Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7359/2024 16.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə qarşı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsi, X3 və Qaradağ rayon İcra şöbəsi üçüncü şəxs qismində göstərilməklə “nəqliyyat vasitələrinə məxsus qeydiyyat şəhadətnamələrinin verilməsi üçün əsas olmuş gömrük rəsmiləşdirilməsi ilə bağlı hərəkətlərin qanunsuz hesab edilməsi” haqqında iddia tələbi üzrə mümkünlük məsələsinə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56), açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra mətndə İddiaçı MMM) cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aksizli Mallar üzrə Baş Gömrük İdarəsi (bundan sonra mətndə DGK Aksizli Mallar üzrə Baş Gömrük İdarəsi) qarşı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsi (bundan sonra BDYPİ), X3 və Qaradağ rayon İcra şöbəsi üçüncü şəxs qismində göstərilməklə gömrük rəsmiləşdirilməsi ilə bağlı hərəkətlərin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsi tərəfindən X2 verilmiş: AD N 769252, AD N 769253, AD N 769254, AD N 769255, AD N 769256 saylı nəqliyyat vasitələrinə qeydiyyat şəhadətnamələrinin verilməsi ilə bağlı hərəkətlərin və ** ZX *** dövlət qeydiyyat nişanlı, BROSHUİS TRAİLER/ACU1640 markalı PLATFORMA tipli, şassi nömrəsi 77204 olan yarımqoşqu üzərinə Qaradağ rayon İcra şöbəsi tərəfindən qoyulmuş həbsin qanunsuz hesab edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 3589/2019 saylı iş üzrə 4 oktyabr 2019-cu il tarixli qərardadı ilə, ** ZB ***, ** ZX ***, ** ZB ***, ** ZX ***, ** ZX ***, ** ZB ***, ** ZX ***, ** ZB ***, ** ZB ***, ** ZB ***, H006012, 9227AU, ** ZB ***, ** ZB ***, H005839, H010798, H010067, ** ZB ***, H012140, ** ZB ***, H006019,11010797, H008968, ** ZB ***, H009050, H008894, ** ZB ***, H008792, ** ZB ***, H005245, ** ZB *** və H008791 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin (yarımqoşquların) üzərinə həbs qoyulması, onların BDYPİ-nin xüsusi dayanacağına yerləşdirilməsi qərara alınmışdır. Həmin qərardad Qaradağ rayon İcra şöbəsi tərəfindən icra olunmuş və sözügedən nəqliyyat vasitələri BDYPİ-nin Qaradağ rayonu ərazisində yerləşən xüsusi dayanacağına yerləşdirilmişdir. Nəqliyyat vasitələri BDYPİ-nin Qaradağ rayonu ərazisində yerləşən xüsusi dayanacağına yerləşdirilərkən icra hərəkətləri qanusuz həyata keçirilmiş və qərardadda qeyd edilən və edilməyən nəqliyyat vasitələri də əsassız olaraq götürülmüşdür. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 1458/2020 xx.xx.2020-ci il tarixli qərarına əsasən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3589/2019 saylı iş üzrə 24 oktyabr 2019-cu il tarixli qərardadı ləğv olunsa da mübahisə davam etmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin yekun qərarından sonra (2020-ci ilin iyul ayında) həmin nəqliyyat vasitələri həbsdən azad edilmişdir. xx.xx.2020-ci il tarixdə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə ünvanlanmış ərizənin mətnindən görünür ki, Şirinov Nəsimi həmin nəqliyyat vasitələrinin həbsdə olmasından əvvəlcədən məlumatlı olmuşdur. Bütün bunlar onu təsdiq edir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3589/2019 saylı iş üzrə 24 oktyabr 2019-cu il tarixli qərardadı əsasında həbs qoyularaq götürülmüş nəqliyyat vasitələrinin 5 ədədi qanunsuz olaraq X1 mülkiyyətinə keçirilmiş və ona bu barədə xx.xx.2020-ci il tarixli qeydiyyat şəhadətnamələri verilmişdir. Qeyd edilən xüsusatlar onu təsdiq edir ki, sözügedən nəqliyyat vasitələri BDYPİ-nin Qaradağ rayonu ərazisində yerləşən xüsusi dayanacağına yerləşdirilsə də, həbsdə olan 5 ədəd nəqliyyat vasitəsinə qanuna zidd olaraq baxış keçirilmiş və 29 fevral 2020-ci il tarixində, həbsdə olan nəqliyyat vasitələrinin 5 ədədinə qeydiyyat şəhadətnamələri verilmişdir. Bununla bağlı BDYPİ tərəfindən X2 verilmiş: AD N 769252, AD N 769253, AD N 769254, AD N 769255, AD N 769256 saylı nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnamələrinin ləğv olunmasını xahiş etsələr də müraciətlərinə qeyri - müəyyən cavab verilmiş və bildirilmişdir ki, həmin nəqliyyat vasitələrinin X1 adına keçməsi üçün əsas gömrük vəsiqələri olmuşdur. Həmin nəqliyyat vasitələri heç vaxt Şirinov Nəsiminin sahibliyində və istifadəsində olmamışdır və hazırda da onlara məxsus dayanacaqda saxlanılır. Həmçinin qeyd edirlər ki, həmin nəqliyyat vasitələrinə dair gömrük rəsmiləşdirilməsi aparılarkən həmin nəqliyyat vasitələri həbsdə olmuş və onların üzərində məhdudiyyət olmuşdur. Bu baxımdan hesab edirlər ki, X2 məxsus AD N 769252, AD N 769253, AD N 769254, AD N 769255, AD N 769256 saylı nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnamələrinin verilməsi üçün əsas olmuş gömrük rəsmiləşdirilməsi qanunsuzdur və onun hüquqi nəticələri də onların mülkiyyət hüquqlarının pozulmasına səbəb olmuşdur. İddiaçı MMM-nin adından bu şirkətə heç bir bağlılığı olmayan şəxslər Tatyana Dimitriyevna, Emin Mirzəyev, Şirinov Nəsimi və Vidadi adlı şəxslər, gömrük və polis əməkdaşlarının vasitəsi ilə və ya onları aldadaraq, saxta sənədlər əsasında, cinayətkarcasına əlbir olaraq onlara məxsus əmlakları ələ keçirməyə çalışmışlar. Məhkəmə tərəfindən onların bu cinayətkar əməllərinə hüquqi qiymət verilməsi və cinayət məsuliyyətinə cəlb edilməsi doğru olardı. AD N 769252, AD N 769253, AD N 769254, AD N 769255, AD N 769256 saylı nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnamələrinin verilməsi üçün əsas olmuş Gömrük rəsmiləşdirilməsi ilə bağlı hərəkətlər qanunsuz hesab edilməli və Tatyana Dimitriyevna, Emin Mirzəyev, Şirinov Nəsimi və Vidadi adlı şəxsin, gömrük və polis əməkdaşlarının hərəkətlərində cinayət tərkibli faktlar mövcud olduğu üçün məhkəmə tərəfindən xüsusi qərardad çıxarılaraq araşdırılması üçün prokurorluğa göndərilməlidir. ** ZX *** dövlət qeydiyyat nişanlı, BROSHUİS TRAİLER/ACU1640 markalı, PLATFORMA tipli, şassi nömrəsi 77204 olan yarımqoşqu mülkiyyət hüququ ilə "xxxx" MMC-yə məxsusdur. Həmin nəqliyyat vasitəsinə xx.xx.2017-ci il tarixdə AC N 983124 saylı qeydiyyat şəhadətnaməsi verilib. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilərək, cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, iddianın mümkünlük məsələsi ilə bağlı məhkəmə iclası sonuncu dəfə xx.xx.2024-cü il tarixə təyin edilmişdir. Cavabdeh tərəfindən iddia tələbinə dair yazılı münasibət (etiraz) məhkəməyə təqdim olunmamışdır. Tərəflərə və üçüncü şəxslər qismində göstərilmiş şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, nümayəndələrinin məhkəmə iclasında iştiraklarını təmin etməmiş və gəlmədiklərinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə tərəflərin və üçüncü şəxslər qismində göstərilmiş şəxslər iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarında olan Bakı İnzibati Məhkəməsinin 2-1(112)-974/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadından müəyyən olunur ki, İddiaçı MMM cavabdeh DGK Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə qarşı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (bundan sonra mətndə DİN) və X3 üçüncü şəxs qismində göstərilməklə, iddia ərizəsi ilə məhkəməyə müraciət edərək AD N 769252, AD N 769253, AD N 769254, AD N 769255, AD N 769256 saylı nəqliyyat vasitələrinə məxsus qeydiyyat şəhadətnamələrinin verilməsi üçün əsas olmuş gömrük rəsmiləşdirilməsi ilə bağlı hərəkətlərin qanunsuz hesab edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-974/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1775/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı MMM-nin apellyasiya şikayətinin təmin edilməməsi, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-974/2024 saylı, 23 yanvar 2024-cü il tarixli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Hazırda iddiaçı yenidən gömrük rəsmiləşdirilməsi ilə bağlı hərəkətlərin və BDYPİ tərəfindən X2 verilmiş: AD N 769252, AD N 769253, AD N 769254, AD N 769255, AD N 769256 saylı nəqliyyat vasitələrinə qeydiyyat şəhadətnamələrinin verilməsi ilə bağlı hərəkətlərin və ** ZX *** dövlət qeydiyyat nişanlı, BROSHUİS TRAİLER/ACU1640 markalı PLATFORMA tipli, şassi nömrəsi 77204 olan yarımqoşqu üzərinə Qaradağ rayon İcra şöbəsi tərəfindən qoyulmuş həbsin qanunsuz hesab edilməsi barədə tələblə məhkəməyə müraciət etmişdir. İPM-nin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmənin 13 mart 2024-cü il tarixli məktubu ilə İPM-nin 13-cü maddəsinə əsasən iddiaçıya hüquqi yardım göstərilərək, tərəflərindən məhkəməyə təqdim olunmuş idda ərizəsi İPM-nin 2-ci maddəsində nəzərdə tutulmuş iddia növlərindən hər hansı birinə aid olmadığı üçün qeyd olunanları nəzərə alaraq, onlara iddia ərizənizdə yol verilmiş formal xətaların aradan qaldırılmaqla, iddia tələbinizin və iddia tələbinə cavab verməli izibati orqanın dəqiqləşdirilməsi təklif olunsa da, iddiaçı tərəfindən nəzərə alınmamışdır. İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. Həmin Qanunun 2.0.3-cü maddəsinə görə maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir. İPM-nin 2.2.4-ci maddəsinə görə inzibati orqanının inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.2-ci maddəsinə görə müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati akt sayılmayan əlverişsiz hərəkətlərin edilməməsini və ya dayandırılmasını tələb edə bilər. Müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İPM-nin 45.5.-ci maddəsinə əsasən iddia ərizəsinin icraata qəbul edilməsi aşağıdakı hüquqi nəticələri doğurur: iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz (maddə 45.5.1). Həmin Məcəllənin 78-ci maddəsinə görə mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 №-li qərarının 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasının, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qərarda həmçinin qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir (bənd 8.1.). Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir (bənd 8.2.). Qərarın 8.3-cü bəndində göstərilmişdir ki, buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir; 8.5-ci bəndində göstərilmişdir ki, iddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. Qərarın 15.6-cı bəndinə əsasən qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. Məhkəmə qeyd edir ki, iddiaçının hazırda qaldırdığı iddianın predmeti və əsasları ilə eyni olan tələb üzrə iddianın mümkün sayılmaması barədə qanuni qüvvəyə minmiş məhkəmə qərardadı mövcud olduğundan və qeyd olunan qərardadda iddianın mümkün sayılmamasına əsas olmuş hallar aradan qalxmadığından, bununla da mümkünlük şərtlərinə əməl olunmadığından hazırki iddia tələbi mümkün sayılmamalıdır. Bundan əlavə icra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi ilə bağlı mübahisələrə inzibati iddia kimi baxa bilmək üçün ilk növbədə münasibətlərin inzibati hüquqla bağlı yaranması tələb olunur. Eləcə də, qaldırılmış iddia da İPM-nin 2.2-ci maddəsində nəzərdə tutulmuş iddia növlərindən hansısa birinə aid edilməlidir. Qeyd olunanların nəzərə alınmaqla məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunvericiliyin tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın məhkəmə tərəfindən mümkün sayılması üçün vacib şərtlər-tərəfin məhkəməyə müraciət etməsinə əsas verən mübahisənin mövcudluğu, tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddianın subyektiv hüquqa malik olan şəxs tərəfindən verilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İPM-nin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə qarşı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsi, X3 və Qaradağ rayon İcra şöbəsi üçüncü şəxs qismində göstərilməklə “nəqliyyat vasitələrinə məxsus qeydiyyat şəhadətnamələrinin verilməsi üçün əsas olmuş gömrük rəsmiləşdirilməsi ilə bağlı hərəkətlərin qanunsuz hesab edilməsi və s.” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-7359/2024
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7359/2024
16.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver