarda (avqust, noyabr) iddiaçının ödənişsiz məzuniyyətdə olması da vəziyyəti cavabdehin xeyrinə dəyişmir. Çünki mübahisələndirilən 1992-2006-cı illərdəki iddiaçının əmək fəaliyyətinin bir hissəsi 1 yanvar 2002-ci il tarixədək dövrə aid olduğundan, həmin müddətin bu hissəsinin sığorta stajı kimi hesablanması üçün məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti qoyula bilməz. Belə ki, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 8-ci hissəsin görə, əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 2002-ci il 1 yanvar tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 2002-ci il 1 yanvar tarixədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. İstinad olunan maddənin birinci hissəsinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Bundan başqa, 01 sentyabr 2000-ci il tarixdən qüvvədə olan Əmək Məcəlləsinin 129-cu maddəsinin 2-ci hissəsinə görə, işəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda, o cümlədən əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti altı aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər. Göründüyü kimi, ödənişsiz məzuniyyət dövrü bütövlükdə deyil, hər təqvim ili üzrə 6 ay müddət nəzərə alınmaqla iddiaçının sosial sığorta stajına daxil edilə bilər. Belə olan halda, iddiaçının həm 2001-ci ildə avqust və noyabr aylarındakı öz hesabına məzuniyyətdə olduğu dövr, həm də növbəti illərdə, yəni 2006-cı ilədək müxtəlif tarixlərdəki ödənişsiz məzuniyyət dövrünün hər təqvim ili üzrə 6 ay hesabı ilə sosial sığorta stajı kimi nəzərə alındıqda qanunvericiliyin tələbinə əsasən yol verilən müddət həddi aşılmamış olur. Odur ki, məhkəmə işçinin ödənişsiz məzuniyyətdə olduğu dövrün dövlət tərəfindən mütləq sosial sığorta edilməli olmayan qənaətinə gəlməsi üçün əsas görmür və hesab edir ki, həmin dövr (işçinin ödənişsiz məzuniyyətdə olduğu dövr) işçinin sığorta stajına daxil edilməlidir. Belə olan halda da, iddiaçının əmək kitabçasında qeydiyyat aparılmış xx.xx.1992-xx.xx.2002-ci illər üzrə nəzərə alınmayan 3 il, 4 ay (1994cü il üzrə 2 ay, 1995-ci il üzrə 4 ay, 1996-cı il üzrə 5 ay, 1997-ci il üzrə 12 ay, 1998-ci il üzrə 12 ay, 2001-ci il üzrə 3 ay olmaqla ümumilikdə 40 ay), 2002-ci il üzrə ödənişsiz əmək məzuniyyətində olduğu 4 ay (yanvar, iyun-avqust ayları), o cümlədən texniki peşə məktəbindəki 10 ay, 25 gün təhsil dövrü ümumi iş stajına daxil edildikdə və cavabdeh tərəfindən mübahisələndirilməyən 20 il 6 ay sosial sığorta stajı ilə toplandıqda iddiaçıya qanunla tələb olunan 25 ildən artıq ümumi sosial sığorta stajı yığmağa kifayət edir (20 il 6 ay + 3 il 4 ay + 10 ay, 25 gün + 4 ay = 25 il, 25 gün). Beləliklə, iddiaçının 25 il sığorta stajına malik olduğu müəyyən edildiyindən ona yaşa görə əmək pensiyası təyin edilməsindən cavabdehin imtinası qanunazidd sayılmalı, iddia əsaslı olduğundan təmin edilməli və İddiaçı 01 oktyabr 2022-ci il tarixdən 65 yaşının tamam olduğu gündən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. «İnzibati icraat haqqında» Qanununun: -15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. -17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. -19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. -19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. -24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. -24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. -24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İPM-in: -52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. -68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia təmin edilsin. İddiaçı 01 oktyabr 2022-ci il tarixdən 65 yaşının tamam olduğu gündən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar