Məhkəmə qərarları › İş №2-1(112)-7362/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7362/2021

18.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7362/2021 18.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı, Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiliyasiya Agentliyinin nümayəndəsi X9 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiliyasiya Agentliyinə qarşı “18.02.2021-ci il tarixdən 2-ci dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin qoyulması” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İ. Mübahisəli hüququn qısa xülasəsi

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasına qarşı hərbi əməliyyatlar nəticəsində zamanı almış olduğum ’’partlayılarla və və ya qəlpələrlə törənmiş zədələnmələr,keçirilmiş qapalı kəllə beyin travmasıının davamlı qalıq əlamətləri,tez-tez təkrarlanan qıcılmama tutmaları(ayda 5-7 dəfə)kəskin nəzərə çarpan şəxsiyyət və davranış pozuntusu,baş beynin çoxsaylı tiberxulomas.ağ ciyərin ocaqlı vərəmi ’’diaqnozu üzrə mənə müvafiq əlillik dərəcəsinin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasının üzərinə qoyulması tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, o, 2001-ci ildən 2018-ci ilədək əvvəlcə Daxili İşlər Nazirliyinin, sonradan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətində yanğınsəndürən vəzifəsində işləyib. Həmin ərizəyə əlavə edilmiş 05 may 2017-ci il tarixli aktdan görünür ki, Ağdam rayonu Evoğlu kəndində xidmətdə olarkən erməni işğalçılarının atdığı mərminin yaşayış evinə düşməsi nəticəsində baş vermiş yanğını söndürüərkən yaxınlıqda daha 11 mərmi partlaması nəticəsində ağır xəsarətlər alıb. Həmin ərizəyə əlavə edilmiş Fövqəladə Hallar Nazirliyi X13 Komissiyasının 16 may 2018-ci il tarixli Rəyindən görünür ki, məndə müəyyən edilmiş Keçirilmiş qapalı kəllə beyin travmasının əlamətləri, epiletiform qıcılmatutmaları, Başbeyinin çoxsaylı tuberkuulması, ağciyərin ocaqlı vərəmi diaqnozu "xəstəlikdir, xidmət dövründə alınmışdır. Həmin ərizəyə əlavə edilmiş 21 yanvar 2020-ci il tarixli 46 nömrəli Xəstəlik haqqında şəhadətnamədən görünür ki, Müdafiə Nazirliyi Tibbi Baş İdarəsi Mərkəzi Hərbi Həkim Komissiyasının 23.01.2020-ci il tarixli rəyi ilə ona "Kəskin şizofrenəbənzər psixotik pozountu” diaqnozu qoyulmuş, həmin xəstəliyin hərbi xidmət dövründə alındığı qeyd edilərək sülh dövründə hərbi xidmətə yararsız hesab edilib. Həmin ərizəyə əlavə edilmiş X11 xəstəliklər Dispanserinin arayışından görünür ki, "keçirilmiş kəllə beyin travmasının qalıq əlamətləri, tez-tez təkraralanan epileptik tipli qıcolma tutmaları dispanser qeydıyyatındadır. Bu barədə məlumatlar ona əlillik dərəcəsi verilməsi üçün Azərbaican Respublikası Səhiyyə Nazirliyi “Tibbi-sosial ekspert komissiyasına göndərilmiş və bu barədə olan “reyestrə” daxil edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi Tibbi Sosial Ekspert Komissiyası 12.04.2021-ci il tarixli Qiymətləndirmə rəyi ilə ona əllik dərəcəsinin verilməsindən imtina edilmiş, imtinaya əsas kimi əlavə müalicəyə ehtiyacım olması göstərilmişdir. İmtinada habelə göstərilir ki, psixatiriya xəstəxanasında ətraflı müayinə və müalicə olunmalıdır. Halbuki həmin ərizəyə əlavə edilmiş tibbi sənədlər bu imtinanın əsassız olduğunu sübut edir. Göründüyü kimi cavabdeh təşkilatın mənə əllik dərəcəsindən verilməsinə dair imtinasında göstərilən dəlilləri məhkəməyə təqdim edilən sənədlərlə tam təkzib olunur. Ona görə də cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasının bu imtinasını əsassız hesab edərək bildirir ki, ona hərbi xidmət zamanı alınmış xəstəliklə bağlı müvafiq əlillik dərəcəsinin verilməsi vəzifəsi Azərbaycan Respublikası ƏƏSMN-nin Tibbi Sosial Ekspert Komissiyasının üzərinə qoyulmalıdır.

3. Məhkəmə tərəfindən iddiaçıya hüquqi yardım göstərilmiş, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabiliyasiya Agentliyi göstərilməklə iddia tələbi İddiaçı 18 may 2021-ci il tarixdən İİ dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması kimi dəyişdirilmişdir.

4. Cavabdeh qurum tərəfindən iddiaya yazılı etiraz təqdim edilmiş, etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı əlillik vəziyyəti: - X15 Dispanserinin 24.05.2019-cu il tarixli 0462003AAC5T saylı göndərişi əsasında baxılmış və “X3: XX Sinif - Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35-Y36 - Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => Y36 - Hərbi əməliyyatlar => Y36.3 - Hərbi əməliyyatlar nəticəsində odla,...; Diaqnozun mətni: Y36.2 Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Keçirilmiş qapalı Kəllə-beyin travmasından sonrakı davamlı qalıq əlamətləri,epileptiform qıcolma tutmaları ilə postermatik ensefalopatiya; Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Status localisdə diaqnoz və ağırlaşması barədə ətraflı məlumat qeyd edilməyib.Dəqiqləşdirilsin” səbəbi ilə imtina verilmişdir. -Daha sonra həmin dispanserin 12.07.2019-cu il tarixli 0462003AAC7H saylı göndərişi əsasında baxılmış və “X3: XX Sinif - Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35- Y36 - Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => Y36 - Hərbi əməliyyatlar => Y36.2 - Hərbi əməliyyatlar nəticəsində digər...; Diaqnozun mətni: Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla vəya qəlpələrlə törənmiş zədələnmələr.Keçirilmiş qapalı kəllə-beyin travmasından sonrakı davamlı qalıq əlamətləri,epileptiform qıcolma tutmaları ilə postravmatik ensefalopatiya.Tez-tez təkrarlanan qıcolma tutmaları,ayda 8-9 dəfə.İntellekt və yaddaşın ləngiməsi ilə; Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: diaqnozun ağırlaşmasını təsdiq edən stasionar müalicə qeyd edilməyib” səbəbi ilə imtina verilmişdir. -Həmin dispanserin 28.08.2019-cu il tarixli 0462003AAC96 saylı göndərişi əsasında baxılmış və “X3: XX Sinif - Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35-Y36 - Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => Y36 - Hərbi əməliyyatlar => Y36.2 - Hərbi əməliyyatlar nəticəsində digər...; Diaqnozun mətni: Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr. Keçirilmiş qapalı kəllə-beyin travmasından sonrakı davamlı qalıq əlamətləri, epileptiform qıcolma tutmaları ilə. Üzvi mənşəli şəxsiyyət pozuntusu. Qapallı kəllə-beyin travmasından sonra əmələ gələn üzvü mənşəli şəxsiyyət dəyişməsi kəskin psixopatabənzər davranış pozuntuları ilə. Epilepsiya tez-tez təkrarlanan qıcolma tutmaları (ayda 8-9 dəfə). İntellekt və yaddaşın ləngiməsi ilə; Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: əsas diagnozun ağırlaşmalarini təsdiq edən laborator-instrumental müayinələrin nəticələri . status localis və TSEKə göndərilən zaman x-n vəziyyəti dəgigləşdirilsin və ətrafli qeyd edilsin” səbəbi ilə imtina verilmişdir. -Dispanserin 18.09.2019-cu il tarixli 0462003AADDJ saylı göndərişi əsasında baxılmış və “X3: XX Sinif - Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35-Y36 - Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => Y36 - Hərbi əməliyyatlar => Y36.2 - Hərbi əməliyyatlar nəticəsində digər...; Diaqnozun mətni: Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Keçirilmiş qapalı Kəllə-beyin travmasından sonrakı davamlı qalıq əlamətləri,epileptiform qıcolma tutmaları ilə; Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: ixtisaslaşmış müalicə davam etsin” səbəbi ilə imtina verilmişdir. -02.07.2020-ci ildə 0462003AADSZ saylı göndərişi əsasında baxılmış və “X3: XX Sinif - Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35-Y36 - Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => Y36 - Hərbi əməliyyatlar => Y36.2 - Hərbi əməliyyatlar nəticəsində digər...; Diaqnozun mətni: Y36.2 Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Keçirilmiş qapalı-kəllə beyin travmasının davamlı qalıq əlamətləri,travmatik ensefolopatiya tez-tez təkrarlanan qıcolma tutmaları (ayda 5-7 dəfə) kəskin nəzərə çarpan şəxsiyyət və davranış pozuntusu. Baş beynin çoxsaylı tuberkuloması,sorulma mərhələsi.Agciyərlərin ocaqlı vərəmi sorulma və bərkimə mərhələsi; Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: İxtisaslaşdırılmış müalicəni davam etdirmək məsləhət görülür” səbəbi ilə imtina verilmişdir. -18.05.2021 -ci ildə 0462003AADSZ saylı göndərişi əsasında baxılmış və “Səbəbi: Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; X3: XX Sinif - Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35-Y36 - Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => Y36 - Hərbi əməliyyatlar => Y36.2 - Hərbi əməliyyatlar nəticəsində digər...; Diaqnozun mətni: Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Keçirilmiş qapalı-kəllə beyin travmasının davamlı qalıq əlamətləri,travmatik ensefolopatiya tez-tez təkrarlanan qıcolma tutmaları (ayda 5-7 dəfə) kəskin nəzərə çarpan şəxsiyyət və davranış pozuntusu. Baş beynin çoxsaylı tuberkuloması,sorulma mərhələsi.Agciyərlərin ocaqlı vərəmi sorulma və bərkimə mərhələsi; Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik təyin etmir barədə qərar qəbul edilmişdir” səbəbi ilə imtina verilmişdir. Bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi- sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarlan”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbihəkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Bununla əlaqədar, iddiaçının aidiyyəti tibb müəssisəsində əlavə bərpa müalicəsi etdirməsi, tam reabilitasiya olunmadığı halda əlillik dərəcəsinin verilməsi üçün yenidən müraciət etməsi tövsiyə edilir. Odur ki, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməli olduğu bildirilmişdir.

5. Məhkəmənın hazırlıq icraatı üzrə iclasında, eləcə də məhkəmə baxış iclasında iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi.

6. Məhkəmənın hazırlıq icraatı üzrə iclasında, eləcə də məhkəmə baxış iclasında iştirak iştirakı edən cavabdeh bildirdi ki, iddianın də səhiyyə müəssisəsi tərəfindən təqdim edilən Forma 88 arayışı əlilliyi təyin etmədiyindən əlilliyin təyin olunmasından imtina edilmişdir.

7. Məhkəmənin 09.07.2021-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: - xx xxx 1978-ci il tarixdə doğulmuş İddiaçı müayinəsi zamanı onda hal-hazırda hansı xəstəlik və qüsurlar aşkar olunur? - bu xəstəlik və qüsurlar ona hər hansı qrup əlillik dərəcəsi verilməsinə əsas verirmi? Ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X10-Təcrübi və Tədris Birliyinin ekspertlərinə həvalə edilmişdir.

İİ. İddianın növü və mümkünlüyü

8. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 1.2-ci bəndinə əsasən, əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. İddiaya cavab verməli olan şəxs Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyidir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş Dövlət Tibbi-Sosial Ekspertiza və X1 3.1.2-ci bəndinə əsasən, müvafiq sahədə tibbi-sosial ekspertiza keçirərək, şəxslərin əlilliyini və reabilitasiya imkanlarını qiymətləndirmək Agentliyin vəzifələrinə aid edilmişdir. Nizamnamənin 1.2-ci bəndinə əsasən, Agentlik Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərir. Nizamnamənin 1.8-ci bəndinə əsasən, Agentlik Bakı şəhərində yerləşir.

9. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”na əsasən: - 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. - 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. - 2.8. Əlilliyin qiymətləndirilməsi barədə qərarın obyektivliyinin təmin edilməsi məqsədilə göndərişlər seçmə qaydada 5 (beş) TSEK-dən çox olmamaq şərtilə bir neçə TSEK-ə göndərilir. Əlilliyin qiymətləndirilməsi zamanı TSEK-dən birinin qərarı digər TSEK-lərin qərarından fərqləndikdə, bu barədə məlumatlar altsistem vasitəsilə Agentliyə ötürülür və yekun qərar bu Qaydanın 2.4-cü bəndində göstərilən müddətdən gec olmayaraq Agentlik tərəfindən qəbul edilir.

10. İddiaçı onun xeyrinə inzibati aktın qəbul edilməsini tələb edir. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

11. Odur ki, hazırki iddia məcburetməyə dair iddiadır.

12. İddiaçı məhkəməyə 10.06.2021-ci il tarixdə müraciət etmişdir.

13. İPM-in 38.2-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər.

14. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 59.1.5-ci maddəsinə əsasən, yazılı inzibati aktda həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat əks olunmalıdır.

15. Həmin Qanunun 73.2-ci maddəsinə əsasən, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər.

16. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən, inzibati aktın məzmunu müxtəlif kod işarələri ilə ifadə oluna bilər. Belə hallarda inzibati aktın ünvanlandığı şəxsin onun məzmununu birmənalı şəkildə başa düşməsi üçün həmin akta müvafiq izahat əlavə edilməlidir.

17. İddianın mümkünlüyünə münasibətdə məhkəmə qeyd edir ki, cavabdeh qurum tərəfindən əlilliyin qiymətləndirilməsi 18.05.2021-ci il tarixdə aparılmış, lakin nəticəsinin iddiaçıya nə zaman təqdim edildiyi müəyyən olunmur və iddiaçıya hüquqi müdafiə vasitələri izah edilmir.

18. İddia mümkündür. İİİ. Məhkəmə tərəfindən tədqiq edilən sübutlar

19. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ağdam Rayonlararası X12 Dispanseri tərəfindən verilən 12.09.2019-cu il tarixli arayışa əsasən, xx.xx.1978-ci il təvəllüdlü İddiaçı 11.08.2018- ci il tarixdən “Keçilmiş Kəllə-Beyin Travmasının qalıq əlamətləri, travmatik ensefalopatiya, tez-tez təkrarlanan epileptik tipli qıcolma tutmaları, kəskin ifadəli davranış pozuntusu ilə” Ağdam Rayonlararası Ruhi X4 dispanser müşahidəsindədir.

20. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tibb Xidməti Xüsusi həkim ekspertiza komissiyası tərəfindən tərtib edilmiş 16.05.2018-ci il tarixli xəstəlik haqqında şəhadətnaməsinə əsasən, daxili xidmət çavuşu İddiaçı xidmət etdiyi dövrdə ambulator və stasionar müalicədə olmuşdur. Belə ki, 28.04.2017-ci il tarixində hüşün itməsi, qıcolma tutması, yaddaş pozğunluğu şikayətləri ilə Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzində müayinədən sonra “Qıcolma sindromu?" diaqnozu ilə Daxili İşlər Nazirliyinin A.N.Heydərov adına Respublika Hospitalına göndərilmişdir. Bununla əlaqədaı 28.04.2017-06.05.2017-ci il tarixlərində “Baş beynin tuberkuloması. Ağciyər vərəmi" diaqnozu ilə Hospitalda stasionar müayinə və müalicədə olmuşdur.10.05.2017ci il tarixində Səhiyyə Nazirliy X2 İnstitutunda müayinədən sonra “Ağciyərlərin şübhəli aktivlikdi olan ocaqlı vərəmi" diaqnozu qoyularaq 1 (bir) ay spesifik müalicə məsləhət görülmüşdür. 24.05.2017-ci il tarixində isə Bakı Baş Səhiyyə İdarəsi 1 saylı X7 müayinədə olmuş və “Ağciyərlərin ocaqlı vərəmi, infiltrasiya mərhələsi. Baş beyin tuberkuloması, epileptik tutmalarla" diaqnozu qoyulmuşdur. Bununla əlaqədar 25.05.2017-02.11.2017-ci i tarixlərində “Baş beynin çoxsaylı tuberkuloması. Ağciyərlərin ocaqlı vərəmi" diaqnozu ilə Bakı Ba$ Səhiyyə İdarəsi 4 saylı X8 stasionar müalicədə olmuşdur. Sonradar müalicəsi Səhiyyə Nazirliyi Ağdam rayon X5 Xəstəliklər Dispanserində davam etdirilmişdir. Müalicə müddətində Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyə, Xəstəlikləri İnstitutunda müayinələrdə olmuşdur. Sonuncu 09.04.2018-ci il tarixində müayinədər sonra "Baş beynin çoxsaylı tuberkuloması. Ağciyərlərin ocaqlı vərəmi, sorulma və bərkimi mərhələsi. Qıcolma tutmaları ilə" diaqnozu qoyulmuşdur. Şikayətləri ilə əlaqədar 10.05.2018 15.05.2018-ci il tarixlərində “Anamnezindən keçirilmiş qapalı kəllə-beyin travmasından sonraкı asteno-nevrotik vəziyyət. Epileptiform qıcolma tutmaları. Şüşəvari cisimdə bulanmalar. Xronik xolesistit" diaqnozu ilə Daxili İşlər Nazirliyinin A.N.Heydərov adına Respublika Hospitalındı stasionar müayinə və rnüalicədə olmuşdur (təsdiqedici sənəd: tibb kitäbçasinda olan epikrizləı arayış və həkim-mütəxəssislərin qeydləri). Aparılan müalicələrə baxmayaraq şikayətləri davan etmişdir. Xəstəliyi ilə əlaqədar 28.04.2017-ci il tarixindən xidməti vəzifələrini icra etmir 10.04.2018-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzində şəhadətləndirilmı məqsədilə ambulator müayinədə olmuşdur. Müayinədən sonra “Baş beynin çoxsayı tuberkuloması. Ağciyərlərin ocaqlı vərəmi,sorulma və bərkimə mərhələsi. Simptomatik epilepsiya diaqnozu qoyulmuşdur. Xidmətin davam etdirilməsi üçün yararlılığının müəyyən edilməsi məqsədilə Tibb Xidmətinin Xüsusi həkim ekspertiza komissiyasına tibbi şəhadətləndirilməyı göndərilmişdir.

21. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tibb Xidməti Xüsusi həkim ekspertiza komissiyası tərəfindən tərtib edilmiş 16.05.2018-ci il tarixli xəstəlik haqqında şəhadətnaməsinə əsasən, xüsusi müayinələrin (rentgenoloji, laborator, instrumental və s.) nəticələri (Beyin MRT müayinəsinin və EEQ müayinəsinin nəticəsi) qeyd edilməklə XHEK komissiyyası tərəfindən keçirilmiş qapalı kəllə-beyin travmasının (04.04.2016) qalıq əlamətləri, epileptiform qıcolma tutmaları ilə. Travmadır, xidməti vəzifələrini yerinə yetirərkən alınmışdır. Baş beynin çoxsaylı tuberkuloması, sorulma mərhələsi. Ağciyətlərin ocaqlı vərəmi, sorulma və bərkimə mərhələsi diaqnozu qoyulmuşdur. Xəstəlikdir, xidmət dövründə alınmışdır.

22. Azərbaycan Respublikası FHN DYMX-nin ARDYMH tərəfindən tərtib olunmuş 27.04.2017-ci il tarixli akta əsasən, 26 aprel 2017-ci il tarixdə növbədə olarkən saat 19:28 radələrində növbənin yanğınsöndürəni daxili xidmət cavuşu İddiaçı qəfildən halı pisləşdi və onda qıcolma hadisəsi baş vermi, dərhal təcili yardım stansiyasına məlumat verilmiş, qaşıq vasitəsi ilə onun dişlərini çətinliklə də olsa aralıyıb nəfəs ala bilməsinə şərait yaradılmış, bu zaman onun ağzında olan qızıl dişlərdən biri də qırılaraq düşmüşdür, təcili tibbi yardım stansiyasının həkim briqadası gəlib çatan kimi dərhal İddiaçı ilk tibbi yardım göstərilmiş və əlavə tədbirlər görülməsı üçün xəstəxanaya aparılmışdır.

23. Azərbaycan Respublikası FHN DYMX-nin ARDYMH tərəfindən tərtib olunmuş 05.05.2017-ci il tarixli akta əsasən, 04.04.2016-cı ildə hissənin dispetçer məntəqəsinə erməni silahlı qüvvələrinin atdığı mərminin partlaması zamanı güclü dalğa digərləri ilə yanaşı yanğınsöndürən daxili xidmət çavuşu İddiaçı yaşayış evinin həyətinin daş hasarının və dəmir darvazasına, eləcə də yanğınsöndürmə avtomobilinə çırpıb. Bu zaman böyük sürətlə ətrafa yayılan mina qəlpələri digərləri ilə yanaşı, yanğınsöndürən daxili xidmət çavuşu İddiaçı döyüş dəbilqəsinin ön tərəfini qəlpə deşdi, xoşbəxtlikdən qəlpə qırıntısı dəbilqəyə pərçimlənərək orada qaldığı üçün İddiaçı başına girmədi, yanğınsöndürmə avtomobilinin şüşələrini və kabinə hissəsini deşərək yararsız hala saldı.

24. İş üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi” publik hüquqi şəxsi tərəfindən verilmiş 13.09.2021-ci il tarixli ekspert rəyinə əsasən, vətəndaş İddiaçı “keçirilmiş qapalı kəllə-beyin travmasından sonrakı davamlı qalıq əlamətləri, postravmatik ensefalopatiya qıcolma tutmaları ilə, baş beynin çoxsaylı tuberkuloması, ağciyərlərin ocaqlı vərəmi sorulma və bərkimə mərhələsində” diaqnozu ilə şəhadətləndirilmiş və düzgün olaraq əlilliyin dərəcəsinin təyinindən imtina edilmişdir. Belə ki, qeyd edilən qıcolma tutmalarının ayda 6-7 dəfə təkrarlanması tibbi sənədlərdə və instrumental müayinə metodları ilə öz təsdiqini tapmamış, qeyd edilən vərəm isə remissiya mərhələsinə olmuşdur. Əlillik dərəcəsinin təyini üçün İddiaçı ixtisaslaşmış tibb müəssisinə yerləşdiirlməli və qeyd edilən qıcolma tutmaları sənədlərdə öz təsdiqini tapdıqdan sonra sənədlər təkrar şəhadətləndirmə üçün Mərkəzə göndərilməlidir. İV. Məhkəmənin mövqeyi

25. Azərbaycan Respublikası Konstitusiyasından: - 38-ci maddə. Hər kəsin sosial təminat hüququ vardır. - 60-cı maddə. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. - 71-ci maddə. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.

26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasına əsasən: - 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. - 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. - 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir.

27. Məhkəmə iş üzrə təqdim edilmiş ekspert rəyinə tənqidi yanaşaraq qeyd edir ki, ekspert rəyində qeyd edilən qıcolma tutmalarının ayda 6-7 dəfə təkrarlanması tibbi sənədlərdə və instrumental müayinə metodları ilə öz təsdiqini tapmadığı qeyd edilsə də, şəxs barəsində hər hansı instrumental müayinə metodlarının aparılması rəydə göstərilməmiş, iddiaçı tərəfindən məhkəmə iclasında verilən izahatda ekspertlər tərəfindən instrumental müayinə olunmadığını, lakin buna qədər dəfələrlə MRT və EEQ müayinəsindən keçdiyini (qeyd edilən müayinələrin nəticələri həm də Forma 88 arayışında qeyd edilmişdir) və barəsində müvafiq diaqnoz qoyulduğunu bildirmişdir.

28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.2-ci bəndinə əsasən, ikinci dərəcə əlillik xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. İkinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: 2.2.11. epilepsiya, tez-tez təkrarlanan (ayda azı 4 dəfə) tutmalarla və ya şəxsiyyətin nəzərəçarpan dərəcədə dəyişilməsi ilə (G40-G41.9);

29. TSEK-ə göndərişə əsas verən müayinə vərəqəsində (Forma 88№ xxxxxxx0014) status localis qrafasında müəyyən olunur ki, bələdliyi qismən pozulub ünsiyyətə formal daxil olur.əhval-ruhiyyəsi dəyişkəndir davranışında kobud patalogiya qeyd olunur.xəstədə tez-tez qıcolma tutmaları müşahidə olunur tutmalar ay ərzində 5-7 dəfə təkrarlanır. Mütəmadi müalicə qəbul edir. Anamnezindən və tibbi sənədlərindən məlum olur ki 2016-cı ildən xəstədir, xəstəliyin əmələ gəlməsini xidməti vəzifələrini yerinə yetirərkən yaxınlıqda minaların partlaması nəticəsində aldığı travma ilə əlaqələndirir.müxtəlif vaxtlarda aldığı müalicələrə baxmayaraq səhhətində müsbət irəlilləyiş qeyd olunmur. Xəstə 10.04.2018-ci ildə FHNTM-də müayinədə olmuş və xəstəliyinə görə Travmadır xidməti vəzifələrini yerinə yetirərkən almışdır şəhadətnaməsi verilmişdir (16.05.2018- 1048 nömrəli). Xəstəliyin ağırlığını əlillik əlamətlərinin olmasını nəzərə alıb əlillik təyin edilməsi üçün forma 88 tərtib edilib TSEK-ə göndərilmiş (4 dəfə) cavab olaraq natamam doldurulma 2 dəfə və əlavə müalicə təyin edilmişdir. Stasionar müalicədən sonra xəstəyə 5-ci dəfə forma 88 tərtib edilib TSEK-ə göndərilir.

30. İddiaçı tərəfindən məhkəməyə 16.06.2021-ci il tarixdə TSEK-ə 6-cı dəfə tərtib edilərək göndərilmiş forma 88 arayışı (№0462003AAED9) təqdim edilmişdir. Həmin göndərişdə də nevropotoloq və psixiatr tərəfindən instrumental (MRT və EEQ) müayinənin nəticələrinə əsasən, digərləri ilə yanaşı əlillik müəyyən edən diaqnoz - G40 Epilepsiya, keçirilmiş qapalı kəllə-beyin trafmasının davamlı qalıq əlamətləri, travmatik ensefolopatiya tez-tez təkrarlanan qıcolma tutmaları (ayda 5-7 dəfə) kəskin nəzərə çarpan şəxsiyyət və davranış pozuntusu müəyyən edilmişdir. Qeyd edilən göndəriş üzrə qiymətləndirmənin nəticəsi barədə cavabdeh tərəfindən hər hansı məlumat təqdim edilməmiş, sonuncu qiymətləndirmənin 18.05.2021-ci il tarixdə aparıldığı bildirilmişdir.

31. Məhkəmə qeyd edir ki, cavabdeh qurumun imtinası qanunazidd olmaqla iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilir ki, TSEK-ə göndərişə əsas verən müayinə vərəqəsində (Forma 88№ xxxxxxx0014) həmin Əsasnamənin 2.2.11-ci bəndinə əsasən, əlillik əlaməti təyin edən diaqnoz (G40 Epilepsiya, keçirilmiş qapalı kəllə-beyin trafmasının davamlı qalıq əlamətləri, travmatik ensefolopatiya tez-tez təkrarlanan qıcolma tutmaları (ayda 5-7 dəfə) kəskin nəzərə çarpan şəxsiyyət və davranış pozuntusu) göstərilməsinə baxmayaraq, cavabdeh tərəfindən 18.05.2021-ci il tarixdə aparılan qiymətləndirmədə diaqnozun əlillik əlaməti təyin etmədiyi göstərilmişdir. Diaqnozun mətni: Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, keçirilmiş qapalı kəllə-beyin travmasının davamlı qalıq əlamətləri, travmatik ensefolopatiya tez-tez təkrarlanan qıcolma tutmaları (ayda 5-7 dəfə) kəskin vəziyyətə çarpan şəxsiyyət və davranış pozuntusu. Baş beynin çoxsaylı tuberkuloması, sorulma mərhələsi. Ağciyərlərin ocaqlı vərəmi sorulma və bərkimə mərhələsi. Diaqnozun əlillik əlaməti təyin etməməsi-səbəb: Diaqnozun əlillik təyin etməsi barədə qərar qəbul edilmişdir.

32. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydası”na əsasən: 1.5. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması.

33. Məhkəmə müəyyən edir ki, iddiaçının xəstəliyinin başlama tarixi 04.04.2016-cı il olmaqla ən azı 5 ildir ki, ambulator və statisonar müalicə olmuş və Forma 88№ xxxxxxx0014 arayışda instrumental müayinə metodlarının nəticəsi (MRT və EEQ (elektroensefoloqramma)) diaqnozu təsdiq etmiş, əsas diaqnoz Y36.2 (hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr) göstərilsə də, həmin diaqnoz xəstəliyin səbəbi qismində çıxış etməklə, arayışda göstərilən ağırlaşması (G40 Epilepsiya, keçirilmiş qapalı kəllə-beyin trafmasının davamlı qalıq əlamətləri, travmatik ensefolopatiya tez-tez təkrarlanan qıcolma tutmaları (ayda 5-7 dəfə) kəskin nəzərə çarpan şəxsiyyət və davranış pozuntusu) əlillik müəyyən edir.

34. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

35. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

36. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia təmin edilsin. İddiaçı qiymətləndirildiyi 18 may 2021-ci il tarixdən İİ (ikinci) dərəcə əlilliyin təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar