Məhkəmə qərarları › İş №2-1(112)-7354/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7354/2021

03.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7354/2021 03.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, 3-cü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X3, 3-cü şəxs X4 nümayəndəsi və vəkili X1 iştirakları ilə, İddiaçı “AYF” Beynəlxalq Kompaniyasının cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi, X5) qarşı sərəncamın etibarsız hesab edilməsi tələbi barədə inzibati mübahisəyə dair iş üzrə iddiadan imtina barədə ərizəyə məhkəmənin binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “AYF” Beynəlxalq Kompaniyası Cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi, X5) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 29 dekabr 2000ci il taruxli, 2189 saylı Sərəncamının iddiaçının hüquqlarına toxunan hissədə “vətəndaş X2 fərdi yaşayış evinin tikintisi üçün Binəqədi rayon qəsəbəsi ərazisində 0,06 torpaq sahəsi ayrılması barədə” qərar qəbul edilməsini xahiş etmişdir. 14 iyul 2021-ci il tarixdə iddiaçı məhkəməyə ərizə ünvanlayaraq iş üzrə maraqlı şəxslərlə iddiaçı arasında razılıq əldə edildiyindən iddia tələbindən imtina edərək iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizəyə baxılması üçün məhkəmə iclası xx.xx.2021-ci il tarixə təyin edilmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan ərizəyə münasibət bildirilməsini mümkün hesab etmişdir. Məhkəmə ərizəni və iş materiallarını tədqiq edib, hesab edir ki, iddiadan imtina qəbul edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.4-cü maddəsinə əsasən iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı “AYF” Beynəlxalq Kompaniyasının cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi, X5) qarşı sərəncamın etibarsız hesab edilməsi tələbi barədə inzibati mübahisəyə dair iş üzrə iddiaçının iddiadan imtinası qəbul edilsin və iş üzrə icraata xitam verilsin. İddiaçıya izah edilsin ki, iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Qərardaddan şikayət verilə bilməz. Hakim F.Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar