Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7363/2023 01.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Məmmədzadə Səbunə Firəddin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X4, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ-torpaq sahəsinə çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçıcavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən “2982” saylı torpaq sahəsinin İddiaçı adına müvafiq çıxarışın verilməsi vəzifəsini cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən “2982” saylı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrinə qeydə alınması ilə bağlı ********** nömrəli xx.xx.2022-ci il tarixində ərizə verilmişdir. 1 saylı Bakı Ərazi İdarəsi xx.xx.2023-cü il tarixində **********69 saylı Bildiriş də qeyd etmişdir ki, X3 və X7 verilmiş orderin nüsxəsi İdarənin arxivində aşkar edilməmişdir. Lakin xx.xx.2022-ci il tarixində **********10 saylı X18 müavini tərəfindən göndərilən Bildirişdə qeyd olunmuşdur ki, **********09 saylı xx.xx.2022-ci il tarixli məkubda qeyd olunan iradlar tamamilə aradan qaldırılmamışdır və faktiki torpaq sahəsinin 1109 kv\m təşkil edir. Halbuki Bakı Şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnşafı və X7 verilmiş 4 saylı orderdə qeyd olunmuşdur ki, vətəndaş X1 adına Bakı Şəhər İcraiyyə Komitəsinin 20 iyun 1991-ci il tarixli, 8/447 №-li qərarına əsasən ona Ləhiş bağlar sahəsində 228 №-li BTK nəzdində 0,12 hektar torpaq sahəsi olan 2982 №-li bağ ayrılmışdır. Çıxarış alınması üçün AR ƏMDK-nin yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir, lakin xx.xx.2023-cü il tarixli imtina almışdır. Hesab edir ki, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsinin hərəkəti qanuna ziddir və təqdim edilən sənədlər qanunvericiliyinə əsasən iddiaçıya məxsus torpaq sahəsinin üzərində hüquqların qeydiyyata alınması üçün əsasdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, təqdim edilən X3 və X7 verilmiş orderin nüsxəsi İdarənin arxivində aşkar edilməmişdir. Bundan əlavə iddiaçının təqdim etdiyi xx.xx.2022-ci il tarixli, BA-07094-2022 nömrəli arxiv çıxarışında torpaq sahəsinin nömrəsi və ölçüsü göstərilməmişdir. Bu səbəblərdən ərizənin icrası tərəfimizdən mümkün olmamışdır. Bu barədə vətəndaşa **********69 saylı, xx.xx.2023-cü il tarixli cavab məktubu ünvanlanmışdır. Məlumat üçün bildiririk ki, İdarənin mütəxəssisləri tərəfindən sözügedən daşınmaz əmlaka keçirilmiş texniki baxış zamanı müəyyən olmuşdur ki, bağ sahəsinin faktiki ölçüsü 1109.0 kv.m təşkil edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan hesab olunur. Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsini xahiş edilir. İddiaçının nümayəndəsi və vəkili X8 xx.xx.2023-cü il tarixdə iddia tələbinə dəqiqləşmə barədə ərizə təqdim edərək Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən, sahəsi 0,12 ha torpaq sahəsi olan, 2982 saylı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını təsdiq edən müvafiq çıxarışın İddiaçı adına verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə ediməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan SSR Bakı şəhər İcraiyyə Komitəsinin X3 və X10 bağlar sahəsindəki 228 nömrəli kooperativinin 4 nömrəli Orderindən görünür ki, İddiaçı Bakı şəhər İcraiyyə Komitəsinin 1991-ci il tarixli, 8/447 nömrəli qərarına əsasən ona Ləhiş bağlar sahəsində 228 nömrəli BTK nəzdində 0,12 hektar torpaq sahəsi olan 2982 nömrəli bağ ayrılmışdır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının 06 aprel 2023-cü il tarixli, 3-48-2F/2-02223/2023 nömrəli məktubu ilə göndərilmiş Bakı şəhər XDS İcraiyyə Komitəsinin arxiv fondu üzrə xx.xx.1991-ci il tarixli, 8/447 saylı qərarın birinci və sonuncu vərəqlərinin və 228 nömrəli Ləhiş bağ-tikinti kooperativlərinin üzvlərinin siyahısından görünür ki: - Bakı şəhər X11 İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 8/447 saylı qərarı ilə 228 nömrəli bağ-tikinti kooperativinin -27 nəfər tərkibi təsdiq edilmişdir. - Bakı şəhər X11 İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 8/447 saylı qərarına 3 nömrəli əlavə-228 nömrəli bağ-tikinti kooperativi üzvlərinin 27 nəfərlik siyahısına əsasən:
9. X5. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, **********32 nömrəli məktubunda bildirilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 2982 saylı bağ (torpaq) sahəsinə dair sənəd idarənin arxivində aşkar edilməmişdir. Sorğunun icrası ilə əlaqədar olaraq məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki: - 228 nömrəli BTK nəzdində Ləhiş bağ massivində bağ sahələrinin yerləşmə sxemində 2982 nömrəli bağ sahəsi 2981 və 2983 nömrəli bağ sahələrinin arasında yerləşir. - 228 nömrəli BTK Ləhiş massivində bağ sahələrinin yerləşmə sxemində 27 sayda bağ nömrəsi, o cümlədən 2982 nömrəli bağ sahəsi öz əksini tapmışdır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, **********82 nömrəli məktubu ilə göndərilmiş ortofotodan görünür ki, İddiaçı iddia etdiyi bağ sahəsinin ətrafında qonşu bağ nömrələri 2983, 2984, 2981a, 2980 nömrəli bağ sahələri yerləşir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixdə elektron kabinet vasitəsilə təqdim etdiyi daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktlatına əsasən: -xx.xx.2022-ci il tarixli yerli müyainə zamanı torpaq sahəsi hüquqmüəyəynedici sənəd üzrə 1200 kv.m, faktiki 1109,0 kv.m-dir. Bağ sahəsinin sərhədləri mişar daşı ilə hasarlanmışdır. Bağ sahəsində yarımçıq tikili var. Sənədlə 91.0 kv.m-dən azdır. Bağ sahəsinin bir tərəfi yol, 3 tərəfi qonşu bağ nömrələri, cənub tərəfdə 2983 saylı bağ sahəsi ilə əhatə olunub. -xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktına əsasən torpaq sahəsi hüquqmüəyyənedici sənəd üzrə 1200.0 kv.m, faktiki 1263.0 kv.m. Bağ sahəsinin sərhədləri hər tərəfdən mişar daşı ilə hasarlanmışdır. Bağ sahəsində yarımçıq tikili var. Bağ sahəsinə xx.xx.2022-ci ildə təkrar baxış zamanı məlum oldu ki, vətəndaş hasarı şərq tərəfdən söküb yenisini inşa edərək, sahəni 1109.0 kv.m-dan 1263.0 kv.m etmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli, **********80 nömrəli məktubunda bildirilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən “2982” saylı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, 02.11,2022-ci il tarixli müraciətinizə tərəfimizdən baxılmışdır. Bildiririk ki, qeyd olunan məsələ ilə bağlı müraciətinizə **********09 nömrəli, xx.xx.2022-ci il tarixli məktubla cavab verilmiş və həmin məktubda qeyd olunan iradlar tam aradan qaldırılmamışdır. Bundan əlavə sənəd üzrə torpaq sahəsinin ölçüsü 1200 kv.m qeyd edilsə də, faktiki 1109 kv.m təşkil edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Bu məktub daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina sayılmır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli, **********69 nömrəli məktubunda bildirilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən “2982’ saylı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, xx.xx.2022-ci il tarixli ərizənizə tərəfimizdən baxılmışdır. Müraciətinizlə əlaqədar olaraq bildiririk ki, təqdim etdiyiniz X3 və X7 verilmiş orderin nüsxəsi İdarənin arxivində aşkar edilməmişdir. Bundan əlavə təqdim etdiyiniz xx.xx.2022-ci il tarixli, BA- 07094-2022 nömrəli arxiv çıxarışında torpaq sahəsinin nömrəsi və ölçüsü göstərilməmişdir. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu Qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi əsasında aparılır. İstinad olunan normalardan müəyyən edildiyi kimi öhdəliyin icrası haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyət üzrə əsaslıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış. Həmin Qanunun: -10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. -10.2-ci maddəsinə görə qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. -11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Göründüyü kimi qanunun tələbinə əsasən bağ sahələrinə mülkiyyət hüququnun qeydiyyatının aparılması üçün tələb olunan sənədlər sırasında ilkin torpaqayırma sənədləri, yəni icarə müqaviləsi, order, sərəncam və ya kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq üzvlərin iclas protokolundan çıxarış hüquqmüəyyənedici sənəd qismində çıxış edir. Hazırkı iş üzrə iddiaçı Ləhiş bağ massivində 228 nömrəli bağ tikinti kooperativi nəzdində 2982 nömrəli bağ sahəsinin ayrıldığını əsas gətirərək həmin bağa mülkiyyət hüququnun qeydiyyata alınmasını mübahisələndirir. Cavabdehin müraciətin təminindən imtinasının, eləcə də etirazının əsasları aşğıdakılardır: -təqdim edilən X3 və X7 verilmiş orderin nüsxəsi İdarənin arxivində aşkar edilməmişdir. -Arxiv çıxarışında torpaq sahəsinin nömrəsi və ölçüsü göstərilməmişdir. Məhkəmə cavabdehin qeyd edilən imtina əsasları ilə razılaşmır. Belə ki, yuxarıda da qeyd edildiyi kimi BTK tərkibində bağ sahəsinin ayrılmasına dair qərar və həmin qərar əsasında verilmiş order mülkiyyət hüququnun qeydiyyata alınmasına əsas verir. Təqdim edilmiş arxiv sənədlərindən görünür ki, Bakı şəhər X11 İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 8/447 saylı qərarı ilə Ləhiş bağ massivində 228 nömrəli bağ-tikinti kooperativi yaradılmış, həmin BTK-nın 27 nəfərlik üzvlərinin siyahısı təsdiq edimiş və X5 BTK-ya 9-cu sırada üzv olaraq qəbul edilmişdir. Bakı şəhər X11 İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 8/447 saylı qərarı dövlət arxivində mövcduddur və qərarın arxiv çıxarışında bağ sahəsinin nömrəsi və ölçüsünün qeyd olunmaması hüququn qeydiyyatına mane hesab olunmur. Belə ki, adıçəkilən Bakı şəhər X11 İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 8/447 saylı qərarı 228 nömrəli BTK üzvlərinin siyahısının təsdiq edilməsi barədədir, həmin qərarda və ya siyahıda bağ nömrəsinin, torpaq sahəsinin ölçüsünün qeyd edilməli olmasına dair imperativ tələb yoxdur. Həmin qərar əsasında verilmiş 4 nömrəli orderdə bağın nömrəsi və ölçüsü qeyd edilmişdir. Orderin nüsxəsinin İdarənin arxivində olmaması və ya Bağlar Təsərrüfatı tərəfindən orderin bir nüsxəsinin verilməməsi iddiaçının təqsiri deyildir və onun ziyanına təfsir edilə bilməz. Orderin əsli iddiaçıda olmaqla notarial qaydada təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Order ləğv edilməmiş və ya etibarsızlığını təsdiq edən hər hansı əsaslı sübut məhkəməyə təqdim edilməmişdir. Bundan əlavə məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, 228 nömrəli BTK yerləşmə sxemində 9 nömrəli sırada 1403 nömrəli bağ, 22 sırada 2982 nömrəli bağ öz əksini tapmışdır. Məhkəmə işin bu halını araşdıraraq müəyyən etmişdir ki, Bakı Şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 8/447 saylı qərarına əlavə edilmiş 228 nömrəli Bağ Tikinti Kooperativi üzvlərinin siyahısında 22-ci sırada adı çəkilən X13 həmin BTK tərkibində torpaq sahəsinin ayrılması ilə bağlı hüquqmüəyyənedici sənəd (order) arxivdə aşkar edilməmişdir. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 228 saylı BTK-nın 1403 saylı bağ sahəsinə dair müvafiq sənədlərin surətlərindən görünür ki, X3 və X10 bağlar sahəsindəki 228 nömrəli kooperativinin 17 nömrəli orderinə əsasən X9 Bakı şəhər İcraiyyə Komitəsinin 1991-ci il tarixli, 8/447 nömrəli qərarına əsasən ona Ləhiş bağlar sahəsində 228 nömrəli BTK nəzdində 0,12 hektar torpaq sahəsi olan 1403 nömrəli bağ ayrılmış, bağ sahəsinə dair xx.xx.2008-ci ildə plan-ölçüsü tərtib edilmiş, həmin nömrəli bağ sonuncu dəfə X6 adına xx.xx.2015-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İşin sadalanan halları ilə müəyyən olunmuşdur ki, 228 nömrəli BTK-nın yerləşmə sxemində olan sıra nömrəsi ardıcıllığına uyğun bağ sahələri paylanmamış, iddiaçının iddia etdiyi 2982 nömrəli bağ sahəsi BTK-nın 27 nəfərlik siyahısında iddiaçıdan başqa hər hansı şəxsə verilməsi müəyyən edilməmişdir. Beləliklə, iddiaçının iddia etdiyi 2982 saylı bağ sahəsinə təqdim edilən Bakı Şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 8/447 saylı qərarı və həmin 228 nömrəli BTK-nın təqdim etdiyi 4 nömrəli orderi mübahisəli torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd qismində çıxış edir. Mübahisələndirilən bağ sahəsinin yerləşdiyi faktiki vəziyyəti ilə bağlı isə məhkəmə aşağıdakıları qeyd edir. Təqdim olunmuş 228 nömrəli BTK-ya aid bağların yerləşmə sxemində 2982 nömrəli bağ sahəsi öz əksini tapmışdır. Həmçinin, ümumən Ləhiş bağ massivində mövcud olan bağ sahələrinin sxemində 2982 nömrəli bağ sahəsi qeyd edilmiş, həmin sxemdə 2982 nömrəli bağın sol tərəfi yol, digər 3 tərəfi isə ən yaxın məsafədə 2980, 2981, 2983, 2984, 3133 nömrəli bağ sahələri ilə əhatələnmişdir. Cavabdehin mütəxəssisinin yerli müayinəsi zamanı tərtib edilən sxemdə iddia olunan və naturada göstərilən bağ sahəsinin sol tərəfdən yol, digər 3 tərəfdən qonşu bağ sahələri ilə, eləcə də cənub tərəfdən 2983 nömrəli bağ sahəsi ilə əhatə olunduğu görünür. Eləcə də təqdim olunan ərazinin naturada yerləşməsinin ortofoto görüntüsündə göstərilən bağın sol tərəfdən yol, digər 3 tərəfdən bağ sahələri, eləə də cənub tərəfdən 2983, 2984, şimal tərəfdən 2981a 2980 nömrəli bağ sahələri ilə əhatə olunduğu görünür. Beləliklə, sxematik xəritədə bağların yerləşməsi ilə iddia olunan ərazidə olan bağ sahələrinin ortofoto görüntüsünü müqayisə etdikdə məlum olur ki, iddiaçının iddia etdiyi bağ sahəsinin naturadakı vəziyyəti bağların sxematik xəritədəki bağların yerləşmə ardıcıllığına uyğun yerləşmişdir. Hazırkı iş üzrə iddiaçının iddia etdiyi Ləhiş bağ massivi 0.12 ha ölçüdə 2982 saylı bağ torpaq sahəsinə dair torpaqayırma sənədi olmaqla yanaşı, iddia edilən bağ torpaq sahəsinin iddiaçının naturada (faktiki) istifadəsində təhvil verildiyi müəyyən olunur. Hazırda iddiaçının faktiki istifadəsində olan bağ torpaq sahəsi ilə bağlı hər hansı üçüncü şəxsin hüququ qeydə alınmamış və ya bu barədə hər hansı şəxsin mübahisəsinin olduğu müəyyən olunmamışdır. Bağ torpaq sahəsinə dair arxiv saxlayıcı olan cavabdeh orqan isə sözügedən torpaq sahəsinin iddiaçıya aid olmadığını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hazırkı iş üzrə iddiaçının torpaq sahəsi üzrə mülkiyyət hüquqlarının qeydiyyata alınmasından imtinaya əsas verə biləcək Qanunun yuxarıda sadalanan hallarına rast gəlinməmişdir. Belə olan halda cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qanunazidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən, sahəsi 0,12 ha torpaq sahəsi olan, 2982 saylı bağ torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının qeydiyyata alınaraq çıxarışın verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Qərara aldı:
İddia tələbi təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən, sahəsi 0,12 ha ölçüdə 2982 saylı bağ torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının qeydiyyata alınaraq çıxarışın verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Aygün Əhədova