Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7355/2022 16.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra Filial) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona xx.xx.2021-ci ildən, 57 (əlli yeddi) yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, xx.xx.2021-ci ildən indiyədək toplanmış, lakin ödənilməmiş əmək pensiyasının ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1964-cü il tarixində Salyan rayonunda doğulmuşdur. xx.xx.1980-ci ildə əmək fəaliyyətinə başlamış və müxtəlif peşələrdə çalışmışdır. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün yaşa çatdığından cavabdeh Filiala müraciət etmişdir. Lakin cavabdeh orqan ********** saylı, xx.xx.2021-ci il tarixli imtina haqqında cavabla müraciətini müsbət cavablandırmamışdır. İmtina aşağıdakı məzmundadır: “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 6 dekabr 2021-ci il tarixində daxil olmuş müraciətinizə və ona əlavə olunmuş sənədlərə aidiyyəti üzrə baxılmışdır. Bildiririk ki, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1 -ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanununun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-1İİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 13-cü maddəsinin “b" bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Mərkəzi Filiala təqdim edilən 4 noyabr 1980-ci il tarixli HT-İ ******* nömrəli əmək kitabçanızda qeyd olunan məlumatlardan göründüyü kimi, sizin 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajınız 25 ildən az (24 il 10 ay 27 gün) - (xx.xx.1980-xx.xx.1982-ci il, xx.xx.1982-xx.xx.1984-cü il, xx.xx.1984xx.xx.1985-ci il, xx.xx.1985-xx.xx.1985-ci il, xx.xx.1985-xx.xx.1986-ci il, xx.xx.1986xx.xx.1986, xx.xx.1986-xx.xx.1990-cı il, xx.xx.1990-xx.xx.1991-ci il, xx.xx.1991xx.xx.1996-cı il, xx.xx.1996-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətinizə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığınız təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququnuz vardır”. Hesab edir ki, güzəştli şərtlərlə yaşa görə ona əmək pensiyası təyin edilməsi üçün kifayət qədər staja və yaşa malikdir və bu hal nəzərə alımaqla ona güşəştli şərtlərlə yaşa görə (57 yaşdan) əmək pensiyası təyin edilməlidir. Nəzərə alınmalıdır ki, pensiya yaşına çatmış şəxsin məbləğindən asılı olmayaraq, 2018-ci il 1 iyul tarixində sığorta hesabında pensiya kapitalı varsa, həmin şəxsin 2006-cı il yanvar ayının 1-dək sığorta stajı avtomatik olaraq 25 ilə bərabər götürülür. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etirazı onunla əsaslandırmışdır ki, iddiaçı R.Ə.Abbasov Filiala xx.xx.2021-ci il tarixdə müraciət edərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Filial tərəfindən iddiaçı R.Ə.Abbasova verilmiş xx.xx.2021-ci il tarixli, **********8 nömrəli cavab məktubunda müvafiq qanunvericiliyinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən azı 25 il sığorta stajına malik olmadığından mümkün olmadığı bildirilmişdir. Bildirilir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanununun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin b bəndinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li Siyahı üzrə müəyyən edilmiş 25 il ümumi stajı olan və bu stajın azı 12 il 6 ayını zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardırş “Əmək pensiyaları haqqında” Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. İddiaçı R.Ə.Abbasovun xx.xx.1980-cı il tarixli, ИТ-İ ******* nömrəli əmək kitabçasında qeyd olunan məlumatlardan göründüyü kimi, 1 yanvar 2006-cı il tarixədək ümumi stajı 25 ildən az (24 il 10 ay 27 gün (xx.xx.1980-xx.xx.1982-ci il, xx.xx.1982xx.xx.1984-cü il, xx.xx.1984-xx.xx.1985-ci il, xx.xx.1985-xx.xx.1985-ci il, xx.xx.1985xx.xx.1986-cı il, xx.xx.1986-xx.xx.1986-cı il, xx.xx.1986-xx.xx.1990-cı il, xx.xx.1990xx.xx.1991-ci il, xx.xx.1991-xx.xx.1996-cı il, xx.xx.1996-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq iddiaçı R.Ə.Abbasova güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi haqqında qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddiaya etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçı lazımi qaydada xəbərdarlıq edilmiş, lakin iddiaçı məhkəməyə gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məlumat verməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3cü maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, ******** №-li, xx.xx.2014-cü il tarixli şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1964-cü il tarixdə Salyan şəhərində doğulmuşdur. - İddiaçıya məxsus НЗ seriyalı ******* nömrəli, xx.xx.1982-ci il tarixli hərbi biletin surətindən görünür ki, İddiaçı 22 oktyabr 1982-ci ildən 23 noyabr 1984-cü ilə qədər Sovet ordu sıralarında hərbi xidmətdə olmuşdur (2 il 1 ay 2 gün). - İddiaçıya məxsus xx.xx.1980-cı il tarixli, ИТ-İ ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1980-cı ildən xx.xx.1982-ci ilədək X5 operator (1 il 11 ay 17 gün), xx.xx.1984-ci ildən xx.xx.1985-ci ilədək X5 operator (4 ay 25 gün), xx.xx.1985ci ildən xx.xx.1985-ci ilədək Salyan Lokomotiv deposunda çilingər (6 ay 9 gün), xx.xx.1985-ci ildən xx.xx.1986-cı ilədək Salyan Lokomotiv deposunda elektrik montyoru (5 ay 2 gün), xx.xx.1986-cı ildən xx.xx.1986-cı ilədək Bakı Texniki Məktəbdə elektrik-mexanik kursunda təhsil (7 ay 17 gün), xx.xx.1986-cı ildən xx.xx.1990-cı ilədək Salyan Lokomotiv deposunda elektrik montyoru (3 il 8 ay 13 gün), xx.xx.1990-cı ildən xx.xx.1991-ci ilədək “Əzizbəyovneft” Neft və Qazçıxarma İdarəsinin 3 №-li Neft və qazçıxarma sexinin (neft mədəni) 5 nömrəli briqadasında neft və qazçıxarma üzrə 3-cü dərəcəli və 4-cü dərəcəli operator (1 il 15 gün), xx.xx.1991-ci ildən xx.xx.1996-cı ilədək “Suraxanıneft” NQÇİ-nin 1 №-li NQÇS-də neft və qazçıxarma üzrə 4-cü dərəcəli operator (4 il 8 ay 19 gün), xx.xx.1996-cı ildən xx.xx.2014-cü ilədək “Xəzərdənizneftqazsənayəsi” İstehsalat Birliyinin “Qum adası” X7 İdarəsində 3-cü dərəcəli qazmaçı köməkçisi, 4-cü dərəcəli qazmaçı köməkçisi, 5-ci dərəcəli qazmaçı köməkçisi, 5-ci dərəcəli təmirçi-çilingər (xx.xx.1996xx.xx.2006- 9 il 6 ay 8 gün), xx.xx.2014-cü ildən xx.xx.2021-ci ilədək “Kompleks qazma işləri” Trestinin "xxxx" bölümündə 5-ci dərəcəli qazmaçı köməkçisi, xx.xx.2021-ci ildən “Neft Kəmərləri” İdarəsində 4-cü dərəcəli təmirçi-çilingər vəzifəsində işləyir. - SOCAR Baş Ofisinin Arxivi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, SOCAR **********80020123X00175 nömrəli arxiv arayışından görünür ki, SOCAR-ın Baş ofisinin Mərkəzi Arxivində saxlanılan sənədlərə əsasən xx.xx.1964-cü il təvəllüdlü İddiaçı həqiqətən xx.xx.1990-cı ildə (əmr № 486/k, xx.xx.1990-cı il) “Əzizbəyovneft” Neft və Qazçıxarma İdarəsinin (NQÇİ) 3 №-li Neft və qazçıxarma sexinin(neft mədəni) 5 nömrəli briqadasına neft və qazçıxarma üzrə 3-cü dərəcəli operator peşəsinə işə qəbul edilmişdir. xx.xx.1991-ci ildə (əmr № 176/k, xx.xx.1991-ci il) neft və qazçıxarma üzrə 4-cü dərəcəli operator peşəsinə keçirilmişdir. xx.xx.1991-ci ildə (əmr № 426/k, xx.xx.1991-ci il) struktur dəyişikliyi ilə əlaqədar “Suraxanıneft” NQÇİ-yə köçürülmüşdür. xx.xx.1991-ci ildə (əmr № 2/k, xx.xx.1991-ci il) köçürülmə yolu ilə “Suraxanıneft” NQÇİ-nin 1 №-li NQÇS-nə neft və qazçıxarma üzrə 4-cü dərəcəli operator peşəsinə işə qəbul edilmişdir. xx.xx.1996-cı ildə (əmr № 158/k, xx.xx.1996-cı il) Azərbaycan Respublikası ƏQM-nin 36-cı maddəsinin 5-ci bəndinə əsasən köçürülmə yolu ilə işdən azad olunmuşdur. - SOCAR “Kompleks qazma işləri Tresti” tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, SOCAR **********80020123X0063 nömrəli arxiv arayışından görünür ki, xx.xx.1964-cü il təvəllüdlü İddiaçı həqiqətən xx.xx.1996-cı il tarixdən “Xəzərdənizneftqazsənayesi” İstehsalat Birliyinin “Qum adası” X7 İdarəsində, xx.xx.2014-cü il tarixdən xx.xx.2021-ci il tarixinə kimi “Kompleks qazma işləri” trestinin "xxxx" bölümündə işləmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 51 saylı xx.xx.2007-ci il tarixli və 60 saylı xx.xx.2007-ci il tarixli əmrləri ilə “Kompleks qazma işləri” tresti yaradılmış və “Qum adası” X7 İdarəsi onun tərkibinə verilmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xx.xx.2010-cu il tarixli, 148 saylı əmri ilə “Qum adası” X7 İdarəsi yenidən təşkil edilərək, onun madditexniki bazasında birbaşa trestə tabe olan, hüquqi şəxs statusuna malik olmayan təşkilat kimi Qazmaservis və Logistika İdarəsi yaradılmışdır. SOCAR-ın xx.xx.2013-cü il tarixli, SOCAR/13-1000/01/SM-05-000034 saylı əmrinə əsasən “Kompleks qazma işləri” trestinin Qazmaservis və Logistika İdarəsi ləğv olunaraq trestin Logistika bölümü kimi fəaliyyət göstərmişdir.“Kompleks qazma işləri“ trestinin “Təşkilatı struktur və ştat cədvəlinin tətbiqi haqqında” xx.xx.2021-ci il tarixli, SOCAR **********0040020A00070 saylı əmrinə əsasən “Logistika" və “Tamponaj" istehsalat bölümləri hal-hazırda “Qazmaservis" İstehsalat bölümü kimi fəaliyyət göstərir. xx.xx.1996-cı ildən xx.xx.1996-cı ilədək “Xəzərdənizneftqazsənayesi” İstehsalat Birliyinin “Qum adası” DQİİ 1703 saylı buruğa neft və qaz üzrə istismar və kəşfiyyat quyularının qazılmasında 3-cü dərəcəli qazmaçı köməkçisi peşəsinə işə qəbul edilib (Əmr № 70/k, xx.xx.1996-cı il); xx.xx.1996-cı ildən xx.xx.2007-ci ilədək 1713 saylı buruğda neft və qaz üzrə istismar və kəşfiyyat quyularının qazılmasında 4-cü dərəcəli qazmaçı köməkçisi peşəsinə keçirilib (Əmr № 235/ş, xx.xx.1996-cı il); xx.xx.2007-ci ildən xx.xx.2011-ci ilədək 205 saylı buruğda neft və qaz üzrə istismar və kəşfiyyat quyularının qazılmasında 5-ci dərəcəli qazmaçı köməkçisi peşəsinə keçirilib (Əmr №48/k, xx.xx.2007-ci il); xx.xx.2011-ci ildən xx.xx.2011-ci ilədək Qazma Avadanlığı və X2 Xidmət Sexinə 5-ci dərəcəli təmirçi-çilingər peşəsinə keçirilib (Əmr № 10/k, xx.xx.2011-ci il); xx.xx.2011-ci ildən xx.xx.2013-cü ilədək Top Drayv, Yasslar və Hidrogenişləndiricilərə Xidmət Sexinə 5-ci dərəcəli təmirçi-çilingər peşəsinə keçirilib (Əmr № 21/k, xx.xx.2011-ci il); xx.xx.2013-cü ildən xx.xx.2014-cü ilədək Top Drayv, Quyudibi Mühərriklər və Avadanlıqlar Sexinə 5-ci dərəcəli təmirçi-çilingər peşəsinə keçirilib (Ştat cədvəlinə əsasən); xx.xx.2014-cü ildə işdən azad edilib (Əmr №55/k, xx.xx.2014-cü il); xx.xx.2014-cü ildən xx.xx.2021-ci ilədək “Kompleks qazma işləri” tresti “Logistika" bölümünün Boru və quyudibi mühərriklərinin xidmət sexinə 5-ci dərəcəli qazmaçı köməkçisi peşəsinə işə qəbul edilib (Əmr №58/k, xx.xx.2014-cü il); xx.xx.2021-ci ildə işdən azad edilib (Əmr SQCAR2**********0070020B00934, xx.xx.2021-ci il). Bu müddətdə ümumi iş stajı 24 il 10 ay 25 gün. Güzəştli stajı 21 il 09 ay 27 gün. Qeyd: Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüquqi verən istehsalatların, peşələrin vəzifələrin və göstəricilərin Siyahısı" nın təsdiq edilməsi barədə 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş 2130100a-11297-kodu ilə qazmaçıları peşəsi, Azərbaycan Respublikası Nazirlər Kabineti “Güzəştli şərtlərlə yaşa görə əmək pensyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin göstəricilərin Siyahısının təsdiq edilməsi barədə xx.xx.2007-ci il tarixli 12 saylı qərarına əsasən Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı 10.1 a) neft və qaz üçün istismar və kəşfiyyat-qazma quyularının qazmaçıları peşəsi 21 il, 09 ay, 27 gün ğüzəştli iş stajı təşkil edir. - Filial tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli, **********8 №-li məktubdan görünür ki, Filiala 06 dekabr 2021-ci il tarixdə daxil olmuş müraciətinə və ona əlavə olunmuş sənədlərə aidiyyatı üzrə baxılmışdır. Bildirilir ki, “Əmək pensiyaları haqqında ”Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təyinatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq 25 il ümumi stajı olan və bu stajın azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, onun 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az (24 il 10 ay 27 gün) xx.xx.1980-xx.xx.1982-ci il, xx.xx.1982-xx.xx.1984-cü il, xx.xx.1984-xx.xx.1985-ci il, xx.xx.1985-xx.xx.1985-ci il, xx.xx.1985-xx.xx.1986-cı il, xx.xx.1986-xx.xx.1986-cı il, xx.xx.1986-xx.xx.1990-cı il, xx.xx.1990-xx.xx.1991-ci il, xx.xx.1991-xx.xx.1996-cı il, xx.xx.1996-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanlar nəzərə alınaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məhkəmə işdə iştirak edən cavabdehin nümayəndəsinin izahatını dinləyib, təqdim edilmiş sübutları araşdıraraq aşağdakı hüququ əsaslara görə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. xx.xx.2006-cı il tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: - 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. - 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. - 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. - Həmin maddənin Qeyd hissəsinə əsasən bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. - xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. - xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaşa çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinin “b” bəndinə əsasən İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün üç element mövcud olmalıdır:
1. İddiaçının 57 yaşının tamam olması;
2. İddiaçının xx.xx.2006-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması;
3. İddiaçının xx.xx.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. Qanunvericiliyin tələblərindən göründüyü kimi İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.8-ci maddəsinə uyğun güzəştli şətlərlə əmək pensiyasının təyin edilməsi üçün onun 57 yaşı tamam olmalı, xx.xx.2006-cı il tarixədək 25 il ümumi, 12 il 6 ay güzəştli iş stajı olmalıdır. Məhkəmə araşdırılması zamanı İddiaçı 57 yaşının xx.xx.2021-ci il tarixdə tamam olması, Sovet ordusunda hərbi xidməti, təhsil müddəti və əmək kitabçasında əmək fəaliyyəti ilə məşğul olduğu dövrlər nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək ümumi iş stajının 24 il 11 ay 7 gün, yəni 25 ildən az, həmçinin xx.xx.2006-cı il tarixədək güzəştli iş stajının 9 il 6 ay 08 gün (xx.xx.1996-cı ildən xx.xx.2006-cı ilədək “Xəzərdənizneftqazsənayesi” İstehsalat Birliyinin “Qum adası” DQİİ 1703 saylı buruğa neft və qaz üzrə istismar və kəşfiyyat quyularının qazılmasında 3-cü dərəcəli qazmaçı köməkçisi və 1713 saylı buruğda neft və qaz üzrə istismar və kəşfiyyat quyularının qazılmasında 4-cü dərəcəli qazmaçı köməkçisi peşələri üzrə müddət), yəni 12 il 6 aydan az təşkil etməsi müəyyən edilmişdir. Göründüyü kimi iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün ümumi iş stajı, həmçinin güzəştli iş stajı ilə bağlı şərt ödənilmir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının qanunla tələb olunan ümumi iş stajı, həmçinin güzəştli iş stajı olmadığından cavabdeh tərəfindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtinası qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbinin təmin edilməsi üçün hüquqi əsaslar müəyyən edilmədiyindən tələb rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia tələbi rədd edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər.
Hakim Şəlalə Həsənova