Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7361/2023 05.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi ilə, Tərəflərin iştirakı olmadan İddiaçı cavabdeh Bakı şəhəri Yasamal rayon icra şöbəsinə qarşı “hərəkətlərin qanunsuz hesab edilməsi, müvafiq qərarın ləğv edilməsi və nəqliyyat vasitələrinin təkrarən qiymətləndirilməsi” tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Yasamal rayon icra şöbəsinə qarşı “Yasamal rayon icra və probasiya 2(103)-980/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədi üzrə xx.xx.2022-ci il tarixli xx/xx-1123xx/xx-15508 nömrəli məktub ilə hərracın keçirilməsi üçün xx/xx-112301/34 saylı sifarişlə "xxxx" MMC-yə göndərilməsində ifadə olunan hərəkətlərin qanunsuz hesab edilməsi, müvafiq qərarının ləğv edilməsi və Yasamal rayon icra və probasiya şöbəsinin üzərinə borclu İddiaçı MMC-yə məxsus “WELTON nw 3 yarımqoşqu” markalı 10ZH483 dövlət qeydiyyat nişanlı, “WELTON qoşqu” markalı 10ZH462 dövlət qeydiyyat nişanlı, “WELTON nw 3 yarımqoşqu” markalı 10ZH484 dövlət qeydiyyat nişanlı, “VOLVO fmx yük” markalı 99JD319 dövlət qeydiyyat nişanlı, “TSR tt 13 22 yarımqoşqu” markalı 10ZX135 dövlət qeydiyyat nişanlı, TSR tt 13 023 yarımqoşqu” markalı 10ZX137 dövlət qeydiyyat nişanlı, “VOLVO fmx yük” markalı 99JD427 dövlət qeydiyyat nişanlı, “VOLVO fmx yük” markalı 99JD429 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin təkrarən qiymətləndirilməsi məqsədi ilə başqa qiymətləndiriciyə göndərilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Yasamal rayon icra və probasiya şöbəsinin icraatında Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-980/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədi var. Həmin icra sənədi üzrə icra şöbəsi tərəfindən borclu İddiaçı MMC-yə məxsus “WELTON nw 3 yarımqoşqu” markalı 10ZH483 dövlət qeydiyyat nişanlı, “WELTON qoşqu” markalı 10ZH462 dövlət qeydiyyat nişanlı, “WELTON nw 3 yarımqoşqu” markalı 10ZH484 dövlət qeydiyyat nişanlı, “VOLVO fmx yük” markalı 99JD319 dövlət qeydiyyat nişanlı, “TSR tt 13 22 yarımqoşqu” markalı 10ZX135 dövlət qeydiyyat nişanlı, TSR tt 13 023 yarımqoşqu” markalı 10ZX137 dövlət qeydiyyat nişanlı, “VOLVO fmx yük” markalı 99JD427 dövlət qeydiyyat nişanlı, “VOLVO fmx yük” markalı 99JD429 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrini qiymətləndirilməsi üçün 16 avqust 2022-ci il tarixdə Qiymətləndiriciyə göndərilmişdir. Əmlakın qiymətləndirilməsini həyata keçirən "xxxx" MMC tərəfindən xx.xx.2022-ci il tarixli QXM/3340 saylı məktuba əlavə olunan Qiymətləndirmə rəyləri (Qiymətləndirmənin hesabatları) verilmişdir. Həmin təqdim edilmiş №3340 saylı Qiymətləndirmə rəylərinə əsasən “WELTON nw 3 yarımqoşqu” markalı 10ZH483 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 7500 (yeddi min beş yüz) manat, “WELTON qoşqu” markalı 10ZH462 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 8000 (səkkiz min) manat, “WELTON nw 3 yarımqoşqu” markalı 10ZH484 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 6500 (altı min beş yüz) manat, “VOLVO fmx yük” markalı 99JD319 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 4500 (dörd min beş yüz) manat, “TSR tt 13 22 yarımqoşqu” markalı 10ZX135 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 8000 (səkkiz min) manat, “TSR tt 13 023 yarımqoşqu” markalı 10ZX137 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 8000 (səkkiz min) manat, “VOLVO fmx yük” markalı 99JD427 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 9500 (doqquz min beş yüz) manat, “VOLVO fmx yük” markalı 99JD429 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 12000 (on iki min) manat məbləğləri əsas götürən icra şöbəsi xx/xx-1123xx/xx-15508 nömrəli xx.xx.2022-ci il tarixli sifarişlə hərracın keçirilməsi "xxxx" MMC-yə göndərilmişdir. Əmlakların həmin qiymətlərə satılması borclu İddiaçı MMC-dən xəbərsiz olaraq keçirilmiş və borclunun bundan xəbəri olmamışdır. Borcluya məxsus nəqliyyat vasitələrinin həmin məbləğlərə qiymətləndirilməsinin real bazar qiymətlərinə tamamilə uyğun olmamış və bazar qiymətindən dəfələrlə aşağı qiymətə yəni 80000 olan nəqliyyat vasitəsini 8000 (səkkiz min) manat və ondan da aşağı qiymətə qiymətləndirilərək satışı həyata keçirilmiş və nəticədə borcluya külli miqdarda ziyan vurulmuşdur. Bütün bu qeyd edilən hərəkətlərin edilməsindən Cəmiyyətin nümayəndəsi tərəfindən 15 fevral 2023cü il tarixdə iş materialları ilə tanış olarkən məlum olmuşdur. 17 yanvar 2023-cü il tarixdə keçirilən hərracın yekunları barədə 18/23 saylı, 19/23 saylı, 20/23 saylı, 21/23 saylı. İcra şöbəsinin bu qanunsuz hərəkəti borclu kimi İddiaçı MMC-nin hüquqlarını kobud şəkildə pozur. Belə ki, İddiaçı MMC-nin mülkiyyətində olan 8 ədəd nəqliyyat vasitəsinin ümumilikdə 64.000 (altmış dörd min) manat məbləğində qiymətləndirilməsi real bazar qiymətlərinə tamamilə uyğun deyil, bazar qiymətindən dəfələrlə aşağıdır, həmçinin həmin nəqliyyat vasitələrinin yenidən qiymətləndirilməsinə ehtiyac vardır və təkrar qiymətləndirmənin başqa qiymətləndirici tərəfindən aparılması vacibdir. Çünki edilən hərəkətlərdən belə məlum olur ki, qiymətləndirici və icra şöbəsi maraqlı şəxs kimi tələbkarın maraqlarına cavab verən əvvəlcədən razılaşdırılmış qiymətlərə qiymətləndirmə keçirərək borcluya külli miqdarda ziyan vurulmuşdur. Hal-hazırda həmin qiymətlərə nəqliyyat vasitələrini hərraca göndərilməsi özü-özülüyündə etibarsızdır. Çünki Qiymətləndirmə rəyində qiymətləndiricinin istinad etdiyi “Garaj.az”, “Avttomobil.az” saytları mövcud deyil, “Autobaku.az” və “Turbo.az” saytlarında qeyd edilən markalara aid nəqliyyat vasitələri mövcud olmamışdır. Beləliklə, mövcud olmayan saytlara və mövcud olan saytlarda olmayan nəqliyyat vasitələrinin qiymətlərinə istinad etməklə qiymətləndirmə aparmaq və həmin qiymətləndirməni əsas götürərək icra şöbəsi tərəfindən nəqliyyat vasitələrinin satılması üçün hərraca göndərilməsi yolverilməzdir və qanunsuzdur. Bununla bağlı icra şöbəsinə müraciət edilməsinə baxmayaraq, qanunsuz hərəkətlər davam etməkdədir. Bakı şəhəri Yasamal rayon icra şöbəsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-980/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədinin icrası ilə bağlı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən mütəxəssis dəvət edilmişdir. İddiaçı MMC-yə məxsus “Tsr tt13 22 yarimqoşqu” markalı 10zx135 dövlət qeydiyyat nişanlı, “Tsr tt13 023 yarımqoşqu” markalı 10zx137 dövlət qeydiyyat nişanlı, “Mack yük” markalı 90jt889 dövlət qeydiyyat nişanlı, “Mack gu813e yük” markalı 90jv641 dövlət qeydiyyat nişanlı, “Mack gu813e yük” markalı 90jv642 dövlət qeydiyyat nişanlı “Mack gu813e yük” markalı 90jv643 dövlət qeydiyyat nişanlı, “Mack gu 813e yük” markalı 90jt251 dövlət qeydiyyat nişanlı, “Volvo fmx yük” markalı 99jd427 dövlət qeydiyyat nişanlı, “Volvo fmx yük” markalı 99jd429 dövlət qeydiyyat nişanlı, “Volvo fmx yük” markalı 99jd319 dövlət qeydiyyat nişanlı, “Mack gu 813e yük” markalı 90jo182 dövlət qeydiyyat nişanlı, “Mack gu 813e yük” markalı 90jm879 dövlət qeydiyyat nişanlı, “Wielton qoşqu” markalı 10zh462 dövlət qeydiyyat nişanlı, “Wielton nw 3 yarımqoşqu” markalı 10zh483 dövlət qeydiyyat nişanlı, “Wielton nw 3 yarımqoşqu” markalı 10zh484 dövlət qeydiyyat nişanlı, “Mammut yarımqoşqu” markalı 10zh658 dövlət qeydiyyat nişanlı, “Mammut yarımqoşqu” markalı 10zh659 dövlət qeydiyyat nişanlı, “Mammut yarımqoşqu” markalı 10zh498 dövlət qeydiyyat nişanlı avtomobillər mütəxəssis tərəfindən qiymətləndirilmişdir. Mütəxəssisə ödənilən haqq icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərə aid edilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən iddiaçıya hüquqi yardım edərək Sizin iddia tələbiniz Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-980/2021 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrası ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, çatmaq istədiyiniz məqsədə dair səmərəli hüquq müdaifə vasitəsinin icra sənədinin verilməsinə əsas olmuş məhkəmə qətnaməsinin icrası ilə bağlı müvafiq ərizə ilə (icra məmurunun hərəkətlərindən şikayət) Bakı Kommersiya Məhkəməsinə müraciət edilməsi olduğu bildirmişdir. İş üzrə məhkəmə iclası təyin edilərək bu barədə tərəflərə bildiriş ünvanlanmışdır. Tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında iştirak etmiş iddiaçının vəkili və nümayəndəsi Vəkil iş üzrə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, iddia mümkün hesab edilməməlidir. Belə ki, iddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. İddia ərizəsi Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər - ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. Həmin Məcəllənin 46.3-cü maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər. Məhkəmə qeyd edir ki, “İnzibati icraat haqqında” Qanunun 4.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri ilə müəyyən edilir ki, işin mahiyyəti üzrə qərarın çıxarılmasından sonrakı mərhələ də daxil olmaqla, "... mülki hüquq və vəzifələrin müəyyən edilməsi" üzrə məhkəmə araşdırmasının bütün mərhələlərinə tətbiq olunur. Hər hansı məhkəmə tərəfindən verilən qərarın icra edilməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” konvensiyanın 6-cı maddəsinin məqsədləri çərçivəsində "məhkəmə araşdırmasının" ayrılmaz hissəsini təşkil etməlidir (Hornsby Yunanıstana qarşı, § 40). Məhkəmə icra sənədinin icra edilməsi zamanı eyni yanaşmanın tətbiq olunmalı olduğunu hesab edir. Belə ki, icra sənədinin icrası həmin mülki, iqtisadi və inzibati işin bilavasitə davamıdır və icra sənədinin məhkəməyə qaytarılmaması barədə icra məmurunun hərəkətlərindən şikayətə icra sənədini vermiş məhkəmə tərəfindən baxılması hüquqi müdafiə vasitələrinin əlçatanlığına və səmərəliliyinə xidmət edir. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır (İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 qərarı; 17-ci bənd). Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-980/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən İddiaçındən 1.153.390,04 manat məbləğdə pul tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. İcra sənədi xx.xx.2022-ci il tarixdə verilmişdir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin tələblərini rəhbər tutaraq məhkəmə müəyyən edir ki, iddiaçının tələbi Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-980/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin icrası ilə bağlıdır. Həmin icra sənədi icra olunması üçün aidiyyəti üzrə Yasamal rayon icra şöbəsinə göndərilmişdir. Odur ki, məhkəmə hesab edir ki, icra sənədinin icrası ilə əlaqədarı məsələyə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsi tərəfindən baxılmalıdır. Odur ki, iddia mümkün hesab edilməməlidir. İddiaçıya icra sənədinin verilməsinə əsas olmuş məhkəmə qətnaməsinin icrası ilə bağlı müvafiq tələblə aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (Bakı Kommersiya Məhkəməsinə) müraciət etmək hüququ izah olunsun. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aysev Almazova
Məhkəmə qərarları › İş №2-1(112)-7361/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7361/2023
05.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver