Məhkəmə qərarları › İş №2-1(112)-7352/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7352/2025

14.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7352/2025 14.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Səfərova Aysun Namiq qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 1 saylı Bakı Cavabdehnə qarşı “doğum haqqında akt qeydində düzəliş edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayon qeydiyyat şöbəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Naxçıvan MR Şərur rayon Cəlilkənd İ.N tərəfindən tərtib edilmiş xx.xx.1966-cı il tarixli 130 nömrəli doğum haqqında akt qeydinin uşaq qrafasında soyadında düzəliş edilərək “Məmmədova”dan “Seyidova”ya, adının “Zivər”dən “Asya”ya, ata adının “Cəmşid”dən “Mirqasım”a (X4) kimi qeyd edilməsi və A3 № ******* seriya və nömrəli doğum haqqında şəhadətnamədə düzəliş edilərək “Asiya” adının “Asya” kimi və ata adının “M.Qasım”dan “ Mirqasım" kimi yazılması öhdəliyinin cavabdeh Bakı şəhəri 1 Saylı Bakı Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X5 xx.xx.1966-cı il tarixdə Naxçıvan MR Şərur rayon Cəlilkənd kəndində doğulmuşdur. Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsində adı "Asya" doğum tarixi isə "xx.xx.1966" kimi göstərilmişdir. Həmçinin, ona məxsus olan digər sənədlərdə o cümlədən Nikahın bağlanılması haqqında İİİ ЖГ№ 468261 nömrəli Şəhadətnamədə, Şəxsi Mülkiyyətində olan mənzilin Texniki Pasportunda, Əmək kitabçasında, diplomunda adı "Asya” kimi göstərilmişdir. Lakin, Naxçıvan MR Şərur rayon Cəlilkənd İ.N tərəfindən tərtib edilmiş A3 № ******* seriya və nömrəli doğum haqqında şəhadətnamədə adı "Asya” əvəzinə "ASİYA”, ata adı "Mirqasım” əvəzinə "M.QASİM” kimi yazılmışdır və Naxçıvan MR Şərur rayon Cəlilkənd İ.N tərəfindən tərtib edilmiş xx.xx.1966-cı il tarixli 130 nömrəli doğum haqqında akt qeydində uşaq bəndində soyadı "Seyidova” əvəzinə "Məmmədova” adım "Asya” əvəzinə "Zivər” ata adını "Mirqasım”əvəzinə "Cəmşid” kimi göstərilmişdir. Naxçıvan MR Şərur rayon Cəlilkənd İ.N tərəfindən tərtib edilmiş xx.xx.1966- cı il tarixli 130 nömrəli doğum haqqında akt qeydində müvafiq düzəlişin edilməsi ilə bağlı yaşadığı ünvan üzrə aidiyyəti qeydiyyat şöbəsinə müraciət etsə də, 1 Saylı Bakı Cavabdeh tərəfindən müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh orqanın imtinası qanunvericiliyin tələblərinə ziddir və onun qanunvericiliklə nəzərdə tutulan hüquqlarını pozur. Cavabdeh 1 Saylı Bakı “ASAN XİDMƏT” Mərkəzinin 21.01,2025-ci il tarixli 3-16-5/8-36/25 nömrəli imtinasında sənədlərdə ziddiyyət olduğunu bildirərək aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. Ona məxsus olan bütün sənədlərdə adı “Asya” ata adı “Mirqasım” kimi göstərilmişdir. Naxçıvan MR Şərur rayon Cəlilkənd İ.N tərəfindən tərtib edilmiş xx.xx.1966-cı il tarixli 130 nömrəli doğum haqqında akt qeydinin digər sənədlərlə ziddiyyət təşkil etməsi vətəndaşın günahı ola bilməz və bu səbəblə dövlət orqanı tərəfindən vətəndaşın hüquqlarını pozması qanunvericiliyin tələblərinə ziddir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. İddiaya yazılı münsibət təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, xx.xx.1966-cı il təvəllüdlü İddiaçı ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş АЗ seriyalı ******* nömrəli Doğum haqqında Şəhadətnamənin surətindən görünür ki,Məmmədova Asiya M. Qasım qızı xx.xx.1966-cı il tarixdə anadan olmuşdur. Bu barədə vətəndaşların vəziyyəti aktlarının doğum kitabında 1966-cı ilin aprel ayının 8-də 130 nömrəsi ilə lazımi qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş İİİ-ЖГ seriyalı 468261 nömrəli Nikahın bağlanması haqqında şəhadətnamədə göstərilmişdir, X9 və X4 xx.xx.1985-ci il tarixdə nikah bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.1985-ci il tarixdə 41 nömrəsi ilə qeyd edilmişdir. Nikahdan sonra arvada Səfiyeva soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Arxivinin xx.xx.2025-ci il tarixli 3-165/4-15İ-27-6/2024 nömrəli məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin elektron poçt ünvanına daxil olmuş müraciətinizə baxılmışdır. Müraciətinizdə doğumunuz haqqında şəhadətnaməni itirdiyiniz üçün şəxsiyyət vəsiqənizi yeniləyə bilmədiyinizi qeyd edərək köməklik göstərilməsini xahiş etmisiniz. Müraciətinizə aydınlıq gətirilməsi məqsədilə Sizinlə əlaqə saxlanılarkən doğumunuz haqqında şəhadətnaməni tapdığınızı, lakin məlumatlarda ziddiyyət olduğundan şəxsiyyət vəsiqənizi yeniləyə bilmədiyinizi vurğulamısınız. Tərəfinizdən təqdim olunmuş sənədlər nəzərdən keçirilərkən X3 Şərur rayonunun Cəlilkənd icra nümayəndəliyi tərəfindən adınıza A3 seriyalı ******* nömrəli doğum haqqında şəhadətnamənin verildiyi məlum olmuşdur. Müvafiq şəhadətnamədə doğumunuzun xx.xx.1966-cı ildə adıçəkilən qurumda 130 saylı akt qeydi ilə qeydə alındığı göstərilmiş, habelə doğum tarixiniz “xx.xx.1966- cı il” kimi qeyd edilmişdir. Həmin akt qeydi nəzərdən keçirilərkən uşaq haqqında məlumat qrafasında adınızın “X6”, doğum tarixinizin isə “xx.xx.1966-cı il” kimi yazıldığı məlum olmuşdur. Bundan başqa araşdırma zamanı həmin icra nümayəndəliyində xx.xx.1985-ci ildə X10 ilə qeydə alınmış nikah haqqında akt qeydində nikahdan əvvəlki soyadınızın “Seyidova”, adınız və ata adınızın isə “Asya Mirqasım”, təvəllüdünüzün isə “xx.xx.1966-cı il” kimi qeyd edildiyi müəyyən edilmişdir. Bununla yanaşı şəxsiyyət vəsiqənizdə doğum tarixinizin “xx.xx.1966-cı il” kimi yazıldığı aşkar olunmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri tərəfindən həyata keçirilir. Qeydiyyat şöbələrinin akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Qanunvericiliyin tələblərini nəzərə alaraq izah edirik ki, doğumunuz haqqında akt qeydinə düzəliş olunması üçün zəruri sənədləri təqdim etməklə seçdiyiniz yer üzrə qeydiyyat şöbəsinə müraciət etməyiniz tövsiyə olunur. Qeydiyyat şöbəsi tərəfindən akt qeydində dəyişiklik edilməsindən imtina olunacağı təqdirdə məhkəməyə müraciət edə bilərsiniz. İş materiallarına əlavə edilmiş YB-İ seriyalı 119510 nömrəli Diplomdan görünür ki, X4 1984-cü il tarixdə “Qırmızı Əmək bayrağı ordenli Bakı Dövlət Universitetinə daxil olmuş və 1990-cı ildə orada kitabxanaçılıq və biblioqrafiya ixtisası üzrə tam kurs bitirmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Arxivinin xx.xx.2025-ci il tarixli 3-16-5/2-23559/2025 nömrəli məktubunda göstərilmişdir ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən İddiaçı Tağı Səfiyev ilə nikahı və Ziniyyət Səfiyeva, Süleyman Səfiyev, eləcə də Məcid Səfibəyli adlı övladlarının doğumu haqqında məlumat aşkar edilmişdir. Təqdim edilmiş 130 nömrəli xx.xx.1966-cı ildə doğğum haqqında akt qeydində doğum tarixi “xx.xx.1966- cı il, uşaq haqqında məlumat qrafasında adı X11, anası X1 qeyd edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2025-ci il tarixli 3-16-33-4/2-447/2025 nömrəli məktubunda göstərilmişdir ki, vətəndaş İddiaçı haqqında məlumatların müəyyən edilməsi məqsədi ilə Naxçıvan Muxtar Respublikasının vətəndaşlıq vəziyyəti aktlarının arxivinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2025-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və vətəndaşa aid doğum, nikah və övladlarının doğum haqqında akt qeydləri aşkar olunmuşdır. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat, və Miqrasiya İdarəsinin xx.xx.2025-ci il tarixli 18/2-9767 nömrəli məktubunda göstərilmişdir ki, 01,07.1932-ci il təvəllüdlü X6 xx.xx.2005-ci il tarixdən xx.xx.2015-ci il tarixədək Naxçıvan Muxtar Respublikası Şərur rayonu, Düdəngə kəndində qeydiyyatda olmuş, vəfat etdiyi üçün xx.xx.2015-ci il tarixdə şəxsiyyət vəsiqəsi fəaliyyətsizləşdirilmişdir. xx.xx.1966-cı il təvəllüdlü İddiaçı xx.xx.2008-ci il tarixdən hazırki vaxtadək ünvan 2 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 1 saylı Bakı Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2025-ci il tarixli, 3-16-5/8-36/25 nömrəli məktubunda bildirilmişdir ki, Sənədlərin yoxlanılması nəticəsində aşkar olunmuşdur ki, müraciətiniz zamanı təqdim etdiyiniz AZE ******** seriya və nömrəli şəxsiyyət vəsiqəsində adınız “Asya”, ata adı “Mirqasım”, doğum tarixi “xx.xx.1966”-cı il qeyd edilsədə Şərur rayon Cəlil kənd İ.N tərəfindən verilmiş xx.xx.1966-cı il tarixli, AZ№ ******* seriya və nömrəli doğum haqqında şəhadətnamədə adınız “Asiya”, ata adı” M.Qasım”, doğum tarixiniz “xx.xx.1966”-cı il kimi yazılmışdır. Şərur rayon Cəlil kənd İcra nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.1966-cı il tarixli, 130 saylı doğum haqqında akt qeydində isə uşaq bəndində ad “Zivər” ata adı “Cəmşid” qeyd edilmişdir. Sənədlərdəki ziddiyətin mövcudluğunu və dəyişiklik üçün zəruri əsasların olmadığını nəzərə alaraq bildiririk ki, doğum haqqında akt qeydində adın “Zivər”dən “Asya” -ya, ata adının “Cəmşid”-dən “Mirqasım”-a, doğum tarixinin “xx.xx.1966”-cı ildən “xx.xx.1966-cı il”-ə dəyişiklik edilməsi tərəfimizdən mümkün olmamışdır. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin tətbiqi ilə əlaqədar bəzi normativ-hüquqi aktların təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin xx.xx.2001- ci il tarixli 52№-li Qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar”ın 14-cü bəndinə əsasən məhkəməyə müraciət etməyiniz tövsiyə olunur. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia akt qeydinə düzəliş edilməsi ilə bağlı hərəkətlərin edilməsi olmaqla öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyət üzrə əsaslıdır. Hazırkı işin hallarından görünür ki, İddiaçı məxsus şəxsiyyət vəsiqəsində göstərilmişdir ki, İddiaçı xx.xx.1966-cı il tarixdə Naxçıvan MR, Şərrur rayonu, Cəlilabad kəndində anadan olmuşdur.ünvan 2 ünvanında qeydiyyatdadır. xx.xx.1966-cı il tarixli Doğum haqqında şəhadətnamədə iddiaçının adı Asya deyil, Asiya, soyadı Məmmədova, atasının adı isə Mirqasım deyil, M. Qasım olaraq qeyd edilmiş, doğum tarixi xx.xx.1966-cı il qeyd edilmişdir. Təqdim edilmiş 130 nömrəli xx.xx.1966-cı ildə doğğum haqqında akt qeydində isə doğum tarixi xx.xx.1966-cı il, adı X8, anası X2 qeyd edilmişdir. xx.xx.1985-ci il tarixli Nikahın bağlanması haqqında şəhadətnamədə və 41 nömrəli kikahhh haqqında akt qeydində iddiaçının adı Asya, soyadı Seyidova, atasının adı Mirqasım olaraq qeyd edilmişdir. Bundan əlavə, YB-İ seriyalı 119510 nömrəli diplomda da iddiaçının adı X4 olaraq qeyd edilmişdir. Bundan əlavə iddiaçının övladlarına aid doğum haqqında akt qeydlərində ana qrafasında adı İddiaçı olaraq göstərimişdir. Beləliklə, istinad olunan sənədlərdən məlum olur ki, İddiaçı barəsində tərtib edilmiş doğum haqqında akt qeydində onun adı “Asiya”, soyadı Məmmədova, ata adı Cəmşid qızı kimi yazılsa da, sonradan tərtib edilən bütün sənədlərdə, habelə ona verilən şəxsiyyət vəsiqəsi, diplom, nikah şəhadətnamələrində adı “Asya”, qızlıq soyadı Seyidova, ata adı Mirqasım, nikahdan sonrakı soyadı Səfiyeva kimi göstərilmişdir. İddiaçı hazırda digər bütün sənədlərdə, o cümlədən İddiaçı diplomunda, nikah haqqında şəhadətnaməsində, eləcə də şəxsiyyət vəsiqəsində adın “Asiya” deyil, “Asya”, soyadının “Məmmədova” deyil, “Seyidova” ata adının “Cəmşid” deyil, “Mirqasım” yazılmasına istinad edərək doğum haqqında akt qeydinə müvafiq düzəliş edilməsini və adının “Asya”, soyadının Seyidova, ata adının “Mirqasım” kimi qeyd olunmasını xahiş edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin aşağıdakı maddələrinə əsasən: -159.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, o cümlədən doğumun, atalığın müəyyən edilməsinin və ölümün elektron qaydada qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır. -159.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. -160.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. -160.2. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. -161.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar»ın 1-ci hissəsi vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik qaydasını tənzimləyir. Həmin hissənin 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. -2-ci bəndinə əsasən aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. -3-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklər aşağıdakı hallarda edilir: vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlər düzəldikdə; vətəndaşlıq vəziyyəti aktının qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə; qanunvericilikdə müəyyən edilən digər hallarda. 4-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: ərizə verən şəxsin daimi yaşayış yerindəki qeydiyyat şöbələrinin və konsulluq idarələrinin qanunvericiliyə uyğun olaraq qəbul etdiyi rəyi; vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında məhkəmənin qərarı; vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər. 5-ci bəndə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. 6-cı bəndinə əsasən qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi məsələsinə ərizənin daxil olduğu gündən bir ay müddətində baxılır. 8-ci bəndinə əsasən ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. 10-cu bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi qeydin olduğu yerdə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Beləliklə, istinad olunan normalardan görünür ki, akt qeydlərində səhv məlumatlar olduqda şəxs ona dəyişiklik edilməsini tələb edə bilər. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 23 oktyabr tarixli 3 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”nin 2.1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən yerli orqanları (bundan sonra — vəsiqə verən orqan) tərəfindən "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" Azərbaycan Respublikasının Qanunu və bu Əsasnamə ilə müəyyən edilmiş qaydada verilir. Həmin Əsasnamənin 2.2-ci bəndinə əsasən vətəndaşa ilk dəfə şəxsiyyət vəsiqəsinin verilməsi üçün aşağıdakı sənədlər tələb olunur: 2.2.1. şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anket (1 nömrəli əlavə); 2.2.2. vətəndaşın doğum haqqında şəhadətnaməsi 2.2.3. Azərbaycan Respublikasının 1999-cu il 8 dekabr tarixli 773-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə"nin 2-ci maddəsində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (əgər vətəndaşın yaşayış yeri üzrə qeydiyyatı yoxdursa); 2.2.4. vətəndaşın qan qrupu, gözlərinin rəngi, boyu haqqında tibbi arayış; 2.2.5. dövlət rüsumunun ödənilməsi barədə sənəd; 2.2.6. ərizə vətəndaşı övladlığa götürən, vətəndaşın himayəçisi və ya qəyyumu tərəfindən verildikdə, onun hüquqlarını təsdiq edən sənəd. Yuxarıda istinad olunanlardan məlum olur ki, iddiaçı ona məxsus müvafiq sənədləri təqdim edərək Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsini əldə etmiş, həmin şəxsiyyət vəsiqəsində adı “Asya” kimi yazılmışdır. Şəxsiyyət vəsiqəsinin vətəndaşın doğum haqqında şəhadətnaməsi əsasında verildiyini, doğum haqqında akt qeydində adın “X8” kimi qeyd olunduğunu, habelə tərtib edilən bütün sənədlərdə onun barəsində məlumatların şəxsiyyət vəsiqəsində qeyd olunanlara uyğunluğunu nəzərə alan məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli və İddiaçı akt qeydindəki məlumatlar digər sənədlərinə uyğunlaşdırılmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1, 52, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı barəsində Naxçıvan MR Şərur rayon Cəlilkənd İ.N tərəfindən tərtib edilmiş xx.xx.1966-cı il tarixli 130 nömrəli doğum haqqında akt qeydinin uşaq qrafasında adın “X8”ndan “X4”na düzəliş edilməsi vəzifəsi cavabdeh Bakı şəhəri 1 Saylı Bakı Cavabdehnə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar