Məhkəmə qərarları › İş №2-1(112)-7364/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7364/2022

02.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7364/2022 02.08.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Bakı İnzibati Məhkəməsinin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi ilə İddiaçı cavabdeh Bakı şəhər Baş Polis İdarəsinə qarşı Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla əmrin ləğv edilməsi və vəzifəyə bərpa edilmə tələbinə dair inzibati iş materiallarına hazırlıq icraatı ilə bağlı açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun Daxili işlər orqanlarından xaric olunmağı barədə Cavabdeh xx.xx.2021-ci il tarixli əmrin ləğv edilməsi, cavabdehlərin üzərinə onun əvvəlki iş yeri üzrə Nərimanov Rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölməsinin polis nəfəri vəzifəsinə bərpa edilməsi vəzifəsinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(112)-7364/2022 nömrəli qərardadı ilə iş üzrə əsl olmayan cavabdehlər Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsi əsl Cavabdeh ilə əvəz edilmiş, Bakı şəhəri, Nərimanov Rayon Polis İdarəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddiaçının nümayəndəsi və vəkili X1 məhkəməyə ərizə ünvanlayaraq inzibati iş üzrə bir sıra sübutların toplanması məqsədilə aidiyyəti quruma sorğu ilə müraciət etsələr də bəzi sənədləri hazıra kimi əldə edə bilmədiklərini, qeyd olunanları nəzərə alaraq hazırki iş üzrə iddialarının geri qaytarılması məsələsinə baxılmasını xahiş etmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılsalar da məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə tərəflərin iştirakları olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməklə iddia geri götürülmüş sayılmalı və inzibati iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Qanunun mənasına görə məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayınmaqla hərəkətsizlik göstərərək, onun iddia ərizəsinin məhkəmədə baxılmasını və iş üzrə qərarın qəbul edilməsini istəmir. Buna görə də məhkəmə tərəfindən iddia geri götürülmüş sayılır. Məhkəmə hesab edir ki, iddiaçı öz hərəkəti ilə iradəsinə uyğun olaraq məhkəməyə iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılması barədə ərizə verdikdə də o, iddia ərizəsinin məhkəmədə baxılmasını və iş üzrə qərarın qəbul edilməsini istəmir. Həmin səbəbdən də iddiaçının iradəsinə uyğun olaraq məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3, 55.5, 80, 81.1, 85.1-cı maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Ərizə təmin edilsin. İddiaçı cavabdeh Bakı şəhər Baş Polis İdarəsinə qarşı Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla əmrin ləğv edilməsi və vəzifəyə bərpa edilmə tələbinə dair iş üzrə iddia geri götürülmüş sayılsın və inzibati iş üzrə icraata xitam verilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar